[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SON DƏQİQƏ! İcra başçısı vəzifədən azad olunur: Məhkəmədə dediyi sözlər onu “bitirdi”


Sabunçu rayonunun icra hakimiyyətinin başçısı Adil Vəliyevin karyerası üçün ciddi təhlükə yaranıb. Ötən həftə “Xural TV” internet kanalının təsisçisi Əvəz Zeynallının barəsində olan cinayəti işi üzrə şahid qismində ifadə verən icra başçısı ehtiyatsız fikirlər səsləndirməklə özünü cəmiyyətin və hakimiyyətin hədəfinə çıxarıb.

A.Vəliyev şahid qismində qatıldığı məhkəmə prosesində jurnalist Ə.Zeynallının xahişi ilə qanunsuz tikintiyə icazə verdiyini etiraf edib.

Qeyd edək ki, məhkəmə prosesində A.Vəliyevə buna hüququnun çatmadığı xatırladılanda, o, qeyri-adi reaksiya verib: “Elə danışırsınız ki, guya Azərbaycanda yaşamırsınız...”

Sözügedən məhkəmə prosesində icra başçısı onu tənqid obyektinə çevirən digər ifadələr də işlədib. A.Vəliyev qanunsuz tikililəri sökməyə icazəsi olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bu cür qərarlar qəbul etdiyini gizlətməyib.

Aldığımız məlumata görə, 2012-ci ildən bəri Sabunçuya rəhbərlik edən A.Vəliyevin bu etirafları onu işsiz qoya bilər. Belə ki, məlum məhkəmə prosesindən sonra hakimiyyət əleyhdarları icra başçısının açıqlamalarını əsas gətirərək, ölkədə məmur özbaşınalığının hökm sürdüyünə dair iddialar səsləndirirlər. A.Vəliyevin ölkədə şok effekti yaradan etiraflarının hətta beynəlxalq təşkilatların hesabatlarında da yer alacağı gözlənilir.

Mütəxəssislərin fikrincə, Azərbaycan iqtidarına qarşı xarici və daxili təzyiqlərin artdığı bir vaxtda siyasi naşılıq göstərərək, üzvü olduğu komandanı zərbə altında qoymaq bağışlanılan hərəkət deyil. Ehtiyatsız açıqlamaları ilə iqtidar komandasını hədəfə çıxaran A.Vəliyevin 11 illik başçı karyerasına yaxın günlərdə son veriləcəyi bildirilir.Yenisabah.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fərhad Əhmədovun obyeklərində ciddi mənimsəmə - On minlərlə nərə balığını kimlər oğurlayıb?


Azərbaycan əsilli milyarder Fərhad Əhmədova məxsus "Kənd" MMC-də iş adamının milyonlarla manat həcmində vəsaiti mənimsənilib.

DİA.AZ bildirir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, mənimsəmə əməliyyatı İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən təsərrüfatlarda baş verib.

Qeyd edək ki, burada Fərhad Əhmədova məxsus 300 hektara yaxın sahədə balıqçılıq, 400 hektara yaxın sahədə isə üzümçülük, meyvəçilik və arıçılıq təsərrüfatları fəaliyyət göstərir.

Məlumatlı mənbənin bildirdiyinə görə, balıqçılıq təsərrüfatında xüsusilə də qiymətli nərə balıqları yetişdirilir:

""Kənd" MMC-nin rəhbərliyi, mühafizəçilər və nəzarətçilərdən ibarət dəstə bir neçə il ərzində bu təsərrüfatlarda külli miqdarda vəsaiti mənimsəyiblər. Təkcə Fərhad Əhmədova məxsus balıqçılıq təsərrüfatından 10 minlərlə nərə balığı oğurlanıb. Bunun nəticəsində milyarderə 5 milyon manatdan artıq ziyan dəyib".

Mənbə eyni mənimsəmə əməliyyatlarının iş adamına məxsus digər təsərrüfatlarda da baş verdiyini deyib:

"Belə ki, Fərhad Əhmədovun 300 hektar üzümçülük sahəsində suvarma-damlama sistemi üçün müqavilə əsasında pul ödədiyi bildirilir. Həmçinin, "Kənd" MMC-nin rəhbərliyi bu sistemin yaradılması üçün hökumətdən də subsidiya alıb. Lakin bütün bu vəsaitlərin böyük hissəsi mənimsənilib. Suvarma-damlama sistemi qurulmadığı üçün 300 hektar sahədə üçüm bağları yararsız hala düşüb. Bu təsərrüfatda da iş adamına dəyən ziyanın məbləği milyonlarla manat həcmindədir. Bundan başqa, Fərhad Əhmədov 3 min tonluq soyuducu anbarının inşasına pul ayrsa da, tikinti işləri keyfiyyətsiz aparılıb. Tikinti materiallarının xeyli hissəsi oğurlanıb, ucuz qiymətə alınan avadanlıqlar isə baha qiymətə sənədləşdirilib və xeyli vəsait yeyilib".

Mənbənin bildirdiyinə görə, bu səbədən iş adamı ilə "Kənd" MMC-nın rəhbərliyi arasında ciddi narazılıqlar yaranıb:
"Hətta Fərhad Əhmədovun yeyinti faktları ilə bağlı rəsmi qaydada polis və prokurorluq orqanlarına müraciət etdiyi bildirilir. Lakin hələlik ortada bir nəticə yoxdur".

Məsələ ilə bağlı milyarder Fərhad Əhmədovun mətbuat katibi Müşfiq Əli Zahidlə əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında iş adamına məxsus təsərrüfatlarda mənimsəmə faktlarının baş verdiyini təsdiqləsə də, geniş açıqlama verməkdən imtina etdi:

"Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma aparılır. Artıq bəzi şəxslərin ifadələri alınıb. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə mətbuata geniş məlumat veriləcək".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çinin "Baic X7" avtomobilini aldı, qüsurlu çıxdı, qaytara bilmir - "İdeal Motors" cərimələndi


Bakıda vətəndaşın "İdeal Motors" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus avtosalondan aldığı Çin istehsalı "Baic X7” markalı avtomobil qüsurlu çıxıb, lakin o, maşını geri qaytara bilmir.

Millitv.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Məcid Tahirov MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Dövlət qurumu şirkət tərəfindən malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması faktı aşkar edib. Dərhal "İdeal Motors" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məcid Tahirov yeni aldığı avtomobilin təmir edilməsinə razılıq vermədiyini, malın geri qaytarılması üçün MMC-yə müraciət etdiyini bildirib. O, inzibati xəta törətmiş hüquqi şəxsin barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş edib.

"İdeal Motors" MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi bildirib ki, qeyd edilən avtomobilin geri qaytarılması mümkün deyil. Həmin avtomobil təmir edilərək sahibi təhvil veriləcək. Artıq şirkət "Baic X7” markalı avtomobildə olan qüsurlara görə istehsalçı zavoda müraciət edib. Nəticədə zavodun təsdiqi ilə avtomobildə olan bütün qüsurların zəmanətlə, müştəri ödənişi olmadan aradan qaldırılması üçün yeni transmissiya qovşağı da daxil olmaqla, lazım olan bütün ehtiyat hissələr sifariş olunub və yaxın günlərdə avtomobilin tam təmiri dərhal başa çatdırılacaq.

Məcid Tahirov isə deyib ki, şirkət 7 aydan çoxdur avtomobili nə yenisi ilə əvəzləyir, və nə də təmir edir.

Dövlət Xidməti tərəfindən MMC-yə vətəndaşın tələbini yerinə yetirərək dəyişdirilmə və geri qaytarılma qaydalarının pozulması halının aradan qaldırılması ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün 15 gün də vaxt verilib. Lakin "İdeal Motors" MMC bu tələbləri də yerinə yetirməyib.

Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 4.000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, "İdeal Motors" MMC-nin qanuni təmsilçi Abbasov Zaur Vidadi oğludur. Sözügedən avtomobillər "Baic Azərbaycan” brendi adı altında satılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının “erməni” adlandırdığı Bələdiyyə sədrindən növbəti ŞİKAYƏT - “Bir ildir maaş vermir”


Qazax bələdiyyəsəndə baş verən qanunsuzluqlar barədə xəbər vermişdik.

AMİA.AZ redaksiyasına Qazax bələdiyyəsi barədə şikayətlər daxil olmaqda davam edir. Redaksiyamıza adının çəkilməsini istəməyən bir bələdiyyə qulluqçusunun göndərdiyi müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Mən artıq bir neçə ildir ki, Qazax bələdiyyəsində bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərirəm. Əvvəllər vaxtında maaş ala bilirdik. Amma indi mən və iş yoldaşlarım bir ilə yaxındır ki, əmək haqqı almırıq.

İndiyə kimi bələdiyyə büdcəsinə daxil olan vəsaitin məbləği 100 minlərlə manat olub.

2018 ci ildə Qazaxda ərik bağı adlanan ərazidə Qazax bələdiyyəsi 50 hektar torpaq sahəsini vətəndaşlara yaşayış evi tikdirmək üçün bir sotunu 800 AZN-ə satmasına baxmayaraq torpağın bir sotunun qiyməti 200 AZN-dən bələdiyyə büdcəsinə mədaxil edilib. Hər sotda 600 AZN mənimsənilib. Sədrimiz cənab Tofiq Orucov milyonlarla vəsaiti mənimsəyib.

Dəfələrlə əmək haqqımızın verilməsini tələb etsək də heç bir nəticəsi olmayıb. Axrıncı dəfə şikayət edəcəyimizi bildirəndə Tofiq müəllim bizi rayon icra hakimiyyətinin başçısı Rəcəb müəllimlə hədələdi. Mən və bir neçə iş yoldaşım da heç nə deyə bilmədik. Çünki digər iş yoldaşlarımın da ailə üzvləri digər dövlət orqanlarında işləyir. Qorxuruq ki, onları da işdən çıxardarlar. Ona görə çarəsiz vəziyyətdə qalıb sizin redaksiyanıza müraciət etməli olduq. Bilmirik nə edək. Bir el məsəlində deyildiyi kimi, “Yuxarı baxırsan bığ aşağı baxırsan saqqal”.
Bələdiyyədə olan bu özbaşnalıqlara nə vaxt son qoyulacaq biz də bilmirik. Düşünürük ki, heç olmasa bizim də bu müraciətimizi oxuyub, reaksiya verən bir dövlət orqanı tapılar”.

Xatırladaq ki, mətbuatda gedən məlumatlarda, Qazax rayon İcra Başçısı Rəcəb Babaşovun Bələdiyyə sədri Tofiq Orucovu təhqir etdiyi, onu “erməni” adlandırdığı yazılmışdı.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağalar Vəliyev 72 yaşlı qadının əli ilə şəhid ailələrinə mənzil satır - İTTİHAM VAR!


Ötən ay Aktualinfo.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilmiş həm şübhəli, həm maraqlı, həm də müəmmalı bir tender prosedurunun nəticəsi barədə məlumat yaymışdı. Xatırladaq ki, məlumatdada bildirilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə 03.07.2023-cü il tarixdə başladığı açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Redaksiyanın araşdırma qrupa həmin vaxt açıq internet axtarış sistemlərində Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində heç bir məlumat əldə edə bilməmişdi. Yalnız Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reytestr məlumatlarından məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.

Məlumatların ən maraqlı tərəfi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığı Ağaməmmədova Xanım Şamil qızının 1951-ci il təvəllüdlü olması idi. Yəni, 72 yaşlı bir qadının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasını reallaşdıra biləcəyi bir qədər şübhəli görsənirdi. Odur ki, araşdırmalarımızı davam etdirməli olduq.

Şəkidəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə Xanım Ağaməmmədova həqiqətən də ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da pasport qeydiyyatındadır. Mənzil Şəki şəhərindəki 8 nömrəli məktəbin üst tərəfi, Şəki bazarının aşağısındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Xanım Ağaməmmədova ildə bir-iki dəfə sözügedən mənzildə olur, ya olmur. Xanım Ağaməmmədova hazırda Bakı şəhərində, 4-cü mikrorayonda yaşayır, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında yerləşən böyük bir idarənin baş mühasibidir.

Məlumatlı mənbənin sözlərinə görə əvvəllər Xanım Ağaməmmədovanın adına bir neçə MMC olub. Həmin MMC-lər vasitəsi ilə o, həm Şəki rayon İcra Hakimiyyətinin, həm də bir sıra dövlət qurumlarının həyata keçirdiyi dırnaqarası layıhələdə dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması işlərinə baxıb. Kürəkəni Rəhman Penitensiar Xidmətin 2013-cü ildə istifadəyə verdiyi Şəki Cəzaçəkmə Müəssisəsinin tikintisinə rəhbərlik edənlərdən biri olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınmasına gəlincə. Məlumatlı mənbənin bildirdiyinə görə Xanım Ağaməmmədovanın əvvəllər olduğu kimi, burada da şübhəli maliyyə əməliyyatlarının həyata keçirəcəyi istisna deyil. Belə ki, hazırda Bakı şəhərində və bölgələrdə “Kristal Abşeron” MTK tərəfindən tikilmiş və satılmayan mənzillər məhz Xanım Ağaməmmədova vasitəsi ilə əlil olmuş şəxslərə və şəhid ailələrinə satılacaq.

Qeyd edək ki, dövrü mətbuatda yayılmış məlumatlarda “Kristal Abşeron” MTK-nın əsas sahibinin Milli Məclisin deputatı Ağalar Vəliyev olduğu bildirilir. Mənbəmizin verdiyi məlumatda Xanım Ağaməmmədovanın hazırda Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən böyük bir idarənin baş mühasibi işlədiyi bildirilir. Şəfayət Mehdiyev küşəsində, “Lider”TV-nin yanında Ağalar Vəliyevə məxsus başqa bir şirkət, “Azəraqrartikinti” ASC də yerləşir. Məlumatlı mənbənin sözlərindən görsənən odur ki, 72 yaşlı Xanım Ağaməmmədova hazırda “Azəraqrartikinti” ASC -nin mühasibatlığında ya çalışır, ya da adı gedir.

Bir də görsənən odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin deputatı Ağalar Vəliyevlə birləşib şübhəli maliyyə əməliyytları üzrə ustalaşmış, ad çıxarmış bir 72 yaşlı xanımın əli ilə dövlətin əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillərin verilməsi ilə bağlı ayırdığı puldan da silmək istəyirlər.

Biz bir mətbuat orqanı olaraq Dövlət Məşğulluq Ağentliyinə 72 yaşlı Xanım Ağaməmmədovanın hazırda harda çalışdığı barədə sorğu ünvanlamağı planlaşdırırıq. Araşdırmalarımız davam edir.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda deputatı vəzifədən QOVDULAR - ƏMR


Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin deputat direktoru vəzifədən azad edilib.

DİA.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, təhsil nazirinin müavini Ovni Muradov əmr imzalayıb. Əmrə əsasən, məktəbin direktoru Esmira Həsən qızı Həsənova tutduğu vəzifədən azad edilib.

Esmira Həsənova 21 saylı Məzrə seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Qeyd edək ki, yeni tədris ilindən öncə Muxtar Respublikanın keçmiş təhsil naziri Rəhman Məmmədovun əmrinə əsasən, 10-dan çox direktor işdən azad olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qobuda BİABIRÇI DURUM: Məktəb "MAL TÖVLƏSİ"NİN YANINDA YERLƏŞİR? - Valideynlər ETİRAZ EDİR

Təhsil millətin gələcəyidir. Övladlarımızın yaxşı təhsil alması üçün də hər bir şərait yaradılmalıdır. DİA.AZ bildirir ki, bu gördüyünüz mənzərə Bakı şəhəri Qobu qəsəbəsində 3 nömrəli məktəbdəndir.

Sosial şəbəkələrdə yayılan videoda valideynlər möktəbin tövlənin yanında yerləşdiyini, pis qoxu və heyvanların səsindən isə narahat olduqlarını deyirlər. Onlar əlavə edir ki, iri buzlu heyvanlar dərsə gedən uşaqlar üçün təhlükə yaradır. Həmin görüntüləri təqdim edirik.

Daha ətraflı aşağıdakı videoda:

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu `Zirvə`də dövlətin qanunları işləmir... - "FƏTH ELƏMƏK" lazımdır?

Haqqında bəhs edəcəyimiz "Zirvə" liseyi haqqında qısa məlumat verək. Liseyin https://zirveliseyi.edu.az saytında yazılanlardan bəlli olur ki, "Zirvə" liseyi yüksək səviyyədə tam orta təhsil verən tədris müəssisəsidir.
Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya və informatika laboratoriyaları mövcuddur. Tədris prosesində smartboardlardan ( elektron lövhə ) istifadə edilir. İbtidai siniflərdə ingilis dili dərslərinə xüsusi diqqət yetirilir, futbol, basketbol, şahmat, rəqs, rəsm, musiqi və.s sahələrə üstünlük verilir. "Zirvə" liseyində oxuyan 10-11-ci sinif şagirdləri təmayül siniflərdə xüsusi dərs proqramı ilə ali təhsil müəssisələrinə hazırlaşırlar. Şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün liseydə hər ay buraxılış və blok fənləri üzrə sınaq imtahanları keçirilir. Liseyin üstün cəhətlərindən biri də "Elektron Məktəb Sistemi”nin (EMS) mövcud olmasıdır. Elektron Məktəb Sistemi valideynlərin birbaşa onlayn olaraq hər bir fənn üzrə övladlarının qiymətləri haqqında məlumat əldə etməsinə imkan verir. Şagirdlərin liseyə gəlməsi üçün xüsusi servis maşınları ayrılmışdır. Liseydə yüksək səviyyədə yeməkxana mövcuddur və şagirdlər keyfiyyətli nahar yeməyi ilə təmin olunurlar.
Bura qədər yazdıqlarımız "Zirvə" liseyinin saytında dərc edilən tərifli sözlərdir. Bəs əslində liseydə vəziyyət necədir..? Liseyin saytında yazılanlardan o da bəlli olur ki, "Zirvə" liseyinin direktoru Xəzər Babayev, müavinləri Ramin Quliyev, İlahə Hacıyeva, Sosial fəaliyyət işləri üzrə Koordinatoru isə Samir Ağayevdir.
Deməli, liseyin saytında müxtəlif bölmələr var və orada müəyyən məlumatlar dərc olunub. Amma saytın “ Təhsil haqqı və güzəştlər” bölməsində nəinki bir cümlə, heç bir söz də yoxdur. Liseyin rəhbərliyindən soruşmaq lazımdır ki, bütün bölmələrdə liseyi tərifləyib göylərə qaldırırsınız, “ Zirvə Liseyi ilə Zirvələrə Doğru !” yazırsınız, bircə cümlə də təhsil haqqı, kimlərəsə tətbiq olunan güzəştlər barədə yazsaydınız nə olardı…? Yəni hamı bilərdi ki, liseydə təhsil haqqı nə qədərdir..? Kimlərə güzəşt tətbiq olunur və s..?
Deməli, şagirdlərin təhsil haqqı üçün köçürdüyü pullar gizli saxlanılır və nəticədə vergidən külli miqdarda yayınma olur və s. Bunun başqa nə səbəbi ola bilər ki..?
Redaksiyamıza daxil olan məlumata görə, "Zirvə" liseyində oxuyan şagirdlərin ödəniş haqqı 6-8 min manat arasındadır.
Təsəvvür edirsiniz, liseydə 1000 şagird oxusa, bu haradasa 6-8 MİLYON manat təhsil haqqı edir. Görəsən bu qədər puldan "Zirvə" liseyinin direktoru Xəzər Babayev dövlətə nə qədər vergi ödəyir..? Daha doğrusu, vergidən nə qədər yayınır..?
Onu da qeyd edək k, liseydə oxuyan şagirdlər əlavə olaraq hazırlıq kurslarına, yəni müəllim-repetitor yanına getməli olurlar. Məlumat üçün qeyd edək ki, Xırdalanda AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi 2015 – 2016-ci tədris ilindən başlayaraq texniki, humanitar və idman təmayüllü olmaqla üç profil üzrə fəaliyyət göstərir. Valideynlərin mediaya ünvanlanan şikayətlərindən bəlli olur ki, pandemiya dövründə məktəblər bağlı olsa da, yəni online formada keçirilsə də Zirvə liseyində təhsil haqqı dəyişməyib. Valideynlər deyir ki, axı təhsil haqqına şagirdlərin yeməyi, nəqliyyat servis xidməti və s xərclər daxil olur. Əgər şagird liseyə getmirsə, necə təhsil haqqı dəyişməyə bilər..? Bu hələ harasıdr..? Hansısa valideyn liseyin fəaliyyətindən narazı olub övladını başqa məktəbə köçürmək istəyəndə şagirdin sənədləri GİROV kimi saxlanılır və verilmir… Təsəvvür edirsinizmi bu cinayət əməlidir… Yeri gəlmişkən, liseydə baş verən qanunsuz əməllərdə, neqativ hallarda Samir adlı şəxsin adı daha çox hallanır. Yaxşı olar ki, Elm və Təhsil Nazirliyi, Vergi Dövlət Xidməti və digər qurumlar "Zirvə" liseyində baş verənlərə aydınlıq gətirsinlər.
Növbəti yazımızda "Zirvə" liseyinin 2015-2023-cü illərdə vergidən nə qədər yayınması və hər il "Zirvə" liseyinə qəbulların sayı haqqında məlumat verəcəyik. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ŞOK İDDİA: Yusif Qədimbəylinin qardaşı oğlu məmurları BU YOLLA... - "Başıma tapança dirədilər..."


Azinforum.az xəbər verir ki, “Tik-Tok” şəbəkəsində böyük izləyici səhifəsi olan, “Fidan 009” adlı profilin sahibi, Fidan adı ilə tanınan bloger sensasion paylaşım edib. O, paylaşdığı videoda və çıxış etdiyi canlı yayımda bildirib ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin İlham adlı oğlu onu bir neçə nəfər dostu ilə əlini, ağzını bağlayaraq döyüb və sonra başına silah dirəyərək nələrisə dedizdirib, ardınca videoya çəkiblər.

Blogger xanımın çıxışından belə aydın olur ki, ona işgəncə verən İlham Qədimbəyli Bakıdakı məşhur “Sapfir” şadlıq sarayının sahibidir. Sözügedən şəxs “Tik-Tok”da “Theone..550” profili ilə tanınıb və xanımlara bahalı hədiyyələr göndərib. Həmin şəxs zamanında döyüldüyünü iddia edən Fidanın özünə də bahalı hədiyyələr “atıb”. Onların arasında hətta yaxın sevgi münasibətin olduğu da bildirilir.

Xanım blogger öz çıxışında bütün cəmiyyətdən, hüqu-mühafizə orqanlarından və jurnalistlərdən dəstək istəyib. Eyni zamanda bildirib ki, ona işgəncə verən İlham Qədimbəyli ölkədən qaçıb. Təəssüflər olsun ki, bu məsələni dəqiqləşdirmək üçün İlham Qədimbəyli ilə əlaqə yarada bilmədik. Azinforum.az olaraq, onun da mövqeyinə yer verməyə hazırıq. Xanım bloggerin sensasion çıxışının videosunu təqdim edirik:


Videoda adı çəkilən iş adamı İlham Qədimbəyli mediaya bildirib ki, deyilənlər tamamı ilə cəfəngiyat və şər-böhtandır. Fidan adlı şəxslə “TikTok” vasitəsi ilə tanış olub. Onlar sözü gedən platformada oyunlar oynayıblar: “Mən hər zaman ona hədiyyələr atmışam. Arada münasibətimiz yaranıb. O mənim kimliyimi və iş adamı olduğumu bildikdən sonra məni şantaj etməyə başladı. Məndən muxtəlif vaxtlarda pul istədi. Mən bir dəfə ona 200 manat göndərəndə, o, “bu nə puldur göndərmisən? Mən sənin üçün dilənçi deyiləm.” kimi cavab verdi. Sonra yenə müxtəlif vaxtlarda mənə yazmağa başladı. Əsl adının Çinarə Quliyeva olduğunu bildim. O, məndən davamlı ona hədiyyə atmağı və ya pul göndərməyi tələb etdi. Onunla razılaşmadıqda isə məni canlı yayında təhqir edəcəyi ilə hədələyirdi. Bu gün də görürsüz ki, canlı yayımlar açaraq məni və yaxınlarmı təhqirlər edir. Təxminən 3 ay bundan əvvəl rəsmi şəkildə polisə şikayət ərizəsi vermişəm. Hal-hazırda həmin şikayətlə bağlı araşdırma davam edir. Bu gün yayılan video ilə bağlı isə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyə hazırlaşıram. Vəkilimə bununla bağlı lazımi tapşırıqlar vermişəm.

“”TikTok” adı Fidan, rəsmi adı isə Çinarə Quliyeva olan xanım bildirdi ki, onda mənim şəkillərim var, istədiyi pulu verməsəm, mənim şəkillərimi paylaşacaq. Mən ailədə elə tərbiyə görməmişəm ki, kimliyindən asılı olmayaraq hansısa xanıma əl qaldırım, silah çəkim. İndi hansı zamanda yaşayırıq ki, kimsə üzərində silah gəzdirsin və bunu da gecə-gündüz vətən keşiyini qoruyan polislərimiz bilməsin və yaxud da görməsin. Bir daha deyirəm, deyilənlər mənə qarşı şər və böhtandır. Bu mənim və mənim tanınmış iş adamı olan qohumlarıma qarşı təxribatdır. İnanıram vicdanlı media nümayəndələri də buna imkan verməyəcək. Bütün bu olanları araşdırıb, cəmiyyətmizə sağlam xəbəri çatdıracaqlar. Vicdanlı jurnalistlər araşdırma aparsalar bir çox qaranlıq məqamlar üzə çıxacaq və məlum olacaq ki, bu şəxs təkcə mənə qarşı deyil, məndən başqa şəxslərə qarşı da dəfələrlə bu cür şər-böhtan, şantaj kampaniyalarından istifadə edib.”
Azinforum.az

Video burada: Baxmaq üçün bura tıklayın...My Webpage

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO