[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Ərəb Dövlətləri Liqasının Zirvə toplantısının açılışında iştirak edir


Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edir.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Əsədov və Samir Nuriyev Şərqi Zəngəzura səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, noyabrın 1-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzura səfər edib.

Nümayəndə heyəti əvvəlcə yeni istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olub. “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi hava limanında görülmüş işlər barədə məlumat verib.

Daha sonra heyət Qubadlı şəhərinə yola düşüb, burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qubadlı şəhərinin Baş planı barədə məruzə ilə çıxış edib.

Heyət 110 kV-luq “Qubadlı” yarımstansiyasına da baxış keçirib. “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev yarımstansiyada görülən işlər barədə məlumat verib.

Daha sonra heyət Xudafərin-Qubadlı-Laçın avtomobil yoluna baxış keçirib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun tikintisi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Laçın rayonunun Zabux kəndində isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov tezliklə köçkünlərin Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışı və mina, partlamamış sursatlardan ərazinin təmizlənməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər.

Daha sonra heyət 110 kV-luq “Laçın şəhəri” qovşaq yarımstansiyası ilə də tanış olub. Buradan Baş nazir Əli Əsədovun, PA-nın və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında nümayəndə heyəti Laçın şəhərinə gəlib. Laçın şəhərində görülən işlər barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov məlumat veriblər, şəhər xəstəxanasının binasına da baxış keçirilib.

Heyət daha sonra Laçın rayonunda Qorçu Hava Limanında olub. “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi hava limanının tikintisi ilə əlaqədar görülən işlər barədə məruzə ilə çıxış edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə Kəlbəcər şəhərinin Baş planı barədə məlumat verib, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov isə Kəlbəcər-Laçın avtomobil yolunda görülən işləri məruzə edib.

Səfər çərçivəsində baxış keçirilən bütün yerlərdə yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin icrasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi göstərişlər və tapşırıqlar verilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Video

Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib.

Burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

***

Qeyd edək ki, Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb. Abidənin hündürlüyü 92 metrdir.

Milli Mücahidlər Muzeyi ilə tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, Şəhidlər abidəsinin altında yerləşən və 1984-cü ildə açılmış muzeyin kolleksiyasının böyük hissəsi ölkənin Fransa tərəfindən işğalına və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunub. Burada rəsm əsərləri ilə yanaşı, müstəmləkəçiliyə qarşı mübarizə aparmış əlcəzairli mücahidlərə aid silahlar, arxiv materialları və döyüş əşyaları, fotoşəkillər və sənədlər, həmçinin müqavimət dövründə fransızların xalq hərəkatı iştirakçılarını cəzalandırmaq üçün istifadə etdikləri edam alətləri nümayiş olunur. Fransa müstəmləkəçiliyinə qarşı hərəkata rəhbərlik etmiş Əmir Əbdülqadirin (Əbdülqadir İbn Muhyiddin) şəxsi əşyaları və silahları, onun 1853-cü ildə fransız rəssam Anj Tisye tərəfindən çəkilmiş və yalnız 1976-cı ildə Fransa tərəfindən ölkəyə qaytarılmış portreti muzeyin ən çox ziyarət olunan kolleksiyaları sırasındadır.

Muzeydə xalq hərəkatının 7 mindən çox iştirakçısının şahid ifadələri toplanıb.

Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub.

Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına aşağıdakı ürək sözlərini yazıb:

“Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram.

Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir. Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur.

Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm.

Milli Mücahidlər Muzeyində mənə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirir, Əlcəzair xalqının qəhrəmanlıq irsinin əbədiləşdirilməsi işində muzeyin fəaliyyətinə uğurlar arzulayıram”.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

İlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Videoİlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdi - Yenilənib+Video
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa edib – VİDEO


İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilmişdir. Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılmışlar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunmuş, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılmışlar. Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilmişdir. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunmuşdur.

Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Məlum olmuşdur ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj etmişlər. Hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam edir. Dövlət Təhlükəsizliyi Xidməti hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarına qarşı ən kəskin tədbirlərin görüləcəyini, onların ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklərini vurğulayır, xarici xüsusi xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar edir.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hakim “Olympus Park”ın söküntü apardığı əraziyə getdi, amma elə qərar verdi ki... - FOTOLAR


“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələrindən biri yekunlaşıb. Hakim tikinti şirkətinin qanunsuz olaraq söküntü apardığı əraziyə gedib baxış keçirsə də, gözlənilməz qərar çıxarıb. Şirkət həmin ərazidə 1 kvadratmetr üçün 4600 manat kompensasiya ödəsə də hakim 240 kvadratlıq obyektin sökülməsinə görə, 267000 manatlıq kompensasiya müəyyən edib. Bu isə 1 kvadratmetr üçün 1108 manat ödəniş deməkdir.

DİA.AZ musavat.com-a istinadla xəbər verir ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb, daha sonra cinayət işinə xitam verilib. Zərərçəkmişə 162 min manat ödənilməsi barədə qərar çıxarılsa da, klubun rəhbəri İlham Sərdarov bununla razılaşmır. O deyir ki, təkcə uçqunun altında qalan idman avadanlıqlarının qiyməti 162 min manatdır.

Bu işlə bağlı son olaraq Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılan məhkəmə iclasında qərar qəbul olunmuşdu ki, dağıdılan əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin edilsin. Ekspertizanın keçirilməsi “Əmlak Ekspert Mərkəzi” MMC-yə tapşırılmışdı.

Zərərçəkmiş tərəf isə müstəqil “Legitim Qiymətləndirmə və Consulting” MMC-yə müraciət edərək dağıdılmış əmlakı qiymətləndirib. MMC idman klubunun dağıdılması nəticəsində dəymiş zərərin təxmini bazar qiymətini 1.425.000 manat olaraq qiymətləndirmişdi.

Bildirək ki, dağıdılmış əmlakının bazar qiyməti ilə hesablanması konstitusiyanın 29-cu maddəsinə ziddir: “Yəni, dövlət layihəsi olanda söküləcək obyektin, mənzilin bazar qiyməti hesablanır. O da əvvəldən ədalətli şəkildə hesablanıb, ödənildikdən sonra. Burda isə özəl şirkət olduğu üçün ancaq bərpa edilmə qiymətləndirilə bilər”.

Amma məhkəmənin təyin etdiyi “Əmlak Ekspert Mərkəzi” MMC qiymətləndirmə üçün müqayisəli obyektlər göstərib. Lakin göstərilən obyektlərin qiyməti ilə sökülən obyektin qiyməti uzlaşmır.

“Həmin obyektlərin şəkilləri də var. Mənim obyektimi Şıxliniskayada bir obyektlə müqayisə ediblər. Həmin obyektlə belə müqayisə edəndə mənim obyektimin qiyməti daha çox hesablanmalıdır. Çünki minimum qiymətlə belə hesablamayıblar. Bu adamlar mənim obyektimi söküb yerində bina tikirlər. Təsəvvür edin ki, tikdikləri binada evlərin satış qiyməti 1 kvadratmetr üçün minimum 1300 manatdır. Obyektin kvadratı isə 4000 min manat. Amma mənim obyektimin qiymətini 1000 manata belə hesablamayıblar.

Rəyi verən ekspert deyir ki, "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır. Bunu da əmlakın dəyərini aşağı salmaq üçün edir. Eskpertin istifadə etdiyi sənədlər 2005-ci ilin materiallarıdır. İndi "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır? Bakıda bunu kimdən soruşsan gülər. Metronun ətrafında 100 metrlik boş yer var?”- İlham Sərdarov narazılığında qeyd edir.

Bu ekspertizanın rəyi məhkəməyə təqdim olunandan sonra zərərçəkmiş tərəf öz narazılığını bildirib. Buna görə də hakim Leyla Əliyeva şəxsən özü söküntü aparılan yerə gedib və əraziyə baxış keçirib.
Hakim “Olympus Park”ın söküntü apardığı əraziyə getdi, amma elə qərar verdi ki... - FOTOLAR

Hakim Leyla Əliyeva söküntü yerinə baxır

Baxış zamanı şirkət rəhbərliyi hakimə izah edib ki, guya sökülən obyektin bərpası üçün həmin ərazidə yer yoxdur. Amma hakim cavab verməyib ki, əlbəttə yer olmayacaq, çünki sökülən idman klubunun yerində artıq bina inşa edilir! Amma həmin binanın tikintisi də məhkəmə çəkişmələrinə görə dayandırılıb.

“RS Construction” MMC-nin (“Olympus Park”) çoxsaylı özbaşınalıqları ilə bağlı yerli mətbuatda dəfərlərlə məlumatlar dərc edilib. Əslində bununla bağlı çoxsaylı ekspert rəylərinə, məhkəmə qərarlarına, şərhlərə ehtiyac yoxdur. Çünki vətəndaşın mülkiyyəti qanunsuz olaraq, razılığı olmadan, gecə ilə sökülüb. Bunun adını cinayətdən başqa nə qoymaq olar?

Başqa bir təfdən isə vətəndaşı məcbur etmək olarmı ki, verilən kompensasiya ilə razılaşsın? Vətəndaşın obyektini istəmədiyi halda söküb, sonra onu istədikləri kompensasiyaya məcbur etməyin adı nədir?

Hakim Leyla Əliyevanın mövqeyi də olduqca maraqlıdır. Çünki həmin ərazidə mənzillərin, obyektlərin və ödənilən kompensasiyanın dəyəri ilə bağlı rəsmi sənədlər ona təqdim edilib.

Elə sökülən idman klubuna bitişik sahənin söküntüsü ilə bağlı rəsmi sənəd də hakimə təqdim edilib. Vətəndaş Təranə Əfəndiyevanın 13 kvadratmerlik qeyri-yaşayış sahəsinin söküntüsü zamanı bu şirkət tərəfindən 60000 manat ödənilib. Bunu rəsmi alıq-satqı müqaviləsində də görmək olar. Bu isə 1 kvadrat metr üçün 4600 manatdan çox ödəniş deməkdir.
Hakim “Olympus Park”ın söküntü apardığı əraziyə getdi, amma elə qərar verdi ki... - FOTOLAR

Həmin alqı-satqı müqaviləsi

Zərərçəkmiş İlham Sərdarov deyir ki, qeyri-yaşayış sahəsinin tam məhv edilməsi nəticəsində dəymiş maddi zərərin əvəzi 267000 manat, əşya və avadanlıqların məhv edilməsi nəticəsində dəymiş ziyan 49865 manat, mənəvi zərərin əvəzi 5000 manat, cəmi 321865 manatın tutularaq ona verilməsi qət edilib: “Faktiki sahəsi 315.7 kv. metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüquqi ilə mənə məxsusdur, dövlət reyestrindən çıxarışım var.

“RS Construction” MMC-nin nümayəndəsi kimi özünü təqdim edən Rafiq adlı şəxs məhkəmə iclaslarında bildirdi, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi qəbul edilən kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintinin davam etdirilməsinə icazə verəcək. Bu qədər özündən arxayın olan şəxsə belə danışmağa şərait yaradan komitədir. Bundan başqa, mənim mülkiyyət hüquqlarıma xitam verilmədən MMC-nin mənə qarşı qaldırdığı iddiası rədd edilib”.

Xatırladaq ki, sonuncu məhkəmə iclaslarından birində “RS Construction” MMC-nin (“Olympus Park”) nümayəndəsi və vəkili Eynar Əliyev demişdi ki, bu məsələyə görə şirkətin borclanmaları yaranıb. İlham Sərdarovun məqsədi şirkətə külli miqdarda ziyan vurmaqdır. Vəkil tikintinin dayandırılması ilə şirkətin külli miqdarda borclarının yarandığını etiraf etmişdi.

Bildirək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.08.2020-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarına əsasən, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “RS Construction” MMC-nin sifarişi ilə həyata keçirilən 3 ədəd 12 mərtəbəli yaşayış binalarının tikintisi dayandırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov


Dünən ölkə mediasında bir hay-küylü xəbər oxudum: Ağcabədi Rayon İcra Hakimiyyətində yoxlama başlayıb... Maliyyə Nazirliyinin əməkdaşları hazırda icra hakimiyyətinin 2006-2019-cu il maliyyə dövrünü təftiş edirlər...
Həmin dövrdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov olub...
Sözün düzü, bu haylı-küylü xəbəri oxuyanda acı təəssüf hissi keçirdim. Bir söz var ee...deyirlər “İş işdən keçəndən sonra tuman bağını bərkidir..”
Yaxşı, üstündən 10-15 il keçəndən sonra icra başçısının fəaliyyətini yoxlamaq görəsən, Maliyyə Nazirliyinin ağlına haradan gəlib..?
Görəsən, Allah qoymasa, Hesablama Palatası nə vaxt Ağcabədi Rayon İcra Hakimiyyətinin fəaliyyətini yoxlayacaq..?
Yəqin ki, Hesablama Palatası da bir 10 ildən sonra bu barədə düşünəcək. Həqiqətən də mən anlamağa çətinlik çəkirəm ki, dövlət bu icra hakimiyyətinə bu illər ərzində 100 milyonlarla maliyyə vəsaiti ayırıb, ancaq bir dəfə də olsun yoxlama olmayıb. Mən gözəl bilirəm ki, Maliyyə Nazirliyi hansı quruma pul ayırırsa, əvvəlcədən o məbləğin müəyyən faizi “otkat” kimi geri qaytarılır.
Təsəvvür edirsiniz, bu nə deməkdir..? Bir dövlət qurumu o biri dövlət qurumundan rüşvət alır. Vallahi, görəcəkli günlərimiz var imiş. Yaxşı, sabiq icra başçısı Şahin Məmmədovun Samuxda, sonra Ağcabədidə, daha sonra Masallıda icra başçısı işlədiyi dövrdəki fəaliyyətini nə vaxt yoxlayacaqsınız, cənablar..? Bəlkə, 2050-ci ildə..?
Bütün bunlar onu göstərir ki, yoxlamaların idarə edilməsində bir sistemsizlik, pərakəndəlik var, yəni vahid yanaşma yoxdur. Kimsə gecə yatıb yuxuda nə görürsə, sabah yoxlamaya, təftişə başlayır. Nə isə, ruslar demişkən, heç vaxt olmamaqdan, gec olmaq yaxşıdır. Gec də olsa, Maliyyə Nazirliyi cənab sabiq icra başçısının 14 illik fəaliyyətini yoxlamaq qərarına gəlib. Necə, nə cür yoxlayacaqlar bilmirik. Amma... Əmması odur ki, əgər Maliyyə Nazirliyi həqiqətən də obyektiv, dürüst yoxlama apararsa, Şahin Məmmədovun həbsi qaçılmaz olacaq. Buna yüz faiz əminik.
Görəsən, Maliyyə Nazirliyinin məsul şəxsləri Şahin Məmmədovdan soruşa biləcəkmi ki, dövlətin imkansız ailələrə verdiyi sosial müavinət kartları sənin cibində nə gəzirdi..?
Görəsən, “finansist” cənablar, Şahin Məmmədovdan Ağcabədidə artezian quyularının qazlılmasına və su kəmələrinin inşasına ayrılan pulları mənimsəməsini ortaya qoya biləcəkmi..? Şahin Məmmədovdan soruşan olacaqmı ki, yerin altında olan 18 kilometr uzunluğunda alternativ çuqun boruları doğrayıb 1 milyon dollara satmısan, hanı o pullar..?
Şahin Məmmədovun şəhid əsgərimizin atasını döyməsini, sahibkar xanım pul vermədiyi üçün ona kəllə atmasını qoyaq bir kənara... Şahin Məmmədovdan Harami düzündəki torpaqlara görə, söylədiyi 4 diplomat pulu soruşan olacaqmı..?
Şahin Məmmədovdan soruşan olacaqmı, ölkədəki yüzlərlə obyekti, torpaq sahələrini, fermaları, Bakıda mənzilləri, Ağcabədi şəhərində böyük mağazaları, maşın yuma sexini, böyük mebel mağazasını, iri maşınların təmiri sexlərini, avtomobillərin ehtiyat hissəslərinin satış mağazasını, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexini, Alman qəsəbəsinin yerində beton zavodunu və aqlay sexini, Qarqar çayının yatağında daş, qum və çınqıl sexlərini və daha nələri hansı pulla alımısan..?
Biz hələ Şahin Məmmədovun Gürcüstandakı 1 milyon dəyərindəki villasını demirik. Həə, bax indi gəldik mətləb üstünə. Bəli, yuxarıda qeyd etdiyimiz kimi bu yoxlamalar illər öncə olmalı idi. Amma bu gün də gec deyil.
Bir şərtlə... Belə ki, Şahin Məmmədovun Samuxda, Ağcabədidə, Masallıda xalqdan və dövlətdən oğurladığı pullar, yüz milyonlar dövlətə qaytarılsa, buna yoxlama demək olar. Yoxsa, "xala xətrin qalmasın" yoxlama adı ilə “quş qoymaq”ın nə millətə, nə də dövlətə faydası yoxdur. Bir daha təkrar edirik ki, məmurlarda cəmləşmiş və dövlətimizin büdcəsi ilə bərabər olan pullar böyük təhlükə mənbəyidir. Şahin Məmmədov kimilər həbs olunmasa, həmin pullar müsadirə olunmasa, o boyda kapital xarici banklara, ofşor zonalara yol tapacaq.
Hətta bəzi məmurlar öz övladlarına xarici vətəndaşlıq alırlar ki, oğurladıqları pulları “əcnəbi övladlar”ının adına keçirsinlər və müsadirə olunmaqdan sığortalansınlar.
P.S. Bir zamanlar "Çibuş Şahin" adı ilə tanıdığımız birisi bazarda yanıbalalı inəyə meylli olduğu üçün onu alaraq, gətirib bəsləməyə başlayıb. Görəsən, Şahin Məmmədov "Çibuş Şahin"i tanıyırdı? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bu, özbaşınalıq və rüşvətxorluğun yaranmasına yol açır" - Daşınmaz əmlakın dövlət reyestri niyə qapalıdır?


“Açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır”.

Bu sözləri ölkəmizdə daşınmaz əmlakın dövlət reyestrinin qapalı olmasına münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət reyestrinin qapalı olması özbaşınalıq və rüşvətxorluğun yaranmasına yol açır:

“”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsi “Dövlət reyestrinin açıqlığı” adlanır. Lakin ölkəmizdə daşınmaz əmlakın dövlət reyestri qapalıdır. Əksər ölkələrdə bu reyestr hamıya açıqdır. Belə ki, bütün məlumatlar müvafiq portalda yerləşdirilir və bu, şəffaflığın əsas göstəricilərindən biridir. Çünki açıq dövlət reyestri korrupsiyanın qarşısını alır. Məmurlar əmlakı yaxınlarının adına əldə etsə belə, bunu araşdırmaq mümkün olur. Eyni zamanda açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır. Daşınmaz əmlakın özəlləşdirilməsi, müvafiq razılıqların verilməsi və s. şəffaflaşır. Məsələn, hansısa razılığı bir vətəndaşa verib, digərinə verməmək (rüşvət istəmək) mümkünsüz olur. Açıq dövlət reyestri insan haqlarının həyata keçirilməsini də asanlaşdırır. Məsələn, qonşu mənzilinizi suya basıb. Reyestr açıq olduğu halda portal vasitəsilə dərhal məlumat əldə edə bilərsiniz.

Əgər şəffaf və effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə, daşınmaz əmlakın reyestrini açıq etməliyik. İnsan hüquqları sırasında ən vacibi mülkiyyət hüququdur. Mülkiyyət hüququnun obyektləri sırasında isə ən vacibi daşınmaz əmlakdır. Çünki torpaq və miqdarı məhdud olan nemətdir. Buna görə də onun üzərində ictimai nəzarət yoxdursa, digər şeylər haqda danışmaq belə əbəsdir”.

Yenicag.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib


Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib.

Burada Azərbaycan dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İran Cənubi Azərbaycandan Ermənistana dəhliz çəkəcək


İran Ermənistanla nəqliyyatı inkişaf etdirməyə və Şərqi Azərbaycanın Nordooz kəndi vasitəsilə Ermənistanla Fars körfəzi arasında yeni tranzit dəhlizinin yaradılmasına hazırdır.

Bu barədə İranın yol naziri Rüstəm Qasemi Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüşündə deyib.

Onun sözlərinə görə, İran şirkətlərinin tunel, yol və binaların tikintisində Ermənistanla əməkdaşlıq etməsi barədə qərar qəbul edilib.

Nazir əlavə edib ki, iki ölkə arasında razılaşma əsasında Nordooz sərhədindən Varzeqan və Təbrizə qədər şimal-cənub dəhlizinin tamamlanması və inkişaf etdirilməsi qərara alınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əyri yola gedən yeni kadrlar - Sırada kimlər var?


Bu il yanvarın 12-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində korrupsiya, rüşvətxorluqla mübarizənin davam etdiriləcəyini qeyd edib.

"Mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır. Əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar".


Dövlət başçısı qeyd edib ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq.

"Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız, cəzalarımız da çox sərt olacaq. Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır".

2022-ci ildə bəzi qurumlarda çalışan məmurlar yol verdikləri nöqsanlara görə saxlanılıblar. Belə ki, 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilən Səfər Mehdiyevin rəhbəri olduğu qurumda bir neçə yüksəkvəzifəli şəxs Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olundu. Bunlar “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov, Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Şükür Səfərov, DGK-nin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Məsum Rəsulovdur.

Bundan sonra iyulun 16-də gömrük xidməti general-polkovniki Səfər Mehdiyev vəzifəsindən azad olundu.

Bu gün isə belə bir əməliyyat Mədəniyyət Nazirliyində keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev istintaqa cəlb edilib. O, 2021-ci ilin sentyabr ayında bu vəzifəyə təyinat almışdı. Mədəniyyət naziri Anar Kərimov isə həmin ilin yanvarından rəhbər vəzifənin icrasına başlayıb.

Bu hallar isə öz növbəsində bəzi yeni kadrların da köhnələr kimi, əyri yola getdiyini göstərir. Bəs görəsən, növbəti dəfə hansı gənc kadrlar qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olunacaq?

"Unikal"

XƏBƏR LENTİ

20:36

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

20:11

HƏMAS Təl-Əvivə raket zərbələri endirdi

19:03

Ermənistan Türkiyə ilə QAPILARINI AÇIR... - Hər şey hazırdır...

17:31

Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

16:19

10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir? - İLGİNC

13:15

Sabiq hakimlə bağlı ilginc iddia - Masazırda torpaqları necə zəbt edib?

12:38

Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi

09:40

Havalar soyuyur... QAZSA BAHA: NƏ ETMƏLİ? - LİMİT MƏNGƏNƏSİ...

09:10

"Hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir" - deputat

23:37

Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi - ŞOK AÇIQLAMA

22:30

Zelenski yenidən prezident ola bilməz - Zelenskaya

22:09

Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

20:30

Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...

20:07

Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü

15:41

Azərbaycanda mənzil dələduzluğunun qarşısını niyə almaq olmur?

14:59

Bu da sizin təriflədiyiniz UNEC... - NARAZILIQ VAR...

14:25

Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor TƏYİN EDİLİB - ƏMR

13:38

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı – Nə baş verib?

12:49

Direktor meşə ərazisində ağac deyil, taxıl əkir – Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?

12:17

Zeynəb Xanlarovanın nəvəsinə VƏZİFƏ VERİLDİ

11:17

Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR

10:44

“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...

10:10

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

09:42

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? -İLGİNC İDDİALAR...

09:03

Göygöl Rayon Mərkəzi Xəstəxanasının TENDER "ALIŞ-VERİŞİ" - FOTOLAR

08:36

“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ

08:06

Rusiyada LGBT hərəkatı qadağan edildi

07:42

Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."

23:18

“Məktəblər bağlana bilər?” sualına - Nazirdən cavab

18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

18:07

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

17:47

“SİPARK” MTK sakinləri süründürür - GİLEY

17:29

İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu

17:23

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT