[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 48 yaşlı şəxs tanışını qətlə yetirib
Bakıda tanışını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb. Bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvanın yeni hədəfi: Azərbaycan sərhəddə mövqeləri gücləndirməlidir - Başqa yolu YOXDUR!
Zamantv.az Yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstandakı hadisələrlə İkinci Qarabağ müharibəsini eyniləşdirməyə çalışıb.

Qeyd edək ki, onlayn formatda keçirilən sessiyada KTMT ölkələrinin rəhbərləri Qazaxıstanda baş verən son hadisələr, ixtişaşların qarşısının alınması, Qazaxıstanda sabitliyin bərqərar edilməsi ilə bağlı görülən və görüləcək işləri müzakirə ediblər. KTMT-nin Baş katibliyinin hazırkı sədri Ermənistanın Baş naziri bildirib ki, guya "İkinci Qarabağ müharibəsi də "Ermənistana terrorçu-ekstremistlərin hücumu" olub. Görünür, Paşinyan fürsətdən istifadə edərək həm Azərbaycanı KTMT-nin hədəfinə gətirməyə çalışıb, həm də türk dövləti olan Qazaxıstanla Azərbaycan arasında müxtəlif sahələrdəki əməkdaşlıqlara zərbə vurmaq niyyəti güdüb.

"Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu AYNA-ya şərhində deyib ki, Ermənistanın istənilən durumu fürsət bilərək, hər iki amildən yararlanmağa çalışacaq: "Bunlardan birincisi, Ermənistanın KTMT-nin Baş katibliyində sədrlik dövrüdür, ikincisi, İrəvanın canla-başla KTMT kontingentində öz silahlılarını Qazaxıstana göndərməsidir. Orada Nikol Paşinyan analogiya apardı ki, guya Qarabağ müharibəsi "Azərbaycan ekstremistlərininin" Ermənistana hücumu idi, guya bunlara qarşı da "terrorçular döyüşüb" və s. Təbii, Ermənistan çalışır ki, Rusiyanın dəstəyindən yararlansın".

"Paşinyanın siyasətinə gəlincə, onun bu gün heç bir siyasəti yoxdur. Nikol KTMT-nin, yəni ki, Rusiyanın layihəsinə qoşulmaqla faktiki olaraq, Qərbi özündən döndərdi. Ən azı Qərb ölkələrində Paşinyana əvvəlki qədər etimad olmayacaq. Çünki məlum oldu, açıq göründü ki, Rusiya onu çox rahatlıqla öz işğalçı siyasətinə qoşdu. Paşinyan da bu layihəyə həvəslə qoşuldu. Üstəlik, bundan öz məqsədləri üçün istifadə etməyə çalışır, Qarabağda itirilmiş mövqeləri qaytarmağa, yaxud da ermənilər yaşayan ərazilərin ilhaqına nail olmağa səy göstərir", - Oruclu əlavə edib.

Politoloq vurğulayıb ki, Rusiyanın Paşinyanın bu siyasətinə müsbət yanaşacağı inandırıcı deyil: "Rusiya Ermənistana o halda dəstək verə bilər ki, Moskvanın maraqları bunu tələb etsin. Rusiyanın dəstəyi olmayan yerdə Ermənistan heç nə edə bilməz".

Ə.Oruclu burada bir nüansın təhlükəli məqam olduğunu vurğulayıb: "2020-ci ildə Ermənistanın müharibəyə cəhdi Tovuz istiqamətində oldu - yəni sərhəddə. Ermənistan növbəti təxribatı Tovuz istiqamətindən törədə bilər ki, bundan sonra Azərbaycan Ermənistana hücumda ittiham olunsun və KTMT işə qarışsın. Bu mənada, biz həmin istiqamətlərdə - Qarabağda Tərtər istiqamətində, eyni zamanda, sərhəddə - Tovuz-Qazax istiqamətindəki mövqelərimizi gücləndirməliyik. Çünki Rusiyanın məqsədi Bakı-Tiflis-Qars dəmiryolu xəttini, Bakı-Tiflis-Ceyhan boru xəttini nəzarətə götürməkdir. Ona görə son dərəcə ehtiyatlı olmalıyıq".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə AYNA-ya bildirib ki, ilk növbədə Ermənistan Qazaxıstanı Azərbaycanla tərəfdaşlıqdan qoparmaq niyyətindədir: "Nursultan Nazarbayev nə qədər tənqid olunsa da, o, Azərbaycanla əməkdaşlığa önəm verən lider idi. Təsadüfi deyil ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən Nazarbayev açıq şəkildə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyana bildirmişdi ki, "bu məkanda Dağlıq Qarabağ məhsulları" olmamalıdır. Qazaxıstan liderinin bu yanaşması İrəvanda ciddi Qazaxıstan əleyhinə mövqe formalaşdırmışdı. Tokayev hakimiyyətə gəldikdən sonra, onun açıqlamaları bizdə müəyyən suallar yaradırdı. Tokayevin indiki mövqeyi də suallarla doludur. Görünür, Paşinyan hesab edir ki, Tokayev hakimiyyətdə qalsa, yaxud da, onun yerinə Rusiyaya bağlı şəxs gəlsə Ermənistanla müttəfiqliyə can atacaq. Və İrəvan KTMT dövlətlərini öz tərəfinə çəkməklə Qarabağ məsələsində qalan problemləri öz xeyirinə həll edə biləcək".

"Hesab edirəm ki, KTMT ölkələrinin, xüsusən də Qazaxıstanın Azərbaycan əleyhinə mövqe sərgiləməsi üçün ciddi zəmin yoxdur. Birincisi, Qazaxıstan Türk Dövlətləri Təşkilatının əsas üzvlərindəndir. İkincisi, Qazaxıstanla Azərbaycan arasında böyük layihələr var ki, onlar icra olunacaq. Düşünürəm ki, Ermənistanın KTMT-ni Qarabağla bağlı prosesə qoşmaq cəhdi yenidən iflasa uğrayacaq", - deyə politoloq söyləyib.

E.Şahinoğlu deyib ki, bu gün Ermənistanın özündə Paşinyanı lağa qoyublar: "Erməni cəmiyyəti bildirir ki, "öz ərazilərimizi müdafiə edə bilməyən əsgərlərimizi Paşinyan Qazaxıstana göndərib ki, getsinlər bazar qorusunlar". İnanmıram ki, Ermənistanın KTMT tərkibində Qazaxıstana əsgər göndərməsi, Qazaxıstan məsələsinin müzakirəsində aktivlik göstərməsi rəsmi Nur Sultan - İrəvan münasibətlərini indikindən daha yaxşı etsin. Əlbəttə, Paşinyan Azərbaycanı KTMT-nin hədəfinə gətirməyə çalışır. Lakin bu alınmayacaq. Belə cəhdlər hər zaman olub, amma boşa çıxıb".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gənc müəllim vəfat etdi
Naxçıvan Dövlət Universitetinin gənc müəllimi, 31 yaşlı İsmayıl İsmayıllı vəfat edib.

Zamantv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun ötən gün axşam dəm qazından zəhərləndiyi və bu səbəbdən öldüyü bildirilir.

İ. İsmayıllı Ordubadın Nüsnüs kəndində anadan olub. O, ixtisasca memar olub və universitetin memarlıq fakültəsində müəllim işləyib. Gənc müəllim subay olub.

Müəllimin vəfat etdiyini universitetin memarlıq fakültəsindən saytımıza təsdiqləyiblər.
Gənc müəllim vəfat etdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş həkim işdən çıxarıldı - FOTO
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov vəzifəsindən azad olunub.

Zamantv.az publika.az-a istinadən xəbər verir ki, vakant yerə yeni təyinat olmayıb.

Baş həkim səlahiyyətləri müvəqqəti olaraq publik hüquqi müəssisənin direktoru tərəfindən icra olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bütün sahələrdə şəffaflıq əsas məqsədlərdəndir
Dövlət başçısı İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlardan geniş bəhs edərək dayanıqlı inkişafın təmin edilməsində şəffaflığın, vətəndaş məmnunluğunun artırılmasının rolunu xüsusi vurğulamışdır. Ötən illərdə bu sahədə görülən işlərin uğurlu nəticələrindən geniş toxunan ölkə Prezidenti bu inamı ifadə etmişdir ki, bu il bu sahədə də mübarizə davam etdiriləcəkdir. Son 18 ildən artıq dövrdə ölkədə həyata keçirilən kadr islahatları göz önündədir. Dövrün, zamanın tələblərinə uyğun olaraq islahatların həyata keçirilməsi labüd olduğu kimi, kadr dəyişikliyi də vacibdir. Bu tələb qarşıya qoyulur ki, gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında bir vəhdət təşkil etmək lazımdır. Müasir düşüncəyə malik olan gənclik yeni dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malikdir. Gənclərin xarici ölkələrdə təhsili, əldə etdikləri təcrübəni ölkəyə qayıtdıqdan sonra tətbiq etmələri də uğurlu gələcəyə hesablanmış addımlar sırasındandır.

Son illər hakimiyyətin bütün qollarında ciddi kadr islahatları aparılıb. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında kadr dəyişikliyi baş verib. Bu kimi addımlar korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq.

Dövlət başçısı İlham Əliyev vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təminini məmurlar qarşısında ən vacib vəzifələr kimi müəyyənləşdirib. Yeniliyə, təkmilləşməyə daha çox meyilli olan, Azərbaycanın brendi kimi nüfuz qazanan «ASAN xidmət», DOST layihələrinin həyata keçirilməsində də şəffaflığın qorunması, vətəndaş məmnunluğunun artırılması əsas hədəflərdəndir.

Cənab İlham Əliyevin ötən il regionlara 47 səfər etmişdi ki, onların da 32-si işğaldan azad edilmiş ərazilərimizə idi. Bu torpaqlarda bərpa və quruculuq işlərinin aparılması ilə yanaşı, cənab İlham Əliyev digər bölgələrin də sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində mühüm addımlar atır. Yeni sosial obyektlərin təməlinin qoyulması, açılışı, ictimaiyyət nümayəndələri ilə görüşüb qayğılarını, onları narahat edən məsələləri öz dillərindən eşitmək istəyi dövlət başçısına xalqın sevgisini birə on qat artırır.

Korrupsiyaya, inhisarçılığa və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, bu istiqamətdə aparılan islahatların ictimaiyyət tərəfindən yüksək dəyərləndirilməsi sübut edir ki, cəmiyyətdə şəffaflığın təmin olunması naminə dövlətin apardığı siyasət kampaniya xarakterli deyil, ciddi, qətiyyətli, davamlı prosesdir. Bu gün regionlarımız sürətli inkişaf dövrünü yaşayır. Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası yeni-yeni hədəflərə yol açır. Bütün bu addımlar ümumilikdə Azərbaycanın iqtisadi möcüzələr ölkəsi imicinə yeni əlavələr edir.

Adil Hüseynov
ADİU-nin dosenti, İqtisad elmləri doktoru
DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mənə təkidlə “sığorta yalnız xaricdə keçərlidir” dedilər" - “Atəşgah Sığorta”dan HOQQABAZLIQ.
Zamantv.az Azərbaycanda vətəndaşlar hələ də sığorta şirkətlərinə bir o qədər etibar etmir və bunu şərtləndirən çoxsaylı səbəblər var. Bunların arasında əksər sığorta şirkətlərinin müştərilər qarşısında götürdükləri öhdəlikləri müxtəlif bəhanələrlə yerinə yetirməmək üçün “dəridən-qabıqdan çıxması” birinci sırada durur.

“AzPolitika.info”-ya “Atəşgah Sığorta” ilə bağlı daxil olan şikayətdə sözügedən şirkətin öz sığorta öhdəliyindən yayındığı bildirilir. Şikayətçi Cəlal Babayev yazır ki, bir müddət əvvəl ”Atəşgah Sığorta”nın Ali Məhkəmənin yaxınlığındakı ofisində özünə aid 4 avtomobili kasqo sığortası etdirib: “Həmin vaxt iki nəfər gənc oğlanın yandakı əməkdaşla səyahət sığortası etdirmək barədə danışdıqlarını eşitdim. Deyəsən, Meksikaya gedirdilər. Özüm də düşündüm ki, mən bir dəfə də harasa səfər edəndə səyahət sığortası etdirməmişəm. Niyədə etməyim?”

C.Babayev həmin gün özünü və onunla səfərə hazırlaşan dostlarını sözügedən şirkətdə sığorta etdirib və yollanıblar səfərə: “2022-ci ilin yanvar ayının 4-ü yollandıq Ukraynanın Kiyev şəhərinə. Məlum oldu ki, sığorta sən demə, Ukrayna qanunlarına görə məcburi imiş. Sığortasız səni nəinki Ukraynaya,heç təyyarəyə belə buraxmırlar. Geri dönüşdə Azərbaycan Respublikası bizdən “Covid 19” PCR testi istəyir ki, ölkəyə yeni yoluxma gəlməsin. Biz də 11.01.2022-ci il saat 13:38-də test verdik. Nəticə dostlarımda neqativ məndə isə pozitiv göstərdi. Heç bir narahatedici hal hiss etmirdim. Dost-tanışlardan eşitdiyimə görə, bəzən testlərdə yanlışlar olur. Yenidən başqa bir yerdə, daha müasir imkanları olan bir kilinikada test etdirdim. Bu dəfə neqativ göstərdi.”

Ancaq hava limanında və təyyarədə C.Babayevin halı pisləşib: “ Təyyarəmiz Ukrayna vaxtı ilə 20:00-da havaya qalxmalı idi. Hava limanına daxil olarkən girişdə qızdırmam 36.9 göstərirdi və hər şey qaydasında idi. Hansısa səbəbdən təyyarə reysi 22:00-a dəyişdi. Təyyarəyə minməyə 1 saat qalmış məni bərk üşütmə tutdu. Dostlarım gözləmə zalının biraz soyuq olduğunu səbəb gətirərək narahat olmağa əsas olmadığını söylədilər. 22:00-da uçmalı olan təyyarə saat 23:15- də havaya qalxdı. Elə bu səbəbdən də Bakıya gec çatdıq. Bakıya catmağa 1 saat qalmış məni dözülməz üşütmə, sümük ağrıları, baş ağrısı, nəfəs darlığı tutdu. Təcili təyyarə bələdçisinə xəbər etdik. Qızdırmam 39 dərəcə. Pilota xəbər verildi. Bakıda Heydər Əliyev Beynəlxalq Hava limanında məni həkimlər qarşıladı. Təcili olaraq analiz verməyim tövsiyyə edildi.”

Bu vaxt “Atəşgah Sığorta”-nın müştərisi olan Babayev sözügedən şirkətə müraciət etmək qərarına gəlib: “Gələk əsas mövzuya. Axı mənim sığortam var. “Atəşgah”-dan “atəş kimi” sığortam! Sığorta şərtlərində səfər zamanı “Covid 19”-a yoluxarsam, tibbi xərclər üçün 1500 avro pul təzminatı var. Səhəd nəzarətini tərk etməmiş tez zəng etdim sığortada göstərilən nömrəyə - Türkiyəyə. Biraz danışıb məsələni izah etdim və məndən “Whatsapp” vasitəsi ilə sənədləri istədilər. Biraz sonra Bakıda yerləşən “İstanbul NS” klinikasına getməmi istədilər. Şərtlərə əsasən azadolma məbləği var, onu mən ödəməliyəm - 30 dollar. Onu da razılaşdıq. Hava limanından birbaşa klinikaya gəldim. Mühafizəçi laboratoriyanın saat 09:00-da açılacağını dedi. Bu səbəbdən heç bir yerə ayrılmadan, yorğun-arğın, qızdırmalı halda oradaca gözlədim. 09:00-da öz hesabıma 60 azn ödəyərək qandan analiz verdim və bu vaxt mənə Türkiyədən cavab gəldi ki, bəs “Atəşgah Sığorta” ödənişdən imtina edir. Səbəb isə artıq Bakıda olmağım və sığortanın artıq keçərsiz olduğudur. Mən isə bir daha əmin olmaq üçün getdim “Ege hospital”a. Saat 10:26-da orda test verdim. Buarada “Atəşgah Sığorta”nın baş ofisinə gedib, şikayət etmək istədim.

Qeydiyyatdakı qız bir nəfərə zəng edərək nəsə danışdı və başladı ki,“ay müəllim, axı siz kovid xəstəsisiniz, nə haqla bura gəlirsiniz?” Həmin qız dedi ki, biz klinikaya zəng etdik, sizdə artıq "Covid"in simptomları var. Halbuki, cəmi 30 dəqiqə öncə analiz vermişəm. Həmçinin, bəs, kovidəmsə, niyə sığorta ödənişindən imtina edilir? Sualıma cavab tapmaq üçün 949-a zəng edib maraqlanmamı məsləhət bildilər. Testin nəticəsi göstərdi ki, mən həqiqətən də qızın dediyi kimi aktiv kovid xəstəsiyəm. 949-a zəng etdim. Yenə də təkidlə mənə “sığorta yalnız xaricdə keçərlidir” dedilər. İzah edə bilmirəm ki, mən xaricdə yoluxmuşam, burada yox!”.

Şikayətçi sığorta şirkətinin ona qarşı qanunsuzluq etdiyini və onu aldatdığını iddia edərək, şirkətin sığorta ödənişindən yayındığını bildirir və “Atəşgah Sığorta”-dan hüquqi yollarla haqqını tələb edəcəyini qeyd edir.

***
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir” - Raquf Orucovun xanımı
“Biz hamımız nazirlikdə təmsil olunuruq, amma bu, formaldır. Sorğularımıza cavab verilmir. İctimai Birlik bir problemin həll olunmasında bu qədər çətinlik yaşayırsa, görün adi vətəndaş hansı çətinlikləri yaşayır”. Zamantv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" tədbirində çıxış edən S.Orucova dövlət qurumlarından narazılığını dilə gətirib: “Hər bir cəmiyyətin əsası hüquqa dayanır. Bu gün İctimai Birliklərin təklifi təklif olaraq qalır. Çünki baxan yoxdur. Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir. Mən insanlarımızı güclü görmək istəyirəm. Bu gün bizim Prezidentlə təmasa keçmək üçün yeganə vasitəmiz mediadır. Amma bu təması birbaşa etmək istəyirik.

Artıq QHT-lərin fəaliyyəti kağız üstündən reallığa keçməlidir. Bəzən adicə icra hakiminin qəbuluna düşmək, problemi çatdırmaq özü böyük problemə çevrilir. Çox xahiş edirəm ki, bizim səsimizi çatdırasız”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ermənistanda Baş nazir azərbaycanlı olsun" - Aloyandan TƏKLİF
Ukraynalı siyasi ekspert Rustam Aloyan Ermənistanda azərbaycanlının baş nazir təyin olunmasını təklif edib.

Zamantv.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu erməni əsilli ukraynalı siyasi ekspert Rustam Aloyan deyib. O, Ermənistanda Baş nazirin azərbaycanlı olmasını təklif edib.

“Məndən soruşsalar, bunu dəstəkləyərəm?! Ermənistanda iki rəhbər var: prezident və baş nazir. Əgər onlardan biri azərbaycanlı olarsa, bu, Azərbaycanla sülhə gətirib çıxarar”, – Aloyan deyib.

Ermənistan xalqının bunu necə qəbul edər sualına Aloyan bildirib ki, erməniləri buna hazırlamaq lazımdır.

“Mən Ermənistan prezidenti olsaydım və Azərbaycan, həmçinin Türkiyə xalqları ilə sülhsevər, yaxşı münasibətlər qurmaq istəsəydim, erməni xalqına hörmət edən, Ermənistan iqtisadiyyatının və ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çalışmağa hazır olan azərbaycanlını baş nazir təyin edərdim”, – deyə ekspert bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ödəniş etmişik, amma mənzillər verilmir” - AAAF sakinləri NARAZILIQ EDİR
Xırdalan şəhəri AAAF Park Yaşayış kompleksinin bir qrup sakini etiraz ediblər. Zamantv.az Bakupost.az-a istinadən xəbər verir ki, şirkətin baş ofisinin qarşısına toplaşan sakinlər mənzillərinin verilməməsindən şikayətçidirlər.
Onlar bildirirlər ki, nağd şəkildə ödəniş etsələr də illərdir mənzillər təhvil verilmir:
“7 ildir nağd qiymətə ev almışıq. Artıq 2 ilə 4 bina tikilib, hər şey hazırdır. Amma evləri vermirlər. Sentyabrda AAAF-dan mesaj gəldi ki, eviniz hazırdır, gəlib açarları götürə bilərsiniz. Ofisə yaxınlaşdıqda isə mesajın səhv göndərildiyini, oktyabrın 15-də gəlməyimizi dedilər. Günbəgün, aybaay vaxtı uzadırlar. Şikayətimizə heç kim baxmır, içəridən biri də çıxıb danışmır”.
Şikayətçilərin dediyinə görə sakinlərdən bina üçün 950 manat sayğac pulu alınıb:
“Pulu alıb “yeyiblər”. Heç bir sayğac da quraşdırmayıblar. Üstəlik sayğac pulu verənlərə əlavə kommunal ödənişi yazılır. Sakinlərin eləsi var, kirayəyə pul tökür, üstəlik bura da aylıq ödəniş edir. Rəsmi qurumlara da müraciət etmişik, elə deyirlər tədbir görüləcək. Biz küçədə qalmışıq, yaşamağa yerimiz yoxdur. Öz əlimizlə pul verib, ev almışıq. Belə olmaz axı! AAAF-ı məhkəməyə də vermişik. Məhkəmə qərar çıxarıb ki, pul qaytarılsın. Onlarda qərardan Apelyasiyaya, Ali məhkəməyə şikayət veriblər”.
Qeyd edək ki, AAAF- İnşaat MMC Tofiq Heydərova məxsusdur.
Dəfələrlə mətbuatda AAAF-la bağlı şikayətlər yayılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb
Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb. Zamantv.az ETSN-ə istinadən məlumatı təqdim edir:
Yanvarın 15-i saat 11:30-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur.

Qar örtüyünün hündürlüyü:
Ağdərədə (Ordubad) 27 sm, Sarıbaşda (Qax) 22 sm, Qrızda 14 sm, Xaltan, Şahbuzda 10 sm, Daşkəsəndə 8 sm, Altıağacda 7 sm, Naxçıvanda 6 sm, Göygöl, Lerikdə 5 sm, Qobustanda 4 sm, Qubada 3 sm, Qusarda 1 sm olub.

Külək:
Gözlənildiyi kimi şimal-qərb küləyi 14-ü axşamdan güclü cənub-qərb küləyi ilə əvəz olunub, küləyin maksimal sürəti Naftalanda 26 m/s, Qobustanda 22 m/s, Gəncə, Tovuz, Samaxıda 20 m/s, Ağstafa, Göyçay, Şəkidə 18 m/s, Yevlaxda 17 m/s, Bərdə, Tərtərdə 16 m/s, Şərurda 15 m/s, Bakıda 30 m/s, Abşeron yarımadasında 25 m/s, Abşeron-Dəniz rayonunda 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrdir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO