[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəstə çox, dərman baha: Azərbaycanda sağalmaq niyə günbəgün çətinləşir? - HƏQİQƏTƏN DƏ...
"Zamantv.az" xəbər verir ki, Bugünlərdə Tarif (qiymət) Şurasının qərarı ilə Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Son günlər ölkədə digər məhsullarla yanaşı, dərman qiymətlərində də artım müşahidə edilir. Qonşu ölkədə isə bunun əksinə, dərman qiymətlərinin ucuzlaşacağı bildirilir. “Bu gün Türkiyə bazarı açıldı, haradan ki, yüksək keyfiyyətli, ancaq münasib qiyməti olan dərman vasitələrinin ölkəyə idxalını nəzərdə tutur”.

Bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili qeyd edib. Nazirin dediyinə görə, uyğun qərara dünən imza atılıb. O qeyd edib ki, bu qərar tezliklə Gürcüstandakı dərman vasitələrini ucuzlaşdıracaq:

“Biz bu gün dövlət fərmanına imza atdıq, uyğun olaraq artıq Türkiyə bazarı açıq elan olunur və Türkiyədən yüksək keyfiyyətə malik GMP standartlarına uyğun dərman vasitələri idxal olunacaq. Bildiyiniz kimi, bunun mahiyyəti haqqında açıq şəkildə söhbət etdim, qiymətlər arasındakı fərq hiss olunacaq dərəcədə böyükdür, ən ehtiyac olunan dərmanların qiyməti bizdə 10 laridirsə, Türkiyə də həmin dərmanların qiyməti 1-2 laridir. Buna görə qərara gəldik ki, Türkiyə bazarı açaq. Bu qərar bu gündən etibarən qüvvədədir və ümid edirəm ki, idxalçılar Türkiyədən yüksək keyfiyyətli dərmanları gətirəcəklər, hansılar ki, əhəmiyyətli dərəcədə Gürcüstandakı dərman vasitələrinin qiymətlərini aşağı salacaq".

Qeyd edək ki, Azərbaycanda hələ ötən ilin son aylarından apteklərdə bir sıra dərmanları tapmaq mümkün deyildi. Bunun səbəbini soruşduqda isə satıcılar əsasən bir cavab verirdilər:

“Bu dərman depoda da yoxdur”. Artıq bir sıra dərmanların “depodan tapılması” nəticəsində baha qiymətlərə apteklərə “axın” etməsi isə onu göstərir ki, demək səbəb elə qiymət məsələsidir. Yəni dərman qiymətlərində də artım müşahidə edilir. Məsələn, Türkiyədə istehsal edilən dərmanlardan biri həmin ölkədə 9 manatdırsa, Bakıda onu 20-25 manata almaq mümkündür.

Əgər qonşu Gürcüstanda dərmanlar daha da aşağı qiymətə satılacaqsa, ölkəmizdə əksinə, qiymət artımına əsas səbəb nədir? DİA.AZ-ın məlumatına görə, həkim-farmokoloq Aydın Əliyev Cebhe.info-ya bildirib ki, bu gün virus, immun sisteminin zəifləməsi və bununla əlaqədar müxtəlif xəstəliklərin çoxalması ilə dünyada, o cümlədən ölkəmizdə xəstəliklərin aktuallaşmaşı nəticəsində dərman sənaye qazanıb:

“Dərman bazarında isə istədikləri qiyməti diqtə edirlər. Digər tərəfdən, ölkəmizdə müharibədən əvvəl hökumətin dərman zavodunun açılması ilə bağlı qərarı var idi. Mən də bunu alqışlamışdım. Yerli istehsalla bağlı önəmli iki məqamlardan biri odur ki, ölkəmizdə istehsal edilir və alimlərimiz cavabdeh olurlar. Eləcə də yerli istehsal zamanı qiymət də ucuz ola bilər. Bu gün dünyada dərman sənayesi silah satışından sonra ikinci yerdə durur. Maraqlıdır ki, heç bir nefti, qazı olmayan Gürcüstan alıb ucuz satır, bizdə isə əksinədir. Tarif Şurası ancaq qiyməti artırmaq üçündürsə, onda heç bu quruma ehtiyac yoxdur. Sadəcə bildirsinlər ki, qiymət belədir. Ancaq digər məqam odur ki, əgər xaricdən dərman gətiririksə, qiymət artır. Bununla yanaşı, dərman ixdalında monopoliya olmamalıdır. Mən həkim kimi deyirəm ki, dərmanların qiymətinin artımı düz deyil. Çünki o dərmanları almağa pul lazımdır. İmmun sistemi də zəifdir, ərzağın da çoxu xaricdən idxal edilir və əksəriyyət də keyfiyyətsizdir. Nəticədə insanlar həkimlərə müraciət edirlər. Yəqin ki, dərman satışı ilə bağlı bir gün çox ciddi qərarlar olacaq, əks təqdirdə Tarif Şurası gündə bir qərar verir. Əhalinin vəziyyətini nəzərə almaq lazımdır. Nəticədə də həkimlər ortada qalır. Ancaq həkimlər dərman gətirmir, qiymət müəyyənləşdirmir. İnsanın sağlam olması üçün yaşadığı mühitin təmiz ərzağı ilə qidalanmalı, suyunu içməli, havasını qəbul etməlidir. Azərbaycan hökuməti dərman zavodlarını açsa, həm qiymət baxımından sərfəli olar, həm də keyfiyyətinə özümüz cavab verərik. İstərdim ki, dərman zavodları tez işə düşsün. Əks təqdirdə maxinatorlar keyfiyyəsiz dərmanlar da gətirəcək, istədikləri qiyməti də tətbiq edəcəklər və bunun qarşısını almaq çox çətin olacaq”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, əhalinin pandemiya dövründə alıcılıq gücünün aşağı düşməsi, dərman məhsullarına olan tələbin artması, məsələn, əhalinin 2021-ci ildə 24 faiz dərman xərcləri artıb və belə şəraitdə hökumət çalışmalıır ki, bazarda dərman qiymətləri optimallaşsın:

“Bu gün iddia oluna bilər ki, Tarif Şurası yuxarı həddi müəyyən edir və bu, onun qarşısını alan mexanizmdir. Ancaq hər kəs bilir ki, əksər dərmanlar bazarda Tarif Şurasının müəyyən etdiyi qiymətdən daha baha satılır. Burada atılacaq ən mühüm addımlardan biri, bizdə yerli istehsalın zəif olduğunu nəzərə alsaq, qısamüddətli dövrdə ölkəyə idxal olunan dərman vasitələrinin rüsum və ƏDV azad edilməsidir. Həmçinin dərman dövriyyəsinin, dərman ticarətinin topdan və pərakəndə satış hissəsinin vergilərdən azad edilməsinə ehtiyac var. Çünki bu, bizdə istehsal edilmir, insanlar səhhəti ilə bağlı çox zəruri məhsullardır. Hökumət burada müvafiq mövqe ortaya qoymaqla neft gəlirlərinin daha ədalətli bölüşdürülməsi istiqamətində bir addım atmış olur. Çünki dərmanı hər kəs, yoxsul da, zəngin də istifadə edir. Gəlirlərin paylaşmasında çox vacib mexanizmlərdən birinə çevrilə bilər. Uzunmüddətli dövrdə istehsal istiqamətli dəstək və təşviq mexanizmləri formalaşdırıla bilər”.

Ekspertin sözlərinə görə, dünyanın bir çox dərman şirkətləri daha əlverişli fəaliyyət mühiti axtarırlar: “Son illər Çin, Pakistan, Banqladeş bu istiqamətdə kifayət qədər bazar payına malik olmaqdadır. Xüsusilə də Hindistan əhəmiyyətli səviyyədə dərman istehsalında öz bazar payını genişləndirib və böyük şirkətləri ölkəyə cəlb edə bilib. Dərman şirkətləri hər zaman bu istiqamətdə təşəbbüslərə meyillidirlər. Hökumət inkişaf strategiyasında müvafiq məqamları nəzərə almalı, xüsusilə də xarici investisiyanın bu sahəyə cəlb edilməsinə çalışmalıdır. Çünki bu sahədə bizim təcrübəmiz çox azdır. Bizdə istehsal olunan məhsullar dünya bazarlarına çıxarıla bilmir, tələblərə cavab vermir. Xarici investisiyanın və təcrübənin bazarda olması çox vacib bir məsələdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arvadını qətlə yetirən şəxs məhkəmədə feministləri günahlandırıb - TƏFƏRRÜAT
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Zamantv.az" APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Təqsirləndirilən şəxs ifadəsində ailəsində yaşanan problemlərə görə feministlərin də günahkar olduğunu deyib. F.Qarayev bildirib ki, həyat yoldaşını düşüncə baxımından feminist olan Nigar adlı xalası qızı və başqa şəxslər yönləndiriblər: "Özü də mənə etiraf etdi ki, onu öyrədirlər. Deyirlər ki, sən onun üçün uşağa baxansan? Şikayət elə, əvvəl-axır tutacaqlar, sən də alimentini, sosialını alıb öz həyatını yaşayacaqsan".

Həyat yoldaşından 18 yaş böyük olan təqsirləndirilən şəxsin sözlərinə görə, o, Sevinclə qeyri-rəsmi evli olub. Bu, onun ikinci evliliyi olub, onların altı il davam edən evlilikdən iki övladı var.

Təqsirləndirilən şəxs deyib ki, son illərdə münasibətləri gərgin olub. Həyat yoldaşı üç dəfə ondan polisə şikayət edib, nəticədə barəsində CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb: "Əvvəl feministlər hay-küy saldılar, maddəni ağırlaşdırdılar, sonra yenidən 128 elədilər. Bir neçə dəfə uşaqları gah qonşuya, gah bacımgilə atıb getmişdi. Şikayət eləyirdi, sonra özü şikayətini geri götürürdü, üzr istəyirdi ki, barışaq".

Prosesdə təqsirləndirilən şəxs zərərçəkmiş tərəfin nümayəndəsi Zibeydə Sadıqovanın suallarını cavablandırarkən bildirib ki, işə gedəndə həyət qapısını bağlayıb, açarı da gizlədirmiş. O, 2021-ci ildə Novruz bayramı ərəfəsində mərhum həyat yoldaşını ağacla möhkəm döydüyünü də etiraf edib.

Füzuli Qarayev həyat yoldaşını qətlə yetirdiyinə görə peşman olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə)maddələri ilə cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“KİMLƏRSƏ “QARA BAZARA” PAS ÖTÜRÜR” – “Dövlətin iqtisadi qüdrətini sarsıdırlar”
"Son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb, amma bizim banklarımızdan dollar almaq xeyli çətinləşib, bəziləri ümumiyyətlə satmır. Digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi ilə alır".

Zamantv.az "AzPolitika.info"ya istinadən xəbər verir ki, bunları iqtisadçı, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. O, yuxarıda qeyd etdiyi paradoksu “tapmaca” adlandırır və onun cavabını tapmağa çalışır: "Əvvəla, banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon alarlar. Deməli, ala bilmirlər, Mərkəzi Bank satışı məhdudlaşdırıb.

Digər tərəfdən, bankların özləri də dollar satışını məhdudlaşdırıb. Deməli, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika artır. Dollara tələbat da artır. Devalvasiyanın olacağı haqda söz-söhbət də artır. Axı 2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi".

Devalvasiya olacaqmı? Əkrəm Həsənov deyir ki, böyük ehtimalla olmayacaq. O, bunun səbəbi kimi 2015-ci ildən fərqli olaraq neftin qiymətinin yüksək olmasını göstərir: "Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Üstəlik, qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır: iqtisadi problemlər və sosial narazılıq arta bilər".

Bəs onda nə baş verir? Ekspert yeganə ehtimal kimi kimlərinsə "qara bazar"a pas ötürdüyünü, yəni onu təşviq etdiyini güman edir: "Dollara çox ehtiyacı olan sahibkarlar naəlac qalıb "qara bazar"a üz tutur və oradan istədiyi qədər dolları alır. Təbii, bankların məzənnəsindən yüksək qiymətlə. Ümumiyyətlə, ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20 000 manatlıq limitin nəticələrindən biri elə "qara bazar"ın aktivləşməsidir. Kimlərsə yaman himayə edir bu "qara bazar"ı".

Onlar kimlərdir? Ə.Həsənov "qara bazar"ı stimullaşdıranları “cinayətkarlar” adlandırır: "Amma o da ola bilər ki, onlar özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər. Misal üçün, məsələni yuxarılarda elə təqdim edirlər ki, guya bir güllə ilə iki quş vururlar:

1) Devalvasiya baş vermir və əhalinin mütləq əksəriyyətinin narazılığı baş vermir. Sadə insanların xırda dollar ehtiyacları qarşılanır;

2) Valyuta ehtiyatları çox ərimir, çünki iri dollar satışları "qara bazar" vasitəsilə yüksək məzənnə ilə satılır.

Mən bilmirəm, mövcud vəziyyəti kimlər yaradıb. Axmaqlar, canilər, yoxsa ingilisdilli qlamur "ağıllılar". Təkcə onu bilirəm ki, bu əməllə dövlətin iqtisadi qüdrətini sarsıdırlar. Hələ də başa düşmürlər ki, dövlət qanunlarla idarə olunmalıdır. Oyun qaydalarına riayət olunmalıdır. Rəsmi məzənnə varsa, onunla da valyuta mübadiləsi əməliyyatları məhdudiyyətsiz həyata keçirilməlidir".

İqtisadçı vurğulayır ki, əks halda, dövlətə etimad azalır, xüsusən sahibkarlar tərəfindən. "Axı, son nəticədə mövcud vəziyyətdən əziyyət çəkən məhz onlardır. "Qara bazar"a göndərilən də onlardır, səssiz-səmirsiz ziyana uğrayan da onlardır. Əllərində olan layihələri icra edə bilməyən, yeni müqavilələr bağlamaqda əziyyət çəkən onlardır. Ən əsası isə, ölkədə sahibkarlıqla məşğul olmaq istəyən, bura pul yatırmaq istəyən potensial sahibkarların sırası azalır. Deməli, get-gedə pul da azalacaq, iqtisadi aktivlik də", - Əkrəm Həsənov vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ətin bahalaşmasına təsir edən AMİLLƏR: - "Yeni sistemə keçid baş verməsə,.."
“Ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir və bu fonda fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır”. Zamantv.az yenicag.az-a istinadən xəbər verir ki, bunu mal və qoyun ətinin qiymətinin bahalaşmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçıya görə, ətin bahalaşmasına təsir edən bir neçə amillər var:

“Bunlardan biri plansız pambıq sevdasının örüş yerlərini və yem bazasını azaltmasıdır. İlin əvvəlində dizelin qiymətinin 34 faiz artırması da aqrar sektorda dalğavari qiymət artımına start verib. Eyni zamanda yem qiymətləri 40-50 faiz civarında bahalaşıb və buna görə də fermer qiymət artırmağa məcburdur. Ümumiyyətlə, ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir. Bu fonda fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır və onlar da qiyməti qaldırmalıdır ki, öz gündəlik xərclərini ödəsinlər. Əslində toyların bərpası, bayramlar təlabatı artırmağa başladı ki, bu da qiymətin bahalaşmasına təsir edən səbəblərdən biri oldu. Reallıq budur ki, mövcud iqtisadi və idarəetmə modeli ilə qiymətlər daim artacaq. Yeni sistemə keçid baş verməsə, bunun qarşısını almaq mümkünsüz olacaq”.

Qeyd edək ki, yanvar ayının ilk ongünlüyündən mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10,5-11 manata satılıb. Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arası dəyişir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-dan yeni əməliyyat - Həbs olunanlar var
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu barədə (DTX) İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, DTX tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İran İslam Respublikasının Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaq müddətində məlum olmuşdur ki, S.Hüseynov “Abuzər” ləqəbli şəxsin, E.Novruzbəyov isə Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmuşlar.

Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyandan hiyləgər gediş: - “Ermənilərlə güc dilində danışmalıyıq”
“Ermənistanın müvafiq dövlət qurumları, xüsusən də, xarici işlər və müdafiə nazirlikləri Baş nazir Nikol Paşinyanın tezislərinə, göstərişlərinə artıq tam tabe olmur”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda sülh əleyhinə olan müəyyən qüvvələr münaqişəni yenidən gündəmə gətirmək və vəziyyəti gərginləşdirməyə çalışırlar:

“İnanmıram ki, Ermənistanın vəziyyətə təsir etməsi üçün potensialı var. Ermənistan hökuməti son iki ayda müəyyən dərəcədə müsbət addımlar atıb”.

Maraqlıdır, hazırda Paşinyan hakimiyyətinin fərqli açıqlamlar verməsinin əsas səbəbi nədir? Həqiqətən dövlət qurumları Baş nazirə tabe olmur? DİA.AZ-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Nikol Paşinyan faktiki olaraq öz komandasının lideridir:

“Onun dediklərini komandasının üzvləri yerinə yetirirlər. Hansısa fərqli bəyanatların səsləndirilməsinin səbəbi, Paşinyanın onların dili ilə Azərbaycana və beynəlxalq aləmə mesaj göndərmək istəməsidir.

Ona görə də Paşinyanın hökumətinin yarısının fərqli şəkildə düşündüyü doğru deyil. Çünki Paşinyan da, digər erməni liderləri kimi həddindən artıq məkrli və hiyləgərdir.

O, ikiüzlü olduğu üçün sözünü başqasının ağzı ilə dedirtdirir. Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, amma komanda üzvləri buna mane olduğunu düşünmək sadəlövh yanaşmadır. Hesab edirəm ki, belə bir şey yoxdur və birmənalı şəkildə bütün dövlət qurumları Paşinyana tabedir.

Lakin onun nə deyib-deməməsindən asılı olmayaraq Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atmağa məcbur qalacaq. Ümumiyyətlə, biz ermənilərlə güc dilində danışmalıyıq və bütün sahələrdə güclü olmalıyıq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hər zaman əlimiz tətikdə olmalıdır... - Başqa yolu YOXDUR!
Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair sualları cavablandırıb. Dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən rəsmi İrəvana istər yekun sülh sazişi, istərsə də sərhədlərin delimitasiya və demorikasiyası ilə bağlı bir sıra ciddi mesajlar verib.

“Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi”;“Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir"

Bəs görəsən, Ermənistana yönəli mesajlardan sonra rəsmi İrəvan ölü nöqtədən tərpənəcəkmi? Yekun sülh sazişinə nə vaxt mümkün olacaq? DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a açıqlamasında bildirib ki, “6 ay sonra nələrin olacağını görəcəyik”,- deyən Prezident İlham Əliyev Ermənistana sərt xəbərdarlıq etdi: “Yəni, əgər Ermənistan öz öhdəliklərini yerinə yetirməzsə, Azərbaycanın sülh və normal qonşuluq münasibətlərini qəbul etməsə, delimitasiyanın başlanmasını istəməsə, biz bu təklifi uzun müddət masada saxlayan deyilik. Həmçinin Ermənistan tez bir zamanda bizim ərazi bütövlüyümzü tanımasa, Azərbaycan da öz dədə-baba torpaqları olan Zəngəzur, Göyçə, İrəvan istiqamətində fəaliyyət həyata keçirə bilər. Qarşı tərəf bunu da başa düşməlidir ki, əgər dövlət başçısının da qeyd etdiyi kimi Ermənistan üzərinə düşən öhdəliklərini yerinə yeriməzsə, müstəqilliyi sual altına düşə bilər. Zaman o qədər də çox deyil. Bundan sonra baş verəcək hadisələrin bütün məsuliyyətini Ermənistan rəhbərliyi daşıyacaq”.

Siyasi şərhçi Ermənistan və Azərbaycanın beynəlxalq hüquqa münasibətinə də diqqət çəkib : “Rəsmi İrəvandan fərqli olaraq,Azərbaycan beynəlxalq hüququn aliliyini nəzərə alaraq imzaladığı Bəyanatlara tam olaraq əməl edir. Qarşı tərəfdən də eyni münasibəti gözləyir. Təəssüf ki, Ermənistan hər zaman olduğu kimi dəyişməyən siyasət xəttini davam etdirdirir. Bu səbəbdən tərəflər arasındakı münasibətlərin tənzimlənməsi istiqamətində müharibədən sonra keçirilən görüşlər o qədər də müsbət nəticə vermədi. Demək ki, erməni xislətinin ikiüzlü, yalanla dolu siyasəti dövlət sənədlərinə də öz təsirini göstərir. Ona görə də biz Ermənistan rəhbərliyinin heç bir sözünə, vədinə inanmamalıyıq”.

E.Səftərov tərəflər arasında imzalana biləcək yekun sülhə sazişinə diqqət çəkib:“Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxmasını tələb edən, BMT tərəfindən qəbul edilmiş dörd qətnaməyə əməl etməyən işğalçı dövlət sülh müqaviləsi imzalansa da, ciddi yanaşmayacağını dövlət başçısı da vurğuladı. Əlbəttə 30 ilə yaxın müddətdə işğalçı dövlətin simasız və sülhə aparmayan siyasət xəttini rəsmi Bakı çox gözəl bilir”.

Siyasi şərhçiyə görə, məhz bu səbəbdən ölkəmizdə ordu quruculuğu daha da gücləndirilir : “Belə ki, Azərbaycanda sosial- iqtisadi sahələrdə görülən işlərlə paralel olaraq hərbi quruculuq məsələləri da planlı şəkildə davam etdirilir. Türkiyə, İsrail kimi ölkələrdən müasir və ən yüksək standartlara cavab verən silahlar alınaraq ordumuzun texniki bazası gücləndirilir. Həmçinin daha hazırlıqlı qoşun növləri olan Komando birliklərinin sayı artırılır. Bu günə kimi bir neçə Komando hərbi hissəsi yaradılıb ki, bunlar da dağ-meşə relyefində döyüşə bilən və istənilən düşmən təxribatlarına adekvat cavab verən hazırlıqlı qoşun növləridir. Diqqət çəkən məqamlardan biri də 44 günlük Vətən müharibəsinin bitməsindən dərhal sonra Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan ordularının müxtəlif aspektlərdə hərbi təlimlərinin keçirilməsidir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ
Zamantv.az : - Astara şəhər sakini Sədaqət Hüseynova son illər pensiyası kəsilən Azərbaycan vətəndaşlarından biridir. Deməsinə görə, üstəlik, bununla bağlı ona heç bir xəbərdarlıq da edilməyib və pensiya kartına altı aydır ki, pul oturmur. O, əlavə edir ki, bu altı ayda xəstə olduğunu sübut etmək üçün idarələrə ayaq döyüb...

"11 il idi əlillik pulu alırdım"
"Anadangəlmə sağ ayağımda problem var idi. Müalicə ala bilmədim, ayaq sıradan çıxdı. Ayaqda qan yaxşı işləmir. Çətinliklə yeriyirəm. Əmək qabiliyyətini itirmişəm. Evdə xırda-para işləri görürəm. 11 il idi əlillik pulu alırdım. İlk dövrlərdə 100 manat alırdım, sonra 250 manat oldu...".

"Yeddi nəfər içində bir nəfər də işləyən yoxdur"
Ağlayır: "...16 ildir ərim məni atıb. Ərimdən ayrılandan sonra ata evimdə qalıram. Valideynlərim sağ olanda elə də problemlərim olmurdu. Onlar rəhmətə getdilər, qara günlərim başladı. Yaşadığım evdə bacım, qardaşım da qalır. Həyətdə bir qardaşım da yaşayır. Onun da iki oğlu var, yeddi nəfərik. Bu yeddi nəfər içində bir nəfər də işləyən yoxdur. Bacım əmək pensiyası alır. Hamımız onun himayəsində yaşayırıq. Hamımız ona yükük...".

Onun sözlərinə görə, Astara Rayon Mərkəzi Xəstəxanası onun xəstəliklə bağlı sənədlərini ikinci dəfə müvafiq orqanlara göndərməyib: "Xəstəxanada olmuşam. Dedilər, burda yat, yatdım. Baş həkim dedi ki, sənə pensiya düşmür. Bakıda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olmuşam. Sənəd də gətirmişəm ki, yararsızam. Mənə dedilər ki, sənədlər Bakıya göndərilib. Amma göndərməyiblər".

"Mənim başımı aldadırlar"
O aldanıldığını düşünür: "Mənim başımı aldadırlar. Necə olar ki, şikəst adamı sağlam çıxartsınlar? Yazıblar ki, mən xəstəxanada yatmamışam. Müalicə həkimində günah yoxdur, baş həkim əməl etmir".

O deyir ki, indi sağlam adamlar iş tapa bilmir: "Baş həkim xəstəxanada mənə fəhlə işi versin, işləyim. Belə də biabırçılıq olar? Pis vəziyyətdə yaşayıram. Axı əlil adamın çörəyini necə kəsmək olar?! Son ümid yerim pensiya idi. Evim yox, çörək bahalaşıb... Hər kəs özünü güclə saxlayır".

"Qadın pensiyasına möhtac olan ölkədə..."
O deyir ki, yeganə övladını da dolandıra bilmir: "Bir övladım da var. O da bacımın üstündədir. Aliment də almıram. Qızım təhsil alır, onun da təhsil haqqı var. Pul ödəyə bilmədiyim üçün onu qovmaq istəyirlər. Uşaqdır, geyinmək, keçinmək istəyir. Onun da yanında üzüqarayam. Heç kim heç kimi başa düşmək istəmir. Bu hökumət pensiyama qalıb? Qadın pensiyasına möhtac olan ölkədə necə yaşayasan?".

"Qohumların hamısı kasıbdır,..."
Sədaqət Hüseynovanın qardaşı Səttar Hüseynov: "Ayağının aşağı hissəsi işləmir. Pensiyasını xəbərdarlıq etmədən kəsiblər. Etdiyimiz şikayətlər də nəticə vermir. Yeni illə bağlı yardımlar etdilər, ona vermədilər. Bütün günü gözyaşı tökür. Ona ürəyim yanır. İş yoxdur, işləmirəm. Hər işdə işləyərəm. Ona kömək edərdim. Mən özüm də əmək pensiyası alan bacımın əlinə baxıram. Qohumların hamısı kasıbdır, özlərini güclə dolandırırlar".

Sədaqət Hüseynovanı müalicə edən həkim Etibar Cəlilov da deyir ki, o, xəstəxanada müalicə alıb: "Onu yazmışıq, yenidən müayinə olunmalıdır. Onun sənədlərini göndərmişdik, imtina gəldi".

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkmi Oqtay Əmənullayev isə bunları bildirdi: "Mən onu tanımıram. Gəlsin müraciət eləsin, araşdıraq. Vətəndaşdır, şikayətinə baxarıq. Amma, elə vətəndaşlar var ki, tələb edir. Halbuki, tələb etdiyi mümkün deyil".

Tibbi-Sosial Ekspert Komissiyasının cavabı...
Sədaqət Hüseynovanın adına gələn Tibbi-Sosial Ekspert Komissiyasının 0226003AAH18 nömrəli göndərişində əlillik dərəcəsinin verilməsindən imtina edilib. "...Rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Həkimin rəyi: Xəstənin hazırkı vəziyyəti, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr, anamnestik məlumatlar dəqiqləşdirilib ətraflı qeyd edilsin. Uzun müddət xəstə olmasına baxmayaraq, stasionar reabilitasiya müalicələri haqda məlumat qeyd edilməyib. Xəstəyə stasionar müalicə tövsiyə edilir", - sənəddə yazılıb.

Sədaqət Hüseynova isə deyir ki, iki dəfə ayağından əməliyyat olunub. Üstəlik, vurğulamasına görə, keçmiş dövrlərdən fərqli olaraq indi xəstəxanada yatmaq ciddi xərc tələb edir...

Onun dediklərinə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən münasibət almaq mümkün olmayıb. Son illər Azərbaycanda rəsmilərin bildirməsinə görə, minlərlə şəxsin pensiyası kəsilib. Onlar bunu prosesin şəffaflaşdırılması ilə izah edirlər./dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub - DETALLAR
Zamantv.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna bir sıra dəyişikliklər edilib.

Qurumun Beynəlxalq Əlaqələr Baş İdarəsi ləğv olunub və onun səlahiyyətləri bir neçə başqa struktur arasında bölüşdürülüb.

Bundan başqa, Xidmətin tərkibində Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi, Xidmətin aparatında isə Protokol bölməsi yaradılıb.

Yeni struktur vahidlərinin rəhbərliyinə hələlik təyinat yoxdur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO