[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Ərdoğanla müzakirə APARDI


Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.

Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan DTX-nın ləğvi NƏDƏN XƏBƏR VERİR? - GƏLİŞMƏ


Bakıdan Naxçıvan Muxtar Respublikasında (NMR) dövlət qurumlarının fəaliyyətinə diqqət artıb. Nazirliklərin rəhbərləri, Prezidentin köməkçiləri vaxtaşırı Muxtar Respublikaya səfər edib, tabeli strukturların toplantılarını keçirir, yoxlama aparırlar.

Buna misal olaraq ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin növbəti kollegiya iclasının Naxçıvanda keçirilməsini göstərmək olar. Daha sonra nazir Sahil Babayevin NMR Ali Məclisinin Sədri Vasif Talıbovla görüş olub. Görüşdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Naxçıvan MR-nın eyni adlı nazirliyi və Dövlət Sosial Müdafiə Fondu arasında əlaqələrin daha da inkişafı, sosial müdafiə sahəsində elektronlaşma, Naxçıvanda DOST mərkəzinin açılması üçün işlər və s. müzakirə olunub.

Bu həftə isə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Muxtar Respublikaya səfər edib. M.Əliyev Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirib və məruzələri dinləyib.

Oktyabrın 31-də isə daha diqqətəlayiq bir hadisə baş verib - Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib. Onun yerində Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edilib. Bundan əvvəl isə sözügedən qurumun Əsasnaməsi dəyişdirilərək onun bir sıra səlahiyyətləri məhdudlaşdırılmışdı.

Yeri gəlmişkən xatırladaq ki, ötən ay Naxçıvan MTN-nin həbsdə olan rəisi Vəli Ələsgərov gözlənilmədən Ali Məhkəmənin qərarı ilə həbsdən azad edildi. Dərhal Naxçıvanı tərk edən V.Ələsgərov 2015-ci ildə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi və Naxçıvanda yerləşən Böyükdüz həbsxanasında cəza çəkirdi.

Təhlükəsizlik sahəsi üzrə ekspert, xüsusi xidmət orqanlarının keçmiş zabiti İlham İsmayıl Naxçıvanla bağlı bu dəyişiklikləri "AzPolitika.info"ya şərh edərkən bildirib ki, NMR Dövlət Təhlükəsizliyi Xidmətinin ləğv edilməsi uzun müddət müzakirə predmeti olub. Ekspert vurğulayır ki, indiki vəziyyətdə DTX-nın Naxçıvan Baş İdarəsinin yaranmasını zəruri edən şərtlər kəskin şəkildə qarşıda dayandığı üçün belə bir qərar verilib: "Hesab edirəm ki, qərar ərəfəsində Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri təsadüfi xarakter daşımırdı. Görünür qəbul edilən qərar Muxtar Respublika rəhbərliyinin diqqətinə lazımi şəkildə çatdırılıb. Niyə məhz indi? Bu sualın arxasında müəyyən mülahizələr irəli sürmək olar, lakin xüsusi xidmət orqanı ilə bağlı məsələ mülahizələrə deyil, konkret situativ şəraitdən yaranan və perspektivə hesablanmış siyasi addım olduğundan detalları qeyri-müəyyənliklə şərh etmək doğru olmaz. Əsas odur ki, qərar doğru qərardır və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə hesablanıb".

"AzPolitika.info"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalidə Kəngərli özünü öldürməzdən əvvəl “Kəpəz Hospital”da çantası da oğurlanıbmış


Bakıda intihar etmiş tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümündən bir neçə ay əvvəl işlədiyi "Kəpəz Hospital” klinikasında çantası da oğurlanıbmış.

Qaynarinfo-nun məlumatına görə, ötən il 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktından sonra azadlığa çıxan 1989-cu il təvəllüdlü Göyçay şəhər sakini Elnur (şərti) adlı şəxs 1 mart 2022-ci il tarixdə "Kəpəz Hospital”ın birinci mərtəbəsindəki həkim otağının giriş qapısının bağlı olmamasından istifadə edərək ora daxil olub. Həmin şəxs otaqdan Xalidə Kəngərliyə məxsus içərisində 80 manatlıq "Apple Airpods 3” markalı naqilsiz qulaqcıq, 150 manat nəğd pul, 3 bank kartı və 80 manat dəyəri olan "Michael Kors” markalı pul kisəsinin olduğu 200 manat dəyərində "Furla” markalı əl çantasını götürüb. O, zərəçəkənə ümumilikdə 540 manat ziyan vurub.

Məlum olub ki, Elnur həbsdən azad olunduqdan bir qədər sonra - 22 fevral 2022-ci il tarixdə Nəsimi rayonunda yerləşən "Avrasiya Hospital” klinikasından da oğurluq edib. O, "Avrasiya Hospital"da operator vəzifəsində çalışan xanıma məxsus, içərisində müxtəlif əşyaların olduğu çantanı oğurlayaraq, zərəçəkmişə 269 manat maddi ziyan vurub.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Xalidə Kəngərlinin qardaşı tanınıb. O, bacısına məxsus əşyaların ibtidai istintaq vaxtı qaytarıldığını, bununla bağlı bacısı tərəfindən şikayət və tələbin olmaması barədə polis idarəsinə ərizə də verildiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və 2 il 6 ay azadlıqdan məhrum edib.

Oğurluq faktı ilə bağlı "Kəpəz Hospital”la əlaqə saxlasaq da, bu barədə məlumat verə bilməyəcəkləri deyilib. Bildirilib ki, məsələ ilə bağlı ancaq polis məlumat verə bilər.

Qeyd edək ki, bu ilin 27 iyununda 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən yaşadığı mənzilin eyvanından yerə atıb və dünyasını dəyişib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abdolbari Goozalın şirkəti QOÇULUQ EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...


“10 il əvvəl öz firmama məxsus obyekti müqavilə bağlayaraq “Bazarstore” MMC-yə icarəyə vermişəm. Artıq bu ilin dekabrında müqavilənin müddəti bitir. Lakin şirkət daşınmaz əmlakı təhvil vermək istəmir”.

DİA.AZ xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya “Qızıl-Gül” firmasının direktoru Azər Nəbiyev müraciət edib.

Onun sözlərinə görə, Sumqayıt şəhəri, 30-cu məhəllə, Nərimanov küçəsi: 3 ünvanında yerləşən obyekt müqaviləyə görə bu ilin dekabrında təhvil verilməli olsa da, icarəyə götürən şirkət müqavilənin şərtlərinə əməl etmək istəmir: “Müqaviləmiz dekabrda bitir. Ona görə də, biz onlara əvvəlcədən bununla bağlı xəbərdarlıq etmişik. Lakin “Bazarstore” rəhbərliyindən bizə bildiriblər ki, çıxmırıq, gedin hara şikayət edirsiniz, edin. Qəti fikirdədirlər ki, çıxmayacaqlar. Bizim də başqa yolumuz qalmır, əgər elə olsa, gərək həmin şirkəti məhkəməyə verək”.
Abdolbari Goozalın şirkəti QOÇULUQ EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...

Şikayətlə bağlı “Bazarstore” MMC-yə sorğu ünvanlamışıq.

Qeyd edək ki, “Qızıl-Gül” firmasına məxsus daşınmaz əmlakın 1650 kv metr ərazisi var. Sözügedən firma ilə “Bazarstore” MMC arasında 2012-ci ildə imzalanmış müqaviləyə görə, icarə müddəti 10 il müəyyən edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`İlk İnşaat`ın işçisi HAQQINI ARAYIR - Mərkəzi Bankın sədrinə müraciət olundu


Şamaxı rayonu, Muğanlı kəndində psport qeydiyyatında olanvə hazırda Abşeron rayonun 28 May qəsəbəsidə yaşayan, İş zamanı ağır xəsarət alan Məmmədov Arif Məhəməd oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cənab Pezident, yazıb Sizə bildrmək istəyiəm ki, mən SOCAR nəzdində olan H.Əliyev adına Neft Emalı zavodunun törəmə təşkiatı olan "İlk İnşaat"da əmək müqaviləsi əsasında qaynaqçı işləyirəm. Bu ilin avqustun 20-də iş gördüyüm zaman sol əlimin üstünə 70 kq ağırlığı olan dəmir detal qəfil düşərək ağır xəsarət yetirmişdir. Nəticədə vətər damarı zədələnmiş, 3 və 4-cü barmağımın sınığı diaqnozu ilə bu günə qədər müalicə alıram.
Düzdür, işlədiyim şirkətin hesabına ilin cərrahiyə əməliyyat "Medikal Plaza"da həyata keçirildi. Lakin təəssüflər olsun ki, əlim və barmaqlarım bükülmür. Hazırda öz hesabıma müalicəmi davam etdirirəm. Xəstəlik bülleteni açıldığna görə 2 aydır ki, əməkhaqqı ödənişi almıram.
İki balaca övladım və yaşlı xəstə vaideynlərim mənim himayəmdə yaşayırlar. İşlədiyim "İlk İnşaat" şirkəti bütün işçilərini "Həyat sığrota" şirkətilə sığortalatdırıb. Buna baxmayarq bu günə qədər alığım ağır istehsalat xəsarətinə görə heç bir sığorta ödənişi etmir və etmək də istəmirlər. Baxmayaraq ki, işlədiyim şirkət bu barədə onlara yazılı məlumat vermişdir. Və hazıda da Suraxanı rayon Prokurorluğunda araşdırma gedir. Ekspert həkim də təsdiq etmişdir ki, ağır xəsarət almışam ximəti iş zamanı Və mənə bildirdilər ki, sənin müalicən, dava-dərman üçün "Həyat" sığorta şirkətinin borcudur ki, bunları qarşılasın və ya birdəfəllik kompensasiya versin. Ona görə də dövlətimizin başçısına və Mərkəzi Bankın idarə heyətinin sədri cənab Taleh Kazımova müraciət edirəm ki, iş vaxtı aldığım ağır bədən xəsarətinə görə "Həyat" sığortanın vəzifə borcunu yerinə yetirərək mənə qaunvericiliyə əsasən düşən birdəfəlik kompensasiyanın vaxtnda ödənilməsinə köməklik göstərsinlər".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hökumət, “Masdar” və “AccessBank” arasında razılaşma təsdiq edildi


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “Masdar Azərbaycan Enerji” MMC və “AccessBank” QSC arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Məqsəd "qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” ölkə prezidentinin 2 aprel 2021-ci il tarixli sərəncamının icrasını təmin etməkdir.

Xatırladaq ki, sözügedən razılaşmanı bu il iyulun 30-da hökumətin adından energetika naziri Pərviz Şahbazov imzalayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdam icra hakimiyyəti 1 bayrağa niyə 1000 manat verib..? - İcazə verin, şübhələnək...


Sözün düzü, müxtəlif dövlət qurumlarında, nazirliklərdə, səhiyyə, təhsil və s müəssisələrində, hətta orta məktəblərdə rüşvət və korrupsiyanın MİQYASINA baxanda adam dəhşətə gəlir. İki il öncə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin rəhbəri külli miqdarda rüşvət almaqda həbs olunanda, vallahi gülməkdən uğunub getmişdik.
Təsəvvür edirsiniz, Orkestrin rəhbəri Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham olunurdu. Adam düşünür ki, işi-gücü klarnet, qara zurna, saksafon, balaban, düdük çalmaq olan qurumda necə külli miqdarda rüşvət ola bilər..? Yaxşı, bəs orkestrin tabe olduğu Mədəniyyət Nazirliyi hara baxırmış...?
Axı, Maliyyə Nazirliyi, Hesablama Palatası hər il bu müəssisələrdə yoxlama aparır, bəs onlar hara baxırmış..? Dünən isə ölkə mediasında iki rüşvət və korrupsiya xəbəri ilə rastlaşdım.
Təsəvvür edirsiniz, Ağdam Rayon İcra Hakimiyyəti 1 adi bayraq almağa 1000 manat pul verib. Belə ki, Ağdam Rayon İcra Hakimiyyəti bayraq almaq üçün tender keçirib. Və əvvəlcə 6 ədəd bayrağın alınması üçün bir şirkətə 4194 manat, sonra isə yenə 6 bayraq almaq üçün başqa bir şirkətə 8850 manat pul verib. Birincisi, bir bayrağın qiyməti neçəyədir ki..?
12 bayrağa 4194 + 8850 = 11044 manat, yəni bir bayrağa təxminən 1000 manat pul verilib. Görəsən, bu bayrağın materialı nədəndir ki, bir bayraq 1000 manata başa gəlir..?
İkincisi, necə olur ki, bir şirkətə 6 bayrağa görə, 4194 manat, o biri şirkətə isə EYNİ ÖLÇÜDƏ, EYNİ SAYDA ( 6 ədəd ) bayrağa görə, 2 dəfə çox, yəni 8850 manat verilib. Bunun məntiqi-zadı haradadır..?
Üçüncüsü, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Yəni vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. Amma Ağdam RİH-nin keçirdiyi tenderdə iştirak edən şirkətin isə xeyli vergi borcu var. Və ən əsası bu şirkətlər icra başçısı Vaqif Həsənova yaxın adamlardır. İndi aydın oldumu, problem nədir..?
İndi isə daha bir əcaib korrupsiya əməlinə nəzər salaq. Dünən yayılan xəbərdən bəlli oldu ki, Hüseynqulu Sarabski adına 7 saylı musiqi məktəbində 1 MİLYON MANAT mənimsəmə aşkarlanıb. Cənablar, 1 MİLYON YEYİNTİ sadə məsələ deyil, söhbət 100-200 manatdan getmir.
İkincisi, söhbət hansısa nazirlikdən, komitədən, yaxud icra hakimiyyətindən getmir ee, adi musiqi məktəbindən gedir.
Burada 1 milyon mənimsəmə fəlakət, dəhşət deməkdir. İndi icazə verin, düşünək ki, adi musiqi məktəbində 1 milyon yeyinti varsa, görün...yekə, zırıltı...qurumlarda yeyinti MİLYARDLA hesablanır. Bəli, dünən məlum oldu ki, məktəbin sabiq direktoru Mehriban Rüstəmovaya verilən 10 il 6 ay cəza 3 ay azaldılıb və 10 il 3 ay olub. Belə ki, 2020-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın rüşvət və korrupsiya əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi bəlli olub, onun xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd «notebook» və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
Dünən Bakı Apellyasiya Məhkəməsi 7 saylı musiqi məktəbinin həbsdə olan sabiq direktoru Mehriban Rüstəmova ilə bağlı hökmdən verilmiş apellyasiya şikayətinə baxıb. Və... Bakı Apellyasiya Məhkəməsi 1 il yenidən araşdırma aparıb və.... İş üzrə qüvvədə olan hökmü dəyişib, ittiham olunan sabiq direktorun cəzası 10 İL 6 AY-dan 10 İL 3 AYA ENDİRİLİB. Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb.
Təsəvvür edirsiniz, o boyda Apellyasiya Məhkəməsi 1 illik gərgin araşdırmadan sonra....
Vallahi nəsə yazmağa adam özü xəcalət çəkir, bu ölkənin məhkəmə-hüquq sistemi nə gündədir..? Amma, bircə onu yazmaq istəyirik ki, cənablar, bəs Ağdam icra hakimiyyətinə, 7 saylı musiqi məktəbinə, qara zurna, saksafon orkestrinə nəzarət etməli olan dövlət qurumları hara baxırdı..? Onlar niyə həbs olunmur..? Həm də həbs etmək problemdən çıxış yolu deyil... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Alimpaşa Məmmədovun 10 milyonluq əmlakı üzərinə həbs qoyulub - SİYAHI


Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədovun bir sıra əmlakları üzərinə həbs qoyulub.

APA-nın əldə etdiyi xəbərə görə, bazar dəyəri 10 milyon manat qiymətləndirilmiş həmin əmlaklar aşağıdakılardır:

1. "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)

2. "Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)

3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq bitarək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

APA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Penitensiar Xidmətdən narazıdır - MƏHBUSLAR PROSESLƏRƏ APARILMIR


Son zamanlar Sumqayıt Ağır Cinayətlər Məhkəməsində cinayət işləri ilə bağlı proseslərin keçirilməsində ciddi problemlər yaranıb.

DİA.AZ bildirir ki, bu barədə Gununsesi.info-nu məhkəmə hakimlərindən biri məlumatlandırıb.

Adının çəkilməsini istəməyən məhkəmə hakimi deyib ki, Penitensiar Xidmətin həbsdə olan təqsirləndirilən şəxsləri Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirməməsi proseslərin davamlı şəkildə təxirə salınması ilə nəticələnir:

“Bu da bizim proses qrafiqimizin pozulması, məhkəmə proseslərinin aylarla uzanmasına səbəb olur.

Müdafiə tərəfinin vəkilləri buna görə məhkəməni günahlandırır, amma burada məsuliyyət Penitensiar Xidmətin üzərinə düşür”.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqov isə Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı belə bir halın mövcudluğu ortaya çıxmayıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO