[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mənə təkidlə “sığorta yalnız xaricdə keçərlidir” dedilər" - “Atəşgah Sığorta”dan HOQQABAZLIQ.
Zamantv.az Azərbaycanda vətəndaşlar hələ də sığorta şirkətlərinə bir o qədər etibar etmir və bunu şərtləndirən çoxsaylı səbəblər var. Bunların arasında əksər sığorta şirkətlərinin müştərilər qarşısında götürdükləri öhdəlikləri müxtəlif bəhanələrlə yerinə yetirməmək üçün “dəridən-qabıqdan çıxması” birinci sırada durur.

“AzPolitika.info”-ya “Atəşgah Sığorta” ilə bağlı daxil olan şikayətdə sözügedən şirkətin öz sığorta öhdəliyindən yayındığı bildirilir. Şikayətçi Cəlal Babayev yazır ki, bir müddət əvvəl ”Atəşgah Sığorta”nın Ali Məhkəmənin yaxınlığındakı ofisində özünə aid 4 avtomobili kasqo sığortası etdirib: “Həmin vaxt iki nəfər gənc oğlanın yandakı əməkdaşla səyahət sığortası etdirmək barədə danışdıqlarını eşitdim. Deyəsən, Meksikaya gedirdilər. Özüm də düşündüm ki, mən bir dəfə də harasa səfər edəndə səyahət sığortası etdirməmişəm. Niyədə etməyim?”

C.Babayev həmin gün özünü və onunla səfərə hazırlaşan dostlarını sözügedən şirkətdə sığorta etdirib və yollanıblar səfərə: “2022-ci ilin yanvar ayının 4-ü yollandıq Ukraynanın Kiyev şəhərinə. Məlum oldu ki, sığorta sən demə, Ukrayna qanunlarına görə məcburi imiş. Sığortasız səni nəinki Ukraynaya,heç təyyarəyə belə buraxmırlar. Geri dönüşdə Azərbaycan Respublikası bizdən “Covid 19” PCR testi istəyir ki, ölkəyə yeni yoluxma gəlməsin. Biz də 11.01.2022-ci il saat 13:38-də test verdik. Nəticə dostlarımda neqativ məndə isə pozitiv göstərdi. Heç bir narahatedici hal hiss etmirdim. Dost-tanışlardan eşitdiyimə görə, bəzən testlərdə yanlışlar olur. Yenidən başqa bir yerdə, daha müasir imkanları olan bir kilinikada test etdirdim. Bu dəfə neqativ göstərdi.”

Ancaq hava limanında və təyyarədə C.Babayevin halı pisləşib: “ Təyyarəmiz Ukrayna vaxtı ilə 20:00-da havaya qalxmalı idi. Hava limanına daxil olarkən girişdə qızdırmam 36.9 göstərirdi və hər şey qaydasında idi. Hansısa səbəbdən təyyarə reysi 22:00-a dəyişdi. Təyyarəyə minməyə 1 saat qalmış məni bərk üşütmə tutdu. Dostlarım gözləmə zalının biraz soyuq olduğunu səbəb gətirərək narahat olmağa əsas olmadığını söylədilər. 22:00-da uçmalı olan təyyarə saat 23:15- də havaya qalxdı. Elə bu səbəbdən də Bakıya gec çatdıq. Bakıya catmağa 1 saat qalmış məni dözülməz üşütmə, sümük ağrıları, baş ağrısı, nəfəs darlığı tutdu. Təcili təyyarə bələdçisinə xəbər etdik. Qızdırmam 39 dərəcə. Pilota xəbər verildi. Bakıda Heydər Əliyev Beynəlxalq Hava limanında məni həkimlər qarşıladı. Təcili olaraq analiz verməyim tövsiyyə edildi.”

Bu vaxt “Atəşgah Sığorta”-nın müştərisi olan Babayev sözügedən şirkətə müraciət etmək qərarına gəlib: “Gələk əsas mövzuya. Axı mənim sığortam var. “Atəşgah”-dan “atəş kimi” sığortam! Sığorta şərtlərində səfər zamanı “Covid 19”-a yoluxarsam, tibbi xərclər üçün 1500 avro pul təzminatı var. Səhəd nəzarətini tərk etməmiş tez zəng etdim sığortada göstərilən nömrəyə - Türkiyəyə. Biraz danışıb məsələni izah etdim və məndən “Whatsapp” vasitəsi ilə sənədləri istədilər. Biraz sonra Bakıda yerləşən “İstanbul NS” klinikasına getməmi istədilər. Şərtlərə əsasən azadolma məbləği var, onu mən ödəməliyəm - 30 dollar. Onu da razılaşdıq. Hava limanından birbaşa klinikaya gəldim. Mühafizəçi laboratoriyanın saat 09:00-da açılacağını dedi. Bu səbəbdən heç bir yerə ayrılmadan, yorğun-arğın, qızdırmalı halda oradaca gözlədim. 09:00-da öz hesabıma 60 azn ödəyərək qandan analiz verdim və bu vaxt mənə Türkiyədən cavab gəldi ki, bəs “Atəşgah Sığorta” ödənişdən imtina edir. Səbəb isə artıq Bakıda olmağım və sığortanın artıq keçərsiz olduğudur. Mən isə bir daha əmin olmaq üçün getdim “Ege hospital”a. Saat 10:26-da orda test verdim. Buarada “Atəşgah Sığorta”nın baş ofisinə gedib, şikayət etmək istədim.

Qeydiyyatdakı qız bir nəfərə zəng edərək nəsə danışdı və başladı ki,“ay müəllim, axı siz kovid xəstəsisiniz, nə haqla bura gəlirsiniz?” Həmin qız dedi ki, biz klinikaya zəng etdik, sizdə artıq "Covid"in simptomları var. Halbuki, cəmi 30 dəqiqə öncə analiz vermişəm. Həmçinin, bəs, kovidəmsə, niyə sığorta ödənişindən imtina edilir? Sualıma cavab tapmaq üçün 949-a zəng edib maraqlanmamı məsləhət bildilər. Testin nəticəsi göstərdi ki, mən həqiqətən də qızın dediyi kimi aktiv kovid xəstəsiyəm. 949-a zəng etdim. Yenə də təkidlə mənə “sığorta yalnız xaricdə keçərlidir” dedilər. İzah edə bilmirəm ki, mən xaricdə yoluxmuşam, burada yox!”.

Şikayətçi sığorta şirkətinin ona qarşı qanunsuzluq etdiyini və onu aldatdığını iddia edərək, şirkətin sığorta ödənişindən yayındığını bildirir və “Atəşgah Sığorta”-dan hüquqi yollarla haqqını tələb edəcəyini qeyd edir.

***
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir” - Raquf Orucovun xanımı
“Biz hamımız nazirlikdə təmsil olunuruq, amma bu, formaldır. Sorğularımıza cavab verilmir. İctimai Birlik bir problemin həll olunmasında bu qədər çətinlik yaşayırsa, görün adi vətəndaş hansı çətinlikləri yaşayır”. Zamantv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" tədbirində çıxış edən S.Orucova dövlət qurumlarından narazılığını dilə gətirib: “Hər bir cəmiyyətin əsası hüquqa dayanır. Bu gün İctimai Birliklərin təklifi təklif olaraq qalır. Çünki baxan yoxdur. Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir. Mən insanlarımızı güclü görmək istəyirəm. Bu gün bizim Prezidentlə təmasa keçmək üçün yeganə vasitəmiz mediadır. Amma bu təması birbaşa etmək istəyirik.

Artıq QHT-lərin fəaliyyəti kağız üstündən reallığa keçməlidir. Bəzən adicə icra hakiminin qəbuluna düşmək, problemi çatdırmaq özü böyük problemə çevrilir. Çox xahiş edirəm ki, bizim səsimizi çatdırasız”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ermənistanda Baş nazir azərbaycanlı olsun" - Aloyandan TƏKLİF
Ukraynalı siyasi ekspert Rustam Aloyan Ermənistanda azərbaycanlının baş nazir təyin olunmasını təklif edib.

Zamantv.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu erməni əsilli ukraynalı siyasi ekspert Rustam Aloyan deyib. O, Ermənistanda Baş nazirin azərbaycanlı olmasını təklif edib.

“Məndən soruşsalar, bunu dəstəkləyərəm?! Ermənistanda iki rəhbər var: prezident və baş nazir. Əgər onlardan biri azərbaycanlı olarsa, bu, Azərbaycanla sülhə gətirib çıxarar”, – Aloyan deyib.

Ermənistan xalqının bunu necə qəbul edər sualına Aloyan bildirib ki, erməniləri buna hazırlamaq lazımdır.

“Mən Ermənistan prezidenti olsaydım və Azərbaycan, həmçinin Türkiyə xalqları ilə sülhsevər, yaxşı münasibətlər qurmaq istəsəydim, erməni xalqına hörmət edən, Ermənistan iqtisadiyyatının və ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çalışmağa hazır olan azərbaycanlını baş nazir təyin edərdim”, – deyə ekspert bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ödəniş etmişik, amma mənzillər verilmir” - AAAF sakinləri NARAZILIQ EDİR
Xırdalan şəhəri AAAF Park Yaşayış kompleksinin bir qrup sakini etiraz ediblər. Zamantv.az Bakupost.az-a istinadən xəbər verir ki, şirkətin baş ofisinin qarşısına toplaşan sakinlər mənzillərinin verilməməsindən şikayətçidirlər.
Onlar bildirirlər ki, nağd şəkildə ödəniş etsələr də illərdir mənzillər təhvil verilmir:
“7 ildir nağd qiymətə ev almışıq. Artıq 2 ilə 4 bina tikilib, hər şey hazırdır. Amma evləri vermirlər. Sentyabrda AAAF-dan mesaj gəldi ki, eviniz hazırdır, gəlib açarları götürə bilərsiniz. Ofisə yaxınlaşdıqda isə mesajın səhv göndərildiyini, oktyabrın 15-də gəlməyimizi dedilər. Günbəgün, aybaay vaxtı uzadırlar. Şikayətimizə heç kim baxmır, içəridən biri də çıxıb danışmır”.
Şikayətçilərin dediyinə görə sakinlərdən bina üçün 950 manat sayğac pulu alınıb:
“Pulu alıb “yeyiblər”. Heç bir sayğac da quraşdırmayıblar. Üstəlik sayğac pulu verənlərə əlavə kommunal ödənişi yazılır. Sakinlərin eləsi var, kirayəyə pul tökür, üstəlik bura da aylıq ödəniş edir. Rəsmi qurumlara da müraciət etmişik, elə deyirlər tədbir görüləcək. Biz küçədə qalmışıq, yaşamağa yerimiz yoxdur. Öz əlimizlə pul verib, ev almışıq. Belə olmaz axı! AAAF-ı məhkəməyə də vermişik. Məhkəmə qərar çıxarıb ki, pul qaytarılsın. Onlarda qərardan Apelyasiyaya, Ali məhkəməyə şikayət veriblər”.
Qeyd edək ki, AAAF- İnşaat MMC Tofiq Heydərova məxsusdur.
Dəfələrlə mətbuatda AAAF-la bağlı şikayətlər yayılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb
Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb. Zamantv.az ETSN-ə istinadən məlumatı təqdim edir:
Yanvarın 15-i saat 11:30-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur.

Qar örtüyünün hündürlüyü:
Ağdərədə (Ordubad) 27 sm, Sarıbaşda (Qax) 22 sm, Qrızda 14 sm, Xaltan, Şahbuzda 10 sm, Daşkəsəndə 8 sm, Altıağacda 7 sm, Naxçıvanda 6 sm, Göygöl, Lerikdə 5 sm, Qobustanda 4 sm, Qubada 3 sm, Qusarda 1 sm olub.

Külək:
Gözlənildiyi kimi şimal-qərb küləyi 14-ü axşamdan güclü cənub-qərb küləyi ilə əvəz olunub, küləyin maksimal sürəti Naftalanda 26 m/s, Qobustanda 22 m/s, Gəncə, Tovuz, Samaxıda 20 m/s, Ağstafa, Göyçay, Şəkidə 18 m/s, Yevlaxda 17 m/s, Bərdə, Tərtərdə 16 m/s, Şərurda 15 m/s, Bakıda 30 m/s, Abşeron yarımadasında 25 m/s, Abşeron-Dəniz rayonunda 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəzərdə nəhəng külək enerjisi potensialı var - Nazir müavini
Zamantv.az BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinin suallarını bu dəfə Energetika nazirinin müavini Elnur Soltanov cavablandırıb.

Nazir müavini Azərbaycanın hazırkı enerji güclərindən, ölkənin elektroenergetika sektorunun durmadan yenilənməsindən, xüsusilə də külək və günəş elektrik stansiyalarının tikintisindən danışıb.

E.Soltanov bərpa olunan enerji sahəsinə cəlb edilən xarici investisiyaların tezliklə ölkəmizə böyük dividendlər gətirəcəyini bildirib. Nazir müavini həmçinin işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək nəhəng layihələrdən söz açıb. Söhbət zamanı “bp” şirkəti ilə birgə Cəbrayılda inşa ediləcək günəş elektrik stansiyası layihəsinin detallları müzakirə edilib.

Eyni zamanda Xəzər dənizinin inanılmaz külək enerjisi potensialını önə çəkən E.Soltanov bu istiqamətdə ciddi iş aparıldığını bildirib. Müsahibə zamanı vətəndaşların gələcəkdə fərdi şəkildə günəş və külək enerjisi panelləri quraşdıraraq şəxsi elektrik tələbatını ödəməsi kimi məsələlərə də toxunulub.

Müsahibənin videoformatını təqdim edirik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şərur sakinləri dərdlərini KİMƏ DESİN? - NARAZILIQ!
Şərur şəhərindəki "Stansiya ərazisi" adlan məhəllənin əhalisi bir aydan artıqdır ki, içməli susuz qalıb. DİA.AZ xəbər verir ki, məhəllə sakinlərinin "Gündəlik Naxçıvan"a bildirdiyinə görə, buna səbəb məhəlləni içməli su ilə təmin edən artezian quyusunun xarab olmasıdır. Sakinlər deyir ki, bununla bağlı aidiyyəti qurumlara şikayət etsələr də nəticəsiz qalıb. Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən məhəllə sakini deyir ki, məcbur qalıb, içməli suyu uzun məsafədən əllərində daşımalı olurlar:
"Rəsmən su səfaləti çəkirik. Problem tək içməli su deyil. Hamam və həyət-bacada da o sudan işlədirik. Deyirlər ki, artezian xarab olub. Bir aydan çoxdur düzəldən yoxdur. İndi hansı zamanədir ki, adi bir problemə görə bu qədər adam əziyyət çəksin? Demək, bunlar üçün əhalinin təminatı vacib deyil. Bir artezian düzəltmək niyə belə çətin olmalıdır? İndi məcbur olub, içməli suyu 15-20 dəqiqəlik məsafə qət edib, əlimizdə daşıyırıq. Tək içməli su olsa, dərd yarı. Yuyunmaq istəyəndə, həmin yolu gün ərzində bir neçə dəfə gedib-gəlməli oluruq. Nə vaxt düzələcəyini ilə bağlı heç bir söz demirlər. Şərur Rayon İcra Hakimiyyəti də buna reaksiya vermir. Başqa hara şikayət edək, bikmirik".
Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsindən verilən məlumata görə, rayona yeni içməli su çəkilib, sakinlərin dedikləri isə əsassızdır:
"Bu ərazidə elə bir yoxdu ki, içməli su olmasın. Ola bilər ki, sakinlər arteziyanların dayandırılmasından narazıdırlar. Keçən il nazirlər kabinetinin qərarıyla rayon ərazisində olan içməli su ehtiyatlarının təyinatını dəyişib suvarma arteziyanları etdik. Amma bunun əvəzində binaların əksəriyyətinə təzə içməli su çəkildi".
İdarədən bildirilib ki, Şərur şəhərində təkcə "Zavod həyəti" deyilən yerə içməli su çəkilməyib, orda da arteziyanlar fəaliyyət göstərir.
Adı çəkilən məhəllədə 30-a yaxın ailənin yaşadığı bildirilir. Məhəlləni su ilə təmin edən artezian şəhər kənarında yerləşir. Evlərə su, həmin ərazidən borular vasitəsi ilə çatdırılır. Sakinlər bu xidmət üçün, ailə üzvlərinin sayına görə 5-10 manat aralığında aylıq pul ödəyirlər.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevin Kiyev səfəri: Zelenskinin bəyanatında gizlənən məqamlar - İNCƏLƏMƏ.
Şuşa Bəyannaməsi imzalandıqdan sonra sənədin mətni ilə tanışlıq zamanı Bakı-Ankara strateji müttəfiqlik əlaqələrinin coğrafiyasını genişlətməsinə dair təəssüratlar formalaşdı.

Bu sənəd Cənubi Qafqazda yaranan yeni reallıqların beynəlxalq sistemlə əlaqələndirilməsi mexanizminin tərkib hissəsi idi, çünki postmüharibə dövrünün də çoxlu riskləri mövcuddur.

Postmünaqişə dövrü Azərbaycanı sabit yerdə qalmamağa, yeni təhlükəsizlik mühiti formalaşdırmaq və onu gücləndirmək üçün əlaqələri genişlətməyə sövq edirdi.

Regional lövhədə bunun açarı Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinə yeni ideyalar gətirməkdən keçir, bu, Bakı-Ankara tandemində birgə maraqların çəkisini artırır.

Azərbaycan Türkiyə ilə müştərək maraqlarında yaranan yeni müstəvi iki ölkənin strateji xəttini digər coğrafiyalara da daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün siyasi aspektləri Bakı-Ankara strateji maraqları baxımından izah edilməlidir.

Türkiyə Rusiya Krımı ilhaq etdikdən sonra Ukrayna ilə münasibətlərinin dairəsini sürətlə genişləndirən siyasət yürüdür.

Çünki:

1. Türkiyə Ukraynada ən böyük investorlardandır (4,5 milyard dollarlıq sərmayə ilə... Ölkədə 700-dən çox Türkiyə şirkəti mövcuddur),

2. Ukraynaya Rusiyanın hər hansı hərbi müdaxiləsi həmin yatırımların taleyini sual altına qoyar.

Azərbaycan üçün də sərmayə yatırmaq üçün ən əlverişli ölkələrdən biri Ukraynadır, indi bu iqtisadi zəncirdə yeni halqalar yaratmaq və onun təhlükəsizliyi üçün konkret istiqamətləri ortaya qoymaq lazımdır.

Bu isə, Qara dənizdə təhlükəsizlik üçün yeni gündəliyin ərsəyə gəlməsindən keçir, çünki Rusiya ilhaq etdiyi Krımda hərbi obyektlərin sayını artırıb və ora yeni silahlar yerləşdirib. Kremlin bu addımı Qara dəniz regionunda təhlükəsizlik vəziyyətini sarsıda biləcək akt kimi nəzərdən keçirilir, bu, təkcə Qara dəniz hövzəsinə daxil olan Ukrayna və Türkiyənin deyil, eləcə də regional və qlobal nəticələr hasil edən təhlükəsizlik problemidir.

Azərbaycan da Qara dənizin təhlükəsizliyinə töhfə verən dövlətə çevrilir, Bakı-Ankara-Ukrayna üçlüyünün Qara dənizdəki hərbi iştirakını Qərb də dəstəkləyir.

Risklərə qarşı yeni platformada maraqların beynəlxalq konyunktura ilə sinxronlaşdırılması da əhəmiyyətli dərəcədə vacibdir ki, risk amilinə qarşı qoruyucu mexanizmlər formalaşsın.

Volodimir Zelenskinin İlham Əliyevlə mətbuata birgə bəyanatında müzakirələrin mövzusuna dair dediyində Qara dənizdə təhlükəsizlik məsələsi yer tutur.

SİTAT: “Biz təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacağıq”.

Qarşılıqlı yardıma əsaslanan bu konsepsiya Xəzər dənizinin də təhlükəsizliyini qarantiya altına ala bilər.

Nəzərə alaq ki:

1. 2021-ci ilin sentyabrında Azərbaycan və Türkiyə dəniz qüvvələrinin xüsusi təyinatlıları Xəzərdə birgə təlimlər keçirmişdilər,

2. Bu təlimin məqsədi təkcə iki ölkənin hüdudları ilə məhdudlaşan təhlükəsizlik tədbiri deyildi, bu, həm də regional sabitliyə yönəl təhdidlərin qarşısının alınması üçün peşəkar məşq idi.

Türkiyə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın təmsil olunduğu GUAM platformasının fəaliyyətini aktiv fazaya keçirmək istəyir.

Zelenskinin GUAM çərçivəsində nəqliyyat dəhlizinin şaxələndirilməsinin vacibliyini dilə gətirməsi də Türkiyə strategiyasının ştrixlərinin ifadəsidir.

İlham Əliyevin səfərinin siyasi tərəflərinə dair gəlinən nəticə:

1. Azərbaycan-Türkiyə-Ukrayna strateji platforması yaranır,

2. Azərbaycan regional oyunçu kimi yeni sınaqlara qarşı potensialını ortaya qoyur.

Aqşin Kərimov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tofiq Abbasovdan mübahisə dolu AÇIQLAMA: - “Azərbaycan siyasi milləti 1918-də yaranıb”
Zamantv.az “İmperiyalar dağılandan sonra siyasi səhnəyə yeni dövlətlər çıxmaqla yanaşı, yeni siyasi millətlər formalaşdı. Məsələn, Azərbaycan xalqı, azərbaycanlıların özü siyasi millət olaraq gürcü və ermənilər kimi 1918-ci ildə dünyaya göz açdılar”. Bizim.Media-ya özəl açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Əlavə edib ki, Azərbaycan xalqının yaranma tarixi daha qədimlərə döykənir, 104 il bundan əvvəl də mövcud idi, amma imperiyanın (Çar Rusiyası) tərkibində olub.

Onun fikrincə, milli dövlət yaradılıdıqdan sonra millətin özü də siyasi etnosa çevrilib. Tofiq Abbasov fikrini qonşu dövlətlərin bir-birinə olan ərazi iddiaları ilə davam edib:

“Ermənistan yığma dövlətdir. Belə ölkələr Avropada da var. Təsəvvür edin ki, Rumıniya, Macarıstan, Polşa, Slovakiya, hətta Bolqarıstan və Yunanıstanın da bir-birinə ərazi iddiası var”.

Yəni, dövlətçilik tarixi qədim olmayan (Yunanıstan istisna) müasir respublikalar dəqiq coğrafi məkanlarından xəbərsizdirlər deyə müxtəlif mübahisələr yaranır. Bunlardan ən müalicəsiz olanı isə Ermənistandır. Çünki ermənilərin özləri də yaxşı bilirlər ki, onların dövləti XX əsrdə Azərbaycan torpaqlarında yaradılıb və Azərbaycana ərazi iddiaları əsassızdır.

Qeyd edək ki, ilk erməni bəyliyi XIX əsrdə (1878 San-Stefano sülh sazişi) Anadoluda yaradılmalı idi. Hər halda Avropa və Rusiya Balkan savaşını uduzan Osmanlı qarşısında bu tələblə çıxış edib. Lakin imperiya müxtəli əsaslı səbəblərlə (erməni sakinlərin say azlığı) ermənilərin bu “arzu”sunu ürəklərində qoyub.

Azərbaycan Xalq Cumhuriyyəti isə əsasən rusların təzyiqinə görə, bunu bacarmayıb. 23 ay sonra isə SSRİ erməni işğalçılığıənın genişlənməsinə şərait yaradıb.

Yoxsa Göyçənin bir hissəsi və Zəngəzur İrəvana verilməzdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şöbədə öldürülən Xanım qətldən əvvəl nə demişdi? - Polkovnik-leytenantın ifadəsi
Ötən ilin sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə ondan şikayətçi olan arvadını güllələyib öldürməsi ilə əlaqədar cəzalandırılan şəxslərdən biri- xidmətdən qovulan polkovnik-leytenant Füzuli Qurbanov istintaqa ifadəsində hadisənin necə baş verdiyini detallı danışıb.

Zamantv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsində serjant İsmayıl Məmmədovun ondan şikayətə gələn arvadı Xanım Məmmədovaya uşaqlarının gözü qarşısında 15 dəfə atəş açaraq qətlə yetirməsi ilə bağlı məhkəmə prosesinə start verilib.

X.Məmmədovanın şikayətini araşdıran F.Qurbanov qadının əri, elə həmin şöbədə işləyən İsmayıl Məmmədova bu barədə məlumat verərək şöbəyə çağırıb. Onun şikayətçi qadının şöbədə olduğu vaxt polis işləyən ərini ora çağırması ictimai şəxslər tərəfindən tənqid olunub.

Füzuli Qurbanov isə qətllə bağlı istintaqa ifadəsində deyib ki, ötən il sentyabrın 29-da DİN-nin 102 xidmətindən şöbənin növbətçi hissəsinə Məmmədova Xanım Musa qızının əri tərəfindən döyülməsi barədə müraciəti daxil olub: “Yoxlamanın aparılması şöbə rəisi tərəfindən növbədə olduğum üçün mənə tapşırıldı. Sahə inspektoru və əməliyyat müvəkkili ilə birgə Xanım Məmmədovanın müraciətində göstərilən ünvana getdik. Lakin qapını açan olmadı. Daha sonra Xanım Məmmədova ilə telefonla əlaqə saxladım və olduğu yerə gedib izahatını almaq istədiyimi bildirdim. Amma vətəndaş Biləcəri qəsəbəsində olduğunu, dəqiq ünvanı bilmədiyini, özünün sabah şöbəyə gələcəyini dedi. Sentyabrın 30-u səhər 7:30-da Xanım Məmmədova azyaşlı övladları və bibisi ilə birlikdə şöbəyə gəldi. Onları xidməti otağımda qəbul etdim və Xanım Məmmədova ilk olaraq şifahi qaydada başına gələnləri danışdı. O, yersiz qısqanclıq səbəbindən əri tərəfindən döyüldüyünü dedi. Onun rəsmi qaydada izahatı və ərizəsini aldım, daha sonra ekspert müayinəsindən keçməsindən ötrü qərar təqdim etdim. Növbəni təhvil verib evə getməli olduğum üçün işlərini tez yekunlaşdırmaq məqsədilə, Xanımın mənə verdiyi əri İsmayılın mobil telefon nömrəsinə zəng edərək izahatının alınmasından ötrü şöbəyə dəvət etdim”.

F.Qurbanov qeyd edib ki, İsmayıl Məmmədovu çağırarkən ona nə ilə əlaqədar izahatının alınacağı haqda məlumat verməyib: “Həmin vaxt Xanım Məmmədova əri ilə üzbəüz gəlmək istəmədiyini dedi. Mən artıq onunla bağlı işləri yekunlaşdırdığımı və əri gələnədək şöbədən gedəcəyini dedim. Xanım Məmmədova ərinin polis olması, eləcə Nizami RPİ-də xidmət aparması ilə bağlı mənə nə şifahi, nə də ki, yazılı məlumat vermişdi.

Xanım Məmmədova getmək üçün otaqdan çıxmağa hazırlaşan zaman İsmayıl Məmmədovun Nizami RPİ-nin PPX əməkdaşı olduğu və artıq şöbədə növbətçi hissənin qarşısında dayandığı barədə mənə məlumat verdilər. Mən Xanım Məmmədovadan hansı səbəblərə görə ərinin polis əməkdaşı olduğunu mənə demədiyini soruşdum. O isə heç bir cavab vermədi.

Mən dərhal materialın aidiyyəti üzrə göndərilməsi üçün daxili rabitə vasitəsilə şöbə rəisinə məruzə etdim. İsmayıl Məmmədovun polis əməkdaşı olduğunu və hazırda şöbədə olduğunu dedim. Şöbə rəisi Seymur Qarayev mənə tapşırdı ki, İsmayılı onun qəbuluna gətirim. İsmayılı rəisin otağına apardım, Seymur Qarayev arvadını döyməsi ilə bağlı İsmayıla iradlarını bildirdi. Daha sonra ona şöbədə material toplanması ilə bağlı bölük komandirini məlumatlandırmasını və xidmətinə geri qayıtmasını tapşırdı. Bundan sonra şöbə rəisi Seymur Qarayev idarə rəisinə məruzə edəcəyini, tam məlumatlı olması üçün Xanım Məmmədovanı da dinləyəcəyini dedi.

Rəisin xidməti otağından çıxanda İsmayılın qəbul otağının qarşısında dayandığını gördüm və İsmayıla xidmətinə qayıtmasını tapşırdım. İsmayıl isə indilərdə gedəcəyini dedi. Mən xidməti otağımda gözləyən Xanımla birlikdə rəisin qəbuluna getdik. Seymur Qarayev Xanımı da dinlədi və əri İsmayılın qanun qarşısında cavab verəcəyini dedi. Rəis mənə materialın aidiyyəti üzrə prokurorluğa göndərilməsi məsələsini həll etməyimi tapşırdı. Xanımla birlikdə rəisin xidməti otağından çıxarkən İsmayıl Xanıma yaxınlaşaraq barışmasını və şikayət ərizəsini geri götürməsini xahiş etdi. Xanım isə artıq hər şeyin gec olduğunu dedi”.

Polis polkovnik-leytenantı bildirib ki, bir daha İsmayıla xidmətinə qayıtmasını tapşırıb və Xanımla birlikdə xidməti otağına gedib: “Bir neçə saniyə sonra İsmayıl da otağa daxil oldu. Həmin vaxt mən yarım əyilmiş vəziyyətdə ayaqüstə masa üzərindəki materialları nəzərdən keçirirdim. Xanımla bibisi mənlə üzbəüz, Xanımın azyaşlı övladları isə divanda oturmuşdu.

İsmayıl uşaqları ilə görüşmək üçün otağa daxil olduğunu, görüşüb gedəcəyini dedi. Ona tez uşaqları ilə görüşüb otaqdan çıxmasını tapşırdım və öz işimə davam etdim. Elə bu zaman ani olaraq atəş səslərinə başımı qaldırdım və İsmayılın sağ əlində xidməti silahını tutmaqla ard-arda arvadı Xanıma atəşlər açdığını gördüm.

Bu səhnəni görən kimi Xanıma əlavə güllələrin dəyməsinin qarşısını almaq məqsədilə dərhal masamın arxasından çıxıb İsmayıla yaxınlaşdım. İsmayılın sağ biləyindən və boynundan tutub otaqdan dəhlizə çıxarıb tərk-silah etdim. Bundan sonra şöbə əməkdaşlarının köməkliyi ilə İsmayıl Məmmədov növbətçi hissədə saxlanıldı və hadisə ilə bağlı Nizami rayon prokurorluğuna məlumat verildi. Dərhal xidməti otağıma qayıdıb hərəkətsiz vəziyyətdə döşəmə üzərində üzü üstə uzanıb qalmış Xanım Məmmədovaya yaxınlaşaraq onu çevirdim və ağzından qan gəldiyini gördüm. Dərhal qışqırıb təcili tibbi yardıma məlumat verilməsini tapşırdım.

Lakin təcili tibbi yardım maşını gec gələcəyindən Xanım Məmmədova şöbə əməkdaşlarının köməkliyi ilə xidməti avtomobillərin birində xəstəxanaya göndərildi, mən isə şöbədə qaldım. Xanım Məmmədova xəstəxanaya aparılarkən almış olduğu güllə yaralarından yolda öldü”.

Xatırladaq ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü Polis Şöbəsində baş verib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO