[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın Livandakı səfirliyinə hücum olub - VİDEO


Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar.

Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboyun illərdir qazsız qalan KƏND MƏKTƏBİ... – “Azəriqaz”la Nazirlik NƏYİ GÖZLƏYİR?


Azərbaycanda hələ də bəzi təhsil ocaqlarının binaları istiliklə təmin olunmayıb. Belə təhsil ocaqlarından biri də Goranboy rayonunda yerləşən S.Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbidir. Sözügedən məktəbə qaz xətti çəkilmir. Baxmayaraq ki, məsələni əvvəl də ictimailəşdirmişik.

Övladları həmin məktəbdə təhsil alan valideynlər növbəti dəfə Bizim.Media-ya bununla bağlı müraciət ediblər. Dediklərinə görə məktəb binası yeni təmirdən çıxsa da, təhsil müəssisəsi qazlaşdırılmayıb.

Baxmayaraq ki, yeni tədris ilinə sayılı günlər qalıb və qarşıdan soyuq aylar gəlir.

Valideynlərin sözlərinə görə qış aylarında övladlarının soyuq sinif otaqlarında dərs keçmələri onları narahat edir. Otaqları isitmək üçün elektrik enerjisi ilə işləyən qızdırıcı cihazlardan qənaətə görə çox az istifadə olunur. Bəzənsə heç qoşulmur.

Şagirdlər istiliyin olmaması ucbatından sinifdə üst geyimlə oturmaq məcburiyyətində qalırlar. İllərdir yaşanan bu problemlə bağlı dəfələrlə məktəb rəhbərliyinə və rayon Təhsil Şöbəsinə müraciətlər edilib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuta katibi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, balans məsuliyyəti kimi Elm və Təhsil Nazirliyi tərəfindən onlara müvafiq qaydada müraciət olunmalıdır və texniki şərt alınmalıdır:

““Azəriqaz” İstehsalat Birliyi hər hansı təhsil ocağına və məktəbəqədər təhsil müəssisələrinə hansısa fərdi müraciətin əsasında qaz xətti çəkə bilməz. Qaydalar bunu deyir ki, həmin təhsil ocaqları rayon təhsil şöbəsinə müraciət etməlidir. Rayon Təhsil Şöbəsi də Elm və Təhsil Nazirliyinə bununla bağlı məlumat verməlidir.

Nazirlik mərkəzləşdirilmiş qaydada həmin təhsil ocağının müvafiq sənədləri ilə birlikdə SOCAR “Azəriqaz” İstehsalat Birliyinə qazlaşma ilə bağlı müraciət edir. “Azəriqaz” isə həmin təhsil ocağının mərkəzinin özünə yox, qazanxanaya qazın verilişini təmin edir. Heç bir təhsil ocağının daxilinə qazlaşma ilə bağlı addımlar atılması qanuni deyil. Yalnız və yalnız biz məktəbin kənarında tikilən və standartlara cavab verən qazanxanalara təbii yanacağı veririk. Həmin qazanxanalardan isə təhsil ocağına istilik təmin olunur və beləliklə problem həll olunur”.

Qaldı ki, sözügedən məktəbin qazlaşdırılmasına Eldəniz Vəliyev sualımıza cavabı bununla əsaslandırıb:

“Görünür, sözügedən məktəbin də müvafiq sənədləşməsi qaydasında deyil. Çox güman ki, qazlaşdırılma ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunmayıb. Nazirlik müvafiq sənədləşmələrlə müraciət etsə, “Azəriqaz”İstehsalat Birliyinin nə marağı var ki, hansısa təhsil ocağının qazlaşdırılmasını icra etməsin? Bu, mümkün deyil”.

Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun isə cavabı belə olub:

“Belə müraciətlər olur və davamlı şəkildə monitorinqlər aparılır. Sadəcə olaraq orada bir çox hallarda texniki şərtlər mümkün olmur. O texniki şərtlərin bəzən gecikməsi səbəbindən problem yaşanır. Amma bu məsələ bizim diqqətimizdədir. Bütün hallarda bu mövzuda biz işləyirik və nəticəsi də olur. Uyğun texniki şərtlər ödəniləndən sonra orada yəqin ki, qaz verilişi olacaq”.

Göründüyü kimi, növbəti dəfə cavabdeh olan hər iki qurumun açıqlaması ümumi xarakter daşıdı. Qurum rəsmiləri konkret məsələnin həlli ilə bağlı araşdırma aparmaq və nəticə barədə məlumat vermək əvəzinə işin prosedur qaydalarını xatırlatmaqla kifayətləndilər. Halbuki qazlaşdırma mexanizminin necə aparılması media nümayəndəsi olaraq nə bizə, nə də ictimaiyyətə yaddır. Bu prosedurun necə aparılması deyil, nəticəsi maraqlıdır. Bunu isə öyrənə bilmədik.

Bir sözlə, bıçaq sümüyə dirənənə qədər yenə gözləməli olacağıq...
Bizim.Media
Goranboyun illərdir qazsız qalan KƏND MƏKTƏBİ... – “Azəriqaz”la Nazirlik NƏYİ GÖZLƏYİR?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər tərəfindən törədilən Ballıqaya qətliamının ildönümüdür


Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən və tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının ildönümüdür.

Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 31 il ötür.

Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.

Qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.

Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.

Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.

İstər Ballıqaya, istər Qaradağlı, istərsə də Xocalı və Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün qətliamların qisası 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı bir-bir alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşməni döyüş meydanında məhv edə-edə qələbə qazanmaqla yanaşı bu qisasın alınmasına nail olunub. Baxmayaraq, Ermənistan silahlı qüvvələri hətta Vətən müharibəsi günlərində də dinc əhaliyə qarşı hərbi cinayətini davam etdirib. Azərbaycan əsgərinin qarşısında tab gətirməyən düşmən döyüş meydanından qaçaraq o zamankı cəbhəyani ərazilərdə yerləşən və eləcə də cəbhəyani ərazilərə yaxın olan şəhər və rayonları ballistik raketlərlə bombalayıb. Gəncə və Bərdə şəhərlərinin düşmən tərəfindən ballistik raketlərlə bombalanması nəticəsində neçə-neçə günahsız insanın, azyaşlıların, qadınların həyatına son qoyulub. Eləcə də Mingəçevir, Yevlax, Naftalan, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və digər şəhər və rayonlarda mülki əhali və infrastrukturu mərmi və raket atəşinə məruz qoyması nəticəsində uşaq və qadınlar da daxil olmaqla çoxlu sayda insan qətlə yetirilib.

Bütün bunlar dinc azərbaycanlılarla düşmənçilik edən ermənilərin – erməni silahlı birləşmələrinin ideologiyasının əsas qayəsidir.

Amma onların bu ideologiyası da, mifologiya üzərində quraraq özlərini inandırmağa çalışdıqları yenilməz orduları da məhv edildi. Məhz qətiyyətli Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun şücaəti sayəsində. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində uzun illər işğal altında saxlanılan torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla da, tarixi ədalət bərpa olundu və qələbə qazanıldı. Tarixən azərbaycanlılara qarşı kütləvi qırğın, qətliam və soyqırımı törədən erməni silahlıları və onların tör-töküntüləri isə döyüş meydanında yerindəcə məhv edildi. Əldə olunmuş Zəfərə, qazanılmış qələbəyə baxmayaraq, Azərbaycan xalqı ermənilərin törətdiyi kütləvi qətliamları heç bir zaman unutmayıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə çıxışlarında Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağını və buna görə Ermənistanın hüquqi müstəvidə cavab verməyə məhkum ediləcəyini bildirib.

Ballıqaya faciəsində qətlə yetirilən günahsız mülki insanların xatirəsini sayğı ilə anırıq. Aşağıdakı siyahıda onların adları yer alıb:

№ A.S.A Doğum tarixi Yaşı
Azyaşlı uşaqlar

1 Hümbətov Elçin Vəzir oğlu 1980 12 yaş
2 Hümbətov Bəxtiyar Vəzir oğlu 1982 10 yaş
3 Hümbətov İsmayıl Vəzir oğlu 1984 8 yaş
4 Hümbətov Nəvadi Vəzir oğlu 1986 6 yaş
5 Hümbətova Gülnar Vəzir qızı 1988 4 yaş
6 Hümbətov Canpolad Vəzir oğlu 1992 6 ay
Qadınlar
1 Abdullayeva Səadət Abdulla qızı 1973 19 yaş
2 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı 1935 57 yaş
3 Mehdiyeva Ayna Hümbət qızı 1967 25 yaş
4 Mehdiyeva Bəyim Aydın qızı 1959 33 yaş
5 Mehdiyeva Gülayə Əli qızı 1925 67 yaş
6 Mehdiyeva Süraya Məhəmməd qızı 1956 36 yaş
7 Kalbalıyeva Nubar Muradxan qızı 1952 40 yaş
8 Vəliyeva Zeynab Hüseyin qızı 1899 93 yaş
9 Alməmmədova Minaya Əbilqasım qızı 1930 62 yaş
10 Alməmmədova Zeynəb Şəmil qızı 1972 20 yaş
11 Alməmmədova Kəmalə Şəmil qızı 1976 16 yaş
12 Hümbətova Hürzaman Qara qızı 1959 33 yaş
13 Hümbətova Gülnar Vəzir qızı 1988 4 yaş
Qocalar
1 Abdullayev Abdulla Bədəl oğlu 1934 58 yaş
2 Mehdiyev Hümbət Əbulqasım oğlu 1930 62 yaş
3 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı 1935 57 yaş
4 Mehdiyeva Gülayə Əli qızı 1925 67 yaş
5 Vəliyeva Zeynab Hüseyin qızı 1899 93 yaş
6 Alməmmədova Minaya Əbilqasım qızı 1930 62 yaş
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fransanın Laçındakı bayramla bağlı təxribatı nəticəsiz qaldı

Bu gün “Laçın Şəhər günü” ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak etmək üçün Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri də Laçına səfər ediblər.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Fransa Avropa İttifaqı ölkələrinin bu tədbirdə iştirakını əngəlləmək üçün ciddi cəhd göstərib, diplomatların ora səfərdən imtina etməsinə çalışıb.

Lakin bu dəfə də fransızların təxribatı nəticəsiz qalıb.

Avropa İttifaqı ölkələrinin diplomatları bu səfərdə də geniş tərkibdə təmsil olunublar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Laçında çıxış etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.

Dövlət başçısı tədbirdə çıxış edib:

- Əziz laçınlılar, əziz dostlar.

İlk növbədə, laçınlıları Şəhər Günü münasibətilə ürəkdən təbrik edirəm. İlk dəfədir ki, Laçında Şəhər Günü keçirilir, böyük təntənə ilə, böyük coşqu ilə keçirilir. Bildiyiniz kimi, azad edilmiş ərazilərdə bir müddət bundan əvvəl mənim Sərəncamımla şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur, Şəhər Günləri təsis edilmişdir. Şəhər Günləri şəhərlərimizin azad edilməsi günləridir. Laçın şəhəri isə 26 avqust tarixində tamamilə azad edilmişdir.

İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz.

Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərdən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni, bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızı işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur.

Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Bu gün səhər uşaqlarla bir neçə tədbirdə iştirak edirdim. Onlardan soruşurdum, həm Zabuxda, həm Laçın şəhərində, siz Bakıdan, Sumqayıtdan, digər yerlərdən gəlmisiniz, darıxmırsınız? Xeyr dedilər. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu.

İndi isə biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi.

Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq.

Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki, - yeni köçkün şəhərciyi açılırdı, - dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu. Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşmı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.

Bir məsələyə də toxunmaq istərdim. Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayanan onlarabənzər məxluqlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.

Ona görə Laçın rayonu ilə bağlı bir çox önəmli tarixi hadisələr baş vermişdir. Bu gün Laçın şəhəri, görün, necə də gözəldir cəmi 8-9 ay ərzində, heç bir il keçməyib. Biz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında qonaqları qəbul edirik. Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəlib, xarici ölkələri təmsil edən diplomatlar gəlib. Bu, bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır.

Əziz laçınlılar, mən sizi bir daha ürəkdən salamlayıram, Şəhər Günü münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq.

Bir daha sizi təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev və birinci xanım Laçına getdi


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.

Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Dövlət başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident və birinci xanım Kəlbəcərə səfər ediblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.

Dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Carçığlu Qrup` MMC-nin rəhbəri DÖVLƏTƏ NECƏ KƏF GƏLİR... - söhbət milyonlardan gedir...

Artıq iri iş adamlarının bəzzi vergi məmruları ilə əlbir olaraq dövlət büdcəsinə XƏYANƏT ETMƏLƏRİ ənənə halını alıb, desək, yanılmarıq. Hər halda həm hüquq mühafizə orqanlarının, həm də yerli KİV-in ifşa etdiyi faktların sayının artması belə deməyə əsas yaradır. Elə DİA.AZ olaraq bizlər də bu dəfə sözügedən qəbildən növbəti İFŞA FAKTINI təqdim edəcəyik.

Bəri başdan qeyd edək ki, əlimizdə olan faktlarda dövlət büdcəsindən külli miqdarda vəsaitin gizlədilməsinin sübutu var və bu səbəbdən daha geniş materialı diqqətinizə çatdıracağıq. Hələliksə, ilkin informasiyaları təqdim edirik.

Söhbət "Carçığlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyevin dövlətdən gizlətdiyi ciddi həcmli vəsaitlərdən gedir. Qeyd edək ki, bir ara "yuxarıda" ayrı-ayrı məmurların himayəsi altında görünürmüş kimi olan Elçin Carçıyevin adı eyni zamanda müxtəlif maliyyə qalmaqallarında da hallanır.

Biz isə onun büdcədən oğurladıqlarından yazacağıq. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, ilk əvvəl "İdxal" MMC adı altında spirtli içkilərin satışı ilə məşğul olan "Carçığlu Qrup" MMC-də aşkar şəkildə "ikili buxalteriya" hesabatı tutulur ki, bu da nəticədə dövlət büdcəsindən böyük həcmdə vəsaitin vergi şəklində yayındırılmasına gətirib çıxarır.

Bizim əlimizdə olan sənədlərdə söhbət 2-5 milyonluq büdcə oğurluğundan gedir. Amma daha böyük vəsaitin büdcədən gizlədilməsi faktı mövcuddur. Bununla bağlı araşdırmalarımız davam etdiyindən və eyni zamanda əlimizdəki faktları hüquqi baxımdan da araşdırmağa çalışdığımızdan daha geniş bilgiləri yaxın günlərdə - həm də konkret şikayətçi düşən "Carçığlu Qrup" MMC-nin sabiq əməkdaşlarından birinin dili ilə təqdim edəcəyik.

Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər ediblər.

Dövlət başçıları və xanımları Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Şuşanın Baş planı ilə tanışlıqdan sonra prezidentlər və xanımları Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə olublar.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...