[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA yoxsa Wolt - rəsmi `YALAN` kimindir? - AKTUAL

Ölkədə Qida Təhlükəsizliyi Agentliyi var. Niyə?! Çünki ölkədə qida təhlükəsi var. Yəni təhlükəli qidalar. Bu deməkdir qida təhlükəsizliyi. Bir də bu AQTA dediyimiz özü dönüb qida təhlükəsi olursa...
Yox, qidaları AQTA daşımır, pizzaları da AQTA bişirmir. Evlərə, ofislərə də yemək-içmək daşıyan AQTA deyil, başqalarıdır. Bax, o başqalarında biri Woltdur. AQTA-nın "başqa" gözlə baxdığı Wolt!

Kontrastlar, qəribəliklər məmləkətində yaşayırıq; AQTA-Wolt qovğasında bunu bir daha anladıq, gördük. Xəbərlərdə eşitdik və oxuduq ki, AQTA Wolt-u bağlayıb. Həm də necə bağlayıb?! Deyib ki, Wolt camaata yeməkdən başqa nə desən daşıyır? Deyib, Wolt-çular qaydaları pozur, sağlamlıq testindən keçmirlər və sair və ilaxır. Yeməklərin fiziki temperaturundan kuryerlərin psixoloji tempramentinə qədər çox problem sadaladılar və dedilər ki, Wolt-dan yemək gözləməyin, dayandırmışıq.

"Dayandırmışıq" deyib durub AQTA, amma Wolt dayanmayıb. Daha doğrusu, "dinc" dayanmır; deyir: "Biz işləyirik". Bəs AQTA deyən... Cavab da elə qarşılıqlı iddiaymış: Wolt deyir ki, AQTA şirkətə "təzyiq etmək üçün əsassız açıqlama yayır". "Əsassız açıqlama", bilirsiniz də nə deməkdir?! AQTA yalan danışır deməkdir. Belə olunca ağla gələn ilk fikir: iki qurumdan biri yalançıdır. Ya da bəlkə elə hər ikisi. Ancaq Wolt-dan fərqli olaraq, AQTA-nın yalanı rəsmi yalandır; axı AQTA dövlət idarəsidir. Dövlət yalan danışmaz axı. Danışa bilməz. Yalan danışan varsa, o dövlət deyil. O halda, deməli, konkret məmurlar dövlət adından yalan danışıb. Öz maraqları üçün.

AQTA: "Wolt-u yoxlayıb bağlamışıq" deyir. Amma, baxırsan, küçələr Wolt-un mopedləri, kuryerləri ilə qdoludur.

Belə olanda gərəkdir ki, dövlət də AQTA-nın bu açıqlamasını yoxlayıb söhbəti bir nəticəyə bağlasın. Yoxsa camaat çaş-baş qalacaq: rəsmi məlumata inansın, yoxsa, Wolt-un gətirdiyi pizzanı alıb yesin?! Siz anlaşıb dil tapana qədər kuryerin gətirdiyi yemək soyuyur axı.

Nəhayət, bir qərar verin, lütfən!

Seyid Əhmədli, Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin Dədə Süleymana bağışladığı yarım milyonluq evi dələduzlar ələ keçirdi - TƏFƏRRÜAT


Ötən il vəfat edən Əməkdar artist Süleyman Abdullayevə (Dədə Süleyman) məxsus mülklər və torpaq sahəsini dələduzlar ələ keçirərək satıb.

DİA.AZ bildirir ki, bu barədə Yenisabah.az-a mərhum sənətkarın oğlu Cümşüd Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Prezidentin atasına bağışladığı ev belə satılıb:

“Cənab Prezidentimizin atama bağışladığı ev, ata mülküm, başqa bir ev və torpaq sahələri mənimsənilərək satılıb, talanıb.

Prezidentin hədiyyə verdiyi ev "Deluxe Palace" yaşayış kompleksindədir. Həmin yaşayış kompleksi Bakının mərkəzində, Cəfər Cabbarlı küçəsində yerləşir. Mənzil 100 kvadratdan ibarət və təmirli idi. Həmin evin 500-600 min manat dəyəri vardı.

Bundan başqa atama məxsus olan, dünyasını dəyişdiyi, Yasamalda, Qanlı gölə yaxın ərazidəki ev və Hökməli qəsəbəsində yerləşən torpaq sahələrini də dələduzlar mənimsəyib. Onlar telefonumu açmaq bəhanəsi ilə etibarnamə tələb olunduğunu deyib məni aldatdıar. Etibarnaməni aldıqdan sonra isə evlərin hamısını satıblar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üç naziri yola salan səhiyyə sistemimizin dəyişilməyən təchizatçısı – “ARAŞ”-ın qüdrətinin sirri

Azərbaycan səhiyyə sistemi acınacaqlı gündədir. Konstitusiyamızın 41-ci maddəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ olsa da, çox az adamın bu hüquqdan yararlanmaq imkanı var. Bunun bir səbəbi insanların aldığı maaşla tibbi xərclər arasında böyük fərqlərin olmasıdırsa, digəri ölkəmizdə səhiyyə xidmətinin yararsızlığıdır.

Vətəndaşlar adi bir sağlamlıq problemi üçün bir illik maaşlarını sərf etsə də nəinki sağala bilmirlər, əksinə mübtəla olduqları xəstəliklər getdikcə böyüyür, bir çox hallarda ölümlərlə nəticələnir. Məhz bu səbəbdən hər il Azərbaycandan xarici dövlətlərə müalicəyə gedənlərin sayı durmadan artır.

Səhiyyə sistemimizin bu hala düşməsinin ən mühüm səbəbi onu şəfaverici qurumdan çox pulkəsən aparat kimi xidmət göstərməsidir. Heç kimə sirr deyil ki, ölkəmizdəki bir çox klinikalar və həkimlər bəzən sırf pul qazansınlar deyə, xəstələri ehtiyac oldu-olmadı əməliyyat masasına yatırır, onlara bahalı dərman yazır və bunun müqabilində əczaxanalardan öz haqlarını alırlar.

Dərd burasındadır ki, bunlar hələ xırda maxinasiyalardır. Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında çalışan idarəçilərin müxtəlif vasitələrlə böyük korrupsiya əməllərinə qurşanması faktları da az deyil. Üstəlik, bu maxinasiyaların başında səhiyyə sisteminin ən yüksək postunu tutanlar dayanır.

Bəllidir ki, Azərbaycanda Səhiyyə Nazirliyinə ən uzun müddət rəhbərlik edən şəxs Oqtay Şirəliyev olub. Sələfi Əli İnsanovun 2005-ci ildə həbsindən sonra onun kreslosuna əyləşən Oqtay həkim 2021-ci ilə qədər öz yerini heç kimə qapdırmayıb. Nəticədə 16 il sərasər nazir adı daşıyıb və ictimaiyyət arasında ən məsum, heç kimə zərəri toxunmayan məmur kimi tanınıb. Amma onun dövründə Səhiyyə Nazirliyində baş verən maxinasiyalarla tanış olduqca ataların “suyun lal axanı” ifadəsi yada düşür. Ən təəccüblüsü isə budur ki, Oqtay Şirəliyevin himayədarlıq etdiyi maxinasiyaları nazir postundan sonra da davam edir. Hər halda Azpolitika.info-nun bir müddət əvvəl yayımladığı bir araşdırma yazısı belə düşünməyə əsas verir.

Ovqat.com-un məlumatına görə, “Elsəvər Ağayev və qudasının şirkətləri “səhiyyə bazarı”nda...” sərlövhəli yazıda bildirilir ki, “uzun illərdir Səhiyyə Nazirliyinin tibb avadanlıqları və ləvazimatlarının alınmasında "favorit” şirkəti "Arash Medical Company”dir. Nazirlər dəyişsə də, sözügedən şirkətin nazirliyin tenderlərindəki qalib mövqeyi dəyişmir”.

Nəşr qeyd edir ki, "Arash Medical Company” bu gün belə təsadüfən "tender kralı” hesab olunmur: “Bu şirkət ləğv olunan "Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.

Ümumilikdə isə "Araş Medical” MMC və "Arash Medical Company” həmin il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender udub. Azərbaycan Tibb Universiteti də "Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.

Həmin illərdən başlayaraq, şirkət səhiyyə sistemilə bağlı demək olar bütün böyük tenderləri qazanıb. Özü də təkcə tibbi avadanlıqların, ləvazimatların satışı və quraşdırılması deyil, xəstəxanaların tikintisi və təmiri ilə bağlı satınalmalar da bu şirkətə verilib. Bunun nəticəsi olaraq, şirkət təkcə 2019-cu ilə qədər ümumilikdə 250 milyon(!) manatlıq tender qazanıb. Sonrakı illərdə də eyni temp saxlanılıb. Təkcə ötən il şirkət 27 tender udub. Bu, hər aya 2-dən artıq tender deməkdir. Bu ilin əvvəlindən də tenderlər üst-üstə qazanılmaqdadır və onların dəyəri ilk 3 ayda artıq 1 milyon manata yaxınlaşıb. Ötən il bu məbləğ 4.5 milyon manata yaxın olub”.

Bəli, bəli, bu araşdırma yazısı 2023-cü ildə qələmə alınıb. Oqtay Şirəliyevin yarıtmaz fəaliyyəti nəticəsində nazir postundan uzaqlaşdırıldıqdan 2 il sonra.

Sual edə bilərsiniz: Bəs, bu şirkətin Oqtay Şirəliyevə nə dəxli var?

İlk baxışdan şirkətin Oqtay Şirəliyevlə heç bir bağlantısı görünmür. Amma “Araş Medikal”ın yarandığı və ən çox tender qazandığı dövrlərin Oqtay Şirəliyevin nazir olduğu zamanlara düşməsi insanın beynində bəzi şübhələrə yol açır. Məlumatlar təsdiqləyir ki, müxtəlif zamanlarda gah "Araş Medical” MMC, gah "Arash Medical Company”, gah da “Arash Medikal Production LTD” adıyla əldə etdiyi tenderlər hesabına qaz vurub qazan dolduran şirkət uzun illər Oqtay Şirəliyevin xeyir-duası ilə fəaliyyət göstərib.

Hərçənd bir çox nəşrlərdə onun gerçək sahibinin Oqtay Əsədov olduğu göstərilir. Zənnimizcə, bu yanılma da əslində Oqtayların adının qarışdırılmasından qaynaqlana bilər. Üstəlik, şirkətə 2018-ci ilə qədər rəhbərlik edən şəxsin də soyadı Əsədov olub – Cavid Əsədov. Görünür, bu ad və soyad bənzərliyi media orqanlarını çaşdırıb və hər kəs Oqtayın ayrı Oqtay olduğunu düşünüb. Bəlkə də ona görə ki, Oqtay Şirəliyev ictimaiyyət arasında əlindən heç bir iş gəlməyən, ancaq kabinetində zamanı milçək qovalamaqla yelə verən nazir kimi tanınıb. Onun adaşı Oqtay Əsədov isə maşallah, maşallah, kanalizasiya müdirliyindən tutmuş parlament spikerliyinə, hətta Moskvada adı dillər əzbəri olan bar sahibliyinə qədər müxtəlif biznes sahələrində silinməz izlər buraxıb. Deməli, məntiqlə, şirkətin gerçək sahibi Oqtay Əsədov olsaydı və Cavid Əsədovla onu hansısa qohumluq əlaqələri bağlasaydı, onda adını çəkdiyimiz ikinci şəxs bu günə qədər öz vəzifəsini qoruyardı.

“Azpolitika” da öz yazısında bu ehtimalın üzərində dayanaraq yazır: “Mətbuatda gedən bəzi məlumatlarda göstərilirdi ki, şirkətin sahibi Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qohumudur, Lakin əslində, Cavid Əsədov Oqtay Əsədovun yox, digər sabiq millət vəkili Hadı Rəcəblinin qohumu, daha konkret desək, bacısı oğludur. Sözsüz ki, bu amilin də "Arash Medical”-ın "uğurlarında” əhəmiyyətli payı var”.

İddialara görə, şirkətin formal sahibi Şamo Fərzəlibəyov adlı biri iş adamıdır. Şamo Fərzəlibəyovin bundan əlavə “Caspian International Hospital” və “BADAM MEDICAL CENTER” klinikaları da var. Azərbaycan reallığında bu qədər geniş imkan alın təriylə və halal zəhmətiylə çörək pulu qazanan sadə vətəndaşa qazandırılmazdı. Həmin sadə vətəndaş bir balaca “tüklənən” kimi yolunar, ətcə cücəyə çevrilərdi. Maraqlıdır ki, Şamo Fərzəlibəyov isə günü-gündən “tüklənib”. Bəs, bu qeyri-adi böyümənin sirri hardan qaynaqlanır?

Müxtəlif media orqanlarının iddialarına inansaq, Şamo Fərzəlibəyov sabiq səhiyyə naziri Oqtay Şirəliyevin müavini Elsevər Ağayevlə qudadır. Görünür, əsl himayədar ilə “sadə vətəndaş” arasındakı münasibət də bu ortaq dostluqlardan yaranıb.

Maraqlıdır ki, Elsevər Ağayev Səhiyyə Nazirliyində Oqtay Şirəliyevdən əvvəl iş fəaliyyətinə başlayıb. Şəxsi tərcümeyi-halına nəzər salsaq görərik ki, nazirlikdəki iş fəaliyyətinə 1999-cu ildə başlayan Elsevər Ağayev ilk dəfə sabiq nazir Əli İnsanovun müavini olub. 2005-ci ildə nəinki nazirlikdəki, hətta bütün səhiyyə sistemindəki insanovçuların təmizlənməsinə start verilsə də, E.Ağayevə toxunan olmayıb. Beləcə, E. Ağayev Əli İnsanovun olduğu kimi, yeni nazir Oqtay Şirəliyevin də ən yaxın adamına çevrilib. Bəlkə də onun bu toxunulmazlıq statusu qazanmasında şəxsi keyfiyyətəri qədər, “təchizatçılıq” qabiliyyətləri də rol oynayıb. Mediadakı iddialara inansaq, onun “təchizat” sahəsində arxalandığı əsas şirkət isə “Araş” olub. Həmin sehirli çubuq vəzifəsini icra edən “Araş” isə yenə sabiq nazir Oqtay Şirəliyevin dövründə təsis olunub. Şirkətin indiyə qədər səhiyyə sistemindəki bu avantajlı mövqeyini itirməməsi də həm Elsevər Ağayevin, həm onun qudasının “işgüzar” təcrübələrindən, həm də Oqtay Şirəliyevin himayədarlığından qaynaqlana bilər.

Növbəti sual ortaya çıxır: “Araş” şirkətini bu qədər güclü qılan nədir?

Zənnimizcə, bu sualın ən yaxşı cavabı da “Azpolitika”nın adını çəkdiyimiz araşdırma yazısında gizlidir. Sayt yazır: “Arash Medical”-ın tenderləri necə "udduğuna” dair daha dolğun və faktlara əsaslanan nümunə kimi Azərbaycanda fəaliyyət göstərən "Qardaşlar Mebel” QSC-nin ölkə başçısına, Səhiyyə, İqtisadiyyat və digər nazirliklərə, eləcə də hüquq-mühafizə orqanlarına məktubunu göstərmək olar. Məktubda deyilir ki, "Qardaşlar Mebel” QSC 2021-ci ilin sonunda Səhiyyə Nazirliyinin 3 böyük tenderini udsa da, onu qalib elan etməyiblər və milyonlarla dollarlıq tenderlər şişirdilərək başqa şirkətlərə, daha doğrusu məhz "Arash Medical”a verilib: "Şirkətimiz tərəfindən dəfələrlə bu məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə ünvanlanan müraciətlərimiz təəssüf ki, cavabsız qalmışdır. Belə qənaətə gəlmək olar ki, həmin müsabiqələrdə nəzərdə tutulan şirkətin qalib olmaması Səhiyyə Nazirliyini çox narahat edir. Bundan irəli gələrək Səhiyyə Nazirliyi həmin müsabiqələrin nəticələrinin gələn ilə keçməsini və ayrılan vəsaitin dövlət büdcəsinə qaytarılmasına nail olaraq həmin tenderlərin ləğvini istəyir. Eyni zamanda bu müsabiqələrdə simvolik qiymət təklifi təqdim edərək kənarda qalan, amma bütün proseslərə özünün kənardan dəvət etdiyi "SEM-AZ” MMC şirkəti üzərindən həyata keçirən "ARASH” firması "ARASH MEDİCAL” MMC şirkətinin törəməsidir. "ARASH MEDİCAL” MMC-nin faktiki rəhbərinin isə Səhiyyə Nazirinin müavini və nazirliyin tender komissiyasının sədri Ağayev Elsevər Məmməd oğlu cənabları ilə yaxın qohumluq əlaqəsi vardır. Buna sübutu Səhiyyə Nazirliyinin Dövlət Satınalmalarının Vahid İnternet Portalının "Keçirilmiş müsabiqələr” bölməsinə daxil olmaqla görmək mümkündür. Həmin bölmədə nazirliyin bu tip satınalma predmeti üzrə keçirdiyi müsabiqələrin qalibinin yalnız "ARASH MEDİCAL” MMC olduğu qeyd olunub. Həmçinin həmin müsabiqələrdə ikinci şirkət olaraq hər zaman "SEM-AZ” MMC iştirak edir. Məhz buna görə də satınalan təşkilat üç müsabiqə üzrə yüksək, yəni 13736908.52 (on üç milyon yeddi yüz otuz altı min doqquz yüz səkkiz manat əlli iki qəpik) manat qiymət təklifi vermiş "SEM-AZ” MMC-ni qalib seçmək niyyətindədir. Eyni zamanda qalib olduğumuza baxmayaraq, Səhiyyə Nazirliyi müxtəlif yollarla müsabiqədə təqdim etdiyimiz qiymət təklifindən imtina etmək üçün bizə təzyiqlər göstərir. Üç müsabiqə üzrə qiymət təklifimiz 8580934.28 (səkkiz milyon beş yüz səksən min doqquz yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Göründüyü kimi, qiymət təkliflərimizin qalib seçildiyi təqdirdə 5155974.24 (beş milyon bir yüz əlli beş min doqquz yüz yetmiş dörd manat iyirmi dörd qəpik) manat məbləğində vəsait dövlət büdcəsinə qaytarılacaq. Qənaət olan vəsaitin hesabına 44 günlük müharibədə düşmən tərəfindən dağıdılmış ərazilərin tezliklə bərpasına töhfə verilə bilər...”

Doğrudur, bu müraciətdən sonra sözügedən tenderlərin nəticələri ləğv olundu və həmin tenderləri "Arash Medical” uda bilmədi. Əslində, bu da gerçək rəqabət şəraitində şirkətin nəyə qadir olduğunun, qalib gələ bilmədiyinin bariz nümunəsidir.

Ancaq maraqlı olan həm də budur ki, həmin müraciətə əsasən "Arash Medical”-ın arxasından daha bir ad, özü də dəfələrlə korrupsiyada hallanan ad çıxır. Söhbət 1997-cü ildən Səhiyyə Nazirliyinin "Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru, 1999-cu ildən ötən ilin fevralına qədər, yəni 23 il(!) isə Səhiyyə nazirinin müavini vəzifəsini daşımış, nəticədə Azərbaycanın az qala ən imkanlı oliqarxlarından birinə çevrildiyi bildirilən Elsəvər Ağayevdən gedir.

Məktubdan belə məlum olur ki, E.Ağayevin də "Arash Medical”-ın "tender qələbələri”ndə ciddi rolu var. Əldə etdiyimiz məlumata görə, məktubda qeyd olunan, ancaq adı çəkilməyən "Elsəvər Ağayevin qohumu” isə Şamo Fərzəlibəyov adlı şəxsdir. Şamo Fərzəlibəyov Elsəvər Ağayevin qudasıdır. Heç yerdə adı keçməyən bu şəxs həm "Caspian International Hospital” və "BADAM MEDICAL CENTER” klinikalarının sahibidir.

Yeri gəlmişkən, istər "Arash Medical”-ın, istərsə də Elsəvər Ağayevin qudasının yuxarıda adı çəkilən "Caspian International Hospital” və "BADAM MEDICAL CENTER” klinikalarının qazandıqları milyonların qarşılığında vergidən yayınması ilə bağlı da bəzi iddialar var. Ancaq yəqin ki, bu və digər iddialar və açıq görünəın faktlar yalnız "Arash Medical” və buna bənzər şirkətlərin dövlət satınalmalarını, tenderləri necə "udduqları” və necə "tender kralları”na çevrildikləri üzə çıxarılan zaman araşdırılacaq. Bu isə kifayət qədər çətin görünür”.

“Azpolitika”ya nə qədər inandırıcı görünməsə də artıq “Araş” şirkətinin fəaliyyətinin yoxlanılmağa başlanıldığı barədə bəzi məlumatlar mediada yer almağa başlayıb. Valyuta.az-ın məlumatına görə, ““Arash Medical Company” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş açılıb.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

“Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkəti hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. QSC-nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur”.

Düzdür, açılan bu iş inzibati xətalarla əlaqədarla bağlıdır. Amma o da istisna deyil ki, şirkətin fəaliyyətində iddia olunan maxinasiyalar təsbit olunarsa, bu işi cinayət qanunvericiliyinə görə araşdırılması da baş tuta bilər.

Ovqat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AAK sədri SU BULANDIRIR... - İTTİHAM VAR!

Bu günlərdə əldə etdiyimiz məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ali Attestasiya Komissiyasında əməliyyat-axtarış işlərini AAK əməkdaşlarının əksər hissəsinin məzuniyyətdə olmasına görə intensiv şəkildə davam etdirə bilmir. Amma çoxsaylı şikayətləri nəzərə alaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sentyabr ayında yoxlamaları yenidən bərpa edəcək. GundemXeber.Az-ın əldə etdiyi digər məlumata görə isə, AAK sədri Famil Front oğlu Mustafayev bu günlərdə ən yaxın adamlarının yanında bildirib ki, onun çox yuxarıda adamı var və buna görə ona heç kim heç nə edə bilməyəcək. “Yuxarıda adam” deyəndə görəsən Famil Front oğlu kimi nəzərdə tutub? Prezident Aparatında bu sahəyə dolayısı ilə nəzarət edən Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbənin müdiri Fərəh xanım Əliyevanımı? Bildiyimizə görə, F.Əliyeva rüşvət və korrupsiyadan uzaq xanımdır, Azərbaycan xalqının qürur duyduğu bir kişinin-professor Şirməmməd Hüseynovun qızıdır, onun adının rüşvət, korrupsiya qalmaqalında çəkilməsi ədalətsizlik olar.
Famil Front oğlu bəlkə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovu nəzərdə tutur? Çünki o, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi vəzifəsində çalışıb və Kərəm Həsənovla hədsiz yaxın münasibətləri olub. Ona görə də Famil Front oğlu keçmişdə Əmlak Komitəsində işləyənlərə, xüsusən K. Həsənova yaxın şəxslərə Elmi ad və dərəcələr verilməsində “xüsusi güzəştlər” tətbiq edir. Çünki vaxtilə komitədə də ona belə güzəştlər edilib. O, K. Həsənovun himayəsi altında vaxtilə Dövlət Əmlak Komitəsindəki vəzifəsindən bəhrələnərək dövlət əmlakında xüsusi paya sahiblənib.
İrəlidə bu məsələyə geniş toxunacağıq. Amma burası da var ki, indi Famil Front oğlu özünü K. Həsənovdan daha güclü hesab edir. AMEA alimlərinin Prezidentə müraciətində onun hələ AAK-da sədr əvəzi olarkən Mikayıl Cabbarova güvəndiyini və onun hesabına tezliklə AAK-ın sədri olacağını yaxın adamlarının yanında dilə gətirdiyi bildirlir. Amma inanmaq olmur ki, yuxarıda adı çəkilən bu adamlar Famil Front oğlunun rüşvət və korrupsiya maxinasiyalarında adlarının hallanmasını istəyələr.
Famil Front oğlu Mustafayevin Azərbaycan dövlətinə ən böyük zərbəsi gənclərin elmə gedən yolunun qarşısını almasıdır. O, bu göstərişin ona Prezident Aparatından verildiyinə dönə-dönə işarə edir. Sanki bununla o, Prezidentlə gənclər arasında uçurum yaratmağa çalışır, AAK-ın bütün imtina məktublarında 2019-cu ildə Prezident tərəfindən təsdiqlənən “Əsasnamə”ni xüsusi vurğulamaqla ölkə başçısının adını qəsdən mənfi mənada dövriyyəyə gətirir. Belə çıxır ki, Prezident bilərəkdən belə bir Əsasnamə hazırlatdırmışdır ki, gənclərin elmə gedən yolunun qarşısını kəssin. Halbuki cənab Prezident bütün çıxışlarında və əməli fəaliyyətində gənclərə meydan verilməsinə, onların irəli çəkilməsinə çağırış edir. Möhtərəm Prezidentin gənclərə qayğısı ilə bağlı 1 fevral 2019-cu ildə Gənclər günündə etdiyi çıxışdan iki cümləni burada xatırlatmaq yerinə düşər: “Mənim tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır”.
Etiraf edək ki, Famil Front oğlu birmənalı şəkildə Prezidentin bu tövsiyyəsini inkar edir və gənclərin elmə, tədqiqata gələn yolunu bağlayır və fəxrlə deyir ki, AAK bir ildə 246 elmi işdən imtina edib. Həm də həmin işlərin böyük əksəriyyəti xırda texniki problemlə bağlı geri qaytarılıb. Onu da qeyd edək ki, bu məsələdə Elm və Təhsil Nazirliyi onun əsas köməkçisinə çevrilib. Həmin nazirliyin bir nəfər əməkdaşı bizimlə söhbətdə açıq şəkildə bizə bildirdi ki, Elm və Təhsil Nazirliyinin bəzi əməkdaşları AAK-la birgə müəyyən korporativ maraqları bölüşdüklərindən vətəndaşların haqlı şikayətləri təmin olunmur və sonda bütün ittihamlar Prezidentə yönəldilir. Əks halda, AAK-ın 2019-cu ildə qəbul etdiyi Əsasnaməni geriyə, 2018-ci və ondan əvvəlki illərdə doktoranturaya qəbul edilmiş gənclərə tətbiq etməsi ilə bağlı yol verdiyi qanunsuzluqla əlaqədar gənclərin Elm və Təhsil Nazirliyinə müraciətləri başdansovdu cavablandırılmazdı. Yaxud vətəndaşa bir cavab, AAK-a başqa bir cavab göndərilməzdi. Azərbaycan Respublikasının Konsititusiyasının 149-cu maddəsinin VII bəndində açıq-aydın deyilir ki, “normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Vətəndaş yuxarıda qeyd edilən normativ-hüquqi aktın qanunsuz olaraq geriyə, yəni Əsasnamənin qəbul edildiyi tarixdən əvvəl doktoranturaya qəbul olumnmuş şəxslərə tətbiq edildiyini bildirdikdə, ölkə qanunlarını və konsititusiyasını qorumaq birbaşa vəzifəsi olan nazirlik məsələyə tam aydınlıq gətirməli idi. Təbii ki, nazirliyə gələn məktubların hamısının nazir tərəfindən oxunduğunu və nazirin özünün birbaşa onlara cavab yazdığını güman etmək sadəövhlük olardı. Bunun üçün nazirlikdə yüksək əmək haqqı alan aparat işçiləri var. Cavabları da onlar hazırlayır və nazirə imzalatdırırlar. Əlbəttə, həmin məktubu hazırlayan, nazirə imzalatdıran şəxslər qanunu pozduqlarının fərqində olmalıdırlar. Digər tərəfdən, NBA üzrə magistr diplomunda nazirlik tərəfindən açıq-aşkar yazılır: “bu diplom növbəti pillədə təhsili davam etdirməyə icazə verir”. Nazirlik bu ifadənin həmin şəxslərin yalnız “iqtisadiyyat” üzrə müdafiə etməsinə icazə verdiyini deyir. Onda bu halda konkret yazılmalı idi ki, “bu diplom iqtisadiyyat üzrə növbəti pillədə təhsili davam etdirməyə icazə verir”. Amma belə yazılmayıb. Qanun qadağan etmirsə, niyə icazə olmamalıdır?
Gənclərə qarşı 2019-cu il “Əsasnamə”sindən istifadə edərək onların yolunu bağlayan AAK sədrinin bəs öz fəaliyyəti necə, əsasnaməyə uyğun olubmu? AAK dakı rüşvət və korrupsiya faktından, elmi ad və dərəcələrin şıdırığı alverindən, AAK-ın Ekspert Şurasının üzvü və katibi professor Şəfa Əliyevin bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəindən rüşvətlə yaxalanması məsələsindən demək olar ki, ölkə mətbuatı hər gün yazır. Bu, görünür, AAK-ın fəaliyyət prinsipidir. Bəs rəhbərin özünün fəaliyyət prinsipi?
Famil Front oğlu kimdir? O, hansı yollarla AAK-ın rəhbərliyinə gəlib çıxıb? Onun AAK-ın səhifəsindəki tərcümeyi-halı ilə real tərcümeyi-halı arasında xeyli fərqlər var. AAK-ın səhifəsində onun 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini, 1994–1996-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” SC-nin vitse-prezidenti, prezidenti, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti, 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti kimi vəzifələrdə işləməyi göstərilməyib. Çünki, bu vəzifələrin heç birisi ona Azərbaycan elminə rəhbərlik etmək səlahiyyəti vermir. “Kupçanın”, “qiymətli kağızların” elmlə nə bağlılığı? Yəqin ki, Famil Front oğlu özü də bunu başa düşüb, ona görə də elmə dəxli olmayan bu vəzifələri AAK-ın səhifələrində sadalamayıb.
Digər tərəfdən, Famil Front oğlu, guya, 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Halbuki həmin dövrdə (1999–2000-ci illərdə) o, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti olub. Onun vaxtı və imkanı vardımı ki, gedib BDU-da tələbəlik etsin? Özü də guya fərqlənmə diplomu alıb! Çox ehtimal ki, bu diplomu Abel Məhərrəmov bir elli kimi ona hədiyyə edib. Onun həmin dövrdə necə təhsil alması ilə bağlı universitetə artıq sorğu göndərilib. Famil Front oğlunun təkcə hüquq diplomu şübhəlidirmi? 2019-cu ildə AMEA-nın alimləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək AAK-ın sədr əvəzinin (o zaman F.Mustafayev AAK-da sədr əvəzi vəzifəsində çalışırdı) professor diplomunun saxta olduğu barədə geniş yazı ilə çıxış etmişdilər. Moderator.az saytı vasitəsi ilə yayımlanan həmin müraciətdə deyilirdi: “Möhtərəm Cənab Prezident! AAK-ın sədr əvəzi Famil Mustafayevin professor diplomunun verilməsində AAK-ın “Elmi adlar və elmi dərəcələrin verilməsi qaydaları haqqında” Əsasnamənin 6-cı bəndinin 45-ci maddəsi kobud şəkildə pozulmuşdur. Belə ki, maddəyə əsasən kafedra üzrə professor elmi adı almaq üçün elmlər doktoru diplomu təsdiqləndikdən 4 il keçdikdən sonra AAK-a professorluğa sənədlər təqdim edilə bilər. Famil Mustafayevin isə “Elmlər doktoru” dərəcəsi 24 iyun 2011-ci ildə təsdiq olduğu halda, “İqtisadi nəzəriyyə” kafedrası üzrə professor elmi adı 06 iyun 2014-cü ildə təsdiq edilmişdir. Yəni, heç 3 il keçməmişdir. Əgər nəzərə alsaq ki, sənədlər AAK-da 4-5 fq ekspertiza olunur, deməli, təxmin etmək olar ki, müddətdən 2 dəfə tez olaraq Famil Mustafayevin sənədləri qəbul edilmişdir. Onda adam dəhşətə gəlir!!! Bu qədər də prosedur pozuntusu olarmı?! Olar! Famil Front oğlu Mustafayevə olar! Bu adam yuxarıların onun arxasında dayandığını deyirsə, demək ona hər şey olar! Bu yuxarı kimdir? Bunu F. F. Mustafayev birbaşa niyə dilinə gətirmir? Müraciət müəlliflərinin yazdığına görə, həmin dövrlərdə Famil Front oğlu Mustafayev AAK-ın İqtisadiyyat üzrə Ekspert Şurasının sədri olub: “Deməli, Famil Mustafayev həm də həmin dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Əsasnaməni kobud şəkildə pozmuşdur. Əsasnamə isə gördüyünüz kimi dəqiq, mütləq 4 il müddətini hamı üçün qeyd-şərtsiz zəruri edir. Hər bir halda F. Mustafayevin bugünki professor diplomu legitim deyildir, prosedur pozuntusuna yol verilmişdir və deyə bilərik ki, SAXTADIR!”.
Famil Front oglu onlarla gənc alimin yolunu məhz həmin “Əsasnamə” ilə kəsmişdir. Amma özü həmin “Əsasnamə”ni hamıdan çox pozub. Bunu biz demirik AMEA-nın Prezidentə müraciət etmiş alimləri yazır: “Əsasnamənin 9-cu “Elmi dərəcələrədən və elmi adlardan məhrumetmə və onların bərpa edilməsi” bölməsinin 54-cü maddəsində yazılır ki, elmi dərəcə və ya elmi ad bu Əsasnamənin tələbləri pozulmaqla verildiyi halda, həmin şəxs elmi addan məhrum edilir. Deməli, birmənalı şəkildə Famil Mustafayev professor diplomundan məhrum olmalıdır! Çünki saxtakarlığa yol verilmişdir! Həm də o, məsuliyyətə cəlb olunmalıdır, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün”. Həqiqətən adama təəccüblü gəlir, bu qədər qanun pozuntusuna yol vermiş şəxs sonradan mükafatlandırılır, ona AAK sədri vəzifəsi verilir??? Famil Front oğlu əvəllər çalışdığı vəzifələrdə də bu cür saxtakarlıqlara yol vermişdir. O, 90-ci illərdə Əmlak Komitəsində işləyərkən dövlətin əmlakını da Bakı Mexaniki Təmir zavodunu bu yolla özününküləşdirmişdir. İndi həmin zavod “Konteks” MMC adı altında fəaliyyət göstərir. O, çox böyük var - dövləti də saxtakarlıq yolu ilə əldə etmişdir. Port-Bakuda ən bahalı mənzillərə sahibdir.
Bundan əlavə, AMEA əməkdaşları öz müraciətlərində Famil Mustafayevin doktorluq dissertasiyasının da plagiat məsələlərinə toxunmuşlar. “Famil Mustafayevin dissertasiyası, əsasən 1998-2002-ci illərdə Rusiyada müdafiə olunmuş dissertasiyaların birləşməsinin tərcüməsindən ibarətdir”-, deyə alimlər yazır. Yaxşı, bu qədər saxtakarlığa yol vermiş insan niyə indiyə qədər heç bir cəza almamışdır. Əksinə, vəzifə pillələri ilə sürətlə irəliləmişdir. Bu gün onun toxunulmazlığının səbəblərindən biri kimi DTX rəisinin bacısı Mahirə xanım Nağıyevanın AAK-da Famil Front oğlu tərəfindən filologiya üzrə ekspert şurasına sədr təyin edilməsi göstərilir. Amma biz hörmətli Əli müəllimin dövlətçilyin, milli-mənəvi dəyərlərin keşiyində ləyaqətlə dayandığını yaxşı bilirik, çox ehtimal ki, bu faktı Famil Front oğlu özü qəsdən dövriyyəyə gətirir ki, toxunulmaz olduğunu göstərsin.
Yazını AMEA əməkdaşlarının bir cümləsi ilə tamamlayıram: “Ali Attestasiya
Komissiyasının nüfuzunu alverçi təfəkkürlü şəxsin deyil, yalnız nüfuzlu alimin rəhbərliyi ilə qaldırmaq mümkündür!”.
(Davamı var)

Güney Nəsirov
GUNDEMXEBER.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ Regional Mədəniyyət İdarəsinin yeni rəisi İŞÇİLƏRİN MAAŞIN ÖDƏMİR - NARAZILIQ VAR!

Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsindən şikayət var.

Bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, bu yaxınlarda idarəyə yeni təyin olunan rəis Qalib Həsənov işçilərin məzuniyyət hüquqlarını pozur.

Eyni zamanda, iddia edilib ki, yeni rəis idarənin tabeliyində olan müəssisələrin əməkdaşlarının məzuniyyətə çıxmağına icazə vermir, iyul ayının əməkhaqları da ödənilməyib. Halbuki, artıq dövlət müəssisələrində avqust ayının maaşlarının ödənilməsinə başlanılır.
Məsələ barədə Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlarla bağlı araşdırma aparılacaq.

Oxu.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur Hüseynovun 3 milyonluq servis xidməti - Metropoliteninin qalib etdiyi şirkət kimindir?


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun avtonəqliyyat parkında mövcud olan nəqliyyat vasitələrinə servis və təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

DİA.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi "Yurd.MR” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 790 865,56 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Yurd.MR” MMC 16 avqust 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları, ev 34, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rafiq Kərəm oğludur.

Şirkət yarananda isə qanuni təmsilçisi Məmmədov Ruhin Rafiq oğlu olub. O, 11 avquts 2023-cü ildə Rafiq Məmmədovla əvəzlənib.
Ətraflı

Açıq mənbələrdə bu şəxslər barəsində heç bir məlumat yoxdur. Şirkət haqqında da hər hansı məlumata rast gəlinmir.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Bakı Metropoliteni” QSC ilə bağlanan satınalma müqaviləsi "Yurd.MR” MMC-nin qalib gəldiyi ilk tenderdir. Hər halda şirkətin bundan başqa tenderdə qalib gəldiyi barədə heç bir məlumat yoxdur.

"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yevlaxda Qazilər ETİRAZA QALXDI... - NƏ BAŞ VERİR?

Birinci Qarabağ Müharibəsinin iştirakçıları Yevlax rayonunda etiraz ediblər. Belə ki, son vaxtlar şəhər və rayon icra hakimiyyətinin qarşısında aksiyalar səngimir. Bunun da səbəbi icra hakimiyyətinin baçısının yerində olmamasından irəli gəlir.

Əgər həqiqətən icra başçıları rayon və kənd əhalisi ilə görüşlər keçirsə, onda rayon və kənd sakinlərinin problemləri qabarmaz. Həqiqətlər göz qabağındadır. Bu gün əlil olan şəxslərin torpaq sahələri öhdəliklərindən alınaraq sahibkarlara, digər imkanlı şəxslərə verilir. Bu isə kobud şəkildə insan hüquqlarının tapdalanmasına, zorakılığa, özbaşınalığa, yetkili şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadəsi, vəzifə səlahiyyətlərini aşmağı və s. insan hüquqlarının iyrənc vəziyyətə salan, yaşamaq, həyat eşqini bir göz qırpımında söndürməkdir.

Maraqlıdır, görəsən Yevlax rayonunda qazilərin torpaqlarının əlindən alınmasına bələdiyyə sədiri, yoxsa icra hakimiyyətinin başçısı Anar Tağıyev məsuliyyət daşıyır? Bu sualın cavabı, yəni həqiqətlər o zaman aydın olacaq ki, aidiyyəti orqanlar bu işi ədalətli araşdıracaq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəb direktoru ilə bağlı İŞ BÖYÜYÜR... - İTTİHAM VAR!

Xatırlıyırsınızsa, ötən yazımızda Xırdalan şəhər 9 nömrəli məktəbin direktoru Həcər İbrahimovanın tüğyan edən qanunsuzluqları barədə yazmışdıq. Bu yazımızda da əldə etdiyimiz digər faktları qeyd edəcəyik.

Həcər İbrahimova kimi direktorlar təhsil sisteminin yaxşı xüsusiyyətlərini aradan çıxarır, yalan danışmağı, qanunsuzluğu və əyriliyi yayır. Bunun nəticəsidir ki, bir sıra təhsil işçiləri şərəf, fikir və əqidələrini saxta rütbə qazanmaq üçün satmağa hazır olurlar…
Həcər İbrahimova bu təhsil ocağını bərbad vəziyyətə qoyub. Səriştəsiz və təhsil sahəsində təcrübəsi olmayan bu şəxsin əməlləri məktəb kollektivini də cana doydurub. Bu insanın əl atmadığı fırıldaqlar, çıxmadığı oyunlar qalmayıb.
RealMedia.az “TehsilMedia.az”-a istinadla xəbər verir ki, direktorun qanunsuzluğundan xəbərdar olan təhsil idarəsi həmin məktəbdə yoxlamalara başlayıb və bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.
Əldə etdiyimiz məlumata görə, bundan qorxuya düşən Həcər İbrahimova dekabr ayının 22-dən bülletenə çıxmağa başladı ki, təhsil idarəsi onu işdən çıxara bilməsin. Digər bir məlumata əsasən, Həcər İbrahimova Dəniz vağzalının yanında onun işini yoxlayan müvafiq qurumlara 20 min manat pul verib. Və həmin pulu iyun ayında geri alıb. Maraqlı məqam odur ki, o, verdiyi 20 min manatı nə üçün verib və niyə geri alıb?
6 ay bülletendə olmaq fikrini ona pulu verdiyi müvafiq qurumlar yoxsa Ramin Orucov kimi şəxslər məsləhət görüb?
Bildiyimiz kimi, Həcər İbrahimovanın bacısı Azadə Qurbanzadə Xırdalan 2 nömrəli məktəbdə işləyir və Həcər 4 il onun adına əməkhaqqı yazıb. Yoxsa törətdiyi qanunsuz əməlləri ilə tanınan Həcər İbrahimova həmin pulu 4 ildir yazdığı əməkhaqlarından yığıb?
Direktor söz verib ki, sentyabr ayından bülletendə olacam ki, məni azad edə bilməsinlər. Bu da onun ən gözəl metodudur.
Necə olur ki, 6 aydır bülletendə olan bu insan hələ də vəzifədə saxlanılıb?
Həcər İbrahimovanın sərgüzəştləri bununla da bitmir.
Bu şəxsin direktor olduğu məktəbdə baş alıb gedən hər cür qanunsuzluqlar, olmazın həngamələr ölçüyəgəlməz həddə çatıb.

Bütün bunlara baxmayaraq, Elm və Təhsil Nazirliyinin rəsmiləri Həcər İbrahimovayla bağlı lazımi tədbirlər görmürlər ki, görmürlər.
Ümid edirik ki, bu yazımızdan sonra adı çəkilən direktor barədə lazımi tədbirlər görülər.

RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının təhsil şefi haqqında İLGİNC İDDİALAR... - NAZİRİN NƏZƏRİNƏ...

Mehriban Vəliyeva 1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Fikir verdinizmi, biz əbəs yerə yazmadıq ki, Mehriban Vəliyeva neçənci ildə BDU-ya daxil olub, neçənci ildə bitirib..? 1964-cü ildə anadan olan Mehriban Vəliyeva 25 yaşında əmək fəaliyyətinə başlayıb. Niyə..? Onun tay-tuşları 22 yaşında BDU-nu bitirib 3 ildir çalışırdılar, amma Mehriban Vəliyeva bu 3 ildə harada olub..? Yəni bunların adi tərcümeyi-halları xırda tənqidə davam gətirmir. Bütün bunları qoyaq bir kənara, keçək Mehriban Vəliyevanın əsas fəaliyyətinə. Artıq bir neçə ildir ki, Mehriban Vəliyeva Bakı boyda şəhərin təhsilinə, məktəblərinə, uşaq bağçalarına, körpələr evinə nəzarət, daha doğrusu, SAHİBLİK edib.
Bəli, nəzarət və SAHİBLİK fərqli məsələdir. Belə ki, Mehriban Vəliyevanın dövründə nəinki yerdəyişmələr, hətta orta məktəblərin 1-ci siniflərinə qəbul rüşvət obyektinə çevrilib. Rus bölmələrinə qəbulun qiyməti isə 3-4 dəfə bahalaşıb. Təsəvvür edirsiniz, 1-ci sinifə, yaxud uşaq bağçasına qəbul ancaq pulla, rüşvətlə mümkündür. Baxın, bu gün Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində çalışan minlərlə tərbiyəçinin nəinki ali təhsili, heç orta ixtisas təhsili yoxdur. Bunlar hansı yolla işə düzəliblər..? Bunu Mehriban Vəliyeva gözəl bilir, pulunu ver, işə düzəl.
Bu hələ harasıdır...? Bakıdakı məktəblərin, uşaq bağçalarının çoxunda nəinki ağac, heç kol da yoxdur, amma yüzlərlə bağban dövlətdən hər ay maaş alır. Əslində bağbanlar almır ee, Mehriban Vəliyeva alır...
Bakının təhsil şefi haqqında İLGİNC İDDİALAR... - NAZİRİN NƏZƏRİNƏ...

Biz hələ uşaqlara ayrılan qida və ərzaq məhsullarının satılmasından danışmırıq... Biz məktəblərdəki “ölü canlardan, 3 nəfərin yerinə işləyən mühafizəçilərdən danışmırıq... Bəli, Mehriban Vəliyeva paytaxt təhsilinə rəhbərlik etdiyi az müddətdə milyonçu-oliqarxa çevrildi. Şübhəniz varsa, buyurun, tanış olun: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.
İndi isə keçək Mehriban Vəliyeva ilə bağlı ən son məlumatlara. Deməli, Mehriban Vəliyevanın bacısının əri Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi olub. Təsəvvür edirsiniz, bu idarənin rəislərinin adı həmişə böyük korrupsiyada hallanıb. Mehriban Vəliyevanın bacısının oğlu, yəni həmin Təchizat İdarəsi rəisinin oğlu isə Azərbaycanda bərk gedən generallardan birinin balaca qızına 900 min manat pul atıb və bu günədək qaytarmır.
Məlumat üçün qeyd edək ki, generalın qızı ilə Mehriban Vəliyevanın bacısı oğlu Zərifə Əliyeva adına liseydə sinif yoldaşı olublar və o vaxtdan dostluq ediblər. Yeri gəlmişkən, Mehriban Vəliyeva həmin illərdə liseyin direktoru olub.
Sözün qısası, generalın evində yəqin ki, 9 milyarda yaxın pul olub ki, balaca qızın 900 min dostuna verməsindən gec xəbər tutublar... Sözün qısası, Mehriban Vəliyevanın ətrafında proseslər dərinləşməkdə davam edir və hər gün ortaya yeni faktlar çıxır, yəni çəmbər daralır... Bizi izləyin. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bəlkə Cəlilabad rayonu köçürülüb, xəbərimiz yoxdur..." - BU NƏDİ BELƏ?


Cəlilabadın bir çox kəndlərinin sakinləri evlərində rahat yaşaya bilmirlər. Buna səbəb evləri zəhərli ilanların basmasıdır.

DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə Facebookdakı şəxsi hesabında məlumat yayan tanınmış jurnalist Təzəxan Mirələmli bildirib ki, durum acınacaqlıdır.

O qeyd edib ki, Cəlilabadın ən yaxın kəndlərindən biri olan Fərzili kəndində qohumları yaşayır. “Baldızımgil Fərzəli kəndində yaşayır. Qızımla danışanda bildirdi ki, evdə ilanlar var, hər gün xalam öldürür. Şəkillərin göndərdi, zəhərli ilanlar olduğunui öyrəndim”.

Mirələmli məsələdən xəbər tutan kimi, ilk Cəlilabad Gigiyena və Epidomologiya mərkəzinə zəng vurub. “Mahir doktorun nömrəsini verdilər. Onunla danışdım və bildirdi ki, biz həşaratlara baxırıq, ilanlara yox. Baytarlıq İdarəsinə müraciət edin. 025 245 30 50 zəng vurdum avtocavabla bildirildi ki, telefon ödəniş edilmədiyi üçün bağlıdır. İcra hakimiyyətinə zəng etmək qərarına gəldim. Subardinasiya qaydaları ilə zəng etdiyim nömrələrdən heç birinə cavab verən olmadı… Bəlkə Cəlilabad rayonu köçürülüb, xəbərim yoxdur”.

Jurnalist sonda qeyd edib ki, insanların həyatları təhlükədədir. “İndi nə edək? İlanlara yalvaraq ki, İcra Hakimiyyətinə getsinlər, bəlkə onda aparatdakılar yuxudan ayılar”.
"Bəlkə Cəlilabad rayonu köçürülüb, xəbərimiz yoxdur..." - BU NƏDİ BELƏ?
"Bəlkə Cəlilabad rayonu köçürülüb, xəbərimiz yoxdur..." - BU NƏDİ BELƏ?

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO