[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Türkiyə ilə imzalanmış sazişi TƏSDİQLƏDİ


Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib.

Dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış Sazişi təsdiqləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Almaniya Prezidenti İlham Əliyevə zəng etdi


Yanvarın 13-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını ifadə edib və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.

Eyni zamanda, telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.

Söhbət zamanı prezidentlər bir daha Azərbaycan-Almaniya əməkdaşlığının perspektivlərini yüksək qiymətləndirərək, bu əlaqələrin inkişafı üçün birgə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sosial müavinətlərin məbləği ARTIRILDI - SƏRƏNCAM


Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib.

1.1. yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat;

1.2. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz əlli) manat;

1.3. ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat;

1.4. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat;

1.5. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat;

1.6. uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat;

1.7. dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat.

2. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361; 2021, № 8, maddə 922, № 12, maddə 1361; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1938 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənd üzrə:

2.1.1. 1.1.1-ci yarımbənddə “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “220” rəqəmləri “270 (iki yüz yetmiş)” sözləri ilə, üçüncü abzasında “180” rəqəmləri “220 (iki yüz iyirmi)” sözləri ilə, dördüncü abzasında “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.5. 1.1.6-cı yarımbənddə “100” rəqəmləri “120 (yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.1.6. 1.1.10-cu yarımbənddə “70” rəqəmləri “100 (bir yüz)” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənd üzrə:

2.2.1. 1.2.1-ci yarımbənddə “237” rəqəmləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.2.2-ci yarımbənddə “300” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin;

2.2.3. 1.2.3-cü yarımbənddə “350” rəqəmləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SƏRƏNCAM


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

ağır cinayətlər məhkəmələri üzrə:

Bakı Ağır Cinayətlər Məhkəməsi

Quliyev Vüqar Elbrus oğlu

Namazov Fərid Arif oğlu

Gəncə Ağır Cinayətlər Məhkəməsi

Məmmədov Abdulla Elşad oğlu

Məmmədzadə Mikayıl Maarif oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Məmmədov Neymət Hüsən oğlu

Şəki Ağır Cinayətlər Məhkəməsi

Məmmədov Xaliq Musa oğlu

inzibati məhkəmələr üzrə:

Bakı İnzibati Məhkəməsi

Cəlalov Bəhlul Məmmədcəfər oğlu

Musayeva Ləman Samir qızı

Gəncə İnzibati Məhkəməsi

Əliyeva Gülşən Talıb qızı

Şirvan İnzibati Məhkəməsi

Musayev Şahəli Calal oğlu

kommersiya məhkəmələri üzrə:

Bakı Kommersiya Məhkəməsi

Namazova Günay Rüstəm qızı

Şirvan Kommersiya Məhkəməsi

Abbasov Zaur Vahid oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Bağırov Zamiq Rəşid oğlu

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Abdullayeva Aynur Aydın qızı

Eyvazova Samirə Əli qızı

Sadıxov Rəfail Adil oğlu

Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

Cəfərzadə İlham Nizami oğlu

Rüstəmov Emin Şahin oğlu

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

Aslanova Gülnar Faiq qızı

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Abbasov Nail İbad oğlu

Heydərova Əfsanə Elbrus qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Mirzəliyev Ruslan Əsəd oğlu

Rəcəbova Elnurə Hüseyn qızı

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

Kərimov Namiq Həsrət oğlu

Mirzəyeva Firuzə Fuad qızı

Mirzəyeva Ünsüyyət Hacımehdi qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Əlizadə Fariz Ariz oğlu

Sultanova Məmmədova Ayşən Ramiz qızı

rayon (şəhər) məhkəmələri üzrə:

Gəncə Şəhər Məhkəməsi

Əlizadə Elxan Novruz oğlu

Fərhadov Fuad Əlirza oğlu

Quba Rayon Məhkəməsi

Babayev Aydın Vahid oğlu

Lənkəran Rayon Məhkəməsi

Pənahov Anar Elman oğlu

Neftçala Rayon Məhkəməsi

Quliyev Samir İdris oğlu

Salyan Rayon Məhkəməsi

Məmmədli Ənnağı Əbdül oğlu

Samux Rayon Məhkəməsi

Kərimova Tərifə Əbülfət qızı

Sumqayıt Şəhər Məhkəməsi

Həxiyeva Şəbnəm Səlim qızı

Quliyev Ramiz Mübariz oğlu

Şəki Rayon Məhkəməsi

Vəliyev Elşən Yaşar oğlu

Şəmkir Rayon Məhkəməsi

Məhəmmədi Həvayət Kəmaləddin qızı

Şirvan Şəhər Məhkəməsi

Mustafayev Ceyhun Mustafa oğlu.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sirli piar: Ruhini deputat, yoxsa, nazir etmək istəyirlər?

Ruhinin vəzifə halallığı verilibsə, bunu yalnız son illər aktuallaşan kadr islahatları ilə bəraətləndirmək mümkündür...
on dövrlər özünü cəmiyyətdə daha çox xeyriyyəçi “biznes ledi” kimi tanıdan Ruhi Əliyevanın böyük piarı aparılır. Tovuzlu xanım ən baxımlı kanaldan tutmuş, ən bahalı manşet, ən çəlimsiz sayta kimi hər yanda az qala bütləşdirilir. “Tovuzlu xanım” vurğusu səbəbsiz deyil. Çünki Ruhinin tarixçəsi oradan başlayır.

Ruhi Əliyeva 1977-ci il martın 8-də Tovuzda dünyaya gəlib. Ali təhsili barədə məlumat əldə etmədik. Peşəkar səhnəyə 2007-ci ildə qədəm qoyub. Belə deyək, orta məktəbdən 13 il sonra məşhurlaşıb:

– ilk klipi çıxıb;

– 2009-da yeni albomu təqdim olunub;

– teleaparıcılıq edib.

Yəqin Putinin tovuzlu dostu İlham Rəhimov barədə eşitmisiniz. Ruhi özündən 26 yaş böyük bu oliqarxla əvvəlcə vətəndaş nikahında, ardınca ailəli olub. O vaxtlar hər kəs Ruhiyə bağışlanan çoxmilyonluq villalardan, qiymətli hədiyyələrdən bəhs edirdi. Cütlüyün uzun müddət övladı olmurdu, elə fikir ayrılığı da o vaxtdan başlayıb. Çünki Ruhi hamilə qalarkən və uşaqları dünyaya gətirmək üçün xaricə yollandıqda onlar artıq ayrılmışdılar. Hətta İlham Rəhimov sabiq millət vəkili Rəbiyyət Aslanova ilə ailə qurmuşdu. Ruhi ölkəyə qayıtdıqdan sonra İlham Rəhimovla onun arasında mal-mülk davaları alovlandı. Səbəb uşaqların atasının övladların ondan olmasına şübhə etməsi idi. Lakin sonradan İlham Rəhimov Ruhi ilə barışıb. Deyilənə görə, uşaqları özünə oxşatmışdı. Əkizlərin himayəyə götürüldüyü, eks cütlüyün ara-sıra görüşdüyü deyilir. Onsuz da İlham Rəhimovun Rəbiyyət Aslanova ilə qısa evliliyi siyasi məqsəd kəsb edirdi. Çünki eks millət vəkilinin oğlu “nurçu qalmaqalı”na qədər Prezident Administrasiyasında şöbə müdiri olub. İlham Rəhimovun deputatlığa 2000-ci ildəki uğursuz cəhdindən sonra siyasətdən gedişi onun parlament eşqində olmadığını deməyə əsas verir. Ona görə də İlham-Rəbiyyət nikahının siyasi tərəfi sirr olaraq qalır.

Qayıdaq “Bentley”də (99-RR-002) dolaşan Ruhiyə… Xanım Əliyeva BMT ilə əlaqəsi olmayan agentliklər tərəfindən verilən mükafatı BMT boyda şişirdir. Avropada tanınmayan Avropanın “Şərəf” ordenini alır. “Liatris Holding”in rəhbəri “Gold faces of Azerbaijan – 2022” mükafatına layiq görülür. Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası ona “Türk dünyasında ilin iş adamları” fəxri adı ilə “Altın Yıldız” medalı təqdim edir…

Bununla yanaşı onun bəzi mükafatlandırmalardan şəhid və qazi ailələri də narahatdır. Şəhid Heydərov Qadirin atası Ədalət hazırladığı videomüraciətdə oğlunun Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması üçün döyüşüb şəhid olduğunu xatırladıb. Oğlunun yalnız “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu bildirən Ədalət Heydərov Ruhi Əliyevanın müxtəlif təltifetmələrinə etiraz edib. Hətta şəhid ailəsi və qazilər Prezidentə müraciət hazırlayır. Çünki onların fikrincə, Müdafiə Nazirliyinin Ruhini qəhrəmanlaşdırması biabırçılıqdır. Onu da deyək ki, Ruhi Əliyevaya “Topçu Ruhi” də deyirlər. Müdafiə Nazirliyinin icazəsi ilə 1 dəfə Tərtərdə top atıb. Yəni özünü mərminin, topun, tankın önünə verən oğulların layiq olduğu təriflərin Ruhiyə yağdırılması acınacaqlı durumdan xəbər verir. Buna xalqda döyüş ruhunun sındırılması adı da vermək olar. Bu iş isə Rusiya və Kremlin ölkəmizdəki 5-ci kolonuna sərf edir. Bu gün Putinin ən yaxın dostlarından olan İlham Rəhimovun uşaqlarının anası reklam olunursa, 5-ci kolon iş başındadır.

Amma Azərbaycan əhalisi görüntüdən doyub və yalnız əməl, konkret addım qiymətləndirməsi aparır. Yəni Ruhi deputat olsa, bu, seçici sevgisi və istəyi deyil. Yaxud mədəniyyət naziri postunu tutsa, yenə də bu, sadə vətəndaşların ağlından keçmir.

Ruhinin vəzifə halallığı verilibsə, bunu yalnız son illər aktuallaşan kadr islahatları ilə bəraətləndirmək mümkündür. Gender bərabərliyi donu da yaraşar ki, doğrudan da qadınlara yüksək vəzifələr verilir. Guya Ruhidən başqa vəzifəyə layiq ALİ SAVADLI kadr yoxdur? Digər tərəfdən sahibkarın, iş adamının dövlətdə vəzifəsi tutması, deputatlıq mandatı alması normaldırmı?(konkret.az)

Azərbaycanda hə!

pia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vergi Məcəlləsində edilən dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

- 30.6.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“30.6.5. “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn vəzifələrin icrası üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);”.

- 30.6.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.6.15-ci maddə əlavə edilsin:

“30.6.15. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma).”.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident çox vacib mesajlar verdi


Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu.

O vurğuladı ki, ötən il Azərbaycan üçün bir çox aspektlərdən uğurlu olub. Azərbaycan Ordusunun müdafiə qabiliyyəti daha da gücləndirilmiş, yeni komanda birlikləri yaradılmış, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilmiş, şəhid ailələrinə və qazilərə diqqət və qayğı davam etdirilmişdir.

Eyni zamanda ötən il həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin 2020-ci ildə əldə etdiyi qələbənin dünya birliyi tərəfindən qəbul edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini vermişdir.

Prezident müsahibədə Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaları ilə bağlı da çox mühüm mesajlar verdi. Xüsusi olaraq vurğuladı bu insanların öz doğma yurdlarına qayıtmaları onların tam hüququdur və Azərbaycan bunun həyata keçməsi üçün bütün addımları atacaq.

Prezident Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işlərinə də geniş toxundu. Bölgə əhalisinin həmin ərazilərə sürətli qayıdışının təmin olunması istiqamətində tədbirlərin uğurla icra olunduğunu xüsusi qeyd etdi.

Ötən il ölkəmiz üçün iqtisadi baxımdan da uğurlu olmuşdur. Ümumi daxili məhsulun 80, xarici ticarətin 50, xarici ticarətin müsbət saldosunun 25 milyard dollar təşkil etməsi, xarici borcun 7 milyard dollardan aşağı olması, minimum əməkhaqqının 15% artırılaraq 345 manata, minimum pensiyanın 16,7 faiz artırılaraq 280 manata çatdırılması, ötən il 1500 şəhid ailəsinin evlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin həm də iqtisadi gücünün və qüdrətinin göstəricisidir. Onu da nəzərə almaq lazımdır ki, bütün bu işlər Qarabağ və Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işləri, ordumuzun müdafiə qabiliyyətinin gücləndirilməsi fonunda həyata keçirilir.

Prezident çıxışında Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdi. Bildirdi ki, Ermənistan ötən dövrdə baş verənlərdən ciddi nəticə çıxarmalıdır, Qarabağ erməniləri Azərbaycanın idarəçiliyini qəbul etməlidirlər. Qəbul etmək istəməyənlər isə bu əraziləri tərk edə bilərlər.

Prezident İlham Əliyev ermənilərin Qarabağda törətdikləri cinayətlərə etirazlarını bildirən və Laçın yolunda aksiya keçirən gənclərə də təşəkkürünü bildirdi. Bu etirazların əsas səbəb və məqsədlərinə bir daha toxundu.

Yekunda qeyd etməliyik ki, Prezident İlham Əliyev bütün müsahibələrində olduğu kimi, bu müsahibədə də ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir çox vacib məsələlərə toxundu. Eyni zamanda Ermənistana çox ciddi mesajlar verdi. Ermənistan ciddi nəticə çıxarmalıdır.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ölkəmizdə hərbi sənayenin yeni dövrü başlayır


Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaq.

Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik: “Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq”.

Prezident bildirib ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik.

“Əlbəttə, bu, ölkəmizin geosiyasi imkanlarını daha da genişləndirəcək. Baxın, həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi. Kim bizim qabağımızda dura bilər?”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Həmin görüş Bakı vaxtı ilə səhər saat 5-də başa çatdı” - Prezident


Prezident İlham Əliyev bu gün yerli telekanallara müsahibə zamanı Praqa görüşünün detalları barədə danışıb.

Dövlət başçısı görüşün iki hissədən ibarət olduğunu diqqətə çatdırıb.

Azərbaycan lideri bildirib ki, ikinci görüş Bakı vaxtı ilə səhər saat 5-də başa çatıb.

“Bir an özüm-özümə dedim ki, sanki burada Ermənistan-Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdə. Şarl Mişel də hakimdir. Çünki Ermənistan tərəfi üçün çətin olan anlarda kənara çəkilib pıçıltı ilə cükküldəşirdilər. Bu, açıq-aşkar görünürdü”, - dövlət başçısı deyib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO