[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qızılca, sarılıq, indi də göyöskürək... – Məktəblər onlayn təhsilə KEÇİR?

Son günlərdə uşaqlar arasında qızılca, qrip, göyöskürək kimi infeksion xəstəliklər durmadan artır. Şagirdlər arasında qızılcaya yoluxma müşahidə edildiyindən məsələ daha da aktuallaşıb. Bununla bağlı təşvişə düşən bir çox valideynlər Elm və Təhsil Nazirliyinə müraciət edərək, dərslərin onlayn sistemə keçirilməsini tələb edirlər.

Doğurdan da məktəblərdə tədris distant formaya keçirilə bilərmi?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu qərarı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verir:

“İnfeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər görülür.

Təhsil müəssisəsində dərslərin distant təhsilə keçirilməsi barədə qərarın verilməsi Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında həyata keçirilir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirilib ki, aparılan profilaktik və əksepidemik tədbirlər nəticəsində 2024-cü ilin yanvar ayında ölkədə göyöskürək xəstəliyi qeydə alınmayıb:

“Hazırda ölkədə qış fəsli ilə əlaqədar mövsümi qrip, kəskin respirator virus infeksiyaları, koronavirus infeksiyasına yoluxma hallarına təsadüf edilir. Ölkə ərazisində qızılca və Hepatit A xəstəliklərinin səviyyəsində isə azalma müşahidə olunub”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zakir Fərəcovun bacısı oğlu BELƏ NARAZILIQ YARADIR... - ETİRAZ VAR...

Əhalini narazı salan xidmət sahələrindən biri də nəqliyyat sektoru, marşrut xətlərindəki özbaşınalıqlardır. Bu sektorda xəttə buraxılan avtobusların standartlara cavab verməməsindən tutmuş, sürücülərin qeyri-peşəkar davranışlarına qədər çoxsaylı problemlər müşahidə olunur. İctimai nəqliyyat sahəsindəki çatışmazlıqlarla bağlı mediada və sosial şəbəkələrdə dəfələrlə müzakirə açılsa da, nədənsə müsbətə doğru ciddi dəyişiklik müşahidə edilmir.

Daha acınacaqlı durum isə bölgələrdədir. Elə bu yazıdakı şikayət də paytaxtın təxminən 30 kilometrliyində yerləşən Sumqayıt şəhərinin ictimai nəqliyyat sektorundandır. Şəhərin Kotec qəsəbəsi – “Yaşıldərə” massivi marşruti üzrə hərəkət edən 10A saylı avtobusların iş prinsipi sərnişinlərin ciddi narazılığına səbəb olur. Açığı, bu marşrutdan bəhs edərkən “prinsip” sözündən istifadənin özü də yerinə düşmür. Çünki sözügedən avtobusların hazırkı fəaliyyəti demək olar ki, prinsipsizlik üzərində qurulub.

KONKRET.az-a müraciət edən Arif İsgəndərov adlı Sumqayıt sakini də adıçəkilən marşrutun daimi sərnişini kimi burada rastlaşdığı neqativlərdən danışıb.

Şikayətçinin sözlərinə görə, 10A marşrutu ilə bağlı sərnişinlərin narazılığı ilk növbədə avtobusların quruluşca əlverişsiz və narahat olmasıdır. Xəttə buraxılan çəhrayı avtobusların xüsusən ön giriş qapısından istifadə (əsasən də uşaqlar və qocalar üçün – red.) çox əziyyətlidir. Təəssüf ki, Kotec qəsəbəsi – “Yaşıldərə” massivi üzrə alternativ marşrut xətti olmadığından sərnişinlər məcburən bu əziyyətə qatlaşmalı olurlar. Təbii ki, sərnişinlərin üzləşdiyi belə fiziki əziyyət sürücülərin diqqətindən yayınmır və insanların minib-düşməkdə çətinlik çəkməsi onların da işini ağırlaşdırır. Təbii ki, bu məsələdə sözsüz ki, sürücülərin həll edə biləcəyi nəsə yoxdur. Yəni onların əlindən belə bir naqolay avtobusların xəttə buraxılmasına görə dillərinin altında deyinməkdən başqa bir iş gəlmir. Əslində biz də belə əlverişsiz avtobusların hansı səbəbdən ölkəyə gətirilməsinin səbəbini tapmaqda çətinlik çəkirik. Görünür, avtobusları alıb dövriyyəyə buraxanlar onun keyfiyyətindən çox, ucuzluğuna önəm veriblər.

Arif İsgəndərovun dediyinə görə, 10A marşrut xətti üzrə təxminən 20-yə yaxın avtobus işləyir. Onları idarə edən sürücülərin əksəriyyəti də sükan arxasına sanki öz öhdəliklərindən xəbərsiz halda, yəni təlimatlandırılmadan əyləşir. Vətəndaşın redaksiyaya təqdim etdiyi fotodan da görünür ki, avtobusu idarə edən sürücü peşə məsuliyyətindən xəbərsizdir. Sərnişin deyir ki, sözügedən marşrutda hər gün belə bir mənzərə ilə qarşılaşırlar. Bu avtobusun əksər sürücüləri bəzən hətta yolboyu 20-30 dəqiqə telefonla danışır, sükan arxasında tum çırtlayır, eyni xətdə işlədikləri digər sürücü həmkarları ilə intervala görə mübahisə edərək yollarda təhlükəli vəziyyət yaradırlar.

Vətəndaşın digər gileyi isə son zamanlar avtobuslar arasındakı intervalın xeyli artmasıdır. A.İgəndərov deyir ki, sürücülərə bununla bağlı irad bildirəndə belə cavab alıblar: “Avtobuslardan 7-8-i texniki baxımdan sıradan çıxdığına görə təmirə göndərilib. Təmir üçünsə ehtiyat hissələri yoxdur. Ona görə də hamısı qarajda ilişib-qalıb”.

Nəticədə avtobuslar arasındakı 6 dəqiqəlik interval 15-20 dəqiqəyə çatıb ki, bu da sürücülərlə sərnişinləri üz-üzə qoyub.

Əməkdaşımız şikayətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxlayıb. Agentliyin sözçüsü məsələyə aydınlıq gətirərək bildirib ki, “10A nömrəli marşrut xəttində hazırda planlaşdırılan sayda – 14 ortatutumlu avtobusla sərnişindaşıma fəaliyyəti həyata keçirilir. Avtobusların iş qrafiki 6:15-dən 23:00-dək, marşrut xətti üzrə avtobuslararası interval isə 7 dəqiqə təşkil edir və avtobus sayında heç bir azalma müşahidə edilmir”.

T.Orucov əlavə edib ki, daşıyıcıya günün “pik” saatlarında avtobuslararası intervalın sərnişin axınına uyğun olaraq tənzimlənməsi tapşırığı verilib. Həmçinin, AYNA tərəfindən sərnişindaşınma imkanlarının artırılması üçün Sumqayıt şəhərində daşıma göstəricisi aşağı olan marşrutlara əlavə avtobuslar cəlb edilib. Şəhərdə nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə 10A nömrəli avtobus marşrutu da daxil olmaqla 12 marşrut xəttinə əlavə avtobuslar buraxılıb”.

Lakin yazı çapa hazırlanan müddətdə apardığımız müşahidələrdən də belə məlum oldu ki, “Sumqayıt nəqliyyat – 1” MMC tərəfindən xəttə buraxılan marşrutun real fəaliyyəti ilə rəsmi məlumatlar heç də üst-üstə düşmür. Abtobusların gecə saat 23:00-a qədər işləməli olduğu halda, 21:00-22:00-a qədər çalışması da həmin xəttin tabeliyində olan MMC tərəfindən nəzarətsiz buraxılmasının daha bir göstəricisidir. Bu qədər nöqsana adıçəkilən şirkət tərəfindən illərdir, göz yumulması da bir sıra qaranlıq məqamlardan xəbər verir.

Bu arada onu da xatırladaq ki, “Sumqayıt nəqliyyat – 1” MMC Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğlu Elgiz Fərəcova məxsusdur.
Zakir Fərəcovun bacısı oğlu BELƏ NARAZILIQ YARADIR... - ETİRAZ VAR...
Zakir Fərəcovun bacısı oğlu BELƏ NARAZILIQ YARADIR... - ETİRAZ VAR...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının oğlu Lənkəranda çəltik əkinini inhisara alıb... - BU NƏDİ BELƏ?!

Lənkəranda fermerlərə çəltik əkməyə icazə verilmir.

Qaynarinfo-ya daxil olan məlumata görə, səbəb Lənkəranın icra başçısı Taleh Qaraşovun oğlu Samir Qaraşovun bu sahəni inhisara alması ilə bağlıdır.

Bildirilir ki, Samir Qaraşovun rəhbəri olduğu "Green East" MMC-nin Girdəni, Göyşaban, Veravul, Ürgə, Hirkan, Xolmili, Şıxəkəran, Siyavar, Separadi və digər yaşayış məntəqələrinə yaxın ərazilərdə çəltik sahələri var. Həmin sahələrdən əldə edilən məhsul "Avanqard", "Haşimi", "Okean", "Besta", "Meko", "Qara düyü" adları altında satılır.

İddialara görə, şirkətə məxsus çəltik sahələri 800 hektardan çoxdur.

"Green East" MMC-nin düyü biznesi ilə məşğul olmasından dolayı şirkətə məxsus çəltik sahələrinə yaxın kəndlərdə bu bitikinin əkilməsinə icazə verilmir. Yalnız şirkətin maraqlarını təmin edən fermerlərin bu işlə məşğul olmasına şərait yaradılır.

Məlumat üçün deyək ki, dünyanın ekoloji cəhətdən ən təmiz düyüləri sırasıda yer alan Lənkəran düyüsü "Made in Azerbaijan" brendi altında yerli və xarici bazarlarda satılır.

Apardığımız araşdırmaya görə, "Green East" MMC 7 aprel 2017-ci ildə Bakı şəhəri Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61-də qeydiyya alınıb. Qaraşov Samir Taleh oğlu isə MMC-nin ilk qanuni təmsilçisi və böyük payçısı olub.

30 sentyabr 2019-cu ildə şirkətin hüquqi ünvanı və təmsilçisi dəyişib. Hazırda şirkət Lənkəran rayonu, Velədi kəndində qeydiyyatdadır. 5 dekabr 2022-ci ildə Samir Qaraşov Zeynalov Teymur Nazim oğlu ilə əvəzlənib.

"Green East” MMC-nin istehsal etdiyi düyü "Veravul”, "Girdəni”, "Green East" və digər markalarla satışa çıxarılır.
İcra başçısının oğlu Lənkəranda çəltik əkinini inhisara alıb... - BU NƏDİ BELƏ?!

Teymur Zeynalov Lənkəranda düyü istehsalı ilə məşğul olan "Cənub Aqro" MMC-nin də qanuni təmsilçisidir. Güman edilir ki, bu şirkət də Qaraşovların nəzarətindədir.
İcra başçısının oğlu Lənkəranda çəltik əkinini inhisara alıb... - BU NƏDİ BELƏ?!

Xatırladaq ki, Samir Qaraşov 2022-ci ilə kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Aydın olur ki, Samir Qaraşov məmur olmasına rəğmən biznes fəaliyyəti ilə mışğul olub. Halbuki, Azərbaycan qanunvericiliyi bunu qadağan edir.

Qaynarinfo bu iddialarla bağlı Lənkəran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Lakin qurumdan zənglərimizə cavab verən tapılmayıb.

Qeyd edək ki, Taleh Qaraşov 2012-ci ildən Lənkərana rəhbərlik edir. Onun icra başçısı kimi kareyarsı isə 1996-cı ildən başlayır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
65 min manata satılan mobil nömrələri kimlər alır? - İLGİNC

Azərbaycanda müxtəlif qiymətə mobil nömrələr satılır.

Bu nömrələrin qiyməti 5 manatadan başlayaraq 20000, 30000, hətta 50000 manata qədər qədər dəyişir.

Bahalı nömrələrin satışı ilə bağlı məlumatlara isə həm nömrə satış mərkəzlərində, həm də müxtəlif elan saytlarında tez-tez rast gəlmək olur.

Satıcılar bu qiymətləri onların müəyyənləşdirmədiyini bildirir, bahalığını isə rəqəmlərin uyğunluğuna görə olduğunu deyir. "Belə nömrələri alan varmı” sualına isə cavab olaraq tez-tez olmasa da müəyyən vaxtlarda satdıqlarını bildirirlər.

Bəs bu nömrələr niyə baha satılır?

Valyuta.az məsələni iqtisadçı Xalid Kərimli ilə müzakirə edib.

Xalid Kərimli bildirib ki, satışda olan belə nömrələrin qiymətinin tənzimlənməsi yoxdur, olmalı da deyil.

"Satışda hər qiymətə nömrə ola bilər. Yəni, 3 manata, 5 manata da, belə bahalı nömrələr varsa bu normaldır”.

Həmsöhbətimiz vurğulayıb ki, nömrələrin baha satılma səbəblərindən biri həm də alıcılarının olması ilə bağlıdır:

"Tələbat var, olmasa nömrələr də bu qiymətə satıla bilməz. Satıcı bu tələbatı bilir, bundan da faydalanmağa çalışır. Bəzi insanlar nömrələrinin xüsusi rəqəmlərdən ibarət olmasına xüsusi əhəmiyyət verirlər və pulları da var. Ona görə də belə nömrələri almağa üstünlük verirlər. Bu isə normal bazar prosesləridir.”
65 min manata satılan mobil nömrələri kimlər alır? - İLGİNC

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Caspian İnternetional Hospital” cərimələndi…

Sertifikasiyadan keçməyən şəxsləri işlətdiyi üçün “Caspian İnternational Hospital” barəsində inzibati xəta haqqında icraat başladılıb.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, hospital İnzibati Xətalar Məcəlləsinin Əhalinin saniyariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan 215.4-cü maddəsinin tələblərini pozub.

215.4-cü maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Hospitalın işinə 26 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüfət Haciyevin bütün mülkləri satışa çıxarıldı - SİYAHI

Ötən həftə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin bütün mülkləri satışa çıxarılıb.

“7Times.az” xəbər verir ki, R.Haciyevin Quba rayonu ərazisində yerləşən 4 dəbdəbəli villası, həmçinin onun Bakı şəhərinin Yasamal və Xırdalan rayonları ərazisində yerləşən daha 3 yaşayış mənzili satışa çıxarılıb. Mülklərin ümumi qiymətinin 2 milyon manat civarında olduğu bildirilir.

Eyni zamanda Rüfət Haciyevin Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən daha bir dəbdəbəli villası da satışa çıxarılıb. Qeyd edək ki, həmin villanı R.Haciyev yüksək çinli bir dövlət məmuruna müvəqqəti məskunlaşmaq üçün vermişdi. Dünən həmin yüksək vəzifəli məmur mənzili boşaldaraq ailəsinə təhvil verib.

Qeyd edək ki, R.Haciyevin Quba şəhəri ərazisində mövcud olan daha bir yarımtikili iaşə obyekti də satışa çıxarılıb. Həmin obyektin qiymətinin 200 min manat civarında olduğu bildirilir.
Qeyd edək ki, sadaladığımız bütün bu mülklərə və eyni zamanda şəxsi istifadəsində olan və qiyməti 70.000 AZN olan “JEEP Grand Cherokee”markalı avtomabilinə o, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığı müddət ərzində sahiblənib.
Rüfət Haciyevin bütün mülkləri satışa çıxarıldı - SİYAHI
Rüfət Haciyevin bütün mülkləri satışa çıxarıldı - SİYAHI

Qeyd edək ki, R.Haciyev ötən həftə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmış və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
6 saylı məktəbdə DƏHŞƏT DOLU ŞOK HADİSƏ... - BU NƏDİ BELƏ?!


Tribunainfo.az saytına müraciət edən Bakı şəhər sakini Əliyeva Nuridə Adnan qızı (ad,soyad şərtidi) bildirib ki, şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S. Əliyev(ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə təhrik edilib.
Şikayətçinin sözlərinə görə, “Yanvar ayının 9-da övladım S. Əliyev ürək bulantısı, qusma və digər qəribə hərəkətləri ilə diqqətimizi çəkdi. Tualetə saatlarla getmək istəmir, aqressivdi, özünü ora bura çırpır. Uşaqla sakit söhbət etməyə başladım, sənə nə olub, sən niyə neçə vaxtdı bu durumdasan, səni kimi qorxudub? – deyə soruşdum.
Demək, hadisə tualetdə baş verdiyinə görə uşağın da qorxusu məhz tualetdən olub. Biz valideyinlər sabahı 6 nömrəli məktəbə yollandıq və orada azyaşlılara baxan tədris hissəsinin müdiri ilə görüşdük. Belə qərara gəldik ki, sinifləri gəzək, bu hərəkəti edən uşaqları müəyyənləşdirək. 2-3 mərtəbə gəzəndən sonra həmin 4 nəfəri zərərçəkən uşaq tanıdı. Sinifə girən kimi həmin uşaqları tanıdı ( o kadrlar bizdə var).
Uşaq göstərdi ki, “bu uşaqların biri əllərimi tuturdu, digəri seksual hərkətlər edirdi və başqa birisi də telefonla çəkirdi”. Təxminən 1 ay öncə də uşağın bədənində çoxlu sayda göyərtilər var idi. O vaxt uşaqdan soruşanda deyirdi ora-bura vurmuşam. Sən demə uşağı qorxudublar ki, “bu hadisəni kiməsə desən məktəbdə bu videonu yayacağıq. Mən bloqerəm, izləyicim çoxdur”.

Uşaq da qorxusundan bunu bizdən gizlədibmiş.
Daha sonra məktəbin psixoloqu bu uşaqları danışdırdı və uşaqlar boynuna aldılar ki, “biz bu hərəkəti etmişik”. Sonra həmin uşaqlardan telefonu istədilər onlar isə vermədi, dedilər ki, parolunu bilmirəm və siz mənim telefonuma baxa bilməzsiniz”.
“Bu hadisəni məktəbin direktoru Gülşən xanıma çatdırıblar. Gülşən xanım da sabahı yenə hamını danışdırdı və məktəb Səbail rayon 9- cu polis bölməsinin əməkdaşlarına məlumat verdi. Emin adlı polis inspektoru ilk öncə mənim uşağımı danışdırdı, daha sonra həmin o 4 nəfər, 7- ci sinif şagirdlərini danışdırdı. Və orada aydınlaşdı ki, bu hadisə dəfələrlə təkrarlanıb. Daha sonra məni Polis orqanlarının yüksək rütbəliləri qəbul etdi və bu hadisəni olduğu kimi danışdıq. Uşağın hazırki durumunu da orada izah etdim.
Biz daha sonra uşağın durumunu müəyyənləşdirmək üçün övladımı Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə aprdıq. Orada da həkimlər uşağın vəziyyətinin bərbad olduğunu dedilər və bununla bağlı arayış verdilər”.
Daha sonra saytımıza danışan valideyn bildirib ki, mən 7 ildən sonra 1 uşaq dünyaya gətirdim: “Ailəlikcə hamımız bu uşağın üstündə əsirdik ki, uşağı sağ – salamat böyüdək. İndi düşdüyümüz vəziyyətə baxın. Uşaq qəti şəkildə məktəbə getmək istəmir. Sağlamlıqla bağlı isə danışmağa dəyməz.
Daha sonra valideyn onu da qeyd etdi ki, hadisə ilə bağlı bütün aidiyyatı qurumlara və ölkə rəhbərliyinə müraciət edib ki, həmin o 4 şagird o məktəbdən uzaqlaşdırılsın. Düzdü, məktəbin direktoru Gülşən xanım hadisəni biləndən sonra bizə söz vermişdi ki, həmin uşaqları məktəbdən uzaqlaşdıracaq, amma nədənsə bu günə qədər heç bir tədbir görülmür”.
Qeyd edək ki, ötən il də bu məktəbdə şagirdin bıçaqlanma hadisəsi və buna bənzər bəzi hadisələr baş vermişdi.

Mövzu diqqətimizdədir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar


Prezident İlham Əliyev yanvarın 22-də Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şəraitlə tanış olub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
Prezident Ağ Şəhərdə yaradılan şəraitlə tanış oldu - Fotolar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlətə 4 milyon manata yaxın vergi borcu olan MMC satınalmalarda necə at oynadır? - İLGİNC FAKTLAR

Yanvarın 1-dən Azərbaycanda “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqinə başlanılıb. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

Deyilənlərə görə bu həm satınalan təşkilatların, həm də sahibkarların dövlət satınalmalarında iştirakını asanlaşdıracaq, eyni zamanda, sağlam rəqabət mühitinin təmin olunmasına öz töhfəsini verəcək. Amma yeni qanun hələ qüvvəyə minməmişdən də satınalan təşkilatlar, yəni dövlət qurumlarının rəsmiləri satınalmaların elektron qaydada keçirildiyini, qalib olan şirkətlərlə heç bir əlaqələrinin olmadıqlarını bildirdilər. Buna adamın heç inanmağı gəlmirdi. Çünki satınalmalarda sağlam rəqabət mühitinin olmaması elə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin portalında özünü göstərir.

Son vaxtlar Azərbaycanda bir çox dövlət qurumları tərəfindən keçirilmiş açıq tenderlərin qalib olan müxtəlif, mənası bilinməyən adlara malik şirkətlər barədə çox yazılıb. Belə şirkətlərin böyük əksəriyyətinin arxasında gözügörünməz qüvvələrin olduğu barədə də həmçinin. Yəni, bu gün heç kimə sirr deyil ki, adlarından başqa demək olar, heç nəyi olmayan belə MMC-lər hər həftə bir və ya bir neçə satınalmaların qalibi olurlar.

Belə şirkətlərdən biri də “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət 2019-2023-cü illər ərzində satınalmalarda bir çox dövlət qurumlarının ölkə boyu keçirdikləri 162 tender və kotirovka sorğularının qalibi olub. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrində öndə gedir. Liftlərə texniki servisi xidmətindən tutmuş dezinfeksiya xərcləri, tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqların əsaslı təmirnə qədər, inzibati binalarının qazlaşdırılması işlərindən tutmuş, Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinə, Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunmasından tutmuş bir çox tender və kotirovkaların qalibi olub. Əsasən də Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin satınalınmasını həyata keçirib.

Bəs bu şirkət kimə məxsusdur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.02.2005-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, CEYHUN HACIBƏYLİ, ev 52, m. 20, qanuni təmsilçisi kimi isə Orucov Əlövsət Bilal oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. “Piramida F.R” MMC-nin təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan atınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb.

Bundan başqa, internet resurslarında apardığımız araşdırma zamanı bəlli olub ki, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC “Piramida-F.R.” MMC-ni məhkəməyə verib. “Piramida-F.R.” MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib.

2019-cu ildə isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Piramida-F.R.” MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamaları üzrə – Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1 622 631.02 manat əlavə vergi, 878 867.47 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə MMC -yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki günə isə MMC-nin dövlətə 1 473 252.55 manat vergi borcu var.

Göründüyü kimi MMC-nin üzərində vergi yoxlamaları və maliyyə sanksiyaları ilə birgə 2 501 495.49 manat yerinə yetirilməmiş vergi öhdəliyi var. Vergi borcu ilə birgə üzərində 3 974 748.04 manat vergi öhdəliyi olan bir MMC-nin satınalmalarda iştirakına kimlər yol verir?

Amma göründüyü kimi bütün dövlət qurumları bu MMC-nin yerinə yetirilməmiş vergi öhdəliklərini görməzdən gəlir. MMC də Azərbaycanın satınalma bazarında at oynadır.

Digər tərəfdən. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu qədər vergi borcu olan MMC-nin hansı əsalarla satınalmalara buraxır? Bu bir ilin borcu deyil. Elektron medianın yazdığına görə MMC hələ “PİRAMİDA-F.R.” adını daşıyanda dövlətə 542 min manat vergi borcu olub. Bəs dövlətə külli miqdarda vergi borcu olan və durmadan borcu artan bu MMC-nin qarşısı niyə alınmır? Bütün yuxarıda qeyd olunanları mətbuat görür, əlinda geniş araşdırma səlahiyyətləri olan Dövlət Xidməti görmür? Dövlət Vergi Xidmətindən vergi borcunun olub,olmaması barədə arayışı bu MMC-yə kimlər verir? Vergi borcu barədə arayışlar kimlər tərəfindən saxtalaşdırılır? Respublika Hesablama Palatası bunları görmürmü? Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlətin ayırdığı milyonlarla manat vəsaitə nəzarət etmirmi? Bütün bunlar Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin dərhal hərəkətə keçməsinə və korrupsiyyay bulaşmış bu MMC-nin barəsində təcili və təxirəsalınmaz tədbirlər görməyə əsas vermirmi?

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran İcra Hakimiyyətinin iş bitəndən sonra açıqladığı tenderin gizlinləri GÖRÜNDÜ...

Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq bir sıra işlərin satınalınması üzrə 18.05.2023-cü il tarixdə başladığı açıq tender müsabiqəsinə yekun vurması və “MARS CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 699.284,57 manat məbləğində satınalma müqaviləsinin bağladığını dövlət satınalmalarının vahid internet portalında 17.01.2024-cü il tarixdə açıqıayıb.

Qeyd edək ki açıq tenderin şərtlər toplusunda təkliflərin son təqdim olunma tarixi 21.06.2023-cü il, zərflərin açılış tarixi və vaxtı 22.06.2023-cü il tarixə müəyyən edilib. Tenderin başlanma tarixi 01.09.2023-cü il, bitmə tarixi isə 30.12.2023-cü il göstərilir. Satınalmaların portalında tender müsabiqəsinin 15.08.2023-cü il tarixdə tamamlandığı açıqlanır. Tenderin zərflər paketinin açılma tarixi ilə başlanma tarixlərinə baxdıqda görsənir ki, satınalma müqaviləsi bu dövrdə artıq bağlanmış olub.

Bəs Lənkəran şəhər İcra Hakimiyyəti sentyabrda bağlanmış müqaviləni nə üçün qanunla müəyyən edilmiş qaydada, müqavilə bağlanıldıqdan 5 bank günü ərzində deyil, 5 ay sonra ictimaiyyətə açıqlayıb?

Qeyd etdiyimiz kimi tenderin qalibi “MARS CONSTRUCTION” MMC olub və tərəflər arasında bağlanılmış satınalma müqaviləsinin maliyyə dəyəri 699.284,57 manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “MARS CONSTRUCTION” MMC 10.08.2009-cu ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV, ev 37, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kamranov Kamran Bilal oğludur.

Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “MARS-B” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin ilk hüquqi ünvanı MIŞLİ RAYONU, GÖBƏKTALA, ilk qanuni təmsilçisi isə Abbasov Ərşad Qniyaz oğlu olub. MMC-nin adı 10.20. 2022-ci ildə dəyişərək “MARS CONSTRUCTION” olub. MMC-yə daha sonra Məmmədov Elçin Əlizamin oğlu, (fiziki şəxs kimi çığorta sahəsində fəaliyyət göstərir) Səmədov Elməddin Telman oğlu, (ictimai iaşə sahəsində çalışan sahibkar kimi 2023-cü ilin noyabrında qida təhlükəsizliyi qeydiyyatı ləğv edilən sahibkarlıq subyektlərinin siyahısına salınıb) Feyzullayev Anar Məzahim oğlu kimi şəxslərin də rəhbərlik etdiyi göstərilir. MMC-nin son qanuni təmsilçisi Kamran Kamranov da daxil bu şəxslərin haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Yalnız Dövlət Vergi Xidmətinin məlumatlarında maraqlı məsələlər var. Belə ki, “MARS CONSTRUCTION” MMC operativ vergi nəzarəti üzrə – Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən 15 577.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən 2468.87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa Vergi öhdəlikləri üzrə bəyannamələri vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki günə isə MMC-nin dövlətə 924 307.35 manat vergi borcu var.

Qeyd edək ki, “MARS CONSTRUCTION” MMC digər dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovka sorğularının da qalibi olub.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində abadlaşma işlərinin satınalınması üzrə keçirilmiş açıq tender in qalibi “Mars Construction” MMC olub tərəflər arasında 84.805,44 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 25.07.2023-cü il tarixdə açıqlanmışdır.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində cari təmir işlərinin satınalınması üzrə keçirilmiş açıq tenderin qalibi “Mars Construction” MMC olub tərəflər arasında 60.069,33 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 13.09.2023-cü il tarixdə açıqlanmışdır.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən cari təmir işləri in satınalınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “Mars Construction” MMC olub tərəflər arasında 29.376,15 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 05.10.2023-cü il tarixdə açıqlanmışdır.

Göründüyü kimi “MARS CONSTRUCTION” MMC 2023-cü ilin iyun-oktyabr aylarında çox da böyük məbləğləri olmayan 3 satınalmanın qalibi olub. Maraqlıdır Lənkəran şəhər İcra Hakimiyyəti birdən-birə 700 min manat dəyəri olan bir tenderi bu MMC-yə necə həvale edib. Qeyd etdiyimiz kimi hazırda MMC-nin dövlətə 924 307.35 manat vergi borcu var. Bu isə bir neçə ay ərzində əmələ gələn borc deyil. Lənkəran şəhər İcra Hakimiyyəti MMC ilə satınalma müqaviləsi bağlayanda bu borclar olub. Odur ki, tenderin nəticəsini işlər görülüb qurtardıqdan sonra, yəni pullar bölüşdürüldükdən sonra açıqlayıb.

Yuxarıda qeyd etdiyimiz kimi, “MARS CONSTRUCTION” MMC nə özü, nə də qanuni təmsilçiləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu isə onu göstərir ki, MMC hansısa bir yüksək çinli övlət məmuruna bağlıdır. Belə olmasaydı bir molyon manata yaxın vergi borcu olan bir şirkətin satınalmalarda iştirakı qəti mümkün olmazdı.

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO