[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah bu ərazilərdə qaz olmayacaq

“Xırdalan” QPS-də “BMSK(Xırdalan QRS)” ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan 17.10.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu haqda “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yardımlı Əsgərovlara peşkəş edilib? - İTTİHAM VAR...

"İnanırıq ki Yardımlı rayon İcra Hakimiyytindədə əməliyat keçiriləcək bu qədər saxta tender yeyitisinin qarşısı alınacaq". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.
Müraciəti (redaktə etmədən) olduğu kimi diqqətinizə çatdırırıq: "Yardımlı rayonunda Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyinin Antiihisar və İstehlak Bazarına Nəzarət Xidmətinin Lənkaran Regional idarəsinin əməkdaları ilə Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı,Yardımlı rayon İcra Hakimiyyti Başçısının sabiq müavini Mahir Mirzəyev, Yardımlı rayon İcra Hakimiyyti Başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Baş məsləhətçisi Əhəd İsrafil oğlu Bağırov, Yardımlı rayon İcra Hakimiyyti Başçısının Memarlıq və tikinti Şöbə müdiri – baş memar Sərvər Alıhüseyn oğlu Mirzəyev, Aparıcı məsləhətçi (mühəndis) Qabil Təzəxan oğlu Hadiyevlə birləşərək Yardımlı rayonunda elan olunmuş 2023-cü il üzrə tenderi menimsəyiblər saxda yolarla isdediyləri müəsissələri qalib seçiblər və pular müəsissə tərəfindən nağdlaşdırılıb menimsenilib.Yardımlı Rayon İcra Hakimiyyəti “Yardımlı rayonunda abadlıq işlərinin” satınalınması "PRO TƏMİR TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti 59.619,85 AZN, Yardımlı Rayon İcra Hakimiyyəti Yardımlı şəhərinin qərq hissəsində yerləşən bir sıra küçələrdə yolların əsaslı təmiri işlərinin satınalınması "PRO TƏMİR TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti 754.448,00 AZN, YARDIMLI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ YARDIMLI ŞƏHƏR ƏRAZİ NÜMAYƏNDƏLİYİ “Müxtəlif abadlıq-bərpa işlərinin satın alınması “Kaspian Standart” Məhdud Məsuliyyətli Cəmiyyəti “ 222.114,21 AZN YARDIMLI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ YARDIMLI ŞƏHƏR ƏRAZİ NÜMAYƏNDƏLİYİ “Müxtəlif ünvanlar üzrə bir sıra yaşayış binalarında aparılacaq işlərin satın alınması “Kaspian Standart” Məhdud Məsuliyyətli Cəmiyyəti 63.843,9 AZN. 754.448,00 AZN tenderi yeniden elana çıxardlıb və burdada özdərinə yaxın olan müəsissəni qalib seçmek üçün yəni % də razılaşıan müəsissəni seçeceklər ki vəsaiti menimsenilmesi asan olsun.Bu qanunzuluqlar azmış kimi Yardımlı rayon İcra Hakimiyyti Başçısı və Yardımlı rayon İcra Hakimiyyti Başçısının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Vəli oğlu Səfərov yol süpürmək üçün işə düzəlmək isdəyən fəhlədən 5000 min manat vəsait alıb bu nece olur fəhlə onsuzda fəhlədirdə ayı 200 manat əmək haqqı üçün 5000 verməlidir.Məşğuluq agentidiy bir acıqlama versin fəhlə düzəlmək üçün 5000 min manat niyə Yardımlı rayon İcra Hakimiyyətinə pul verilməldir? İqtisadiyat Nazirliyinin Antiihisar və İstehlak Bazarına Nəzarət Xidmətinin Lənkaran Regional idarəsinin əməkdaları cənub bölgəsi üzrə keçirilən tenderlərin saxtalaşdırlması barədə bir tədbir görməsni xahiş edirik.İnanırıq ki Yardımlı raynuda bu sadalanan qanunsuzluğların korrupsiya əmələrinin qarşısı tez bir zamanda alınacaqdır".

Qeyd edek ki Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Əsgərov Ayaz Nəriman oğlu keşmiş Nəqliyyat Nazirliyinin müavini Arif Nəriman oğlu Əsgərovun qardaşıdır.(DİA.AZ)

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Şahdağ” haqda ŞOK: 1.2 milyon vergidən yayınma, qanunsuz elektrik istehsalı - RƏSMİ İTTİHAM


Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ Turizm Mərkəzi” QSC 1,2 mln. manat məbləğində əmlak vergisi ilə bağlı ödəməni dövlət büdcəsindən yayındırıb.

DİA.AZ xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən Cəmiyyətdə aparılan audit yoxlaması zamanı üzə çıxıb.

Belə ki, 2022-ci ildə faktiki hesablanmış əmlak vergisinin hesablanmalı əmlak vergisinə nisbətən azaldıldığı müəyyən edilib. “Şahdağ Turizm Mərkəzi”nin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyərinə əsasən 2022-ci il üzrə hesablanmalı əmlak vergisinin məbləğinin 2,6 mln. manat olduğunu nəzərə alaraq müvafiq dövr üçün vergi orqanına təqdim edilmiş Əmlak vergisinin bəyannaməsində əmlak vergisinin məbləği 1,4 mln. manat əks etdirildiyindən, dövlət büdcəsinə hesablanmalı 1,2 mln. manat məbləğində əmlak vergisi azaldılıb.

Bundan əlavə, Cəmiyyətin işçilərinin sayı və balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri göstəricilərinə əsasən Vergi Məcəlləsinin tələblərinə uyğun Cəmiyyətin mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınması təmin edilməyib, Bakı şəhəri üzrə DVX-nin Milli Gəlirlər Baş İdarəsində deyil, Qusar rayonu üzrə 3 saylı Ərazi Vergilər İdarəsində uçota alınıb.

Audit zamanı müəyyən edilib, Mərkəz həmçinin, qanunsuz elektrik enerjisi istehsal edib. Belə ki, Cəmiyyətin tərkibində Qusar-Ləzə yolunun 29-cu kmdə yerləşən Birləşmiş İstilik Elektrik Stansiyası fəaliyyət göstərir. Stansiyada “Azəriqaz” İstehsalat Birliyindən alınmış təbii qazdan istifadə edilməklə ümumi elektrik enerji gücü 10,5 mvt olan elektrik enerjisi istehsal edilib, amma müvafiq icazə Energetika Nazirliyindən alınmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Füzulidə 240 yerlik uşaq bağçasının təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlini qoyub.

Dövlətimizin başçısına uşaq bağçası barədə məlumat verildi.

Bildirildi ki, uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.

Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.

Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxdı.

Sonra dövlətimizin başçısı uşaq bağçasının təməlini qoydu.

Qeyd edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır.
Füzulidə 240 yerlik uşaq bağçasının təməli qoyuldu
Füzulidə 240 yerlik uşaq bağçasının təməli qoyuldu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Avtomobillərə dövlət qeydiyyat nişanının verilməsi prosesi şəffaf olmalıdır" - Elçin Sadıqov DİN-ə şikayət etdi


Xəbər verdiyimiz kimi, tanınmış vəkil Elçin Sadıqov vətəndaşın əlavə ödənişlər olmadan avtomobilinə dövlət qeydiyyat nişanı almaq istəyi ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib.

Pravda.az-a açıqlamasında deyib ki, onun şikayəti ilə bağlı DİN-dən hələ də bir cavab yoxdur.

E.Sadıqov dövlət qeydiyyat nişanlarının verilməsi ilə bağlı onlayn sistemə keçilməsi təklifini belə dəyərləndirib: “Hər şey şəffaf olmalıdır. Dövlət qeydiyyat nişanları barədə insanlar əvvəlcədən məlumatlı olmalıdırlar və nişanı almaq imkanları olmalıdır ki, bu sahədə korrupsiyaya xitam verilsin. Təklifə müsbət yanaşıram”.

​Pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıdakı 2 saylı uşaq klinik xəstəxanasında nələr baş verir - Burda özəl qanunlar var - VİDEO

“Uşaqlar bizim gələcəyimizdir, uşaqlar bizim həyatımızdır. Hamımız uşaqları sevirik və istəyirik ki, Azərbaycan vətəndaşları uşaqlıq illərindən sağlam olsunlar”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2010-cu ildə paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən Əbülfəz Qarayev adına 2 saylı uşaq klinik xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak edən vaxt çıxışında söyləmişdi.
Görünən odur ki, maddi-texniki bazası yenilənən, dünyanın ən inkişaf etmiş ölkələrində tətbiq edilən və mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verən müasir tibbi avadanlıqların quraşdırıldığı, həkimlər, tibb bacıları və digər tibbi heyətin səmərəli fəaliyyəti, eləcə də uşaq otaqlarında uşaqların əylənmələri üçün hər cür şərait yaradılan bu xəstəxananın rəhbərliyi müəssisəyə və kollektivə dövlət səviyyəsində göstərilən bunca diqqət və sayğıya layiq deyildir.
Bu ilin may ayında Fərid Hüseynov adlı vətəndaşın mətbuatda belə bir şikayəti yayılmışdı: “Gecə saatlarında 4 yaşlı oğlu Cəlal Hüseynovu nəfəs çatışmamazlığı diaqnozu ilə, ağır vəziyyətdə təcili yardım avtomobilinin köməkliyi ilə 2 saylı uşaq klinik xəstəxanasına çatdırıblar. Xəstəxananın qəbul otağında övladımın ağır vəziyyətdə olduğunu görən personal övladımı sənədləşdirib qəbul etdi. Lakin baş həkimin səlahiyyət verdiyi pediatr Günay Cavadova övladımın şəxsiyətini təsdiq edən sənədın olmamasını əsas göstərərək, onu qəbul etməkdən imtina etdi. Mən bildirəndə ki, “şəxsiyyət vəsiqəsinin əslinin şəkili mobil telefonumdadır, gedib əslini gətirib dərhal sizə çatdıracam”, Günay Cavadova övladıma ilkin tibbi yardım göstərilməsinə qəti şəkildə etiraz edərək, uşaqa qoşulan inqalyasiya aparatının qoşülmamasına göstəriş verdi”.
Qəribədir ki, professor Azər Xudiyev hətta doğulan kimi xəstəxananın qapısı ağzına atılan körpələrə göstərdikləri diqqətdən dəm vurduğu halda, niyə onun rəhbərlik etdiyi müəssisənin həkimi 4 yaşlı uşağın həyatını xilas etməyi aradan qaldırılması mümkün bürokratik əngələ satır? Həkim üçün xəstənin həyatını qurtarmaq daha vacibdir, yoxsa, kağız parçası?
Ümumiyyətlə, internet resurslarında sözügedən uşaq xəstəxanasında baş alıb gedən qanunsuzluqlar barədə yetərincə informasiyaya rast gəlmək olar. Media müstəvisinə gedib çıxan narazılıqların, şikayətlərin sayı get-gedə artmaqdadır. Bu günlərdə redaksiyamıza Qasımova Ülviyyə Vaqif qızının müraciəti daxil olub. Şikayətçi bildirir ki, onun dializ xəstəsi olan uşağının yatdığı palatanın ayaqyolunun qapısını “işləmir” adı ilə hər gün saat 15-dən sonra skoçla bağlayırlar. Uşağın palata qonşusu olan qadın xəstəxanadan çıxandan sonra belə qərar verilib. Vətəndaş haqlı olaraq belə bir sual verir ki, onun uşağının başqa xəstələrdən nəyi əskikdir, niyə onun övladı təbii ehtiyacını ödəmək üçün başqa palataya getməlidir?
Sonda 2 saylı uşaq klinik xəstəxanasından yazılmış tənqidi məqalələrin sərlövhəsinə çıxarılmış valideyn fəryadlarına nəzər yetirək: “Müalicəsi üçün pul yığılan Aytac dünyasını dəyişdi: Həkimlər qızımı bu hala saldı”; “Qızım həkim səhlənkarlığının qurbanı olub”; “Qarayev xəstəxanasında VİCDANSIZLIQ”; "Həkim sistemi taxıb çay içməyə getdi, nəvəm keçindi...”; "Uşaqlar əlimizdə göyərir, mən şokdayam, hamı pul davasındadı".
İbrahim Hümbətov //azerinfo.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şirvan şəhər mərkəzi küçələri xəstəlik mənbəyinə çevrilib - VİDEO+FOTOLAR


"Şirvan şəhər mərkəzində yerləşən bazarın ətrafı elə bil ki, Somalidi" - bu sözləri "Azərbaycan Reallığı"na sözü gedən ərazidən videoşikayət göndərən sakinlər bildirir."

Bazarda işləyən, xüsusən də ət məhsullarını satan şəxslər tullantıları ayrılan zibil qablarına atsalarda ərazidə olan zibil qabları boşaldılmır, zibil qabları aşıb-daşır.

Bu da antisanitariya vəziyyəti yaradır, üfünət iyindən dayanmaq olmur, xəstəlik mənbəyidir. Dəfələrlə adiyyəti qurumlara şikayət olunsa da baxan yoxdur.

Şirvan Şəhər İcra Hakimiyyəti yalnız şəhərin göz görünən yerlərində yerləşən mərkəz küçələrdə təmizlik işi görür amma şəhərin mərkəzidə çox yerlər bu haldadır iy-qoxudan şəhərdə gəzmək belə olmur "deyə bildiriblər.

"Azərbaycan Reallığı"

Şirvan şəhər mərkəzi küçələri xəstəlik mənbəyinə çevrilib - VİDEO+FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rektor Yusif Yusibov GDU-nu “biznes mərkəzi”nə çevirib? - ŞOK FAKTLAR

Məlumdur ki, hər bir ölkənin təhsil sahəsinin inkişaf etdirilməsi həmin ölkənin inkişaf konsepsiyasının tərkib hissəsidir. Belə bir səbəbdən də, Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişaf etdirilməsi yöndə oynadığı rol onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir.

Yada salaq ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu elan etdikdən sonra, xalqımızın, dövlətimizin qarşısına yeni dövrün tələblərinə uyğun yeni vəzifələr qoyuldu. Bunlardan biri də ölkəmizin təhsil sahəsində müəyyən islahat proqramlarının həyata keçirilməsi idi.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev də müstəqillik illərində ölkəmizdə elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış və bu sahənin problemlərinə kompleks şəkildə yanaşmışdır.

Yəni, Ulu Öndər ölkəmizin təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının Azərbaycanda həyata keçirilməsi üçün ciddi addımlarını atmış və bir neçə fərman və sərəncamlar da imzalamışdır.

Bütün bunlara baxmayaraq, son illər bəzi təhsil müəssislərində, ələlxüsus Gəncə Dövlət Universitetində olmazın hoqqalar yaşanmaqda, bir sözlə bu ali təhsil müəssisəsində əsl dərəbəylik hökm sürməkdə davam edir.

Məsələn, bu günlərdə saytımzın redaksiyasına Gəncə Dövlət Universitetinin sabiq əməkdaşı Cahan Ağamirov adlı şəxs tərəfindən yazılı müraciət daxil olub və bu şəxs rektor Yusif Yusibovun rəhbərlik etdiyi təhsil ocağında baş verənləri əsl biabırçılıq adlandırır.

Yəni, Cahan Ağamirov qeyd edir ki, “Hal-hazırda Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlar, olmazın həngamələr, bənzəri olmayan biabırçılıqlar və s. heç bir halda “sərhəd tanımır”.

Çünki, rektor Yusif Yusibov “Burda mənəm, Bağdadda kor xəlifə” deyib, bu gün də idarəçiliyi öz düşüncə tərzinə uyğun həyata keçirməkdə davam edir. Məsələn, Universitetdə elmi işlər üzrə prorektor vəzifəsini daşıyan Pərvin Kərimzadə Milli Məclisin deputatıdır və bu şəxs deputat olduğundan, onun ikinci vəzifəni daşıması qanunla qadağandır.

Buna baxmayaraq, Pərvin Kərimzadəyə Universitetdə dərs saatları da verilib. Nəzərə alaq ki, Gəncə şəhəri ilə Bakı şəhəri arasında olan məsafə təqribən 370 km-dir. Deməli, Pərvin Kərimzadə dərs saatları olduğu günlərdə 760 km yol məsafə qət edir ki, o, ona verilmiş dərsi tələbələrə tədris edə bilsin.Belə bir halın varlığı heç də inandırıcı deyil.

Bundan əlavə, Universitetdə təhsil üzrə prorektor vəzifəsində çalışan Şahin Xurşudovun, təhsil sahəsi üzrə analoqu olmayan həddə “söz sahibi” olması hər kəsə bəlli olan həqiqətlərdir. Şahin Xurşudov mənim kimi təcrübəli, savadlı, dərs vəsaiti ali təhsil müəssisələrində tədris olunan bir şəxsi, xeyli vaxtdır ki, xarici dillər kafedrasından uzaqlaşdırıb.

O, bunun əvəzində, hansı ki, müəllim işləyənlər üçün keçirilən müsabiqə imtahanlarından kəsilən 4 nəfər şəxsi işə qəbul edib. Bu da onu göstərir ki, Şahin Xurşudov qurd yağı yediyindən o, “aslan ürəkli” bir şəxsə çevrilib. Bunun başqa izahı ola bilməz.

Universitetdə tərbiyə işləri üzrə prorektor 80 yaşlı Gülsüm xanım Quliyevadır və bu xanım işə çəkələkdə gəlir. O halda sual oluna bilər ki, görəsən Gülüsüm xanım tərbiyə işləri üzrə prorektor olaraq, Universitetin ayrı-ayrı korpuslarında, ələlxüsus 5-ci korpusda təlim-tərbiyə işlərini necə həyata keçirir?

Təsərrüfat məsələləri üzrə prorektor vəzifəsini daşıyan Fəxrəddin Həsənovun rektor Yusif Yusibovla ələlə verərək, təmir-bərpa işləri adı altında külli miqdarda vəsaitləri mənimsəməsi isə, bu gün də ölkə gündəmini zəbt edən əsas mövzulardan biri hesab olunur. Qiyabi şöbənin dekanı İlqar Kubışev əvvəllər Rektorun köməkçisi idi.

Faktdır ki, bu şöbədə təhsil alan tələbələrin 50 faizi dərsə gəlmirlər və qiyabi şöbədə hər imtahanın öz haqq-hesabı var. Xarici dillər fakültəsinin dekanı Rektor tərəfindən 3-cü dəfə dekan təyin olunub. Təhsil haqqında Qanuna görə, bir şəxs iki dəfədən artıq dekan ola bilməz.

Qanunun belə bir tələbinə baxmayaraq, rektor Yusif Yusibov çox zaman həmin şəxsə “Nə qədər ki, mən vəzifədəyəm, sən də dekan olacaqsan” deməyi də unutmur.

Universitetin rəsmxət kafedrasının müdiri Mərdan Məmmədov nə az, nə də çox, düz 30 ildir ki, bugünkü vəzifəsini daşımaqdadır. Hal-hazırda Rektor o qədər əndazəni aşıb ki, o, ştat cədvəlindən artıq 150 nəfər şəxsi ayrı-ayrı kafedralarda laborant ştatına işə götürüb.

Buna misal olaraq onu deyə bilərəm ki, Universitetin hərbi kafedrasında 16 nəfər müəllim olduğu halda, hal-hazırda həmin kafedrada 26 nəfər laborant da işləyir və laborantlardan çoxu işə gəlmirlər.

O halda sual oluna bilər ki, görəsən rektor Yusif Yusibov kimə, hansı vəzifə sahibinə, hansı şəxsə arxayın olur ki, o, belə bir qanunsuzluqlara qol qoymağı bacarır? Yayılan məlumatlara görə, Maliyyə Nazirliyinin aparat rəhbəri vəzifəsini daşıyan Cavanşir Yusibov, rektor Yusif Yusibovun doğma qardaşıdır.

Bu şəxsin Yusif Yusibova əsas arxa-dayaq olduğu bildirilir. Amma, bu şəxslər hələ də onu dərk etmirlər ki, dövlətimiz milyarder Ruben Vardanyanı həbs edib Bakıya gətirə bildisə, deməli Yusibovlar şəbəkəsinin də öhdəsindən gəlməyi bacaracaq. Başqa cür də ola bilməz”.

Gəncə Dövlət Universitetinin sabiq əməkdaşı Cahan Ağamirovun redaksiyamıza ünvanladığı müraciətində qeyd olunanları oxuduqca şoka deyil, sanki “şökə” düşməli olduq.

Yəni, yazılanları oxuduqca bizdə belə bir qənaət formalaşdı ki, deməli rektor Yusif Yusibov rəhbərlik etdiyi bu ali təhsil müəssisəsini həm özünün, həm də yaxın çevrəsində olanların biznes mərkəzinə çevirib. Əgər bu belə olmasaydı, o halda Universitetin rəhbərliyi Cahan Ağamirovun ittihamlarına, yazılı müraciətində qeyd etdiklərinə və s. hansısa formada aydınlıq gətirərdi.

Deməli, bu gün də Gəncə Dövlət Universitetində hər cür qanunsuzluqlar, olmazın həngamələr baş verir ki, rəhbərlik baş verənlərin qarşılığında susmalı olur.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya yenidən qayıdacağıq. (Gundemxeber.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Teatrın əşyaları direktorun bağ evində ... - bura da talan edilir?

Teatrın əşyaları direktorun bağ evində ... - Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının inventarları yanğın hadisəsi zamanı məhv olub.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə yanğın hadisəsi teatrın direktoru İftixar Piriyevin bağ evində baş verib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isə yanğın hadisəsinin nədən qaynaqlandığı barədə akt tərtib etmədiyi iddia edilir.

İlginc məqamlardan biri İrəvan Dövlət Azərbaycan Dram Teatrına məxsus inventarların teatrın direktorunun bağ evində saxlanmasıdır.

Dövlət başçısının sərəncami ilə təmirinə milyonlarla vəsait xərclənmiş İrəvan Dövlət Azərbaycan Dram Teatrının böyük bazası olduğu halda inventarların nə üçün direktorun bağ evinə aparılması və sonradan yanması bir sıra suallar yaradır.

Qlobal.az yanğın hadisəsi ilə bağlı Mədəniyyət nazirliyi və Fövqaladə Hallar Nazirliyindən mövqe öyrənməyə çalışıb.

Hər iki nazirlik məsələ ilə bağlı açıqlama vermədi.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı da hadisə barədə mövqe bildirməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
QHT Agentliyinin ofisində kofe satışı və kofe falına baxmaq xidmətləri reklam edilir... FOTOFAKT

Əziz dostlar, həmkarlar!

Dünən Azərbaycan Prezident xalqımıza elə gözəl tarixi anlar yaşatdı ki, hələ də onun təsiri altındayıq.

Prezident İlham Əliyev başda olmaqla bütün Ordumuza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfalar diləyirik.
Qazanılmış uğurlar, ayrı-ayrı sahələrdə görülən müsbət işlər QHT Agentliyində baş verən neqativ halları bizlərə unutdurmamalıdır.

Başqa sahələrə baxıb oradakı idarəetməyə, həyata keçirilən işlərə baxıb yaxşı mənada paxıllıq hissi keçirirəm. Təəssüf olsun ki, QHT Agentliyi ilə bağlı aylardı ortaya qoyulan dəqiq faktlar əksinə kimlərisə qıcıqlandırır və səhv olduğunu bilə-bilə yola davam edirlər.

Amma bunun sonu yoxdur, gec-tez ölkə başçısı bu özbaşınalıqlardan xəbərdar olacaq.

Müşahidələrimiz onu göstərir ki, QHT Agentliyi bir zamanlar Ziya Məmmədovun rəhbərlik etdiyi dövrdə Nəqliyyat Nazirliyindən sonra ən çox tənqid olunan qurumdur. Qoçu dəstələrinə dur deyən yox idi, amma sonunda durdurdular.

Bu gedişlə QHT Agentliyi Ginnesin rekordlar kitabına bu meyara görə düşəcək.

Bir neçə gün öncə Agentlikdən nəzarətsizliyin nəticəsində yaranmış özbaşınalığın bir nümunəsini göstərdik. Suşi, üz kremləri və s. reklamları.
Həmin əməkdaş yenə öz sahibkarlıq fəaliyyətini davam etdirir.

Bu gün isə digər xanım əməkdaşın kofe satışı və kofe falına baxmaq xidməti ilə tanış edirik.

Diqqətlə izləsəniz fotolardan QHT Agentliyinin Çinar Plazadakı və hazırda yerləşdiyi ofisin balkonunda çəkilmiş fotolara rast gələ bilərsiniz. Skrinləri sizə təqdim edirəm. Çox dərinə gedib bu məsələ ilə bağlı bütün detalları açmaq istəmirik, aidiyyəti qurumlar istənilən vaxt araşdıra bilər.

Kim nə istəyir satsın, reklam eləsin, fala baxdırsın. Bu öz işləridir. Bu onların yeni idarəetmə formasıdır.

Belə qəbul olunur, rəhbərlik bu idarəetmədən razıdır.

Sadəcə istəyimiz budur ki, bu sektoru zəlil gününə qoymayın. İnsanların əməyinə hörmət qoyun. Bəyənmədiyiniz bu sektorda kifayət qədər özünə hörmət edən insan var.

Samir Adigozelli
Teref.az
QHT Agentliyinin ofisində kofe satışı və kofe falına baxmaq xidmətləri reklam edilir... FOTOFAKT
QHT Agentliyinin ofisində kofe satışı və kofe falına baxmaq xidmətləri reklam edilir... FOTOFAKT
QHT Agentliyinin ofisində kofe satışı və kofe falına baxmaq xidmətləri reklam edilir... FOTOFAKT
QHT Agentliyinin ofisində kofe satışı və kofe falına baxmaq xidmətləri reklam edilir... FOTOFAKT




XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO