[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şagirdlərin elektron yerdəyişməsi dayandırıldı


Bu gün saat 17:00-dan etibarən 2022-2023-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Almaniya Prezidenti İlham Əliyevə zəng etdi


Yanvarın 13-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını ifadə edib və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.

Eyni zamanda, telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.

Söhbət zamanı prezidentlər bir daha Azərbaycan-Almaniya əməkdaşlığının perspektivlərini yüksək qiymətləndirərək, bu əlaqələrin inkişafı üçün birgə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həkimi öldürməkdə təqsirləndirilən şəxslər həbs olundu


Xəbər verildiyi kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun öldürülməsinə dair cinayət işinin istintaqı Yevlax rayon prokurorluğunda davam etdirilir.

Rayon prokurorluğundan verilən məlumata görə, istintaqın gedişində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü R.M-nin mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilmişdi.

Qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əsgərimiz vəfat ETDİ


Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun vəfat etməsi barədə məlumat təsdiq edilib.

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat etməsi barədə məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, - bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Obyektimi “Azərtikinti” şirkəti qanunsuz olaraq dağıdıb” – DEPUTATIN QARDAŞI HAQDA ŞİKAYƏT


Bakı şəhəri, Nəsimi rayon sakini Bayramov Yusif Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun obyektini qanunsuz yerə söküblər.

“Mən, Bayramov Yusif Əli oğlu, yazaraq sizə bildirirəm ki, mənim obyektimi deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımov qanunsuz olaraq, içində tikinti materialları olmasına baxmayaraq, söküb talan edib. Bu işlə bağlı məhkəmələr düzgün qərar vermir. Bütün sənədlərim düzgündür, amma buna baxan yoxdur.

Obyekt tam özəlləşib, özümə məxsusdur. Bütün əlimdəki sənədləri məhkəməyə təqdim etsəm də, görməməzlikdən gəlirlər. Sökülüb dağıdılmış halına da əhəmiyyət vermirlər. Mən belə fikirləşirəm ki, bu işdə rüşvət böyük rol oynayır. Çünki, sənədlərim düzgün olduğu halda, məni “səhv” çıxardırlar.

Obyektimi “Azərtikinti” şirkəti dağıdıb. Qərar da onların xeyrinə verilir. Bəs, deyirlər ki, bizdə mülkiyyət toxunulmazdır?!”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük Komitəsi “Azmetal” şirkətini süründürür - VİDEOMÜRACİƏT


Azmetal şirkətinin rəsmi meneceri Müşviq Əmirli Dövlət Gömrük Komitəsindən şikayət edib. Reportyor.info xəbər verir ki, şirkət ixrac üçün gömrük orqanlarına müraciət edib. M.Əmirli deyir ki, amma uyğunluq sertifikatı tanınmır. Gömrük əməkdaşları göstəriş olduğunu bildiriblər, sertifikatın başqa qurumdan alınması tələb edilir.

Amma qeyri-rəsmi göstəriş olduğu üçün şirkət bununla razılaşmır. Bunların başında da İlham Bayramov durur.Şirkət nümayəndəsinin video çıxışını təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Azercell` adına soyğun: DAVAM EDİR... - NARAZILIQ VAR!


"Adamı məhkəməyə belə çağıranda, 3 il öncə baş verən hadisəni xatırlayıb-xatırlamadığını soruşurlar".
"2020-ci ildən Azercell-dən istifadəni məhdudlaşdırmışam. Səbəb qiymətlərinin çox baha olması və müştərilərinə dəyər verməməsi olub. Sonuncu dəfə 2020-ci ilin noyabr ayında Azercell-in "Sərbəst 25" tarifinə qoşulmuşam. Üstündən 3 il keçdiyi üçün də "Sərbəst 25" tarifində olduğumu unutmuşam. Amma qiymət baha, xidmət isə çox aşağı səviyyədə olduğu üçün növbəti aylarda Azercell-in internet və danışıq tariflərindən istifadə etməmişəm. Yalnız bağlanmasın deyə nömrəmin balansına ayda və ya iki aydan bir, bir manat qoyuram ki, nömrəm bağlanmasın.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə tanınmış jurnalist Elmar Hüseynov yazıb.

Həmkarımız daha sonra qeyd edir: "Dünən təsadüfən dostlarımdan biri Azercell nömrəmin balansına 20 manat göndərib. Pulu göndərdikdən sonra ona təşəkkür etməyə macal tapmamış, Azercell növbəti "bombasını partlatdı":
"Sizin ayliq SERBEST25 paketiniz yenilendi. Siz 850 olkedaxili deqiqe, 15GB internet, WhatsApp ve Facebook Messenger tetbiqlerinde metn yazishmalari uchun 1GB Internet elde etdiniz. Tarif her 30 gunden bir avtomatik yenilenir".
Sözün düzü Azərbaycanın hansısa mobil operatorundan bu qədər operativlik gözləməzdim. Demək məsələ cibə girmək olduqda, Azercell operativlik nümayiş etdirir".

Baş verənlərlə bağlı Azercellin operatoru ilə əlaqə saxlasam da mənim haqlı olduğumu, amma balansı geri qaytarmayacaqlarını bildirdi. Operator hər hansı tarifin 3 ay sonra ləğv edildiyini bildirsə də, sonra da deyir ki, sonuncu hansı tarifdə olmusunuzsa o tarif nömrənin üstündə qalır.

Operatora bildirdiyimi bir daha Azercell rəsmilərinə də bildirirəm. Əgər 3 il öncə hər hansısa cinayət hadisəsi baş veribsə, bununla bağlı səni hətta şahid qismində məhkəməyə dəvət etdikdə, ilk sual bu olur ki, 3 il bundan öncə baş verən hadisəni xatırlayırsınızmı? Amma Azercell öz müştərilərinə hörmət edərək, bir sorğu belə göndərmir. Bu isə onu seçən müştərisinə ən böyük hörmətsizlikdir.

Azercell Azərbaycanda ən böyük mobil operator olaraq mədəniyyət nümayiş etdirib, sorğu göndərə bilərdi ki, Sizin 3 il öncə qoşulduğunuz "Sərbəst-25" tarifinizi yeniləmək istəyirik, buna razısınızmı? Mən də "hə" və ya "yox" seçimimi edə bilərdim. Amma görünən budur ki, Azercell öz əvvəlki reputasiyasını davam etdirir və nəticədə mənim kimi müştərilərini bazardakı digər rəqibləri qarşısında itirir. Öz müştərisinin cibinə girən mobil operatorun sonu isə heç yaxşı görünmür.
Əgər balansımı bərpa etməsə, Azercelli məhkəməyə verəcəm. //GUNDEMİNFO.AZ//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neftçalanın gənc başçısı ilə bağlı İLGİNC İDDİALAR... - SƏN DEMƏ...


Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov geridə qalan iki il ərzində fəaliyyəti ilə heç bir rəğbət qazana bilməyib. Onun rayondakı missiyası elə fəaliyyətsizlik, narazılıq yaratmaq olub. Reportyor.info-ya verilən məlumata görə, M. Seyidov əhalinin problemlərinin həllinə dəstək olmaq əvəzinə, mane olur. Misal üçün gələn şikayətdə deyilir ki, icra başçısı fermer təsərrüfatının inkişafına əngəl törədir. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən “şərtlərlə” qarşılaşırlar. Belə ki, icarə müqaviləsi bitdikdən sonra torpaq elə icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun “şərti” var. Bildirilir ki, torpağın hər hektarına görə 1 000 manat tələb olunur. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və kim 1000 verirsə, ona peşkəş olunur

İddia olunur ki, bütün bu işlərin başında əvvəllər Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda Dairə Seçki Komissiyasının sədri olan Zaur Kərimov dayanır. Bununla bağlı bir qrup fermerin mediaya ünvanladığı müracətdə maraqlı iddialar yer alıb: ”Həsənabad qəsəbə sakini İsayev Asif Əmiraslan oğlu ilə iş birliyinə girərək, rayonun müxtəlif ərazilərində ona torpaq sahələri verib gəlirin on faizinə şərik olub. Ötən il Kürağzı dövlət fond torpağında, dənizin qorunma zolağında Ələkbərov Sərvər Sərdar oğluna hektarı 70 manatdan olmaqla 250 hektar torpaq satıb. Halbu ki, həmin ərazidə Zaur Kərimovla anlaşmadığı üçün İsbat Bayramov adlı fermer haqda inzibati tədbir görülmüşdü. Bu il isə, N saylı hərbi hissənin ərazisini şumlatıraraq əkin sahəsi kimi satmaq istəyir. Torpağın icarə müqaviləsi bitən fermerlərdən 1500 manat pul alaraq torpağın qanunsuz istifadəsinə şərait yaradır. Belə fermerlərdən biri rayonun Boyat kənd sakini Z. Kərimovla bu yaxınlarda eyni qiymətə anlaşıb. Lerik obasında Tofiq adlı şəxsin əli ilə fermerlərdən qanunsuz olaraq xərac yığır. Xol qəsəbəsində isə eyni işi Z. Kərimovun Vüsal adlı adamı görür. Birinci Mayak ərazisində Rəsul adlı şəxs Zaurla anlaşaraq 300 hektar ərazini əkir. Həmin ərazinin bələdiyyə sədri Nağıyev İmamnəzər Z. Kərimovun maxinasiya ortağıdır”.
Bu iddiaların ardınca Z.Kərimov torpaq məsələlərinin onun səlahiyyətinə aid olmadığını bildirsə də ortada konkret zərərçəkmişlər var. Məsələn,
Neftçala rayon sakini birinci Vətən müharibəsi iştirakçısı İslam Bayramov İH tərəfindən aldadılmasını iddia edərək bilirib ki, 2020-ci ilin sentyabr ayında Neftçala rayonu 2-ci Mayak kəndi yaxınlığında yerləşən “Kürağzı dövlət fond torpağı”nda 100 hektar torpaq sahəsi almaq üçün rəsmi qaydada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova müraciət edib:” 2020-ci ilin oktyabr ayında mənə həmin ərazidə monitorinq işləri bitdikdən sonra torpaq ayırılacağı ilə bağlı cavab verdilər”.

O , 2021-ci ilin fevral ayında rayon torpaq komissiyasının sədri Zaur Kərimovun onu dəvət etdiyini, M.Seyidovun tağşırığına əsasən ona torpaq sahəsi veriləcəyini bildirdiyini qeyd edib: “Bütün lazımi sənədləri onlara təhvil verməyimi istədilər. Fevral ayından vaxtı uzatdılar və nəhayət sentyabr ayında iqtisadiyyat bölməsinin baş məsləhətçisi Vüsal Ağabəyov və iqtisadiyyat bölməsinin şöbə müdürü Aqil Quliyevin iştirakı ilə sənədlər hazırlandı, mən 5 yerə imza çəkdim. Mənə “torpaq artıq sənindir, narahat olma” deyib yola saldılar.

Kimsə qeyri-qanuni işlədiyimi deməsin deyə, sənədi tələb etdim. Dəfələrlə Mirhəsən Seyidovun qəbuluna gedib şəxsən özü ilə danışdım ki, dəqiq mən o torpaqda iş görə bilərəmmi? İcra başçısı hər görüşdə mənə dedi ki, torpağı mən sizə vermişəm, heç kim o torpağı sizdən ala bilməz, ora sizindir.

Lakin 10 dekabr 2021-ci il tarixində biz cinayət məsuliyyətinə cəlb olunduq. Bizə torpağı verən şəxslərdən biri Aqil Quliyev məhkəmədə şahid qismində iştirak edərək bizə torpağın verilmədiyini dedi”, deyə İ.Bayramov deyib.

Bildirək ki, Zaur Kərimov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinin yerli şöbəsinin müdiri olub. İşində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Lakin hansısa “sehrli əlin” dəstəyi ilə icra hakimiyyətində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Zaur Kərimovun qanunsuz əməlləri və buna görə işdən çıxarılması barədə mediada da yazılıb.

Rayon fermerlərinin sözlərinə görə Zaur Kərimov torpaq bazarlıqlarını açıq aşkar DSK binasında aparır və bütün fəaliyyətini icra başçısı ilə razılaşdırdığını bildirir. Aldığımız məlumata görə bütün bu fəaliyyəti və qanunsuzluqları ilə bağlı Z.Kərimov Mərkəzi Seçki Komissiyasına çağrılıb və onun vəzifəsi ilə vidalaşacağı gözlənilir.

Reportyor.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocavənddə PARTLAYIŞ - Ölən var


Xocavənddə sursat partlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Ağburun adlanan ərazidə qeydə alınıb. Belə ki, ərazidə heyvan otaran çoban, 1971-ci il təvəllüdlü Elşən Hümbətov orada tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə çoban hadisə yerində ölüb.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazov generalı rəis TƏYİN ETDİ


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin olunub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis general-mayoru Sərdar Səfərov təyinat alıb.

Qeyd edək ki, S.Səfərov bu təyinatadək Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO