[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb
Zamantv.az : - “Can Azərbaycanda ilk beynəlxalq “Texnofest” festivalımızı keçirəcəyimizə görə həyəcanlıyıq və bununla qürur duyuruq”.

Bununla bağlı Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “Twitter” hesabında paylaşım edib.

O qeyd edib ki, artıq səbirsizliklə gözlənilən “Teknofest-Azərbaycan” festivalına qeydiyyat başlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Təsadüfi deyil ki, feministlər bəzən kimlərisə yoldan çıxarmaq istəyirlər" - deputat
“Müsəlman ölkəsində feminizm hərəkatı və ora xarici qrantlar altında toplanan müəyyən insanlar bizim əxlaqımıza, mentalitetimizə uyğun deyillər. Azərbaycanda feministlər və feminizmlə məşğul olanlar cəmiyyətdə özlərini itiriblər. Orqanizmdə yad cisim xarakteri daşıyırlar, onlar orqanizmdən çıxmasalar, ağrı verəcək. Təsadüfi deyil ki, feministlər bəzən kimlərisə yoldan çıxarmaq istəyirlər. Bakıda həyat yoldaşını qətlə yetirən kişi də qeyd edib ki, buna səbəb feministlər olub”. Zamantv.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, bu iddiada həqiqət payı ola bilər: “Xanımları öz tərəfinə çəkmək istəyən feministlər, doğrudan da, var. Belə olan halda isə, həmin xanımların yaxınları, qohumları bununla razılaşmır, feminizm onların qeyrətinə, vicdanına, ənənələrinə toxunur. Nəticədə, belə hadisələrə səbəb olur. Feminizmi Azərbaycana gətirmək istəyənlər bunun məsuliyyətini dərk etməlidirlər. İslam Peyğəmbəri deyib ki, cənnət anaların ayaqları altındadır. Biz analarımızı, bacılarımızı sevir, onlara böyük hörmət edirik. İstəyirik ki, onlar əzab çəkməsinlər, az işləsinlər. Kişilər xanımların həyatının yaxşılaşdırılması üçün çalışmağa borcludurlar. Biz onların qədrini bilməli, onlara kömək etməliyik. Lakin bunlar mənəvi saflıq, qanunlar və adətlərimiz üzrə olmalıdır, feminizm üzrə yox”.

Qeyd: Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Təqsirləndirilən şəxs ifadəsində ailəsində yaşanan problemlərə görə feministlərin də günahkar olduğunu deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir məktəbdə rüşvət QALMAQALI – Direktorla müəllimin SƏSYAZISINDA nələr var?
Daha bir məktəbdə direktorun müəllimindən rüşvət alması lə bağlı iddialar ortaya çıxıb. Söhbət Ağdam rayonu, 38 saylı tam orta məktəbdən gedir. Iddiaya görə məktəbin direktoru Məsud Həmzəyev uzun müddətdir təhsil müəssisəsində çalışan Ləman Zeynalovaya artıq dərs saatı vermək üçün rüşvət tələb edib.

Zamantv.az xəbər verir ki, Bizim.Media-ya bu iddia ilə müraciət edən ibtidai sinif müəllimi Ləman Zeynalova 2019-cu ildən həmin məktəbə direktor təyin olunan Məsud Həmzəyevin xoşagəlməz əməllərlə məşğul olduğunu, üstəlik etdiyi qanunsuzluqlarla bağlı ondan rüşvət aldığını bildirib. Çarəsiz qalan Ləman Zeynalova direktora istədiyi məbləği verməyə məcbur olub.

Mütəmadi olaraq müəllimdən müəyyən miqdarda pul tələb edən direktor onu çətin vəziyyətə salıb:

“Direktor yeni təyin olunandan sonra dərs bölgüsü üçün otağına yaxınlaşdım. Artıq dərs saatının olmadığını və hamısının bölündüyünü bildirdi. Dedim onsuz mənim 4-5 saat dərsim olur. “Heç 1 saat da yoxdu”deyə cavab verdi. Soruşdum ki, onda mən nə etməliyəm, çıxmalıyam? “Necə istəyirsiz”, deyə cavablandırdı. Direktorla yenidən danışıb, səhəri işdən çıxmaq üçün məktəbə ərizə yazmağa getdim. O, isə xəstə uşaqlar üçün sinif açılması təklifi ilə çıxış edərək məndən 1000 manat istədi. İsrar etdim ki, əvvəlki 4-5 saatlıq siniflərimi geri qaytarsın. İnad etdi və sinif açmaq üçün həmin məbləği verməyə məcbur etdi. O zaman əmək haqqı kartımı götürməsini təklif etdim. Onunla da razılaşmadı”.

1000, daha sonra 800 manat...

Ləman Zeynalovanın sözlərinə görə direktor rüşvət müqabilində müəllimin işə gəlməyəcəyini, jurnalın onun adından yazılacağını və maaşı vaxtı-vaxtında alacağını ona vəd edib:

“1000 manatı 2019-cu ildə verdim və məktəbə getmədim. Sonra pandemiya ilə bağlı karantin qərarı verildi. 2020-ci ildə də karantin davam edirdi. Amma biz müəllimlər ara-sıra məktəbə gedirdik.

Bu dəfə direktor məndən həmin siniflərin qalması üçün 800 manat tələb etdi. 2021-ci ildə artıq direktora yaxınlaşıb ondan normal dərs saatlarının verilməsini istədim. O, isə həftədə 2 dəfə olmaqla 4 saat dərs verəcəyini bildiridi. Yolum uzaq olduğu üçün 4 dərsi həftədə bir dəfəyə salınmasını xahiş etdim. Razılaşmadı. Dərslərə getməyə davam etdim. Amma o gündən direktorun mənlə münasibəti və rəftarı dəyişdi. Bir gün eynilə dərsimi keçən zaman növbəti dərsdə uşaqların olmadığını gördüm. Məsud müəllimdən səbəbini soruşanda “burada qərarları mən verirəm, istəyərəm yollayaram, istəyərəm yox” deyə kinayə ilə cavab verdi. Çox kövrəldim və özümə söz verdim ki, bir daha o məktəbə getməyəcəyəm. Elə də oldu”.

“Şikayətimə baxan yoxdur...”

Şikayətçi direktorun qanunsuz əməli, rəhbərlik tərəfindən rüşvətə məcbur edilməsi, karyerasının qərəzli olaraq təhlükə altına atılması ilə bağlı Təhsil Nazirliyinə, eləcə də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi müraciət edib.

Təhsil Nazirliyi vətəndaşın şikayətini baxılması üçün Ağdam Rayon Təhsil Şöbəsinə yönləndirib:

“Rayon təhsil şöbəsindən Şakir müəllim məni qəbuluna çağırdı. Bu zaman direktor Məsud Həmzəyev də gəldi.

Şakir müəllim şikayət ərizəsini geri götürməyi, direktorun səhv addım atdığını və yenidən məktəbə geri dönməyimi israr etdi. Mən isə ərizəmi geri götürməyəcəyimi və məktəbə qayıtmayacağımı bildirdim. Problemim isə eləcə də qaldı. İndiyədək şikayətimə baxan yoxdur”.

Ləman Zeynalova neqativ halların araşdırılmasını və qanuni tədbirlərin görülməsini xahiş edir.

“Sübutu varsa, məhkəməyə müraciət etsin”

Ağdam rayonu, 38 nömrəli məktəbin direktoru Məsud Həmzəyev Bizim.Media-ya açıqlamasında Ləman Zeynalovanın iddialarına münasibət bildirib.

Direktor xanım müəllimin ona şər-böhtan atdığını, deyilənlərin heç bir əsası olmağını bildirib:

“Hamısı əsassız iddialar və böhtandır. Bununla bağlı Təhsil Nazirliyinə və müvafiq qurumlara məlumat verilib. Xanım dərs buraxdığına və fəaliyyətində yol verdiyi nöqsanlara görə məktəbin pedaqoji şurası ilə işdən azad edilib. Evinə də məlumat göndərilib. Əgər əlində rüşvət almağımla bağlı faktı, sübutu varsa, məhkəməyə müraciət edə bilər. Günahım varsa, qoy dövlət orqanları qərar versin. Dövlətin məhkəməsi və qanunları məsələni həll etsin. Heç bir əsas göstərmədən və səbəb gətirmədən 2 ay müddətinə dərsi buraxıb.

Buna görə üzrxahlıq etmək əvəzinə barəmdə əsassız şikayətlər edib. Pul vermişəm və ya filan şey etmişəm. Bu günkü Azərbaycan qanunları ilə məgər şər-böhtan və şantajla nə isə əldə etmək olar?”

Direktor əlavə edib ki, Ləman Zeynalova müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən 6 bal toplayıb:

“Nazirin əmrinə görə ona 6 saatdan artıq dərs vermək olmaz. Ona isə həftədə bir dəfə dərsə gəlmək istəyi nəzərə alınaraq 4 saat dərs verilib. 2020-ci ildə il boyu dərslər distant formada keçdi. Başa salsın görüm, hansı dövrü gəlməyib və əməkhaqqı alıb? Tamam yalnış, məqsədi bilinməyən və arxasında kimin durduğu bəlli olmayan ittihamlardır. Təhsil Nazirliyi və müvafiq orqanlar da baxdı ki, tam əsassız şikayətdir. Onun istəyi odur ki, işə gəlməsin və mən isə dövlətin pulunu ona verim. O zaman cinayət etmiş olardım”.

Qeyd edək ki, vətəndaşın şikayətindən Təhsil Nazirliyi və Ağdam Rayon Təhsil Şöbəsi xəbərdardır.

Hər iki quruma müraciət etsək də, hələki cavab ala bilməmişik. Təhsil Nazirliyi və Ağdam Rayon Təhsil Şöbəsinin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İqtisadiyyat nazirinə istefa verməyi qadağan etmişəm" - Nikol Paşinyan


“İqtisadiyyat nazirinə istefa verməyi qadağan etmişəm" - Nikol Paşinyan
Tarix: Bu gün, 17:56 | Çap et
“İqtisadiyyat nazirinə istefa verməyi qadağan etmişəm"
“Mən Vahan Kerobyana istefa verməyi yasaqlamışam”.

Zamantv.az “Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı söyləyib.

“Yalnız mən hansı nazirin nə qədər işləyəcəyinə qərar verəcəyəm”, - hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri V.Kerobyan bildirib ki, iqtisadiyyatın ikiqat artımı proqnozu özünü doğrultmasa, vəzifəsindən istefa verəcək. Daha sonra o, bu sözlərini “zarafat” adlandırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə-İsrail danışıqları: 11 ildən sonra ciddi irəliləyişlər əldə edilə bilər - İNCƏLƏMƏ...
Zamantv.az 11 ildən sonra Türkiyə və İsrail münasibətlərində ciddi irəliləyişlər əldə edilə bilər. Reyting.az xatırladır ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail haqqında işlətdiyi fikirlər Təl-Əvivdə ciddi müzakirələrə səbəb olub. Ərdoğan İsrail prezidenti Herzoqun Türkiyəyə rəsmi səfərini təşkil edə və iki ölkənin İsrailin təbii qazını Türkiyə üzərindən Avropaya nəqlini nəzərdən keçirə biləcəyini deyib.

Ərdoğanın açıqlamasından sonra İsrailin ən çox oxunan qəzetlərindən biri - “Haaretz”in əməkdaşı İsrail rəsmiləri ilə görüşüb.

Qəzetə danışan İsrail rəsmiləri belə bir səfər üçün danışıqların davam etdiyini bildiriblər. Səfərin tarixinin müəyyən edilmədiyini deyən qaynaqlar görüşün həyata keçirilməsinin mümkünlüyünün hələ aydın olmadığını vurğulayıblar.

Prezident İsaak Herzoqun sözçüsü məsələ ilə bağlı şərh verməyib.

Digər tərəfdən, qəzetə danışan və ilkin görüşün təfərrüatları ilə bağlı məlumatlandırılan İsrail rəsmisi bu görüşün İsrail-Türkiyə münasibətlərinə necə təsir edəcəyinə də toxunub. Deyib ki, Türkiyə ilə yaxın münasibət qurmaq İsrailin uzun və güclü əlaqələri olan, lakin Ankara ilə gərginlik yaşayan müttəfiqləri Kipr Respublikası və Yunanıstanla əlaqələri boşa çıxarmaq demək deyil. Yəni Ərdoğanla atılacaq addımlar bu iki ölkənin koordinasiyası ilə reallaşa bilər.

Qəzet Türkiyə prezidentinin son iki ildə İsraillə əlaqələri gücləndirmək istədiyini, lakin İsrail administrasiyasının bunu xoş qarşılamadığını da yazıb.

Məlumat üçün qeyd edək ki, Ərdoğan iyul ayında vəzifəyə başlayan israilli həmkarı ilə üç dəfə telefonla danışıb. İlk görüşdə Ərdoğan Herzoqu yeni vəzifəsi münasibətilə təbrik edərkən, ikinci görüşdə Herzoq Türkiyədə casusluq ittihamı ilə saxlanılan israilli cütlüklə bağlı zəng edib. Ötən həftə isə Ərdoğan Herzoqa anası Auranın vəfatı ilə əlaqədar başsağlığı verib.

“Jerusalem Post” Ərdoğanın açıqlamalarından sonra geniş təhlil dərc edib. Qəzet yazır ki, Ərdoğan 2021-ci ildə İsrailə doğru həmlələr edib və bu, ola bilsin ki, Türkiyənin bölgədəki təbii qazla bağlı iqtisadiyyatını inkişaf etdirməsi üçündür. Həmçinin vurğulanır ki, İsraillə münasibətlərin yaxşılaşdırılması Ərdoğanla ABŞ prezidenti Bayden arasındakı pis münasibətləri də düzəldə bilər.

Təl-Əvivdə nəşr olunan “Yedioth Ahronot”-un ingiliscə nəşri də mövzu ilə bağlı xəbərlərə yer verib. Qəzetə danışan yüksək səviyyəli mənbə Herzoqun Türkiyəyə səfər etməyi düşündüyünü təsdiqləyib. Adını açıqlamayan mənbə “Hələlik bu məsələ ilə bağlı yekun qərar verilməyib”,- deyib.

Fransız mediası isə yazır ki, bu addımlarla Türkiyə iqtisadi böhranla mübarizə apararaq bölgədəki rəqibləri ilə yaxşı əlaqələri davam etdirəcək.

Onu da diqqətinizə çatdıraq ki, Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu ildə “Mavi Mərmərə” basqınından sonra gərginləşib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..." - Ekspert danışır
Zamantv.az : - Son zamanlar Azərbaycanda tədris ocaqlarında, məktəb və bağçalarda baş verən hadisələr, təhsil müəssisəərində çalışan müəllimlərin işə qəbul zamanı psixoloji testlərdən, müayinələrdən keçirilməsi məsələsini gündəmə gətirib.

Bakı şəhər məktəblərinin birinin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı söz-söhbət səngiməmiş, digər bir məktəbin şagirdinin müəllim tərəfindən şagirdlərin gözü qarşısında başını divara çırpıb nalayiq ifadələr işlətməsi barədə məlumatlar gündəmi zəbt etdi. İndi də regiondakı bir körpələr evi-uşaq bağçasının tərbiyəçisi tərəfindən uşağa qarşı şiddət göstərən əməli-azyaşlı ilə kobud rəftarı ilə bağlı görüntülər ictimailəşdirilib. Sabah nə olacağını dəqiq bilməsək də, hər halda nəsə olacağı dəqiqdir.

Bu barədə Bizimyol.info saytına danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, gəldiyimiz nəticə - vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozması və s. Götürdüyümüz ölçü – axırıncı xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, əmək müqaviləsini ləğv etmək, ən yaxşı halda isə uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu vurğulamaq, bu kimi əməlləri qətiyyətlə pisləmək. Hələ ki, bunlar...

“Bununla belə, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Uşaq hüquqları Konvensiyası, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu və bir cox normativ-hüquqi aktlar cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Yəni, bu sənədlərə əsasən uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu mənada uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur. Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində müəllimlərin və şagirdlərin hüquq və vəzifələri konkret şəkildə öz əksini tapıb.

Hələ, “Təhsil haqqında” Qanunun 11-ci maddəsini, “Müəllimlərin etik davranış Qaydaları”nda vurğulanan “Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir”; “Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır”; “Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir” və hətta “Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir” kimi müddəaların daxil edilməsi, təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməkdə müəllimin uşağın tərbiyəsinə qarşı bütün əks təsiredici imkanlarını məhdudlaşdırır” - deyə ekspert əlavə edib.

Ekspert hesab edir ki, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə "ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib.

“Təhsil qanunvericiliyimizlə real həyatda yaranan fərqlilik, bunun əsas səbəblərindəndir. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyib. O da başa düşüləndir ki, hər bir valideyn üçün övladının sağlamlığı onun təhsilindən daha önəmlidir. Onun övladına uzadılan əl və vurulan şillə, ona edilmiş davranışdır. Lakin müəllim də insandır, onun da əsəbləri var, dözüm limiti var. Uşağı döymək olmaz, söymək olmaz, sinifdə saxlamaq olmaz, məktəbdən qovmaq olmaz, loru dildə desək, “gözün üstə qaşın var” da demək olmaz. Bəs, əgər, uşaq məktəbdə reketlik edirsə, ipə-sapa yatmırsa və valideyn də övladının öhdəsindən gələ bilmədiyini etiraf edirsə, bəs onda nə etməli...?” - deyən N.İsrafilov qeyd edib ki, ilk növbədə təhsil qanunvericiliyimizdə dəyişiklik edilməlidir. Düzdür, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair müəyyən müddəalar daxil edilib. Lakin bunlar yaranan vəziyyəti stabilləşdirmək üçün kifayət edirmi? Nə vaxta qədər deyək ki, şagirdin məktəbdən yayınmasına görə məktəb rəhbərliyi sorumlu olacaq? Bir çox dünya ölkələrində valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunursa, biz niyə belə bir təcrübədən yararlanmayaq?

“Maraqlı olduğu qədər də, təəccübləndirici və təəssüfləndirici haldır ki, sanki məktəb, müəllim mövzusundan başqa digər mövzumuz yoxdur və yaşadığımız mühit elə təkcə məktəb, müəllim və şagirddən ibarətdir. Bir də ki, hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi nə dərəcədə düzgündür?

Nə demək olar, onu da bilmək olmaz ki, bəlkə də bu sosial sifariş olub, müəyyən qüvvələr tərəfindən ortalığa atılan bir oyundur. Baxmayaraq ki, bilərəkdənmi, bilməyərəkdənmi, məktəbin, müəllimin, adının yerli-yersiz qalmaqallarda hallandırılması nəinki təhsilimiz üçün, bütövlükdə heç cəmiyyətimiz üçün də baş ucalığı gətirən hal deyil. Nəticələr üzərində deyil, səbəblər üzərində düşünməlik”...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar
Zamantv.az : - Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Respublikasının Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.

Müraciəti təqdim edirik:

- Cənab Prezident,

Fransada Respublikaçılar partiyasının prezident seçkilərində namizədi, İl-dö-Frans regionunun prezidenti xanım Valeri Pekres dekabrın 22-də Mişel Barniye və Brüno Retayyonun müşayiəti ilə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Fransa Respublikası tərəfindən tanınmış beynəlxalq sərhədlərini qeyri-qanuni yolla və gizlicə keçmiş və Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etmişdir. Bu qanunsuz səfər sivil dünyanın qanunlarını kobud şəkildə pozur.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zaman xanım Pekresin qeyri-qanuni səfəri və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdi yenicə müharibədən çıxmış və quruculuq işlərinə başlamağa çalışan bölgədə vəziyyəti qəsdən qızışdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıyır. Seçiciləri səfərbər etmək üçün onun bu addıma ehtiyacı varmı? Lakin heç bir daxili seçki mübarizəsi belə bir davranışa bəraət qazandıra bilməz. Biz bu məsuliyyətsiz addımı qətiyyətlə qınayırıq.

Xanım Pekres və onun bəzi müşavirləri, eləcə də erməni diasporunun nümayəndələri mətbuatda və sosial şəbəkələrdə münaqişəyə dini don geyindirməyə çalışırlar və insanların dini heysiyyətləri üzərindən Azərbaycan dövlətinə və xalqına qarşı aşağılayıcı fikirlər səsləndirirlər, bu isə Azərbaycan xalqına qarşı nifrətə açıq çağırışdır. Fransa kimi bəşəri dəyərlər ənənəsinin və dinin siyasətdən ayrılmasının dövlətin təməl daşını təşkil edən bir ölkədə açıq şəkildə bir xalqa qarşı nifrət hissinin aşılanması heç bir mənəvi və universal dəyərlər çərçivəsinə sığmır və bizi çox təəccübləndirir. Onların münaqişəyə dini don geyindirmək cəhdləri səlibçi təfəkkürünə xas davranış kimi qiymətləndirilə bilər. Demək olarmı ki, Fransa maarifçilərinin suveren hüquqi dövləti yenidən obskurantist baxışların basqısına məruz qalır?

Xanım Pekres namizəd kimi istədiyi yerə gedə bildiyini deyir. O, əlbəttə, Fransa və Fransanın üzv olduğu Avropa İttifaqının hərəkət azadlığından bəhrələnib istədiyi yerə getməkdə və öz seçki təbliğatını aparmaqda sərbəstdir. Lakin o, Azərbaycana gəlmək üçün Azərbaycanın müvafiq qurumlarına müraciət etməli və ölkə ərazisinə giriş icazəsi almalı idi. Onun belə bir icazə olmadan Azərbaycan ərazisinə gizli keçməsi Azərbaycan qanunvericiliyini, eləcə də Fransanın milli qanunvericiliyinin tələblərini, həm beynəlxalq, həm də ikitərəfli öhdəliklərini kobud şəkildə pozur.

Fransa hər şeydən öncə Ermənistanla Azərbaycan arasında 28 il davam etmiş münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. O, həmsədr dövlət kimi tərəflər arasında neytrallığını qorumaq və sülh səylərini dəstəkləmək öhdəliyinə malikdir. Fransa və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə bir-birinin beynəlxalq sərhədlərini tanıyır, ərazi bütövlüklərinə qarşılıqlı hörməti təsdiqləyir və dostluq münasibətlərini inkişaf etdirirlər. İki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanan müqavilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir və onların üzərinə beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öhdəliklər qoyur.

Fransanın 1958-ci ildə qəbul edilən konstitusiyasına əsasən, xarici siyasət məsələləri dövlətin mərkəzi hakimiyyətinin müstəsna səlahiyyətlərinə daxildir. Ərazi vahidləri - bələdiyyələr, departamentlər, regionlar - dövlətin xarici siyasəti ilə məşğul ola bilməz və onun beynəlxalq öhdəliklərinə xələl gətirə bilməzlər (Ərazi vahidləri Ümumi Məcəlləsinin L.1115-1 və sonrakı maddələri). Bununla bağlı Fransanın daxili işlər və Avropa və Xarici işlər nazirləri tərəfindən 2018-ci il mayın 24-də NOR/INTB1809792C nömrəli sirkulyar imzalanmışdır.

Cənab Prezident, Fransa milli qanunvericiliyinin tələblərini nəzərə alaraq, bu kimi qanunsuz səfərlərin qarısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün zəruri tədbirlərin görülməsini xahiş edirik.

Müraciəti imzalayanlar:

1. Tural Gəncəliyev – müstəqil deputat

2. Etibar Əliyev – müstəqil deputat

3. Vüqar Bayramov – müstəqil deputat

4. Zaur Sadıqbəyli – hüquqşünas, Fransa

5. Mayisə Ağamirzəyeva – Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə koordinatoru

6. Yaşar Musayev – Almaniya Azərbaycanlıları Alyansı İdarə heyətinin sədri

7. Rəşad İbrahim – Belçika Azərbaycanlıları Federasiyasının həmsədri

8. Arzu Həsənova – Lüksemburq “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının direktor müavini

9. Əliməmməd Nuriyev – hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun prezidenti

10. Sahib Məmmədov – hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri

11. Çingiz Qənizadə – hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsini sədri

12. Zaur İbrahimov – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai birliyinin sədri

13. Günel Səfərova – hüquq müdafiəçisi, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

14. Novela Cəfərova – hüquq müdafiəçisi, D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri

15. Səltənət Qocamanlı – hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

16. Hafiz Həsənov – hüquq müdafiəçisi, Hüquq və İnkişaf İctimai Birliyinin sədri

17. Səadət Bənənyarlı – hüquq müdafiəçisi, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai Birliyinin sədri

18. Fatma Səttarova – Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınin sədri, II Dünya Müharibəsi iştirakçısı

19. Rey Kərimoğlu – Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini

20. Ramil İsgəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri

21. Mayis Əliyev – "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri

22. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri

23. Xanım Əhmədzadə – “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri

24. Rəfail Becanov – İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri

25. Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri

26. Vüsalə Hüseynli – "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri

27. Şahin Camalov – “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun rəhbəri

28. Rafiq İsmayılov – "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru

29. Mehriban Zeynalova – “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri

30. Kəmalə Ağazadə - “Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri

31. Vüqar Qədirov – Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri

32. Mahirə Əmirhüseynova – “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri

33. Mehriban Abdullayeva – “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri

34. Xatirə Vəliyeva – “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri

35. Əbil Zeynalov – “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək“ İctimai Birliyinin sədri
AZƏRTAC
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehdiyevin kürəkəni tərəfindən təzyiq göstərilən Ülkər Kərimova intihara cəhd etdi - TƏFƏRRÜAT
Ülkər Kərimova ona qarşı "İntermedservis" MMC-nin təsisçisi İlham Əliyev tərəfindən başlanmış, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional şöbəsinin rəisi Ayaz Rəhimov və Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Rəşad Məmmədzadə tərəfindən davam etdirilən qanunsuz hərəkətlər barədə dəfələrlə Respublikanın Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, eyni zamanda Kütləvi İnformasiya Vasitələrinə dəfələrlə müraciət etsə də, heç bir əməli tədbir görülmədiyini deyir…

"İntermedservis" MMC-nin (“Yeni Gəncə” Tibb Mərkəzi) sabiq icraçı direktoru Ülkər Kərimova Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Rəşad Məmmədzadənin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional şöbəsinin rəisi Ayaz Rəhimovun qanunsuz və ədalətsiz hərəkətlərinə etiraz əlaməti olaraq, intihara cəhd edib.

"Zamantv.az"ın Hurriyyet.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə iki gün əvvəl – yanvarın 15-də baş verib. Əməkdaşımız bu gün xəstəxanadan ev şəraitinə buraxılan Ülkər Kərimova ilə əlaqə saxlayaraq, baş verən hadisənin səbəblərini araşdırmağa çalışıb:

Məlumata görə, Ülkər Kərimova 15.01.2022-ci il tarixdə, saat 18:40-da təcili yardım maşını ilə ağır vəziyyətdə Gəncə şəhər Təcili Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Reanimasiya şöbəsinin növbətçi həkimınin dediyinə görə, xəstəyə dərman zəhərlənməsi diaqnozu qoyulub və təxirəsalınmaz reanimasiyon tədbirlər görülərək, həyatı üçün olan təhlükə aradan qaldırılıb. Bildirilir ki, xəstə intihar məqsədilə çoxlu miqdarda hipotenziv (30 ədəd kaptopiril) dərman həbləri içib.

Ülkər Kərimovanın əməkdaşımıza söylədiklərini olduğu kimi dərc edirik: “Gəncə şəhər Baş Polis Şöbəsinin Təhqiqat və İstintaq İdarəsinin müstəntiqi Rəşad Məmmədzadənin mənimlə zərərçəkən kimi yox, cinayətkar kimi davrandığını, Məhkəmə Tibbi Ekspertizanın rəyinin nəticəsinə müdaxilə etdiyini nəzərə alaraq, onun apardığı təhqiqatın obyektivliyinə məndə inam qalmadığı barədə Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova 22.11.2021- ci il tarixdə müraciət olunmuşdur. Mənim müraciətlərimdən sonra Rəşad Məmmədzadənin araşdırmanı daha da qərəzli aparması özünü biruzə vermişdir. Belə ki, Rəşad Məmmədzadənin Azərbaycan Respublikasının Potoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Birliyinin Gəncə şəhər şobəsinin müdiri Cavanşir Əliyevə təzyiq göstərərək, ekspert rəyinin dəyişdirilərək daha yüngül xəsarətlə əvəzlənməsi, dəyişdirilməyəcəyi halda təkrar komission ekspertiza təyin edəcəyi barədə hədə-qorxu gəlməsi onun araşdınmanı qərəzli aparmaqla, qarşı tərəfin mövqeyini müdafiə edərək, cinayətin ört-basdır edilməsi istiqamətində fəaliyyətini təsdiq edir. Mən 03.12.2021-ci il tarixdə Bakı şəhərində Potoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Birliyində təkrar komission ekspertizadan keçirilmişəm və barəmdə verilmiş “yüngül xəsarət” almağım haqda ekspert rəyi qüvvədə saxlanılsa da, Rəşad Məmmədzadə 29.12.2021-ci il tarixdə Cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir və bu barədə mənə heç bir məlumat verilməmişdir.

14.01.2022- ci il tarixdə vəkilim Elxan Osmanovla birlikdə təhqiqatın gedişi ilə maraqlanmaq məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinə getdikdə, o, bizə Cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etdiyini bildirmişdir. Rəşad Məmmədzadənin qəbul etdiyi qərar barədə mənə rəsmi məlumat verməməsinin məqsədi mənim qərardan veriləcək şikayət hüququmun müddətinin keçməsi məqsədini daşıyır.

Mənə qarşı daha bir təzyiq və ədalətsizlik Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən başlamışdir və davam edir. Belə ki, Gəncə şəhər Prokurorluğu tərəfindən vəzifəli şəxs kimi mənim barəmdə İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinə uyğun olaraq inzibati icraatın başlanması barədə qərarına əsasən başlanmış inzibati icraat düzgün aparılmamış və birmənalı şəkildə Ayaz Rəhimov tərəfindən mənə bilbirilmişdir ki, “Prokurorun qərarı olduğu üçün biz bunu müzakirə edə və prokuror tərəfindən aizə cərimə inzibati tənbeh növünün tətbiq olunması tapşırıldığı üçün biz heç nə edə bilmərik”. Nəticədə Ayaz Rəhimov tərəfindən mənə eyni vaxtda İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat və 3500 (üç min beş yüz) manat məbləğində, cəmi 6500 (altı min beş yüz) manat cərimə tətbiq olunmuşdur. Ayaz Rəhimov Prokurorun qərarını mənim iştirakımla müzakirə etməmiş, mənim irad və təkliflərimi, əlimdə olan zəruri sənədləri (işçi ilə bağlanmış xidməti müqaviləni) və izahatımda göstərdiyim halları araşdırıb nəzərə almadan, hətta tərəfimdən inzibati xəta törədilmiş olsa belə, həmin inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılaraq davam edən inzibati xəta olmadığını, mənim əmək müqaviləmə 2 ay öncə xitam verildiyi üçün mənim artıq vəzifəli şəxs statusu daşımadığımı, tərəfimdən törədilmiş inzibati xətanın insan həyatını xilas etmək zərurətindən yarandığını nəzərə almayaraq, yenidən 07.12.2021-ci il tarixdə Ayaz Rəhimov tərəfindən barəmdə İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xətanın aradan qaldırılması nəzərə alınmadan 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bir ayın ərzində mənə 7200 (yeddimin iki yüz) manat məbləğındə cərimə tətbiq edilmişdir”.

Ülkər Kərimova ona qarşı "İntermedservis" MMC-nin təsisçisi İlham Əliyev tərəfindən başlanmış, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional şöbəsinin rəisi Ayaz Rəhimov və Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Rəşad Məmmədzadə tərəfindən davam etdirilən qanunsuz hərəkətlər barədə dəfələrlə Respublikanın Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, eyni zamanda Kütləvi İnformasiya Vasitələrinə dəfələrlə müraciət etsə də, heç bir əməli tədbir görülmədiyini, əksinə ona qarşı ədalətsiz hərəkətlərin daha da böyük vüsət aldığını və bu səbəbdəndə intihar etmək qərarına gəldiyini bildirmişdir.

Sonda onu da qeyd edək ki, Ülkər Kərimova pozulmuş hüquqları aidiyyatı orqanlar tərəfindən bərpa olunmadığı halda, intihar edəcəyini bildirib.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğluna restoran tikdirmək istəyən baş həkim necə aldadılıb? - MƏHKƏMƏ İŞİ
Bakıda məşhur restoranların icarədarı olan şəxs həbs edilib. O, iki nəfərə qarşı dələduzluqda ittiham olunur. Aldadılan şəxslərdən biri məşhur klinikanın baş həkimidir.
"Zamantv.az" musavat.com-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən 36 yaşlı Nadir Babayev iki nəfəri iş qurmaq adı ilə aldatmaqda ittiham olunur.

İttihama görə, təqsirləndirilən şəxs Tamerlan adlı tanışından İstanbuldan məşhur “Paşabahçe", “Güral Porselen” və digər brend firmalara məxsus müxtəlif çeşidli qab-qacaq gətirərərk Bakıda satmağı və qazanc əldə etməyi təklif edib. Bu məqsədlə də ondan 95 200 manat pul alıb. O , başqa bir nəfərdən- “Loğman” klinikasının baş həkimindən isə restoran tikib işlətmək adı ilə 58 min manat pul alıb.

Həbs edilən Nadir bildirib ki, 2018-ci ilin əvvəllərindən İstanbul şəhərindən “Paşa Bahçeli”, “Gural Porselen” və digər adları yadında qalmayan brend firmaların qab-qacaq və digər mətbəx avadanlıqlarını gətirməklə və restoranlar şəbəkəsi işlətməklə məşğul olub.

Müttəhim söyləyib ki, yaxşı qazanc əldə etdiyindən gətirdiyi malların çeşidini çoxaltmaq və dövriyyəni artırmaq məqsədi ilə sinif yoldaşı Sami Əfəndiyevdən borc pul götürüb, əldə etdiyi qazancdan ona da hörmət edib. Bundan sonra bu işi zərərçəkmiş kimi tanınan Tamerlana təklif edib.

Nadir bu işdən hər ay Tamerlana 2000-5000 manat arası qazanc vəd verib. Tamerlan pulları hissə-hissə sürücüsü Hafiz vasitəsi ilə Nadirin sürücüsü Orxana çatdırıb. Nadir də qazancı sürücü vasitəsi ilə göndərib.

Nadir bildirib ki, Tamerlandan aldığı pulları və öz pullarını Türkiyədən mal almaq üçün Suad Çakıcıya verib. Onun sözlərinə görə, Suad Çakıcıya verdiyi ümumi məbləğ 270 min dollardır. O, həmin məbləğin bir hissəsini Bakıda, bir hissəsini isə Türkiyədə Çakıcıya verdiyini bildirib. Onun dediyinə görə, Çakıcı və digər şəxslər sonradan yoxa çıxıb və onu aldadıblar. Buna görə də Tamerlanın pulunu qaytara bilməyib.

Avtomobilini borcunun qarşılığında Tamerlana verdiyini deyən Nadir bildirib ki, 8 100 manat nağd pulu da zərərçəkmişə qaytarıb. Amma maddi imkanı olmadığı üçün qalan pulu qaytara bilmir. O, Tamerlana 34 800 manat borclu olduğunu etiraf edib.

İş üzrə digər zərərçəkmiş şəxs isə “Loğman” klinikasının baş həkimi İlqar Quliyevdir.

Nadir İlqar Quliyevlə qayınatası İbrahim İbrahimov vasitəsi ilə tanış olub. İbrahim İbrahimov klinikaya gedib-gələrkən Mustafa adlı həkimə kürəkəninin restoranlar şəbəkəsi işlətdiyini deyib. Həkim də söhbət zamanı bunu baş həkimə bildirib.

İbrahim İbrahimov qeyd edib ki, Nadir Bakıda fəaliyyət göstərən məşhur “8 kafe”, “İncir”, “Park Çinar”, “Tezbazar” restoranlarını işlədir.

Baş həkim İlqar Quliyev sahibi olduğu klinikanın birinci mərtəbəsində restoran açmağı Nadirə təklif edib. Təklifə əsasən restoran açılıb və aylıq icarə haqqı olaraq İlqar Quliyevə 800 manat ödənilib.

Sonra İlqar Quliyev Nadirin işlətdiyi “8 kafe” restoranında olan zaman ərazidə olan boş torpaq sahəsini görüb və orada restoran tikməyi təklif edib. Nadir onunla razılaşıb. Restoran tikmək üçün 104 min manat lazım olub. Həmin məbləğin 58 min manatı İlqar Quliyev tərəfindən Nadirə verilib. Nadir həmin pulu ayrı-ayrı işlərə xərcləyib. Bir hissəsini Türkiyədəki işinə, bir hissəsini evinə, bir hissəsini isə Bakıda işlətdiyi resotoranların xərcinə verib. Amma nəzərədə tutulan restoran tikilməyib.

Nadir bu işlərdə özünü təqsirli bilməyərək söyləyib ki, dələduzluq etmək niyyəti olmayıb. O, baş verənləri uğursuz biznes adlandırıb.

Tamerlan ifadəsində bildirib ki, Nadirə ilk dəfə pul verəndən sonra qazanc olaraq 2 min manat pul alııb. Qazancı alması, Nadirin dediyi brend malların həqqiətən də məşhur mağazalar şəbəkəsində də satılması onda inam yaradıb. Buna görə də ona hissə-hissə pul verməyə başlayıb.

Amma bir müddət sonra Nadir ona qazanc verməyib. Tamerlan Nadirlə görüşmək üçün Türkiyəyə gedib. 3 gün orada qalsa da, Nadir iş gördüyü Türkiyə vətəndaşlarını onunla görüşdürməyib. Tamerlan Nadir tərəfindən aldadıldığını başa düşüb. Nadir isə Türkiyə vətəndaşı olan şəxslər tərəfindən aldadıldığını deyib. Bakıya qayıdan Tamerlan Nadirdən şikayətçi olub. Tamerlan hazırda Nadirdən 34 800 manatını tələb edir.

İlqar Quliyev ifadəsində bildirib ki, kafe açmaq istəyən zaman Nadir ona kömək edib. Kafeyə avadanlıqlar almaq üçün Nadirə 7500 manat verdiyini deyən baş həkim qeyd edib ki, bu iş alındıqdan sonra təqsirləndirilən şəxsə inamı yaranıb. Buna görə də oğlu Fəridin Nadirlə birlikdə restoran işlətməsini istəyib.

Nadir baş həkimlə restoran işi görmək üçün qərar veriblər. Buna görə Nadir əvvəlcə baş həkimi işlədiyi “Əncir”, “8 kafe” və digər restoranlara aparıb. Orada vəziyyətlə tanış edib, yaxşı gəlir əldə etdiyini göstərib.

“Mənə dedi ki, bütün bu işlər mərkəzləşdirimiş şəkildə kompüterlə idarə edir. Restoranlara gedəndə bizi administratorlar qarşılayırdı, onlara göstəriş verirdi. Restoranlar yaxşı işləyirdi. Hətta oraya müğənnilər də gəlirdi. Buna görə də ona inandım.

Oğlum Fərid üçün iş axtarırdım. Maraqlı kafe olsa götürüb işlətmək istədiyimi, kafenin avadanlıqlarını şərikli alıb qazancı yarıbayarı bölməyi təklif etdim. Nadir “Sahil” metrostansiyasının yaxınlığında binanın altında icarəsi 5000 manat olan təmirli kafeni icarəyə götürməyi təklif etdi. Ora müəyyən qədər xərc çəkilməli idi. Sonra “Fəvvarələr bağı”nın yaxınlığında ikimərtəbəli obyektin 8000 manata icarəyə verildiyini bildirdi. 2-3 gün sonra isə Nadirlə görüşəndə dedi ki, ən yaxşısı boş torpaq sahəsinə pul qoymaq, restoran tikməkdir”- deyən baş həkim bildirib ki, bu iş üçün Nadirə 58 min manat verib və aldadılıb.

Məhkəmədə Nadirin dostu Orxanın ifadəsindən isə məlum olub ki, qeyd edilən restoranın tikintisi üçün cəhd edilib, amma tikinti qanunsuz olduğu üçün icra hakimiyyətinin əməkdaşları işi dayandırıb.

Məhkəmədə o da məlum olub ki, Nadir istintaq zamanı həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Amma o məhkəmədən gizləndiyi üçün axtarışa verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir 6 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxslər vurulmuş ziyanın ödənilməsinə dair mülki iddia verməyiblər. Buna görə də məhkəmə onlara mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət edə biləcəkləri izah edilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO