[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın ən dəhşətli problemi: Çarə tapmalıyıq!


Halal kolbasa və sosisdən sonra dərmanların halallıq dərəcəsini müəyyən etməyin ölkəmizin milli təhlükəsizliyi ilə bağlı dəhşətli strateji addım olduğunu ifadə etməkdən qürur duyduğumu yazmaya bilməzdim!

Əlbəttə, Qarabağ kimi ağır, taleyüklü, milli məsələni həll edəndən, bu qarayaranı kəsib atandan sonra milli-strateji hədəflərimiz istiqamətində baş sındırarkən tibb sahəsindən gələn həşəmətli təklif hamımızın ürəyincədir. Çünki tibbçilərimiz çox doğru olaraq Qarabağın “qarayara” olduğunu, Ordumuzun onu kəsib atdığını müstəqim mənada fəhmlə dərk etdiklərindən, yeni metodlarla milli düşüncəmizə rövnəq verməyi qaçılmaz hesab ediblər.

Sanıram ki, bir qədər tələskənliyə yol veriblər – çünki dərmanlardan qabaq əməliyyat məsələsini həll etmək lazım idi. Çünki əsas əməliyyatdır.

İlk növbədə aydınlaşdırmalıyıq ki, Ordumuz Qarabağ adlı qarayaranı kəsərkən narkozdan istifadə edib, ya yox? Əgər narkozdan istifadə edibsə, heç doğru zad deyil, çünki narkozun-anesteziyanın tərkibində islam qaydalarına qətiyyən uyğun olmayan maddələrin olması şübhəsizdir. Hələ morfini demirik – morfi ümumiyyətlə bihuşluq yaradır, ağlı başdan alır, sərməstlik gətirir ki, bu da illərdir qıldığımız namazı batil edir.

Narkozsuz, morfisiz əməliyyatların tətbiqinə keçməyin vaxtı deyilmi? Bu, həddən artıq halallıq olar!

Bu baxımdan fələstinlilərin ən müasir texnoloji tətbiqindən bəhrələnmək mümkündür. Yeri gəlmişkən, ötən gün BMT-nin insan haqları ilə məşğul olan komitəsi məlumat yayıb ki, Qəzzada yaralıları narkozsuz, anesteziya olmadan əməliyyat edirlər və guya bu, narkozun çatışmazlığı ilə bağlıdır.

Dərman halallığı ilə bağlı müzakirə və standart tətbiqindən sonra isə artıq gün kimi hər kəsə aydın oldu ki, Qəzzada islami qaydalara uyğun olaraq cərrahi əməliyyatı aparılır – narkozsuz, üyüşdürücü olmadan. Belə xəstələrin çığırtısınını Haqq-təala daha tez eşidəcəyinə kimsə şəkk-şübhə etməsin!

Bu təcrübəni tətbiq etməklə əməliyyatlara da bir müsəlmançılıq, möminlik, ədəb-ərkan gətirə bilərik.

Donuzlarla bağlı da konkret addımlar atılmalıdır və ölkəmizdə bir dənə də donuz qalmamalıdır - yenə Ordumuzun təcrübəsindən bəhrələnməklə. Ordumuz Ağdam məscidindən donuzu necə çıxarıbsa, həkimlərimiz də donuzları ölkəmizin sərhədlərindən o cür kənara qovmalıdır. Ən yaxşısı AZAL-a bilet alıb, Amerikaya göndərməkdir. Orda dinsizlər o qədər qudurub ki, donuzun özünü yeyib, ürəyini insana köçürürlər.

Biz donuzu Azərbaycana qarşı doğru-dürüst mövqedə olmayan ölkələrə göndərməklə, bu kafərlərin Allah yanında olan hörmətini bir qəpiklik edə bilərik ki, əslində bu da milli-strateji hədəflərimizə çatmağımıza həkimlərimizin cahanşümal qatqısı deməkdir.

O ki qaldı həkimlərimizi rüşvət tələb etməsi, pul verməyənləri müalicə etməməsi, əməliyyatı səhv edib, xəstələri öldürməsi, sağ ayağı amputasiya olunmalı xəstənin sol ayağını mişarlayıb atması, başı ağrıyanı babasildən müalicə etməsi kimi zadlara – bunların heç biri haram deyil, əslində, tibbi inqilabdır, həm də halal, islami! Əvvəla ona görə ki, həkimlər rüşvət yox, hörmət alır və bu da müsəlmansayağıdır, halaldır, ana südü kimi; axtarsaq, hətta bunun dəlillərini Quranda tapacaq qədər savadlı dinşünaslarımız da ortaya çıxa bilər; ikincisi, sağ ayağın yerinə sol ayağın kəsilməsi Allahın təqdiridir – demək, belə məsləhətdir; üçüncüsü, Əzrayıl təkdir, çatdıra bilmir və Azərbaycan həkimləri də can-başla ona yardım edir. Burda dindənkənar, haram nə ola bilər ki?

Ölkəmizdə hər yerdə halallıq var: bazarda çəkidə aldatmırlar, dükanda Bakıda istehsal edilən tər-təmiz Zelandiya yağı satılır, təmiz Çin xammalından Bakı sexlərində halal Türkiyə məhsulları tikilir və s.

Bircə əməliyyatları da halallıq standartlarına uyğunlaşdırmaq çarəsini tapsaq, bitdi, ta bizə zaval yoxdu – hamımız dərhal cənnətdə olacağıq, şübhəniz olmasın!


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aşıq Ələsgərin nəticəsindən Hissin mahnısını imtahana salan müəllifə: “Kiminsə ana-bacısına əyri baxmayıb”

Abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözləri yer alması ilə bağlı müzakirələr səngimək bilmir.

Tədris mərkəzinin 9-cu siniflər üçün təşkil olunmuş sınaq imtahanında Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri sual kimi salınıb. Sualın müəllifi isə hazırlıq mərkəzinin ekspert müəllimi Kamil Talıbovdur.

Kamil Talıbov sözügedən məsələyə münasibət bildirərkən milli aşıq poeziyası tarixində şərəfli yer tutan, el ozanı Aşıq Ələsgəri tənqid edib: “Artıq dövr dəyişib. Uşaqlara Aşıq Ələsgərin məşuqələrinə, dağa, çiçəyə, böcəyə yazdığı şeirlərdən misralar mənasız və maraqsız gəlir”.

Müəllifin bu fikirləri isə ictimaiyyətdə birmənalı qarşılanmayıb. Həmçinin, folklor ədəbiyyatımızın ən uca zirvələrindən sayılan böyük ustadımızın şəxsiyyətinin, eləcə də yaradıcılığının aşağılanması kimi dəyərləndirilib.

Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Bizim.Media-ya açıqlamasında müəllifin belə bir fikir səsləndirməsindən təəssüf hissi keçirdiyini bildirib:

“Sözün açığı bu fikirlər məni məyus etdi. Çox təəssüflər olsun ki, Kamil Talıbov Aşıq Ələsgərin gözəllərə dediyi şerləri məşuqə kimi adlandırıb. Ümumiyyətlə o, tarixçəni bilsə, dilinə heç vaxt elə söz gətirməz. Həmin gözəllərin hər biri bəy və xan qızı olub. Valideynləri Aşıq Ələsgərə deyib ki, qızıma bir tərif de. Yəni belə olub.
Aşıq Ələsgər hər küçədən keçənə söz deməyib axı...

Təəssüf edirəm ki, o müəllif Aşıq Ələsgəri tanımır. Gənclərimiz ona görə bərbad vəziyyətdədir. Aşıq Ələsgər ozan, dədə, ilham və haqq aşığı olub. O, heç vaxt kiminsə anasına, bacısına pis gözlə baxmayıb. Şeirlərindəki bütün misraları ibrətamiz sözlərdən ibarətdir. Gözəllərə dediyi sözlərin içərisində isə böyük bir ilham var”.

Xətai Ələsgərli uşaqların Aşıq Ələsgərin şeirlərindən bezməsi və onlara maraqsız gəlməsi fikri ilə də razılaşmayıb. O, deyib ki, test sualı hazırlayan məsul bir şəxsin belə fikirdə olması sadəcə təəssüf doğurur:

“O, kimdisə bir növ təxribat xarakterli fikir söyləyib. İstənilən insan özünü dərk edəndə bilir ki, şeir, şeiriyyət və poeziya nədir. O müəllifin abituriyent hazırlıq mərkəzinin məsul şəxsi olması da təəssüf doğurur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...

Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi 138 a ünvanında ağacların soyqırımına hazırlıq gedir. Çoxillik yaşıllıq ərazi məhv edilmək üzrədir.

DİA.AZ Tribunainfo.az-a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazi uzun müdətdir hasarlanıb. Ərazidə yaşayanlar narazılıq etməsin deyə gecə ilə bəzi ağaclar gizli şəkildə məhv edilərək aparılır. Ərazidə tikinti işlərinə hazırlıq gedir. Şikayətçilər bildirir ki, yaşıllıq ərazinin məhv edilməsi ilə orada yeni uşaq bağçası üçün iki mərtəbəli bina inşa ediləcək. Sakinlərə bu barədə ərazidə iş aparanlar məlumat verib. Artıq uşaq bağçasının layihəsi hazırdır və yaşıllıqlar məhv edildikdən sonra tikinti işləri daha da sürətlənəcək.

Sakinlər çoxillik ağacların məhv edilməsinin əleyhinədir. Onlar bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Buna baxmayaraq, heç bir tədbir görülmür, hasarlanmış ərazidə işlər davam etdirilir. Sakinlər bildirir ki, işlər dayandırılmasa ərazidə böyük ehtimalla Nərimanov rayon icra başçısı Elgün Həbibullayevin daha bir özəl bağçası ucaldılacaq.

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun sevimli kadrlarından olan, vaxtilə BŞİH-də aparat rəhbəri olmuş, Nərimanov RİH başçısı Elgün Həbibullayev özəl bağçaları ilə məşhurdur. O, Nərimanov rayonunda saysız hesabsız özəl bağçaya sahibdir. Görünür, bağça biznesi ilə məşhur olan E.Həbibullayev biznesini genişləndirmək qərarına gəlib.
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...
Həbibullayevi durdura bilən OLACAQMI? - BALTASINI İTİLƏYİB...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda YÜZLƏRLƏ MƏKTƏBLİ ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...

Babək rayon Nehrəm qəsəbəsində məktəbsiz qalan 600 şagird təhsilini davam etdirmək üçün yağış, qar demədən kilometrlərlə məsafə qət etməli olur. Onların əvvəl getdiyi 3 saylı məktəb iki ildən çoxdur ki, təmir adı ilə bağlanmış, daha sonra isə təmir-quraşdırma işləri zamanı bir hissəsi yenidən uçmuşdu. Həmin məktəbin şagirdləri isə, bərpa işləri gecikdirildiyindən evlərindən xeyli aralıdakı Nehrəm qəsəbə 1 saylı məktəbinə getməyə məcbur olurlar.

Məktəbin təmirinin başa çatması üçün isə, lazımi maliyyənin olmadığı bildirlir. DİA.AZ xəbər verir ki, yerli sakinlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, təmir üçün ayrılan maliyyə müvafiq orqanlar tərəfindən mənimsənilib:

“ Kifayət qədər maliyyə ayrılır, amma maliyyə olmadığını deyirlər. Bir ara məktəbin tikintisinin özəl şirkətlərdən birinə verildiyi bildirildi. Sonra onun rəhbərinin həbs olması ilə bağlı məlumatlar yayıldı. İndi isə iş tamamı ilə dayanıb. Övladım bu il 1-ci sinfə gedib. 6 yaşında uşağı 3 km məsafəyə hər gün aparıb, gətirməli oluram. Qarlı, boranlı, yağışlı gündə bunun nə qədər çətin olduğunu anlamaq lazımdır. Hər şeyə pul tapılır, amma, 600 nəfər şagirdin oxuduğu uçmuş bir məktəbin təmirinə, yenidən bərpasına yox”
Başqa bir şikayətçi, Cəfər Qəribov da 3 saylı məktəbin tikilib başa çatdırılmadığından, məktəblilərin və valideynlərin əziyyət çəkməsindən şikayətlənib. “ Bəzi evlər hətta 3 saylı məktəbdən kilometrlərlə uzaq idi. İndi məsafə bəzi ailələr üçün daha da uzaqlaşıb. Uşaqlar avtomobil yolu ilə gedib-gəlirlər. Onları maşın vurmaq təhlükəsi də yaranır. Qarşıdan qış gəlir. Hər kəsin də avtomobili yoxdur ki, uşaqları məktəbə aparsın”.

Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəb 2021-ci ilin ortalarından təmir adı ilə bağlanıb. 2022-ci il martın 31-də təmir zamanı binanın divarlarından biri çöküb. Qəza nəticəsində 3 fəhlə həlak olub, biri isə yaralanmışdı. Qəzaya səbəb, təmirə ayrılan vəsaitin mənimsənilməsi göstərilirdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Trolluq edən məktəb direktoru `DİMDİYİNDƏN İLİŞDİ`... - BU DA FAKT!!!

Son zamanlar sosial şəbəkələrdə və mediada Şərqi Zəngəzurun tabeçiliyində olan Kəlbəcər Təhsil sektoru ilə bağlı neqativ məlumatlar davamlı hal almaqdadır.

Təhsil sektoru rəhbərliyinin yaratdığı mövcud vəziyyətə sadə müəllimlərlə yanaşı məktəb direktorları da etirazını bildirir.

Gununsesi.info-nun xəbərinə görə, sonuncu belə bir etirazı Mingəçevirdə yerləşən 35 saylı Kəlbəcər orta məktəbinin direktoru Elşən Əzim ifadə edib.

Direktor özünün sosial şəbəkə hesabında yazır:
Trolluq edən məktəb direktoru `DİMDİYİNDƏN İLİŞDİ`... - BU DA FAKT!!!

“Bürokratik əngəllər.. və ya vəzifə səlahiyyətləri tam dəqiqləşdirilməmiş təhsil sektorları.
Əmr deyilən xüsusi səlahiyyət tələb edən sənəd növünə və ya kargüzarlıq növünə dərkənar qoymaq sindiromu
Köhnə təhsil şöbəsi müdiri nostalgiyasından çıxa biləməyən sektor müdirləri.
Zənnimcə yuxarıda qeyd olunan mövzular mətbuatın əsas gündəmi olmalıdır”.
Trolluq edən məktəb direktoru `DİMDİYİNDƏN İLİŞDİ`... - BU DA FAKT!!!

Elşən Əzimin yazdığı bu qeydlər qısa müddət sonra sektoe rəhbərliyinə yaxın olan bəzi məktəb direktorlarının rəy bildirməsinə səbəb olub.

Ancaq müdiriyyəti müdafiə etməyə cəhd edən Kəlbəcər rayon 114 saylı məktəbin direktoru Elçin Nurməmmədov isə özünü gülüş hədəfinə çevirib.

Yazdığı bir neçə cümləlik rəydə saysız səhvlərə yol verən direktorun bu qeydi bumeranqa çevrilib.

Onun qeydlərində yazılır:

Trolluq edən məktəb direktoru `DİMDİYİNDƏN İLİŞDİ`...
Trolluq edən məktəb direktoru `DİMDİYİNDƏN İLİŞDİ`... - BU DA FAKT!!!

Gununsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arif Yeşiltəpənin QARA-QURA İŞLƏRİ - Prezidentə müraciət olundu

Bakı şəh., Suraxanı rayonu, Hövsan Quşçuluq massivində yaşayan, “İlk İnşaat” MMC-də hazırda inzibatçı vəzifəsində işləyən Mustafayev Pərviz Zahidoviç tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevə, aidiyyatı üzrə dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə “İlk İnşaat” MMC-nin rəhbəri Arif Yeşiltəpənin Azərbaycanda və Türkmənistanda törətdiyi qanunsuz hərəkətləri və ona vurduğu maddi ziyanların ödənilməsi barədə müraciət ünvanlanıb.

Şikayəçi P.Mustafayevlə danışdığımız zaman o “İlk İnşaat” MMC-nin Azərbaycandkı rəhbəri Arif Yeşiltəpənin Azərbaycanda törətdiyi digər əməllər haqqında da ( 2014-cü ildə Bakı aeroportundan 70000 evro nağd pulu keçirərkən tutulmasından, Dövlət Miqrasiya İdarəsində hansı məmurla saxtakarlıq etdiyindən, R.Ərdoğana qarşı hansı əks kampaniya aparmasından və digər Allahsız işlərlə məşğul olmaları barədə) məlumat verəcəyini bildirmişdir. Hələlik onun birinci müraciəti dövlət və ictimai əhəmiyyət kəsb etdiyinə görə onu olduğu kimi dəyərli oxucularımıza təqdim edirik: .

” Çoxhörmətli cənab Pezident, bildrmək istəyiəm ki, mən Pərviz Müstafayev Türkiyə Cumhuriyyətinin Azərbaycan filial olan “İlk İnşaat” da əmək müqaviləsi əsasında əvvəl sürücü, hazırda isə 8 ildir ki, inzibatçı vəzifəsində işləyrəm. “İlk İnşaatı” MMC-nin Azərbaycan filialının rəhbəri olan Arif Yeşiltəpə əvvəllər yaşadığım Hövsan qəsəbəsi yaxınlığında miqrant fəhlələrin avtobusla daşınması işini bir sürücü kimi həvalə etmişdi. Hələ o vaxtlar Özbəkistandan Azərbaycana işləmək üçün ucuz işçi qüvvəsi kimi dəvət etdiyi 3000 ( üç min) nəfər fəhlənin Hövsanda qalıb yaşaması və işləməsi üçün Suraxanı rayon İcra başçısı ilə gizli sövdəkləşərək əldə etdiyi torpaq sahələrində qanunsuz miqrant işçilər üçün 3 mərtəbəli konstruksiya yataqxana tipli bina tikib, 600 yerlik yeməkxanası da var. Qaldırıcı kran quraşdırıb. Ofis binasını da daş materialından tikib qanunsuz istifadə edir. A. Yeşiltəpə Özbəkistandan gətirdiyi qanunsuz miqrantları sənədsiz olaraq uzun müddət işlədirdi. Bir dəfə miqrantlarla bağlı problem yarandı və Arif mənə dedi ki, tez bu 500 nəfər özbək işçini buradan qaçırt Rusiyaya. Mən də onları avtobusla Dağıstana apardım. Arif burada Miqrasiya İdarəsində “işlərini həll” etdikdən sonra mən onları yenidən Azərbaycana qaytardım. Arif uzun müdətdir ki, iş gördüyü və pul qazanmasına baxmayaraq pul verib vergilərdən yayınırdı. O bütün “qara” işlərini mənə etibar edirdi və gördürürdü. İki arvad saxlayırdı. Biri özbək, digəri türk idi. Bir dəfə türk arvadı işçisinə qoşulub Rusiyaya qaçmışdı. Mənə tapşırdı ki, get onu tap və qaytar gətir Bakıya. Mən də Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərindən onun arvadını tapıb gətirdim. Bu adam təkcə Azərbaycanda külli-miqdarda vergilərdən yayınmayıb. Eləcə də Türkmənistanda da 6 milyon dollar vergilərdən yayınıb. Məlumat üçün bildirim ki, A.Yeşiltəpənin Azərbaycanda şəriki və ona huimayədarlıq edən yüksək rütbəli dövlət məmuru var.

Arif Yeşiltəpə çoxlu qazanc əldə etmək üçün öz işinə aid olmayan biznesi mənə həvalə etdi. Belə ki, Hacıqabul rayonun Meynaman kəndində manqust heyvanlarının bəslənməsi və satışının təşkil edilməsi işini mənə inzibatçı vəzifəsi verərək həvalə etmişdi. Mən də gəlirin 15 %-nə pay sahibi olmaq şərtilə bu biznesi inkişaf etdirdim. Budur, bu yaxında 15%-lik payımı istəyəndə Arif mənə qışıraraq bildirid ki, öz haqqını istəsən işdən çıxacaqsan, bildinmi”. İndi rəsmən işdən çıxmasam da, Arif mənə qarşı dələduzluq edərərək pulumu vermir. Mən də 5-6 gün əvvəl başıma gələnlər barəsində İfadetv.com saytının baş redaktoru xanım İfadə Cəfərzadəyə rəsmi müraciət etdim. O məsləni araşdırmaq üçün A.Yaşıltəpənin mobil telefonuna zəng etdi. Telefon danışığı yanımda oldu. Arif məslənin nədən ibarət olduğunu bilən kimi İfadə xanıma bildirdi ki, sizi 2 dəqiqədən sonra yenidən arayaram. Amma sonra ona dəflərlə zəng edilməsinə baxmayaraq o telefona cavab vermədi.
Dünən 14 oktyabrda, saat 11 radələrində Əhmədlidə olarkən özünü DTX işçisi adlandıran bir nəfər mənə yaxınlaşaraq DTX-nın baş idarəsinə getməyimi dedi. Biz DTX-nın mərkəzi binasına gəldik. Mənə dedilər ki. “İlk İnşaat” MMC –nin rəhbəri səndən şikayət edib ki, bəs sən ona bir jurnalistlə hədə-qorxu gəlmisən. Lakin heç bir rəsmi ərizə yox idi. Mən olanları onlara izah etdim ki, belə bir sübut yoxdur. Və mən bu adamla mobil telefonda onunla danışmamışam. Telefonla İfadetv.com saytının baş redaktoru danışıb. Arif də 1 dəqiqə danışıq zamanı söhbətin məndən getdiyini anlayan kimi bildirb ki, mənim belə işçim yoxdur və 2 dəqiqə sonar arayacağını demişdir. Vəssəlam.
Bəli, mən əsassız şikayətə görə saxlanılıb sorğu sual olunduğuma görə bir yoldaşla həmin günün 14 oktyabr, saat 15-də Bakıdan Rusiyanın Mineralnı Vodı şəhərinə təyyarə ilə uça bilmədik. Və hər biri 234 manata olan biletlərimiz də batdı. Maddi ziyan dəydi.
Ona görə cənab Prezident Sizdən şəxsən xahiş edirəm ki, “İlk İnşaat” MMC-nin Azərbaycan üzrə rəhbəri olan Arif Yeşiltəpənin gördüyü işlər zamanı Azərbaycanda və Türkmənistanda törətdiyi qanunsuz işlərin araşdırılmasına və mənə vurduğu maddi ziyanların ödənilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Sağ olun.
Qoşma: Şəxsiyyət vəsiqəsi, təyyaraə biletləri. //ifadetv.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səhiyyə sisteminin SADIXOVA PROBLEMİ... - İTTİHAM VAR...


Min illərin sınağından çıxmış müdriklərin belə bir sözü var: “Bu dünyada əvəzolunmaz adam yoxdur”...
Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB-in) rəhbərləri deyir ki, müdriklər heç nə bilmir, Səkinə Sadıxova əvəzolunmaz kadrdır. Söhbət 2019-cu ildən Sumqayıt Səhiyyə şöbəsinin müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxs) direktoru olan Səkinə Sadıxovadan gedir.
Təsəvvür edirsiniz, 300 min əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə rəhbərlik edən bu xanıma TƏBİB rəhbərliyi Abşeron, Xızı səhiyyəsini də tabe edib. Yəni məlumatı olanlar bilir ki, TƏBİB-in rəhbərliyi müxtəlif səhiyyə qurumlarını birləşdirərək Tibb Mərkəzləri yaradıblar. Və müxtəlif, biri-biri ilə əlaqəsi olmayan xəstəxanalar bir mərkəzdə birləşdirilib və bir nəfərə tabe edilib. Sözün qısası, Səkinə Sadıxova Sumqayıt şəhərinin, Abşeron, Xızı rayonlarının səhiyyə müəssisələrini öz dədəsinin obyekti kimi işlədir. Atalar deyir ki, söz sözü gətirər.
Yazının bu yerində dəqiq bildiyimiz bir fakt yada düşdü. Belə ki, rayonlardan birində böyük bir qəsəbənin bələdiyyə sədri loru dildə desək “9-B” XƏSTƏSİDİR. Yəni müharibədə iştirak etməmək üçün özünə həkim komissiyası vasitəsilə belə bir sənəd alıb. Və bir neçə ildən sonra icra başçısının dəstəyi ilə böyük bir qəsəbənin bələdiyyə sədri seçilib.
Təsəvvür edirsiniz belə xəstələrə nəinki rəhbərlik, hətta sürücü işləmək qanunla qadağandır. Amma FƏRARİ olan “9-B” xəstəsi hazırda bələdiyyə sədridir və torpaq satmaqla milyonlar qazanır. Hələ biz Milli Məclisdə Mahir Abbaszadə kimi əsgərlikdən yayınan nə qədər millət vəkili tanıyırıq. Bu başqa bir yazının mövzusudur.
Oxucular düşünə bilər ki, bunun Səkinə Sadıxovaya nə dəxli ola bilər..?
Məlumat üçün qeyd edək ki, Səkinə Sadıxova özünü insanlara VERGİLİ kimi təqdim edir, guya ona VERGİ verilib və s. Hətta Səkinə Sadıxovanın bir müddət ruhi-psixoloji problemlə bağlı dispanserdə müalicə olunması ilə bağlı məlumatlar da var.
Təsəvvür edirsiniz, özünün ruhi-psixoloji problemi olan bir adam 300 minlik Sumqayıt şəhərinin və üstəlik Abşeron və Xızı rayonlarının əhalisinin sağlamlığına nəzarət edir. Bu yerdə dahi Hüseyn Cavidin bir misrası yada düşür: RƏQSİ TƏLİM EDİYOR AXSAQLAR... Bəli, özünün MÜALİCƏYƏ ehtiyacı olan birisi, 100 minlərlə insanın sağlamlığına məsul şəxsdir...
Sözün qısası, Səkinə Sadıxovanın əməllərinin nəticəsi olaraq onun barəsində Maliyyə Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt şəhər səhiyyəsində yoxlama aparıb və orada 6 milyon 427 min manat yeyinti olduğu bəlli olub. Və Səkinə Sadıxova barəsində Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Amma təəssüf ki, bu günədək Səkinə Sadıxova barəsində konkret tədbir görülməyib.
Təsəvvür edirsiniz, bu adam barəsində 6 milyon 427 min manat yeyinti ilə bağlı CM-nin 3 maddəsi ilə cinayət işi açılıb. Amma Səkinə Sadıxova heç nə olmayıb kimi oturub vəzifəsində. Bir sözlə, ölkənin Baş prokurorluğu Səkinə Sadxıova barəsində cinayət işi qaldırıb, digər dövlət qurumları bu qadının əməlləri barədə, külli miqdarda mənimsəmə ilə bağlı ortaya rəsmi sənədlər qoyublar...amma... Əmması odur ki, TƏBİB-in rəhbərliyi, daha dəqiq desək, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və onun müavini Araz Nəsirov deyir ki, Səkinə yekdir, ondan olmaz, onu əvəz edən kadr yoxdur və s... Hələ bu harasıdır..?
Redaksiyamıza daxil olan məlumata görə, Səkinə Sadıxova haqqında yazılanlardan, barəsində cinayət işindən yayınmaq üçün özünü “dəliliyə” vurub...işdə əsəbləşib saçlarını yolur, üzünü cırır...işçilərə qarşı kobudluq edir və s....
Sözün qısası, Sumqayıt sakinləri, səhiyyə işçiləri, bir qrup müharibə veteranları, millət vəkilləri üzlərini TƏBİB-in rəhbəri Vüqar Qurbanova tutaraq, uca səslə bildirirlər ki, artıq Səkinə Sadıxova ilə şəxsi münasibətlərinizi, şərikli biznesinizi dayandıraraq camaatımızın, işçilərimizin, seçicilərimizin və dövlətimizin xatirinə addımlar atın. Başa düşə bilmirik yuxarıda qeyd etdiyimiz kimi, Səkinə Sadıxovanın qarşısında hansı öhdəçilikləriniz varki, siz onu işdən azad edə bilmirsiniz, hörmətli Vüqar Qurbanov? Görəsən Səkinə Sadıxova ilə bağlı sizə yuxarıdan göstəriş gəlməlidirmi? Axı sən söz vermişdin.
P.S. Şəxsi münasibətlərin işə heç bir dəxli yoxdur, çox hörmətli dostlar! //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağsuda vəziyyət `İPDƏN ASILIDIR..." - ACI DA OLSA... FAKTDIR!


Biz bu dəfə nə müharibədən, nə onun yaşatdığı dəhşətlərdən, nə qələbədən, nə də o, qələbəni bizə yaşadan oğulların şücaətindən danışacağıq. Bu barədə hamı yazır, hamı danışır. Hətta, qazilərin, şəhid ailələrinin, müharibə əlillərinin telefon zəngini açmayan deputatlar, onları günlərlə get-gələ salan və qəbul edib dərdini dinləməyən İcra başçıları, ümumiyyətlə övladını müharibədən gizlədən bütün məmurlar belə müəyyən tədbirlərdə danışır, sadaladığımız insanların nə yaşadığını bilməyən, təsəvvür belə etməyən insanlara özlərini alqışlatdırırlar.

Ona görə də biz bu dəfə məhz odun-alovun üzərinə tərəddüdsüz gedən və dadını təsvir etməyə kəlimələr yetməyən qələbəni bizə yaşadan igidlərin müharibədən sonra - bugünə qədər çəkdikləri və çəkməkdə davam etdikləri əziyyətlərdən bəhs edəcəyik. O, əziyyətlər ki, 10-larla dəliqanlı igidləri canına qıymağa vadar etdi, intiharına səbəb oldu.

Bəli, o, oğulların böyük əksəriyyəti işsizlikdən, ailəsinin, övladının yanında xəcalət hissi yaşamaqda qurtulmaq istədilər.
"DogruXeber.az" bildirir ki, 2023-cü ilin noyabr ayı qara xəbərlə özünü yetirdi. Ağsu rayonunun Ülgüc kəndində yaşayan Vətən müharibəsi qazisi, 1992-ci il təvəllüdlü Babayev Rabil Kamal oğlu ötən gün intihar etdi.

Onu tanıyanlar işsizlikdən əziyyət çəkdiyini, üç ildir bunun üçün müraciət etmədiyi dövlət qurumu qalmadığını, sonuncu dəfə eyni səbəblə yenidən icra hakimiyyətinin qəbulunda olduğunu və oradan çıxıb, evə gedib, həyətində özünü ağacdan asdığını deyiblər. Bəlli ki, aldığı sonuncu cavab da ümidverici olmadığı üçün o, bu addımı atıb.

Yox, təbii ki, biz bu addımı dəstəkləmirik, intihar çıxış yolu deyil. Amma, bu yolu seçməkdə ən böyük "köməkçi" yerli icra hakimiyyətləri və digər dövlət qurumlarıdır. İntihardan sonra ailəsinə susdurmaq üçün verilən ev, yaxud digər "bəxşişlər" onun sağlığında etdiyi haqlı tələbindən daha ağır olur, halbuki ki, öldükdən sonra verilən imtiyazlar onların sağ ikən haqq etdikləridir.
Allah rəhmət eləsin, xalqın şairi Cabir Novruz gözəl deyib:

"Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…
Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara."

Necə düşünürsünüz, sizcə Rabil Babayevin canına qıydıgına görə biz təkcə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovumu qınamalıyıq?
O, Rövşən Bağırov ki, cəmi iki il əvvəl - 2021-ci ildə yerli saytlarda 15 il "ağalıq etdiyi" Lerik rayon İcra Hakimiyyətində yoxlamalar başladığında təşviş içində olduğu və hətta külli miqdarda yeyintiyə görə həbs olunma ehtimalının olduğu barəsində məlumatlar tirajlanırdı. Amma, maraqlıdır ki, onu o, posta əyləşdirən "sehirli əl" oradan oturduğu kürsü ilə birlikdə "evakuasiya" etdi Ağsu rayon İcra Hakimiyyətinə. Necə deyərlər, "bığda götürüb, saqqala qoydu". Tutduğu postdan yalnız özünə və himayədarına xidmət üçün istifadə edən və bununla da yerli sakinlərdə kifayət qədər narazılıq yaradan məmur cəzasızlığın ləzzətini daddıqdan sonra, əlbəttə ki, onu heç bir qüvvə əvvəldən öyrəşdiyi yolundan döndərə bilməzdi, heç döndərmədi də...

Rövşən Bağırovun Ağsu rayonuna gəldiyi heç iki ay deyildi ki, yerli sakinləri qəbul etmədiyinə görə narazılıqlar başladı. O, zamanlar sadiq işçiləri, "hələ adamları tanımır, təzə gəlib, zamanla qaydasına düşəcək ", - deyərək, "əlahəzrət" Bağırovun üzünü ağartmağa çalışırdılar.

Amma, bu yalanlar da bir yerə qədər, elə deyilmi???

Şəxsi maraqları gözlərinin önünə o, qədər 'qalın pərdə" çəkib ki, bir çox məmurlar və qurumlar bunun fərqində deyillər, əslində isə bu kimi hallar onlar üçün həyəcan siqnalı olmalıdır. Bilin ki, xalqın səbri tükənməz deyil.

"Xidmət etmək sayılır kişilikdən nişana,
Xalqına xidmət etmək bir şərəfdir insana."
(Nizami Gəncəvi)

Nə qədər ki, gec deyil, bu şərəfdən yaralanın, bu həm də sizin vəzifə borcunuzdur.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Siqaret və spirtli içkilər nə qədər bahalaşacaq? - AÇIQLAMA


Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır.

Belə ki, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün 0,25 manatdan 2 manata qaldırılır. İçməli spirtin hər litri üçün vergi dərəcəsi isə 4 manatdan 4,8 manata yüksəldilir.

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir:

“Lakin siqaret və siqarilla məhsullarında vergi min ədədə hesablandığından hər ədədə düşən artım da cüzi olur. Buna görə də, siqaret qiymətlərində ciddi artım gözlənilirmir.

Lakin elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 manata yüksəldilib ki, bu da sözügedən siqaretlərin qiymətinə əhəmiyyətli təsir göstərəcək. Ümumilikdə, qiymətlərdə 1,75-2 manat aralığında artım gözlənilir”.

Ekspertin sözlərinə görə, vergi artımı spirtli içkilərdə hər litr üçün qiymətlərin 0,5-1 manat aralığında artımına səbəb ola bilər.

“Vergilərdəki dəyişikliklər bazara ciddi təsir göstərməsə də, qiymətartırıcı faktorlardır”, - deyə X. Kərimli əlavə edib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO