[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbs olunan icra başçılarının müsadirə edilən MİLYONLARI - ARAŞDIRMA


Son dövrlərdə Azərbaycanda müxtəlif qanun pozuntularına görə xeyli sayda məmur həbs edilib. Onların bir qisminin əmlakları da özləri ilə eyni aqibəti yaşayıb. Xüsusilə də, son dönəmlərdə kreslodan zindana yollanan icra başçılarının

DİA.AZ bildirir ki, Bizim.Media-nın araşdırmasına görə, son dövrlərdə mənimsəmə, rüşvətxorluq və korrupsiya ittihamı ilə həbs olunan bəzi məmurların əmlakları müsadirə edilib, yaxud da üzərinə həbs qoyulub. Eyni zamanda onlara qarşı zərərçəkmişlər tərəfindən qaldırılan iddiaların təmin edilməsi ilə birlikdə, külli miqdarda zərər sabiq məmurlar tərəfindən ödənilib.

Həmin məmurların və müsadirə edilən mülklərinin siyahısını sizlərə təqdim edirik:

1. Qoca Səmədov

Yexlavın keçmiş icra başçısı ötən ilin noyabrında həbs olunub.

Müsadirə edilən əmlakları:

Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;

Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;

Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;
Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;

Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;

Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;

Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı;

Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;

Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası.

30 min manat nağd pul;

Eyni zamanda Məhkəmədə Yevlax Rayon İcra Hakimiyyəti 1 milyon 546 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST" İş Mərkəzi isə 58 min manatlıq mülki iddia qaldırıb və bu iddialar təmin edilib.

2. İsmayıl Vəliyev

Lənkəranın sabiq icra başçısı İsmayıl Vəliyev on il müddətinə azadlıqdan məhrum edilib. İsmayıl Vəliyevin üzərinə həbs qoyulan mallarının siyahısı isə bu cürdür:

Səbail rayonu, Mətbuat prospektində yerləşən mənzil;

Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi;

Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən 1,5 kv.m qeyri-yaşayış sahəsi;

Yasamal rayonu Qurban Xəlilov küçəsində yerləşən ikimərtəbəli mənzil, 6 otaqlı daha bir mənzil;

Qobustan rayonu Xilmilli kəndində əmlak kompleksi müəssisəsi (Xırman binası);

Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası;

“Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan müəssisə;

Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Yurdum” adlı ictimai-iaşə obyekti və torpaq sahəsi;

3. Vilyam Hacıyev

12 il müddətinə azadlıqdan məhrum edilmiş İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin müsadirə olunan əmlaklarının və maddi vəsaitin ümumi dəyəri isə 12 milyon manata yaxındır.
Həmin əmlaklar aşağıdakılardır:

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat);

İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat);

Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat);

İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat);

İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat).

Bundan əlavə V. Hacıyevə məxsus mənzilə və xidməti otağına baxış zamanı aşkar olunaraq götürülən 6 298 834 manat vəsait də dövlət nəfinə keçiriləcək.

4. Alimpaşa Məmmədov

Ötən ilin aprelində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ümumi dəyəri 10 milyon manat olan əmlaklarına, bu il noyabrın 2-də həbs qoyulub.

Həmin əmlaklar bunlardır:

"Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat);

"Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat);

Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat).

5. Mahir Quliyev

M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb.

Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.

6. Namiq Zeynalov

Həbsdə olanlardan daha biri 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovdur. Məhkəmənin verdiyi hökmə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Zeynalovun da bazar dəyəri 2 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayram Yusifovun “ağsaqqallığı” ilə bağlı ilginc məlumatlar... - iki MTK-ya 13 milyonluq ziyan

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlu başqa bir iş adamını aldatmaq və qanunsuz təzyiqlər etmək nəticəsində külli miqdarda əmlak əldə etməsi haqda məlumat vermişdik.

Xatırladaq ki, Bayram Yusifov hələ 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edərək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv. metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirid ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzili və qeyri-yaşayış sahələsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edib. (daha ətraflı BURADAN tanış ola bilərsiniz).
İş üzrə AFN.az-a danışan mənbə yeni detallar verib. Məlum olub ki, B.Yusifov saxta yolla aldığı mənzillərdən 32-sini artıq Şakir Göyüşov adlı şəxs (onun haqqında bir qədər sonra məlumat verəcəyik-red.) vasitəsilə satıb. Qalan 25 mənzil və 1000 kv.m qeyri-yaşayış sahəsini özününküləşdirmək üçün isə məhkəməyə müraciət edib: “O, 2013-2014-cü illərdə həmin mənzilləri qanuni yolla alan vətəndaşlara problem yaratmaqdan çəkinmir. Hətta açıq-aşkar bildirir ki, məhkəmələrə təzyiqlər edəcək və işi öz xeyrinə həll edəcək. Özünün Respublika Ağsaqqallar Şurasındakı vəzifəsindən istifadə edir və bunu da gizlətmir”.
Mənbə bildirir ki, B.Yusifov bütün bu əməlləri təkbaşına etmir. Onu bu işlərdə dəstəkləyən şəxs Avşarov Rza Muxtar oğludur. R.Avşarov xalq rəssamıdır. O, xalq artisti Muxtar Avşarovun oğludur. R.Avşarovun (onun da arxasında yüksək vəzifəli şəxslərin dayandığı bildirilir-red.) dəstəyinə arxalanan B.Yusifov ələ keçirdiyi başqa bir şirkəti – “Təbriz” MTK-nı da “Çinar AN” MTK-nın vəziyyətinə salıb: “Ayna Sultanova heykəlinin yaxınlığında Nofəl Hacıyevə aid olan 1 bloklu binanın tikintisinin tamamlanmamasına səbəb B.Yusifovun yol verdiyi qanunsuz əməllərdir. Belə ki, vaxtilə həmin ərazidə “Təbriz” MTK-ya məxsus 4 bina tikilməli idi, 3-ü tikilib, 1-nin tikintisinə isə “Cıdır düzü”nun barısına yaxın olduğu üçün Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev icazə verməyib. Bu icazəni B.Yusifov R.Avşarov vasitəsilə təmin edib. Onun qarşılığında N.Hacıyev onlara “Təbriz” MTK-ya məxsus binanın 12-ci mərtəbəsindən 716 kv.m-lik 7 mənzil, 7-ci mərtəbəsindən isə 92 kv.m-lik 1 mənzil verib. Onlar ümumilikdə “Təbriz” MTK-dan 38 evi alıblar. Hansı ki, həmin mənzillər əvvəlcədən başqalarına qanuni yolla satılıb. Sonradan həmin vətəndaşların iddiası əsasında N.Hacıyev həbs edilib. Beləliklə, B.Yusifovun N.Hacıyevə etdiyi təzyiqlər nəticəsində daha bir bina tikilməmiş qalıb. “Təbriz” MTK-ya dəyən zərər ümumilikdə 8 550 000 manat hesablanır. Yəni 38 mənzil orta hesabla 150 kv.m-dan ümumilikdə 5700 kv.m edir ki, onun da 1500 manatdan dəyəri 8,5 milyon manatdan artıq edir. “Çinar AN” MTK-ya dəyən 4 580 000 manat (4400 kv.m mənzil – 3080000 manat, 1000 kv.m qeyri-yaşayış sahəsi – 1 500 000 manat) zərəri də üzərinə gəldikdə ümumilikdə iki iş adamına 13 130 000 manat ziyan deməkdir. Yəni Ağsaqqallar Şurasının sədr müavini, özü də iş adamı olan B.Yusifov biznesini belə “böyüdür”.

Yuxarıda qeyd etmişdik ki, B.Yusifov qanunsuz yolla əldə etdiyi mənzilləri Ş.Göyüşov adlı şəxs vasitəsilə satır. Araşdırmalar göstərir ki, B.Yusifovun yanında olan bu şəxs də qalmaqallı adamdır. Belə ki, bir neçə il öncə onun haqqında mediada ciddi ittihamlar özünə yer alıb. “Azadlıq” qəzetində Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk vilayəti şöbəsinin sədri Islam Hüseynovla bağlı iddialar yazılıb və haqqında yazılanlara münasibət bildirən İ.Hüseynov Ş.Göyüşovun adını hallandırıb. O bildirir ki, Şakir Göyüşov bütün pullarını kartda uduzub indi hamını təhdidlə məşğuldur: “Bircə istəyi də odur ki, təki hardansa pul əldə etsin”. B.Yusifovun məhz belə bir adamla əlbir olması təəccüb doğurmaya bilməz. Axı o, Azərbaycan Ağsaqqallar Şurasını təmsil edir.
İstər əvvəlki yazılarda, istərsə də bu yazıda qeyd edilənlərlə bağlı mövqe almaq üçün B.Yusifova etdiyimiz zəng cavabsız qaldı. R.Avşarovun Azərbaycan Rəssamlar İttifaqından verilən, Ş.Göyüşovun isə şikayətçi tərəfindən bizə təqdim edilən nömrəsinə zəng çatmadı. Hər bir halda yazıda adları çəkilən hər bir şəxsin mövqeyini verməyə hazırıq. //reportyor.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səlcuq Dəmirin XAMIRI BELƏ YOĞRULUB? - İTTİHAM VAR!


Səlcuq Dəmirin Ziraat Bankdakı qara əməlləri...

Biz bir media qurumu olaraq mətbuatın yazdığı araşdırma yazılarına fərqli prizmadan yanaşmaq, problemlərə mütəxəssis gözü ilə baxmaq qərarına gəldik.
Yəni yazılardakı məişət məsələlərini kənara qoyub, sırf analitik münasibət sərgiləmək. Beləcə bu yazmızda Ziraat Bankda baş verənlərə, bankın İdarə heyətinin sədri Səlcuq Dəmirin əməllərinə yenidən nəzər salacağıq.
Yuxarıda qeyd etdiyimiz kimi, loru dillə desək, kimsənin necə yatıb, necə durması bizim üçün önəmli deyil. Əsas onun fəaliyyət sahəsidir. Məlumat üçün qeyd edək ki, 2021-ci ilin 20 iyun tarixində bankda ciddi kadr dəyişikliyi baş verib və Səlçuk Demir bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.
Haqqında yazılanlardan bəlli olduğu kimi Səlcuq Dəmir bankı sanki özünün şəxsi “obyekti”nə çevirib. Belə ki, Səlcuq Dəmir siqaret, gündəlik yeyib-içmək pulundan tutmuş ailəsinin xərclərinə qədər hamısını bankın hesabına ödəyir.
Yuxarıda qeyd etdiyimiz kimi Səlcuq Dəmirin bahalı ziyafətləri, yatıb-durmağ ilə bağlı yazmırıq. Bəli, biz Səlcuq Dəmirin özəl həyatı barədə yazmırıq, amma proqramist Sadiq Axundovun vasitəsilə bankın proqram təminatları üçün yüz minlərlə vəsaiti mənimsəməsini yazmaya bilmərik... Yaxud bu yaxınlarda bankın konfrans zalı üçün 10 min manat dəyərində olan manitoru 40 min manata sənədləşdirməsini necə yazmayaq..?
Səlcuq Dəmir öz şəxsi geyimləri üçün lazım olan kimyəvi təmizləmə maddələrinə 3 min manat pulu bankın hesabından silib. Və bu pulu qonaqların ziyafət xərci kimi “oformit” edib. Ən dəhşətlisi odur ki, Səlcuq Dəmir müxtəlif toplantılarda müxtəlif şəxslərin barəsində hər cürə hədyanlar, rüsvayçı sözlər danışır, hətta həddini aşaraq Azərbaycan xalqının ünvanına təhqiramiz, aşağılayıcı sözlər işlədir. Azərbaycanda pullar qazanır, 650 manata başının altına qoymağa yastıq alır və sonda bizi təhqir edir. “Ziraat Bank”ın sədri Səlcuq Dəmir iclasda deyir ki, 44 günlük müharibəni azərilər deyil, biz udmuşuq.... Səlcuq Dəmir iclasda üzünü içşilərə tutaraq deyib ki, sizlər satqınsınız, kimlərləsə gizli əlaqəyə girərək bu məlumatları mediaya sizlər çatdırmısınız...
Deyəsən bu adamın başının DƏMİR YUMRUĞU çatmır ee...
Nə isə, yəqin ki, qardaş Türkiyənin Bakıdakı səfirliyi Səlcuq Dəmir kimilərlə məşğul olacaq.
İndi isə Səlcuq Dəmirlə bağlı ən yeni xəbərlərə nəzər salaq.
Məlumdur ki, "Ziraat Bank"da aparılan son araşdırmalar zamanı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində banka qarşı 300 min manat mənimsəmə ilə bağlı cinayət işi başlanılıb. Maraqlıdır ki, bankdakı yeyintilər, mənimsəmələr nə üçün dövlətdən gizlədilir..? Görəsən, 300 minlik yeyinti, Bankın hesabına alınanların hesabı Səlcuq Dəmirdən sorulacaqmı..? Çox maraqlıdır ki, Türkiyədəki hakim AK partiya islami həyat tərzinə üstünlük verir, spirtli içkiyə, əyyaşlığa qarşıdır. Amma Səlcuq Dəmirin həyat tərzinə nəzər salmaq çox vacibdir.
Bəli, onun içdiyi rakilərin pulu Ziraat bankın hesabından ödənilir.
Buradan Səlcuq Dəmiri məlumatlandırırıq ki, bankın mühasibatlığında olan çekləri dəyişməyin, saxtakarlığa yol verməyin. Bankın daxilindəki etibarlı mənbəmiz onu da qeyd edir ki, əgər mənə də göstəriş versələr ki, mühasibatlıq sənədlərini dəyişdirm, mən onu etməyə bilmərəm. Çünki əks halda işimi itirməli olacam. Səlcuq Dəmir bütün sərhədləri keçərək bizimlə çörək-əkmək söhbəti edir, anlamır ki, bizdə çörəyin mərtəbəsi çox yüksəkdir.
Səlcuq Dəmir deyir ki, mən azərilərə əkmək parası verirəm, amma onlar bizm sirrlərimizi yayırlar, gedib orada-burada bizim əleyhimizə danışırlar. Özünü toxunulmaz hesab edən bank rəhbəri hətta bəzi məclislərdə deyir ki, mən Azərbaycanda hər bir addımı ata bilərəm, istədiyimi edə bilərəm. Bəli, raki içib özünü itirən şəxs deyir ki, bu gün hətta öz iş yoldaşlarından şübhələnir və əlavə edir ki, bu gün mənim bütün işlərimdən jurnalistlərin xəbəri var. Səlcuqa deyəsən əkmək məsələsini başa salmaq lazımdır.
Bəli, Səlcuq Dəmir bizim yaxın dostumuzun əli ilə bütün qara işlərini gördüyü üçün çox dərinə gedə bilmir, Səlcuqun pul gətirən adamları bir dostumuz pulu silir, o biri dostumuz isə gözünü yumur.
Yəni o biri dostumuz görməsi lazım olan gözünü yumur ki, Səlcuq Azərbaycanda para qazansın. İndi Səlcuq bəyə demək lazımdır ki, əkmək parasını sənmi bizə verirsən. Yoxsa, bizim dostumuz sənə..? İndi bildinmi, paranı necə qazanırsan..?
Sonda Səlcuq Dəmirə deyirik ki, hər ay 2500-ə yaxın para verdiyin adamlarına de ki, jurnalistlər haqqında boş-boş danışmasınlar, çünki bir gün özünə qarşı yönələcək. Səlcuq Dəmirə faydalı məsləhətimiz də var. Əgər başını dəvəquşu kimi harasa soxmasan, işində müsbət dönüş yarada bilsən, mükəmməl ola bilərsən. Amma onu da deyirik ki, 300000-lə bağlı bankdaxili yazışmalarını hamı bilir. Onu bankın sistemindən qəti silmək olmur.
Görəsən, bankdaxili saxta yazışmalara nə üçün daxili nəzarət reaksiya vermir..?
Amma reaksiya verməyən adamlar indi bankda vəzifə tuturlar. Əgər inanmırsınızsa, şübhəniz varsa, həmin elektron yazışmaları, Banka məxsus elektron sistemdə tapa bilərsiniz.
Bu suallarla bağlı növbəti yazıda tanış ola bilərsiniz. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib


Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.

Bu barədə "Report"a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, F.Məmmədov ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şabran RİH-in bundan XƏBƏRİ VARMI? - VİDEOFAKT


Şabran şəhər sakinləri yol sarıdan əziyyət çəkirlər. Şəhərin Babək, Təbriz, Füzuli, Mirzə İbrahimov, Cabir Novruz küçələri uzun illərdir təmir edilmədiyindən sıradan çıxıb. Sakinlərin dediyinə görə, əslində əvvəllər bu küçələrin asfalt örtüyü olub. Ancaq zaman keçdikcə dağılıb, sonralar baxan olmayıb deyə bu vəziyyətə düşüb. Bu küçələrdə payız, qış aylarında vəziyyət daha dözülməz olur. Kələ-kötür yollar hərəkət məhdudiyyəti yaradır. Yağıntılı günlərdə gölməçələrə dolan yağış suları yolları sözün əsl mənasında keçilməz edir.

Bütün ara yollar bərbaddır

Şabran sakinləri Belediyye.netə təkçə mərkəzi yolların yox, bütün ara yolların bərbad olduğunu bildirib.

Yeni vurulmuş asfalt dağılır

Sakinlər deyirlər ki, bəzi yerlərə asfalt örtük vurulsa da, yağış yağan kimi yeni vurulmuş asfalt dağılır.

Məktəblilər təhsil ocağına təmiz paltarda çata bilmir

Yağış, qar yağan kimi, bərbad, sıradan çıxmış yollarla məktəbə getmək məcburiyyətində qalan məktəblilərin işi daha da çətinləşir. Şəhər sakini Bəhlul Mövsümov deyir ki, uşaqların üstü palçığa batmasın deyə maşınla aparıb, gətiririk. Bu da bizə baha başa gəlir.

Avtomobilləri sıradan çıxır

Şabran sakinləri təmirsiz yolların onların avtomobillərini də, sıradan çıxardığını deyirlər. Sakinlər qazanclarının böyük hissəsini avtomobillərinin təmirinə xərclədiklərini bildirirlər.

Şabran sakini Rəşid Muradovun sözlərinə görə, palçığın əlindən yol tapıb işlərinin ardınca gedə bilmirlər. Sakin əsas problemlərinin yol olduğunu deyir.

Şəxsi avtomobilini bu yollarda idarə etmək məcburiyyətində qalan sakin Fəxrəddin Hacıyev deyir: Yollar bataqlıqdır. Qış gəldi, ancaq şaravoy, kristavina dəyişirik.

Rəsmi qurum narahatlığa əsas olmadığını deyir

Şabran şəhər İcra Hakimiyyətinin nümayəndəsi Orxan Kərimov Belediyye.netin mövzu ilə bağlı suallarını cavablayıb. Qurum rəsmisi deyib ki, Şabran şəhəri 191 küçə, bir məhəllə, bir kənddən ibarətdir. Küçələrin ümumi uzunluğu 232 km-dir. Hal-hazırda şəhərdə dövlət layihəsi əsasında asfaltlama işləri həyata keçirilir. Şəhidlərin adını daşıyan küçələr abadlaşdırılıb, yollar asfaltla təmin olunur. Şabran şəhərindəki sözügedən məhəllə və küçələrin təmiri 2023-cü ilin sonunadək yekunlaşacaq.

Mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ağanın pulu gedir, nökərin canı çıxır" - FOTO, VİDEO

Çoxları payızı "depressiya fəsil" adlandırır.

Psixoloqlar bunun izahını fərqli verirlər, amma, biz "DogruXeber.az" olaraq, bu deyimə daha fərqli prizmadan yanaşacağıq.

Hərəyə bir cür təsir edən payız, onlarla, bəlkə də yüzlərlə yoxsul ailənin, ocağın evsizlik problemini xatırladır, ya da buna bənzər digər problemləri.

Daha doğrusu, bu problemləri payız yox, payızın sözügedən evlərin damından içəri yağan, yaratdığı palçıq və gölməçələri ilə yolları keçilməz edən yağışlarıdır.

Bakı şəhərində isə "payıza, qışa hazırlıq" söhbəti aidiyyatı qurumlar tərəfindən bir ay, ay yarım əvvəldən başlasa da yalnız soyuq, qar, yağış başlayandan sonra məlum olur ki, yenə də xalqın bu söhbətə inanan saf nümayəndələri "bu il də aldadılıb".

Bakının belə hazırlıqsız rayonlarından biri də Pirallahı rayonudur.
Belə ki, payız yağışlarının gəlişi ilə Pirallahı rayon, İlqar Məcidov küçəsinin sakini ağbirçək Tamella xanımın da "şikayət mövsümü" başlamış oldu.
Ona görə "şikayət mövsümü" deyirik ki, Tamella xanım demək olar ki, hər il buvaxtlar ağlaya -ağlaya üz tutur "DogruXeber.az" redaksiyasına ki, "Yağış başımıza yağır. Damın altında bir çətən külfətimiz var, ailə üzvlərimin əksəriyyəti də azyaşlı nəvələrimdir. Yağan yağış başımıza yağır. İcra Hakimiyyətinə dəfələrlə gedirəm deyirəm, elə hər şikayət etdikcə, arada gəlib baxıb gedirlər. Müsbətə doğru isə heç bir dəyişiklik yoxdur. Yağış yağanda evdə addım atmağa yer olmur. Böyük vanna, vedrələrdən tutmuş, stəkanlara qədər düzürük evə, daman damcıların altına.".
"Ağanın pulu gedir, nökərin canı çıxır" - FOTO, VİDEO
"Ağanın pulu gedir, nökərin canı çıxır" - FOTO, VİDEO

Bəli, Tamella xanımın özünün də bildirdiyi kimi, onun hər il eyni problemi ilə bağlı mediyada gileyi, narazılığı yayımlanır.

Amma, nafilə...

Vasif İmanovun arada gəlib baxıb, 5-6 şəkil çəkib gedən işçilərindən isə hələ də heç bir xəbər yoxdur.

Öz də, hələ bu azmış kimi, xanımın bildirdiyinə görə küçələr də bərbad - keçilməz vəziyyətdədir. Azca yağış yağan kimi hər tərəf olur palçıq, olur gölməçələr.

Biz Tamella xanımın müraciətini "Kanal14" YouTube kanalımızda yayımlanan, "Kamalın zamanı" proqramında öz dilindən, həmçinin "DogruXeber.az" informasiya portalında isə yazaraq, bu il də yayımladıq.

Gerisi qalır Pirallahı rayon İcra Hakimiyyətinə, ya yenə də gəlib baxıb gedəcəklər, ya da bu dəfə "şeytanın ayağını qırıb, buna bir əncam çəkəcəklər.
Hərçənd ki, özümüzün bu son dediyimizə, özümüz də inanmadıq, amma, ümid insanları heyata, sakinlərini hələ də Pirallahıya bağlayır.

Hörmətli Vasif İmanov, fotoda gördüyünüz bu vanna, vedrə və digər məişət əşyaları ora heç də Siyavuş müəllimin dediyi kimi, "yağış suyunu ölçmək üçün" qoyulmayıb.

İdarəçiliyinizdə olan rayonun bu çarəsiz sakini Tamella xanım sizdən səlahiyyətiniz xaricində, yaxud da gücünüzün yetməyəcəyi qədər çox şey istəmir və güman edirik ki, qısa zamanda elə "DogruXeber.az" informasiya portalında rayonunuzun sakini Tamella xanımın mövcud probleminin həlli üçün İcra Hakimiyyətinə olan təşəkkürünü dərc edəcəyik, təbii ki, həll olunarsa.
Məsələ diqqətimizdədir!
"Ağanın pulu gedir, nökərin canı çıxır" - FOTO, VİDEO
"Ağanın pulu gedir, nökərin canı çıxır" - FOTO, VİDEO

O ki, qaldı yol məsələsinə, adamda maraqlı sual yaranır, görəsən yerli bələdiyyələr niyə yığılan pullardan müəyyən qədər ayırıb, bu küçələrə heçolmasa asfalt örtüyü çəkilənə qədər xırda çay daşları tökdürmür?

Bələdiyyə büdcəsinə yığılan pullar nədə istifadə olunur, nəyə xərclənir?

Yeri gəlmişkən, bu cür bərbad, küçələr təkcə Pirallahı rayonunda deyil. Demək olar ki, Bakının bir rayonlarında da hazırda bu vəziyyət yaşanır. Elə yuxarıda təqdim etdiyimiz videolinkdə yəqin ki, Sabunçu rayon Ramana qəsəbəsindəki görüntüləri də gördünüz. Amma, orada vəziyyət biraz fərqlidir.
Görünür, bahalı avtomobilləri ilə "Porsche Adil" ləqəbi verilən Adil Vəliyev gözdən pərdə asmağın yollarını yaxşı bilir.

Ramanada yaşayanlar da təsdiqləyər ki, orada bütün yollar bu vəziyyətdə deyil.
Bəlkə də görənlər düşünür, "görəsən niyə axıra qədər düzəltməyib küçələr" ?...

Biz deyək, siz də bilin. Çünki, həmin bərbad küçələrin sakinləri küçənin çəkilməsi üçün pul verməyiblər. Digər küçələrin sakinləri özləri demək olar ki, ciblərinin pulu ilə, asfalt örtüyü çəkdiriblər. O da ki, müəyyən yerə qədər. Yəni, pulu olmayanların qapısının ağzına qədər.

Yuxarıda videoda da gördüyünüz kimi "oliqarx məmur" kimi tanınan Adil Vəliyevin rəhbərlik etdiyi Sabunçu rayonunun, Ramana qəsəbəsi, Bünyadzadə küçəsinin də müəyyən hissəsi asfalt örtüyü ilə ilə təmin olunub, taa 103 ünvanına qədər. 103 ünvanında yaşayan şəxs, sakinlərin sözlərinə görə Birinci Qarabağ qazisidir. Yol çəkilişi üçün hər kəsdən pul yığılarkən, maddi vəziyyətimin çox çətin olduğuna görə bu pulu verməkdən imtina edən qazinin həyət qapısından təqribən 3 metr məsafədə dayandırılıb.

Deyə bilmərik bu küçələrin asfaltlanmasını sənəd üzərində İcra Hakimiyyəti özümü, yoxsa AAYDA həyata keçirməlidir, amma real olanı budur ki, sakinlərin öz maddi vəsaiti ilə aparılıb.

Söz yox ki, yaxınlarda Xətai rayonunda da belə hallar baş vermişdi, lakin o zaman da AAYDA-nin həmin ərazi üzrə səlahiyyətli əməkdaşı redaksiyamıza zəng edib, məlumatın yalan olduğunu demişdi və sakinlərin iddialarını təkzib etmişdi. Burda isə "kor-kor, gör-gör"...

Pul verməkdən imtina edən sakinin qapısına çatmamış yarım qalan küçənin halı ortada...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //DogruXeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Obyektini nazirliyə 25 minə kirayə verən rəisin müəmmalı tender əməliyyatı - TƏFƏRRÜAT


Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi "Geonda FM” MMC (VÖEN- 1703352851) olub.

DİA.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Geonda FM” MMC Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə 125 min 401 manat 50 qəpik dəyərində mal-material satacaq.
Məlumat üçün bildirək ki, qalib şirkət cəmi 4 ay əvvəl – 21.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Abbasqulu Abbaszadə, ev 1/B-də yerləşən, nizamnamə kapitalı 10 manat olan bu şirkət qısa müddətdə daha 3 tenderin qalibi olub.
Diqqət çəkən məqamlardan biri də odur ki, "Geonda FM” MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğlu eyni zamanda "Rn Corp 22” və "Orlondo Az” MMC-lərin qanuni təmsilçisidir.
Adları qeyd olunan hər iki şirkət də “Geonda FM” MMC ilə eyni tarixdə 20-21 iyun 2022-ci ildə dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-da yerləşir.
Bu şirkətlər də qeydiyyata alındıqdan qısa müddət sonra çoxsaylı tender müsabiqələrinin qalibi olub.
Məsələn, "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat dəyərində tender müsabiqəsinin qalibi olub.
Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi və bu ilin iyun ayında dövlət qeydiyyatına alınan 3 şirkət bugünə kimi aşağıdakı tenderlərdə qalib olublar:

Obyektini nazirliyə 25 minə kirayə verən rəisin müəmmalı tender əməliyyatı

Məlumdur ki, cəmi 2-3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində də malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Onu da xatırladaq ki, Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi şirkətlərlə bağlı bir sıra başqa şübhəli məqamlar da var. "Geonda FM” MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanda - Abbasqulu Abbaszadə, ev 1/B-də bugünə kimi çoxsaylı şirkətlər qeydiyyata alınıb.

Başqa bir şübhəli məqam isə odur ki, Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi "Orlondo Az” MMC ilə bənzər adlarda şirkətlər təsis olunub və bu şirkətlər də əsasən tenderlərdə qalib olurlar.

Yazının sonunda onu da qeyd edək ki, "Geonda FM” MMC-ni tenderin qalibi seçən Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə Sarıməmmədov Röyal Tofiq oğlu rəhbərlik edir. Bu yaxınlarda Röyal Sarıməmmədovun özü də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub. Tender müsabiqəsinin şərtlərinə görə Dövlət Sosial Təminat Xidməti Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə qeyri-yaşayış obyektini fiziki şəxs Sarıməmmədov Röyal Tofiq oğlundan (VÖEN - 8700148382) icarəyə götürəcək.
İcarəyə götürüləcək 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödəniləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
GÖMRÜKDƏ 95 MİNLİK MAL NECƏ “YOXA ÇIXIB”?... - İLGİNC FAKTLAR


Azərbaycanda əhalinin, iş adamlarının, hətta xarici ölkə vətəndaşlarının narazı olduğu dövlət qurumlarının arasında Dövlət Gömrük Komitəsi ilk yerlərdən birində dayanır desək, yəqin səhv etmərik. Ötən illər ərzində Gömrük Komitəsinin rəhbərliyində bir neçə dəfə dəyişiklik olsa da gömrükdə baş verən qanunsuzluqlar, iş adamlarının, vətəndaşların incidilməsi halları azalmır.

Təsadüfü deyil ki, son bir neçə ayda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Gömrük Komitəsində həyata keçirilən silsilə əməliyyatlar çərçivəsində bir sıra yüksək vəzifəli gömrük generalları vəzifələrindən azad edilib və həbs olunublar.

Komitənin sədri dəyişdirilib, çoxsaylı kadr dəyişiklikləri aparılıb. Ancaq gömrüklə bağlı narazılıqlar, şikayətlər azalmır. Hətta keçmişdə baş verən qanunsuzluqların daha ifrat şəkildə davam etdirildiyini söyləməyə əsas verir.

Rusiya Federasiyasının vətəndaşı Cantemirova Mərcan Usmanovna tərəfindən Ölkə Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan, surəti hüquq-mühafizə orqanlarını rəhbərlərinə, Gömrük Komitəsinin sədrinə və saytımıza da göndərilən şikayət məktubu da qurumun fəaliyyətində ciddi problemlərin qaldığını təsdiqləyir.

Mərcan Cantemirovanın etibarnamə üzrə nümayəndəsi Həmidova Sefiyat Həmidullayevna tərəfində redaksiyamıza təqdim olunan məktubda deyilir: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları və məhkəmə icraçılarının mənə qarşı qanunsuz əməlləri barədə Sizə məlumat verirəm.

Belə ki, 23 il ərzində mən ticarətlə məşqul olmuşam və Azərbaycana tranzit yolu ilə satış üçün mal gətirmişəm. 2014-cü ilin sentyabr ayında ümumi dəyəri 95.000 ABŞ dolları olan malları (təbii xəzdən istehsal olunmuş xəz palto) Azərbaycana gətirərək Dövlət Gömrük Komitəsinin saxlanc yerinə təhvil vermişəm (Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun saxlanc yeri).

Naməlum şəraitdə həmin mallar gömrük komitəsinin saxlanc yerindən oğurlanmış, hüquq mühafizə orqanlarına və Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətlərim heç bir nəticə verməmişdir. Bununla bağlı məhkəmə orqanlarına müraciət etmişəm və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarı ilə iddia tələbim tam təmin edilərək, oğurlanan malların, həmin mallar olmadıqda onların dəyəri olan 95.000 ABŞ dolları pulun Dövlət Gömrük Komitəsindən alınaraq mənə verilməsi qət edilmişdir. Ali Məhkəmənin qərarı qüvvəyə minmiş və icra vərəqəsi icra edilməsi Yasamal rayon Məhkəmə İcraçılarına göndərilmiş və hal hazırda məhkəmə icraçısı Bəxtiyar Babayevin icraatındadır” .

Şikayət məktubunad daha sonra qeyd edilir ki, Bəxtiyar Babayevə və Dövlət Gömrük Komitəsinə çoxsaylı müraciətləri heç bir nəticə verməyib, Ali Məhkəmənin qərarı bu günə kimi icra edilməyib: “Gömrük Komitəsinin əməkdaşları və məhkəmə icraçısı Bəxtiyar Babayev məhkəmə qərarının icra edilməməsini onunla əsaslandırmışlar ki, mənə ödənilməli olan məbləğ Gömrük Komitəsinin 2022-ci il üçün ayrılan büdcəsində nəzərdə tutulmayıb.

Dövlət Gömrük Komitəsinə və Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə rəsmi müraciətlərim və həmin təşkilatların rəhbərlərinin qəbuluna yazılmaq üçün müraciətlərim də heç bir nəticə verməyib.

Ona görə də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciətim əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib.

Yuxarıda adı çəkilən təşkilatların əməkdaşlarının qanunsuz və etinasız yanaşması nəticəsində mən müflis olmuşam, yeganə yaşayış yerim olan evimi sataraq gohumlarımın və tanışlarımın evində müvəqqəti yaşamaq məcburiyyətində qalmışam.

Artıq bu haqsızlığa dözməyə gücüm qalmayıb, Sizlərdən xahiş edirəm mənə kömək edəsiniz və pozulmuş hüquqlarımın bərpasında mənə köməklik göstərəsiniz”

Qeyd edək ki, saytımıza təqdim olunan sənədlərdən məlum olur ki, bürün məhkəmə instansiyalarında Mərcan Usmanovnanın iddiasının haqlı olduğu vurğulanıb, Dövlət Gömrük Komitəsinin (DGK) üzərinə ona dəymiş ziyanın ödənilməsi tələbi qoyulub.

Ancaq Gömrük Komitəsinin rəhbərliyi bu tələbi yerinə yetirməmək üçün işi Ali Məhkəməyə qədər daşıyıb, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2019-cu il tarixdə Mərcan Cantemirovanın xeyrinə çıxardığı qətnaməsindən kassasiya şikayəti verib.

Ali Məhkəmənin Mülki kollegiyası isə 2020-ci ilin iyun ayının 29-da çıxardığı qərarda BakıApellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi qüvvədə saxlanılıb, DGK-nin üzərinə Mərcan Cantemirovaya 95 min ödənilməsi öhdəliyi qoyulub.

Qeyd edək ki, Ali Məhkəmənin Mülki kollegiyasının qərarında Mərcan Cantemirovanın 95000 dollar dəyərində olan mallarının necə yoxa çıxdığı da aydın təsvir edilib: “Cantemirova Mərcan (Marjan) Usmanovna (bundan sonra – iddiaçı) içərisində qadın xəz şubaları olan üç ədəd çanta ilə 23 sentyabr 2014-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna daxil olmuş, həmin bağlamalar Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postuna müvəqqəti saxlanca verilmişdir. Qeyd edilən malların müvəqqəti saxlanca verilməsi ilə əlaqədar Samur gömrük postunun əməkdaşları tərəfindən 23 sentyabr 2014-cü il tarixli 216 saylı protokol tərtib edilməklə imzalanmışdır.

İddiaçı 29 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı ərizəsində kommersiya fəaliyyəti ilə məşğul olduğundan, Çindən xəz şubaları gətirərək Azərbaycandan tranzit yolu ilə Dağıstana apardığını qeyd etmişdir. Gətirilən şubalardan 52 ədədi qüsurlu olduğundan həmin malların Çinə qaytarılması üçün Samur gömrük postunda saxlanca verildiyini, sonradan həmin malların qaytarılmadığını qeyd edərək, həmin malların qaytarılmasında köməklik olunmasını xahiş etmişdir...”

Ancaq məhkəmə raşdırması ilə də müəyyən edilir ki, həmin mallar məhz gömrükçülərin günahı üzündən yoxa çıxıb. Buna görə də Ali Məhkəmə DGK-nin üzərinə Mərcan Cantemirovaya 95 min ödənilməsi öhdəliyi qoyub.

Belə bir şəraitdə DGK-nin iki ildən artıqdır ki, müxtəlif bəhanələrlə məhkəmə qərarını yerinə yetirməkdən qaçması ən azı qanunlara hörmətsizlik, Azərbaycan dövlətinin imicinə zərbədir. Hər halda gömrük əməkdaşlarının məsuliyyətsizliyi, səhlənkarlığı və ya acgözlüyü üzündən baş vermiş bir hadisəni Rusiya səfirliyinin Azərbaycan XİN-ə nota verəcək səviyyə qədər davam etdirilməsini başqa cür izah etmək mümkün deyil.

Belə görünür ki, hətta bu nota belə DGK rəhbərliyini Ali Məhkəmənin Azərbaycan dövlətinin adından çıxardığı qərarı, qurunun üzərinə qoyduğu öhdəliyi yerinə yetirməyə vadar etməyib. Buna görə də Mərcan Cantemirova son ümid yeri kimi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək könmək istəyir.

Qeyd edək ki, Mərcan Cantemirovanın etibarnamə üzrə nümayəndəsi Sefiyat Həmidova bildirir ki, artıq onların nə gözləməyə səbrləri, nə də imkanları qalıb. Hətta intihar etməyi belə düşünüblər.

“Ancaq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə problemin tezliklə həll ediləcəyinə, Gömrük Komitəsinə nəhayət ki, məhkəmənin qərarını yerinə yetirəcəyinə ümid edirik” –deyə, Sefiyat Həmidova bildirib.

Gömrük Komitəsinin Ali Məhkəmənin qəratrını niyə yetirmədiyini öyrənməyə çalışsaq da, zəngələrimizi cavab ala bilmədik. Ancaq DGK-nin də mövqeyini dərc etməyə çalışacağıq.

“AzPolitika.info”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt ŞİH-i başçısının müavini Fəzailin neçə bacanağı, neçə baldızı, neçə qudası var..?


Vaxtilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini olmuş – Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov qəfil vəzifəsindən azad edildi.

lk öncə xəbər yayıldı ki, Fəzail Hüseynov gecə barlarının birində paltarı bütöv əynindən çıxmış vəziyyətdə Kolaveçkina soyadlı bir xanımla qol boyun vəziyyətdə həyətə çıxarkən kameralara tuş gəlib. Sonradan bu xəbərin yalan olduğu məlum oldu. Bir müddət sonra, Fəzail Hüseynov qumar oynayarkən külli miqdarda pulla yanaşı beton zavodunu da uduzduğunu bildirdilər. Bu məlumatın da düzgünlüyü təsdiq olunmadı. Sonra saytlar yazdı ki,

Fəzail Hüseynov öz katibəsi ilə kağız üzərində hansısa rəsm əsərinə baxarkən dalaşıblar və katibə Fəzail Hüseynovun yumşaq sifətinə cırmaq atıb. Bu məsələ də inkar olundu. Sonradan onu da bildirdilər ki, Fəzail Hüseynov Qəddafinin sonuncu xarici səfəri zamanı istifadə etdiyi qızıl unitazı ucuz qiymətə almış imiş. Saytlar bu məlumatı da tirajladıqdan sonra yenə də təkzib etdilər. Hətta bir məlumat da saytlarda yazılmışdır ki, Fəzail Hüseynovun ikinci həyat yoldaşı, Simuzər xanım iş yerinə gələrək Fəzaili orada möhkəmdən döyüb. Sonradan bu məlumat da təkzib olundu. Düzü biz bu məlumatların heç birinə inanmırdıq, Fəzail Hüseynovu elə-belə tanıyırıq.

Belə ki, Sumqayıt ictimaiyyəti arasında heç bir nüfuzu olmayan, öz mənafeyini hər şeydən üstün tutan, hər addımda öz xeyrini güdən, keçmiş müxalifətçi kimi.
Amma sonradan məlum olub ki, o vaxt medianın yazdığına görə, Fəzail Hüseynov uzun müddət Sumqayıtda tikinti və inşaat işlərinə “xozeyn”lik edib, onun razılığı olmadan Sumqayıtda daşı daş üstdə qoymaq mümkün olmayıb. Fəzail Hüseynov hətta qanuni-sənədli mülk sahiblərinin obyektlərini ələ keçirmək üçün təzyiqlərə, təhdidlərə əl atıb, hətta lazım gələndə ən iyrənc yollara əl atıb və vətəndaşa məxsus obyektləri ələ keçirib.
Bunlardan əlavə Fəzail Hüseynov Sumqayıt şəhərində iş adamlarına, sahibkarlara ciddi problemlər yaradıb, onları müflis vəziyyətinə qoyub.
Bütün bunların nəticəsi olaraq Fəzail Hüseynov Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsindən azad edildi, ancaq bir neçə gün sonra yenidən başçının müavini oldu. Amma…
Əmması odur ki, bu dəfə memarlıq və tikinti işləri Fəzailin əlindən alındı. Fəzail oldu başçısnın müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri.
Yəni Sumqayıt boyda şəhərin tikinti, inşaat, memarlıq işləri hara, proqnoz hara ?
Medianın yazdığına görə, Fəzail Hüseynov hətta iş adamlarına hədə-qorxu gələrək deyirmiş ki, “ Sizin ağırlıqda qızılım var, istəsəm hamınızı həbs etdirərəm”. (bəlkə Qəddafinin unitazını nəzərdə tuturmuş)
Şahidlərin dediyinə görə, Fəzail Hüseynovun Mərdəkandakı villasının qiyməti Sumqayıt şəhərinin illik büdcəsinin yarısı boydadır, hələ biz beton zavodundan danışmırıq.
Bəli, Fəzail Hüseynovun əsas metodu bilirsiniz nədir ?
Hansı vəzifəli şəxs varsa, deyir onunla qudayam, yaxud bacanağam…
Məsələn, işi düşən adam görəndə deyir ki, Milli Məclisdə Əli Hüseynli var ee, onunla qudayam, olsun…
Yaxud bir başqasına deyir ki, Mədət müəllim var haa, onunla bacanağam, hətta deyir ki, bu yaxınlarda Mədət müəllimi Fövqaladə Hallar Naziri qoyacaqlar. ( iştahaya bax eee)
Başqa birisinə deyir ki, Filankəs müəllim, bacımın əridir…
Bu adamdan soruşan yoxdur ki, sənin neçə bacın və neçə əri var, sənin neçə qudan var, neçə bacanağın var, ay sifəti yumşaq…

Yeri gəlmişkən, dostları deyir ki, Fəzail Hüseynovun sifəti uşaq bezini xatırladır….hətta ona baxanda Pampers Muradı da xatırlayırıq…

Bu adamın Bakının və Sumqayıtın az qala hər küçəsində obyektləri, qumarxanaları, nə-xanaları olsa da yenə…başqalarına paxıllıq edir, rəhbər şəxslər barəsində danos yazdırır, şər-böhtanla məşğul olur…
Təsəvvür edirsiniz, iclasda konkret deyilir ki, bu danosları, şər-böhtanları yazdıranın laaap….

Fəzail Hüseynov isə yanında oturana deyir ki, görəsən kimi deyirlər…guya bilmir ki, söhbət konkret olaraq kimdən gedir?…

Bəli, Fəzail belədir, üz-üzə olanda “maz”danır, sabunlanır, amma arxada ona və yeddi arxa dönəninə çörək verənin kürəyindən xəncəri soxmağa hazırdır… Amma bilmir ki, adama elə şey göstərərlər ki, bir neçə gün bundan öncə oturacağı 200kq olan bir dostu da gəlib yanında otursa, yuxularında qara-qura görəcək.Sözün qısası, Fəzail Hüseynov sabiq köməkçi Əli Həsənov kimi hamının üzünə gülərək arxada başqalarını öyrədib quyu qazmaqla məşğuldur. Buna əyani misal olaraq, oturacağı 200kq olan, kimlərinsə hesabına qucaqdan-gucağa hoppananları misal çəkmək olar.

Atalar deyib ki, gen qaz, dərin qaz, bir gün özün düşərsən… Amma Atalar bir misal da deyib, “sən saydığını say, gör fələk nə sayır”.

P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Gündəlik Bakı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mingəçevir Dövlət Universitetinin MÜƏMMALI TENDERİ... - İcazə verin, şübhələnək...


Mingəçevir Dövlət Universiteti yeni tender elan edib.
Tribuna.Az xəbər verir ki, tenderin qalibi “İntellekt M.A” MM olub. Şirkətə universitet tərəfindən 66 min manat vəsait köçürüləcək. Tenderin elan olunmasına səbəb kimi digər malların alınması göstərilib. Ancaq maraqlıdır ki, universitet digər mallar dedikdə nəyin nəzərdə tutulduğunu açıqlamayıb.
MDU-nun elan etdiyi digər tender müsabiqəsində isə “Strix” MMC qalib gəlib. Bu şirkətə isə universitet 23.434 manat vəsait köçürəcək. Burada isə müsabiqənin elan edilməsinə səbəb kimi sair torpaq, tikili və avadanlıqların təmir xərcləri göstərilib.
Maraqlıdır, universitet sair torpaqlar dedikdə nəyi nəzərdə tutur, burada hansı torpaqlardan söhbət gedir?

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO