[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın ən dəhşətli problemi: Çarə tapmalıyıq!


Halal kolbasa və sosisdən sonra dərmanların halallıq dərəcəsini müəyyən etməyin ölkəmizin milli təhlükəsizliyi ilə bağlı dəhşətli strateji addım olduğunu ifadə etməkdən qürur duyduğumu yazmaya bilməzdim!

Əlbəttə, Qarabağ kimi ağır, taleyüklü, milli məsələni həll edəndən, bu qarayaranı kəsib atandan sonra milli-strateji hədəflərimiz istiqamətində baş sındırarkən tibb sahəsindən gələn həşəmətli təklif hamımızın ürəyincədir. Çünki tibbçilərimiz çox doğru olaraq Qarabağın “qarayara” olduğunu, Ordumuzun onu kəsib atdığını müstəqim mənada fəhmlə dərk etdiklərindən, yeni metodlarla milli düşüncəmizə rövnəq verməyi qaçılmaz hesab ediblər.

Sanıram ki, bir qədər tələskənliyə yol veriblər – çünki dərmanlardan qabaq əməliyyat məsələsini həll etmək lazım idi. Çünki əsas əməliyyatdır.

İlk növbədə aydınlaşdırmalıyıq ki, Ordumuz Qarabağ adlı qarayaranı kəsərkən narkozdan istifadə edib, ya yox? Əgər narkozdan istifadə edibsə, heç doğru zad deyil, çünki narkozun-anesteziyanın tərkibində islam qaydalarına qətiyyən uyğun olmayan maddələrin olması şübhəsizdir. Hələ morfini demirik – morfi ümumiyyətlə bihuşluq yaradır, ağlı başdan alır, sərməstlik gətirir ki, bu da illərdir qıldığımız namazı batil edir.

Narkozsuz, morfisiz əməliyyatların tətbiqinə keçməyin vaxtı deyilmi? Bu, həddən artıq halallıq olar!

Bu baxımdan fələstinlilərin ən müasir texnoloji tətbiqindən bəhrələnmək mümkündür. Yeri gəlmişkən, ötən gün BMT-nin insan haqları ilə məşğul olan komitəsi məlumat yayıb ki, Qəzzada yaralıları narkozsuz, anesteziya olmadan əməliyyat edirlər və guya bu, narkozun çatışmazlığı ilə bağlıdır.

Dərman halallığı ilə bağlı müzakirə və standart tətbiqindən sonra isə artıq gün kimi hər kəsə aydın oldu ki, Qəzzada islami qaydalara uyğun olaraq cərrahi əməliyyatı aparılır – narkozsuz, üyüşdürücü olmadan. Belə xəstələrin çığırtısınını Haqq-təala daha tez eşidəcəyinə kimsə şəkk-şübhə etməsin!

Bu təcrübəni tətbiq etməklə əməliyyatlara da bir müsəlmançılıq, möminlik, ədəb-ərkan gətirə bilərik.

Donuzlarla bağlı da konkret addımlar atılmalıdır və ölkəmizdə bir dənə də donuz qalmamalıdır - yenə Ordumuzun təcrübəsindən bəhrələnməklə. Ordumuz Ağdam məscidindən donuzu necə çıxarıbsa, həkimlərimiz də donuzları ölkəmizin sərhədlərindən o cür kənara qovmalıdır. Ən yaxşısı AZAL-a bilet alıb, Amerikaya göndərməkdir. Orda dinsizlər o qədər qudurub ki, donuzun özünü yeyib, ürəyini insana köçürürlər.

Biz donuzu Azərbaycana qarşı doğru-dürüst mövqedə olmayan ölkələrə göndərməklə, bu kafərlərin Allah yanında olan hörmətini bir qəpiklik edə bilərik ki, əslində bu da milli-strateji hədəflərimizə çatmağımıza həkimlərimizin cahanşümal qatqısı deməkdir.

O ki qaldı həkimlərimizi rüşvət tələb etməsi, pul verməyənləri müalicə etməməsi, əməliyyatı səhv edib, xəstələri öldürməsi, sağ ayağı amputasiya olunmalı xəstənin sol ayağını mişarlayıb atması, başı ağrıyanı babasildən müalicə etməsi kimi zadlara – bunların heç biri haram deyil, əslində, tibbi inqilabdır, həm də halal, islami! Əvvəla ona görə ki, həkimlər rüşvət yox, hörmət alır və bu da müsəlmansayağıdır, halaldır, ana südü kimi; axtarsaq, hətta bunun dəlillərini Quranda tapacaq qədər savadlı dinşünaslarımız da ortaya çıxa bilər; ikincisi, sağ ayağın yerinə sol ayağın kəsilməsi Allahın təqdiridir – demək, belə məsləhətdir; üçüncüsü, Əzrayıl təkdir, çatdıra bilmir və Azərbaycan həkimləri də can-başla ona yardım edir. Burda dindənkənar, haram nə ola bilər ki?

Ölkəmizdə hər yerdə halallıq var: bazarda çəkidə aldatmırlar, dükanda Bakıda istehsal edilən tər-təmiz Zelandiya yağı satılır, təmiz Çin xammalından Bakı sexlərində halal Türkiyə məhsulları tikilir və s.

Bircə əməliyyatları da halallıq standartlarına uyğunlaşdırmaq çarəsini tapsaq, bitdi, ta bizə zaval yoxdu – hamımız dərhal cənnətdə olacağıq, şübhəniz olmasın!


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəhərə dönən dönər biznesinin himayədarları - İLGİNC FAKTLAR

Zaman-zaman dönərxanalarla bağlı əhalinin şikayətləri olsa da, çox vaxt buna məhəl qoyulmur. Məsələ yalnız o zaman gündəmə gəlir ki, bununla bağlı konkret fakt olsun. Elə oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin 23 şagirdinin dönərdən zəhərlənməsi faktı da bunun əyani sübutudur.

Yada salaq ki, hadisə baş verən zaman məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verildi. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.

Düzdür, zəhərlənmə faktı aşkarlanan dönərxananın fəaliyyəti dayandırıldı. Amma bundan sonra yenidən eyni hadisənin baş verməyəcəyinə kim zəmanət verə bilər?!

“Hər gün minlərlə, on minlərlə aşağı gəlirli Azərbaycan vətəndaşının qidalandığı dönər məhsulu sağlamlığımız baxımından önəmli yerdə dayanır. Çünki hər gün acanda ondan qidalanırıq. Bəs hansı ətdən, hansı şəraitdə və hansı standartlarla hazırlanır bu əcəl dönərləri?? Hə, bax bu məsələ bütün əmmaların açar mövzusudur. Min dəfə təəssüf olsun ki, bu sualın cavabı yoxdur. Heç kim bilmir nədən hazırlanır. Yalançı sertifikatları asıblar o dönərxanalardan fəxri fərman kimi. Amma hər kəsə məlumdur ki, o sertifikatların hamısı yalançı və fırıldaq formallıqdan başqa heç nəyə yaramır. Çünki dönərxanada bəh-bəhlə yediyin həmin dönər ətinin mənşəyini, sağlamlıq dərəcəsini axtarıb tapmaq qaranlıq tuneldə iynə axtarmaq kimi bir şeydir.... Böyük, gənc, uşaq - bütün yaş kateqoriyalarında gündəlik istifadə olunan dönər ticarəti təəssüf ki, nəzarətsiz əzrayıl kimi cəmiyyəti dolaşır. Necə olur ki, bu dönər ticarətinə ciddi nəzarət mexanizmi yaradılmayıb? Axı gündəlik on minlərlə insanın istifadə etdiyi bu qida ticarəti üzərində nədən nəzarət yoxdur? Qida ekspertləri açıq şəkildə mətbuatda bəyan edirlər ki, ən təhlükəli, yararsız, ölmüş heyvan ətlərinin izi dönərxanalara gəlib çıxır. Bu "leş biznesi" sonda hamımızın sonuna çıxacaq, biz onun sonuna çıxa bilməsək də..." Bunu isə Bakı-xeber.com yazıb.

Dəfələrlə qida ekspertləri dönərxanalarla bağlı SOS siqnalı çalıblar. Məhz leş ətlərlə insanların günbəgün zəhərləndiyini də qeyd edib, buna əncam çəkilməsini tələb ediblər.

DİA.AZ-ın xəbərinə görə, istehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov da “Yeni Müsavat”a dedi ki, dönərxanalar cəmiyyətin bəlasına çevrilib: “Azərbaycanda 15 mindən çox dönərxana var. İllərdir biz bu məsələni təqib edirik. Mən AQTA-da iki il şura üzvü kimi dəfələrlə bu məsələni qaldırdım ki, biz dönərxanalarda monitorinqlər aparaq, müəyyən işlər görək. Lazım olsa, hamımız dəstək verək, nümunəvi dönərxanalar yaradaq, təbliğ edək ki, ora doğru yönəlsinlər. Ölkədə quş qripi tüğyan etdiyi zaman quş dönərinin satışı qadağan olundu. Hələ də o qadağa götürülməyib. Lakin biz görürük ki, hər yerdə toyuq dönərləri satılır. Ona görə toyuq dönərləri qadağan olunub ki, ümumiyyətlə, toyuq əti çox tez çirklənən məhsuldur və buradan çox ciddi zəhərlənmələr baş verə bilər. Lakin illər öncə Azərbaycanda yalnız iki müəssisəyə icazə verildi ki, həm toyuq, həm də mal ətindən dönər hazırlasın, lazımi səviyyədə standartlara cavab versin və dönərxanalara xüsusi rejimdə çatdırılsın. Bu müəssisələrdə çox bahalı dondurucular var. Dönərlər 40 dərəcə dondurulur, orada olan heyvan xəstəlikləri və digər təhlükəli bakteriyalar hamısı məhv olur, ondan sonra xüsusi qablaşdırılmış şəkildə "soyuq zəncir"lə avtomobillərə çatdırılır. Lakin bizim araşdırmamız göstərir ki, heç 0.5 faiz dönərxanalar oradan dönər almır. Yaxud bir dəfə alırlar, onun kağızını divardan asırlar, guya ki onlar daim oradan dönər alır. Heç kəs sübut edə bilməz ki, o asılan kağız o bişən dönərə aiddir, ya yox. Təsadüfi deyil ki, ölkənin hər yerində murdar ətləri, ölmüş, xəstə heyvan ətlərini, at-eşşək ətinin şəhərə daşınması da vaxtaşırı təqib olunur. Bu sahədə ən uğurlu işi DİN Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi görür. Onlar ekspertizalar, həbslər həyata keçirir. Lakin təəssüflər olsun ki, bu iş sona yetmir. Çünki tələb var. Fikrimcə, bu tələb dönərxanalarda yaranır".

Ekspert əlavə edir ki, dönərxanalar bu cür təhlükəli ətlərin reallaşdırma mənbəyidir. Dönərlər bişirilən zaman çölü qızarır, içərisinə isə yeni istilik keçir: "Ona istilik keçdikcə ətdə olan plazma, yəni su ilə qanın qarışığı tökülür siniyə, dönərçi qızardılmış əti o plazmada qarışdırır, heyvanın nə qədər xəstəliyi varsa, antibiotiklər, dərmanlar varsa hamısı tökülür o siniyə, qarışdırılıb istehlakçıya verilir. Burada kiçik yaşlı uşaqların həyatı təhlükədə qalır. Dönərxanalar əslində insanların tədricən zəhərlənmə mənbələridir. Bir çox ölkələrdə dönərlər istehsal olunur. Mərkəzi Avropa ölkələrində, İsveçrədə dönər yemişəm. Burada dönər oturaq yeməkdir, yeməyin bütün inqrediyentlərini görürsən. Lakin bizdə dönərxanalar elə bir şəraitdə bişirilir ki, istehlakçılar o tərəfdə nə baş verdiyini görə bilmir. Dönərxanalar üçün standartlar mövcuddur. İllər öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bununla bağlı standart hazırlayıb. Onlara qarşı gigiyenik və digər tələblər qoyulub. Lakin görək bu gigiyenik tələblərə əməl olunurmu? Dönərxanalarda işləyənlər həqiqi tibbi müayinədən keçirilirmi? Soyuq bir mühit varmı? Ətlərin mənbəyi məsələsi daim şübhə altındadır. Necə olur ki, ayranla dönər 1 manat 50 qəpiyə olsun?! İstehlakçılar dönər alan zaman mütləq ətin mənbə sənədlərini tələb etmə hüququna malikdirlər. Satıcıdan onun tibbi müayinədən keçib-keçməməsini soruşmaq, baxmaq hüququna malikdirlər. Hazırda kütləvi zəhərlənmələr baş verib. Zəhərlənmiş insanlara kompensasiyaların verilməsi də gündəmdə olmalıdır".

DİA.AZ-ın xəbərinə görə, Qida Təhlükəsizliyi Agentliyindən “Yeni Müsavat”a bildirilib ki, qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirlər davam etdirilir: “2023-cü ilin 9 ayı ərzində 12 çiy dönər istehsalı və 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb. Çiy dönər istehsalı müəssisələrindən 3-ü ilə bağlı istehsalın və məhsul satışının qadağan edilməsi, 3-ü ilə əlaqədar satışın dayandırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 11 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Dönər hazırlanan ictimai iaşə müəssisəsindən isə 3-ü ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 27-si ilə əlaqədar məhsul satışının dayandırılması və qadağan olunması, 26-sı ilə bağlı iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 82 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 8 müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samir Şərifov: “Dövlətin parkinq və cərimələrdən pul qazanmaq niyyəti yoxdur”


İyulun 25-dən dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə görə yeni ödəniş məbləğlərinin tətbiqi dövlətin pul qazanmaq niyyətini daşımır.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, cərimənin məqsədi hansısa düzgün olmayan fəaliyyəti müəyyən formada yasaqlamaqdır:

“Kim ki, bu qaydaları pozur, ona qarşı müəyyən cəza tədbirləri görülür. O cümlədən, parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu konsepsiya ictimai nəqliyyatın təkmilləşdirilməsi məsələsinə xidmət edir”.

Qeyd edək ki, nazir bunu deputat Fazil Mustafanın parkinqlərlə bağlı iradına cavab olaraq bildirib.

Qeyd edək ki, hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçi özü qəbul edə bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aşıq Ələsgərin nəticəsindən Hissin mahnısını imtahana salan müəllifə: “Kiminsə ana-bacısına əyri baxmayıb”

Abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözləri yer alması ilə bağlı müzakirələr səngimək bilmir.

Tədris mərkəzinin 9-cu siniflər üçün təşkil olunmuş sınaq imtahanında Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri sual kimi salınıb. Sualın müəllifi isə hazırlıq mərkəzinin ekspert müəllimi Kamil Talıbovdur.

Kamil Talıbov sözügedən məsələyə münasibət bildirərkən milli aşıq poeziyası tarixində şərəfli yer tutan, el ozanı Aşıq Ələsgəri tənqid edib: “Artıq dövr dəyişib. Uşaqlara Aşıq Ələsgərin məşuqələrinə, dağa, çiçəyə, böcəyə yazdığı şeirlərdən misralar mənasız və maraqsız gəlir”.

Müəllifin bu fikirləri isə ictimaiyyətdə birmənalı qarşılanmayıb. Həmçinin, folklor ədəbiyyatımızın ən uca zirvələrindən sayılan böyük ustadımızın şəxsiyyətinin, eləcə də yaradıcılığının aşağılanması kimi dəyərləndirilib.

Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Bizim.Media-ya açıqlamasında müəllifin belə bir fikir səsləndirməsindən təəssüf hissi keçirdiyini bildirib:

“Sözün açığı bu fikirlər məni məyus etdi. Çox təəssüflər olsun ki, Kamil Talıbov Aşıq Ələsgərin gözəllərə dediyi şerləri məşuqə kimi adlandırıb. Ümumiyyətlə o, tarixçəni bilsə, dilinə heç vaxt elə söz gətirməz. Həmin gözəllərin hər biri bəy və xan qızı olub. Valideynləri Aşıq Ələsgərə deyib ki, qızıma bir tərif de. Yəni belə olub.
Aşıq Ələsgər hər küçədən keçənə söz deməyib axı...

Təəssüf edirəm ki, o müəllif Aşıq Ələsgəri tanımır. Gənclərimiz ona görə bərbad vəziyyətdədir. Aşıq Ələsgər ozan, dədə, ilham və haqq aşığı olub. O, heç vaxt kiminsə anasına, bacısına pis gözlə baxmayıb. Şeirlərindəki bütün misraları ibrətamiz sözlərdən ibarətdir. Gözəllərə dediyi sözlərin içərisində isə böyük bir ilham var”.

Xətai Ələsgərli uşaqların Aşıq Ələsgərin şeirlərindən bezməsi və onlara maraqsız gəlməsi fikri ilə də razılaşmayıb. O, deyib ki, test sualı hazırlayan məsul bir şəxsin belə fikirdə olması sadəcə təəssüf doğurur:

“O, kimdisə bir növ təxribat xarakterli fikir söyləyib. İstənilən insan özünü dərk edəndə bilir ki, şeir, şeiriyyət və poeziya nədir. O müəllifin abituriyent hazırlıq mərkəzinin məsul şəxsi olması da təəssüf doğurur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...

Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi 138 a ünvanında ağacların soyqırımına hazırlıq gedir. Çoxillik yaşıllıq ərazi məhv edilmək üzrədir.

DİA.AZ Tribunainfo.az-a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazi uzun müdətdir hasarlanıb. Ərazidə yaşayanlar narazılıq etməsin deyə gecə ilə bəzi ağaclar gizli şəkildə məhv edilərək aparılır. Ərazidə tikinti işlərinə hazırlıq gedir. Şikayətçilər bildirir ki, yaşıllıq ərazinin məhv edilməsi ilə orada yeni uşaq bağçası üçün iki mərtəbəli bina inşa ediləcək. Sakinlərə bu barədə ərazidə iş aparanlar məlumat verib. Artıq uşaq bağçasının layihəsi hazırdır və yaşıllıqlar məhv edildikdən sonra tikinti işləri daha da sürətlənəcək.

Sakinlər çoxillik ağacların məhv edilməsinin əleyhinədir. Onlar bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Buna baxmayaraq, heç bir tədbir görülmür, hasarlanmış ərazidə işlər davam etdirilir. Sakinlər bildirir ki, işlər dayandırılmasa ərazidə böyük ehtimalla Nərimanov rayon icra başçısı Elgün Həbibullayevin daha bir özəl bağçası ucaldılacaq.

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun sevimli kadrlarından olan, vaxtilə BŞİH-də aparat rəhbəri olmuş, Nərimanov RİH başçısı Elgün Həbibullayev özəl bağçaları ilə məşhurdur. O, Nərimanov rayonunda saysız hesabsız özəl bağçaya sahibdir. Görünür, bağça biznesi ilə məşhur olan E.Həbibullayev biznesini genişləndirmək qərarına gəlib.
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto

Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamladı.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli Qasım-Jomart Kemeleviç,

Hörmətli dövlət və hökumət başçıları,

Əziz dostlar,

İlk növbədə, qonaqpərvərliyə görə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə təşəkkür edir və qardaş Qazaxıstana Türk Dövlətləri Təşkilatına qarşıdan gələn sədrliyi dövründə müvəffəqiyyətlər arzulayıram. Türk Dövlətləri Təşkilatına bir il ərzində uğurlu sədrlik münasibətilə qardaş Özbəkistanı təbrik edirəm.

Yenidən Astana şəhərində olmağıma şadam. Bu, son 2 ildə Qazaxıstana üçüncü səfərimdir. Hər səfərimdə Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi oluram. Bütün əldə edilmiş uğurlar münasibətilə Qazaxıstan rəhbərliyini təbrik edirəm.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.

Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.

Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Hörmətli həmkarlar,

Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.

Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir.

Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.

Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi.

2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi.

2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.

Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.

Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.

Əziz dostlar,

Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

Təşəkkür edirəm.

Tədbirdə digər dövlət və hökumət başçıları da çıxış etdilər.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev görülən işlər haqqında ətraflı məlumat verərək qeyd etdi ki, ötən dövr ərzində müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub.

Sonra Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı.

Daha sonra mükafatlandırma mərasimi oldu.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şövkət Mirziyayevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk

Dünyasının Ali Ordenini təqdim etdi.
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto
Astanada mühüm iclas: Prezident çıxış etdi - Foto

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda YÜZLƏRLƏ MƏKTƏBLİ ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...

Babək rayon Nehrəm qəsəbəsində məktəbsiz qalan 600 şagird təhsilini davam etdirmək üçün yağış, qar demədən kilometrlərlə məsafə qət etməli olur. Onların əvvəl getdiyi 3 saylı məktəb iki ildən çoxdur ki, təmir adı ilə bağlanmış, daha sonra isə təmir-quraşdırma işləri zamanı bir hissəsi yenidən uçmuşdu. Həmin məktəbin şagirdləri isə, bərpa işləri gecikdirildiyindən evlərindən xeyli aralıdakı Nehrəm qəsəbə 1 saylı məktəbinə getməyə məcbur olurlar.

Məktəbin təmirinin başa çatması üçün isə, lazımi maliyyənin olmadığı bildirlir. DİA.AZ xəbər verir ki, yerli sakinlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, təmir üçün ayrılan maliyyə müvafiq orqanlar tərəfindən mənimsənilib:

“ Kifayət qədər maliyyə ayrılır, amma maliyyə olmadığını deyirlər. Bir ara məktəbin tikintisinin özəl şirkətlərdən birinə verildiyi bildirildi. Sonra onun rəhbərinin həbs olması ilə bağlı məlumatlar yayıldı. İndi isə iş tamamı ilə dayanıb. Övladım bu il 1-ci sinfə gedib. 6 yaşında uşağı 3 km məsafəyə hər gün aparıb, gətirməli oluram. Qarlı, boranlı, yağışlı gündə bunun nə qədər çətin olduğunu anlamaq lazımdır. Hər şeyə pul tapılır, amma, 600 nəfər şagirdin oxuduğu uçmuş bir məktəbin təmirinə, yenidən bərpasına yox”
Başqa bir şikayətçi, Cəfər Qəribov da 3 saylı məktəbin tikilib başa çatdırılmadığından, məktəblilərin və valideynlərin əziyyət çəkməsindən şikayətlənib. “ Bəzi evlər hətta 3 saylı məktəbdən kilometrlərlə uzaq idi. İndi məsafə bəzi ailələr üçün daha da uzaqlaşıb. Uşaqlar avtomobil yolu ilə gedib-gəlirlər. Onları maşın vurmaq təhlükəsi də yaranır. Qarşıdan qış gəlir. Hər kəsin də avtomobili yoxdur ki, uşaqları məktəbə aparsın”.

Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəb 2021-ci ilin ortalarından təmir adı ilə bağlanıb. 2022-ci il martın 31-də təmir zamanı binanın divarlarından biri çöküb. Qəza nəticəsində 3 fəhlə həlak olub, biri isə yaralanmışdı. Qəzaya səbəb, təmirə ayrılan vəsaitin mənimsənilməsi göstərilirdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Trolluq edən məktəb direktoru `DİMDİYİNDƏN İLİŞDİ`... - BU DA FAKT!!!

Son zamanlar sosial şəbəkələrdə və mediada Şərqi Zəngəzurun tabeçiliyində olan Kəlbəcər Təhsil sektoru ilə bağlı neqativ məlumatlar davamlı hal almaqdadır.

Təhsil sektoru rəhbərliyinin yaratdığı mövcud vəziyyətə sadə müəllimlərlə yanaşı məktəb direktorları da etirazını bildirir.

Gununsesi.info-nun xəbərinə görə, sonuncu belə bir etirazı Mingəçevirdə yerləşən 35 saylı Kəlbəcər orta məktəbinin direktoru Elşən Əzim ifadə edib.

Direktor özünün sosial şəbəkə hesabında yazır:
Trolluq edən məktəb direktoru `DİMDİYİNDƏN İLİŞDİ`... - BU DA FAKT!!!

“Bürokratik əngəllər.. və ya vəzifə səlahiyyətləri tam dəqiqləşdirilməmiş təhsil sektorları.
Əmr deyilən xüsusi səlahiyyət tələb edən sənəd növünə və ya kargüzarlıq növünə dərkənar qoymaq sindiromu
Köhnə təhsil şöbəsi müdiri nostalgiyasından çıxa biləməyən sektor müdirləri.
Zənnimcə yuxarıda qeyd olunan mövzular mətbuatın əsas gündəmi olmalıdır”.
Trolluq edən məktəb direktoru `DİMDİYİNDƏN İLİŞDİ`... - BU DA FAKT!!!

Elşən Əzimin yazdığı bu qeydlər qısa müddət sonra sektoe rəhbərliyinə yaxın olan bəzi məktəb direktorlarının rəy bildirməsinə səbəb olub.

Ancaq müdiriyyəti müdafiə etməyə cəhd edən Kəlbəcər rayon 114 saylı məktəbin direktoru Elçin Nurməmmədov isə özünü gülüş hədəfinə çevirib.

Yazdığı bir neçə cümləlik rəydə saysız səhvlərə yol verən direktorun bu qeydi bumeranqa çevrilib.

Onun qeydlərində yazılır:

Trolluq edən məktəb direktoru `DİMDİYİNDƏN İLİŞDİ`...
Trolluq edən məktəb direktoru `DİMDİYİNDƏN İLİŞDİ`... - BU DA FAKT!!!

Gununsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arif Yeşiltəpənin QARA-QURA İŞLƏRİ - Prezidentə müraciət olundu

Bakı şəh., Suraxanı rayonu, Hövsan Quşçuluq massivində yaşayan, “İlk İnşaat” MMC-də hazırda inzibatçı vəzifəsində işləyən Mustafayev Pərviz Zahidoviç tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevə, aidiyyatı üzrə dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə “İlk İnşaat” MMC-nin rəhbəri Arif Yeşiltəpənin Azərbaycanda və Türkmənistanda törətdiyi qanunsuz hərəkətləri və ona vurduğu maddi ziyanların ödənilməsi barədə müraciət ünvanlanıb.

Şikayəçi P.Mustafayevlə danışdığımız zaman o “İlk İnşaat” MMC-nin Azərbaycandkı rəhbəri Arif Yeşiltəpənin Azərbaycanda törətdiyi digər əməllər haqqında da ( 2014-cü ildə Bakı aeroportundan 70000 evro nağd pulu keçirərkən tutulmasından, Dövlət Miqrasiya İdarəsində hansı məmurla saxtakarlıq etdiyindən, R.Ərdoğana qarşı hansı əks kampaniya aparmasından və digər Allahsız işlərlə məşğul olmaları barədə) məlumat verəcəyini bildirmişdir. Hələlik onun birinci müraciəti dövlət və ictimai əhəmiyyət kəsb etdiyinə görə onu olduğu kimi dəyərli oxucularımıza təqdim edirik: .

” Çoxhörmətli cənab Pezident, bildrmək istəyiəm ki, mən Pərviz Müstafayev Türkiyə Cumhuriyyətinin Azərbaycan filial olan “İlk İnşaat” da əmək müqaviləsi əsasında əvvəl sürücü, hazırda isə 8 ildir ki, inzibatçı vəzifəsində işləyrəm. “İlk İnşaatı” MMC-nin Azərbaycan filialının rəhbəri olan Arif Yeşiltəpə əvvəllər yaşadığım Hövsan qəsəbəsi yaxınlığında miqrant fəhlələrin avtobusla daşınması işini bir sürücü kimi həvalə etmişdi. Hələ o vaxtlar Özbəkistandan Azərbaycana işləmək üçün ucuz işçi qüvvəsi kimi dəvət etdiyi 3000 ( üç min) nəfər fəhlənin Hövsanda qalıb yaşaması və işləməsi üçün Suraxanı rayon İcra başçısı ilə gizli sövdəkləşərək əldə etdiyi torpaq sahələrində qanunsuz miqrant işçilər üçün 3 mərtəbəli konstruksiya yataqxana tipli bina tikib, 600 yerlik yeməkxanası da var. Qaldırıcı kran quraşdırıb. Ofis binasını da daş materialından tikib qanunsuz istifadə edir. A. Yeşiltəpə Özbəkistandan gətirdiyi qanunsuz miqrantları sənədsiz olaraq uzun müddət işlədirdi. Bir dəfə miqrantlarla bağlı problem yarandı və Arif mənə dedi ki, tez bu 500 nəfər özbək işçini buradan qaçırt Rusiyaya. Mən də onları avtobusla Dağıstana apardım. Arif burada Miqrasiya İdarəsində “işlərini həll” etdikdən sonra mən onları yenidən Azərbaycana qaytardım. Arif uzun müdətdir ki, iş gördüyü və pul qazanmasına baxmayaraq pul verib vergilərdən yayınırdı. O bütün “qara” işlərini mənə etibar edirdi və gördürürdü. İki arvad saxlayırdı. Biri özbək, digəri türk idi. Bir dəfə türk arvadı işçisinə qoşulub Rusiyaya qaçmışdı. Mənə tapşırdı ki, get onu tap və qaytar gətir Bakıya. Mən də Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərindən onun arvadını tapıb gətirdim. Bu adam təkcə Azərbaycanda külli-miqdarda vergilərdən yayınmayıb. Eləcə də Türkmənistanda da 6 milyon dollar vergilərdən yayınıb. Məlumat üçün bildirim ki, A.Yeşiltəpənin Azərbaycanda şəriki və ona huimayədarlıq edən yüksək rütbəli dövlət məmuru var.

Arif Yeşiltəpə çoxlu qazanc əldə etmək üçün öz işinə aid olmayan biznesi mənə həvalə etdi. Belə ki, Hacıqabul rayonun Meynaman kəndində manqust heyvanlarının bəslənməsi və satışının təşkil edilməsi işini mənə inzibatçı vəzifəsi verərək həvalə etmişdi. Mən də gəlirin 15 %-nə pay sahibi olmaq şərtilə bu biznesi inkişaf etdirdim. Budur, bu yaxında 15%-lik payımı istəyəndə Arif mənə qışıraraq bildirid ki, öz haqqını istəsən işdən çıxacaqsan, bildinmi”. İndi rəsmən işdən çıxmasam da, Arif mənə qarşı dələduzluq edərərək pulumu vermir. Mən də 5-6 gün əvvəl başıma gələnlər barəsində İfadetv.com saytının baş redaktoru xanım İfadə Cəfərzadəyə rəsmi müraciət etdim. O məsləni araşdırmaq üçün A.Yaşıltəpənin mobil telefonuna zəng etdi. Telefon danışığı yanımda oldu. Arif məslənin nədən ibarət olduğunu bilən kimi İfadə xanıma bildirdi ki, sizi 2 dəqiqədən sonra yenidən arayaram. Amma sonra ona dəflərlə zəng edilməsinə baxmayaraq o telefona cavab vermədi.
Dünən 14 oktyabrda, saat 11 radələrində Əhmədlidə olarkən özünü DTX işçisi adlandıran bir nəfər mənə yaxınlaşaraq DTX-nın baş idarəsinə getməyimi dedi. Biz DTX-nın mərkəzi binasına gəldik. Mənə dedilər ki. “İlk İnşaat” MMC –nin rəhbəri səndən şikayət edib ki, bəs sən ona bir jurnalistlə hədə-qorxu gəlmisən. Lakin heç bir rəsmi ərizə yox idi. Mən olanları onlara izah etdim ki, belə bir sübut yoxdur. Və mən bu adamla mobil telefonda onunla danışmamışam. Telefonla İfadetv.com saytının baş redaktoru danışıb. Arif də 1 dəqiqə danışıq zamanı söhbətin məndən getdiyini anlayan kimi bildirb ki, mənim belə işçim yoxdur və 2 dəqiqə sonar arayacağını demişdir. Vəssəlam.
Bəli, mən əsassız şikayətə görə saxlanılıb sorğu sual olunduğuma görə bir yoldaşla həmin günün 14 oktyabr, saat 15-də Bakıdan Rusiyanın Mineralnı Vodı şəhərinə təyyarə ilə uça bilmədik. Və hər biri 234 manata olan biletlərimiz də batdı. Maddi ziyan dəydi.
Ona görə cənab Prezident Sizdən şəxsən xahiş edirəm ki, “İlk İnşaat” MMC-nin Azərbaycan üzrə rəhbəri olan Arif Yeşiltəpənin gördüyü işlər zamanı Azərbaycanda və Türkmənistanda törətdiyi qanunsuz işlərin araşdırılmasına və mənə vurduğu maddi ziyanların ödənilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Sağ olun.
Qoşma: Şəxsiyyət vəsiqəsi, təyyaraə biletləri. //ifadetv.com//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO