[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda dövlətə meydan oxuyan sahibkarlar Taleh Qaraşovla anlaşıb – VİDEOFAKT

Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar NazirliyiDövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.

Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. İCRA HAKİMİYYƏTİ və FHN 2021 ci ilin sentyabr və oktyabr aylarında dəfələrlə bunlara tikintinin dayandırılması haqqında qərar verib, amma bunlar ötən 10 ay ərzində 8 mərtəbəli binanı tikiblər və bir gün olsun belə tikintini dayandirmayıblar və hal hazırda orda iş gedir! Nəinki iş gedir, həm də tikinti sahibləri sözün həqiqi mənasında ərazidə özlərini dövlətdən və qanundan üstün aparırlar. Məsələn, bir neçə gün öncə binanın arxasında, poçt şöbəsinin həyətində aparılan qazıntı işləri rabitə xətləri zədələndiyindən Lənkəran ərazi 2-sayli, 4202-nomreli poçtunun fəaliyyəti tamamilə iflic olub. Məsələ ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hadisəni hüquq mühafizə orqanları diqqətə alsa da hələ ki, cəzalanan olmayıb.

Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir!
Lənkəranda dövlətə meydan oxuyan sahibkarlar Taleh Qaraşovla anlaşıb – VİDEOFAKT

Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib! Eksprtiza rəy vermədiyi binanın, Yerli İcra Orqanında çalışan arxitektur hansı səbəbə tikilməsinə göz yuması anlaşılan deyil. Bu insanlar Dövlətdən məgər üstündürlər?

Lənkəranda danışırlar ki, “balıq başdan iylənər”, baş memarı rəhbərlikdən icazəsiz bu işləri necə görə bilib? Ən azı istintaq bu suallara cavab tapmalıdır. Oxşar hadisə Abşeron İH-də də olmuşdu. Baş memarın həbsindən bir neçə ay sonra İradə Gülməmmədova başçı vəzifəsini itirdi. Belə iddialar səslənir ki, Lənkəranda da eyni qərar təkrarlana bilər. Taleh Qaraşov özünü bu işdən nə qədər uzaq tutmağa çalışsa da artıq xoruzun quyruğu görünməyə başlayıb. Belə ki, iki gün öncə ərazidə aparılmış qazıntı işləri zamanı küçə yolunun altı da qazılaraq yararsız hala salınıb. Dünən bura Lənkəran şəhər icra nümayəndəsi gəıib tikinti sahibləri ilə görüşür və anlaşmadan sonra nə qədər qəribə olsa da yo bir qədər də daralır. Belə bir durumda Taleh Qaraşovun hadisədən, daha doğrusu tam qanunsuzluqdan xəbərsiz olduğunu necə düşünmək olar. Bizə daxil olan məlumata görə işin arxasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Cabbarov Fariz Musa oglu durur. Bununla bağlı isə növbəti yazımızda…

P.S. Yazı saytımızda dərc olunduqdan sonra Lənkəran icra hakimiyyəti cumhuriyyet.az-a açıqlama göndərib. Qarşı tərəfin cavab haqqı olaraq açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq: “Bildiririk ki, sözügedən ünvanda qazıntı işlərinin aparılması ilə bağlı informasiya Lənkəran Şəhər İcra Hakimiyyətinə daxil olan kimi Memarlıq və tikinti şöbəsinin əməkdaşları hadisə yerinə getmiş, qazıntı işlərinin dayandırılması dərhal təmin edilmiş və məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılmışdır. Bununla yanaşı, sahibkarla müvafiq söhbətlər aparılmış, ona ərazinin əvvəlki vəziyyətinə qaytarılması bildirilmiş və məsələ nəzarətə götürülmüşdür.”

P.P.S. Ərazidəki durumla bağlı aldığımız son məlumata görə, qazıntı kanalizasiya xəttinin çəkilişinə görə dayandırılıb.

Mövzunu diqqətdə saxlayacağıq.Cumhuriyyet.az.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Çömçə balıq" ovu və "xan"ın əsl günahı - Replika

“Xan” əyyamında ən çox tənqid etdiyim və nəticədə işdən uzaqlaşdırılan polis rəislərindən biri sərəncama göndərildiyi gün mənə zəng edib öz təşəkkürünü bildirdi. Dedi ki, sənin hədəfinin mən olmadığını anlayırdım, ona görə də səndən qətiyyən incimirəm də. Əksinə hesab edirəm ki, sən bir bina tikirdin, mən də sənin əlində əmək aləti idim. Əlbəttə ki, bir binanın inşa olunması üçün palçıq qarışdırdığın belin ağzı əyilməlidir. Mən də özümü o bel kimi hiss edirəm və ümidvar olmaq istərdim ki, sən inşasına başladığın binanı uğurla tamamlayacaqsan. Sənə başarılar. Təəssüf ki, bu işdə sənə arzuladığım dəstəyi verə bilmədim və bilməyəcəyəm.
Adamın bu sözləri məni xeyli mütəəssir etmişdi. Sevinirdim ki, belə anlayışlı insanlarımız var və bu gedişlə Naxçıvan mütləq xilas olacaq.
Etiraf edim ki, “xan”la mübarizədə çox adamın maraqlarını tapdalamışam. Onlar arasında haqqında bəhs etdiyim polis rəisi kimi çox az adam var. Bir çoxları hələ indiyədək mənim əleyhimə danışır, təbliğat aparır. Mən onları da başa düşürəm və incimirəm. Çünki niyyətimdən asılı olmayaraq onları mən də incitmişəm. Amma mənim başqa seçənəyim də olmayıb. “Xan” həzrətlərinin vəhşi və barbar idarəçiliyinin ölkəyə nə qədər zərər vurduğunu sübuta yetirmək üçün əmr qulları olan həmin adamların törətdiklərini dilə gətirməsəm, məqsədimə çata bilməzdim. Dolayısıyla onlar da yanmalı idi.
Onu da səmimi şəkildə etiraf edim ki, mənim “xan”la da şəxsi ədavətim yox idi. Mənim problemim onun idarəetmə yöntəmiydi və əslində “xan”a qarşı yox, “xanlığa” qarşı mübarizə aparırdım. Ən böyük hədəfim isə onun Naxçıvanı Azərbaycandan fərqli siyasətlərlə idarə etməsi idi. Hesab edirdim ki, Vasif Talıbov bu idarəetmə üsuluyla Naxçıvanı Azərbaycandan ayrımağa çalışır və bu mənim üçün qırmızı cizgiydi. Onun dövlət əmlakını mənimsəməsi, korrupsionerliyi məni az narahat edirdi. Düşünürdüm ki, “xan” bu azgözlü ilə Azərbaycanın bir çox nazir və komitə sədrlərini heç də geridə qoymur, qoya da bilməzdi. Amma onun şüurlu və ya şüursuz şəkildə separatizmə yuvarlanması bağışlana biləsi səhv deyildi və biz buna qeyd qalmamalıyıq.
İndi qulağıma Naxçıvandakı iri məmurlarından bəzilərinin məni qınayan ittihamları gəlib çatır. Onlara da tövsiyə edirəm ki, hadisəyə özünü əmək aləti kimi görən, adını gizli tutduğum polis rəisi kimi baxsınlar. Və özlərinin də bir işə yaradıqlarına görə qürur hissi keçirsinlər.
Sonda onu qeyd etmək istəyirəm ki, mən yeni canişindən də eyni addımları sezsəm, ona qarşı ilk üsyan bayrağını qaldıranlardan olacağam. Amma artıq “çömçə balıq”larla uğraşmaq niyyətində deyiləm. Siz də yəqin ki, məni başa düşər və “çömçə balıq” ovuna çəkməzsiniz.

Heydər Oğuz
Ovqat.com-un baş redaktoru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TAC şirkətinin "Gülüstan" limonadları istehlakçıların sağlamlığına ziyan vurur... - "Gülüstan" adını dəyişib "Şahdağ" qoymaqla vətəndaşları aldatmaq istəyir...


Bəs Qoşqar Təhməzli hara baxır..? “Gülüstan” limonadları ilə bağlı ilkin məlumatı öyrənmək üçün şirkətin https://gulustan.info.az/ saytına daxil oluruq. Orada yazılanlardan bəlli olur ki, şirkətin rəsmi adı TAC şirkətidir, "Gülüstan" isə limonad məhsulunun adı, brenddir. Sözün düzü, son 10-15 ildə Azərbaycanda qida, ərzaq, içkilərlə bağlı xeyli sayda şirkətlər yaranıb. Təəssüf ki, bu şirkətlərin çoxu özünü doğrultmur, daha doğrusu, az qoyub çox götürmək prinsipi ilə çalışaraq vətəndaşlarımıza ciddi ziyan vururlar. Biz bu şirkətlərin vergidən yayınmasını, işçiləri qeyri-qanuni əsasda, yəni qanuni əmək müqaviləsi bağlamadan işlətməsini, qara mühasibatlıq əməllərini demirik.
Təsəvvür edirsiniz, işçilərə verilən əmək haqqlarının ən yaxşı halda yarısı rəsmi olur, qalanı nağd yolla verilir. Deməli, Dövlət Sosial Müdafiə Fonduna, təqaüd fonduna və s. ayrılmalı olan pullar mənimsənilir. Bütün bunlar başqa bir yazının mövzusudur.
Hazırda bizi TAC şirkətinə məxsus "Gülüstan" limonadlarının keyfiyyəti, norma və standartlara uyğun gəlməsi maraqlandırır. Təəssüflə qeyd etməliyik ki, nə qədər bəh-bəhlə reklam etsələr də, dəmir bankalarda satılan "Gülüstan" limonadlarının keyfiyyəti və dadı arzu olunan səviyyədə deyil.
Təsəvvür edirsiniz, "Gülüstan" limonadlarının satılmadığını görən şirkət rəhbərliyi QUMAR yoluna əl atıb. Belə ki, "Gülüstan" limonadının, guya, qızıl qapaqlarını açan müştərilər qapaqdakı nömrə ilə nağd pul və meqabaytlar udacaqlar. Biz reklamın, müxtəlif həvəsləndirmə tədbirlərinin, hətta müasir marketinqin nə olduğunu az-çox bilirik. Amma belə ucuz vasitələrlə məhsulu reklam etmək mümkün deyil. Məhsulun 1 nömrəli reklamı onun keyfiyyətidir. Vəssəlam.
Bütün bunlar azmış kimi Azərbaycanın TAC şirkəti Rusiya bazarına "Gülüstan" limonadları və mineral suları ixrac etmək istəyir. Bir soruşan yoxdur ki, öz ölkəndə hansı uğuru qazandın ki, indi də Rusiya bazarına girmək istəyirsən... Yəqin çoxları xatırlamış olar, 90-cı illərdə “Yuppi” tipli toz içkiləri çox məşhur idi... TAC şirkətinin “Gülüstan” limonadları heç "YUPPİ" qədər də keyfiyyətli və dadlı deyil.
Mediada yayılan məlumata görə, "Gülüstan" limonadlarının uğur qazana bilmədiyini görən şirkət rəhbərliyi rebrendinq etmək, yəni məhsulun adını, tərtibatını, vizual görüntüsünü dəyişməklə yenidən bazara salmaq istəyirlər. Hətta mediada yazılanlara görə, yeni brend-ad “Şahdağ” olmalıdır. Amma mütəxəssislərin yazdığına görə, "Gülüstan"ın adını, tərtibatını, vizual görüntüsünü dəyişməklə uğur qazanmaq mümkün olmayacaq. Məhsulun ilk olaraq keyfiyyəti dəyişməli və alıcının zövqünə uyğun olmalıdır. Əslində rebrendiq müştərini aldatmağın, köhnə malı təzə adla müştəriyə sırımağın müasir yoludur.
Yeri gəlmişkən, "Gülüstan" limonadlarının keyfiyyəti, hazırlanan xammal və sairə barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyi ( sədr Qoşqar Təhməzli ) bircə dəfə də olsun, açıqlama verməyib. Heç olmasa, şirkətin istehsal sexlərində hər hansı monitorinq aparmağa AQTA-ya nə mane olur..?
Görəsən, cənab Qoşqar Təhməzlinin başı hara və nəyə qarışıb..? Bu barədə yeni yazıda. Bizi izləyin.
gundelik baki.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həkim, yoxsa "qəssab", xəstəxana, yoxsa "ölüm düşərgəsi" - Pulunla müəyyən et...


Girişdə səni diqqətlə süzən təhlükəsizlik işçisinin baxışlarından qurtulub, binaya daxil olursan. Bu dəfə də səni ağ xalat geyinmiş, ancaq bir-birlərinə "az", "ə" şəklində müraciət edən, soyuq baxışlı, laqeyd davranışlı işçilər müşayiət edir. Yanlarından ağır-ağır keçən və əziyyət çəkdiyi hiss olunan bir xəstənin yanında iki ağ xalatlı əməkdaş bir-birləri ilə nəsə barədə söhbət edir və qəfil bərkdən qəhqəhə ilə gülürlər. Həm bir-birləri ilə, həm də xəstə ilə olan münasibətlərini kənardan müşahidə edib, düşünürsən ki, ola bilsin, mən 1930-cu illərə qayıtmışam və bura da KQB-nin qorxunc laboratoriyalarından biridir. Daha sonra xatırlayırsan ki, daxil olduğun binanın üzərində "Mərkəzi xəstəxana" ifadəsi yazılmışdı. Bəli, bura dövlət xəstəxanasıdır. İnsanların fiziki xəstəliklərini sağaltmaq üçün gəlib, psixoloji xəstəliklərlə ayrıldığı və ya ayrılmadığı o "məşhur" dövlət xəstəxanaları.
Bu xəstəxanalar niyə insanların nəzərində öz etibarını itirib? Axı, orda çalışan həkimlər, digər tibb əməkdaşları da bu xalqın balalarıdır, onlara və fəaliyyətlərinə qarşı niyə belə kəskin mövqe var? Məsələn, özəl klinikalar, xəstəxanalar da var. Orda çalışanlar da həkimdir, eyni burdakılar kimi ağ xalat geyinirlər, xəstə müalicə edirlər. Bəs nə üçün insanların əksəriyyəti onlardan razılıq, bunlardan isə narazılıq edir? Cavabı bəsitdir - xəstələnəndə, özün biləcəksən.

Məsələn, xəstələnirsən, ya da ailə üzvlərindən birinin halı pisləşir. Zəng edirsən təcili yardım çağırmağa, operator sənə deyir ki, müraciətinizi qeydə aldım. O təcili yardımın çağırılan yerə gəlib çatması, bir saatdan daha tez olmur. Bu, mümkün deyil.

Məsələn, bu yaxınlarda qonşuluğumuzda bir kişinin ürəyi tutdu, 20 metr yuxarıda bir poliklinika var idi, qonşulardan biri tez gedib, həmin poliklinikadan həkim istəmişdi ki, adam infakt keçirir, gəlin, müdaxilə edin. Cavab vermişdilər ki, bizlik deyil, gedin, ambulans çağırın. 20 metr uzaqlıqdakı poliklinikadan bir həkim gəlib, o adama baxmadı. Əlacsız qalıb, ambulans çağırdılar. Kişi dünyasını dəyişdikdən yarım saat sonra ambulans gəlib çatdı. Həkimlər, qonşular və rəhmətə gedənin ailə üzvləri hamısı düzülüb, çarəsizcə kişinin nəşinə baxırdılar.

"Ambulans niyə gecikir?" sualına hər zaman standart bir cavab var: "Həkimlərimiz və ambulanslar ərazidədirlər, gəlsinlər, yönləndirəcəyik".

Dövlət xəstəxanalarının "yazılmamış qanunları" yazılmış qanunlarından bir neçə vərəq çoxdur. Məsələn, liftə minib, yuxarı mərtəbəyə çıxmaq istəyirsən, amma bunun üçün gərək liftlə səni qaldıran "həkim"ə bir manat pul verəsən. Azərbaycanda insanlar bir restorana, bir də xəstəxanaya gedəndə aylıq maaşlarını ciblərinə qoyub, elə gedirlər.

Özəl xəstəxanalarda yaradılan şərait isə həmişə daha fərqli olub. Adam istəyir ki, hər gün xəstələnsin. Evində görmədiyi nəvazişi, qayğını o özəllərdə görən nə qədər insan var. Bunun da səbəbi var - pul. Məsələn, dövlət xəstəxanasında müalicə alan bir deputat adı eşitməmişəm. Heç nazir, ya da başqa məmur adı da eşitməmişəm. Keçmiş səhiyyə nazirini nə vaxt soruşurdun, deyirdilər Almaniyada müalicədədir. Hansı biraz xəstələnir, o saat qaçır xaricə. Təzyiqlərini də gedib xaricdə yoxlatdırıb, gəlirlər. Deputat, nazir, məmur olmayan, amma yaxşı maaşı olan bir vətəndaş isə çox vaxt özəl klinikaları seçir. Yaxşı gəliri olan heç kim dövlət xəstəxanalarına bel bağlamır, heç kim orda özünün, yaxınlarının hörmətsizlik görməsini, laqeydliyə və ölümə tərk olunmasını istəmir.

Həkimlər hər zaman ağ xalat geyinir, amma xalatın içindəkinin həkim, yoxsa qəssab olduğunu, getdiyin binanın isə xəstəxana, ya "ölüm düşərgəsi" olduğunu cibindəki pul müəyyən edir. Kapitalist dünyanın acı və gerçək həqiqəti bu olsa gərək...
Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ETSN-nin məmurları yetərincə oliqarxlaşıb... - NAZİRİN NƏZƏRİNƏ...

Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzuli... Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonlarının hesabına qazanılan milyonlar... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilovin əməllərinə keçməzdən öncə bir mühüm məsələyə diqqəti cəlb etmək istəyirik. Bu barədə bir neçə dəfə yazmışıq.
Son illər bütün nazirliklər, komitələr REGİONAL QURUMLAR yaradırlar. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər rayonda şöbəsi, əməkdaşları, müdirləri var. Bundan əlavə, 4-5, bəzən 6-7 rayonun üzərində bir Regional İdarə də yaradırlar, onların da xeyli sayda əməkdaşları, rəisləri və daha nələr.
Bir reallığı başa düşmək lazımdır ki, Azərbaycanın başı ilə ayağı arasındakı məsafə 3 saatlıqdır, yəni Azərbaycan bir quberniya boyda deyil. Əhalimiz isə (10 milyon) bir şəhərin əhalisi qədərdir... Başa düşdünüzmü, cənablar! Kimə lazımdır bu Regional İdarələr..? Bu bilirsinizmi, dövlətin büdcəsinə neçəyə başa gəlir..? Bu pulları müharibə veteranlarına, şəhid ailələrinə vermək, yaxud pensiyaları artırmaq olar. Ümumiyyətlə, bu israfçılıq kimə və nəyə lazımdır..?
Təsəvvür edirsiniz, hər rayonda və şəhərdə təhsil şöbəsi var və üstəlik Regional Təhsil İdarələri də yaradılır. Nə isə, sözümüzün canı odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi balaca Azərbaycanı 12 regiona bölüb və Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yaradıblar. Məsələn, 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi. Bura Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonlarının Ekologiya şöbələri tabedir. Bizim hazırki yazının mövzusu isə konkret olaraq 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə bağlıdır. Qısa məlumat üçün qeyd edək ki, bura Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonları, yəni 8 rayon daxildir.
3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi isə Elnur Cəlilovdur 012)585-45-47(43). Məlumat üçün onu da qeyd edək ki, Elnur Cəlilov əvvəllər 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi olub, yəni Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Xankəndi şəhəri, Xocavənd, Şuşa, Xocalı, Füzuli rayonlarını sanki çapıb-talayıb. Bəli, bu adam Ağcabədidəki, Beyləqandakı, Bərdədəki meşələri sanki məhv edib, o ərazilərdəki qoruqları kimlərəsə satıb və milyonlara sahib olub. Və bu milyonların hesabına dəbdəbəli mülklərə, milyonluq villalara sahib olub. Onun Ağgöl Dövlət Təbiət Qoruğundan qazandıqları milyonları ciddi yoxlayan olsa, bütün cinayət əməlləri ortaya çıxar. Amma onun cinayət əməllərini yoxlamaq əvəzinə vəzifəsini və səlahiyyətini böyüdürlər. Bəli, sonradan cənab Ekologiya naziri Muxtar Babayevin xeyir-duası ilə Elnur Cəlilov 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi təyin olunub. Və bu gün təkcə Kür çayında baş verən ekoloji fəlakətə görə, Şirvan Dövlət Qoruğunda baş verən cinayət əməllərinə görə, Elnur Cəlilov kimilər həbs olunmalıdır. Ümumiyyətlə, ümid edirik ki, yaxın zamanda ekologiya sistemində həbslər qaçılmaz olacaq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Heç bu `Moskva`da da vəziyyət yaxşı deyil... - İLGİNC İDDİALAR...

Əgər, vətəndaşların hər hansı şikayəti araşdırılmırsa, müraciəti cavabsız qalırsa, baş verə biləcək hər hansı faciə və ya xoşagəlməz halın məsuliyyəti şikayət olunan təşkilat rəhbərliyinin və bu kimi yarıtmaz rəhbərliyi himayə edən yuxarı, dövlət orqanının üzərinə düşür. İllərin sınağından çıxıb gəlmiş bu kimi məntiqi yanaşmanın əsas görünən tərəfi odur ki, vətəndaşlarla hökumət arasında yaradılan uçurum məhz bu cür münasibətdən qaynaqlanır. Nəticədə insanlar dövlətindən narazı düşür, bir qrup isə özbaşınalıqlarını və harınlıqlarını davam etdirirlər.
Hələ əksi sovetlər dönəmində və eləcədə müstəqilliyimizin ilk illərində KİV - lərdə yazılan hər hansı kiçicik yazı hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb, şikayətdə və müraciətdə qaldırılan məsələlər xırda detallarına qədər araşdırılıb, lazımi ünvanlara cavab verilirdi. Bu da, tərəfləri məsuliyyətli olmağa, işlərinə vicdanla yanaşmağa sövq edirdi. Bu kimi yanaşma getdikcə aradan çıxdıqca, "mənəm - mənəmlik, özbaşınalıq, məsuliyyətsizlik" özünə geniş yer edib, insanları dövlətindən narazı salmağa başladı...
Artıq dəfələrlə bizə müraciət edib, səslərinin dövlət başçısına, Birinci Vitse-prezidentə və digər aidiyyəti dövlət qurumlarına çatdırılmasını istəyən, "MOSKVA" TM QSC-nin bir qrup Səhmdarları və İcarədarlarının tələblərinin hələ də eşidilməməsi, bu günə kimi tələblərinin yerinə yetirilməməsi yuxarıda deyilənlərə bir əyani misaldır. Onların dili ilə desək, gələcəkdə baş verə biləcək faciələrin təməlinin qoyulmasıdır. Bu cür yanaşmnın acı nəticəsidir ki, narazı tərəf hələ də qaldırdıqları məsələnin araşdırılmaması dan giley edib yazırlar. "—... etdiyimiz müraciətlər KİV - lərdə işıqlandırılır, ictimailəşir ancaq təsirli tədbirlər görülmür ki, görülmür..."
Bu narazılıqların aidiyyatı qurumlarda araşdırılmaması, diqqətdən kənar qalması narazılıq yaradanları daha da harınlaşdırır, özbaşınalığlarını artırır.
Qarşı tərəfin müraciətinə əsaslanıb deyə bilərik ki," MOSKVA" TM QSC - doğurdan da göz yaşlarına inanmır. "1975 - 1978 - ci illərdə inşası başlanan, Moskva şəhərinin şərəfinə tikilən, ölkəmizin o vaxtkı rəhbəri ulu öndər Heydər Əliyev tərəfindən açılışı edilən bu TM - i, bu gün, orada çalışanlar üşün hər an faciə yarada biləcək bir obyektdir. Şikayətçilər iddia edirlər ki, 2014 - cü ildə baş verən məlum yanğından sonra, hesablanmış bütün ziyan yalnız Səhmdarların və İcarədarların hesabına ödənilmişdir. Yanmış invertarlar, qurğular bu insanların şəxsi vəsaiti hesabına yenilənmişdir. 2016 - 2017-ci illərdə TM rəhbərliyinin müəmmalı qərarı ilə TM - nin bütöv üz örtüklərinin yenilənməsinə başlanıldı. Qranit və ağ laylar sökülərək onun yerinə, inşaat materialı kimi istifadəsi qadağan olunan penoplastk piltələri ilə üzlənildi. Penoplastik materialın "Azadlıq" prospektindəki faciəsi bir çox bu kimi üzvlüklə üzlənilmiş obyektləri bu üzvlüyün sökülməsinə gətirib çıxartdı. Lakin bu üzlük bu gündə bizim TM - ni fasadın bəzəyir. Hər an faciə ilə üz-üzə qalırıq. Yarıtmaz rəhbərliyin başı isə, yerlərin daraldılması və digər düşüncələrlə haradan - "çox pul" qazanaram fikiri ilə yaşayır. Lakin oranın işçilərinin və ticarət üçün gələn vətəndaşların təhlükəsizliyinə heç bir zəmanət verilən iş görülmür. //azerinfo.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir müavini də BÜDCƏ PULLARINI belə xaricə ötürür... - BU DA FAKT!!!

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasının imkanları hesabına qurduğu nəhəng biznesinin Londona yolunu açıb. DİA.AZ bildirir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Jurnalist daha sonra bildirir: "Belə ki, nazir müavininin oğlu bu il mayın 8-də Britaniya Krallığının paytaxtında BABYLONCOMMERCE LTD-ni qeydiyyatdan keçirib.

35 yaşlı Elvin Hacıyev Azərbaycanda nizamnamə kapitalı 11688495.00 AZN təşkil edən "TECHNOİL", “BABYLON AQRO”, “BABYLON-GROUP” kimi şirkətlərin, iri torpaq sahələrinin, restoranlar şəbəkəsinin (SULTANAHMET KÖFTECİ seti, GATE 25 restoran-barı, TARHUN restoranı və s.) sahibidir".
Nazir müavini də BÜDCƏ PULLARINI belə xaricə ötürür... - BU DA FAKT!!!
Nazir müavini də BÜDCƏ PULLARINI belə xaricə ötürür... - BU DA FAKT!!!
Nazir müavini də BÜDCƏ PULLARINI belə xaricə ötürür... - BU DA FAKT!!!
Nazir müavini də BÜDCƏ PULLARINI belə xaricə ötürür... - BU DA FAKT!!!
Nazir müavini də BÜDCƏ PULLARINI belə xaricə ötürür... - BU DA FAKT!!!

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neftçalada başçının sürücüsü də oliqarxdır - SENSASİON İDDİA

İndi az qala hər yerindən qalxan sürücüdür. Bəli, yüngül minik avtomobilini idarə etməyi çoxları bacarır. Sürməyi bacaranlar bəzən bu “adi” bacarıqlarından çörək qazanmaq üçün də istifadə edir, taksi kimi xidmət göstərirlər. İctimai nəqliyyatın zəif işlədiyi qarlı-şaxtalı günlərdə öz bahalı şəxsi minik avtomobili ilə küçədə çarəsiz qalan sərnişinləri baha qiymətə mənzil başına aparanları da görmüşük.

İri sərnişin tutumlu avtobusların, yüksək tonnajlı yük maşınlarının, ekskovator və qülləli kran kimi xüsusi texnikanın sürücüləri bir yana, amma bir “müdir şoferi” deyilən peşə də var ki, ona həmişə tələbat olub və olacaq. İnsafən, bu peşənin sahibinin işi təkcə avtomobili idarə edib müdiri iş yerinə aparıb-gətirməkdən ibarət deyil. Müdir şoferi möhkəm sirr saxlayan olmalıdır.

Çünki müdir onunla təkcə işə deyil, başqa məxfi ünvanlara da gedə bilər. Müdir onu evinə bazarlıq etməyə də göndərə bilər, arvadını, uşağını da etibar edib, məktəbə-bağçaya yollaya bilər. Dolayısı ilə, tədricən şofer müdirin az qala ailə üzvünə, hətta bir az da artığına çevrilir. Daha etibarlı şoferlər hətta xidməti avtomobili müdir, yaxud müdirin ailə üzvü idarə edərkən, adam vurub öldürsələr belə, sinəsini qabağa verib məsuliyyət altına girməyi bacarmalıdır. Müdir on u türmədə də yaşadacaq. Azadlığa çıxandan sonra da işsiz qalmayacaq.

Nə isə, həqiqətən etibarlı, yaxud, etibarı hələlik ciddi sınağa çəkilməyincə etibarlı təsir bağışlayan müdir şoferlərinin qazancı təkcə aldıqları rəsmi və qeyri rəsmi maaşdan ibarət deyil. Xidməti maşını bəzən öz şəxsi məqsədləri üçün istifadə edə bilirlər – bu da xırda məsələdir. Əsas qazancları müdirin məsafə saxladığı, birbaşa təmasa girməkdən çəkindiyi başqa şəxslərin xahiş və bəxşişlərini müdirə çatdırmaq, “iş düzüb-qoşmaq” və bu xidmətlərinə görə aldıqları dəllal payı mükafatlardır. Cəmiyyətdə artıq çoxdan belə stereotip yaranıb ki, şoferin sözü müdirə keçərlidir, şofer iş aşırda bilər.

Özü də müdir var-müdir var da. Şəxsin vəzifəsi nə qədər yüksəkdirsə, mənsəbi ağır, pulu da çoxdursa, onun şoferinin də cəmiyyət içində sanbalı, çəkisi, ərköyünlüyü çox olur. Az yazılmayıb, az deyilməyib ki, tıxaclarda AA seriyalı avtomobillər bəzən yüksək sürətlə əks yola çıxırlar. Sürücüləri faraları yandırıb-söndürür, sanki müdüri atomu parçalamağa gedir.

Paytaxt Bakıda necə deyərlər, “it yiyəsini tanımasa da”, əyalətlərdə belə müdir şoferlərinin ərköyünlüyü aşkar müşahidə olunur. Neftçala Rayon İcra Hakimiyyəti başçısının şoferi İlkin Manafov da “bərk gedir”. İlkin Manafov rayonun “Mayak 1” deyilən ərazisində yerli icra nümayəndəsi Şəhriyar Ələkbərovla birgə 100 (bir yüz) hektar sahədə qanunsuz taxıl əkib.

Bundan başqa, İlkinin “Sahil” yaşayış sahəsində böyük bir fermaya sahib olduğubildirilir. İlkin Manafovun şərikli taxıl sahəsinə malik olduğu ortaqlarından biri də əvvəllər torpaq komissiiyasının sədri, sonradan Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda 61 saylı Dairə seçki komissiyasının sədri işləmiş Zaur Kərimovdur.

Söz gəzir ki, yol verdiyi nöqsanlara görə dövlət qulluğu vəzifəsindən azad olunan Zaur Kərimov DSK sədri kreslosunda “ağzı islanmadığından”, heç də dinc oturmaq istəmir. Torpaq maqnatı kimi tanınmağı, ayrı-ayrı kənd bələdiyyə sədrləri, pullu fermerlərlə torpaq maxinasiyaları etməyi də gözünü doyurmur, çünki kreslo “ayrı aləmdir”. İlkin Manafova da mesaj verib ki, onu mərkəzi xəstəxanaya təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə oturtmasalar, “açacaq sandığı, tökəcək pambığı”.

Yeri gəlmişkən xatıraldaq ki, İlkin Manafovun “gethagetdə” əli yoxdur, vaxtilə RİH başçısının birinci müavini işləmiş Vurğun Əkbərova sürücüklük edirdi. İndi Vurğun Əkbərov zindandadır. Söz çıxmışdı ki, Vurğunun “vurulduğu” işdə sürücüsünün verdiyi ifadələrin də az əhəmiyyəti olmayıb. Odur ki, Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov İkin Manafovla, elə Zaur Kərimovla da dostluq eləsə də, çomağı əlindən qoymamalıdır.

Mövzunu diqqətdə saxlayacağıq. (Deryaz.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çörəyin qiyməti bahalaşır? - AÇIQLAMA

Rusiya Azərbaycan üçün buğda, arpa və qarğıdalının əsas idxalçısıdır.

Cari ilin birinci yarımilliyində Azərbaycanın buğda idxalının 66,3 %-i, arpa idxalının 81 %-i, qarğıdalı idxalının isə 66 %-i bu ölkədən olub. Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb. Bundan bir həftə əvvəlki tarixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15 % artırılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7 % artırılaraq 860,3 rubl, qarğıdalının ixrac rüsumu isə 14,7 % artırılaraq 2 min 495,3 rubl olub.

Maraqlıdır, Azərbaycanda taxılın və çörəyin qiymətində bahalaşma gözlənilə bilərmi?

“Cümhuriyət”-ə açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, Rusiyanın ixrac rüsumlarını artırması ölkəmizdə taxıl və unun qiymətinin artmasına səbəb ola bilər:

"Ötən il də Rusiya taxıl idxal rüsumlarını 2 dəfə artırdı. Hər 6 aydan bir 10 faiz tətbiq edirdi. Bu da sözsüz ki, qiymətin artmasına müəyyən təsir etmişdi. Bilirsiniz ki, taxıl idxalı əsasən Rusiyadandır və ölkəmizin istehlakının 40 faizi bu ölkənin payına düşür. Bu baxımdan əlbəttə, Rusiyanın ixrac rüsumlarını artırması ölkəmizdə taxıl və unun qiymətinin artmasına səbəb ola bilər.

Düşünürəm ki, bu, haradasa 5 faiz civarında baş verə bilər. Rusiya Ukrayna ilə müharibəyə başladıqdan sonra bir neçə dəfə bu addımı atmışdı. Çünki Rusiya başqa ölkələrə taxılını sata bilmir, embarqo qoyulub. Həm rə Rusiyada rubl dəyərini itirir. Bu baxımdan da, taxılın ixrac rüsumları rublla hesablanacaq. Ona görə hesab edirəm ki, qiymət artımına əhəmiyyətli təsir olmayacaq".

Onun sözlərinə görə, Rusiya sanksiyalara görə əsas bazarlarını itirmək istəmir:

"Məsələn, hazırda Rusiyadan idxal olunan bir sıra məhsullarda qiymətin ucuzlaşdığını görə bilərik. Məsələn, bitki yağının qiymətində ilin əvvəli ilə müqayisədə ucuzlaşma var. Düşünmürəm ki, tezliklə bahalıq müşahidə edilsin. Çünki Rusiya başqa ölkələrə nəsə sata bilmir. Ona görə hesab edirəm ki, qiymətləri artırmaqla məhdud bazarını itirmiş olar. Rusiya sanksiyalar səbəbindən geniş bazarlara malik deyil. Ən çox MDB bazarına çıxış əldə edə bilir. Buna görə də böyük qiymət artımına getməz ".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamaldakı “yaşıl soyqırım”-

Bakının Yasamal rayonunda yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilib.

32gun.az xəbər verir ki, nümunə olaraq Yasamal rayonu Akim Abbasov küçəsi 2 saylı binanın arxa hissəsini göstərmək olar.
Sakinlər deyir ki, ərazidə xeyli sayda ağac olub. Onlar bunu sübut edən videogörüntü də təqdim ediblər. Həmin video ötən ilin dekabrında çəkilib. Videodan da görünür ki, ərazidə xeyli sayda ağac var.

Sakinlər baş verənlərə görə Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin keçmiş direktoru Həsrət Əmrahovu ittiham edir.
Onların iddiasına görə ağaclar Həsrət Əmrahovun xeyir-duası ilə kəsilib. “Əks təqdirdə baş verənlərə göz yummazdı”, - sakinlər bildirib.

Həmin vaxt Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Yasamal rayonu Yaşıllaşdırma sahəsinin rəisi Natiq Abbasov olub.

Natiq Abbasovla Azər adlı şəxslə birlikdə bu ilin yanvar ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Onun barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçilib.

Onun həbsindən bir ay sonra isə Həsrət Əmrahov tutduğu vəzifədən azad edilib.
Hazırda Həsrət Əmrahovu onun müavini olmuş 69 yaşlı Mirdamət Seyidov əvəzləyir. Direktor səlahiyyətlərinin icrası ona həvalə edilib.

Mirdamət Seyidov da Həsrət Əmrahovun ənənəsini davam etdirir.
Redaksiyamıza Binəqədi rayonunda yaşıl soyqırımın baş verdiyi barədə məlumatlar gəlir. Araşdırma apardığımızdan hələlik bu barədə geniş yazmaq istəmirik. Növbəti yazımızda Binəqdədi rayonunda baş verənlər barədə ətraflı məlumat verəcəyik.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO