[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Debilliyini gizlətmək üçün adını dəyişdirən həkim... - BU DA FAKT!!!

Başqa adı əqli gerilik olan debillik xəstəliyinə məruz qalmış şəxslərə məsuliyyət tələb edən işləri həvalə etmək olmaz. Ələlxüsus da insanların sağlamlığını debillərə etibar etmək olmaz.
Debilliyini gizlətmək üçün adını dəyişdirən həkim... - BU DA FAKT!!!
Debilliyini gizlətmək üçün adını dəyişdirən həkim... - BU DA FAKT!!!

Yetərincə reklam olunan kosmetoloq doktor Tural (Həbibov Şümal Zərbəli oğlu) əsgərliyə çağırıldığı 2010-cu ildə tibbi komissiyadan keçmiş və debillik xəstəliyi səbəbindən hərbi xidmətə məhdud yararlı hesab edilmişdir.
Debilliyini gizlətmək üçün adını dəyişdirən həkim... - BU DA FAKT!!!
Debilliyini gizlətmək üçün adını dəyişdirən həkim... - BU DA FAKT!!!

Beləliklə, hərbi xidmətdən (həm də sonrakı müharibə və hərbi toqquşmalardan) yayınmağı bacaran debil Şümal Həbibovun debilliyi (2009-cu ildən RƏXD-nin qeydiyyatındadır, Diaqnozu: Debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin ruhi-əsəb xəstəlikləri dispanserinin 30.01.2010-cu il tarixli arayışı ilə də təsdiq olunur. Bu kateqoriyaya aid olan şəxslər hər 3 ildə bir dəfə təkrar müayinə olunaraq yenidən şəhadətləndirilməlidirlər. 1991-ci il təvəllüdlü Şümal Həbibov sonrakı dövrdə necə olubsa, sənədlərini Sabunçu rayon hərbi komissarlığından “yoxa çıxarıb” və onu itirib-axtaran olmayıb.

Hətta orta məktəbi bitirdiyi barədə attestat ala bilmədiyi deyilən Şümal Həbibov sonradan necə olubsa, 2014-cü ildə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini cərrahlıq ixtisası üzrə bitirib (Diplom: B№ 226047, qeydiyyat nömrəsi: 2/084). Daha sonra bir neçə qeyri-mötəbər tədris mərkəzlərində kurslardan keçdiyi barədə sertifikatlar alıb. Hazırda paytaxtın Nəsimi rayonundakı özəl “Qaragözova” klinikasında estetik kosmetologiya (dodaq dollğunluğu, çənə ovalının sərtləşdirilməsi, omba doldurma, sinə böyütmə və s.) ilə məşğuldur.

Xəstəliyi ilə məşğuliyyəti aşkar ziddiyyət təşkil edən Həbibovun öz adını dəyişdirməsinin səbəbini bəlkə də “Şümal” sözündən xoşu gəlməməsi ilə əlaqələndirmək olar. Amma kim zəmanət verə bilər ki, o, bu yolla həm də öz debil keçmişini “ört-basdır” etməyə çalışmayıb?

“Qaragözova” Klinikasının baş həkimi Gülya xanıma müraciət edib məsələyə münasibətini soruşduq. O isə sualımıza sualla cavab verdi: “Niyə özündən soruşmursunuz? Bura Azərbaycandır, hər şey ola bilər”.

Biz yenidən bu suallarla bağlı Şümala zəng edib onun da mövqeyini öyrənmək istədik. Bildirdi ki, «sizə zəng edəcəklər» . Sonradan dəfələrlə etdiyimiz zəngə isə o, cavab vermədi.

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi “Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus klinikada aparılan planlı yoxlama zamanı sertifikasiyadan keçməyən 19 nəfər işçi, lisenziyadan kənar iş və fəaliyyət, yəni rentgenoloji iş aşkarlayıb. Böyük ehtimalla Tural (Şümal Həbibov) da Səhiyyə Nazirliyinin sertifikasiyasından keçməyən həmin 19 nəfərdən biridir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) və 215.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddələri ilə inzibati qaydada protokol yazılıb və Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baş tutan iclasda klinika 6 min manat məbləğində cərimə olunub.

Mətbuatda yayılan məlumata görə, “Qaragözova” MMC Milli Məclisin üzvü Ağalar Vəliyevə məxsusdur.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Veysəloğlu şirkəti işçilərini qul kimi işlədir - VİDEO

"Azərbaycan Reallığı"na video şikayət göndərən vətəndaş bildirir ki, Ayna Sultanova yerləşən "OBA" marketdə Veysəloğlu şirkəti işçilərin əməklərini istismar etməklə məşğuldur.

İşçi marketdə bilmir yük daşısın yoxsa kassada dayansın. Burada cəmi 2 işçi var, işçi qüvvəsinin az olması marketə gələn müştərilərində haqqlı narazlıqına səbəb olur 1-2 işçi qüvvəsi ilə böyük bir market idarə olunmur.

Mən bir müştəri kimi haqqımı istəyirəm. Aylarla burada bu acınacaqlı vəziyyət davam edir. Marketə girib lazım olan ərzaqları alırsan kassaya yaxınlaşanda heç kimi tapa bilmirsən.

Xeyli vaxt gözləməli olursan bura gələn müştəri əsəs stres yaşayır deyə sonda şikayətçi bildirib.

"Azərbaycan Reallığı"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gələn il pensiyalar bu qədər artacaq

"Gələn il pensiyaların orta hesabla 11 % artırılması mümkün olacaq".

Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, növbəti ildən yaşa görə pensiyanın orta məbləği 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləği cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə 454 manata yüksəlməsi proqnozlaşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət müəssisələri nə zaman normal dividend ödəyəcək - ARAŞDIRMA

Azərbaycanda dövlətə məxsus və dövlətin payı olan şirkətlərin zərərlə işləməsi uzun illərdir davam edir və artıq heç kimdə təəccüb doğurmur. Son illərdə bu şirkətlərin idarəetməsində təkmilləşmənin aparılması, müasir idarəetmə prinsiplərinin tətbiqi, onların fəaliyyətində səmərəliliyin təmin olunması məqsədilə bir sıra mühüm addımlar atılıb: Azərbaycan İnvestisiya Holdinqi yaradılaraq, əksər iri dövlət şirkətləri onun tabeliyinə verilib. Şirkətlərdə müşahidə şuraları formalaşdırılıb, fəaliyyətin səmərəliliyini artırmaq üçün maliyyə nəzarəti gücləndirilib və sair.

Bu təbirlərdən sonra bir sıra dövlət və səhmlərində dövlətin payı olan şirkətlərdən dövlətə dividend ödənişləri qeydə alınmağa başlayıb. Bu ödənişlərdə ildən-ilə artım müşahidə olunur. Məsələn, 2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 106,5 milyon manat proqnozlaşdırılsa da, ilin yekununda 130,7 milyon manatlıq icra qeydə alınıb. Bu artımı Azərbaycan Beynəlxalq Bankının proqnozunu büdcə 100 milyon manata qarşı 120 milyon manat, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin 5 milyon manata qarşı 10 milyon manat icra etməsi, həmçinin proqnozda nəzərdə tutulmadığı halda “Aqrarkredit” QSC BoKT-un 198 min manat ödəməsi səbəb olub. “AzərTürkBank” ASC üzrə 1,5 milyon manat dvident ödənişi proqnozlaşdırılsa da, hər hansı ödəniş qeydə alınmayıb.

Hesablama Palatasının 2022-ci il üzrə dövlət büdcəsinin icrasına verdiyi rəydən aydın olur ki, “Azər-Türk Bank” ASC 2021-ci maliyyə ilini 554,0 min manat mənfəətlə başa vurmasına baxmayaraq, həmin məbləğ Bankın kapital mövqeyinin və maliyyə dayanıqlılığının qorunması adı ilə dividend kimi səhmdarlara ödənilməyərək bankın kapital hesablarına aid edilib. Bundan əlavə, bəzi müəssisələr tərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsinə baxmayaraq, bu mədaxil mənbəyi üzrə daxilolma icra edilməyib. Bunlardan “AzinTelecom” LLC 2020-ci ili 47,1 milyon manat, 2021-ci ili 131 milyon 107,0 min manat mənfəətlə başa vursa da, dövlətə hər hansı dvident ödəməyib. “Azərlotereya” 2021-ci ildə 1 milyon manat ödəsə də, sonrakı illərdə ödəniş olmayıb. “Aqrarkredit” QSC BoKT isə 2021-ci ildə 200 min ödəyib, 2022-ci ildə ödəniş nəzərdə tutulmasa da, 198 min manat ödəyib.

Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnoz - 74% ARTIRILIR - FED.az

Bu günlərdə Milli Məclisdə müzakirələri gedən 2024-cü ilin dövlət büdcəsi sənədindən aydın olur ki, gələn il üçün səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmalar üzrə əvvəlki illərə nisbətən kəskin artım nəzərdə tutulub. Sənədə görə, hökumət bu müəssisələrdən alınan dividendlərdən 558,2 milyon manat gəlir əldə etməyi planlaşdırır. Bu isə 2023-cü ilin proqnoz göstəricisindən 237,0 milyon manat və ya 1,7 dəfə çoxdur. Hesablama Palatasının büdcə layihəsinə verdiyi rəyə görə, artımın əsas səbəbi dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişlərinin 188,0 milyon manat artırılaraq 408,0 milyon manata, “Azərbaycan Beynəlxalq Bankı” ASC üzrə proqnozun cari ildəkindən 50,0 milyon manat artırılaraq 150,0 milyon manata çatdırılmasıdır. 2024-cü ilin dövlət büdcəsi layihəsində dövlət qeyri-maliyyə təşkilatları üzrə nəzərdə tutulan 408,0 milyon manat dividend ödənişinin hamısı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(SOCAR) üzrə nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlərin 200,0 milyon manatı SOCAR, 15,0 milyon manatı “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC, 5,0 milyon manatı “Azər Gold” QSC üzrə nəzərdə tutulub ki, bundan da cari ilin 8 ayı ərzində dövlət büdcəsinə hər hansı ödəniş qeydə alınmayıb: “Təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2023-cü ilin ötən 8 ayı ərzində 151,1 milyon manat məbləğində vəsait daxil olub ki, bunun da 150,9 milyon manatı ”Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,2 milyon manatı “Aqrarkredit” QSC BOKT tərəfindən dövlət büdcəsinə ödənilib, “Azər Türk Bank” ASC tərəfindən dividend ödənişi həyata keçirilməyib. Qeyd etmək lazımdır ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan (nizamnamə kapitalının 75 faizi) “Azər Türk Bank” ASC-nin xalis mənfəətinin 2021-ci ildə 0,5 milyon manat, 2022-ci ildə 12.1 milyon manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib ki, nəticədə 2023-cü il 01 yanvar vəziyyətinə 14.7 milyon manat bölüşdürülməmiş mənfəət mövcud olub. Eyni zamanda aparılan təhlillər dövlət mülkiyyətində olan bəzi digər müəssisələr üzrə də xalis mənfəət əldə edilməsi fonunda dividend ödənişinin həyata keçirilmədiyini göstərir".

Hesablama Palatasında bu fikirdədirlər ki, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müzakirələr əsasında müvafiq təhlillərin aparılması, həmçinin “Azər Türk Bank” ASC, “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Azər Gold” QSC tərəfindən dividend ödənişi nəzərdə tutulması məqsədəuyğundur. //musavat.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Halal dərmanların tərkibində alkoqol və donuz komponentləri olmayacaq” - Nazir müavini

“Halal dərmanların tərkibində, yəqin ki, alkoqol, yaxud donuzun hansısa komponentlərindən istifadə olunmayacaq. Yəni adından da bəlli olduğu kimi, halal dərman olacaq”.

Bunu report-a açıqlamasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Onun sözlərinə görə, dünyada belə bir təcrübə mövcuddur.

Nazir müavini vurğulayıb ki, dərmanların saxlanma şəraiti onun farmasevtik formasından asılıdır.
R.İsmayılov bildirib ki, dərindən araşdırma aparıldıqdan sonra detallar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu ölkədə halal dərman vasitələrinə dair dövlət standartı qəbul edib. Bu standart islam qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur.

Standart halal dərman məhsulları üzrə halal statusunun qorunub-saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nizami rayon icra başçısının EKOLOJİ TERROR PLANI: Coşqun Cəbrayılov meşə zolağını MƏHV EDİR – VİDEO

Bakının Nizami rayonundakı meşə zolağında qanunsuz tikinti işlərinin aparılmasına hazırlıq görülür.

Yenicag.az xəbər verir ki, jurnalist Pərvin Abışova Nizami rayonu Çoban Bəkirzadə küçəsindəki meşə zolağının daxilində qanunsuz tikinti üçün hazırlıq işlərinin başladığını və təməl qazıldığını təsdiqləyən videomaterial paylaşıb.
Materialda qeyd olunur ki, bəhs edilən ərazidə bir müddət əvvəl baş verən yanğından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülən “tədbir və cərimələmələr”dən vəziyyəti düzəlmək əvəzinə, daha da pisləşib.

Jurnalist qeyd edib ki, oradakı ağacların məhvinin və hazırlıq görülən tikinti işlərinin gözdən uzaq qalması üçün rayon rəhbərliyi ərazidən keçən yolu da bağlayıb.

Həmin videomaterialı təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Düşmənin “xəritə oyunu”: “Hər iki dövlətin sərhədləri...” - GƏLİŞMƏ

İrəvan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasının 1974-78-ci illərində tərtib olunmuş xəritələri əsasında aparılmasını təkid edir.

Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 3-də parlament komissiyalarında ilkin büdcə dinləmələri zamanı deyib ki, Azərbaycan ilə Ermənistan arasında sərhəd ərazilərin delimitasiya və demarkasiya prosesi Sovet İttifaqının son xəritələrinə uyğun olaraq aparılmalıdır.

“Delimitasiya və demarkasiya prosesi sovet dövrünün ən son qanuni xəritələrinə əsaslanmalıdır. Bunlar 1974-1978-ci illərin xəritələr qrupudur, şərti olaraq 1975-ci ilin xəritəsi adlanır. Lakin texniki dəqiqliyi təmin etməyə çalışırıqsa, deməli, söhbət 1974-1978-ci illərdəki ayrı-ayrı xəritələr qrupundan gedir. Ümumilikdə isə, prinsipcə, SSRİ-nin dağılması dövrünün sərhədləri əsas götürülür”, - deyə Mirzoyan vurğulayıb.

Maraqlıdır, Azərbaycan Ermənistanla sərhəd ərazilərin delimitasiyası və demarkasiyasının hansı xəritələr əsasında aparılmasına üstünlük verəcək?

Məsələ ilə bağlı sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, postsovet ölkələrinin sərhəd məsələsində Alma-Ata Bəyannaməsi əsas prinsip kimi nəzərə alınıb:

“SSRİ dağılarkən bu ittifaqa üzv olmuş ölkələr arasında administrativ sərhədlər bu bəyannamə əsasında müəyyən olunub. Ermənistandan başqa bütün postsovet ölkələri bu sərhədləri qəbul edib.

Həmin zaman Ermənistan Azərbaycanla olan sərhədləri qəbul etmək istəməyib. Çünki o vaxtki Ermənistan hakimiyyəti Azərbaycan SSRİ-nin tərkib hissəsi olmuş “Dağlıq Qarabağı” özünün ərazisi hesab edirdi. Bununla bağlı, Alma-Ata Bəyannaməsində düzəliş edilməsini tələb edirdi. Amma o zaman İrəvan Gürcüstan və Türkiyə ilə sərhədləri əsas götürmüşdü.

Buna baxamayaraq, İrəvanın Türkiyəyə qarşı ərazi iddiaları vardı. Buna görə də hazırda bu məsələdə ciddi problemlər mövcuddur. Hazırki Ermənistan hakimiyyətinin təklifi bundan ibarətdir ki, hər iki ölkə arasında sərhəd ərazilərinin delimitasiyası və demarkasiyası 1974-78-ci illərində tərtib olunmuş xəritələr üzərində aparılsın.

Ermənistan hakimiyyəti və onun havadarları bu mövqeyi gücləndirmək üçün Qranadada bəyanat imzalayıblar. Fransa və Almaniya bu bəyanata dəstək verib. Azərbaycan isə bu məsələ barədə öz mövqeyini hələ açıqlamayıb.

Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi 1991-ci ildə ləğv olunub. Azərbaycanın təklifi ondan ibarət ola bilər ki, hər iki dövlətin sərhədləri 1920-ci il xəritələri əsasında müəyyən olunsun”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"R Group Azerbaijan" MMC - MƏHKƏMƏYƏ VERİLDİ


"R Group Azerbaijan" MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.(FED.az)

İş Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun icraatındadır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlətin adından çıxarılan məhkəmə qərarını borclu pensiya orqanı 6 ildən sonra ləğv edib - AXI NİYƏ?

"Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində Azərbaycan dövlətinin hüquqi, demokratik respublika olduğu, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız HÜQUQla, xarici məsələlərdə yalnız dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə MƏHDUDLAŞDIRILDIĞI doğrulanıb. Ana Qanunun 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası hamıya məcburidir; məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir "Pensiya təminatını, təyinatını gerçəkləşdirən orqanlar isə dövlətin hüquqi, demokratik respublika olmadığənı, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla yox, özbaşınalıqla məhdudlaşdırıldığını ortaya qoyurlar. Vətəndaşın Konstitusiyanın 68-ci maddəsi ilə təminat verilən özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququna da qadağa qoyulub. Özbaşınalqdan, vicdansız davranışdan dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına edilən şikayətlər barəsində şikayət edilən qurumun , vəzifəli şəxsin özünə göndərildiyindən, qanunun aliliyi, hüququn üstünlüyü yox, “dedığım dedığdır” özbaşınalığı hökm sürür.
Özbaşınalığa , dələduzluğa, korrupsiya cinayətinə baxın, borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 6 ildən sonra dövlətin adından Bakı İnzibati Məhkəməsinin (keçmiş 1 saylı BİİM) çıxardığı 05.07.2017 tarixli , 2-1(81)-1889/2017 tarixli qərarını 6 ildən sonra ləğv edib .(?) Düşünmək olardı, “siçanın çaşıb pişikdən pasport tələb etməsi” gülməcəsində olduğu kimi, borclu Filial çaşıb, tələbkardan borc tələbi bir yana, hakim kimi dövlətin adından çıxarılan qərarı ləğv edib. “Kəlləmayallaq” hüquq özbaşınalığının dövlətin sosial, hüquq siyasətini kəlləmayallaq etməsi göz qabağındadır. Axı dövlətin adından çıxarılan məhkəmə qərarını , özü də 6 ildən sonra heç Prezident , Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə də ləğv edə bilməz, hansısa pensiya qurumu, özü də məhkəmə qərarı ilə üzərinə öhdəlik qoyulan qurum Konstitusiyanı necə ləğv edə bilər? Belə hüquqi, demokratik dövlət , əlbbəttə, analoqsuzdur.
Ombudsman Aparatından Fond rəhbərinə göndərilən 07.07.2023 tarixli məktubda araşdırma aparılması, insan hüquqları üzrə müvəkkilə bilgi verilməsi istənilib. 3 aydan sonra verilən cavabla 30.12.2020 tarixli qanunun məhkəmə qərarını ləğv etdiyi(?) bildirilib və ombudsman bu bildirişi konstitusiya aktı kimi qəbul edib. (??) Bakı İnzibati Məhkəməsi (hakim Günel xanım Sevdimalıyeva) isə 19.06.2023-cü il tarixli məktubla borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından 6 il qabaq çıxarılan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icra vəziyyəti və qaydası haqqında qısa müddətdə cavab verilməsini TƏLƏB EDİB.
Məhkəmə tələbindən 5 ay “qısa müddət” keçməsinə baxmayaraq, hələ də bir sonuc yoxdur, hüquq özbaşınalığı sürür. Məhkəməyə də borclunun məhkəmə qərarını ləğv etməsi “hüquq və azadlıq” özbaşınalığı kimi sırınıb. (??) Özbaşınalığın, vicdansızlığın, hüquqsuzluğun sonu görünmür. Hələ ki, “divar qurtarmır”, pensiya ödəyən orqanlar özbaşınalıq “divarından tutub gedirlər”. Haraya qədər ? Qazilərin axırına çıxana qədər?.."
Məsələ ilə baağlı olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qanunsuz əməllərini “Bir millət, iki dövlət” şüarı altında gizlədən tikinti maqnatı - İLGİNC İDDİALAR...

Bu ilin fevral ayında Türkiyədə baş verən və 50 min nəfərdən çox insanın həyatına son qoyan zəlzələlər zamanı bir çox binanın dağılmasına əsas səbəb kimi ölkədə tikinti qaydalarına ciddi əməl olunmaması göstərildi və bu, insanların qəzəbini getdikcə artırdı. Çünki tikinti şirkətləri mənzil satdıqları insanları aldatmış, inşaaat materiallarının zəlzələyə davamlı olduğunu reklam etmişdilər.

Türk inşaatçıları Azərbaycanın tikinti sektorunda da fəaliyyət göstərirlər. İstər əlahiddə, istərsə də müştərək şəkildə. Paytaxtın Nəsimi rayonunda, 4-cü mikrorayon dairəsi həndəvərində keçmişdə restoran olmuş ərazini alan 75 yaşlı Rasim adlı iş adamı çoxmərtəbəli bina tikdirir. Tikilməkdə olan göydələnə hətta ötəri müşahidə edib görmək olar ki, burada inşaat normasına və standartlarına əməl olunmur. Ən acınacaqlısı da budur ki, fəhlələr istehsalatda bədbəxt hadisələrdən qoruyacaq dəbilqə və s. təhlükəsizlik texnikası ilə təmin olunmayıblar. Yaxın ətrafdakı sakinlər şikayətlənirlər ki, hündürmərtəbəli binanın özülü qazılanda yerli infrastruktur sıradan çıxıb, kanalizasiya xətti dağılıb, yaıllıq məhv edilib, avtomobil saxlamağa yer qalmayıb.

Rasim bəy telefon zənglərimizə cavab verməsə də, cəhd edib onun özü ilə görüşməyə müvəffəq olduq. Mövcud nöqsan və çatışmazlığın səbəblərindən danışmaq, aradan qaldırılması üçün hansı tədbirləri planlaşdırdığını sadalamaq əvəzinə tikinti biznesmeni dedi ki, bəs, o, türk inşaatçıları ilə işləyir: “İndi nə deyirsiz, istəyirsiz, gedib Prezident Aparatının qapısını döysünlər?”

Rasim bəy həmçinin bildirdi ki, aidiyyəti qurumlarla bütün məsələləri çoxdan “yoluna qoyub”, qarşısına nə maneə çıxsa, türk qardaşları qabağa verib işinə davam edəcək.

Mövzunu davam etdirəcəyik.
Deryaz.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO