[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çilov adasında ACINACAQLI MƏNZƏRƏ - GİLEY


DİA.AZ bildirir ki, "Azneft" İstehsalat Birliyinin 28 May NQÇİ-dən neftçilər şikayətçi düşüblər. Onlar bununla bağlı dia.az-a yazaraq mövcud problemin həllində müvafiq vəzifəli şəxslərdən(şəxsdən) köməklik gözləyirlər.

Neftçilərin dia.az-a yolladıqları müraciətlərində "Azneft" rəhbərliyinə xitab olunur: "Bir dəfə də futbol yarışını Çilov adasında təşkil edin. Və adaya 8 nəfərlik helikopterlə yox, neftçilərlə birlikdə, şikayətdə qeyd olunan gəmi ilə gedin.

Çilov adasına gedib gəlməyimiz çox çətinləşib. Vertolyotla Çilov adasına gediş-gəlişə rəhbərlik tərəfindən icazə verilmir. Düzdür bəzə hallarda küləkli hava şəraitindən asılı olaraq imkan yaranır. Gəmi gediş gəliş lap biyabırçı vəziyyətdədir. Deyirlər saat 8-də Zığ limanında toplaşın, amma saatlarla gölzəməli oluruq. 9-10 da çıxmalı gəmi 11-12-dən tez çıxmır. Bizə “Üfüq” gəmisi ayrılmışdır, o da 4 saata gedir, üstəlik saatlarla gözləməli oluruq. Hərdən “Neft Daşlarına” ayrılmış “Qara Qarayev” gəmisi bizə ayrılır, həftənin birinci günləri, o da hava şəraitindən asılıdır. Çox əziyyət çəkirik, şirkət tərəfindən bir normal gəmi ayırmırlar ki ,bizdə insan kimi evimizə işimizə rahat gedək.

Niyə "Azneft" İB?

Noyabr ayının birindən bütün işçiləri məcburi şəkildə yeməkxanada öz hesabımıza nağd pulla qidalanmağa məcbur edirlər.

Həm də keyfiyyətli yemək də vermirlər. Başa düşə bilmirik, kimin nə şəxsi marağı var? Niyə biz mütləq yeməkxanadan qidalanmalıyıq?"

Məsələ ilə bağlı dia.az olaraq qarşşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil nazirliyi tədbirdə iştirak etməyən şəxslərə 20 manata sertifikat satıb - QALMAQAL


"Heç bir tədbirdə iştirak etməyib, vaxt itirməyib 20 manata beynəlxalq sertifikat aldım".

DİA.AZ Gundem.az-a istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert "Facebook" hesabında aldığı sertifikatın fotosunu paylaşaraq bunları yazıb:

"Bax işin mahiyyəti budur, pul qazanmaq. Pul qazanmaq üçün bütün rəsmi qurumların adından istifadə edilir. Beynəlxalq sertifikatın əldə edilməsi bu qədər bəsit olmamalıdır.

Kimsə deməsin ki, iştirak könüllü idi, istəyən pul ödəyib sertifikat alırdı. Məsələ ondadır ki, dünyanın heç bir yerində beynəlxalq tədbirin sertifikatı iştirak etməyənə satılmır".
Təhsil nazirliyi tədbirdə iştirak etməyən şəxslərə 20 manata sertifikat satıb - QALMAQAL
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Abonentləriniz əziyyət çəkir..." - Azəriqaz-a daha bir ETİRAZ


“Azəriqaz İB, zəhmət olmasa, əməkdaşlarınızı sayğaclarla bağlı mütəmadi məlumatlandırın”.
Tribuna. Az xəbər verir ki, bu sözləri jurnalist Real Cəfərli öz sosial şəbəkə hesabında yazıb.
”Abonentləriniz əziyyət çəkir. Təsəvvür edin, sayğac koda düşəndə onun yenidən işə salınmasını düzgün izah edə bilmirlər.

Əgər qonşunun yardımı olmasaydı, noyabrın 8-də olduğu kimi, noyabrın 9-da da qazsız qalacaqdıq. Çünki Azəriqaz İB-nin Xırdalan şöbəsi ötən gün saat 14:00-dək işləyirdi. Adi bir şeyi düzgün izah etməmək get-gələ, xeyli vaxt itkisinə səbəb olacaqdı. Onsuz da sayğacın koda düşməsi məni ziyana saldı. Halbuki həmin vəsaitə sayğaca qaz yükləyə bilərdim. Şükür yaxşı qurtardım”, – paylaşımda deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`SARISU`da sular niyə bulanıq axır... - İLGİNC İDDİALAR...


Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması məqsədilə Saatlı rayonu ərazisində reyd keçirib.

Sarısu Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan çoxsaylı əcnəbi vətəndaşlar cərmələnib, eyni zamanda qanunsuz silahlardan istifadə olunması müəyyənləşdirilib və aktlaşdırılıb.

Redaksiyamız tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən ovçuluq təsərrüfatı bir neçə il bundan əvvəl 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəisi, general-polkovnik Vaqif Axundov tərəfindən bir zənglə şəxsi nəzarətə götürülüb. Nazirlər kabineti də bununla bağlı qərar verib.

Məlumdur ki, V.Axundov istefaya göndərildikdən sonra Prezident İlham Əliyevin fərmanı ilə XDMX-nın yerində 3 qurum yaradıldı. Məhz bundan sonra Sarısu Ovçuluq Təsərrüfatı XDMX-nın yerində yaradılan 3 qurumdan birinin - Prezidentin Təhlükəsizlik Xidmətinin balansına daxil oldu. Ovçuluğa xüsusi marağı olan V.Axundov həmin vaxt həm də Azərbaycan Atıcılıq Federasiyasının prezidenti vəzifəsini daşıyırdı. Ovçuluq təsərrüfatı da onun yaxınları tərəfindən idarə olunurdu.

Azsiyaset.com-un redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, hazırda Sarısu Ovçuluq Təsərrüfatı Hərbi Ovçuluq Cəmiyyətinin sədri Rasim Rzayev tərəfindən istismar olunur. O, V.Axundovun yaxın adamlarından biri kimi Atıcılıq Federasiyasında da vitse-prezident postunu tuturdu.

Məsələ bundadır ki, ovçuluq biletləri vermək səlahiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətindədir. Ancaq Hərbi Ovçuluq Cəmiyyəti də eyni səlahiyyətə sahibdir. Bu amil cəmiyyətin ovçuluq təsərrüfatlarındakı qanunsuz hərəkətlərini geniş imkanlar yaradıb.

Xatıradaq ki, bundan əvvəl də - 2021-ci ildə də Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən xarici vətəndaşlar - Aldarwish Omar, Alqadhan Mohammed, Alawjan Saad və Adil Zülfüqarov adlı şəxlər 7000 manat məbləğində cərimə olunmuşdular.

Sarısu Ovçuluq Təsərrüfatının rəhbəri İsmi Atakişiyevlə Hərbi Ovçuluq Cəmiyyətinin sədri Rasim Rzayev arasındakı “ittifaq” nəticədə Azərbaycan təbiətinin, flora-faunasının məhvinə səbəb olub. Büdcəyə isə heç bir vəsait ödənilmir.

Ümumiyyətlə, ölkədə şəxsi maraqlarının təmin olunmasına hesabına təbiətin ən çox məhv edildiyi təsərrüfatlardan biri, bəlkə də birincisi Sarısudur.

Müxtəlif səbəblər ucbatından Ekologiya və Təbii sərvətlər Nazirliyinin Sarısu Ovçuluq Təsərrüfatına müdaxilə imkanları az olduğuna görə, orada vəziyyət günbəgün daha da acınacaqlı hal alır. Son 10 il ərzində reydlərin sayına görə, təsərrüfatların siyahısında Sarısu ilk yerdə qərarlaşıb.

Sarısu Ovçuluq Təsərrüfatında reydin keçirilib-keçirilmədiyi ilə bağlı suallarımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladıq.

Nazirliyin Mətbuat Xidmətindən Azsiyaset.com-a bildirilirdi ki, həqiqətən də noyabrın 5-də Sarısu Ovçuluq Təsərrüfatında reyd keçirilib. //Azsiyaset.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda korrupsiyanın daha bir təzahürü - BU NƏDİ BELƏ?


Naxçıvan Muxtar Respublikasında Azərbaycandan fərqli olaraq ƏDV -li QR kodlu çek (qəbz) mövcud deyil. Heç bir marketdə, mağazada və s. kimi yerlərdə ƏDV-nin bir hissəsinin vətəndaşa geri qaytarılması həyata keçirilmir.

Ovqat.com-a məktub yazan Naxçıvan sakinlərindən biri bu iddianı irəli sürüb.

Məktubda vurğulanır ki, ƏDV-nin bir hissəsinin vətəndaşa geri qaytarılması haqqında qanunvericilik Naxçıvanda keçmir: “Bu qəbzlərdəki ƏDV vətəndaşlara deyil, ayın sonunda maliyyə naziri Rafael Əliyevə gedir. Vergilər naziri Azər Nağıyev belə, demek olar ki, əksər nazirlər kimi Rafael Əliyevdən qorxur.

Rafael Əliyev öz səlahiyyətinə aid olmadığı işləri zor tətbiqi ilə həyata keçirir. Naxçıvanda tikinti məhsullarının qiymətini Iqtisadiyyat Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti deyil, Maliyyə Nazirliyi tənzimləyir. Naxçıvanda tikinti şirkətləri ancaq Rafaelin müəyyən etdiyi mağazalardan material ala bilərlər”, - şikayət məktubunda bildirilir.

Qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində qanunsuz Operativ Nəzarət Portalı yaradılıb.

“Portalda tikinti şirkətləri həmin mağazalardan aldıqlarını bəyan edirlər. Həmin mağazalardan isə satdıqları malların 15 faizi Rafael Əliyev tərəfindən geri alınır”, - deyə bildirilən məktubda Naxçıvanda Zəfər bayramının keçirilmədiyinə də diqqət çəkilir: “Dünən və bu gün bayram olmasına baxmayaraq, Naxçıvanda bütun tikinti şirkətləri fəhlələri və ustaları istismar edilir. Etiraz eden fəhlələrə bildirilir ki, yalnız dəlilərə hər gün bayramdır. Naxçıvan əhli isə Bakı sakinləri kimi dəli olmadığına görə, bayramın da onlara aidiyyatı yoxdu”.

Maraqlıdır, İran da Azərbaycana Bakı dövləti kimi baxır, Naxçıvan MR də muxtar hüquqlarına güvənib Zəfər günü kimi bayramların yalnız Bakıda keçirə bilinəcəyini açıq şəkildə öz sakinlərinə bildirir. Bu iki məntiq arasında hansı üzvü əlaqənin olduğunu müəyyənləşdirməyi Vasif “xan”ın məmurlarının təbiri ilə desək, Bakının öhdəsinə buraxırıq.

Ovqat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın FHN də Azərbaycan qanunvericiliyi ilə yox, “xan” qaydası ilə işləyir... - Şamo paşa kimə biət edir?


“Naxçıvan MR Fövqəladə Hallar naziri general-leytenant Şamo Abdullayev Azərbaycan Prezdetinin imzaladığı qanunu bir kənara atıb, nazirliyi özü bildiyi kimi idarə edir”.

Gundem.media bildirir ki, Ovqat.com-a bu barədə nazirliyin əməkdaşları məlumat verib.

Onların redaksiyamıza ünvanladığı məktubda deyilir:

“Naxçıvan MR-da FHN-i 2006-cı ildə yaradılıb, yaradılandan bu günə qədər ona nazir Şamo Abdullayev rəhbərlik edir.

Şamo Abdullayev Prezident İlham Əliyevin 22 iyun 2010-cu il tarixində imzaladığı “FHN-də xidmət keçmə haqqında əsasnaməsi”nə məhəl qoymur. Halbuki, cənab İlham Əliyev o əsasnaməni imzalayıb Fövqəladə Hallar Nazirliyinə göndərib ki, işçilər bu qanunla işləsinlər. Naxçıvan MR Fövqəladə Hallar naziri Şamo Abdullayev isə prezdetin imzaladığı qanunu qoyub bir tərəfə, Naxçıvanı MR Fövqəladə Hallar Nazirliyini özunun bildiyi kimi idarə edir və 2006-cı ildən bu günə qədər işçilərə xidmət illərinə görə verilən əlavə məzuniyyət günlərini kəsərək onları 30 gün məzuniyyətə buraxır. Nazirlik yarandığı gündən indiyədək işçilərin əlavə məzuniyyət günlərinə görə verilən pullarını özü mənimsəyir. İşçilərin halal pulları olan məzuniyyət ödənişlərini işçilərə vermir. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri işlərini itirəcəklərindən qorxaraq illərdir bu məsələyə səslərini çıxarmırlar”.

Qeyd edək ki, yanğınsöndürənlərin istinad etdikləri qanunvericilik aktı olan “FHN-də xidmət keçmə haqqında əsasnaməsi”nin 13.8. Maddəsində əməkdaşların məzuniyyət müddəti barədə deyilir:

“13.8. Fövqəladə hallar orqanları əməkdaşlarına xidmət illərinə görə aşağıdakı müddətlərdə əlavə illik məzuniyyət verilir:

5 ildən 10 ilədək - 3 təqvim günü
10 ildən 15 ilədək - 5 təqvim günü
15 ildən 20 ilədək - 10 təqvim günü
20 il və daha çox - 15 təqvim günü”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ qazisi Zəfər Günündə narazılığını dilə gətirdi... - "Biz çox şey gözləyirdik..."


Müharibə iştirakçısı: “Biz çox şey gözləyirdik, ancaq heç 1 faiz də görmədik. Bizə diqqət, qayğıdan çox hörmətsizlik oldu”.

Dünən Bakıda Zəfər Yürüşü keçirildi. II Qarabağ Müharibəsində qələbəyə görə, 2020-ci ilin dekabrın 3-də Zəfər Günü təsis olunub.

Qələbə əldə edən hərbçilər müharibədən sonra hökumətin onlara münasibətindən şikayətləniblər.

İkinci Qarabağ Müharibəsi 2020-ci ilin sentyabrın 27-də başlayıb. Həmin ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında atəşkəs bəyanatı imzalanıb.

Daha ətraflı aşağıdakı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Səni o boyda məhkəməyə təyin etmişik, get ordan pulunu çıxart…” - Nazir müavini ilə bağlı ŞOK İDDİA


Ədliyyə Nazirinin müavini Azər Cəfərov milyonlarla vəsaiti mənimsəyir. O, məhkəmələrin inzibati binasının tikintisi, təmiri üçün Dünya bankının verdiyi kreditləri və Azərbaycan hökumətinin ayırdığı vəsaitləri istədiyi kimi xərcləyir. A.Cəfərov Nazirlikdə məhkəmələrin kuratoru hesab olunur.

Məhkəmələrin inzibati binaları üçün ayrılan kreditlərin məbləği bəzən 100 milyon manata qədər olur. Bütün bu pullar A.Cəfərovun rəhbərliyi altında dağıdılır.
“Səni o boyda məhkəməyə təyin etmişik, get ordan pulunu çıxart…” - Nazir müavini ilə bağlı ŞOK İDDİA

Məsələn, A.Cəfərov Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımova məhkəmənin binasının tikintisini başa çatdırmağı tapşırır. Məhkəmə sədri inzibati bina üçün 300 min manat ödəyir. Sonra nazir müavini A.Cəfərov ona “atır” və pulu qaytarmır. Deyir ki, “səni o boyda məhkəməyə təyin etmişik, get ordan pulunu çıxart…”.

Bax, bu üsullarla bina tikib içini də rüşvət -korrupsiya yuvasına çevirirlər. Məhkəmədə bütün işlərin pulla həll olunması da məhz buna görədir.

Qeyd edim ki, məhkəmə sədri A.Kazımov bütün ailə üzvlərini vəzifələrə təyin etdirib. Belə ki, onun həyat yoldaşı İradə Kazımova Suraxanı “ZAQS”-ın müdiridir, oğlu Ayxan Kazımov isə prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışır.

Samir Feyruzov //realmedia.az//
“Səni o boyda məhkəməyə təyin etmişik, get ordan pulunu çıxart…” - Nazir müavini ilə bağlı ŞOK İDDİA


XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO