[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yanvarın 20-dən(!) Rusiyada ərzaq qıtlığı başlayıb... - Bir çox şəhərlərdə dükan rəfləri bomboşdur...

Rusiyanın ən böyük şəhərlərindən biri olan Samara sakinləri ərzaq mağazalarının rəflərinin boş olduğunu bildirirlər. Toyuq, yumurta, meyvə və tərəvəz yoxdur. Belə vəziyyət yanvarın 20-də(!) başlayıb və hava şəraitinin yaxşılaşmasına baxmayaraq məhsullar hələ də satışa çıxarılmayıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Moscow Times"(“Moskva-Tayms”) yazır.

Pərakəndə satış şəbəkələri qıtlığı keçən həftə bölgədə yaranmış çətin hava şəraiti ilə izah edirlər. Təchizatçılar deyirlər ki, mallar paylama mərkəzlərindən gətirilərkən çatdırılma zamanı bəzi problemlər yolların təmizlənməsi ilə bağlı yaranır.

Mütəxəssislər qeyd edirlər ki, oxşar ərzaq problemləri Rusiyanın digər regionlarında da baş verir. Xüsusilə, Yekaterinburq, Çelyabinsk və Ulyanovsk sakinləri də boş rəflər və ərzaq tədarükündə, xüsusən də toyuq çatdırılmasında fasilələrlə üzləşirlər.

Rusiyada sanksiyalar və hərbi əməliyyatlarla müşayiət olunan iqtisadi böhran ölkə iqtisadiyyatına təzyiq göstərir. Ötən il Rusiya Federasiyasında toyuq ətinin qiymətləri 27,7% artıb, bu il isə vəziyyət daha da pisləşib.

Mütəxəssislər çatışmazlığı də onunla əlaqələndirirlər ki, müharibədən əvvəl Rusiya Federasiyası əsas malların idxalından xeyli dərəcədə asılı olub və indi isə daxili bazarlar itkiləri tam ödəyə bilmir.

Qeyd edək ki, yanvarın 23-də qaziler.az-ın yazdığına görə, Rusiyanın Çuvaş Respublikasında da ərzaq qıtlığı hökm sürür.

Hökumət ərzaq mağazalarındakı boş rəfləri pis hava şəraiti ilə əlaqədar logistika problemlərinin olması ilə izah edib. Vəziyyətə respublika hökuməti başçısının müavini Dmitri Krasnov öz telegram-kanalında aydınlıq gətirib:
“Həqiqətən də, bir sıra pərakəndə satış məntəqələrində ərzaq təchizatında boşluqlar müşahidə edirik. Eyni zamanda, əsas məhsullar - süd, yumurta, çörək, toyuq, balıq, soyudulmuş və ya dondurulmuş məhsullar mövcuddur”...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmişlidə camaat soyuqdan donur, amma... - GİLEY

İmişli rayon 28 may küçəsində yaşayan sakinlər illərdir ki, qaz üzünə həsrət qalıblar. Buna görə də bir qrup vətəndaş etiraz edib. Sakinlər bildirirlər ki, yaşadıqları ərazi rayonun mərkəzinə 3-4 km olmasına baxmayaraq, onlar hələ də soyuq havalarda odundan istifadə edirlər.

Sakinlər deyirlər ki, mövcud problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həllinə dair heç bir tədbir görülməyib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Meydan TV-yə bildirib ki, ölkədə qazlaşma prosesi mərhələli şəkildə həyata keçirildiyinə görə, sözügedən ərazidə də prosesin növbəti mərhələlərində icra olunması nəzərdə tutulur.

Görünən isə budur ki, İmişli sakinləri 2024-cü ili də odunla keçirməli olacaqlar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda Samiq Sadıxov, Bağdadda "kor xəlifə" - BU NƏDİ BELƏ?!

"Üzərindən 1 həftə keçməsinə baxmayaraq, xadimənin haqlı tələblərinə Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən müsbət cavab verilməyib". Dia-az.info bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

Jurnalis keçən günlərdə qaldırdığı problemin - vətəndaş gileyinin hələ də həllini tapmadığını vurğulayaraq əlavə edir:

"Onun tələb etdiyi yerə də hələ ki heç bir xadimə işə götürülməyib. Nazirliyin "burda mənəm, Bağdadda kor xəlifə" inadkarlığı ucbatından deyəsən kənd xəstəxanası xadiməsiz qalacaq..."

Əlaqədar VİDEO - [media=https://www.facebook.com/heyder.oguz/videos/344940258378567]
***

Dia-az.info olaraq keçən günlərdəki şikayətin mətnini də təqdim edirik...

Bir müddət əvvəl Naxçıvandakı mənbələrimizə istinad edərək, bildirmişdik ki, bu diyarın səhiyyə sistemində hətta xadiməlik belə hərraca çıxarılıb. Özü də babat qiymətə - 3000-5000 manata.
Babək rayonunun Sıxmahmud kənd sakini Mehdiyeva Bahar Abdulla qızının redaksiyamıza göndərdiyi səs mesajı da bu iddianı təsdiqləyir. Onun iddiasına görə, 4 ildir xadimə işləmək üçün növbədədir. Babək rayonunda xəstəxanalardan birində xadiməlik yeri də boşalıb. O, ailə vəziyyətini əsas götürüb bir çox ünvanlara müraciət edib, bu iş yerində çalışmaq istədiyini bildirib. Təsəvvür edin, hətta Naxçıvan MR Ali Məclisinin faktiki sədri Anar İbrahimov belə, onun bu istəyinə müsbət cavab verib. Amma yenə işi düzəlməyib. Niyə? Çünki onun bu işə düzəlmək üçün rüşvət verməyə pulu yoxdur.
Maraqlıdır ki, Bahar xanım bu şikayətlə Naxçıvan MR Səhiyyə nazirinin də qəbulunda olub. Nazir isə onun şəkilini çəkərək nazirliyin sosial şəbəkələrində paylaşıb. Adını da qoyub: “vətəndaşların şikayətinə baxıram”. Şikayətə baxmağının nəticəsi isə xadiməni əliboş yola salmaq olub.

dia-az.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Xalq Sığorta” İFLAS HƏDDİNDƏ... - Qərar verilə bilər...

Azərbaycan Mərkəzi Bankının icbari avto-sığorta üzrə şikayət indeksi açıqlanıb.

Dia-az.info xəbər verir ki, şikayət indeksinə “Xalq Sığorta” ASC liderlik edir.

“Xalq Sığorta”nın reyintdəki göstəricisi son bir ayda 3.58 bənddən 3.80 bəndə yüksəlib.

Şikayət indeksi necə hesablanır?

Şikayət indeksi şikayətlər üzrə bazar payının bağlanan müqavilələr üzrə bazar payına nisbəti ilə hesablanır.

Şikayətlər üzrə bazar payı – müvafiq sığortaçı üzrə şikayətlərin ümumi şikayətlərə nisbəti,

Bağlanan müqavilələr üzrə bazar payı – müvafiq sığortaçı üzrə bağlanan müqavilələrin sayının ümumi müqavilələrin sayına nisbəti.

İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

Yəni buradan da aydın olur ki, “Xalq Sığorta” rəsmən iflas həddindədir. Təbii ki, belə bir göstərici ilə “Xalq Sığorta”nın mövqeyi nəzərə alınmadan da əlaqədar qurumlar tərəfindən qərar verilə bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neft-qaz kəmərlərinə dair eybəcər plan - Fransa Gürcüstanı sanksiyalara qoşmağa çalışır

Makron Fransası Azərbaycana qarşı açıq düşmənçilik kursu götürüb. Bu məqsədlə rəsmi Paris əlindəki bütün təsir rıçaqlarını işə salmış kimi görünür. Fransa Senatının son fitnəkar qətnaməsi buna şəkk-şübhə saxlamadı. Bəs gözlənti nədir, Bakı-Paris münasibətləri hara kimi kəskinləşə bilər?

“Hələ ki, bunlar yalnız Senatın hansısa konkret öhdəlik doğurmayan bəyanatlarıdır. Lakin belə davam edərsə və Azərbaycana qarşı sanksiyalar elan edilərsə, Gürcüstan alətə çevriləcək”. “Yeni Müsavat”ın məlumatına görə, bunu tanınmış gürcü politoloq Levan Pirveli minval.az-a söyləyib. Ekspert ardınca deyib: “Çünki Fransanı Azərbaycan nefti və qazı maraqlandırmır, onun prioriteti urandır. Sanksiyaların Azərbaycan qazı və neftinin tədarükünü dayandırması riski isə Fransanın rəqiblərinə - İtaliyaya, Macarıstana və digər ölkələrə təsir edəcək. Amma təsəvvür etmək çətindir ki, Fransa sanksiyalar və ya embarqo elan edən kimi Macarıstan və ya Türkiyə Azərbaycandan qaz və neft almağı dayandıracaq. Ancaq Gürcüstan təzyiq altında bütün bu sanksiyaların icraçısına çevrilə bilər. Çünki o, Fransanın əlində alətdir. Beləcə, Gürcüstan durduğu yerdə çox yöndəmsiz vəziyyətdə görünür”.

Tiflis Fransanın təzyiqi altında həqiqətənmi bu avantüraya gedər? Daha dəqiqi, oturduğu budağı kəsməklə qonşu Azərbaycan, Türkiyə, İtaliya və Macarıstanla konfrontasiya kursu götürə, öz “ayağına” güllə ata bilərmi? Yada salaq ki, prezidenti (Salome Zurabişvili) Fransa vətəndaşı olan Gürcüstan bir neçə ay öncə Avropa İttifaqı üzvlüyünə namizədlik statusu almaq naminə Fransanın “Bastion” zirehli maşınlarının Ermənistana çatdırılması üçün tranzit rolu olmağa razılıq vermiş, bununla da Bakıda əndişə yaratmışdı. Ancaq bu dəfə söhbət Gürcüstanın özünün böyük tranzit haqları əldə etdiyi və yararlandığı neft-qaz xətlərindən, iki böyük qonşu - Azərbaycan və Türkiyə ilə münasibətlərə zərbə vurmasından gedəcək. Rəsmi Tiflis təzyiq altında belə ağılsızlığa qol qoyarmı?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, rəsmi Tiflis qətiyyən bu avantüraya getməz: “İlk növbədə Gürcüstanla Azərbaycanın yaxın qonşuluq əlaqələri var. Üstəlik, bu ölkədə parlament üsul-idarəçiliyidir. Yəni Fransa vətəndaşı olduğunu dediyiniz prezidentin yox, baş nazirin səlahiyyətləri genişdir. Hazırkı gürcü baş nazir İrakli Qaribaşvili praqmatik siyasətçidir, Qərbin avantürasına gedəcək siyasətçi deyil, Rusiya, Türkiyə və Azərbaycanla normal münasibətlər saxlamağın tərəfdarıdır. Ən əsası isə həmin neft-qaz kəmərlərinin Gürcüstan ərazisindən getməsi onların xəzinəsinin illik gəlirlərinin 48 faizini təşkil edir. Sizcə, Gürcüstan bu gəlirlərdən imtina edərmi? Üstəlik, biz eyni regionda yerləşirik, tarixi qonşuluq, dostluq əlaqələri var. Gürcüstan heç zaman uzaq Fransanın belə bir oyununa qoşulmaz”. Professor onu da hesab edir ki, bölgədə enerji ticarətində Britaniya mühüm rol oynayır, bp şirkətinin önəmli payı var və belə vəziyyətdə Makron Fransası başından böyük bir qələt edə bilməz: “Həmçinin, Azərbaycanın Gürcüstanla imzalanmış müqavilələri var, orada müddəalar yer alır. Onlardan birində qeyd edilir ki, əgər Gürcüstan müqavilələri 50 ildən tez pozmağa cəhd edərsə, o zaman çox böyük məbləğdə cərimə ödəməli olacaq. Bu da Gürcüstanın büdcəsi qədər cərimə ödəmək deməkdir. Ona görə də səslənən mülahizələri və ehtimalları real hesab etmirəm”.

Siyasi ekspert Ramiyə Məmmədova gürcü həmkarının fikirlərini illuziya sayır. Onun sözlərinə görə, buna gedərsə, rəsmi Tiflis siyasi və iqtisadi cəhətdən intihar etmiş olar: “Gürcüstanın ən ağır günlərində, Rusiya təcavüz etdikdən sonra Azərbaycanın verdiyi neft-qaz, işıq hesabına yaşadılar. Keçmiş prezident Saakaşvili bu yaxşılığı həmişə xatırlayır və gürcü xalqına Azərbaycan dövlətinə minnətdarlıq borcu olduğunu qeyd edir. 2008-ci il müharibəsində rus tankları Tiflisin 25 kilometrliyində idi, o dövrkü Fransa prezidenti Sarkozi tələsik Gürcüstana gələrək Saakaşvilini yola gətirdi ki, Kremlin hücumlarını dayandırması üçün anlaşmaya getsin. Belə bir vəziyyətdə Azərbaycan Moskvanın xoşuna gəlməyən bir addım ataraq Gürcüstanın enerji tələbatını ödədi, indi sizcə, Azərbaycana təcavüz, sanksiya niyyətində olan Fransanın bu düşmənçiliyinə rəsmi Tiflis qoşularmı? Hər halda, ağlı başında olan iqtidar bunu etməz”.

Ekspertin fikrincə, ikincisi, Türkiyə faktoru var: “Gürcüstan aramızda körpüdür, tranzit ölkə kimi pul qazanır, Türkiyə onların turizminə yatırım qoyub, inşaat sektoruna investisiya ayırıb, Gürcüstanın qardaş ölkə ilə sərhəd bölgələrində Türkiyənin ciddi ticari təsirləri mövcuddur... Yəni Azərbaycanı bir kənara qoyaq, Fransanın düşmənçilik etdiyi Türkiyənin reaksiyasını Gürcüstan hakimiyyəti təsəvvür edirmi? Məncə, bu cür proqnozların özü irrealdır, üstəgəl, Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək açıqlamalardır. Bu məsələdə diqqətli və həssas olmalıyıq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kardiologiya İnstituna direktor təyin olunandan... - İTTİHAM VAR...

Ölkədə aparılan kadr islahatları, Prezidentin vəzifəyə təyin olunanlar qarşısında qoyduğu sərt tələblər cəmiyyətdə böyük rezonans doğurub. İndi korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizə günün başlıca tələblərindəndir. İndi artıq demək olar ki, Prezident xalqa müraciət edərək məmurlar üzərində ictimai nəzarətin zəruriliyini vurğulayır, hamını fəal olmağa çağırır. Düşünmək olar ki, vəzifə mənsubları bundan bir nəticə çıxardar, fəaliyyətlərində dönüş yaradarlar. Amma,nəfayda…

Artıq illərdir ki, C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Gülnaz Dadaşova vəzifədə olduğu müddətdə böyük bir kollektivi, tibb ocağını çətin duruma saldı. Naşı idarəçilik, kollektivə qarşı cəbhə açmaq aylardır ki, burada gərgin atmosferin hökm sürməsinə səbəb oldu. Yalnız keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev ilə olan “qudalıq”dan yararlanan G.Dadaşova “burda mənəm nazirlikdə Oqtay müəllim” deyərək istədiyini etmiş-işdən çıxarmış, işə qəbul etmiş… G.Dadaşova ”Sobsan” şirkətinin rəhbəri Cavid bəyin əmisi qızıdır.

Sabiq nazir O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə, sabiq nazir təzə qohumluğu daha da möhkəmləndirmək üçün (hər halda başqa nəsə səbəb düşünmək istəmirik) Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolunu ağ rəngə boyadı. Rənglərin tündləşməsi isə əsas bundan sonra baş verdi. Gülnaz xanım instituta gəldi nə gəldi. İnstituta təmir adı ilə yüngülvari əl gəzdirəndən sonra(bunun üçün əməkdaşların da xərcə düşdüyü haqqında məlumatlar var) başladı otaqları satmağa. Hətta kişilərin tualetini də sataraq gender bərabərliyini tamamilə pozdu.

Təzə direktorun əsas “islahatları” isə kadr sahəsində oldu. Məhz bu “islahatlar” Kardiologiya İnstitutunu altını üstünə çevirdi. Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu,xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşova tədricən öz komandasını formalaşdırdı. Qanunsuz olaraq işdən çıxarılanlar isə məhkəmələrdə öz haqqlarını qorudu, hətta Gülnaz Dadaşovanın qanunsuz işdən çıxartdığı həkim məhkəmə hökmü ilə işə qayıtdı. İnstitutun keçmiş əməkdaşlarının tələbləri nəinki yerinə yetirilmədi,hətta G.Dadaşova bu məsələyə münasibət bildirməyi belə özünə sığışdırmadı və sonda müəyyən adlar altında təcrübəli həkimləri institutdan kənarlaşdırmaq imkanı əldə etdi.

G.Dadaşova instituta işə qəbul etdiyi şəxsləri hansı kriteriyaları əsas götürərək seçdiyini isə ancaq özü bildi. Çünki həmin şəxslərin nazirliyin keçirdiyi imtahanlarda iştirakı və yaxud hansı vakansiyalara qəbul olunması barədə demək olar ki,heç bir məlumat yox idi. Xüsusilə qeyd edilməlidir ki, G.Dadaşovanın qısa müddət ərzində işə qəbul etdiyi şəxslərin sayı son 15 ildə işə götürülənlərin sayından qat-qat çoxdur.. Bu isə məsələdə şəxsi maraqların və qaranlıq məqamların olmasından xəbər verir.

Ümumiyyətlə G.Dadaşova bu və ya digər mənada öz yaxınlarını ətrafına toplamaqda davam etdi. Verilən məlumatlarda bildirilir ki, təxminən bir neçə il əvvəl «yaxın əlaqələri» olan türk iş adamı nəinki institutun təmir olunmasında, hətta idarə olunmasında belə yaxından iştirak edib.

G.Dadaşovanın gəlişindən sonra Kardiologiya İnstitutu “dərman mafiyası”nın oylağına çevrilib.

Direktorun köməkçisini “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını «imtiyazlı müqavilələr» bağladıqdan sonra almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.

G.Dadaşova elm aləmində “inqilab” hesab olunan plagiat əsəri barədə deyilənlərə də reaksiya verməyi özünə sığışdırmadı. Bu barədə mediada gedən müraciətlərə hələ ki, düz-əməlli bir cavab verilməsə də müvafiq qurumlar-konkret olaraq Ali Attestasiya Komissiyası da susqunluğunu qorudu.

Bir daha bildiririk ki, G.Dadaşovanın “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır. “Əsər”in ərsəyə gəlməsində Mədinə Əzimovanın “Metabolik sindrom zamanı hemodinamika, qanın lipid spektri, insulinərezistenlik,ürək ritmi variabelliyinin əsas parametrləri və müalicənin optimallaşdırılması” mövzusunda dissertasiyasından, eləcə də Nailə Məmmədovanın “Osobennosti kliniçeskoqo teçeniya izmeneniya qemodinamiki, qemoreoloqii u jenşin postmenopauze, perenesşix infarkt miokarda” mövzusunda dissertasiyasından eninə-uzununa istifadə edillmiş, daha doğrusu köçürülmüşdür. Məlumata görə, zəif tərzdə yazılmış, plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da sabiq nazir O.Şirəliyevlə qohumluq və şəriklik yaranandan sonra bu “dahiyanə əsər”in də bəxti açıldı. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olundu və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bildi.

Göründüyü kimi fəaliyyəti “dramatik çalarla” zəngin olan G.Dadaşova bu gün ölkədə aparılan islahatları, yenilənmə proseslərini görməzdən gəlir. Sanki bütün bunların onun rəhbərlik etdiyi instituta heç bir aidiyyatı yoxdur. Ən pisi odur ki, G.Dadaşova instituta rəhbərlik etdiyi dövrdə hərbi çağırışçılarla bağlı obyektiv olmayan, maraqlara söykənən rəylər verilmişdir.

Hətta belə hallar sosial təqaüd alan «ağır» xəstələrə də şamil edilir. Yəqin ki, bu səbəbdən media üzərində gedən məlumatlara heç bir rəsmi cavab verilmir, münasibət açıqlanmır. Biz dəvəsi ölmüş ərəbik, Gülnaz xanımın bu kaprizinə də dözərik. Amma, yəqin ki, ondan hesab soruşulanda G.Dadaşovanın kaprizləri keçməyəcək!

azerbaycanrealligi.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tikinti şirkəti ilə razılaşmayan vətəndaşın evi yandırılıb? - ŞOK İDDİA

Nəsimi rayonu ərazisində tikinti işləri həyata keçirən qalmaqallı “Pilot-16” şirkətindən şikayətlər davam edir. Bu dəfə şirkətin tikinti işləri apardığı Novruzov qardaşları küçəsi 37 ünvanında yaşayan vətəndaş Ağayeva Fazilə “Pilot-16″nun fəaliyyətindən ciddi narazılığını ifadə edib. Editor.az-a müraciət edən vətəndaş bildirib ki, “Pilot”-16″ ərazidə tikintiyə başladığı dövrdə qısa müddət ərzində evində 2 dəfə müəmmalı şəkildə yanğın baş verib.

O qeyd edib ki, hər dəfə “Pilot-16” şirkətinə faktiki rəhbərlik edən Aslan Quliyevlə görüşdən sonra ya evimin hansısa hissəsi şirkət tərəfindən dağıdılır, ya da evində səbəbləri bəlli olmayan müəmmalı yanğınlar baş verir: “25 yanvar tarixində evimdə yanğın baş verdiyini qonşulardan eşitdim. Həmin gün günorta evimdə olmuş və evi tam təhlükəsiz şəraitdə qoyaraq tərk etmişəm. Evimdə çıxan yanğını söndürməyə gələn FHN əməkdaşları da qeyd etdilər ki, evdə elektrik naqillərində hər hansı qısaqapanma olmayıb. Eyni zamanda evdə arxa tərəfdəki pəncərələr sındırılıb. Bu məndə ciddi şübhələr yaradır. Ola bilər ki, evi kimsə yandırıb.

Ümumiyyətlə, hər dəfə Aslan Quliyevlə görüşüb evimin satılması ilə bağlı məsələləri müzakirə edib razılığa gəlməyəndə, aramızda problem yarananda başıma bu cür müəmmalı hadisələr gəlir. Bütün bunlar məni qorxuya salıb. Evimdə qorxudan qala bilmirəm. Cənab Prezident İlham Əliyev və əlaqədar dövlət qurumlarından kömək gözləyirəm. Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirəm”.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

//Editor.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropa paytaxtlarında panika: Rus ordusu sürətlə...

Rusiya ordusunun yenidən silahlanmasının sürətli tempi səbəbindən Avropa Birliyinin Ukrayna Silahlı Qüvvələrini lazımi miqdarda texnika ilə təmin etməyə vaxtı yoxdur.

Bu barədə Fransanın “Les Echos” qəzeti yazıb.

"Avropa paytaxtlarında bir az panika hiss olunur. Aydın idi ki, Ukraynaya ilkin fövqəladə yardım yenidən strukturlaşdırılmalı və daha dayanıqlı, uzunmüddətli əsaslara qoyulmalıdır. Lakin nəzərə alsaq ki, Rusiyanın yenidən silahlanması gözlənildiyindən daha sürətlə gedir, keçid dövrü üçün müəyyən edilmiş vaxt çərçivəsini azaltmaq lazımdır", - məqalədə bildirilib.

Qeyd olunub ki, Avropanın silah istehsalını artırmaq səyləri xaotik və qeyri-müntəzəm olaraq qalır və ABŞ Kiyevi dəstəkləməkdən imtina edərsə, bu, ciddi nəticələrə səbəb ola bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lars yolunda 2 min maşın gözləyir

Rusiya və Gürcüstan sərhədində yerləşən "Lars” keçid məntəqəsində iki mindən çox yük maşını gözləyir.

Bu barədə Şimali Osetiya rəsmiləri məlumat yayıblar.

Bildirilib ki, Gürcüstan əlverişsiz hava şəraiti ilə əlaqədar yük maşınları üçün müvəqqəti yolu bağlayıb.

Ümumilikdə sərhəddə 2016 yük maşını gözləyir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azəriqaz”ı üzüaşağı çevirib silkələyib hamısını tökmək lazımdır! - ÇAĞIRIŞ

Dəm qazından zəhərlənmə yenə gündəmdədir. Bu gün paytaxtın Nərimanov rayonu ərazisində dəm qazı daha bir ailənin faciəsinə səbəb olub. 2001 və 2002-ci il təvəllüdlü qardaşlar Sərxan Həsənov və Əli Həsənov yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər. Nədir bu qədər faciələrə yol açan səbəb? Qazın tərkibi, yoxsa istifadə edilən avadanlıqlar? Sosial şəbəkələrdə vətəndaşlar qazın qiymətinin də bu hadisələrə səbəb olduğunu bildirirlər. Qeyd edilir ki, limiti aşdıqdan sonra hədsiz baha başa gələn təbii yanacağa qənaət məqsədilə kustar üsullarla hazırlanmış keyfiyyətsiz avadanlıqlardan istifadə dəm qazından zəhərlənmələri artırır. Bu iddialar nə dərəcədə doğrudur?

Qeyd edək ki, dəm qazının mənzilə yığılması nəticəsində tənnəffüs prosesində tədricən insanın ağ ciyərləri və sinir sistemi zəhərlənərək huşunu itirməyə, ölümə gətirib çıxarır. Kimyəvi adı karbon monoksid olan dəm qazı iysiz, rəngsiz olur. Təbii qazın emalı zamanı tərkibinə xüsusi maye - odarant (etil spirti) qatmaqla dəm qazından ayırd etmək imkanı yaranır.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı AFN.az-a açıqlamasında bildirdi ki, bütün bu halların günahkarı “Azəriqaz” İstehsalat Birliyidir: “Həftədə bir dəfə şou düzəldirlər, suallara cavab verib dağılırlar. Heç bir problem də həll edilmir. Qaz emal edilərkən əhaliyə satılan qaza xüsusi maddə vurulur iy vermək üçün. Qaz sızması olanda həmin maddənin iyi ətrafa yayılır və hiss edilir. İndi ən çox şikayət o iyin olmamasındandır. O vaxt ceyran peçi deyilən qızdırıcıdan istifadə edirdik, gecə-gündüz işləyirdi, bir dənə də zəhərlənmə olmurdu. Niyə? Çünki qazın tərkibi normalara uyğun idi. Lökbatanda bir binada qazdan kütləvi zəhərlənmə oldu, heç kim sübut edə bilmədi onun səbəbinin qazın tərkibi olduğunu. Min dənə açıqlama verdilər, yozdular. Bir neçə il əvvəl nəzarəti FHN-ə vermişdilər, onda mənim yadımdadır, qızımgildə idim, gəldilər yoxlamağa. Yəni tərpəniş vardı. Amma indi təzədən qaytarıb veriblər “Azəriqaz”a. Bizdə bir qurum qazı həm çıxarır, həm emal edir, həm də satır. Mənim qızım Çexiyada yaşayır, mən hər il onun yanına gedirəm. Orda bu işlər başqa cür idarə edilir, rəqabət var, kim yaxşı xidmət edir əhali onu seçir. O qurumların əməkdaşları mütəmadi olaraq cihazları yoxlayırlar, bir gün əvvəldən binalara yazır yapışdırırlar ki, filan saatda yoxlama aparılacaq. Həmin saatda da əllərində cihazlar, avadanlıqlar gəlir yoxlama aparırlar, çatışmazlıqları aradan qaldırırlar. Ona görə orda qazın səbəb olduğu ölüm halları, demək olar ki, yoxdur”.

M.Qəhrəmanlının sözlərinə görə, Azərbaycanda bu cür yoxlamalar həyata keçirilmir: “Burda nə yoxlayan var, nə vətəndaşın qayğısına qalan. Bunlar nəzarətçiləri göndərirlər sayğaca müxtəlif bəhanələrlə borc yazmağa. Camaatı şərləməklə məşğul olurlar. Sayğac deşilib, 6 aylıq sərfiyyat qədər cərimə ödəməlisən! Təsəvvür edin, bu, əvvəllər 3 aylıq idi, xəlvətcə qaldırıb 6 ay ediblər. Yəni nəzarətçiləri əraziyə ya qazpulu yığmağa göndərirlər, ya da sayğacda “xəta” tapmağa. Bu, nəzarətçilərin üzərinə qoyulan qeyri-qanuni tələbdir. Bəzi binaların altı ilə qaz xətti çəkilib, heç veclərinə də deyil. “Azəriqaz”ı üzüaşağı çevirib silkələyib hamısını tökmək lazımdır! Orda əməlli-başlı yoxlamalara ehtiyac var. Pullu yoxlama yox, ciddi yoxlama. Ora ölüm yuvasıdır! Ora vaksini tapılmayan yoluxucu xəstəlikdir! Mən bu gün o gənclərin vəfatı xəbərini oxudum, çox pis oldum. “Azəriqaz” birbaşa cəzalanmalıdır bu məsələyə görə! Bütün bunlara görə bir nəfər də cəzalanmır. Niyəsini deyən yoxdur, o dəqiqə yıxırlar abonentin üzərinə. Sən qaz emalından başla! Rədd edin o cəzadan yayınan məsuliyyətsizləri! Onların tamahı ucbatından insanlarımız məhv olur. Bütün bu faciələrin məsuliyyəti “Azəriqaz”ın üzərindədir! O qurumun rəhbərliyi vəzifə səlahiyyətini yerinə yetirmədiyi üçün baş verir bu xoşagəlməz hadisələr, ölümlər”.

M.Qəhrəmanlı onu da bildirdi ki, “Azəriqaz” məişət qazının satıcısı olaraq onun tərkibinə də cavabdehlik daşıyır: “Qaz Emalı Zavodundan aldığı qazın tərkibini “Azəriqaz” mütləq yoxlamalı, sonra satmalıdır. ”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO