[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sehirli Naftalan"ın açılmayan SEHRİ... - İLGİNC İDDİA


62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovun şərikli sanatoriya tikdirdiyi deyilir.

DİA.AZ bildirir ki, "Arqument.az"a verilən məlumata görə, idarə müdirinin şəriki "Sehirli Naftalan" sanatoriyasının rəhbəridir.

Onların eyni zamanda quda olduğu bildirilir.

Məlumata görə, "Sehirli Naftalan" sanatoriyasının yanında yeni inşa edilən sözügedən 3 mərtəbəli sanatoriyanın tikintisi zamanı 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin texnikalarından istifadə olunub.

Artıq istifadəyə verilən yeni sanatoriya kompleksinin qanunsuz olduğu iddia edilir. Belə ki, bu kompleksin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alındığı, lakin sanatoriya kimi fəaliyyət göstərdiyi bildirilir.

Digər maraqlı məqam isə fərdi ev kimi dövlət komitəsində qeydiyyata alınan obyektin tibbi vannaların qoyulması və naftalan nefti xətti ilə təchiz olunmasıdır.

Tibbi xidmət yönümlü sanatoriyaların naftalan nefti ilə təmin olunması Səhiyyə nazirliyinin verdiyi xüsusi lisenziya ilə mümkündür.

Bu cür lisenziyaların fərdi evlərə yox, yalnız tibbi xidmət göstərən, tələb olunan standartlara cavab verən müəssisələrə verilir.

62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanova yaxın şəxslərdən sayılır. Onların həm də həmyerli və qohum olduqları deyilir.

Məsələ ilə bağlı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovdan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dərdmizin bahalı dərmanı: Nə istehsal var, nə də keyfiyyət - BELƏ HARA GEDİRİK?


Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materialların idxal gömrük rüsumundan azad edilmə müddəti artırılıb.

Beləliklə, tibbi maska idxalı 2025-ci ilə qədər gömrük rüsumundan azad edilir. Eyni zamanda şprislərin ölkəyə idxalı 31 dekabr 2024-cü ildən idxal gömrük rüsumundan azad edilir.

"Yerli dərman istehsalı ilə bağlı bir neçə iri layihələr həyata keçirilməkdədir".

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu istiqamətdə Ələt və Pirallahı Azad İqtisadi Zonasında işlər aparılır:

"İnanıram ki, çox qısa müddətdə Azərbaycan özünü əksər dərman vasitələri ilə təmin edə biləcək".

Qeyd edək ki, bu gün əczaçılıq məhsulları xaricdən idxal olunur. Hazırda spris və maska kimi məhsullar gömrük rüsumundan azad edilsə də, idxal olunan dərmanların qiymətində artım müşahidə olunur. Bu istiqamətdə problemlərin ardan qaldıırlması üçün bir neçə ildir ki, yerli əczaçlıq məhsulları, dərman istehsalı başlanacağı deyilsə də, hələlik bu reallaşmır.

Mövcud problemin aradan qaldırılmasında maliyyə, yoxsa mütəxəssis çatışmazlığı özünü göstərir?

Farmokoloq Aydın Əliyev Cebhe.info-ya bildirdi ki, Azərbaycanda tibb sahəsi üzrə kifayət qədər mütəxəssislərimiz var:

"Hazırda ADTU-nun tələbəsi Nuran Abdullayev Almaniyanın Köln şəhərində nevrocərrah kimi çalışır. O cümlədən, xaricdə əczaçılıq sahəsində çalışan xeyli mütəxəssisimiz var. Sadəcə olaraq, əczaçılıq fəaliyyəti yalnız yaxşı mütəxəssislərin olması ilə kifayətlənmir. Ən vacib amillərdən biri kimi, həmin sahəyə vəsaitin qoyulmasıdır.

Adi bir laboratoriyaya vəsait qoyulmalıdır ki, tədqiqatlar aparılsın.

Əczaçılıq sahəsində də yerli istehsalın olması vacibdir. Hələ bir neçə il öncə ölkədə dərman zavodlarının açılacağı ilə məlumat verilmişdi. Bu yaxınlarda da Ələt İqtisadi Zonasında da dərman istehsalı ilə bağlı fikirlər səsləndi.

Ümumiyyətlə, şpris, maska, əczaçılıq məhsulları strateji məhsullardır. Bizim üçün adi görünən bu məhsulların idxalı xaricə valyuta axınına səbəb olur. Ona görə də onların yerli istehsal məsələsi həllini tapmalıdır.

Eləcə də ölkəyə keyfiyyətsiz qidalar, dərmanlar gəlməməlidir. Həmin keyfiyyətsiz qidalar müxtəlif xəstəliklər yaradır. O cümlədən dərmanlar da müxtəlif problemlərə yol açır. Dərmanların keyfiyyətinə həkimlər cavabdeh deyil. Həkim həmin dərmanın adına cavabdehdir. Bu gün xaricdən dərman gətirənlər mütləq vətəndaşların sağlamlığını nəzərə almalıdırlar".

Farmokoloq şpris və maskanın gömrük rüsumundan azad edilməsinin çox müsbət addım olduğunu deyir:

"Məsələn, maska yalnız virusdan qorunmaq üçün deyil, havalar soyuyub və maska taxılmalıdır. Yaponiya variantı kimi soyuq havalarda maskadan istifadə edilməlidir ki, nəfəsimiz isti olsun.

Azərbaycanda bir problem var, kimi hansı vəzifəyə təyin edirlərsə, elə düşünür ki, bu sahəni ondan yaxşı bilən yoxdur. Faciələrimizin biri budur. Mən farkologiya sahəsində "Meksidol" adlı preparatın həmmüəllifiyəm. Rusiya öz alimlərini 2002-ci ildə qiymətləndirdi və mən də öz ölkəmdən gözləyirəm. Adi görünən hər hansı bir dərmanın istehsalı üçün zavod lazımdır və onu da alim aça bilməz.

Mən təklif etmişdim ki, Azərbaycanda Farmokologiya elmi-tədqiqat institutu yaradılmalıdır. Adi bir dərman böyük alimlərin işinin məhsuludur. Dərmanların ekspertiza idarəsi var və ölkəyə keyfiyyətsiz dərmanlar buraxılmamalıdır.

Bundan başqa, dərmaların reklamını aparırlar, bu qəti şəkildə olmaz. Bu əhalini çaşdırmaqdır, həkimsiz dərman qəbul etmək olmaz".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavid Qurbanovun kadrları belə işləyir... - İDDİA


Xəbər verdiyimiz kimi, bir müddət öncə “Azərbaycan Dəmir Yolları”-na yeni sədr Rövşən Rüstəmov təyin edilib.

Bu təyinat sabiq sədr Cavid Qurbanovun qurumdakı yerlilərini, kadrlarını narahat etməyə başlayıb.

Cavid Qurbanovun Dəmir Yollarından peşəkar kadırları çıxarıb yerinə gətirdiyi öz yerliləri demək olar ki, işlədikləri qurumda narahat olmağa başladılar.

Çünki gənc kadır Rövşən Rüstəmov sözü gedən quruma gətirilən qeyri peşəkar işçilər və kadrlarla, xüsusən də qurumun mətbuat xidmətinə “Çuda Peçka” Kulinariya işçiləri ilə işləməyə əlvida deyəcək.

Qurumun mətbuat xidmətinin rəhbər Natavan Bayramovanın isə tezliklə vəzifəsindən azad ediləcək, çünki quruma təxminən 2 il əvvəl təyin olunan Natavan Bayramova mediadan heç bir anlayışı yoxdur. Sözü gedən qurumla mətbuat arasında böyük bir uçurum yaranıb. “Çuda Peçka” işçikəri məhz onun təşəbbüsü ilə quruma daxil edilib.
Azerbaycanreallığı.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Psixatriya Xəstəxanasında ÖZBAŞINALIQ - Burda sağlam adam da DƏLİ OLAR...

Baş həkim qondarma akt hazırlatdırarkən özünə yaxın şəxslərin, o cümlədən xəstəxanada pisxoloq vəzifəsində işləyən qızının, baş tibb bacısının, həmkarlar təşkilatının sədri vəzifəsində çalışan Züleyxayanın və təsərrüfat şöbəsinin müdiri işləyən şəxsin imzasından məharətlə istifadə edir

Yəqin ki, hər kəs o haqda müəyyən məlumata malikdir ki, təbabətin bütün sahələrində olduğu kimi, psixiatriyanın da yaranma tarixi mövcuddur. Faktdır ki, hər bir Adəm övladı bu dünyaya göz açıb psixi xəstəliklərlə qarşılaşarkən, təbiblər bu xəstəliklə bağlı müalicə yolları axtarmışlar. Nəhayət, XIX-cu əsrdən etibarən tibb sahəsində ruhi xəstəlikləri müalicə edən mütəxəssislər meydana çıxmağa başlamışdır. Qeyd edək ki, insan yaranandan özünün dünyagörünüşünə görə, təbiətdə və onu əhatə edən mühitdə hər bir şeyi ruhu-qəlbi ilə qavrayır və emosiyalarla ona reaksiya verir. Baş verən hadisələrə insanların verdiyi reaksiyalar emosional fonda olmaqla bərabər, onun əhval-ruhiyyəsinin durum dərəcəsini də göstərir. İnsanların düşdükləri ruh dəyişikliklərinin orqanizmə təsiri, məhz onları düşünməyə sövq etdi. Psixi fəaliyyət özlüyündə beynin özünəməxsus funksiyası olub, ətrafa münasibəti vəhdət şəklində bildirir. Əgər bu vəhdət müəyyən səbəblər üzündən pozulursa, artıq bu psixi fəaliyyətin pozulması, yəni patologiyanın əmələ gəlməsi deməkdir. Yəni, faktdır ki, əmələ gələn patologiyanın aradan qaldırılması, bir sözlə müalicəsi, reabilitasiyası və profilaktikası ilə psixiatriya elmi və bu sahədə çalışan mütəxəssislər məşğul olurlar.

Qeyd edək ki, ölkəmizdə bir çox sahələr kimi, səhiyyə sahəsinin inkişaf etdirilməsi də bu gün dövlət və hakimiyyət orqanlarının qarşısında duran əsas vəzifələrdən biri hesab olunur. Belə ki, hər il bu istiqamətdə yeni-yeni islahat proqramları həyata keçirilir və bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması yöndə ciddi addımlar atılır. Məsələn, buna misal olaraq 2020-ci ildə ilin iyun ayında Gəncə şəhərində 200 çarpayılıq beşmərtəbəli yeni Psixatriya Xəstəxanasının istifadəyə verilməsini qeyd etmək olar. Belə ki, ölkə rəhbərinin verdiyi tapşırıqlar əsasında şəhərin “Bağmanlar” adlanan ərazisində, yəni B.Əliyev-2 ünvanında bu səhiyyə müəssisəsinin inşaasına başlanır və qeyd olunan tarixdə də təhvil verilir. Hal-hazırda Gəncə Psixatriya Xəstəxanasında 4 şöbə fəaliyyət göstərir ki, həmin şöbələrdən 3-ü kişilər üçün, 1-i isə qadınlar üçün nəzərdə tutulub. Bundan əlavə, hər şöbədə ağır xəstələr üçün xüsusi izolasiya otaqları, yeməkxana, istirahət yerləri yaradılmışdır. Xəstəxananın birinci mərtəbəsində laboratoriya, stomatoloji kabinet, şüa diaqnostika şöbəsi, EKQ, mühasibatlıq şöbəsi, psixoloq kabineti, kadrlar şöbəsi və operator otağı yerləşir. Bundan başqa, həmin mərtəbədə aptek də fəaliyyət göstərir. Faktdır ki, bu Psixiatriya Xəstəxanasında Gəncə şəhəri ilə bərabər, ətraf şəhər və rayonlardan gələn xəstələrin də muayinə və müalicə işləri həyata keçirir.

Bütün bunlara baxmayaraq, media üzərindən apardığımız araşdırmalardan, şəhər sakinlərinin Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumatlarda deyilir ki, Elmira Mirzəyeva bu xəstəxanaya baş həkim təyin olunduqdan sonra, Gəncə Psixatriya Xəstəxanasında hər cür qanunsuzluqlara qol qoymaq adi hala çevrilir. Yəni, bu xəstəxanada xeyli sayda işçilərin adları ştat cədvəlinə yazılır, amma onların çoxu iş başında tapılmırlar. Düşündürücü hal odur ki, işçilərin əksəriyyəti gecə növbəsinə yazılırlar və onlar gecə növbəsində işə çıxmadıqlarından, əksər vaxtlarda tabel sənədlərinə həmin şəxslərin əvəzindən baş tibb bacıları qol çəkirlər. Söz yox ki, Elmira Mirzəyevanın belə bir addımını atmasının əsas bir səbəbi var. Yəni, bu xəstəxananın rəhbərliyi gözəl bilir ki, gecə növbəsində çalışanların işləri nadir hallarda dövlət qurumları tərəfindən araşdırılır. Bir sözlə, “dərə xəlvət, tülkü bəydir” yanaşması özünü göstərir.

Deyilənlərə görə, baş həkim Elmira Mirzəyeva vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan daşıdığı vəzifəsindən sui-istifadə edir, adı işdə olub özləri işdə olmayan işçilərə gün yazır və onlara çatmalı olan əmək haqqlarını mənimsəyir, dövlət tərəfindən xəstələrə verilən ərzaqları, yataq dəstlərini, ayaqqabları, yuyucu mayeləri, geyim paltarlarını və s. bazarlarda, ticarət mərkəzlərində satdırır. Baş həkim bu cür mənimsəmə əməllərini “VAZ-06” markalı 57-BE-836 və “Mersedes” markalı 20-DJ-856 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə yerinə yetirir. Elmira Mirzəyeva xəstəxanada baş həkim işlədiyi vaxtlardan rüşvətxorluq və korrupsiya yolu ilə saxta sənədlər hazırlayıb minbir fırıldaq əməllərinə qol qoyur.

Media üzərindən apardığımız araşdırmalar zamanı belə bir məlumat da əldə etdik ki, Gəncə Psixatriya Xəstəxanasında baş həkim vəzifəsini daşıyan Elmira Mirzəyeva, tabeliyində çalışan hansısa bir şəxsi cəzalandırmaq istədikdə, özünəməxsus “mobil dəstə”sinin rolundan məharətlə istifadə edir. Məsələn, tutaq ki, bu xəstəxanada çalışan işçilərdən hansısa biri baş həkimin talançılığına, qanunsuzluq əməllərinə və s. dözə bilmir və belə bir əməllərə qəti etdirazını bildirir, o halda Elmira Mirzəyeva “mobil dəstə”ni hərəkətə gətirib, həmin şəxs barəsində qondarma akt tərtib etdirir. Yəni, guya ki, həmin şəxs ya işinin öhdəsindən gələ bilmir, ya işə gecikir, ya da ki, hansısa əməllərə və s. qol qoyur adı altında akt yazdırır. Qeyd edək ki, baş həkim qondarma akt hazırlatdırarkən Gəncə Psixatriya Xəstəxanasında özünə yaxın olan şəxslərin, o cümlədən

xəstəxanada pisxoloq vəzifəsində işləyən qızının, baş tibb bacısının, həmkarlar təşkilatının sədri vəzifəsində çalışan Züleyxayanın və təsərrüfat şöbəsinin müdiri işləyən şəxsin imzasından məharətlə istifadə edir.

P.S. Hörmətli oxucular! Sizi son iki ay ərzində Gəncə Psixatriya Xəstəxanasında baş verən, yaxud da qol qoyulan türürpədici əməllərin mahiyyəti ilə də məlumatlandırmağa çalışacağıq. Ona görə də bizi izləyin ki, bizim yazdıqlarımızdan xəbəriniz olsun.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Sosial Müdafiə Fondu metro işçilərinə niyə pensiya vermək istəmir? - QALMAQAL


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin işçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. Səbəb isə onların vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun tanınmamasıdır.
Bizimyol.info xəbər verir ki, metro işçilərilə Dövlət Sosial Müdafiə Fondu arasında məhkəmə çəkişməsi xeyli müddətdir davam edir. Onlar ayrı-ayrılıqda Bakı İnzibati Məhkəməsinə şikayət ediblər. Bu məhkəmə onları haqlı sayıb, 57 yaşdan pensiya almaq hüquqlarını tanısa da, qarşı tərəfin şikayəti əsasında apellyasiya məhkəməsi həmin qərarları ləğv edib. Metropoliten işçiləri Ali Məhkəməyə üz tutublar.

Bu məhkəmə çəkişməsində əsas mübahisə metropolitendə maşinist, maşinist köməkçisi və s. vəzifədə işləyən şəxslərin zərərli və ağır işdə çalışması məsələsidir. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” qanuna və Nazirlər Kabinetinin qərarına görə kişilər 57 yaşına çatdıqda və 25 il iş stajı olduqda, bu müddətin də azı 12 il 6 ayını zərərli və ağır iş şəraitində çalışdıqda; qadınlar 50 yaşına çatdıqda və 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə pensiya almaq hüquqları yaranır. Başqa sözlə, zərərli və ağır işdə çalışanların başqalarından fərqli olaraq, daha tez pensiya almaq hüququ var.

Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nı təsdiqləyib.

Dövlət Sosial Müdafiə Fondu iddia edir ki, Nazirlər Kabinetinin siyahısında “Nəqliyyat” bölməsindəki elektrik qatarlarının maşınistləri və köməkçiləri yerüstü dəmiryol nəqliyyatına aiddir. Bunun metropoliten işçilərinə də aid olması üçün gərək ayrıca “metropolitençilər” yarımbölməsi olmalıydı.

Lakin metro işçiləri bu arqumenti absurd sayır. Deyirlər ki, vətəndaşa pensiya verməmək üçün qanun və qaydalar bilərəkdən təhrif olunur.

Şikayətçilərdən Fərid Altınbayev bildirib ki, onların zərərli işdə çalışmaları “Bakı Metropoliteni” QSC-dən verilən arayışdan da görünür. Orada açıq şəkildə “ağır və zərərli əmək şəraitində” çalışdığı göstərilib: “Zərərli işdə işlədiyimizə görə bizə əmək məzuniyyətinə əlavə 6 gün verilir. Bundan başqa, xüsusi zərərli iş şəraitində işlədiyimizə görə əməkhaqqına tarif maaşının 16 faizi qədər, axşam və gecə saatlarına görə isə əlavə ödənişlər edilir”.

Bakı İnzibati Məhkəməsi də Dövlət Sosial Müdafiə Fondunun arqumenti ilə razılaşmayıb. Hakim qərarda yazıb ki, “metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır”. Yəni metropoliten maşinistinin vəziyyətilə yerüstü qatarların maşinistinin və köməkçilərinin vəziyyəti oxşardır: “Oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar - güzəştli şərtlərlə pensiya təyinatından imtina əsaslı deyil”.

Metropoliten işçilərinin şikayətinə yaxın günlərdə Ali Məhkəmədə baxılacaq.

“Hər gün növbədə 8 saat dəmir-beton tuneldə qalmaq, 1000 volt gərginliyin altında işləmək bilirsinizmi nə deməkdir?! Metrodakı qatarların maşınisitləri işləri xüsusilə zərərli və ağır olduğuna görə çox vaxtları pensiya yaşına da çata bilmirlər”, - Fərid Altınbayev bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dözülməz vəziyyət - HAKİMLƏR MƏSULİYYƏTİNİ İTİRİB


Artıq xeyli zamandır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dözülməz vəziyyət hökm sürür.

Ölkə büdcəsinin on milyonlarla vəsaiti hesabına başa gələn Sumqayıt Məhkəmə Kompleksində yerləşən Sumqayıt Ağır Cinayətlər Məhkəməsində proseslər aylarla ertələnir.

Kifayyət qədər məhkəmə iclas salonları, innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şəraitli bu bina təxminən 1 milyon 460 min əhaliyə keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsi üçün inşa olunub.

Amma nə baş verirsə, adi 3-4 cildlik cinayət işlərinin baxılması az qala 2 ilə başa çatır. Burada səbəb hakimlərin tərəflərlə razılaşdırmadığı hallarda məhkəmə proseslərinin vaxtını ürəkləri istəyən tarixə salmaları, məhkəməyə 1 gün qalmış tərəflərə xəbər vermədən prosesləri ertələrmələridir.

Bu məhkəmələrdə iclas təyin olunan gün prosesin ertələnməsi adi hala çevrilib.

Təsəvvür edin ki, məhkəməyə Sumqayıta ətraf rayonlardan və Bakıdan gedən insanlar hansı duruma düşür.

Azərbaycanda elektron məhkəmə portalı üçün büdcədən milyonlarla vəsait xərclənib.

Amma Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin aparatı yerində olmadığı üçün məhkəmələrin vaxtını portala yerləşdirmir.

Adıçəkilən məhkəmənin telefonları belə vətəndaşların üzünə bağlıdır.

Maraqlıdır ki, məhkəmə binasının dəhlizlərində belə bu süründürməçiliyə etiraz edən insanların səs-küyünü məhkəmənin sədri Rəşad Əliyev eşitsə də buna əhəmiyyət vermir.

Gununsesi.info olaraq, ölkənin Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun bu biabırçılığa reksiya verməsini və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində nizam-intizam yaratmasına ümid edirik.

Gununsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-nin həbs etdiyi nazir müavini DANIŞDI - "Mən hazırda evimdəyəm"


DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyevlə Gununsesi.info-ya qısa açıqlama verib.

Baş verənlərlə bağlı əməkdaşımızın telefonla əlaqə saxladığı Elnur Əliyev “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar” deyə bildirib.

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da nazir müavini vəzifəsindən azad olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR... - İcra başçısı HARA BAXIR?


Qışda palçıqlı, yayda toz-torpaqlı, dərin çalalarla dolu və keçilməsi təngə gətirən yol.

DİA.AZ bildirir ki, bu sözləri “Report”un Yuxarı Şirvan bürosuna Kürdəmirin Təklə kəndinin yollarının bərbad vəziyyətdə olmasından şikayətlənən sakinləri deyiblər.

Sakinlər bildiriblər ki, onlar kənddə məskunlaşandan bu günə qədər bir dəfə də olsa, yola asfalt örtüyü salınmayıb. Təklə kəndi rayon mərkəzindən 16 km aralıda yerləşir. Yolun 10 km-lik hissəsi Kürdəmir-Ağsu yolunun, 6 km-lik hissəsi isə Təklə kəndinin payına düşür. Kənd camaatına çətinlik yaradan da məhz yolun 6 km-lik hissəsidir.

Təklədə yaşayan 1 000 nəfərə yaxın sakin, 100-ə yaxın sürücü gediş-gəliş zamanı çətinlik çəkir. Qışda palçıq, yayda toz-torpaq sakinlərin gediş-gəlişinə mane olur, hərəkət çətinləşir, avtomobillər bərbad vəziyyətə düşür, sıradan çıxır.

Sakinlər Təklə kənd yolunda istər keçmiş SSRİ dövründə, istərsə də 1991-ci ildən sonra bir dəfə də olsa təmir-bərpa işlərinin görülmədiyini, yolun diqqətdən kənar qaldığını deyirlər.

Sakinlər bildirirlər ki, mövcud vəziyyətlə bağlı əlaqədar təşkilatlara müraciət ediblər. Onların sözlərinə görə, yolun vəziyyəti ilə bağlı 2020-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri Kürdəmirdə görüş zamanı onlara rayonun Cəyli, Qarasaqqal və Təklə kəndlərinin yolunun çəkilişi eyni vaxtda olacağı deyilib. Amma təəssüf ki, Cəyli və Qarasaqqal kəndlərində yol tikintisi getdiyi bir vaxtda Təklə kəndinin yolu yenə diqqətdən kənarda qalıb.

Mövzu ilə bağlı Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Şəfaət İsmayılov “Report”a bildirib ki, rayonda kənd yollarının yenidən qurulması işləri növbəli şəkildə həyata keçrilir. Adıçəkilən Təklə kəndinə asfalt örtüyünün salınmasının isə 2023-cü ildə həyata keçirilməsi nəzərdə tutulur.

Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR... - İcra başçısı HARA BAXIR?
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR... - İcra başçısı HARA BAXIR?
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR... - İcra başçısı HARA BAXIR?
Kürdəmirin yayı bir yana... QIŞI DA ZÜLÜMDÜR... - İcra başçısı HARA BAXIR?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Veysəloğlu`nun QARABAŞAQ İNHİSARI... - Özbaşına qalanda BELƏ OLUR...


Dövlət qurumlarının yarıtmaz iş sistemi onunla nəticələnir ki, “Veysəloğlu” kimi şirkətlər bazarda “at oynadır”.

DİA.AZ xəbər verir ki, bu sözləri Tribuna.Az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Veysəloğlu” MMC-nin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqe sərgiləməsinə görə 715 227 manat cərimələməsilə bağlı danışarkən deyib.

AİB sədri bildirib ki, Dövlət Xidməti vaxtında yoxlama aparmalı və bazar qiymətlərinə nəzarət etməlidir:

“Prezident İlham Əliyev iqtisadi toplantlarda həmişə qeyd edib ki, ölkədə karter sövdələşmələri var, inhisarçılıq var. Buna əsasən də prezident daim müvafiq qurumlara tapşırıqlar verib. Lakin ölkə başçısının açıq şəkildə dediyi bu tənqidləri bu işə nəzarət etməli olan dövlət qurumları eşitmir, özlərini karlığa vurublar.

Mən hələ inidiyə qədər şahidi olmamışam ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hansısa bir karter sövdələşmələrini yox etsin və bunu da elan etsin. Ölkə başçısının tapşırıqlarını açıq şəkildə yerinə yetirməyən dövlət qurumlarının yarıtmaz iş sistemi onunla nəticələnir ki, “Veysəloğlu” kimi şirkətlər bazarda “at oynadır”. Dövlət qurumu məsuliyyətsiz olanda belə şirkətlər də qarabaşaq bazarını da əlinə alar, qiymət də tənzimləyər. Bu gün konkret olaraq heç bir iş görməyən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin özünü də cərimələmək lazımdır. ”.
E.Hüseynov bildirib ki, yay ayı ərzində meyvə qiymətləri yüksək oldu və Dövlət Xidməti heç bir iş görmədi:
“Bu il meyvə bazarında apardığımız araşdırma onu göstərdi ki, meyvə çox baha oldu, süni qiymət artımı yaşandı. Ancaq Dövlət Xidməti heç bir tədbir görmədi.
Karter sövdələşmələrini müəyyən etmək o qədər də çətin iş deyil. Bunun üçün heç də bir-bir qapı döyüb gömrükdən kimin nə keçirdiyini yoxlamaq lazım deyil. Bunun üçün sadə və xüsusi riyazı yollar var. İstənilən analitik düşüncəsi olan iqtisadçı bazarda tədqiqat aparıb heç bir biznes qurumunun qapısına getmədən qiymətlərə baxıb özü tapa bilər. Ancaq Dövlət Xidməti işləmək istəmir. Onlar hesab edir ki, özbaşınalıq etmiş şirkəti cərimələmək problemin həlli deməkdir”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO