[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək” - Prezident


Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar.

Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”, - deyə dövlətimizin başçısı Ermənistan tərəfinə xəbərdarlıq edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyev: `Oğlumla yeni danışmışam, bilmirəm, işdən çıxarılıb?` - Keçmiş PA şefindən dolaşıq sözlər...


Ötən həftə AMEA-nın sabiq rəhbəri, akdemik Ramiz Mehdiyevin Fövqəladə Hallar nazirinin müavini vəzifəsində çalışan oğlu, general Teymur Mehdiyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.

DİA.AZ bildirir ki, Manset.az məsələni diqqətdə saxlayaraq Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O açıqlamasıda bu barədə bir-birini təkzib edən informasiya verib.

"Mən eşitməmişəm. Oğlumla yeni danışmışam. Vəzifəsindədir, işini davam etdirir. Hər halda mənə işdən çıxarılması ilə bağlı deməyib. Bilmirəm, sözün düzü bu mənim üçün yeni informasiyadır, işdən çıarılıb?"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Pakistana 7 milyon dollar ayırıb


Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın əsas məqsədi ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə lazımi maliyyə resurslarının cəlb edilməsindən ibarət olub.

Bu barədə XİN məlumat yayıb.

Tədbirin açılış hissəsində təşkilatçı qismində Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif və BMT Baş Katibi Antonio Quterreş çıxış edib, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın video müraciəti yayımlanıb.

Təşkilatçıların dəvəti ilə dünyanın 46 ölkə, eləcə də 48 beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin iştirak etdiyi tədbirdə AR Xarici İşlər nazirinin müavini Elnur Məmmədov video konfrans vasitəsilə çıxış edib.

Çıxışda ölkəmiz tərəfindən dost və qardaş Pakistan xalqı və dövlətinin ağrı-acısının bölüşüldüyü, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verildiyi qeyd olunub. Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdiyi nəzərə çatdırılıb. Nazir müavini, fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə ölkəmiz tərəfindən əlavə 2 milyon ABŞ dolları həcmində humanitar məqsədli maliyyə yardımının göstəriləcəyi barədə Pakistan tərəfini və konfrans iştirakçılarını məlumatlandırıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident naxçıvanlı idmançını mənzillə təmin etdi

Yanvarın 9-da ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Prezident tərəfindən mənzillə mükafatlandırılan idmançılardan biri də Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyev olub.

Qeyd edək ki, Tayfur Əliyev 1 yanvar 1997-ci ildə Naxçıvan şəhərində anadan olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident azad edilmiş ərazilərlə bağlı FƏRMAN İMZALADI


“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Fərmana əsasən, Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə verilən 500 milyon manat kredit portfeli 450 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir.

Sənədlə nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu arasında bağlanılan, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya Əlavə – “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident ona ev verdi


Prezident İlham Əliyev Azərbaycan yığmasının sabiq voleybolçusu, hazırda Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimovaya ev verib.

Bu barədə federasiya rəsmisi öz feysbuk hesabında paylaşım edib.

Ş.Kərimova ölkə başçısına təşəkkür edib: “Bu gün mən həyatımda ən gözəl günlərimdən birini yaşadım. Artıq 10 ildir ki, AVF-nin mətbuat xidmətimdə çalışıram. Bu gün Prezidentimiz tərəfindən mənə və ailəmə verilən evin sevincini və ən əsas nə qədər qürur verdiyini sözlə ifadə edə bilmirəm. Əməyi keçən hər kəsə minnətdaram”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir qrup idmançıya ev hədiyyə edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident ötən ilin idman yekunlarına dair tədbirdə iştirak etdi

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO