[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Seçkiyə palçıqda necə gedək? - Biləcəri qəsəbəsinin sakinləri yolsuzluqdan şikayətçidir...

Bakının Biləcəri qəsəbəsinin sakinləri 17 ildir yolsuzluqdan əziyyət çəkirlər.

Bu barədə Pravda.az-a sakinlər özləri məlumat veriblər.

"Bizdən sonra məskunlaşma ərazilərinin hamısı asfalt örtüyü ilə təmin olunub, amma Biləcərinin şəhərə ən yaxın, 60-dan çox ailənin yaşadığı məhəllə yox... Məhəllə yiyəsiz və baxımsız vəziyyətdədir, baxmayaraq ki, dəfələrlə aidiyyatı qurumlara - Binəqədi Rayon İcra Hakimiyyətinə və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə müraciət etsək də, maraqlanan olmayıb. Agentlik bizə ünvanladığı rəsmi cavab məktubunda qəsəbədaxili yolların Binəqədi İcra Hakimiyyətinin balansında olduğunu qeyd edib. İcra hakimiyyəti problemin həllini qəsdən yubadır. Çünki Bakıda qəsəbədaxili yolların asfalt örtüyü ilə təmin olunması üçün dövlət başçısı sərəncam imzalayıb və bununla əlaqədar olaraq dövlət büdcəsindən lazımi vəsait ayrılıb. Artıq bezmişik, məsələ həll olunmazsa, icra hakimiyyətini məhkəməyə verəcəyik. Vətəndaşlara MSK tərəfindən hər gün seçkiyə dəvətlə bağlı sms-bildiriş gəlir. Seçkiyə palçıqda necə gedək?" - sakinlər vurğulayıblar.

Musavat.com ərazidən video-reportaj hazırlayıb.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azəriqaz" mənzillərə qaz əvəzinə hava vurur - BU NƏDİ BELƏ?!

Yeni Yasamal-2 ünvanında yaşayan sakinlər AFN.az-a təbii qazla bağlı şikayət ünvanlayıblar.

Sakinlər bildirirlər ki, yanvar ayı başlayandan bəri qazın verilişi bir neçə dəfə dayanıb. Bunun hansı səbəbdən baş verməsi haqda məlumatları olmadığını deyən şikayətçilərin sözlərinə görə, bu barədə onlara heç kim heç nə demir: "Qazın kəsilməsi bir ayrı dərddir, kəsiləndən sonra bərpa edilməsi bir ayrı. Təsəvvür edin, saatlarla qaz gəlmir, təbii ki, bu halda istilikdən də məhrum oluruq, yemək-içmək hazırlığında, gündəlik qayğılarda da problem yaşayırıq. Bütün bunlar azmış kimi, qazın verilişi bərpa olunduqdan sonra dəqiqələrlə hava uçur göyə. Sizə çəkib göndərdiyimiz videolardan (aşağıda təqdim edəcəyik-red.) da göründüyü kimi, borulara qaz əvəzinə hava vururlar. Nəticədə bizim sayğaclar hava ilə işləyir, havayı pul yazır. Özü də nə hikmətdirsə, əvvəl gələn hava daha təzyiqli olur, nəinki sonradan gələn qaz".
Qeyd edək ki, bir müddət əvvəl "Azəriqaz" İB-dən verilən açıqlamada bunun təhlükəsizlik məqsədilə edildiyi bildirilmişdi. Lakin sakinlər bu fikirlə də razı deyillər. Onlar bildirirlər ki, bəzi hallarda qazla hava qarışıq gəlir, bu isə daha təhlükəli olur: "Qazı yandırır, üstünə nəsə qoyub gedirik, qayıdanda görürük sönüb, eləcə mənzilə axır. Hava vurur qazı söndürür, sonra hava qurtarır, başlayır qaz mənzilə axmağa. Bu isə daha böyük təhlükə yaradır".
Qeyd edək ki, şikayətçilər narazı qaldıqları məqamla bağlı video da çəkib göndəriblər. Həmin görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın oteli ilə “Azərcell”in çəkişməsi Lerikin bir hissəsini rabitəsiz qoyub - BU NƏDİ BELƏ?!

Millət vəkili İqbal Məmmədova məxsus olan və Lerikdə yerləşən “Relax” otellə “Azərcell” mobil operator arasında yaranan maliyyə mübahisəsi sözügedən rayonun bir hissəsini mobil rabitəsiz qoyub. Bu barədə məlumatı Azinforum.az-ın canlı yayımında müsahibə verən Kamil Cəfərov adlı vətəndaş verib. Onun sözlərinə görə, mobil operator “Relax”ın həyətində yerləşdirdiyi ötürücü qullənin icarə pulunu ödəmədiyi üçün onun enerjisini kəsib.

Azinforum.az həmin videomüsahibəni təqdim edir:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda rüşvət alan məktəb direktorunun videosu yayıldı


“1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır”.
Bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova Oxu.Az-a açıqlamasında səsləndirib.
O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır:
“20 ilə yaxındır bu məktəbdə vəziyyət bu cürdür. Bununla bağlı aidiyyəti qurumlara da müraciət etmişəm. Hətta məktəbin direktoruna Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb. 2023-cü ilin sentyabr ayında biz rüşvət verərkən bunu videoya da çəkmişik. Artıq direktor mənə müxtəlif yollarla təzyiq edir. Məni ailəmlə, qızlarımla təhdid edir, məktəbin yuxarı sinif şagirdlərini də öyrədib məni müxtəlif yollarla ifşa etmək istəyir. Mən bununla bağlı iki dəfə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişəm. Bir neçə şagird cərimələnib və altı ay müddətinə nəzarətə götürülüb.
Mənimlə danışan müəllimlərə, şagirdlərə müxtəlif yollarla təzyiq edilir. Məktəbdə artıq ruh kimi gəzirəm, heç kim mənimlə danışmır. Səbəbi isə direktorun təzyiqi və mənim direktorla açıq mübarizə aparmağımdır”.
Səsləndirilən iddialarla bağlı Oxu.Az-a açıqlama verən məktəb direktoru Azər Qazıyev bildirib ki, məsələ prokurorluq tərəfindən araşdırılır, nəticələri ilə bağlı cavab gözlənilir:
“Mən 1986-cı ildən bu məktəbdə çalışıram. 2005-ci ildən isə direktor vəzifəsində çalışıram. Respublikanın qabaqcıl təhsil işçisiyəm, “Tərəqqi” medalına layiq görülmüşəm. Mənə qarşı qurulma bir işdir. İş prokurorluqdadır, araşdırmalar aparılır. Bu yaxınlarda da maliyyə yoxlamaları aparıldı. Yoxlamaların və araşdırmaların nəticələrini gözləyirik”. (Oxu.Az)
Həmin görüntüləri təqdim edirik:
VİDEO BURDA My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İvanovkada vəziyyət URUSCADIR... - "Biz istəyirik ki.."

Özünün SSRİ-dən qalma köhnə kolxoz idarəetməsi ilə vahid təsərrüfat kimi diqqətə gələn İsmayıllının İvanovka kəndindəki icma birliyi sarsılma üzrədir. DİA.AZ bildirir ki, bu barədə kənd sakinləri məlumat veriblər.

Kənddəki özbaşınalıqlara diqqət çəkən kənd sakinləri ölkə rəhbərliyindən kömək istəyirlər. İvanovka kənd sakini Orlov Viktor bildirir:

"Hazırda İvanovkada əhali arasında ciddi narazılıq baş qaldırmaqdadır. Buna görə kənd sakinləri olaraq səsimizin Prezidentə çatdırılmasını istəyirik. Xahiş edirik bizə kömək edin".

Sakinlər iddia edirlər ki, İvanovkada əkcə yerli icra qurumları yox, həm də İsmyıllı rayon rəhbərliyi naaarazılıq yaradır: "Biz istəyirik ki, Azərbaycan torpğında Azərbycan qanunları işləsin..."

Daha əraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qoşqar Təhməzov ölkədə “kartof” manopoliyası yaradıb - Sahibkarlar od püskürür

Ölkəmizdə “Bitki və bitkiçilik məhsullarının idxalının yoxlanması üzrə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsinin müfəttişlərinin üzərinə böyük məsuliyyət düşür.Amma bu gün ölkəmizə xaricdən idxal olunan ərzaqlıq kartof məhsullarının gətirilməsi Aqro Bitki Klinkası (FİTOLAB) tərəfindən monopoliyalaşdırılıb.
Bu haqda Dünyanınsəsi.Az saytına bir qrup sahibkar tərəfindən video-şikayət daxil olub.
Şikayətçilər qeyd edirlər ki, ölkəyə idxal etdiyimiz ərzaqlıq olan kartof məhsulları Dövlət Gömrük Komitəsinə və Vergi Xidmətinə ödənişlər etikdən sonra Qida Təhlükəsizliyi Agentliyinin iştirakı ilə nümunlər götürülərək Aqro Bitki Klinkasına göndərilir.Məhsulun FİTOLAB-da müayinə olunması üçün dövlət risumu olaraq 1024 manat pul ödəməli olduğunu bildirilər.Amma sahibkarların dediklərinə görə risum olaraq qanunla 27 manat ödənilməlidir.
Ən maraqlısıda odur ki, idxal olunan məhsulların müayinəsinə ödənilən vəsaitlərə görə sahibkara ödəniş qəbzidə verilmir.Əsas məsələ Aqro Bitki Klinkasına daxil olmuş məhsula Qida Təhlükəsizliyi Sertifikatının verilməsidir.Bu Klinka sahibkarlara nə az. nə çox düz 20 gündən sonra cavab verir.Bu da ölkəyə gətirilmiş məhsulların anbar və maşın konteynerlərində xarab olaraq çürüməsinə gətirib çıxarır.Bundan başqa sahibkarlar əsas problem olaraq onu qeyd edirlər ki,əgər AQTA-nın qara siyahısına düşübsəsnsə Aqro Bitki Klinkası həmin məhsulun partiyasına Qida Təhlükəsizliyi Sertifikatının verilməsindən imtina edəcəkdir.
Şikayətçilərdən İlqar Məhərrrəmov bildirir ki,22.09.2023-cü il tarixdə Belarusiya respubilkasından 22.000 kq ərzaqlıq kartof məhsulu gətirib.Aqro Bitki Klinkasının sınaq nəticəsinə görə həmin məhsula Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən sertifikatı verilməmişdir.Nəticədə 22.000 kq kartof məhsulunun utilizasiyası barədə qərar qəbul edilmişdir.

İ.Məhərrəmov onu da qeyd edir ki,eyni mənşəlli və eyni respubilkanın bir kolxozunun ərazisndən gətirilən ərzaqlıq kartof məhsullarının digərlərində niyə zərərli orqanizmlilər aşkar eilmir? Əgər belədirsə niyə həmin ölkədən gətirilən mənşəyi eyni olan kartof məhsullarının partiyasına gömrükdə qadağa qoyulmur?

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı qeyd etmişdir ki,sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam.
Korrupsiya, rüşvətxorluq sadəcə olaraq ictimai yara, xəstəlik deyil. Bu, bizim iqtisadiyyatımıza çox böyük əngəldir, . Sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır, onlardan rüşvət tələb edilməməlidir. Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır.
Redaksiya olaraq inanırıq ki, mətbuat vasitəsi ilə ölkə başçısı Cənab İlham Əliyevə eləcə də Baş prokurorluğa ünvanlanmış olan sahibkarların şikayətləri araşdırılıb AQTA-da baş verən özbaşınalıqlara son qoyulacaqdır.

Sahibkarların video-şikayətini təqdim edirik:

Səsləndirilən ittihamlarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO