[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dostları Cahangir Hacıyevə qarşı: GİDİ DÜNYA... - həbsdəki sabiq bankir məhkəmədə nə deyəcək?


Külli miqdarda mənimsəmədə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, “Aqrarkredit” ASC məhkəmədə mülki iddia qaldırıb. ASC dəymiş ziyana görə Dünyamin Xəlilovdan 17 milyon 735 min manat kompensasiya tələb edir.

Məhkəmə “Aqrarkredit” ASC-ni mülki iddiaçı kimi tanıyıb və iddia iş materiallarına əlavə edilib. İttihama görə, Dünyamin Xəlilov müxtəlif illərdə Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyev və Azad Cəfərovla birləşərək bankın vəsatətlərini mənimsəyib. Onlar banklarda kreditlərin verilməsi adı ilə müxtəlif məbləğlərdə pulları mənimsəyiblər. Həmin şəxslər müxtəlif vaxtlarda mütəşəkkil dəstə yaradaraq Beynəlxalq Banka külli miqdarda ziyan vurub. C.Hacıyev və A.Cəfərovdan 9 nəfərin adına kredit rəsmiləşdirərək 5 milyon manat kredit götürüb.

Ümumilikdə mütəşəkkil dəstə Azərbaycan Beynəlxalq Bankına 6 milyon 603 min manat ziyan vurmaqda təqsirləndirilir. Bundan başqa, A.Cavadov C.Hacıyevlə yaxın dostluğundan istifadə edərək 1 milyon 603 min 727 manatı mənimsəyib.

Dünyamin Xəlilovla Azad Cavadov Beynəlxalq Bankın keçmiş rəhbəri, 2015-ci ildən həbsdə olan Cahangir Hacıyevlə dost olublar. Onların heç biri ittiham üzrə özünü suçlu saymır və bildirirlər ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib. Onların hər ikisi daha öncəki məhkəmələrində də Beynəlxalq Bank işi üzrə bənzər ittihamlarla mühakimə edilirdi. İddia olunurdu ki, Cahangir Hacıyev dostları ilə əlbir olaraq onların tabeliyindəki işçilərin adına kreditlər ayırıb və həmin pullar mənimsənilib. Cahangir Hacıyev də 2015-ci ildən bu yana iki dəfə mühakimə olunub. Birinci dəfə onunla birlikdə məhkəmə qarşısına çıxarılanlar arasında Azad Cavadov da olub. Həmin məhkəmənin sonunda Cahangir Hacıyevə 15 il, Azad Cavadova 10 il 6 ay həbs cəzası kəsilib. 2019-cu ildə ikinci dəfə Dünyamin Xəlilovla mühakimə olunan keçmiş bankirin cəza müddəti 16 il 3 aya yüksəldildi. Sabiq deputatın özü ilk dəfə 13 il həbs cəzası almışdı. İkinci dəfə cəzası 14 il 6 aya qaldırılmışdı.

Məhkəmənin son iclasından əvvəl “Yeni Müsavat” yazmışdı ki, dostları özlərini suçlu bilmirlərsə, demək, əsas məsuliyyəti də banka rəhbərlik etmiş Cahangir Hacıyevə “yükləmək istəyirlər”. Cahangir Hacıyevin həbsdən əfv və ya amnistiya ilə çıxmaq şansı sıfırın altındadır. Şübhəsiz ki, məhkəmə başlayanda Cahangir Hacıyevin dindirilməsi vacib olacaq.

Ona bu məhkəmədən sonra yeni cinayət işi də açıla bilər ki, bununla da sabiq bankirə ən yüksək cəza müddəti - 20 il verilə bilər. Bu isə elə “ömürlük həbs” kimidir...

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Beynəlxalq Bankdan milyardlarla manat oğurlanıb və bu pullar qaytarılmayınca, kimlərinsə həbsdən qurtulması mümkün deyil: “Azərbaycan Beynəlxalq Bankında dövlətin itkiləri 10 milyardlarla hesablanan itkilərdir. Cahangir Hacıyevə qarşı əvvəlki ittihamlarda elə də böyük rəqəmlər vardı ki, onunla əlbirlikdə ittiham olunanlara qarşı irəli sürülən mülki iddiadakı rəqəmlərə təəccüblənmədim. Ehtimalım belədir ki, yeni ittihamlar da ola bilər. Qanunsuz kreditlərə görə azı 200 nəfər məhkəmə qarşısına çıxarılmalıdır”.

Əkrəm Həsənov həmçinin qeyd edib ki, kimlərsə deyə bilər ki, həmin kreditlər verilərkən Cahangir Hacıyevi sənədlərə imza atmağa məcbur ediblər: “Amma bu məqam onu məsuliyyətdən azad etmir. Bu gün keçirilən məhkəməyə gəlincə, Azərbaycan Cinayət Məcəlləsinin 55-ci maddəsinə əsasən, ən uzun cəza müddəti 20 ildir. Bundan başqa, ömürlük cəza da təyin oluna bilər. Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmədə Cahangir Hacıyevin əleyhinə ifadələr verilsə və yeni ittihamlar olsa, cəzası maksimum həddə, 20 ilə qədər artıra bilər”.

Son məhkəmə iclasda təqsirləndirilən şəxslərin ifadələri “Yeni Müsavat”ın yazdıqlarını təsdiqləyib.

Belə ki, ifadə verən Azad Cavadov onun, sadəcə, 55 min manat kreditdən xəbəri olduğunu bildirib: “2010-cu ildə işimdən ayrılmışam. İşlədiyim yer Beynəlxalq Bankın tərkibində idi. Mən çıxandan sonra işlədiyim şirkət bankdan ayrıldı. Bir gün bankdan zəng etdilər ki, müəyyən layihələrin həyata keçirilməsi məqsədilə kredit götürüləcək. Mən adam tapmalı idim. Cahangir Hacıyev zəng etdi ki, narahat olma, krediti özümüz ödəyəcəyik. Rauf Şahbazovla birgə getdik banka, kredit üçün blank doldurub çıxdıq. Kredit üçün ayrılan pul bankın kassasında qaldı. 2015-ci ildə xəbərim oldu ki, kredit ödənməyib. İş üzrə zərərçəkmiş şəxslərdən, sadəcə, Rauf Şahbazovu tanıyıram”.

Daha sonra sabiq deputat Dünyamin Xəlilov ifadə verib. O, ifadəsində bildirib ki, bankda ayrı-ayrı adamların adına kreditlər rəsmiləşdirilib: “Bankda ayrı-ayrı fiziki şəxslərin adına müəyyən layihələrin icrası adına kreditlər rəsmiləşdirilirdi. 2007-2012-ci illərdə Kamal Abbasov və başqa adamlar kredit götürmüşdü. Kamal Abbasov Cahangir Hacıyevin dostu idi. 2-3 layihənin rəhbəri idi. Sonradan mənə dedi ki, kreditləri ödəyə bilmirəm. Cahangirlə danışdım, dedi həll edəcəyik. Ümumilikdə 3 fiziki şəxsin adına kredit götürülməsi üçün Cahangir Hacıyev zəng edib xahiş etdi. Amma pul bankın kassasında qalıb. Hansısa layihələrin icrası üçün istifadə edildiyini dedilər”.

Daha sonra məhkəmə bu işdə şahid qismində qeyd olunan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin prosesdə dindirilməsinə qərar verib.

Proses noyabrın 13-də davam etdiriləcək.
“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muradovdan Prezidentə ŞİKAYƏT OLUNDU... - DETALLAR


Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun səriştəsizliyindən dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıblar.

Newscenter.az həmin müraciəti təqdim edir:

Zati-aliləri!
Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!

Sizin yürütdüyünüz uğurlu xarici siyasət və müdrik rəhbərliyiniz ilə Azərbaycan Ordusunun tarixi Qarabağımızın işğaldan azad edilməsini dünyanın fərqli coğrafiyalarında yaşayan soydaşlarımız böyük sevinc və qürur hissləri ilə qarşılamışdır. Sizi və Sizin simanızda Azərbaycan xalqını böyük əlamətdar tarixi qələbə münasibətilə və Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ildönümi münasibətilə xaricdə yaşayan bütün soydaşlarımız adından səmimi qəlbdən təbrik edirik.

Cənab Prezident!

Biz dünyanın müxtəlif ölkələrində yaşayan, Azərbaycan dövlətini və dövlətçiliyini sadiq dəstəkləyən, milli ruhlu Azərbaycan diaspor və lobbiçilik fəalliyyəti ilə məşğul olan təşkilatlar - Sizə ümumi məktub qələmə alaraq, AR Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) və onun rəhbərliyi tərəfindən üzləşdiyimiz ciddi maneələr haqqında məlumatı yüksək diqqətinizə ərz etmək istəyirik.

Dünya Azərbaycanlılarını müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirən Azərbaycançılıq ideyasının müəllifi, Azərbaycan diasporasının qurucusu, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Milli Bayramları sırasına yeni bir tarix əlavə etdi: 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Məhz Ümummilli Liderinin bu təşəbbüsü ilə Dünya Azərbaycanlıları birləşdi və bununla da Diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu gün ürək ağrısı ilə izləyirik ki, AR Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Fuad Muradov və onun komandası, dünyada illərdir yaradılan təşkilatlar və fəal soydaşlarımız arasında ayrı-seçkilik edərək, “Yalnız bizim təyin etdiyimiz şəxslər məsul olacaq” prinsipi ilə Azərbaycanlılar arasında nifaq salır və həmrəyliyimizi parçalayır.

Vətəndən kənarda doğulub boya-başa çatan övladlarımıza və gənclərimizə bacardığımız qədər, imkanlarımız daxilində Vətən sevgisi, ana dili və Azərbaycançılıq ideologiyasını aşılamağa müəyyən qədər nail ola bilmişik. Öz sahəsində uğurlara nail olan, ali təhsilli, perspektivli, strateji düşüncəli və xaricdə dünyaya gəlmiş bu innovativ yeni nəsil Azərbaycanlılar küsdürülmüş və onlar assimilyasiyaya uğramaqdadırlar. DİDK-in hər il təşkil etdiyi yay düşərgələrinə dəvət olunan gənclərin əksəriyyəti isə xaricdə təhsil almağa getmiş Azərbaycan vətəndaşları və özlərinin şəxsi tanışlarının övladlarıdır.

Möhtərəm Prezident!

Siz 2022-ci ilin 22 aprel tarixində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında öz çıxış nitqinizdə - “Ana dilimiz bizim toxunulmaz sərvətimizdir” sözlərini xüsusilə vurğuladınız və xaricdə doğulmuş yeni nəsil Azərbaycanlılara Azərbaycançılıq idealogiyasının aşılanmasını tövsiyə etdiniz. Sizin istiqamət tövsiyənizi əsas tutaraq, DİDK-nin xaricdə “kağız üzərində” yaratdığı “əksəriyyət Azərbaycan dili həftəsonu məktəbləri” və “Azərbaycan ev”lərinin fəaliyyətində tam imkanlardan istifadə edilmir. Azərbaycan dövlət büdcəsindən bu istiqamətə ayrılmış vəsait icma ilə razılaşdırılmadan və səmərəsiz şəkildə istifadə edilməkdədir, və ya bəzi ölkələrdə Dövlət Büdcəsi ilə açılan “Azərbaycan ev”lərinin qapıları bağlı qalmaqdadır. Avropa mediasi ilə əlaqələrin yaradılması, mövcud əlaqələrdən istifadə edərək birgə əməkdaşlıq edib Azərbaycan həqiqqətlərinin yayılması istiqamətində heç bir iş görülmür. Fəal diaspor nümayəndələri və təşkilatları olaraq bu sahədə dəfələrlə təkliflər etməyimizə baxmayaraq, bizə bu işdə DİDK heç bir dəstək vermir. Azərbaycan büdcəsindən diaspor fəaliyyəti üçün ayrılan vəsait nəticəsi olmayan mənasız işlərə (əyləncələrə) xərclənir. Avropa mediasında resurslarımız və əlaqələrimiz olmasına baxmayaraq informasiya savaşında məğlub olmağımızın əsas səbəblərdən biri də budur. İllərdir diaspor və lobbiçilik fəaliyyəti istiqamətində gördüyümüz işlərin qarşısı alınır, təqdim etdiyimiz layihələr qiymətləndirilmir və rədd edilir.
Azərbaycan mediasına, gördüyümüz işlər haqqında təqdim etdiyimiz məlumatlar DİDK-in təzyiqi ilə işıqlandırılmır. Bəzi dərc olunan məqalələr isə DİDK tərəfindən jurnalistlərə zəng edərək, bizimlə əlaqələrini kəsməyi və dərc olunmuş məqalələri silməyi tələb edirlər. Bütün bu təzyiqlərə, çətinliklərə baxmayaraq, bizim Vətənə olan sevgimiz, Sizə olan sədaqətimiz heç bir zaman dəyişməyəcək və Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasını davam etdirəcəyik!

DİDK tərəfindən yaradılan Koordinasiya Şuraları, yerli şərtlərə və qanunlara uyğun olmayan, ancaq DİDK tərəfindən təyin olunan üzvlərdən və ələqələndiricilərindən ibarət olaraq şəxsi mənafelərə xidmət edirlər. Dünyada güclü şəbəkələşmiş erməni diasporasının yalan həqiqətlərinə qarşı dirəniş göstərərək əsl Azərbaycan həqqiqətlərini göstərməyə çalışdığımız halda, Azərbaycan Dövlətinə heç bir faydası olmayan və müsbət nəticə verməyən fəaliyyətlərə qarşı fikrini bildirən və komitənin ədalətsiz davranışlarına qarşı etiraz edən hər kəs “Komitənin Qara Siyahısına” əlavə olunur. DİDK-in məsul əməkdaşları tərəfindən məmur zorakılığına məruz qalırlar. Bizim şərəf və ləyaqətimizi sosial media şəbəkələrində saxta profillər açaraq (trol) şər və böhtanlarla etibarsızlaşdırmağa çalışırlar.
Bizim sosial media hesablarımız kiber hücumlarına məruz qalmaqdadır.

Yaşadığımız ölkələrdə adı gedən qurum qeyri-peşəkar işləri, strategiyasız addımları ilə Azərbaycan dövlətinə və onun xarici siyasətinin gördüyü səriştəli işlərə ziyan vurmaqda davam etməkdədir. Yüksək diqqətinizə çatdırmaq istərdik ki, DİDK son illərdə dünyada və xüsusilə Avropada vahid Azərbaycan lobbi şəbəkəsinin qurulmasında əsla maraqlı olmayıb. Əksinə olaraq bu işlərin ərsəyə gəlməsinə əngəllər yaradılmışdır. Böyük üzüntü ilə qeyd etməliyik ki, hazırda dünyada vahid çətir altında rəsmi qeydiyyatdan keçmiş Azərbaycan lobbi qrupları və ya təşkilatı hələ də mövcud deyil.

DİDK-nin rəhbətliyinin bu şəkildə fəaliyyət göstərməsini Azərbaycan dövlətçiliyinə qarşı xəyanət kimi dəyərləndiririk. Ürək ağrısı ilə müşahidə edirik ki, DİDKnin hazırki fəaliyyəti Cənab Prezidentin göstərdiyi istiqamət xəttindən çox yayınmaqdadır. Bu isə Azərbaycanla xaricdə yaşayan və yetişməkdə olan yeni nəsil diasporası arasında dərin uçuruma səbəb olur.

Zati-liləri, cənab Prezident!

Bünövrəsi Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan diasporunun acınacaqlı və həmrəylikdən parçalanmağa doğru gedən vəziyyətinin səbəblərini böyük üzüntü ilə ali diqqətinizə təqdim etməyə məcbur olduq. Ali Baş Komandan, Sizdən son dərəcədə xahiş edirik ki, qeyd etdiyimiz problemlərin
araşdırılması, diasporadakı ayrı-seçkiliyə son verilməsi istiqamətində müvafiq göstərişlər
verəsiniz.

Möhtərəm Prezident, biz Sizin uğurlu xarici siyasətinizi KİV-dən sevə-sevə izləyir və Sizinlə qürur duyuruq. Sizə və ailənizə Uca Allahdan uzun ömür və cansağlığı diləyir, Dövlətimizə və xalqımıza sülh və əmin-amanlıq arzulayırıq. Sizə olan dərin hörmət və ehtiramlarımızı qəbul etməyinizi xahiş edirik.

Imzalayanlar:

Norveç – CAN diaspora Təşkilatının sədri, Krallığı Dünya Azərbaycanlılarının V Qurultay iştirakçısı,
Şervin Nəcəfpur

– CAN diaspora Təşkilatının İdarə Heyətinin üzvü, Atabəy Nəcəfpur

– Bizim Səs Təşkilatının sədri, Hüseyn Məmmədov

Niderland – Birlikdə Güclüyük Fondunun həmsədri, Krallığı Dünya Azərbaycanlılarının V Qurultay iştirakçısı,
İlkana Goja van den Berg

– Birlikdə Güclüyük Fondunun həmsədri, Beynəlxalq kwalifikasiyyali Maliyyə və İdarəetmə üzrə
mütəxəsis Robert van den Berg

-Rusiya – Samara Azərbaycanlılarının Assambleyasının sədri, Federasiyası Rəsulov Elmar Ədhəm oğlu

– Dünya Azərbaycanlıları Assambleyasının sədri,
Rəşad Quliyev

-Fransa – Ulduz Assosiasiyanın rəhbəri, Respublikası Dünya Azərbaycanlılarının V Qurultay iştirakçısı,
Aytən Muradova

-İspaniya – Asociación Azerbaiyanos en Españe’ın sədir, Krallığı Vahid İmanov Xalilov
İsrail – Azad Təşkilatının sədri,

-Dövləti Dünya Azərbaycanlılarının V Qurultay iştirakçısı, Şakir Əhmədov

-İsveç – Vahid Azərbaycan Birliyinin sədri, Krallığı Teatrşunas,
Aya Çoqşun

– Azərbaycan İsveç Dram Teatrı “Tumurcuq” rəhbəri, Rejissor Sevinc Nəzərli

-Türkiyə – Türkiyə Azərbaycan Dərnəklər Federasiyası, Respublikası Qurucu və fəxri sədri, Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi, İdarə Heyətinin sədri, Bilal Dündar

– Azərbaycan Xalqlar dostluğu cəmiyyəti sədri, Lalə Həsənova

-Belçika – Belçika Azərbaycanıları Birliyi Fəal Diasporaçı, Krallığı Cəbrayıldan məcburi köçkün, Şəhid qardaşı,
Ədalət Quliyev

– Belçika Azərbaycan Evinin rəhbəri, Türkiyə – Azərbaycan Diasporaları Platformu “www.diaspora.com.tr” internet portalının tesisçi ve baş redaktoru, Bülənt Gürcam

-Şimali Kipr – KADM I Kipr Azərbaycan Diaspora Mərkəzi Türk Cümhuriyyeti həmtəsisçisi və baş katibi, Toğrul Abbasov

-Azərbaycan – İctimai Siyasi Proseslər Beynəlxalq Respublikası Araşdırmalar Mərkəzinin sədri, Samir Adıgözəlli

-Amerika Birləşmiş – Amerikada Fəal Diaspor üzvü, Ştatları Dünya Azərbaycanlılarının V Qurultay iştirakçısı, Mehriban Nəsibova

-İtaliya – İtaliyada ali təhsil almış, Respublikası Həsənova Ülviyyə Oleq qızı

-İndoneziya – İndoneziyada Fəal Diaspor üzvü, Respublikası Hafiz Jəfərli İordaniya Haşimilər – İordaniyada Fəal Diaspor üzvü, Krallığı Kəmalə Süleymanova

– İordaniyada Fəal Diaspor üzvü, Namazova Sabina Sergey qızı //newscenter.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əbülfəs Qarayev Moskvada balıq biznesinə başladı - FOTO

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev Moskvada biznes fəaliyyətinə başlayıb.

DİA.AZ xəbər verir ki, bu barədə Ekonominfo.az məlumat yayıb.
Xəbərdə bildirilib ki, Əbülfəs Qarayev bu ilin may ayında “Korporaçiya ÇE” (ООО "КОРПОРАЦИЯ ЧЕ" - ИНН: 7725322819) adlı şirkətin 50%-lik payını satın alaraq 2 təsisçidən biri olub.
“Korporaçiya ÇE” şirkətinin digər təsisçisi - Əbülfəs Qarayevin biznes ortağı Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir.
Əbülfəs Qarayev Moskvada balıq biznesinə başladı - FOTO

Həmçinin qeyd edilib ki, Əbülfəs Qarayevin şirkəti 11 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət satın alındıqdan sonra hüquqi ünvanı – Moskva şəhəri, Dnepropetrovskaya, ev 3 koros 5, m. 3/1 ünvanına dəyişdirilib.
Rusiya qanunvericiliyə görə, şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla digər ərzaq məhsullarının topdan satışı daxildir.
Əbülfəs Qarayev Moskvada balıq biznesinə başladı - FOTO

O da qeyd edilib ki, Əbülfəs Qarayevin qızı Suad Malekiyə də (Qarayeva) uzun illərdir Rusiyada biznes fəaliyyətiylə məşğuldur.
Suad Malekinin yeganə təsisçisi olduğu “GALS” şirkəti 05.07.2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.
Mətbuatda yayılan məlumatda bidirilir ki, “GALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.

Sayt yazıb ki, “GALS” adı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin də sabiq nazirə bağlı olduğu bildirilir. “GALS Gallery”, “GALS Beauty and Spa” və “GALS” MMC-yə sabiq nazirə yaxın olan şəxslər rəhbərlik edir. Bunlardan başqa sabiq nazirin həyat yoldaşı Kazımova Lalə Tofiq qızının (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) rəhbərlik etdiyi “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC 29.03.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb.

Sabiq Mədəniyyət nazirinin həyat yoldaşı və qızından başqa kürəkəni Şahriar Maleki də Azərbaycanda biznes fəaliyyətilə məşğuldur. Əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Green Farm Azərbaycan” MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Farm Azərbaycan” MMC-yə 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.
Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Əbülfəs Qarayev Moskvada balıq biznesinə başladı - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ƏMDX-nin şöbə müdirindən daha bir şikayət var: - “Ruslan Əliyev yeni “metod” tapıb”


Ötən gün İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Ruslan Əliyevlə bağlı şikayət dərc etmişdik.

DİA.AZ JAMAZ.İNFO-ya istinadla bildirir ki, bu gün elektron poçtumuza daha bir şikayət daxil olub.

Şikayətçi iddia edir ki, sözügedən şəxs sadə vətəndaşlara qənim kəsilib, kimsənin ondan icazəsiz daşı-daş üstünə qoymasına imkan vermir. “Təbii ki, bu məsələdə Ruslan Əliyev qanunun deyil, öz şəxsi maraqlarından çıxış edir. Bunun üçün şöbə müdiri maraqlı bir “metod” da icad edib. Belə ki, şöbə müdiri əvvəl tikinti prosesinin başlanmasına, onun vüsət almasına göz yumur. Elə ki, tikinti işi qızışır, yarıya çatır, o zaman qəfildən peydə olan Ruslan Əliyev bu tikilinin qanunsuz olduğunu, sökülməsi gərəkdiyini bildirir. Bununla da tikinti sahibini çətin vəziyyətə salır”.

Müraciət edən şəxslər deyir ki, yaranmış vəziyyətdən istifadə edən Ruslan Əliyev bildirir ki, “problemdən çıxış yolu” var. “Bu yol isə heç şübhəsiz onun şəxsi marağını təmin etməkdən keçir. Əgər tikinti yiyəsi şöbə müdirinin maraqlarını təmin edirsə, o zaman işi davam etidrə, başa çatdıra bilir. Yox, əgər tikinti sahibi Ruslan Əliyevin maraqlarını təmin etməsə, o zaman həmin tikinti “qanunsuz inşaat” adı ilə sökülür, vətəndaşın bu tikintiyə sərf etdiyi pullar batır”.

Şikayətçilər bildirir ki, indiyə qədər Ruslan Əliyevə heç kimin “dur” deməməsi onları narahat edir. “Görünən odur ki, kimlərsə bu böyük bazarın işləməsində maraqlıdır. Yoxsa Ruslan Əliyevin özbaşınalıqlarının qarşısı çoxdan alınardı”.

Şikayətçilər onların müraciətlərinin ictimailəşdirilməsini, rəsmi qurumların isə bununla bağlı tədbir görməsini xahiş edirlər.

Mözvu ilə əlaqədar Ruslan Əliyevin də mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda da DƏRMAN MAFİYASI iş başındadır... - YOXSA BU NƏDİ BELƏ?


Boy qısalığının müalicəsi üçün istifadə olunan “Norditropin” preparatı artıq bir neçə aydır ki, uşaqlara verilmir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ötən il yaydığı məlumatda qeyd edilir ki, Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 450 uşaq ödənişsiz müalicə olunur.

Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur. O da qeyd edilmişdi ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir.

TƏBİB “səbr edin” deyir
“Mənim övladımda Turner sindromu var. 11 yaşı olsa da, boyu 6-7 yaşdakı uşağın boyudur. Bu ilin may ayında müayinələrdən keçdi, belə bir diaqnoz qoyuldu. İki ay “Norditropin” dərmanını bizə pulsuz verdilər. Ayda üç dəfə alırdıq. Artıq iki aydır ki, bu dərman verilmir.

İcbari Tibb Sığortaya zəng etdik, dedilər, yeni bir şirkətlə müqavilə bağlayacağıq, ondan sonra dərmanlar veriləcək sizə. Amma bunun hansı müddətə qədər davam edəcəyini söyləmədilər”, – bunu Meydan TV-yə adının çəkilməsini istəməyən Bakı sakini deyir.

Sosial şəbəkələrdə də “Norditropin” preparatının vətəndaşlara verilmədiyi haqda fikirlər qeyd edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vətəndaşlara dərmanı pulsuz verməlidir. Amma bu ilin sentyabr ayından qeydiyyatdan keçən uşaqlara bu preparat verilməyib.

TƏBİB-dən mətbuata hazırda problemin olduğunu təsdiqləyiblər. O da deyilib ki, məsələnin yoluna qoyulması üçün iş aparılır.

“Uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsi “Novo Nordisk” əczaçılıq şirkəti tərəfindən istehsal olunur. 2020-ci ildən 2023-cü ilin avqust ayına qədər bu preparatın təminatı 1500-ə qədər uşağı əhatə edib. Lakin cari il ərzində dünyada boy hormonunun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq 2 aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb. Növbəti aydan boy hormonunun müalicəsində istifadə olunan preparatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə təminatının başqa şirkət vasitəsi ilə bərpa olunması nəzərdə tutulub” – TƏBİB-in məlumatında qeyd edilir.

“Zamanında tədbir görülməli idi, çünki məlumatlıydılar”
Həkim-radioloq Aydın Əliyev TƏBİB-in dedikləri ilə razılaşmır. Onun fikrincə, istehsalçı şirkət problemlə bağlı öncədən məlumat verir:

“TƏBİB-in açıqlamasını oxudum, qənaətbəxş deyil. Deyirlər ki, istehsalçı şirkətin xammal məhdudluğu var. Halbuki Avropa ölkələrinə və Amerikaya bu preparatdan verilir. Üstəlik, bu cür firmalar böyük dərman istehsalçısı olan şirkətlərdir. Onlar öncədən əməkdaşlıq etdiyi ölkələrə məlumat verirlər ki, məsələn, filan tarixdən etibarən biz sizi dərmanla təmin edə bilməyəcəyik. Yəni, dedikləri doğrudursa belə, yenə də bu işə məsul olan TƏBİB-in yetkililəri preparat olmayacağı barədə öncədən məlumatlıydılar. Lakin təəssüflər olsun ki, vaxtında tədbirlər görülməyib. Hazırda bir çox ölkədə bu preparat istehsal edilir. Aidiyyəti qurumlar zamanında bu dərmandan yararlanan uşaqların preparatla təmin edilməsiylə bağlı tədbir görməliydilər”.

Aydın Əliyev deyir ki, TƏBİB-in verdiyi “Norditropin” preparatın ticari adıdır:

“Tərkibində təsiredici molekul isə hormonal preparat olan somatotrop hormonudur. Ölkədə dövlət proqramı var ki, boyu qısa, eləcə də somatotrop hormonun inyeksiyasına ehtiyacı olan uşaqlar qeydiyyata alınaraq təmin edilməlidir. Xeyli müddətdir ki, bu preparatla uşaqlar qismən təmin edilirdi. Məndə olan məlumata görə, endrikolonoqların təyin etdiyi dozaya görə miqdar verilmirdi. Amma yenə də bu dərmanı ala bilməyən ailələr müəyyən qədər yükdən azad olunurdu. İndi isə tamam kəsiblər. Deyilənə görə, bəzi kəsim bu preparatı əldə edir, amma onlara hansı kriteriyalar şamil olunur, o bilinmir”.

“Fasilə vermək olmaz”
“Norditropin” preparatını mənzil qərargahı Danimarkada yerləşən “Novo Nordisk” şirkəti istehsal edir. Apteklərdə bu dərmanın bir qutusunun qiyməti 206 manatdır. Adının hallanmasını istəməyən şikayətçilər deyir ki, ayda bir neçə dəfə bu dərmandan almaq onların imkanları xaricindədir. İndi övladı hormonal problem yaşayan valideynlər tezliklə TƏBİB-dən məsələnin həll edilməsini gözləyir. Çünki bu dərmanlar fasiləli şəkildə qəbul edilə bilməz. Aydın Əliyev də deyir ki, bu cür preparatların fasilələrlə orqanizmə daxil edilməsi düzgün deyil. Müəyyən yaş dövrünə qədər bu dərmanlar daimi qəbul edilməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Parkı zəbt etmələri bir yana... - ÖZBAŞINALIQ!

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində sakinlərin istirahəti üçün nəzərdə tutulmuş yeri zəbt edərək inşa edilən tikili növbəti dəfə problem yaradıb.

DİA.AZ Tribunainfo.az-a istinadla ki, layihə “Azərdövlətlayihə”nindir. 5 mərtəbəli olması nəzərdə tutulan tikilinin mərtəbə sayı artırılır. Binaya daha bir mərtəbə əlavə ediləcəyi hiss olunur. Layihə ilə müqayisədə binanın üst qatı hündür görünür. Sol yuxarı küncdə isə pəncərə üçün yer saxlanılıb. Layihədə isə bu yoxdur.
Parkı zəbt etmələri bir yana... - ÖZBAŞINALIQ!

Mütəxəssislər hesab edir ki, bu yolverilməzdir və olduqca təhlükəlidir. Bina tikilərkən bünövrə onun hündürlüyünə əsasən qazılır. Əgər sonradan binaya əlavə mərtəbə inşa edilirsə, bu binanın bünövrəsinə zərər verir, tikilinin özülünü zəiflədir.

Qeyd edək ki, qaraj adı ilə inşa edilən binanın yeri əvvəllər sakinlərin istirahət yeri olub. Sonradan özəl bir şirkət tərəfindən alınıb. Sakinlər buna etiraz etsə də, ərazidə aparılan tikilinin qarşısını ala bilməyiblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Araz aşığından... Kür topuğundan... - Başçı `YAYLAQDAN` indilərdə dönür...


Bildiyimiz kimi, yay mövsümü ilə əlaqədar daha çox oliqarxların istirahət məkanları seçmələri və rəngarəng “şou”ları hər zaman olub. Saytımıza verilən məlumata görə, bu günlərdə məzuniyyətdən qayıtmış Ağdam Rayon Icra Hakimiyyəti başçısı Vaqif Həsənov yaxın çevrəsinə “bomba istirahət etdim”, məhz elə bu cürdə deməsi rayon ictimaiyyəti tərəfindən ikrah hissi ilə, birmənalı şəkildə mənfi qarşılanıb.Tək ona görə yox ki, yuxarıda qeyd etdiyimiz ifadə bir rəhbər vəzifəlinin, ziyalının “ağzına yaraşmayan”, leksikonuna uyğun olmayan küçə uşaqlarının işlətdiyi ifadədir deyə, yox. Həm də axı insanlar haqlı olaraq düşünür ki, ölkədə müharibədən sonrakı çətin iqtisadi durumda olan vəziyyətlə, habelə cəbhədə atəşkəsin tez-tez pozulması ilə yanaşı, Ağdam kimi strateji əhəmiyyətə malik bir rayonun icra başçısının istirahət etməyə vaxt ayırması və hətta bunu xüsusi zövqlə, bomba istirahət etməsini deməklə, sanki istirahət etməyə vaxtı və maddi durumu imkan verməyən sadə vətəndaşlara acıq verirmiş kimi, təbliğ etməyə çalışması ölkə rəhbərliyinin diqqətindən yayınmamalı, doğrultmadığı etimadı yenidən gözdən keçirilməsini,rayon ictimaiyyəti gözləməkdədirlər. Məlumatlı mənbənin sözlərinə görə onsuz da ölkə rəhbərliyinin nəzərində heç də müsbət reputasiyası olmayan Cənab Həsənovun icra başçısı dönəmindən sonra rayonda sosial problemlərin artması və insanların yerli məmurlar tərəfindən biganə münasibəti,sürundürməçilik hallarının artması bu rayonda kadr dəyişikliyinin qaçırılmaz olmasını artırmaqdadır.

Mövzuya qayıdacağıq…

RealMedia.az

Söz ardı:

-Ağdamın icra başçısına niyə “Petrol maqnatı” deyirlər?
– “MTN işi”ndə onun adı necə keçmişdi?
– O, nə ilə şantaj olunurdu və hansı gizli işbirliyindən söz açılırdı?
– MTN-nin Xəzər rn rəisi olmuş, polkovnik Səfərovla nəyi bölüşdürmüşdü və həmin polkovnik hansı rayonun icra başçısının yeznəsidir?
– Özündən əvvəlki icra başçısı Raqub Məmmədovun “yıxılması” üçün hansı kompramat savaşının mərkəzində yer almışdı?
-Bu məqsədlə Raqub Məmmədovu “vuran” hansı yazarla, özünə yaxın olan tanınmış,qocaman jurnalist vasitəsi ilə nə sifarişlər göndərirdi?
– Deyilən məqsədləri həyata keçirmək üçün onunla həmin vaxt rayondan hansı məmur gəlib Mərdəkanda sanatoriyaların birində görüşmüşdü?

Bizi izləyin..
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Geofizika və Geologiya İdarəsində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC FAKTLAR

Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı elektron poçtuna daxil olan, eləcə də fb səhifəsində yazılan bəzi informasiyaları (lakin sonradan bəzi məmurların təkidi ilə şərh müəlliflərinin özlərinə sildirilən, amma NHMT-nin arxivində saxlanılan) bəzi şərhlərdən bəhs edərkən «Təzadlar»a maraqlı açıqlamalar verdi. Bu barədə ayrıca bəhs ediləcək. Bu məsələdə olduqca maraqlı olan isə aşağıda adı çəkilən bəzi məsul şəxslərin SOCAR rəhbərliyinin başı üzərindən ölkə kənarındakı bəzi şirkətlərlə sual dolu əlaqələridir. Şikayətçi neftçi yazır:

«Müraciətim SOCAR prezidenti cənab Rövşən Nəcəfə ünvanlıdır.

Hörmətli Rövşən müəllim! Nəzərinizə çatdırıram ki, İstanbuldakı şirkətin adı «Platinum Group Dış Ticaret limited»dir. Həmin şirkəti isə İlyas Bağıyev və adını hələki çəkmək istəmədiyim bir şəxs idarə edir.

Hörmətli SOCAR rəhbərliyi, kömək məqsədi ilə bu məlumatı Sizə ötürürəm, buyurun balaca bir idarədə görün nələr edirlər. SOCAR-ın Geofizika və Geologiya İdarəsində dediyimizdən də dəhşətli korrupsiya fəaliyyəti həyata keçirirlər. Bu podratçı məsələlərin icində indiki Elmi- Tədqiqat İdarəsində işləyən Hafiz Şəkərovun da əli var, iz itirmək üçün Şəkərovu Baş ofisin şöbə müdiri Fərhad İbadovun vasitəsilə Elmi-Tədqiqat İdarəsinə keçirdilər. Hafizin işi şöbə müdiri kimi Elçin Şirinov və Fərhad İbadovun göndərdikləri firmalarla danışıq aparıb onlara tenderdə şərait yaratmaqdır. Ən çoxu da Teymur Qurbanov adlı şəxslə işləyirdilər, firmasının adı belədir: «Grand Caucasus Ltd». Məlumat verim ki, KGİB-mü üçün alınmalı olan avadanlıqları göstəriş əsasında Hafiz Şəkərov hazırlayırdı və arayış təqdim olunurdu ki, mütləq bu avadanlıqlar alınmalıdır və bu firma bizə yarayır və s. Bu faktı bəlkə də bilmirsiniz, tapşırın, araşdırsınlar. Belə ki, Hafiz Şəkərov da orda ailə podrati açıb, oğlu Elçin və yoldaşı orda işləyir.

Bundan əlavə, «Azneft» İB bir müddət əvvəl SOCAR-ın Geofizika və Geologiya İdarəsinə layihə verdi və dedilər ki, heç bir podratçı cəlb etmədən özünüz işləyə bilərsinizsə, işləyin. Geofizika və Geologiya İdarəsinin rəisi də razılaşır və fürsətdən istifadə edib «Azneft» və SOCAR rəhbərliyinin gözündən yayınıb Vahid Xankişiyevin podratçı olan firması ilə müqavilə bağlayır, müqavilədə adın qoyur ki, həmkar köməkliyi, yəni pulsuz dəstək! Nəticədə «katamaran» tipli gəmi və katerlərlə iş baş tutur. Bundan sonra «Azneft» pulu ödəyir və ardınca Vahid Xankişiyevin firmasına pul verilir. Bütün bu proseslər SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun, Sarvan Mansurovun və vasitəçilik edən Vahid Xankişiyevi Elçin Şirinovla tanış edən Azad Rzayevin, Dadaş Həsənovun və İlyas Bağıyevin təşkilatçılığı ilə baş tutur.

geofizika-v-geologiya-idarsi

Bəs SOCAR-«Downstream-Management» MMC-də işləyən İlyas Bağıyev kimdir? Qısa məlumat verim ki, o, «Azəriqaz» İB-nin satınalma şöbəsində 14 dərəcəli mütəxəssis kimi işləyib, bir müddət sonra Fuad Həziyevin xahişi ilə Geofizika və Geologiya İdarəsinin satınalma şöbəsinə rəis müavini gətirilib, daha sonra rəis və ardınca da qısa vaxt ərzində bahalı maşın, ev və s. əldə edir. Bunları araşdırmaq üçün Geofizika və Geologiya İdarəsinə keçəndən sonra aldığı vəzifə maaşı ilə maşın, ev və s. alınmasını tarixlərlə tutusdurmaq kifayət edər. Hal-hazırda SOCAR-«Downstream-Management» MMC-də işləyir, bu cür işləri görən adama məncə elə bir postu etibar eləmək çox təhlükəlidir. Hər halda, mən sözümü dedim. Təbii ki, məqsədim SOCAR-da can qoyan sadə-zəhmətkeş neftçilərin zəhməti bahasına qazanılan pulların bəzilərinə yem olmasının qarşısının alınmasıdır. Bu pullar indi Qarabağda lazımdır. Nə qədər ki, obyektiv audit aparılmır, məcburuq ictimailəşdirək.

Sağ olsun Arzu xanım Cavadova, Geofizika və Geologiya İdarəsinə aradabir dərs verir. Yaxşı ki, həm də Elçin Bağırov kimi rəhbərlərimiz var, düzdür, onları da bəzi işlərdə aldada bilirlər. Bir məsələni də xatırladım: Fuad Həziyevin adamı olan İlyas Bağiyevin sadalanan əməllərini ortaya qoymaqla yuxarı rəhbərliyi bu məsələdə diqqətli olmağa səsləyirəm. Hələ mən onu demirəm ki, sən demə, «Kaspian şhiping» də İlyas Bağiyevin imiş. Artıq yetərincə sübutlar da var.

Yəqinki İlyas Bağiyevin Türkiyədə açdığı firma barədə məlumat hər kəsi maraqlandırır. «Caspian Geo- Marine» adlı şirkətin adı Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinova yaxşı tanış olmalıdır. Onun Sarvan Mansurov, Dadaş Həsənov və İlyas Bağiyevlə olan iş birliklərini SOCAR rəhbərliyində bilirlərmi?

Yaxşı, bilirsinizmi ki, «Azneft» İstehsalat Birliyinin Geofizika və Geologiya İdarəsinə verdiyi və Qara dənizin tranzit zonalarında dayaz sularda İlyas Bağıyevin «katamaran» tipli kiçik gəmisi və qayıqları işləməkdədir. Onlarda seysmik hörüklərdən də, yəni (kabellərdən də) istifadə edilir, kabellər də İlyas Bağıyevin şirkətinindir. Maraqlısı odur ki, onun bu firması tenderi necə udub? İlyas Bağıyev əvvəl Geofizika və Geologiya İdarəsində işləyib.

Hörmətli SOCAR rəhbərliyi, bir daha xahiş edirik araşdırılsın ki, İlyas Bağıyevlə Dadaş Həsənov barədə nə kimi məlumatlar var… Bir sözlə, bizdən demək, SOCAR rəhbərliyindən isə tədbir görmək! Tədbir görülməsə, onda məcburuq cənab Prezident İlham Əliyevə yazıb kömək istəyək.

Keçən ilin yay aylarında Geofizika və Geologiya İdarəsinin min KGİB-i üçün xarici ölkələrin birindən D-unit avadanlıqları alınıb ki, çöl seysmik işlərində istifadə edilsin. Dəyəri milyondan yuxarı olan avadanlıq alınıb, lakin avadanlıq uyğun gəlməyib, hələ də idarənin anbarında saxlanılır, üstünü toz basıb. Xahiş edirəm bunu da işıqlandırasınız. İndi soruşuram: Sizcə SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi cənab Elçin Şirinov tərəfindən «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 7.2-ci bəndi necə pozulub? Qanunun 7-ci maddəsində yazılır: «Yaxın qohumların birgə işləməsinə yol verilməməsi 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. 7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır».

Bu da rəis E.Şirinovun qohumları:

-Şirinov Mübariz İnqlab oğlu-(E.Şirinovun Qardaşı), Nəzarət ölçü cihazları və kabel xidmət sahəsi, xidmət sahəsinin rəisi.

-Elvin İsmayılov Oruc oğlu (E.Şirinovun bacısı oğlu), MGMEİE ekspedisiyasının rəisi;

-Orxan İsmayılov Oruc oğlu (E.Şirinovun bacısı oğlu), Qravimaqnitometrik kəşfiyyat partiyasının rəisi;

-Musayev Elçin Məhəmməd oğlu (E.Şirinovun qohumu), Səngəçal ekspedisiyasının rəisi;

-Quliyev Elçin (E.Şirinovun Qaynı), İstehsalata xidmət bazasında Energetika xidmət sahəsinin rəisi;

-Elbrus Şirinov (E.Şirinovun əmisi oğlu), KGİB- nün Dəniz seysmik ekspedisiyasında mövsümi fəhlə;

-Mürvət Əliyev (E.Şirinovun xalası qızının yoldaşı), KGİB-nün Dəniz seysmik ekspedisiyasında mövsümi fəhlə;

Bundan başqa, Baş ofisdə Geofizika şöbəsinin rəisi Fərhad İbadovun qardaşı GGİ-nin KMAİB-də mövsümi qazanxana işçisi;

-Fərhad İbadovun qardaşının yoldaşı MGM qəbul emalı dəstəsinin rəisi;

-Abasov Qorxmaz Əvəz oğlunu İstehsalata xidmət bazasından 11-ci dərəcədən GGİ-nin Layihə- simeta tikinti Şöbəsinə 15-ci dərəcə ilə vəzifəyə kecirdilər(diplomu musiqi müəllimliyidir)…».

***

Beləliklə, «Təzadlar» olaraq məqsədimiz cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində ictimaiyyətin və medianın rolunun nə dərəcədə olmasını sübutlamaqdır.

Mövzuya qayıdacağıq və şikayət məktubunda adı çəkilənlərin narazı qaldıqları məsələlərlə bağlı mövqeyini dinləməyə hazırıq…

Sonda bir daha neftçilərə dəstək verdiyinə görə NHMT-nin rəhbəri xanım M.Qəhrəmanlıya təşəkkürümüzü bildiririk.

«Təzadlar»
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Burda nə qayda var... nə də qanun... - İLGİNC İDDİALAR...

"Bir zamanlar Salyan rayon icra hakimiyyətinin başçısıTahir Kərimov qızılgül ətirli xatirələri ilə gündəmə gələrək,gül qalmaqalı ilə yaddaşlarda qaldı.

indi də,Bakı Slavyan Universitetinin rektoru vəzifəsini müvəqqəti cra edən Anar Nağıyev də,maraqlı iş prinsipi və tələbə müəllim münasibətlərinin pozulması qalmaqalı ilə gündəmə gəlib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Belə ki,Anar Nağıyev işlədiyi təhsil ocağında müəllim və tələbə münasibətlərini kobudcasına pozur.Tənəfüs zamanı tələbəlin dəhlizdə görsənməmələri barədə xüsusi göstəriş verib.Görəsən 3485 nəfər tələbəsi olan bu təhsil ocağında belə bir qanunun tətbiq olunması nə dərəcədə düzdü? Bu prezidentinmi sərəncamıdı,yoxsa nazirlər kabinetinin qərarıdı.Görünür ki,rəhbərlik tələbə kontingentindən o qədər pul alıb ki,tələbələrin üzünə baxmaqa utanır,yada nədənsə ehtiyat edir.Bu məsələyə müxtəlif formada yanaşmalar ola bilər.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normativ hüquqi aktlar əsasında Universitetin nizamnaməsi təsdiq edilmişdir.Heç kim qanundan yüksəkdə dura bilməz.Hamı qanunun aliliyinə hörmət etməlidir.

Bir sözlə Universitetin daxili nizam intizam qaydaları,etik davranış normaları Anar Nağıyev tətəfindən kobudcasına pozulur.
Çoxları elə zənn edirdi ki,yeni təyin edilmiş Anar Nağıyev ciddi islahatlara imza atacaq və Universitetdə müsbətə doğru dəyişiliklər edəcək.lakin hazırda bunun tam əksinə işlər aparılır.Gözəl bir deyim var dəhşət oluruq biz,səf düşəndə yerimiz".

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO