[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının göbəyində YAŞIL SOYQIRIMI - BU NƏDİ BELƏ?


Bu ilin yayənda paytaxtın Xətai rayonu, NZS qəsəbəsində, “Azpetrol”un yanacaqdoldurma məntəqəsi ilə üzbəüz nahiyədə Nefbazanın üzbəüz hissəsində məişət tullantılarının atılmış olduğu ərazidə dəhşətli yanğın baş vermiş, benzindaşıyan maşınların biri partlamışdı.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğının baş verdiyi əraziyə cəlb olundular və yanğının yaxınlıqda yerləşən neft çənlərinin hamısını partlatmasına və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan vermədilər.
Sözügedən ərazidən qaz boruları, elektrik xətləri keçir. Yaxınlıqda qanunsuz tikilmiş yaşayış evləri yerləşir. İllərdir, o evlərin plana düşüb söküləcəyini deyirlsə də, əksinə, qanunsuz tikililər günü-gündən artmaqda davam edir. Bu cür bir ərazi yanğından yüksək səviyyədə qorunmalıdır. Hadisə nəticəsində eləcə də ətrafdakı ağaclara xeyli ziyan dəymişdi. Bildirilirdi ki, yanğın zamanı hadisəni lentə alan qəsəbə sakinlərinə polis və SOCAR-ın əməkdaşları çəkiliş etməyə icazə verməyib. Çəkilən videogörüntüləri isə silmək üçün göstəriş verilib.
Xətai Rayon İcra Hakimiyyətinə, əraziyə nəzarət edən ARDNŞ Neft Kəmərləri İdarəsinə, DİN Neft Emalı Obyektlərinin Mühafizə İdarəsinə bu kimi hadisələrin baş verməməsi üçün mühafizə işini gücləndirmək, bu müstəvidə yer alan nöqsanları qısa müddət ərzində aradan qaldırmaq tapşırığı verilsə də, təəssüflər olsun ki, ərazidə potensial təhlükə mənbəyi olan obyektlərin qanunsuz tikintisinin artması tendensiyası səngiməyib. Adları çəkilən qurumların əməkdaşları nəyinsə müqabilində belə tikintilərə göz yumurlar.
Sakinlərin mətbuatda ictimailəşmiş sözlərinə görə, hələ 30-40 il əvvəl orda bağ, meyvə ağacları salıb, əkib-becərirmişlər. Təəssüf ki, indi ortaya çıxmış bir neçə işbaz həmin ağacları məhv edib, ərazini böyük taxtadan hasarla əhatələyiblər. İçində təxminən 100 kv/m sahəyə malik kafe tikiblər. Kafenin sahibi olduğu deyilən İlham adlı şəxs isə məhrəm məclislərdə deyir ki, obyektin tikintisinə icazə almaq üçün 6000 (altı min) manat rüşvət verib. Sakinlər həmçinin xatırlayıblar ki, 2 il bundan əvvəl burada fəaliyyət göstərmiş başqa kafenin həndəvərində neft kəmərini deşib kanistlərlə benzin satırmışlar. İki il əvvəl üstü açılıb, cinayət işi başlanılıb, bəzi şəxslər istintaqa cəlb olunmuşdular.
İnternet resurslarında hasara alınmış həmin ərazidə tikintisi aparılan obyektin görüntüləri də durur. Məlum olub ki, tikinti işləri ağacların qırılması ilə müşayiət olunub. Hasar əvəzi qoyulmuş ağaclar, qoparılmış kol-kos quruyub, istənilən vaxt anidən od tutub alışa, ciddi yanğına səbəb ola bilərlər.
Əgər İlham adlı şəxsin dedikləri doğrudursa, belə çıxır ki, verdiyi rüşvətdən yuxarıda adları çəkilən qurumların funksionerlərinə pay düşüb. Həmin sıraya mütləq polis sahə müvəkkilini, 66 saylı Mənzil İstismar Sahəsini, təbii ki, həm də Xətai RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyini də əlavə etmək lazımdır. Neft Emalı Obyektlərinin Xətai rayon Mühafizə İdarəsinin rəisi cənab Niyaməddin Eyvazovu istisna etmək lazımdır. Çəkiliş aparan zaman sakinlər bildirdilər ki, rəisin, müavini Əli müəllimin və manqa komandiri Qafarın əməllərindən xəbəri yoxdur. Qeyd olunur ki, Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsindən rəis müavini Əli, polis serjantı Qafar, Neft Kəmərləri İdarəsindən Hikmət, Xətai MKTB-nin 66 saylı MKİS- nin rəisi vəziyyətə “nəzarət” edirlər.
Cavabdeh qurumlar sırasına əlbəttə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhərinə nəzarət edən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də aiddir. Maraqlıdır ki, sözügedən ərazidə ağacların kəsildiyi təqdirdə hesablaşılmalı olan şəxslər sırasında polis serjantı Qafardan söz düşəndə bəzi adamlara elə gəlir ki, Regional İdarənin rəisi Qafar Ağayevdən söhbət gedir. Halbuki, ərazidə yaşıllıqların məhvi daha çox İdarənin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri Şakir Quliyevin işlədiyi dövrə təsadüf etmişdi.
Mövzuya qayıdacağıq.
Azerinfo.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər" - ETİRAZ

82 saylı körpələr evi-uşaq bağçasından narazılıq var...

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Valideynlərdən biri bildirilib ki, aprel ayından bu yana bağça onların şikayətlərini ciddiyə almır:

“Hər dəfə direktorla görüşmək istəsəsək də, direktorun gah işdə olmadığını, gah da məzuniyyətdə olduğunu əsas gətirirlər. Bağça dövlətindir, amma buna baxmayaraq, bağçanı sahiblənib, uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər. Bağçaya gələn uşaqların valideynlərindən Azərbaycan bölməsi üzrə 80 manat, rus bölməsi üzrə isə 100 manat tələb olunur. Əgər uşaq bir ay bağçaya getməsə belə, valideyn bu məbləğin yarı hissəsini ödəməlidir. Bunlardan əlavə, bağçada istifadə olunan təmizlik vasitələrini valideynlərdən tələb edirlər”.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılacaq:

“Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Havarlı bələdiyyəsinin HƏVARİ ÜSULU... - "Savadsızlığımızın ucbatından bizi aldatdı"


Şölə Qarayeva Yevlax rayonunun Havarlı kəndində yaşayır. O, 2005-ci ildə Havarlının bələdiyyə sədri Sərvan Musayevdən 24 sot torpaq alıb. Deyir, sözügedən torpağın 12 sotu 50 illik müqavilə ilə onlara verilib. Sonradan isə məcburi köçkün olmaları bəhanə edilərək, başqasının adına keçirilib.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda sahibkarlar AÇIQ HƏDƏFDƏ... - MƏMUR ÖZBAŞINALIĞI...
Naxçıvanda fəaliyyət göstərən iş adamı Məmmədov Əmir Əli oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ​​​​​ Naxçıvan Muxtar Respublikası üzrə ​​​​​ səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfliyə açıq məktubla müraciət edib. Azinforum.az həmin məktubun mətnini olduğu kimi təqdim edir:

“Bildirirəm ki, 23.07.2010-cu il tarixli 02 saylı alqı-satqı müqaviləsinə əsasən, Culfa ş., Elşad Nağıyev küç. 26 ünvanında yerləşən “Əlincə” kinoteatrını qanunvericiliyin tələblərinə uyğun şəkildə əldə etmişik. 08.12.2021-ci il tarixli, 640 saylı torpaq sahəsinin icarə müqaviləsi əsasında, NMR İqtisadiyyat Nazirliyinin eyni tarixli 685 saylı əmri ilə, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 1036,05 kv. m. torpaq sahəsini bizə icarəyə vermişlər. Daha sonra İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 28.06.2022-ci il tarixli layihəyə uyğun müvafiq sənədlər toplanmış, onlara icra hakimiyyəti tərəfindən hüquqi qiymət verilmiş, nəticədə 15.08.2022-ci il tarixli, 63 saylı sərəncamla tikintiyə (rekonstruksiya işlərinə) icazə verilmiş və 26.01.2023-cü il tarixli 19 saylı sərəncamla tikinti istismara qəbul olunmuşdur. ​Eyni zamanda bildirirəm ki, Culfa ş., 1-ci məhəllə, 11/11 ünvanında yerləşən ərazidə otel tikmək məqsədi ilə, İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 01.02.2023-cü il tarixli layihəyə uyğun müvafiq sənədlər toplanmış, onlara İcra Hakimiyyəti tərəfindən hüquqi qiymət verilmiş və nəticədə 01.02.2023-cü il tarixli, 22 saylı sərəncamla tikintiyə icazə verilmişdir.​​​​​​​​​​​​​

Eyni zamada bildirirəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04.06.2020-ci il tarixli, 1052 saylı fərmanının icrasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na uyğun olaraq, 10 000 000 (on milyon) azn məbləğində kredit xətti ayrılmış və həmin kredit xətti əsasında, dövlət dəstəyi üzrə illik faiz dərəcəsi 5 (beş) faiz olmaqla, 500 000 (beş yüz min) azn kredit məbləği təyinatı üzrə istifadə üçün bizə verilmişdir.​Bütün yuxarıda qeydolunan xüsusatların olmasına baxmayaraq, hazırda biz ölkə rəhbərinin sahibkarlara yaratdığı şəraitdən istifadə edə bilmir və dövlət dəstəyi ilə bizə ayrılmış pulu təyinatı üzrə istifadə edə bilmirik.

Belə ki, hazırda Azərbaycan Respublikası NMR FHN-nin Dövlət tikintidə təhlükəsizliyə nəzarət idarəsinin rəisi Vüqar Kazımov tərəfindən ölkə rəhbərinin bir sahibkar kimi yaratdığı şəraitə və dövlət dəstəyi ilə bizə ayrılmış pulun təyinatı üzrə istifadəsinə maneçilik yaradılır. Çünki, onlar ölkə Prezidenti cənab İlham Əliyevin yerdə səlahiyyətli nümayəndəsi olan Culfa rayonu İcra Hakimiyyəti başçısını, onun imzasını və möhürünü tanımır və ağırlaşdırıcı hallarda qanunun geriyə qüvvəsinin olmaması ilə bağlı imperativ normanın tələblərini kobud şəkildə pozaraq, 15.08.2022-ci il tarixli, 63 saylı və 01.02.2023-cü il tarixli, 22 saylı sərəncamların qəbul olunduqları tarixdən xeyli vaxt keçdikdən sonra 05.10.2023-cü il tarixli, 22 saylı və 23 saylı qərarları ilə – qanunu vəziyyətimizi ağırlaşdıran arxa tarixə tətbiq etməklə tikintiyə məhdudiyyət yaradırlar. ​​​​​​​​

Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası NMR FHN-nin Dövlət tikintidə təhlükəsizliyə nəzarət idarəsinin rəisi Vüqar Kazımov imzaladığı qərarların təsviri hissəsində ilk olaraq, layihənin qanunsuz olduğunu göstərsə də, sonradan həmin layihəyə istinad etmiş və tikintinin layihə üzrə aparılmadığını qeyd etmişdir. Bununla da, öz-özünü təkzib edən əsaslarla yazılan qərarların nə qədər ziddiyyətli və nə qədər qərəzli olduğu bir daha öz təsdiqini tapır.​​​​​​​​Bundan başqa bildirirəm ki, yuxarıda qeyd etdiyimiz məsələlrlə bağlı Culfa rayon prokurorluğu da, ədalətsiz mövqey nümayiş etdirir və tərəfimizdən həyata keçirilən – tikinti, abadlıq və quruculuq işlərinin qarşısının alınması ilə bağlı bizə maneələr yaradır.​​​​​​​​Odur ki, Azərbaycan Respublikası NMR FHN-nin Dövlət tikintidə təhlükəsizliyə nəzarət idarəsinin və Culfa rayon prokurorluğu tərəfindən bizə yaradılmış məhdudiyyətlərin aradan qaldırılması məqsədilə təcili tədbirlərin görülməsi xahiş olunur!”

Azinforum.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəzərin icra başçısı yəqin buralardan xəbərsizdir... - Yaşayışda İKİLİ STANDART...
Bura Xəzər rayonunun Qala qəsəbəsidir. Qəsəbəni ayıran yolun o tayında əhalinin yaşayışı üçün lazım olan hər şey - su, qaz, işıq, internet var. Yolun bu tayında Tağıyev adına neft-qaz çıxarma idarəsi yerləşir. İdarənin ərazisində yaşayan sakinlərsə suya, qaza, internetə möhtacdır.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə təhsilində İBTİDAİ ŞƏRTLƏR - AXI NİYƏ?

Gəncədə yerləşən 32 saylı tam orta məktəbin idman zalı olmadığına görə, hava şəraitinə baxmayaraq dərslərin açıq havada keçirildiyi bildirilir.

DİA.AZ xəbər verir ki, bu barədə Abzas Media-ya müraciət edən valideyn Kamil Qasımov danışır.

O bildirir ki, 32 saylı məktəbdə 2 uşağı təhsil alır. Havalar soyuq olsa da, idman dərsləri məktəbin həyətində keçirilir və bu, uşaqlarının sağlamlığında problemlərə yol açır.

Valideynin sözlərinə görə, idman zalının tikintisi üçün məktəb rəhbərliyi daha üst qurumların qərar verməli olduğunu bildirir.

“Uşaqlar çox əziyyət çəkirlər. Qarşıdan da qış ayları gəlir, çöldə idman dərsləri şagirdlərin səhhətinə pis təsir edəcək. Bu, bir valideyn kimi məni narahat edir. Xahiş edirəm ki, ya idman zalının tikilməsi üçün dəstək göstərilsin, ya da dərs cədvəlindən idman dərsləri çıxarılsın”, – deyə valideyn bildirib.

Qeyd olunan məsələ ilə bağlı 32 saylı tam orta məktəblə əlaqə saxlamaq mümkün olmadı.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, məktəb 2013-cü ildə əsaslı təmir edilib.

"Həmin zaman məktəbdə idman zalı müəyyənləşib. Hal-hazırda hava şəraiti ilə əlaqədar fiziki tərbiyə dərsləri açıq havada keçirilir".
Gəncə təhsilində İBTİDAİ ŞƏRTLƏR - AXI NİYƏ?

Valideyn isə bildirir ki, məktəbdə heç vaxt idman zalı olmayıb, uşaqları həmişə yay-qış demədən bayırda fiziki tərbiyə dərsi keçiblər.
Gəncə şəhərində yerləşən 32 saylı tam orta məktəb 1936-cı ildə inşa edilib. 2014-cü ildə məktəbdə yenidənqurmadan sonra ibtidai siniflər üçün inşa edilmiş 400 yerlik tədris korpusunun açılışı olub.

Məktəbdəki yenidənqurma işlərinə nə qədər vəsaitin ayrılması ilə bağlı açıq mənbələrdə məlumat yoxdur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO