[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb
"Zamantv.az" xəbər verir ki, “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BŞİH-in qurumları tərəfindən Şəhidlər Xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.

Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır.

Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yanvarın sonuna Omikron sunamisi gözlənilir – Güclü dalğa xəbərdarlığı
ÜST qarşıdan gələn 2-3 həftədə Omikrona Avropa əhalisinin tən yarısının yoluxacağını açıqlayıb.
Mutant virus yoluxan, yoluxmayan, peyvənd olunan-olmayan hər kəsə yoluxur.
Omikronun ən güclü hücum dalğası nə vaxt gözlənilir?
Rusiyanın ali dərəcəli həkimi, elmi-tibbi ekspert Aleksey Vodovozoz Rusiyada yanvarın sonuna Omikron sunamisi olacağını bildirib.
"Əgər bu gün ABŞ-da gündəlik yoluxma 1 milyondursa, Rusiyada da bundan geri qalmayan sunami gözlənilir. İnsanlar ABŞ və Avropada saatlarla test üçün növbə gözləyir. Hələ dəqiq xəstə sayı bilinmir. Yoluxma rəqəmləri aparılan testlərdən asılıdır. Gündəlik 10 min xəstə aşkar etmək o demək deyil ki, bütün Rusiyada cəmi 10 min xəstə var. Bu rəqəm test edib çatdırdıqlarımızdır. Omikronun sürətinə heç bir dövlət hazır deyil, heç bir test sistemi dözməz. Biz yanvarına son həftəsində gündəlik 30-40 min yoluxma rəqəmi proqnozlaşdırırıq.
Omikrona qarşı maska yox, respirator taxmaq vacibdir. Amma bizim ölkədə hələ də bu problem olaraq qalır.
Spirt, dispenserlər, dezinfeksiyanı çoxdan dövlət qurumları unudub.
Omikron çox maskalanır, amansızdır, o istənilən immun və peyvənd baryerini aşır.
Omikron elə əlamətlər verir ki, insanın ilk 3 gündə xəstə olduğunu heç kim təxmin belə edə bilməz. Ona görə də burnun axdı, bir balaca boğazın qıcıqlandı, iyləri fərqli hiss etdin testə qaçmalısan və özünü təcrid etməlisən".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Əgər kolbasa və sosiska ətdən hazırlanırsa, niyə ucuz qiymətə satılır?” - Ekspert danışır
Azərbaycanda müxtəlif müəssisələrin istehsal etdiyi kolbasa və sosiska məmulatları satılır. Məhsullar keyfiyyətinə uyğun olaraq müxtəlif qiymətlərə təklif edilir. Bəzən dadlı, göəzl görüntüyə malik sosiskanın ucuz olması insanda şübhələ yaradır?
Görəsən nə yeyirik?

Çox zaman istehlakçıları bir sual maraqlandırır : “Əgər kolbasa və sosiska ətdən hazırlanırsa, niyə ucuz qiymətə satılır”? Həqiqətənmi Azərbaycan bazarında ətdən hazırlanmış, yüksək keyfiyyətli kolbasa-sosiska məhsulları yoxdur? Bəs yüksək keyfiyyətli hesab etdiyimiz xarici ölkələrdə istehsal edilmiş kolbasalar həqiqətənmi düşündüyümüz kimidir? DİA.AZ xəbər verir ki, bu kimi sualları Bizimyol.info-ya “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb: “Kolbasa və sosiska məmulatları ilə bağlı hər gün “Azad İstehlakçılar” birliyinə müraciətlər daxil olur. Bu məhsulların qiyməti, tərkibi, etiketi ilə bağlı çoxsaylı telefon zəngləri var. Verilən suallar arasında xaricdən gətirilən məhsullarla yerli məhsulların müqayisəsinə dair suallar da var. Xaricdən gətirilən kolbasa və sosika məmulatları ilə bağlı problemlər yaşanır. “Azad İstehlakçılar” Birlyinin dünyanın 123 ölkəsi ilə əlaqəsi var. O cümləədn kolbasa və sosiska məmulatlarının ixracatı ilə məşğul olan ölkələrlə də əlaqələrimiz var. Uyğun təşkilatlar həmin ölkələrdə də var. Biz daim məlumatlar alırıq. Və məlum olur ki, yüksək texnologiyalarla istehsal edilmiş və Azərbaycana gətirilmiş kolbasa məmulatlarının içərisində demək olar ki, ətdən başqa hər şey var. Bu kolbasalarda süni ət, soya unu, sümük unu (Azərbaycanda heyvanların sümüyü atılır, Rusiyada sümüklər una çevrilib, kolbasalaar qatılır) donuz və müxtəlif heyvanların dərisi, heyvanların tullantısı hesab edilən bütün elementler kolbasa və sosiskalara vurulur. Xaricdən gətirilən bu kolbasaların etiketlənməsi çox yaxşı olur, rəngi-dadı öz yerində olur. Onlara çox sayda dadlandırıcı, rəngləndirici və qoxu verən maddələr vurulur. Uzaqdan gətirildiyi üçün yolda keyfiyyətini də itirə bilir”.

E.Hüseynov bildirir ki, bəzi ölkələrədə kolbasa və sosiska məmulatları satılmır: “ Məsələn Kanadada kolbasa və sosiska məmulatları Rusiya məhəlləsində fəaliyyət göstərən mağazalarda satılır. Bu məhsullar da Rusiyadan gətirilir. Kanadada kolbasa istehsalı demək olar ki, yoxdur”.

Ekspert bildirir ki, Azərbaycan əmtəə bazarında təzə ətdən kolbasa istehsal edən müəssisələr mövcuddur. Ölkədə qiyməti 4 manata olan ət var, amma bu ətlər qocalmış heyvanların ətidir. Bu ətlər yemək üçün uyğu deyil. Qəssablar belə heyvanları alıb kəsmədiyi üçün belə heyvanlar kolbasa müəssisələrinə verilir. Bu səbəbdən də ucuz kolbasa məmulatları satılır.

Azərbaycanda kolbasa və sosiska istehsal edən müəssisələr təkcə yerli qocalmış heyvan ətləri ilə deyil, eləcə də xarici ölkələrdən gətirilmiş, məsələn Hindistandan gətirilmiş ətlərlə də kolbasa istehsal edirlər: “Bizim Birliyinin Hindistanda qurumu var, əməkdaşlarımız var. Mən özüm də Hindistana getmişəm. Orada mal əti yeyilmir. Bu səbəbdən də Azərbaycan bazarına ucuz qiymətə gəlib çıxır”.

E.Hüseynov bildirir ki, Azərbaycanda təhlükəli, standarta uyğun olmayan kolbasa istehsalı da mövcuddur. Bu kolbasalar gözəl qırmızı görüntüyə malik olub etiketsiz şəkildə metro çıxışlarında satılır.

Ekspertin sözlərinə görə, ölkədə 20-yə yaxın standartlara uyğun olmayan kolbasa istehsalı ilə məşğul olan müəssisələr mövcuddur. Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsi dəfələrlə ölkənin müxtəlif bölgələrində at, eşşək, murdar olmuş heyvan ətinin kəsildiyini ifşa edib. Bu ətlərin bir hissəsi şübəsiz ki, kolbasa sexlərinə yol tapır.

Ölkədə istehsal edilən kolbasa məmulatlarının yararlılıq müddəti ilə xaricdə istehsal edilən kolbasa məhsullarının yararlılıq müddəti müqayisə edildiyi zaman məlum olur ki, Azərbaycanda istehsal edilən kolbasa məmulatlarının yararlılıq müddəti daha qısadır. Bu isə o deməkdir ki, məhsul daha az kimyalaşıb. “Bəzən istehlakçılar xaricdən gətirilən kolbasaların qiyməti baha olduğu üçün onu daha keyfiyyətli hesab edir. Bu istehlakçını aldadan bir amildir. Azərbaycan marketlərində yerli ət məhsullarına 30, xarici məhsullara isə 70-80 faiz yer verilir. Bu, doğru deyil. İstehlakçılar bütün hallarda yerli məhsullara üz tutmalıdır”,- deyən ekspert vurğulayıb ki, ölkədə “Halal” etiketi ilə istehsal edilən kolbasa məhsulları da var. Bu məhsulların bir hissəsi həqiqətən halal məhsul olsa da, bəziləri yalandan etiketlənir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yağıntılı hava nə vaxta qədər davam edəcək?
Bu gün axşama doğru yağıntılar tədricən kəsiləcək.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
G.Məmmədovanın sözlərinə görə, əsasən cənub və şərq rayonlarında yağıntılı hava şəraiti qeydə alınıb, sulu qar, qar yağıb.
"Belə hava şəraiti bu gün ərzində davam edəcək. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi müşahidə olunur. Havanın temperaturunun günorta saatlarında 2-4 dərəcədən yüksək olacağı gözlənilmir. Yanvarın 18-də paytaxtda və digər bölgələrdə yağıntısız hava şəraiti müşahidə olunacaq ", - deyə o bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda təhsil ocağında daha bir zorakılıq: Şagird döyüldüyü üçün dərsə getmir
Abşeronda 8-ci sinif şagirdi təhsil aldığı tam orta məktəbə getməkdən imtina edib.
Buna səbəb 2019-cu ildən ona dərs deyən bir müəllimin şagirdə mütəmadi fiziki şiddət göstərməsidir. Söhbət Ceyranbatan qəsəbəsi, bir nömrəli tam orta məktəbdən gedir.
İddia olunur ki, sözügedən təhsil müəssisəsinin riyaziyyat müəllimi Aynurə Məmmədova 2019-cu ildən bu günə kimi dərs dediyi Elgün Abbasovu mütəmadi olaraq fiziki şiddətə məruz qoyub. Ona zor tətbiq edərək, döyərək xəsarətlər yetirib. Elə həmin il şagirdin valideyni Günay Yusifova oğlunun şiddətə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət edib.
Bütün bunlara baxmayaraq, şagirdə şiddət sərgiləyən müəllim əməlindən əl çəkməyib.
Bu yaxınlarda isə məktəbin 8-ci sinif şagirdi Elgün Abbasov həmin müəllimə görə daha məktəbə getməyəcəyini bildirib. Valideyni övladında riyaziyyat müəlliminə görə psixoloji problemlərin yarandığını əsas gətirib. Mövcud məsələ ilə bağlı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq. Məktəbdən faktı təsdiq ediblər.
Qeyd edək ki, bir neçə gün öncə İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovanın azyaşlı uşağa qarşı şiddət göstərib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bakının mərkəzi rayonunun yaradılmasına güclü müqavimət var” - Elbay Qasımzadə
Zamantv.az Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin APA-ya müsahibəsini təqdim edir:

Müsahibəyə təyin olunan vaxtdan bir qədər tez gəlmişəm. Elbay müəllimin kabinetində oturub masanın üzərinə düzülən şəkilləri, divardan asılan rəsmləri, bir də açıq qapıdan görünən yan otaqdakı memarları süzürəm. Elə bu vaxt Elbay müəllim fotoqrafın harda olduğunu soruşur. Cavab verirəm ki, fotoqrafdan fərqli olaraq mən tıxaca düşməmişəm, ona görə də ondan əvvəl məkana çatmışam.

- Deməli, tıxacı nəzərə alıb evdən bir az tez çıxmaq lazımdır.

- Elbay müəllim, bəlkə elə körpülər tikib, elə yollar salmaq lazımdır ki, insanlar yuxularına haram qatıb tez çıxmaq məcburiyyətində qalmasın?

- Mən demək olar ki, dünyanın yarısını gəzmişəm. Deyə bilərəm ki, tıxac problemi dünyanın bir çox ölkəsində var. Bunun yeganə həll yolu insanların nizam-intizamlı olmasıdır. Məsələn, Tokioda iş günlərində sakinlərin əksəriyyəti öz şəxsi avtomobillərindən istifadə etmir, ictimai nəqliyyatdan istifadə edirlər.

- Siz özünüz metroya axırıncı dəfə nə vaxt minmisiniz?

– 2010-cu ildə. Daha doğrusu, minməmişəm, metroya düşmüşəm. “Azadlıq prospekti” metro stansiyasının müəllifi olduğum üçün açılışında iştirak etmək məqsədilə düşmüşdüm.

- Görürsünüz, siz özünüz də ictimai nəqliyyatdan istifadə etmirsiniz.

- Haqlısınız. Deməli, mən də hələ o cür düşünə bilmirəm. Həm də mən şəxsi avtomobilimlə yox, xidməti maşınımla hərəkət edirəm (gülür). Körpü deyirsiniz, Bakıda kifayət qədər körpü tikilib, amma yenə də problem həll olunmur. Götürək “20 Yanvar” meydanını. Ora Bakının ən ciddi nəqliyyat düyünlərindən biridir. Nəqliyyat Nazirliyi ilə işlədiyim vaxtlarda şəxsən özüm onlarla birgə məsələnin həll yolunu axtarmışam. Nəsə dəyişiklik edilib, ancaq yenə konkret bir nəticə əldə etmək mümkün olmayıb. Burda şəhər yol polisi də imkansızdır. Çünki o meydanda böyük ticarət obyekti var, o meydanda Sumqayıta və digər rayonlara işləyən maşınlar dayanır, orda böyük bir dövlət idarəsi, xəstəxana yerləşir. Əlbəttə orda maşın çox olacaq. Bunu yenə də insanlara və insanların şüuruna buraxmaq lazımdır. Bəzi ölkələrdə belə bir qanun var ki, həftənin tək günlərində tək nömrəli maşınlar, cüt günlərində cüt nömrəli maşınlar yola çıxır. Fikrimcə, bu da həll yolu deyil, əksinə insan hüquqlarını tapdalamaqdır. Mən hər gün sürə bilmək iqtidarında olmalıyam, amma şüurum da belə olmalıdır ki, “Bu gün mənə maşın lazımdırmı?” sualının cavabını tapa bilim. Tutaq ki, uşaq məktəbə gedir, gərək maşınla aparsın. Niyə? Çünki başqa uşaqlar maşından düşəndə onun uşağı da maşından düşsün. Bunlar hamısı şüura bağlı olan məsələlərdir.

- Elbay müəllim, Bakı, tıxac problemi, müasir tikililər - bunlardan danışacağıq. Ancaq mən istəyirəm, ilk növbədə, bu gün olduqca aktual məsələdən - Qarabağ və Qarabağda görüləcək memarlıq işlərindən söhbət açaq.

- Əlbəttə, Qarabağ olduqca mühüm mövzudur. Biz onun haqqında danışmaq üçün otuz ilə yaxın gözləmişik. Siz cavanlar o müddəti gözləməmisiniz. Mən bilirdim ki, gec-tez bu olacaq. Amma qorxurdum ki, birdən o günü görmərəm.

Qarabağda görüləcək iş çoxdur. Bəzi uzağı görməyən adamlar deyir ki, beş ilə yenidən hər şeyi bərpa edəcəyik. Bu, düzgün söhbət deyil, məsuliyyətsiz sözdür. Beş ilə hər şey düzələ bilməz. Oranı 28 ilə viran qoyublar. Əgər ermənilərin Qarabağda qalmaq niyyəti olsaydı, dağıtmazdılar, qurub-yaradardılar. Onlar bilirdilər ki, gec-tez oradan çıxacaqlar. Şuşada üç-dörd varlı adam özü üçün villa tikib, onlar da axmaqlıq edib, gərək düşünəydilər ki, mən bu boyda pulu bura qoyuram, sabah çıxıb gedəcəm. - Şuşada evinizin olmasını istəyərdiniz?

- Açığı, yox. Mən Bakıda doğulub, Bakıda böyümüşəm. Mənim üçün Bakıdan əziz yer yoxdur. Ötən il “Xarıbülbül” festivalı zamanı Şuşa ilə qarşılaşanda çox həyəcanlandım. Şuşaya çatanda, o dağı görəndə özümü saxlaya bilmədim, hönkür-hönkür ağladım. Ancaq Şuşada evimin olması barədə düşünmürəm. Şuşaya istədiyim vaxt getmək iqtidarında olam, o başqa şeydir.

- Axı Bakı da əvvəlki Bakı deyil.

- Əlbəttə, əvvəlki Bakı deyil. Ümumiyyətlə, şəhərlərin çox böyük bir üstünlüyü var, o da dəyişmək bacarığıdır. İnsanlar qocalır, ölür. Şəhərlər qocala-qocala dəyişməsə, onlar da ölər. Şəhərlər ona görə yaşayır ki, onlar öz simasını dəyişə bilir. Bəli, tarixi abidələr var ki, onları qoruyub saxlamaq lazımdır. Amma onu da unutmaq lazım deyil ki, şəhər simasını dəyişməsə, ölər. Məsələn, köhnə Qahirə. Köhnə Qahirə indi qəbiristanlığa dönüb, ancaq müasir Qahirədə həyat qaynayır.

Bakı, əslində, Xəzər sahilində kiçik bir qala olub. XIX əsrin ortalarında neft tapılandan sonra sürətlə inkişaf etməyə başlayıb. Bu gün gördüyümüz Bakının cəmi 200 il, ancaq tarixi Bakının 2000-dən çox yaşı var.

- Sizcə, dediyiniz o dəyişmək qabiliyyəti şəhərin ruhunu öldürmür?

- Şəhərin ruhu təkcə onun daşlarında deyil, şəhərin ruhu orda yaşayan insanlardadır. Altmışıncı illərdə deyirdilər ki, İçərişəhərin əhalisini köçürmək, bəzi abidələri söküb yeniləmək lazımdır. Nə yaxşı ki, o vaxt başa düşən adamlar bu layihəni yaxın buraxmadılar və dedilər ki, İçərişəhərdə əhali yaşamasa, İçərişəhər də yaşamaz. Cansız daşlarda nə ruh ola bilər? Heç bir şey. Onu ruhlandıran orda yaşayan insanlardır. İçərişəhərin də əlbəttə ruhu dəyişib. Mən ora tez-tez gedirəm. Orda mənə yaşlı içərişəhərlilər hələ də “qədeş” deyirlər.

- Qədeşsiniz?

- Bəli, o söz pis söz deyil ha. Onlar qədeş sözünü hörmət etdikləri adamlara deyirlər. Həyatdır da. Həyatda dəyişiklik mütləqdir. Bir də görürsən ki, deyirlər ki, biz qədim memarlığımıza qayıdaq. Əlbəttə, qədim memarlığımızı unutmamalıyıq. Ancaq bu gün şəbəkə ilə bina tikmək axmaqlıqdır. Əgər bu gün biz ayağımıza çarıq geyinib, başımıza əmmamə qoymuruqsa, niyə yaşadığımız mühit qədimi olmalıdır? Bu gün yaratdığımız əsərlər müasir olmalıdır. Necə ki, ədəbiyyat, sənət kino inkişaf edir, memarlıq da inkişaf etməlidir. Bu, mənim qəti fikrimdir: memarlıq yarandığı dövrə aid olmalıdır. Memarlıq çox məsuliyyətli işdir, rəssam bir rəsmi çəkir, xoşuna gəlməsə, atır emalatxananın bir küncünə, bir tərəfdə qalır, memar isə özü üçün oturub layihə çəkmir, burada sifarişçi, layihəyə pul ayıran kimsə olur. Memarlıq mühiti həm də insanı tərbiyə edir.

- Bu gün Sizcə, bizim tərbiyəmizi hansı memarlıq nümunələri pozur? Hansı binanı görəndə “Bu, burda olmamalı idi” deyirsiniz?

- Mən Bakının baş memarı işlədiyim dövrdə Milli Bankın təzə binasının tikintisi başladı. Halbuki mən bankın binasının Tbilisi prospektində tikilməsini istəyirdim və o cür sənədləşdirmişdim. Ancaq mənim razılığın olmadan binanın tikintisinə başladılar.

- Baş memarın imzası olmadan?

- Güclü adamlar idilər. Bu layihəni mənə gətirəndə imza atmadım, mən imza atmadan da tikintini başladılar və tikdilər. Açılış mərasimi zamanı rəhmətlik Heydər Əliyev çıxışında dedi ki, bu binanın tikintisində baş memar səhvə yol verib, əslində, bu bina burda tikilməli deyildi. Bu çıxış xronikada da, dövrün qəzetlərində də var. Sonra Heydər Əliyev yuxarıdan şəhəri seyr edirdi, mən də yanında dayanmışdım. Bir müddət keçəndən sonra dedim, Cənab Prezident, icazə verirsinizmi bir söz deyim? Dedi de. Dedim, mən nə bu binanın tikintisinə, nə də layihəsinə icazə vermişəm.

Bilirsiniz, mən uzun müddət Rəşid Behbudov küçəsindən keçəndə Milli Bankın binası tərəfə baxmırdım. Bir müddət keçdi, artıq bina mühitə uyğunlaşıb.

- Baş memar olduğunuz dövrdən danışdınız. Ancaq Sizin fəaliyyətinizdə mənim diqqətimi çəkən məqamlardan biri Bakının baş memarı və ya ittifaq sədri olmadığınız dönəmdə belə, öz ranqınızda qalmağınız olub. Biz Sizi onda da mühüm tədbirlərdə söz sahibi kimi görürdük.

- Deməli, mən 2001-ci ildə vəzifəmi tərk etdim. Daha doğrusu, o vaxt Bakı şəhərinin icra başçısı təyin olunmuş Hacıbala Abutalıbovla işləyə bilmədim. Ona dediklərimi başa düşmürdü. Əvəzində isə mən başa düşdüm ki, bərabər işləmək mümkün deyil və vəzifəmi tərk etdim. Vəzifədən gedəndən sonra da məni memarlıqla bağlı tədbirlərə dəvət edirdilər. Hətta bu tədbirlərə dəvət edəndə yoldaşım soruşurdu ki, sən axı, vəzifədə deyilsən, niyə dəvət edirlər?

- Hacıbala müəllimlə niyə işləyə bilmədiniz?

- Hacıbala müəllim bir qədər qeyri-standart düşüncəli insan idi. Bir dəfə bir layihə ilə bağlı mübahisəmiz olmuşdu. Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm. Mən də ona dedim ki, siz çox böyük adamsınız. Bunu deyib döndüm, çıxıb getdim. Bizim necə ayrılmağımızı hamı bilir. Hətta bu hadisəni Heydər Əliyevə də məruzə etmişdilər. Bu hadisədən bir ay sonra mənə “Şöhrət” ordeni verildi.

- Bu gün Bakının Baş Planı tamamlanmaq üzrədir. Memarlar İttifaqı Baş Planın hazırlanmasında hansı təklif, yaxud təşəbbüslərlə çıxış edib?

- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sıx əməkdaşlıq edirik. Onlar mühüm məsələlərdə bizə müraciət edirlər. Baş Plan hazırlanarkən dəfələrlə müzakirələr aparmışıq. Baş Plan artıq hazırdır, hətta ictimai müzakirələrdən də keçib, hazırda Nazirlər Kabinetində təsdiq mərhələsindədir. İndi Gəncənin Baş Planı hazırlanır və müəllif qrupu ilə imkan olduqca görüşürük, müzakirələr aparırıq.

- Sizcə paytaxtın bu gün hazırlanan Baş Planı əvvəlkindən nə ilə fərqlənəcək?

- Qabaqkı Baş Plan Sovet dövrünün tələblərinə uyğun idi, ancaq indiki Baş Plan bu cür deyil.

- Məsələn?

- Məsələn, o planda deyilirdi ki, bu tində bu bina olmalıdır, bu, düzgün deyil. Sovet dövrü üçün yarayırdı, çünki binalar dövlət tərəfindən tikilirdi. Bu gün bazar iqtisadiyyatıdır, bu gün tikintilərin əksəriyyətini iş adamları aparır, onlar da bunu öz vəsaiti hesabına görür və onların hüquqları var. Onlara, sadəcə, işi necə aparmaq gərək olduğunu demək lazımdır. Bu gün Baş Planın əsas vəzifəsi budur. Baş Plan, ilk növbədə, konseptual olmalıdır. Sonuncu Baş Plan isə kifayət qədər konseptualdır.

Ən əsas odur ki, Bakının yeni nəqliyyat sxemi demək olar ki, Baş Planın yarısı qədərdir. Çünki şəhərin rahatlığı, gözəlliyi onun nəqliyyat sxemindən asılıdır.

- Bu gün ekoloji problemlər kifayət qədər aktualdır və müasir şəhərlərin qurulmasında yaşıllaşdırma amili önəmli faktor kimi çıxış edir. Bizim bugünkü Bakımızda bu məsələ öz əksini tapırmı?

- Yaşıllaşdırma olduqca mühüm məsələdir. Baxın, görün son dönəmlərdə Bakıda nə qədər təzə park yaranıb. Təkcə Mərkəzi Parkı götürsək, ərazisi 30 hektardır. Əgər o parkın ərazisinə bu cür yanaşılmasaydı, orda obyektlər tikilsəydi, iş adamları ordan milyardlarla gəlir əldə edərdi. Ancaq bu gün həmin ərazi şəhərin qızıl torpağıdır. Kifayət qədər belə nümunə sadalamaq olar.

- Elbay müəllim, bir qədər də regionlardakı memarlıq abidələrimiz haqqında danışmaq istərdim. Bir memar olaraq Sizi o tikililər qane edirmi?

- Ümumiyyətlə, regionlarda memar kadrlarımızın azlığı müşahidə olunur. Əlbəttə, regionlarda həyat tərzi Bakıdan fərqlənir. Sovet dövründə belə bir qanun vardı, institutu bitirdikdən sonra dövlət sənin təyinatını mütəxəssisə ehtiyac olan regionlara verirdi. Bu gün prosesi bu cür aparmaq mümkün deyil. Universiteti qurtaran adam istəyir ki, Bakıda qalsın. Heç kim Bakıdan gedib Ağcabədidə işləmək istəmir. Regionlardakı problemin kökündə bu dayanır. Azərbaycanın rayonlarının əksəriyyətində kadr qıtlığı var. Məsələn, mən dünən İsmayıllıdan qayıtmışam. Ora gedəndə yolda gördüm ki, çölün düzündə otel tikiblər. Elə yerdə otel tikərlər? Şəhərdən ora 15 km məsafə var. Tutaq ki, turist gəldi bir gün qaldı, düşdü oteldə nəsə içdi, bəs ikinci gün? Bu adam şəhərə necə getsin, neynəsin orda?

- Kadr problemindən söz düşmüşkən, bu gün Azərbaycanda memarlıq təhsilindən razısınızmı?

- Razıyam.

- Bəs, onda niyə nəvəniz Elbay memarlıq təhsilini Azərbaycanda yox, xaricdə alır?

- Onun da əhvalatı var. Nəvəm Elbay burda məktəbi bitirəndən sonra test imtahanından 500 bal yığdı. Uşaqlıqdan da memar olmaq istəyirdi. Yaxşı əl qabiliyyəti var, yaxşı şəkil, çertyoj çəkir. Bizim Memarlıq və İnşaat Universitetinə qəbul oldu. Deməli, dərs başlanan gün mən Memarlar İttifaqının sədri kimi Gülçöhrə xanımla (Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova - A.S.) dayanmışdım. Birdən elan etdilər ki, bu ilin təzə tələblərindən söz verilir Elbay Qasımzadəyə. Gülçöhrə xanım diksindi. Dedi, siz nəvənizin bizim universitetə qəbul olduğunu mənə niyə deməmisiniz?

Onu da qeyd edim ki, o, həmin vaxt sənədlərini bir neçə xarici universitetə də göndərmişdi. Mən səbəbini soruşanda dedi ki, baba, mən Elbay Ənvər oğlu Qasımzadəyəm. Adımı görən kimi qiymət yazacaqlar, mənsə oxumaq istəyirəm.

- Oxuyub qurtarandan sonra qayıdacaq, Sizcə?

- Mütləq qayıdacaq. O, torpağa çox bağlıdır.

- Rəsmdəki odur? (masanın üzərində bizə gülümsəyən yaraşıqlı oğlan şəklini göstərirəm)

- Yox, o deyil. Bu, Sənandır, (köks ötürür) mənim 16 yaşı olmadan itirdiyim nəvəmdir...

- Üzrlü sayın, bilmirdim...

- 2014-cü ildə yol qəzasında vəfat edib. Bax, bu gün cümə axşamıdır, mən bu gün onun məzarını ziyarətdən gəlirəm. Mən hər cümə axşamı onun məzarını ziyarət edirəm. Nə vaxt xaricdə oluram, özümə yer tapa bilmirəm ki, uşaq məni gözləyir...

- Otağınızda onun fotolarını saxlamaq Sizi incitmir?

- Əksinə... Evdə də hər yerdə onun şəkilləridir. O aktyor olacaqdı. Deyirdi ki, Hollivuda gedəcək...

O yaraşıqlı oğlana bir də baxıram. Görəsən, yaşasaydı, indi harda olardı? İlk ağlımdan bu sual keçir. Ancaq sualımı özümə saxlayıb mövzunu dəyişirəm.

- Elbay müəllim, Prezident İlham Əliyevlə görüşdə Bakıda yeni rayonun yaradılması fikrini səsləndirmişdiniz. Bu istiqamətdə hansısa işlər görülürmü?

- Hə, mən onda demişdim ki, Bakının tarixi mərkəzini başqa rayonlardan ayırıb mərkəzi rayon yaratmaq lazımdır. Və həmin rayonun xüsusi reqlamenti və xüsusi statusu olmalıdır. Yadınızdadırsa, Cənab Prezident bu ideyanı çox bəyəndi, bu mövzu ilə bağlı yekun çıxışında fikirlərini bölüşdü və tapşırıqlar verdi. Bir neçə gündən sonra mənə zəng vurdular ki, mərkəzi rayonun sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı sənəd verim, mən həmin sənədi verdim. Prezidentimiz bu məsələni iki dəfə xatırlayıb və tapşırıqlarını verib. Lakin pandemiya, müharibə ilə əlaqədar işlər dayandı. Bu gün deyirlər ki, birinci növbədə Qarabağdır, birinci növbədə oranı həll edək. Mənə elə gəlir ki, məsələ təkcə bu deyil, burada müəyyən maraqlar var. Təsəvvür edin ki, əgər yeni rayon yaradılarsa, dörd rayonun ən qiymətli, ən baha olan əraziləri onlardan alınacaq, Məncə, burada kifayət qədər güclü müqavimət var. Ancaq onu da bilirəm ki, bir gün Prezidentin yenə yadına düşsə, cəzalandıracaq. Mütləq cəzalandıracaq.

- Kimin başı ağrıyacaq?

- Bilmirəm, ancaq kimlərinsə başı mütləq ağrıyacaq.

- Elbay müəllim, istər işğaldan azad olunan ərazilərdə, istərsə də digər bölgələrimizdə abidələrin bərpası zamanı Sizcə xarici təcrübə, xarici mütəxəssisə üstünlük verilməlidir, yoxsa yeri mütəxəssislərə?

- Üstünlük əlbəttə yerli mütəxəssislərə verilməlidir. Nə qədər bacarıqlı mütəxəssis olsa da, xaricdən gələnin qəlbində o daşa məhəbbət olmayacaq. O daşı yalnız onunla yaşayan insan başa düşə bilər. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu var, 1996-cı ildə qəbul olunub, o qanunun müəlliflərindən biri mənəm. Həmin qanun hazırlananda mən ora bir bəndi əlavə etdim. Orada yazılır: “Xarici vətəndaşlar Azərbaycan Respublikasında memarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan memarı ilə bərabər fəaliyyət göstərməlidir”. O qanunu poza bilmirlər, ancaq əvəzində çox vaxt belə bir şey edirlər. Deməli, bir xarici firmanı çağırırlar, gəlir, guya yerli mütəxəssis tapırlar, onun üç manatını verirlər və deyirlər ki, qarışma. Mənə də belə təkliflər edənlər olub. Mən şəxsən o təklifi edənləri qovmusam. Özü də kimləri! Amma yaxşı məqamlar da var. Misal üçün, Gəncənin Baş Planını bir Fransa şirkəti hazırlayır, ancaq bizim yerli memarlarla birlikdə. Əlbəttə, orda belə neqativ hallara yol verilmir.

- Təbii ki, abidənin konservasiya, yoxsa restavrasiya olunmasına abidənin vəziyyətinə görə qərar verilir. Ancaq istisna hallar var ki, burada bərpaçının, memarın qərarı daha çox spesifik yanaşmaya görə verilir. Siz bir memar olaraq restavrasiyaya daha çox önəm verirsiniz, yoxsa konservasiyaya?

- Bəzən bizim bərpaçılar dağılmış abidələri ehtiyac olmadan yenidən tikirlər, nə kərpic o kərpic olur, nə daş o daş. Əgər hər dağılan abidəni tikmək lazım olsaydı, Kolizeyi də, Parfenonu da yenidən tikərdilər. Bərpa o binada aparılar ki, orada sınıqlar azdır. Yarıuçuq binanı bərpa etmək olmaz. Bu prinsip mütləq nəzərə alınmalıdır.

Naxçıvanda bərpa adı ilə Nuhun məqbərəsini (Nuh Peyğəmbər türbəsi – A.S.) təkrar tikiblər, özü də zavod kərpicindən. Memarlar İttifaqının binasını təmir edəndə mən qapının cəftələrini də çıxarmağa qoymadım. Hər şey insanlardan asılıdır. Biz çox vaxt xoşumuza gəlməyən məsələni dövlətin, məmurların üstünə yıxırıq.

- Bildiyim qədəri ilə Ağdamda tikiləcək dram teatrının binasının layihəsini işləmisiniz.

- İlk növbədə, onu qeyd edim ki, Şuşa mədəniyyət paytaxtımızdırsa, Ağdam da Qarabağın, Şərqi Zəngəzurun iqtisadi mərkəzi, ən böyük yaşayış məntəqəsidir. Yeni Baş Plana əsasən, Ağdamın 100 min əhalisi olacaq. Mən hesab edirəm ki, Ağdam o bölgənin iqtisadi və siyasi mərkəzinə çevriləcək.

Teatra qaldıqda, bəli, mən bu layihəni hazırlamışam. Layihədə dram teatrı, kitabxana, muğam mərkəzi, muzey əksini tapır. Köhnə dram teatrının ki, təkcə arkaları qalıb mən oranı da layihəyə daxil etmişəm. Bunu etməkdə məqsədim Ağdamın əvvəl necə olduğunu göstərməkdir.

- Siz İttifaqa rəhbər gələndən sonra nələr dəyişdi, əvvəlki neqativ hallardan nəyi dəyişə bildiniz?

- Memarlar İttifaqında neqativ hal olmayıb, fəaliyyətsizlik olub. Onun da müəyyən səbəbləri var. Çətin dövrlər idi, müstəqil ölkənin ilk dövrləri idi. Bir dönəm İttifaqın rəhbəri həm də nazir Abbas Ələsgərov idi. Hər iki vəzifədə işləmək, əlbəttə, çətindir. Bu kimi məqamları nəzərə almaq lazımdır. Bu gün isə Memarlar İttifaqı işləyir, bir sözlə, biz işləyirik.

- Misirin ehramları, Romanın Kolizeyi, Parisin Eyfel qülləsi, bəs Azərbaycanın?

- Qız qalası...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"BSU-da 3 illik təhsilə görə Dürdanə Əliyevaya 8250 manat verdim" - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Zamantv.az APA-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda iki nəfər şahid ifadə verib.

Şahid qismində ilk olaraq, Bakı İslam Universitetinin məzunu olmuş, sonradan əlavə təhsil üçün BSU-ya müraciət edən Təranə Ağayeva ifadə verib.

Şahid bildirib ki, 2018-ci ildə təhsildə sosial-psixologiya ixtisasına qəbul olmaq üçün universitetə müraciət edib. Daha sonra Dürdanə Əliyeva ondan təhsil ödənişi üçün 2500 manat pul istəyib: "Dürdanə xanımın otağına daxil olan kimi salam vermədən birbaşa neçə min gətirdiyimi soruşdu. Həmin vaxt bir anlıq çaşıb qaldım ki, dövlət universitetində belə şey olar? Mənə dedi ki, 2500 manat verməlisən, amma elanda 1500 manat yazılmışdı. Razılaşıb ilkin olaraq 1500 manat verdim. Üstündən bir müddət keçəndən sonra mənə zəng edib dedilər ki, sənin diplomunda problem var. Dürdanə Əliyeva mənə dedi ki, Təhsil Nazirliyi sənin diplomunu tanımır. Dedi nazirlikdə tanışım var, 3 min manat ver ona deyim həll etsin. Həmin 3 min manatı da verdim. Bir müddət dərslərdə iştirak etdim".

Şahid ifadəsində 3 illik təhsil müddətində Dürdanə Əliyevaya ümumilikdə 8250 manat pul verdiyini bildirib. Şahid deyib ki, son ödənişi ötən ilin noyabr ayının 8-də təqsirləndirilən şəxsə şəxsən ödəsə də, sonradan öyrənib ki, Dürdanə Əliyeva bir gün əvvəl işdən çıxarılıbmış.

Təqsirləndirilən şəxs şahidin ifadəsinə münasibət bildirərək, deyilənlərin yanlış olduğunu deyib. D.Əliyeva bildirib ki, Təranə Ağayevadan əlavə İslam Universitetinin dörd nəfər məzunu həmin vaxt təhsil alıb, onların heç birində problem olmayıb. O bildirib ki, diplom saxta olsaydı, şahid imtahanlarda iştirak edə bilməzdi.

Daha sonra şahid qismində Zərdab rayon sakini Elnur İmamzadə ifadə verib. Şahid bildirib ki, 2020-ci ildə nişanlı olduğu Elnurə Abdullayevanın əlavə təhsil almaq istəməsi ilə bağlı Bakı Slavyan Universitetinə müraciət edib. Universitetdə işləyən tanışları Fərrux adlı müəllim əlavə təhsil üçün 1600 manat pul verməli olduqlarını deyib: "1600 manatı verdik. Sonradan nə isə problem oldu, Fərrux müəllim 1600 manatı geri qaytardı. İş də alınmadı”.

Prosesdə şahidin hazırkı ifadəsi ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğu üçün əvvəlki ifadəsi elan olunub. Şahid əvvəlki ifadəsində Dürdanə Əliyeva ilə görüşdüyünü və nağd şəkildə 1600 manat pul verdiyini deyib.

Proses yanvarın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ermənistan konstitusiyasından “soyqırım”la bağlı istinadlar çıxarılacaq, gerbdə isə Ağrı dağı olmayacaq” - Şarmazanov
“Ermənistan konstitusiyasından ermənilərin “soyqırımı” ilə bağlı ifadə çıxarılacaq, ölkənin gerbi və himni dəyişdiriləcək”. Bu barədə Respublika Partiyasının spikeri Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb.

“Rejim konstitusiya “islahatları” elan edib. Bəs türklərlə bayraqsız danışıq aparan kapitulyantların “konstitusiya islahatları”nda məqsəd nədir?

Çoxları idarəetmə sisteminin dəyişdirilməsində israr edəcək. Amma indiki rejimin əsas məqsədi bu deyil.

Belə bir fikir var ki, islahatların məqsədi Üçüncü Cümhuriyyətin “səhifəsini” bağlamaq və dördüncü “Cümhuriyyət”in “yeni” dövrünü elan etməkdir. Bunun baş verməsi üçün isə Ermənistanın dövlət-milli maraqlarına xidmət edən “erməni soyqırımı”nın tanınması və pislənməsi ifadəsini çıxarmaq lazımdır”, – Şarmazanov yazır.

Partiya üzvü onu da qeyd edir ki, bununla paralel olaraq dövlət rəmzləri - himn və gerb dəyişdirilə bilər: “İstisna etmirəm ki, gerbdən Ağrı dağı yığışdırılacaq”.
virtualaz.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Niyazi Bayramov Gəncədə dövləti belə talayır - İdman Sarayının tikintisi adı ilə...
Dekabr ayının 17-də Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üzrə keçirdiyi tenderə yekun vurması ilə bağlı dövlət satınalmalarının vahid internet portalında “Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 181 600 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat yerləşdirib. Burada təəccüblənməyə bilmədik. Sözügedən İdman Sarayı qızıl suyunamı çəkilir, qiymətli daş-qaşlarlamı bəzədilir ki, 4 ildir tikintisi davam etdirilir, amma bitmir ki, bitmir.

Xatırladaq ki, Gəncə şəhərində İdman Sarayı inşa edilməsi haqqında sərəncamı Prezident İlham Əliyev hələ 13 noyabr 2017-ci ildə vermişdi. Sərəncama əsasən İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. İdman Sarayının tikintisinə 2018-ci ilin mart ayında, sabiq İcra başçısı Elmar Vəliyevin dönəmində başlanılıb. Gəncədəki məlum hadisələrdən sonra, 28 avqust 2018-ci ildən Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir və İdman Sarayının sifarişçi funksiyaları da bir başçı kimi onun nəzarətinə keçir.

Bəs 2018-ci ilin mart ayından inşasına başlanan tikilidə işlər niyə ləng gedir və hər il külli miqdarda dövlət vəsaiti ayrılmasına baxmayaraq İdman Sarayının istifadəyə verilməsi nədən uzadılır? Bu kimi suallara mətbuat vasitəsi ilə bir neçə dəfə cavab axtarmağa çalışmışıq. Lakin Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri bu suallara cavab verməmişlər. Artıq beşinci ilinə keçmiş İdman Sarayının tikintisinin başa çatdırılmasının niyə bu qədər uzandığına aydınlıq gətirilmir, açıqlama verilmir. Burada vəsait çatışmazlığından söhbət gedə bilməz. Çünki rəsmi dövlət qurumları işin davam etdirilməsi üçün müqavilələrin bağlınıldığı barədə məlumatlar yayıb və ayrılan vəsiatlər də, görülən işlər də ortadır.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar əsasısında apardığı araşdırmalarda son üç il ərzində tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda vəsaitin ayrıldığı ortaya çıxır. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən ən son tenderdə İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üzrə 5 000 000 manat məbləğində satınalma müqaviləsi 12.08.2021-ci il tarixdə “RÖVŞƏN OĞUZ QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıldığı göstərilir.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilmiş məlumatlara görə Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 14.03. 2019-cu il tarixdə 4 000 000,00 manat, 09.04.2020-ci il tarixdə 4 600 000 manat, 06.10.2020-ci il tarixdə 1 800 000 manat, 19.03.2021-ci il tarixdə 9 400 000 manat, 12.08.2021-ci il taixdə 5 000 000 manat məbləğində satınalma müqavilələri bağlayıb ki, ümumi olaraq 24 800000 manat təşkil edir.

Göründüyü kimi bütün bu rəqəmlər İqtisadiyyat Nazirliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalında yerləşdirilib. Yəni, demək istəyirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən portala yanlış, qeyri dəqiq məlumatlar yerləşdirməz. Bütün bunlar tenderlər keçirildikdən sonra qalib şirkətlə bağlanan müqavilələr üzrə ayrılan dövlət vəsaitləridir ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma prosedurları zamanı mütləq göstərilməlidir.

İcra Hakimiyyəti İdman Sarayının layihələndirilməsi işlərinə isə 30.04.2020-ci il tarixdə 400 000 manat, 15.04.2021-ci il tarixdə isə tikintinin layihə-smeta səndlərinin hazırlanması ( əlavə və dəyişikliklərə əsasən) işlərinin satın alınması üzrə 418 400 manat məbləğində satınalma müqavilələrini “BAŞAK PROJE VƏ DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu isə idman sarayının tikintisinin başlandığı gündən bu günə qədər üst-üstə 25 milyon 618 min manata yaxın dövlət vəsaiti deməkdir.

Biz buraya Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə 24 iyun 2020-ci ildə 3,0 (üç) milyon manat vəsaitin ayrıldığı məlumdur.

Bütün bu məlumatlardan da göründüyü kimi dörd il ərzində Gəncədə İdman Sarayının tikintisinə 28 milyon 618 min manat ayrılıb. Amma İdman Sarayının tikintisi hələ başa çatdırılmayıb. Tikintisi hələ başa çatdırılmamış, şəkillərdə gördüyünüz İdman Sarayına 28 milyon manatın xərcləndiyi nə dərəcədə realdır, qoy Niyazı Bayramov aydınlıq gətirsin. Ötən il Gəncəyə səfəri zamanı Niyazi Bayramovun Prezident İlham Əliyevə İdman Sarayı barədə məlumatlar verdi. Prezident İlham Əliyev də dərhal İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə 3 milyon manat ayırdı. Bəs görəsən yuxarıda təqdim eydiyimiz şəkildə ölkə başçıs İlham Əliyevə göstərdiyi maketdəki görüntünü almaq üçün bundan sonra Niyazi Bayramova nə qədər vəsait lazım olacaq?

Aktualinfo.org
Niyazi Bayramov Gəncədə dövləti belə talayır - İdman Sarayının tikintisi adı ilə...
Niyazi Bayramov Gəncədə dövləti belə talayır - İdman Sarayının tikintisi adı ilə...
Niyazi Bayramov Gəncədə dövləti belə talayır - İdman Sarayının tikintisi adı ilə...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur”
Xəbər verdiyimiz kimi, Şamaxıda baxımsız qalan uşaqlarla bağlı fakt Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb. Daha sonra isə uşaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə götürülüb.
Zamantv.az yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kamalə Ağazadə isə məsələ ilə bağlı yeni iddialar səsləndirib.
O bildirib ki, daha əvvəl məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib:
“Əvvəla onu deyim ki, bu ailə ilə bağlı ilk müraciətim keçən il yayda Şamaxı İcra Hakimiyyətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə olub. Onda da dəhşətli görüntüləri göndərdim aidiyyəti qurumlara. Təəssüf ki, nəticəni bu gün yayılan videoda gördünüz.
Bu uşaqlar zorakılıq, hətta deyərdim ehtimalla fiziki zorakılıq qurbanlarıdır. Hətta azyaşlıların “Mehman yanımızda qalırdı” ifadəsi məni başqa şübhələrlə qarşı qarşıya qoyub. İnanın təcrübəmə, mütləq orda seksual hərəkətlərə təhrik çıxacaq. Əlbəttə ki, bu, qurumlar üçün o qədər də maraqlı olmaz. Ancaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün bu ehtimalları araşdırmaq maraqlı olar”.
O qeyd edib ki, uşaqların anası onlarla maraqlanmayıb:
“Ana cinayətə meylli biri kimi araşdırılsın. Bütün kənd bundan qorxur və ya qorxmur, abırsızdan abrını saxlayır. Qonşuların dediyinə görə, uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur, bu da uşaqların hansı təhlükələrlə qarşılaşdığından xəbər verir. Halbuki kənd camaatı dəfələrlə bu ailə haqqında icra nümayəndəsinə, bələdiyyəyə bildirib. İcra hakimiyyəti nümayəndəsinin bildirdiyinə görə, bu dəfə (amma anlamadım niyə keçən dəfə müraciət edəndə yox) uşaqlar dövlət himayəsinə keçəcək”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO