[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident və xanımı Şəhidlər xiyabanında - Video

Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Otuz dörd il bundan əvvəl 20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Ümummilli Lider Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.

Həmin faciəli günlərdən artıq 34 il keçir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.

Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Ümummilli Lider Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Ölkəmizdə 20 Yanvar əlillərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib.

Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki 2020-ci ildə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad edərək bölgədə yeni reallıq yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir. Artıq keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə, doğma torpaqlarına qayıdırlar. İndi bu torpaqlarımızda həyat yenidən canlanmağa başlayır.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həm də 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur. Odur ki, xalqımız 20 Yanvar faciəsinin 34-cü ildönümünü xüsusi qürur hissi ilə qeyd edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MALƏSƏF: Əvvəl şəhərciyi salıb, sonra infrastrukturu qururlar... - Bakını qaydaya salmaq mümkündürmü?

"Bakının mərkəzində indiyədək tarixi ilə səsləşməyən, bir-birinə yaraşmayan, fasad və xarici görünüş baxımından uyğun gəlməyən hündürmərtəbəli binalar inşa olunub. Ona görə də, bundan sonra Bakının mərkəzində beş mərtəbədən artıq binaların tikintisinə qadağanın qoyulmasının ciddi əhəmiyyəti yoxdur".
Bunu Sputnik Azərbaycan-a açıqıamasında daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov söyləyib. O, bildirib ki, Bakının yeni hazırlanan Baş Planı mütəxəssislər tərəfindən hərtərəfli dəyərləndirilməlidir.
Qeyd edək ki, Baş Planda yer alan maraqlı məqamlardan biri, şəhərin mərkəzində tarixiliyin qorunması üçün beş mərtəbədən hündür binaların tikintisinə qadağanın qoyulacağıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib ki, Plana görə, 1000 hektardan çox ərazidə xüsusi mühafizə olunan zona təyin olunub. Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb və tikinti məsələlərinə məhdudiyyət qoyulub. Bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək. Xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.
Elnur Azadov isə deyir ki, Baş Planda bu məqamın yer alması müsbət amil olsa da, indiyədək şəhərin mərkəzində aparılmış tikinti işlərində buna məhəl qoyulmayıb. Qədim binaların yanında metal kontruksiyalı göydələnlər tikilib. Bunların sökülməsi isə çətin prosesdir.
Bununla yanaşı ekspert əlavə edib ki, şəhərin mərkəzində beş mərtəbədən ibarət bina inşa etmək iqtisadi baxımdan da səmərəli deyil. Ona görə də, özəl sektorun buna maraq göstərəcəyi inandırıcı görünmür.
Ekspert Baş Planda nəzərdə tutulan geniş tikinti işlərinin 2040-cı ilədək həyata keçirilməsini də mümkünsüz hesab edir. Onun fikrincə, ölkəmizdə dövlətin geniş inşaat resursları yoxdur. Özəl sektorda isə çox az sayda peşəkar və resursları olan inşaat şirkəti var. Baş Planın icrasına başlanılmazdan öncə yeni inşaat normativlərii müəyyən olunmalıdır.
Həmsöhbətimiz deyir ki, bu gün tətbiq olunan inşaat normaları sovetdənqalmadır:
"Köhnə şəhərin içərisində yeni şəhər salmaq elə də asan deyil. Hər şəhərin özünəməxsus tarixi və kommunikasiyaları var. Yeni şəhər saldıqda infrastruktur da yaradılmalıdır. Sovet dövründə 70-ci ildən sonra salınan mikrorayonlar mükəmməldir. Binalararası məsafə, sosial infrastruktur və sair dəqiq hesablanaraq inşa olunub. Amma təəssüf ki, son illər yeni tikinti layihələrində bu məqamlar nəzərə alınmır. Bu da yaşayış zamanı problemlər yaradır. "Ağ şəhər" layihəsi xarici görünüşcə mükəmməldir. Amma infrastruktur nəzərə alınmadığından, yaşayışda problemlər yaranır. Tikinti layihələri elə planlaşdırılmalıdır ki, yaşayışa yararlı olsun. Şəhərciyi salıb bundan sonra onun ətrafında sosial infrastrukturlar qurulmamalıdır. Bu məqamlar şəhərcik salınarkən nəzərə alınmalıdır".
O, yeni hazırlanan Baş Planın icrası zamanı da bu kimi problemlərin ortaya çıxmasının qaçılmaz olduğunu söyləyib.
Qeyd edək ki, Anar Quliyev mətbuata açıqlamasında Bakının yeni Baş Planının Vyana və Dubay nümunəsi üzərində hazırlandığını söyləyib. Ekspert isə deyir ki, Dubayda tikinti layihələri boş torpaq sahələri üzərində icra olunduğundan şəhəri insanyönümlü etmək mümkün olub. Paytaxtda isə hər addımda bir göydələn tikildiyindən, bunu təmin etmək çətin olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şərur sakini məhkəmədə də haqqını bərpa edə bilmir... - GİLEY

"Mən Naxçıvan Muxtar Respublikası Şərur rayon Qarxun kənd sakini Muradov İlkin Elman oğlu Sizdən xahiş edirəm ki Cənab Prezidentimizin bu uğurlu siyasətinə kölgə salan Naxçıvan Muxtar Respublikasının Məhkəmə sistemində işləyən , hansısa bir cinayətkarın cinayətini ört basdır edən, yol polis idarəsinin avtomobilini yararsız hala salan və fərdi avtomobilləri yararsız hala salan cavabdehi orgederek müdafiə edərək, hansısa qurumda işləyən qohumuna telefonla zəng vurub Məhkəmə qətnaməsini ləğv edən, bəzi məmurlardan biridə Şərur rayon Məhkəməsində hakim işləyən və mənim məhkəmə prosesimə baxan hakim Seymur Qarayevdən və birdə orada katib işləyən Ələsgərov Əli Vüqar oğlundan şikayətimi sizə bildirmək istəyirəm". Bu ifadələr Şərur sakininin ölkə rəhbərliyinə etdiyi mürciətində yer alıb.

Müraciətdə daha sonra deyilir: "Mənim Şərur rayon Məhkəməsinin Hakimi Seymur Qarayev və birdə Məhkəmənin katibi Ələsgərov Əli Vüqar oğlundan şikayətim ondan ibarətdir ki mülkiyətimdə olan avtomobilimə Şərur rayon Kosacan kənd sakini Rəsulov Aslan Rafiq oğlu və bir də Şərur rayon Çomaxtur kənd sakini Abbasov Ramil 10 ay bundan əvvəl 4800 manat məbləğində mənə qəsdən olaraq maddi ziyan vurublar. Mən Cənab Prezidentimizin qurduğu güclü hüquq siyasətinə arxalanaraq - öz hüququmdan isdifadə edərək mənə dəymiş zərəri məhkəmə yolu ilə həll etmək istədim. Lakin adları çəkilən şəxslər həmin məbləği cavabdeh şəxslərin maddi maraqlarını nəzərə alaraq hakim Seymur Qarayev cavabdeh Rəsulov Aslan Rafiq oğluna ödətdirməli olduğu məbləği 2442 manata və Abbasov Ramilin ödəməli olduğu maddi ziyanı isə 1900 manata endirmişdir. Həmin vurulan ziyanla bağlı mən 10 aydır ki Şərur rayon Məhkəməsindən nə dəymiş maddi ziyanın ödənilməsini nə də ki mənə qətnamə ilə bağlı düzgün məlumatı vermək istəmirlər.

12 yanvar 2024 cü il tarixdə mənə dəymiş maddi ziyanla bağlı atam Muradov Elman İsa oğlunu Məhkəmənin hakimi Qarayev Seymur Şərur rayon Məhkəməsinə çağıraraq cavabdeh şəxs olan Rəsulov Aslan Rafiq oğluna "saat altıya kimi sənə vaxt verirəm" deyərək ya dəymiş maddi ziyanı ödəməyi tələb emiş, ya da ki "səni həbsə göndərəcəm" demisdir. Lakin iki saat sonra məhkəmə icraçılarından aldığım şifahi məlumata əsasən cavabdeh şəxs atasına zəng vuraraq ona məsələ barədə bildirmiş, cavabdehin atası isə Şərur rayon İcra Hakimiyyətindən hansısa bir qohumu olan yəni icra hakiminin müavini Hakimə zəng vuraraq bu işin və bu dəymiş zərərin tam ödənilməyəcəyini deyərək və atama 500 manat pul verəcəyini icraciya cavabdeh şəxs olan Rəsulov Aslan Rafiq oğlundan alaraq bunu tələbkar Muradov İlkinə - yəni mənə ödənilməsini və bu məbləğdən başqa məbləğin verilməməsini icraçıya demişdir.

Bu sözdən sonra atam da qalan vəsaitin ödənilməsini soruşanda hakim Qarayev Seymur atama "get, hara gedirsən, get" deyərək icraçının otağından çıxaraq öz iş otağına gedərək atamı bir daha qəbul etməyəcəyini demişdir. Bu hakim Qarayev Seymur məni məcbur edir ki mən qanuni yolla yox qanunsuz olaraq cavabdeh şəxsə xəsarət yetirərək mənə dəymiş ziyanı tələb edim. Onu da bildirim ki mənə 5000 min manata yaxın dəymiş ziyanı özüm qarşılamaq üçün "Naxçıvan bank"dan kredit götürmüşəm və aylıq 280 manat ödəniş edirəm. Bir də onu Sizin nəzərinizə çatdırım ki mənim öhdəliyimdə 18 yaşına çatmamış əlil uşaq var və təqaüdçü atam və anam da himayəmdədir. Mən sizdən artıq dərəcədə xahiş edirəm ki mənə dəymiş zərərin ödənilməsinə köməklik edəsiniz".

dia-az.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlqar Həbiyevin qardaşı da Cəlilabadda NARAZILIQ YARADIR... - MÜRACİƏT

Cəlilabad rayon sakini Həmid Qasımov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. O, Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad Reyestrinin rəisi Adil Həbiyevdən şikayətçidir. H.Qasımovun məktubunu olduğu kimi dərc edirik:

“Sizi Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad reyestrində baş verən qanunsuzluqlarla bağlı məlumatlandırmaq istəyirəm. İstəyirəm biləsiniz ki, adıçəkilən qurumun rəisi Adil Həbiyev vətəndaşlara sözün həqiqi mənasında divan tutur. Tutduğu vəzifədən, habelə Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi işləyən qardaşı İlqar Həbiyevin himayəsindən sui-istifadə edən Adil Həbiyev, rayon ərazisindəki bütün torpaqların qanunsuz təftişini həyata keçirməkdədir. Məqsəd sənədsiz torpaqları aşkara çıxarmaq, bundan sonra həmin torpaqların sahiblərinə, yaxud bu torpaqlarda məskunlaşan şəxslərə təzyiq göstərməklə, onlardan qanunsuz vəsait qoparmaqdır.

Belə ki, Adil Həbiyev və onun tabeçiliyindəki şəxslər bu cür hallarla qarşılaşanda vətəndaşlara bildirir ki, onlar ya torpaqdan imtina edərək onu boşaltmalı, ya da ona xərac verməlidir. Burada söhbət torpaq sahəsinin sənədləşməsindən deyil, Adil Həbiyevə qanunsuz ödəniş etməkdən gedir. Başqa sözlə desək, Adil Həbiyev sənədləşmə prosesində qarşılaşdığı çatışmazlıqlar haqqında susmaq üçün də sadə vətəndaşlardan pul istəyir.

Bundan başqa, Adil Həbiyev sənədli torpaq üzərində inşa edilən, lakin hələ sənədləşdirilməyən, yarımçıq evlərdən – quru daşdan da pul çıxarır. Reyestr rəisi bu cür evlərin sakinlərinə bildirir ki, onlar ya evi dərhal sökməli, ya da sahəsindən və mərtəbə sayından asılı olaraq ona 2-5 min manat məbləğində pul ödəməlidirlər. Artıq Adil Həbiyev bu yolla onlarla vətəndaşı ona pul ödəməyə vadar edə bilib. Lakin min bir əziyyətlə ev ərsəyə gətirən insanların böyük əksəriyyətinin Adil Həbiyevə verəcək pulu olmadığı üçün hər an evlərinin söküləcəyi qorxusu ilə yaşamaqdadırlar.

Maraqlıdır ki, reyestr müdiri özünü bu rayonun sahibi-mütləqi kimi aparır. Vətəndaşlara mənəvi-psixoloji təzyiq göstərən Adil Həbiyev ondan şikayət edəcəyini bildirən insanların sözlərinə heç bir əhəmiyyət vermir. Əksinə, Adil Həbiyev açıq şəkildə bildirir ki, kim istəyirsə, ondan şikayət edə bilər. Qardaşı İlqar Həbiyev tərəfindən himayə edildiyini kimsədən gizlətməyən reystr rəisi bildirir ki, onsuz da Əmlak Məsələləri Dövlət Xidmətinə onunla bağlı göndərilən şikayətlərin heç biri Xidmət rəisinə çatmayacaq. Səbəb həmin müraciətlərin “gedər-gəlməzə” göndəriləcəyi ilə bağlıdır.

Maraqlıdır, doğrudanmı Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyi Adil Həbiyevin törətdiyi qanunsuzları görmür? Niyə qardaşının qanunsuz əməllərini himayə edənb İlqar Həbiyev hələ də cəzalandırılmır? Ümumiyyətlə, iki qardaşın eyni qurumda yer alması, birinin digərinin qanunsuz əməllərini himayə etməsi nə dərəcədə doğrudur?

Ümid edirik ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri hörmətli Mətin müəllim Adil Həbiyevin qanunsuz əməllərinə son qoyacaq, rayon ərazisində aparılan bu qruama təftiş və təzyiqi dayandıracaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlqar Həbiyevin qardaşı da Cəlilabadda NARAZILIQ YARADIR... - MÜRACİƏT

Cəlilabad rayon sakini Həmid Qasımov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. O, Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad Reyestrinin rəisi Adil Həbiyevdən şikayətçidir. H.Qasımovun məktubunu olduğu kimi dərc edirik:

“Sizi Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad reyestrində baş verən qanunsuzluqlarla bağlı məlumatlandırmaq istəyirəm. İstəyirəm biləsiniz ki, adıçəkilən qurumun rəisi Adil Həbiyev vətəndaşlara sözün həqiqi mənasında divan tutur. Tutduğu vəzifədən, habelə Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi işləyən qardaşı İlqar Həbiyevin himayəsindən sui-istifadə edən Adil Həbiyev, rayon ərazisindəki bütün torpaqların qanunsuz təftişini həyata keçirməkdədir. Məqsəd sənədsiz torpaqları aşkara çıxarmaq, bundan sonra həmin torpaqların sahiblərinə, yaxud bu torpaqlarda məskunlaşan şəxslərə təzyiq göstərməklə, onlardan qanunsuz vəsait qoparmaqdır.

Belə ki, Adil Həbiyev və onun tabeçiliyindəki şəxslər bu cür hallarla qarşılaşanda vətəndaşlara bildirir ki, onlar ya torpaqdan imtina edərək onu boşaltmalı, ya da ona xərac verməlidir. Burada söhbət torpaq sahəsinin sənədləşməsindən deyil, Adil Həbiyevə qanunsuz ödəniş etməkdən gedir. Başqa sözlə desək, Adil Həbiyev sənədləşmə prosesində qarşılaşdığı çatışmazlıqlar haqqında susmaq üçün də sadə vətəndaşlardan pul istəyir.

Bundan başqa, Adil Həbiyev sənədli torpaq üzərində inşa edilən, lakin hələ sənədləşdirilməyən, yarımçıq evlərdən – quru daşdan da pul çıxarır. Reyestr rəisi bu cür evlərin sakinlərinə bildirir ki, onlar ya evi dərhal sökməli, ya da sahəsindən və mərtəbə sayından asılı olaraq ona 2-5 min manat məbləğində pul ödəməlidirlər. Artıq Adil Həbiyev bu yolla onlarla vətəndaşı ona pul ödəməyə vadar edə bilib. Lakin min bir əziyyətlə ev ərsəyə gətirən insanların böyük əksəriyyətinin Adil Həbiyevə verəcək pulu olmadığı üçün hər an evlərinin söküləcəyi qorxusu ilə yaşamaqdadırlar.

Maraqlıdır ki, reyestr müdiri özünü bu rayonun sahibi-mütləqi kimi aparır. Vətəndaşlara mənəvi-psixoloji təzyiq göstərən Adil Həbiyev ondan şikayət edəcəyini bildirən insanların sözlərinə heç bir əhəmiyyət vermir. Əksinə, Adil Həbiyev açıq şəkildə bildirir ki, kim istəyirsə, ondan şikayət edə bilər. Qardaşı İlqar Həbiyev tərəfindən himayə edildiyini kimsədən gizlətməyən reystr rəisi bildirir ki, onsuz da Əmlak Məsələləri Dövlət Xidmətinə onunla bağlı göndərilən şikayətlərin heç biri Xidmət rəisinə çatmayacaq. Səbəb həmin müraciətlərin “gedər-gəlməzə” göndəriləcəyi ilə bağlıdır.

Maraqlıdır, doğrudanmı Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyi Adil Həbiyevin törətdiyi qanunsuzları görmür? Niyə qardaşının qanunsuz əməllərini himayə edənb İlqar Həbiyev hələ də cəzalandırılmır? Ümumiyyətlə, iki qardaşın eyni qurumda yer alması, birinin digərinin qanunsuz əməllərini himayə etməsi nə dərəcədə doğrudur?

Ümid edirik ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri hörmətli Mətin müəllim Adil Həbiyevin qanunsuz əməllərinə son qoyacaq, rayon ərazisində aparılan bu qruama təftiş və təzyiqi dayandıracaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Təcili yardıma” ehtiyacı olan Rauf Nağıyev - AXI NİYƏ?

Elə vəzifə sahibləri var ki, kreslonu itirməklə heç cür barışa bilmirlər. Belələrinə təcili “tibbi yardım” etmək lazımdır. Çünki acı bağırsaq kimi uzatdıqca uzadır, vəzifədən gedişini həzm edə bilmir və sağa-sola “təcili yardıma ehtiyacı” olan biri kimi kin-küdurət qusur. O adamları gərək imalə edəsən ki, bəlkə sağala...

Həmin xarakteristikaya malik olan adamlardan biri də özü ilə bir yerdə dəyişmiş Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyevdir. Rauf Nağıyev işdən uğursuz fəaliyyətinə görə uzaqlaşdırılıb, üstəlik, vaxtilə rəhbərlik etdiyi müəssisənin adı da dəyişib. Hazırda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi fəaliyyət göstərir. Amma Nağıyev əl çəkmək istəmir, deyir ki, məni də, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasını da qaytarın.
Bütün fəaliyyəti təcilsiz, təxirəsalınmış olan Rauf Nağıyev niyə geri qaytarılmalıdır axı?! Gül kimi, ötən ildən etibarən artıq Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılıb.
TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib. Bu Mərkəz var gücü, resursları, potensialı ilə işlədiyi halda, Rauf Nağıyevin vaxtında halı pisləşənlərin hayına çatmayan, əksər hallarda gecikən, ölkənin təcili tibbi yardım sektoruna insanlarda etimadı, ümidi məhv etmiş o dövr niyə qayıtmalıdır?
İndisə Rauf Nağıyev ayrı-ayrı media səhifələrinə çıxıb palaz-palaz müsahibələr verir, məhkəmələrdə ədalət axtarır ki, məni işimdən haqsız yerə azad ediblər. Amma öz gözündəki tiri görmür, TƏBİB rəhbərliyində tük axtarışındadır. Öz gözündəki tiri görmək üçün Rauf Nağıyev öz fəaliyyəti dönəminə bir nəzər salsın: ölkənin səhiyyə sisteminə inamsızlıq formalaşdırır, gələn çağırış və zənglərə ambulanslar zamanında çatmır, həyatını itirənlər olur, təcili tibbi yardım maşınları ünvanları doğru-dürüst tapmır, şikayətlər kütləviləşir, mənzillərə gedəndə vətəndaşlar narazılıq edirlər, bəzi iynə-dərmanlar tapılmır... Bunun davasını aparır Rauf Nağıyev? Halbuki onun qurduğu sistemin təcili yardıma ehtiyacı varıydı. Amma TƏBİB rəhbərliyi gördü ki, müalicə belə bu sahəni sağaltmır, Rauf Nağıyevin yaratdığı idarəetmə qanqrena verib, islahatla düzələn deyil. Ona görə rəhbərlik də dəyişdi, strukturun adı da...
Və Nağıyev mediada getmiş materiallara bir diqqət yetirsin, görsün ki, nə qədər haqlıdır. Misal üçün saytlarda gedən xəbərlərdə deyilir ki, Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 2015-ci ildə vəzifəyə təyin olunandan sonra burada uzun illər çalışan peşəkar və savadlı şəxsləri işdən çıxarıb yerinə öz qohumlarını və yaxın ətrafını işə götürdü. O, vəzifəyə gətirdiyi şöbə və bölmə müdirləri ilə birlikdə burada korrupsiya şəbəkəsi quraraq həkim və orta tibb işçilərindən aylıq haqq toplayırdı. Nağıyev islahatlar adı ilə “103”ün bölmələrində dispetçer xidmətini ləğv etdirib “Vahid dispetçer mərkəzi” yaratdı. Lakin bölmələrdə həkimləri dispetçer əvəzi işlədirdi. Nəticədə təcili yardımın operativliyi xeyli aşağı düşdü və təcili yardım avtomobilləri saatlarla gecikirdi.
Bu gün tamamilə yeni, müasir sistem yaradılıb. Təkcə bir fakta nəzər yetirək: Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Təcili tibbi yardım xidmətinə 31.12.2023-06.01.2024-cü il tarixlərində ümumi çağırışların sayı 18 351, hospital olunanların sayı isə 1 840 olub. Yəni bu faktlar, edilən dəyişikliklər, vahid pəncərə sisteminin yaradılması göstərir ki, işdən çıxarılaraq “təcili təxirə salınmış” keçmiş baş həkim Rauf Nağıyev boş-boş, populist, avantürüst fikirlər səsləndirməklə diqqəti özünə cəlb etməyə çalışır, TƏBİB rəhbərliyini isə gözdən salmağa can atır.

Lakin bu adam başa düşmür ki, "XALQIN GÖZÜ TƏRƏZİDİR".

Rubrika.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Şəhidlər xiyabanını ziyarət etdi

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.

Dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
20 Yanvar faciəsindən 34 il keçir


Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO