[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə insanlar çörək növbəsinə dayanır?
Zamantv.az "a-haber" kanalına istinadən xəbər verir ki, Türkiyədə insanlar saatlarla çörək növbəsinə dayanır. Səbəb olaraq isə çörəyin satış məntəqələrinə gecikdirilməsi olduğu bildirilir. Hər dəfə insanlara yollarda olan tıxaclar, yaxud digər bu kimi müxtəlif problemlər əsas gətirilir.

Yerli sakinlər göstərilən səbəblərin bəhanə olduğunu düşünürlər. Onların sözlərinə görə, "çörək var. Amma, bütün bunlar kimlərinsə "Türkiyədə aclıq var. İnsanlar çörək növbəsinə dayanır" görüntüsünü yaratmaq məqsədilə uydurduğu bəhanələrdir".// DogruXeber.az

Ətraflı videogörüntülərdə:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanla Qazaxıstan arasında təyyarə reysləri tam bərpa olunub
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindən Bakıya təyyarə reysləri tam bərpa olunub.

Zamantv.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bundan başqa, baş verən etiraz aksiyaları və iğtişaşlardan sonra yanvarın 13-də Qazaxıstanın Almatı hava limanı ilk beynəlxalq reysi qəbul edib. Belə ki, Türkiyənin Antalya şəhərindən havaya qalxan təyyarə Almatıda yerə enib.

“Almatı hava limanı fəaliyyətini bərpa edəndən sonra “Air Astana” aviaşirkətinə məxsus təyyarə Antalya-Almatı istiqamətində ilk beynəlxalq reysi icra edib”, - komitədən bildirilib.

Məlumata görə, yanvarın 13-də Qazaxıstanın iri şəhərlərindən beynəlxalq uçuşların yerinə yetirlməsi, eləcə də Kolombo (Şri Lanka)-Almatı, Alamatı-Seul (Cənubi Koreya) istiqamətində reyslər reallaşacaq.

Qeyd edək ki, yanvarın 5-də Almatı şəhərində baş verən hadisələrə görə beynəlxalq hava limanı da fəaliyyətini dayandırmışdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Alət çantasının içindən 3 kiloqrama yaxın narkotik çıxdı
Zamantv.az : - Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb. Ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Girdəni kənd sakini Fariz Baxşiyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və əlindəki alət çantasından ümumilikdə 2 kiloqram 805 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər –Fərid Əskərov, Xalid Əskərov, Elsevər Məcidov, Habil Cabbarov, Fərrux Cəfərov, Seymur Zəkizadə, Ənvər Lələyev, Kamran Nuriyev, Niyaməddin Qasımov, Həbib Kələntərli və Emin Əliyev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağdakı sülhməramlıların IV komandan dəyişikliyi nəyə HESABLANIB... - İNCƏLƏMƏ...
Zamantv.az : - Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağdakı sülhməramlı kontingentə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

Komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.

General-mayor Volkov Qarabağdakı sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtlarda - 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandir müavini olub.

Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşun hissəsinin rəisidir.
Bu barədə Modern.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, sülhməramlılar Rusiya Müdafiə Nazirliyinə tabedir və dəyişiklik onların daxili işidir:

“Burada dəyişmələr müxtəlif səbəblərdən ola bilər. Əslində komandanın dəyişməsi sülhməramlıların fəaliyyətinə heç bir təsir etmir. Çünki onların fəaliyyəti Azərbaycan dövləti ilə qərarlaşdırılır. İki dövlət arasında razılaşmalar əsasında fəaliyyətlərini tənzimləyirlər.

Ona görə də kimin gəlməsindən asılı olmayaraq, məqsəd missiyanı yerinə yetirməkdir. Prezident də onların fəaliyyətini yüksək qiymətləndirib. Ona görə Azərbaycanın ziddinə hərəkət edəcəklərini düşünmürəm. Kim gəlsə də, öz vəzifəsini həyata keçirir”.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Rusiyanın sülhməramlı qüvvələri Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilib. Bu, son bir il 2 ay ərzində 4-cü komandan dəyişikliyidir. Belə ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. Daha sonra bu vəzifəyə Gennadi Anaşkin təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Həsənovla bağlı sübutlar toplanır - QƏRAR VERİLƏCƏK...
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

V.Səfərli prezidentin keçmiş köməkçisi Əli Həsənov və oğlu Şamxal Həsənovdan şikayətçi olduğu, Vüqar Səfərlinin Əli Həsənovun göstərişlərini mübahisələndirmək iqtidarında olmadığı qeyd olunub.

Həmçinin, onun şikayətində göstərilib ki, KİVDF həqiqətən Mətbuat prospektidə yerləşən binada icarə haqqı müqabilində icarəçi kimi fəaliyyət göstərib. Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanan rəsmi müqavilələr mövcuddur.

Bu şikayət Əli Həsənovun həbsinə hazırlıq kimi qiymətləndirilir. DİA.AZ-ın məlumatına görə, bu barədə Modern.az-a danışan Konstitusya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əlimməməd Nuriyev bildirib ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxs onun barəsində çıxarılmış hökümlə bağlı apellyasiya şikayəti verə bilər.

Onun sözlərinə görə, Vüqar Səfərli də qanunvericilikdə nəzərdə tutulan bu hüququndan istifadə edib, məhkəmə hökmündən şikayət verib:

“Əlbəttə ki, Apellyasiya Məhkəməsi həm də işə mahiyyəti üzrə baxır. Burada onun sübutlarının həm hüquqi, həm də mahiyyəti üzrə yenidən qiymətləndirilməsi baş verir. Bu zaman artıq Apellyasiya Məhkəməsi qərar qəbul edə bilər”.

V.Səfərlinin apellyasiya şikayətinə əsasən, Əli Həsənov və oğlu Şamxal Həsənovun həbsinin real olub-olmadığına da münasibət bildirib:

“Mən məsələyə kiminsə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi kimi yanaşmıram. Apellyasiya Məhkəməsi ya hökmü dəyişdirə bilər, ya ləğv edə bilər. Cinayət təqibinin kiminsə barəsində davam edib-etməməsi məsələsi artıq hüquq- mühafizə orqanlarının işidir. Bütün hallarda Apellyasiya Məhkəməsində yenidən qiymətləndirmə baş verəcək və sübutlara, dəlillərə uyğun qərar qəbul ediləcək. Apellyasiya Məhkəməsi qərar qəbul eləsə də, məhkəmədə baxış hədləri var. Məhkəmə hədləri çərçivəsində sübutlar, dəlillər qiymətləndirilib, işə baxılacaq. Buna uyğun qərar qəbul edəcək”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda şagirdin rəsm çəkməsinə əsəbiləşən müəllim onun başını divara çırpdı - DAHA BİR OLAY
Zamantv.az : - Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşıb.

Bu barədə məktəbdə təhsil alan şagird Leyla Əliyevanın anası sosial şəbəkələrdə paylaşım edib.

Paylaşımda bildirilib ki, qızı marker ilə şəkil çəkmək istəyəndə fiziki tərbiyə müəllimi onun əlindən markeri alıb:

"Şagirdlərin gözü qarşısında qızımın başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Ərizə ilə şikayətimi bildirəndə bütün şagirdlər gördükləri bu dəhşətli özbaşınalığı müdiriyyətə danışdı. Xatırladım ki, mən də 16 il təhsil müəssisəsində müəllimə kimi çalışmışam.

Üç övlad böyüdürəm. Uşaqlarımın tərbiyəsinə və təhsilinə xüsusi diqqət yetirirəm. Bu özbaşınalığa susmayacağam. Belə vəhşiliyə yol verən kəs müəllim adını daşımamalıdır".

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb:

"Araşdırma nəticəsində 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Gelandewagen”dən kasıbları söyən xuliqan: - Onun cəzası nə olmalıdır?
Zamantv.az : - Yoxsulları təhqir edən “Gelandewagen” sürücüsü hələ də sosial şəbəkə gündəminin ana mövzusudur.

Təhqiramiz videodan sonra polis idarəsinə çağırılan və profilaktiki söhbətdən sonra üzr istəyən 37 yaşlı Samid Bağırov artıq sərbəst buraxılıb.

Cəmiyyətin bir qismi bununla kifayətlənib və polisi təqdir edib. Amma əməlindən peşman olduğunu açıqlayan şəxsin polisə çağırılmasını qanunazidd sayanlar da az deyil. Onların fikrincə, Samid Bağırov sadəcə ictimai qınaqla üzləşməli idi.

Ümumiyyətlə, bu tip əməllərdə cinayət tərkibi daşıyırmı? Konkret şikayətçi olmadığı halada polisin sosial şəbəkə xuliqanlarını saxlanması düzgündürmü? Mövzu ilə bağlı Yenisabah.az-a danışan vəkil Rəşad Əliyev şəxsin polis idarəsinə çağrılmasının profilaktik tədbir olduğunu və gələcəkdə bu tip halların qarşısının alınması məqsədi daşıdığını qeyd edib:

“Bu, çox güman ki, sosial şəbəkələrdən daxil olan şikayətlərə əsasən olub. Çünki video sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi narazılığa səbəb olub. Qanunvericiliyin tələbinə görə, şəxs kimisə təhqir edirsə, xüsusi ittiham, yaxud adi qaydada məhkəməyə müraciət edilir. Lakin konkret bu məsələdə DİN şəbəkə istifadəçilərinin narazılığını nəzərə alıb. Onun bu əməli xuliqanlıq da hesab oluna bilər, çünki görüntüdə xuliqanlıq əlamətləri var:

Samid Bağırov özünü digərlərindən üstün sayır, cəmiyyətə aşkar hörmətsizlik edərək eqoizm nümayiş etdirir, qəbul edilmiş qaydalara zidd danışıq sərgiləyir. Bu da sosial şəbəkə vasitəsilə yayılıb. DİN-in xəbərdarlığı, yəqin ki, onu bu əməldən çəkindirmək məqsədi danışıyıb. Gələcəkdə belə hallara yol verərsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilər. Adətən, şəxsə bununla bağlı məlumat verilir, xəbərdarlıq edilir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Səfərli ilə birgə ittiham olunan şirkət rəhbəri apellyasiya ŞİKAYƏTİ VERİB
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin ilə birgə ittiham olunan “Portos” MMC-nin rəhbəri Nadir Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

"Zamantv.az" "Report"a istinadən xəbər verir ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

N.Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 10 il 6 ay və N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Onlarla bağlı QƏRAR VERİLİB - SİYAHI
Zamantv.az : - Bəzi icra hakimiyyəti başçıları şələ-şüləsini yığıb getməyə hazırlaşır. Onlara gələn həftədən "yaxşı yol" deyiləcək.

İşğaldan azad edilmiş rayonların bəzi icra hakimlərinin yerinə yeni təyinatlar gözlənilir.

Qubadlı, Zəngilan, Kəlbəcər icra başçıları yenilənə bilər. Eyni zamanda Qusar, Astara və Samux icra hakimləri də çamadan ovqatındadırlar.

Onların yerinə YAP fəallarının və icra strukturlarında yüksək vəzifə tutmayan gənclərin gətirilməsi planlaşdırılır.

Təxminən 20-yə yaxın icra başçısının fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb.

Əmin olunub ki, artıq bir sıra yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar.

Yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət, yerli icra orqanları maksimum şəffaf işləməyə çalışmalı, əhali üçün əlçatan olmalı və çevik qərarlar qəbul etməlidir.

Dövlət tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdırlar. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir. Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır.

Hakimiyyətdəki mənbələrdən DİA.AZ-a sızan iddialara görə, Laçın icra başçısı Aqil Nəzərli də növbəsini gözləyir.

Eynilə, Daşkəsənin icra hakimi Əhəd Abıyev də səksəkədədir.

Bölgələrdə idarəetmənin refreşinə ciddi ehtiyac var idi. Görünən odur ki, xalqa xidmət etməyən icra hakimləri yola salınır.

Bu baxımdan rayonlarda icra hakimiyyətləri fəaliyyətinə təzədən baxmalı, nizamlamalı olacaqlar. Çünki əvvəlki dövr deyil və vətəndaşların daha çox şikayət etdiyi əyalətlərdə dəyişikliklər qaçılmaz olacaq.

Əldə etdiyimiz xəbərlərdə iddia edilir ki, Xızının başçısı Xəzər Aslanovun da vəziyyəti ürəkaçan deyil.

Zəngilan və Yardımlı rayon icra hakimiyyətlərində də dəyişikliklər istisna edilmir.

Prezident İlham Əliyevə son zamanlar ən çox şikayətlərin Ağsu, Hacıqabul və Göyçay icra başçılarından getdiyi məruzə olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucarda məktəbin tavanı dərs zamanı uçub
Ucarın Təzə Şilyan kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat veriblər.

Sakinlər məktəb qəzalı vəziyyətdə olduğu üçün övladlarını məktəbə göndərməyə qorxduqlarını bildiriblər: "Bir neçə gün bundan əvvəl dərs zamanı məktəbin arxa otaqlarından birinin tavanı çökmüşdü. İkinci mərtəbədən mişar daşları otağa tökülmüşdü. Çox şükür ki, həmin vaxt otaqda heç kim olmamışdı. Buna görə də xəsarət alan da yox idi. Lakin səs-küydən şagirdlər və müəllimlər bərk qorxmuşdular. Elə bilmişdilər ki, məktəb dağılır".

Sakinlər həmçinin qeyd ediblər ki, məktəb 2000-ci ildə Təhsil nazirliyinin sifarişi əsasında tikilib: “Həmin vaxt tikinti tam bitməmiş məktəb istifadəyə verildi. Məktəbin ikimərtəbəli inzibati binası tikilsə də, digər köməkçi tikililər, idman və akt zalları yarımçıq qaldı. Buna görə də məktəbin əsas binası da getdikcə dağılmağa başladı”.

Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Ucar Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov “Report”un yerli bürosuna bildirib ki, məktəbdə dəfələrlə olub və oradakı acınacaqlı vəziyyət barədə məlumatı var.

O əlavə edib ki, məktəbin yarımçıq tikilərək istifadəyə verilməsi ilə bağlı aidiyyəti qurumları məlumatlandırıb.

R.Məmmədovun sözlərinə görə, məktəbin əsaslı təmir olunması yaxın vaxtlarda gözlənilmir.

Məlumat üçün bildirək ki, məktəb əhalisi 4 000-ə yaxın olan Təzə-Şilyan kəndinin yeganə orta məktəbidir. 20 sinif otağı olan məktəbdə 300-dən artıq şagirdin təlim-tərbiyəsi ilə 25 nəfər müəllim məşğul olur.
Ucarda məktəbin tavanı dərs zamanı uçub

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO