[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Selə görə Giləzi-Xızı yolu BAĞLANDI

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.

Sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“TRİ PALMA” HOTEL ƏN BÖYÜK ƏXLAQSIZLIQ YUVASIDIR - Masazırda gizlənən qorxulu təhlükə (FOTOLAR)

Yəqin ki, Abşeron rayonu, Masazır yaşayış məntəqəsi ərazisondə fəaliyyət göstərən “Tri Palma” hotel adı ilə tanınan (əslində bura hotel deyil, ən böyük əxlaqsızlıq ünvanlarından biridir) bu ünvanın qanunsuzluğa söykənən fəaliyyəti haqda məlumatlı olan hər kəs bilir ki, hal-hazırda adı çəkilən bu obyekt hotel kimi deyil, açıq-aşkar əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir.

"Azərbaycan Reallığı"na daxil olan məlumata görə buna səbəb olan amillərdən ən əsası ondan ibarətdir ki, hotelin inşası həyata keçirilən zaman obyekt sahibi “Tri Palma”nı elə bir “proyekt” əsasında inşa etdirib ki, bu obyektə məxsus otaqlarda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarını həyata keçirmək mümkün olur. Məsələn, təqribən 10-15 otaqdan ibarət olan “Tri Palma” hoteldə cütlüklər üçün lazım olan hər cür şərait yaradılıb.

Onu da bildirək ki, qeyd olunan ünvana cütlüklərin daha çox üz tutmasının özəl səbəbi var. O da hotel adı ilə məşhur olan bu əxlaqsızlıq ünvanının, bir qədər xəlvəti ərazidə fəaliyyət göstərməsidir. Belə bir halın varlığı hər kəsin müəyyən söz-söhbətlərdən, qınaq obyektinə tuş gəlməsindən və s. kənarda qalmasına imkan yaradır.

Tutaq ki, bir kimsə “istirahət etmək” üçün ünvan axtarır, o halda həmin şəxs “Tri Palma”nı seçməyə qərar verir. Buna da əsas səbəb, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən bu ünvanın xəlvəti bir ərazidə fəaliyyət göstərməsidir. Təəssüflər olsun ki, bu əxlaqsızlıq ünvanı “Tri Palma” hotel adını daşıyır. Axı, bu gün hər kəsin düşüncə tərzində hotel adını daşıyan ünvanlarla bağlı istirahət etmək, digər xoşməramlı tədbirləri düzənləmək məqsədilə fikir formalaşıb.

Əslində “Tri Palma”ya hotel adının verilməsi və bu ünvanın Abşeron rayonu ərazisində ən “xod” gedən əxlaqsızlıq ünvanlarından birinə çevrilməsi, sözsüz ki, hər kəsdə hotel adıyla bağlı müəyyən tərəddüdlərin, bəzi şübhələrin və s. əmələ gəlməsinə səbəb olur. Görəsən “Tri Palma” hotelin yuxarı üst hissəsinə hotel sözü deyil, birbaşa üç ulduzlu “Tri Palma” əxlaqsızlıq ünvanı sözlərinin yazılması daha məqsədəuyğun hal olmazmı?

Qeyd edək ki, çörəyini daş-torpaq daşımaqla, digər ağır fiziki işləri görüb alın təri axıtmaqla deyil, məhz yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaratmaqla qazanan hotel rəhbərinin idarə etdiyi obyektin adı, bu gün də dillər əzbəridir. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, bu şəxs hotel üzərində nəzarəti heç bir halda başqa bir şəxsə etibar etmir.

Başqa bir halı da vurğulayaq ki, əksər ünvanlardan fərqli olaraq müştərilərə gün ərzində lazımi səviyyədə xidmət göstərilsə də, bəzi “müəmmalar”ın baş verdiyi hallar da olur. Bir sözlə, hotel ən böyük əxlaqsızlıq ünvanlarından biridir ki, adı çəkilən bu ünvanda nəinki qadınların cinsi istismarına şərait yaradılır, hətta ara-sıra neqativ hadisələr də baş verir. Məsələnin maraqlı tərəfi o olur ki, baş verən hadisələrdən sonra hotel sahiblərindən bir kimsə məsuliyyətə cəlb olunmurlar.

Əldə etdiyimiz səhih məlumatlara görə istər yemək-içmək süfrələrinin hazırlanmasında, istər yataq dəstlərinin dəyişdirilməsində, istərsə də digər xidmətlərin göstərilməsində və s. “Hotel” rəhbərliyi tərəfindən hər bir əməkdaşa lazımi tapşırıqlar verilir. Məsələn, adicə kənar bir şəxs hotelin həyətinə daxil olarkən, dərhal əməkdaşlar müştərilərin hüzurunda “sərasər” dayanıb ilk sualı verirlər: “Sizə hansı qiymətə otaq lazımdır?” Həmin an bəlli olur ki, hoteldə hər bir otağın öz qiyməti var.

Diqqəti cəlb edən hal odur ki, gün ərzində dövriyyəsi təqribən bir neçə min manatlarla hesablanan hoteldə bir ədəd olsun kassa aparatı olmadığından, həmin ünvana üz tutan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldikləri formada qaydaya salır. Belə bir halın varlığı, məhz obyekt sahibinin əldə etdiyi gəlirlərin daha çox hissəsinin vergidən gizlədilməsinə imkanlar açır.

Bu həm əmək intizamının tələblərinin pozulması, həm də vergi cinayətinin baş verməsi demək olur. Əsas məqamlardan biri də, cütlüklər qiyməti razılaşdırılmış otaqlara daxil olarkən onların nigahda olub-olmadıqları araşdırılmır, hoteldə əmək fəaliyyəti ilə məşğul olan əməkdaşlarla əmək müqaviləsi bağlanmır, bağlansa da formal xarakter daşıyır.

Hoteldə atılan addımlarla bağlı bu günədək ayrı-ayrı media qurumlarında dəfələrlə tənqidi məqalələr işıq üzü görüb, yaşanan problemlər qabardılıb və o da vurğulanıb ki, bu ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün şəraitin yaradılması ilə bərabər, çoxsaylı qanunsuzluqlara da imza atılmaqdadır. Müştərilərin bəzən olmazın aqibətlərlə üz-üzə qalmalarına səbəb, məhz ünvan sahibinin yaratmış olduğu şəraitin varlığıdır.

Düşündürücü hal odur ki, hotellə bağlı tənqidi məqalələr işıq üzü görərkən, hələlik adının çəkilməsini istəmədiyimiz bəzi “media nümayəndələri yuyulmamış çömçə” kimi meydana çıxıb, qeyd olunan ünvanı müdafiə edirlər. O halda sual oluna bilər ki, görəsən yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradan hotel rəhbərinin atdığı addımları müdafiə etmək, özünü media nümayəndəsi hesab edən şəxsə və ya şəxslərə necə yaraşır? Əgər yaraşdırılırsa, deməli həmin şəxs də…

Bu gün hoteli idarə edən şəxsin əməllərini, eyni zamanda ona kənardan “krışalıq” edən və hələlik adını tam dəqiqləşdirə bilmədiyimiz şəxs(lər)in atdığı addımların varlığını eşitdikcə təəssüf hissi keçiririk. Hətta, Abşeronun hüquq-mühafizə orqanı əməkdaşlarının, bu cür iyrənc əməllərin baş verməsinə birbaşa cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik.
“TRİ PALMA” HOTEL ƏN BÖYÜK ƏXLAQSIZLIQ YUVASIDIR - Masazırda gizlənən qorxulu təhlükə (FOTOLAR)
“TRİ PALMA” HOTEL ƏN BÖYÜK ƏXLAQSIZLIQ YUVASIDIR - Masazırda gizlənən qorxulu təhlükə (FOTOLAR)
“TRİ PALMA” HOTEL ƏN BÖYÜK ƏXLAQSIZLIQ YUVASIDIR - Masazırda gizlənən qorxulu təhlükə (FOTOLAR)
“TRİ PALMA” HOTEL ƏN BÖYÜK ƏXLAQSIZLIQ YUVASIDIR - Masazırda gizlənən qorxulu təhlükə (FOTOLAR)

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Niyazi Bayramovun 2 milyonluq abadlıq işi - Tenderin qalibi yenə “Ərdagı” MMC oldu


Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhərinin küçə və prospektlərində əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Ərdagı” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 1 845 694,53 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ərdagı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri "Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.

"Ərdagı” MMC 2019-cu ilə qədər "Ərdagı” İstehsal Kommersiya Şirkəti adı altında fəaliyyət göstərib. Açıq mənbələrdə bu şirkət haqqında heç bir məlumat olmasa da, tender kralı kimi məşhurdur.

"Ərdagı” MMC əsasən Gəncəbasar bölgəsində yerləşən rayonların yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur. Təkcə 2023-cü ildə şirkət Gəncə, Qazax, Goranboy, Laçın və Masallı rayon icra hakimiyyətləri və onlara tabeli qurumlardan 4 693 768,12 manatlıq sifariş alıb.

Gəncə Şəhər İcra Hakimiyyəti 2021-ci ildə də küçə və prospektlərin abadlaşdırılması üçün "Ərdagı” MMC ilə 1.231.227,17 AZN dəyərində satınalma müqaviləsi imzalayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. O, 2018-ci ildən bu vəzifəni daşıyır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Barat Yusubov NİYƏ CƏZALANMIR? - AXI NİYƏ?!

Ehtiyatda olan polkovnik-leytenant Coşqun Məmmədov gördüyü hörmətsizliyə görə işini itirdiyini deyir.

“27 il Silahlı Qüvvələrdə xidmət etmişəm. Ehtiyatda olan polkovnik-leytenantam. Bir il “Yeni Klinika”da çalışdım, amma əvvəlki rəhbərliyin dövründə heç vaxt belə münasibətlə qarşılaşmamışam. Buna görə də öz ərizəmlə işdən çıxmağa məcbur oldum”, – Coşqun Məmmədov deyir.

O, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad edilməsində iştirak edib. Deyir ki, 2022-ci ilin fevral ayında xəstəliyi ilə əlaqədar ehtiyata buraxılıb.

“2022-ci ilin avqustun 22-dən “Yeni Klinika”da təhlükəsizlik xidməti şöbəsinin müdiri kimi işə başladım. Klinikanın yeni rəhbəri Barat Yusubov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmağımı təkidlər tələb etdi. Onun bu istəyi ilə razılaşmadığımdan aramızda narazılıq yarandı. Buna Vüqar Qurbanov da şahiddir”,- şikayətçi deyib.

C.Məmmədov bildirib ki, daha əvvəl də Qurbanov klinikaya tədbirlərə gəlib, lakin heç vaxt ona icraçı direktorun avtomobildən düşməsi üçün qapının açılmasını əmr etməyib. Çünki qapı açmaq təhlükəsilik xidmətinin vəzifə səlahiyyətlərinə aid deyil.

Məmmədov deyir ki, “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden, “Füzulinin azad edilməsi”, “Cəbrayılın azad edilməsi”, “Xocavəndin azad edilməsi”, “Vətən müharibəsi iştirakçısı”, “Silahlı Qüvvələr veteran”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Silahlı Qüvvələrin yaranmasının 90 illiyi”, “Silahlı Qüvvələrin yaranmasının 95 illiyi”, “Silahlı Qüvvələrin yaranmasının 100 illiyi” medalları ilə təltif edilib.

“Ehtiyatda olan hərbiçi kimi təqaüd alıram. Öz ərizəmlə işdən çıxmağa məcbur qaldım. Maddi və ən əsası mənəvi zərərlə üzləşmişəm”,-C.Məmmədov qeyd edib.

C.Məmmədov söyləyib ki, qısa müddət ərzində mühafizə xidmətinin 10 əməkdaşı öz ərizəsi ilə işdən kənarlaşdırılıb:

“Mənə ağrılıdır ki, TƏBİB bununla bağlı heç bir açıqlama vermədi, hətta maraqlanmadı. Halbuki hansısa bir tanınmışın qəzası ilə bağlı 4 dəfə açıqlama verirlər. Yalnız mənə zəng vurub narazılığımın icraçı direktor, yaxud Barat Yusubovla bağlı olduğunu dəqiqləşdirdilər. Heç vəziyyətimlə də maraqlanmadılar”.

Yeni Klinikadan suallara cavab vermək istəməyiblər. Klinikadan bildiriblər ki, sualları TƏBİB cavablandıra bilər: “Bizim mətbuatın suallarını cavablandırmaq kimi səlahiyyətimiz yoxdur”.

Şikayətlə bağlı TƏBİB-ə sorğu ünvanlandırılıb, hələ cavab yoxdur. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Gömrük Komitəsi rəislər üçün şalvar tikdirir - 742 min AZN-lik müqavilə


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin "Səhra geyim formalarının satın alınması" ilə bağlı elam etdiyi temder başa çatıb.

Tenderin qalibi "TEYMUR COLLECTION" MMC olub.

Tərəflər arasında 741.960,4 AZN-lik müqavilə imzalanacaq.

Tenderə Ali rəis heyəti üçün istiləşdirilmiş qış gödəkçəsi və qış şalvarı, Baş, orta rəis heyəti və kiçik heyət üçün istiləşdirilmiş qış gödəkçəsi və qış şalvarı, Ali rəis heyəti üçün yay gödəkçəsi və şalvarı, Baş, orta rəis heyəti və kiçik heyət üçün yay gödəkçəsi və şalvarı (isimlik ilə birlikdə), Ali rəis heyəti üçün qısaqol yay köynəyi (isimlik ilə birlikdə) və.s daxildir.

Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan "TEYMUR COLLECTION" MMC-nin qanuni təmsilçisi TEYMUR MƏMMƏDOV RİZVAN OĞLUdur.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Gömrük xidməti general-mayoru Qulu Novruzovdur.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Dövlət Universitetinin rəhbərliyi QALOŞ, DALANDAR ÜÇÜN JİLET, DƏSMAL və XALAT alır - 60 min manatlıq tender


Gəncə Dövlət Universitetinin (GDU) "Yumşaq inventarların satınalınması" ilə bağlı elan etiyi tender başa çatıb.

Tenderin qalibi "KALE SOLUTİON" MMC olub. Tərəflər arasında 59.507,4 AZN-lik müqavilə bağlanması gözlənilir.

Tenderə əsasən ali təhsil ocağı Ağ xalat, Uzunqol xalat, Xadimələr üçün jilet, Qısaqol xalat, Mühavizəçi üçün yay geyimi, Mühavizəçi üçün qış geyimi, Mühafizəçilər üçün ayaqqabı, Dalandar üçün jilet, Fəhlə üçün yay geyimi dəsti, Fəhlə üçün qış geyimi dəst, Hamam məhrəbası, Əl-üz dəsmalı, Rezin qaloş, Voleybol forması, Futbol forması və.s ilə təmin olunmalıdır.

Xatırladaq ki, Gəncə Dövlət Universitetinə rektor Yusif Yusibovdur.32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İTTNET“ MMC-nin Ağdamda “korrupsiya əməliyyatı“ - Hansı kəndlərin dirəkləri satılıb?


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “Aztelekom” MMC “İTTNET“ MMC-nin işlərini yoxlamalıdır

Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “Aztelekom” MMC tərəfindən internet xidmətinin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində Ağdam rayon kəndlərində ilk GPON (Gigabyte Passive Optical Network) şəbəkəsinin qurulması ilə bağlı məlumat vermişdik.

Həmin məlumatda qeyd etmişdik ki, hazırda Ağdam kəndlərində GPON (Gigabyte Passive Optical Network) şəbəkəsinin qurulmasına “İTTNET“ MMC şirkəti həyata keçirir.

AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir ki, Ağdam rayonunun kəndlərində GPON layihəsini həyata keçirən "İTTNET" MMC şirkəti korrupsiya hallarına yol verib. Belə ki, şirkət rəhbərliyinin Ağdam rayonun Xındırıstan, Üçoğlan, Paşabəyli, Aşağı Yüzbaşlı, Yuxarı Yüzbaşlı, Çıraqlı, Bənövşələr, Səfərli, Alibəyli, Zəngişalı, Baharı kəndlərində GPON layihəsi çərçivəsində intenet kabellərinin çəkilişi zamanı istifadə olunan dirəklərin bir hissəsinin mənimsənildiyi bildirilir. Məlumatda kəndlərdə internet kabelləri üçün basdırılan dirəklərin məsafə arası 80-100 metrə yaxındır. Əslində isə layihədə bu məsafə 30-40 metr göstərilib.

AzFakt.com-a daxil olan məlumatda qeyd edilir ki, bir çox kəndlərdə daxili küçələrə internet kabellərinin paylanılması üçün 75-lik dirəklər basdırılmayıb. Bu dirəklərin "İTTNET" MMC tərəfindən mənimsənildiyi iddia edilir.

"İTTNET" MMC-nin Ağdam kəndlərində yol verdiyi korrupsiya əməllərinə şirkətin GPON Layihəsinin qurulması üzrə rəhbəri Arif Fərzəliyev adlı şəxsin rəhbərlik etdiyini qeyd etmişdik. Arif Fərzəliyevin dirəklərin basdırılması və kabellərin çəkilişi zamanı görülən işləri 2 dəfə şişirtdiyi deyilir. Belə ki, çəkilişdə işləyən işçilər sənəddə aldıqları vəsaitdən 2 dəfə artığına qol çəkərək, kartlarına vurulan həmin vəsaiti sonradan Arif Fərzəliyevə qaytarıblar.

Hazırda "İTTNET" MMC layihə çərçivəsində Ağdam rayonun Əfətli, Çəmənli və Mirəşelli kəndlərində internet kabelləri üçün dirəklərin basdırılması işinə başlayıb.

Ümid edirik ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Aztelekom” MMC “İTTNET“ MMC-nin Ağdam rayon kəndlərində GPON (Gigabyte Passive Optical Network) şəbəkəsinin qurulması işlərini ciddi şəkildə yoxlayıb, lazımi tədbirlər görəcək.

Bildirək ki, "İTTNET" MMC şirkətinin direktoru Cəbrayıl Abbasov adlı şəxsdir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azfakt.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq deputat Hacı Salayevin YENİ SKANDALI - Fuad Muradova zəng edərək AĞIR SÖYÜŞLƏR SÖYDÜ + SƏS YAZISI

Eks deputat Hacı Salayev “Milli Fədailər Hərəkatı”nın qurucusu Fuad Muradova zəng edərək onu təhqir edib, ağır söyüşlər söyüb.

Bu barədə Fuad Muradov özünün facebook səhifəsində məlumat yayıb.

Fuad Muradov yaydığı məlumatda bildirir ki, Hacı Salayev ona zəng edərək ağır söyüşlər söyüb. Onu da qeyd edək ki, Hacı Salayevin Fuad Muradovun ailəsini, yaxınlarını küçə söyüşləri ilə təhqir edən səs yazısı da sosial mediada paylaşılıb.

Musavat.com məsələ ilə bağlı Fuad Muradovla əlaqə saxlayıb. F.Muradov bildirdi ki, vəkilləri ilə məsləhətləşmələr aparır və eks deputat Hacı Salayevlə bağlı hüquqi müstəvidə addımlar atacaq: “Adam 2 dönəm deputat olub və ağzının danışığını bilmir. Söyüş söyür, acizliyini göstərir. Hüquq-mühafizə orqanlarına müraciət etdim, vəkillərlə məsləhətləşib məhkəmə müstəvisində də Hacı Salayevi dediyi sözlərə görə cavab verməsini tələb edəcəyik. Bu adamı çağırıb tonunu aşağı salmalıdırlar. Yoxsa ki, ölkədən qazandığı, xaricə daşıdığı pulların havası onu yaman yoldan çıxarıb, azdırıb”.

Fuad Muradov deyib ki, Hacı Salayev onu ölümlə hədələyib, buna görə də artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət edib. Onun şikayəti Qazax Rayon Polis idarəsi tərəfindən qeydə alınıb. F.Muradov onu da bildirib ki, Salayevin yaxınları qaba güc vasitəsi ilə ona fiziki planda xəsarət yetirməyi də planlaşdırıblar.

Musavat.com Hacı Salayevin Azərbaycan vətəndaşı Fuad Muradovu təhdid və təhqir edən səs yazısını senzuradan keçirərək oxuculara təqdim edir. Səs yazısının orijinalını redaksiyamıza F.Muradov təqdim edib.Sfera.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bura istirahət mərkəzidir, yoxsa? - İTTİHAM VAR!


Dənizi hasarlamağa kim bunlara icazə verib..? Dənizə yaxın oturmaq üçün 20 manat, bir az aralı 10 manat... Yazıya giriş olaraq onu qeyd edək ki, istirahət özü bir mədəniyyətdir. Loru dildə desək, istirahət etməyi bacarmayan millət normal işləyə də bilməz. Sözün qısası, son illər paytaxt Bakıda və regionlarda xeyli sayda istirahət mərkəzləri, hotellər açılıb. Amma və lakin bunların çoxu qanunsuz yolla faəliyyət göstərirlər. Belə ki, hansısa iş adamı gedib dövlət təbiət qoruğu olan meşənin 5-6 hektar ərazisini zəbt edib orada istirahət kompleksi tikir. Yaxud hansısa məmur-biznesmen Xəzər dənizinin sahilini hasarlayıb orada restoran, hotel, istirahət mərkəzi yaradır...
Dənizin hasarlanması və digər məsələlərlə bağlı vaxtilə Ulu Öndər müşavirələrin birində çox kəskin və sərt çıxış etmişdi...və demişdi ki, bu hasarlar təcili sökülməlidir...dəniz və onun sahili xalqa məxsusdur... Sözün qısası, bir çox oliqarx məmurlar neçə illərdir ki, Xəzər dənizinin sahillərini özəlləşdirib hotellər, istirahət kompleksləri tikib milyonlar qazanırlar. Belə istirahət mərkəzlərindən biri də "SUNSET" istirahət mərkəzidir. Novxanı qəsəbəsində, Xəzər dənizinin sahilində yerləşən "SUNSET" istirahət mərkəzi ilə bağlı media üzərindən xırda araşdırma zamanı bəlli oldu ki, hansısa kişi istirahət mərkəzindəki hotelə gələrək öz arvadını başqa bir kişi ilə tutub və onu boğaraq öldürüb... Deməli, xəbərdən bəlli olur ki, bura hotel, istirahət mərkəzi deyil, əsl əxlaqsızlıq yuvasıdır...
Bu istirahət mərkəzi həm də evlərə və ofislərə birbaşa yeməklər çatdırır. Amma müştərilərin çoxu deyir ki, bunların yeməkləri çox baha, amma keyfiyyətsizdir, hətta zəhərlənmələr olur... Təsəvvür edirsiniz, bu istirahət mərkəzinin özünün PULLU ÇİMƏRLİYİ var. Bəli, Xəzərin sahilini hasarlayaraq özünə şəxsi çimərlik yaradıb və pul qazanır.
Bu istirahər mərkəzindən şikayətçi olan vətəndaş deyir ki, Novxanıdakı “Sunset” istirahət mərkəzinə daxil olarkən mühafizəçi avtomobilimi saxladı və pul ödəyəndən sonra buraxdı:
"Sunset" çox baha istirahət mərkəzidir. Təsəvvür edin, sadəcə stol və stul götürmək 20 manatdır. Gerisini özünüz düşünün… Hovuzda üzmək, "lejanka” və s. öz qiyməti var....yemək, su və ya çay istəsən, bunun da təbii ki, haqqını ödəməlisən. Və üstəlik əgər avtomobilini istirahət mərkəzinin həyətində saxlamaq istəyirsənsə, bunun üçün mütləq "stoyanşik"ə "hörmət" etməlisən. Bu istirahət mərkəzində tualet pulu, geyinib-soyunma otağı ayrı-ayrılıqda hər biri 50 qəpikdir. Əgər dənizə bir qədər yaxın oturmaq istəsən, 20 manat ödəməlisən, bir qədər içəridə olan çətirli stolların qiyməti 10 manatdır. Yox, əgər pulsuz istirahət etmək istəyirsənsə, ya dənizin kənarına ədyal salıb oturmalısan, ya da istirahət mərkəzinin girəcəyində olan ümumi restoranda əyləşməlisən. Bu, istirahət mərkəzlərində qiymət nisbətən ucuzdur. Məsələn, 1 çaynik çay 3 manat, qutab 50 qəpik, tikə kabab (3 tikə) 6-8 manat, toyuq kababı (3 tikə) 5 manat, salatlar 3 manat, kartof qızartması bir pay 3 manat, saciçi 15-20 manatadır. Biz hələ burada siqaret, tum, su satanlardan danışmırıq. Bu istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində xeyli insan yaralanıb və ağır zədə alıb. Sözün qısası, Dövlət qurumları "SUNSET" istirahət mərkəzində ciddi yoxlamalar aparmalıdır. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Nə evim, nə də torpağım var. Nə vaxtacan gözləyim?” - Qarabağ qazisi


“İki ildən çoxdur ki, heç bir yerdə işləmirəm. Bugünədək işlə təmin olunmamışam. Ailəliyəm, iki övladım var. Çox ciddi şəkildə şəxsi evə-mənzilə ehyiyacım var. Amma nə evlə, nə ev tikdirmək üçün torpaq sahəsi ilə, nə də mənzillə təmin olunmuşam. Bilmirəm dədrimi kimə deyim, qulaq asan yoxdur”.

Bunları biləsuvarlı Qazimiz, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı Şamxal Hüseynov dilə gətirib.

Qeyd edək ki, Şamxal Hüseyn oğlu Hüseynov 1988-ci ilin oktyabr ayının 28-də Biləsuvar rayonunun Çaylı kəndində sadə bir ailədə dünyaya gəlib. Ailənin dörd övladından, iki qardaşdan biridir. 1995-2006-cı illərdə Əlimərdan Hüseynov adına Çaylı kənd 1 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən bir müddət sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

2008-ci ilin mart ayının 15-də Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində Gizirlik kursuna daxil olub və 9 aydan, Gizirlik kursunu bitirdikdən sonra təyinatla Naxçıvan Muxtar Respublikasına (NMR) göndərilib. Bir neçə il NMR-də hərbçi-Gizir kimi xidmət etdikdən sonra 2015-ci ilin yanvar aylnın 10-da Füzuli rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissəyə göndərilib, orada tank komandiri kimi fəaliyyətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib-Lələtəpə istiqamətində.

Eyni zamanda, bir peşəkar hərbçi, bir Vətən sevdalısı kimi 44 günlük Vətən Müharibəsinə qatılıb və və döyüşlərin ilk günündə, sentyabrın 27-də, günorta, təxminən saat 3 radələrində Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində ağır yaralanıb, axşam saat 6-7-cən döyüş meydanında yaralı vəziyyətdə qalıb.

Üzü, bədəni yanıb, gözündən qəlpə yarası alıb. Sonra onu döyüş meydanından çıxararaq, təcili xəstəxanaya, oradan isə Bakı şəhərində yerləşən Hərbi Hospitala göndəriblər. Həmçinin, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanası və 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə-müayinə olunub. Hərbi Hospitalda iki dəfə gözündən əməliyyat olunub. Sonra səhhəti ilə bağlı ona 3-cü qrup əlillik təyin olunub, Ordudan təxris edilib.

Müharibədən öncə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” və “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1919-2018)” yubiley medalları, müharibədən sonra isə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb. Şamxalın digər qardaşı da hərbçidir, 2016-cı ildən Azərbaycan Ordusunda xidmət edir. 35 yaşlı Şamxal həm də ailəli, iki övlad-bir qız və bir oğlan atasıdır.

Və özünün də qeyd etdiyi kimi, hazırda da heç bir yerdə işləmir, işlə təmin olunmayıb. Həmçinin, özünün, ailəsinin şəxsi evi-mənzili yoxdur, valideynləri ilə bir yerdə yaşayır. Eyni zamanda, ev-mənzil tikmək üçün torpaq sahəsi də verilməyib. Onun çox ciddi şəkildə həm işə, həm də şəxsi evə-mənzilə ehtiyacı var.

Qazimiz isə çıxış yolu kimi təklif irəli sürür ki, Biləsuvrada olmasa belə, yaxın rayonlardan birində qazilər, şəhid ailələri üçün çoxmərtəbli bina tikilsin və həm Şəhid ailəri, həm də Qazilər orada mənzillə təmin olunsun…

“Bu təklifimi bir neçə dəfə səsləndirmişəm. Biləsuvarda tikmirlər, heç olmasa, yaxınlıqdakı rayonlardan, boş ərazilərdən birində Şəhid və Qazi ailələri üçün çoxmərtəbəli bina tiksinlər və oradan həm bizlərə-qazilərə, həm də şəhid ailələrinə ev-məzil versinlər. Bununla da problem həll olunsun. Çünki bir çox qazilərimiz kimi mənim də şəxsi evə-məzilə ehtiyacım var. Ötən müddətdə hər yerə müraciət etsəm də, müraciətimə cavab verən yoxdur. Bir çox yerlərdə qazilərimiz torpaq sahəsi ilə təmin olunsalar da, bizdə elə hey deyirlər ki, boş torpaq yoxdur. Yaxşı onda nə edim, nə edək? Nə vaxtacan gözləyim, gözləyək? Səhhətim də yerində deyil, dözə bilmirəm…Bir daha qeyd edirəm ki, həm evə, həm də işə ciddi ehtiyacım var. Artıq aidiyyatı qurumlar, şəxslər boş vədlər verməkdən əl çəkib, bu məsələyə bir əncam etsinlər!” //yenisabah.az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO