[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 "Azərbaycan Laçın dəhlizində post quracaq" - Başqa yolu YOXDUR!
"Prezident İlham Əliyevin rus sülhməramlı qüvvələrlə bağlı narazılığını ifadə etməsi, "Laçın dəhlizinə nəzarət edirik” qeydləri göstərir ki, rəsmi Bakı Laçın dəhlizində post qoymaq planına malikdir”. Zamantv.az sfera.az-a istinadən bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, sülhməramlı qüvvələrin fəaliyyəti Azərbaycanın təhlükəsizliyinə təhdiddir:

"Azərbaycanın Laçın dəhlizinə nəzarəti bərpa etməsi mümkündür. İlk növbədə Qarabağda Ermənistan öz silahlı qüvvələrini geri çəkməlidir. Əgər, Ermənistan Qarabağa əsgər göndərməsə, yerli ermənilərdən bu qədər "özünümüdafiə qüvvələri" təşkil edilə bilməz. Bu baxımdan Ermənistandan Qarabağa mülki geyimdə hərbiçi göndərilməsinin qarşısı alınmalıdır”.

Politoloq bildirib ki, Ermənistan tərəfi və Rusiya, silahlı erməni birləşmələrini bu ərazidən çıxarmasa, Azərbaycan tədbirlər görə bilər: "Bundan əlavə, Ermənistanla danışıqlarda ilk növbədə bu məsələ gündəlikdə olmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhbus atası Prezidentdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT
Redaksiyamıza Penitersiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Əhmədov İbrahim Talıb oğlunun atası Astara rayon Pəlikeş kənd sakini Talıb Əhmədov tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış müraciətin bir surəti daxil olub. Zamantv.az xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.

Müraciətdə deyilir:

Hörmətli cənab Prezident!
Yazaraq Sizə bildirmək istəyirəm ki, mən Talıb Əhmədov Astara rayon Pəlikeş kənd sakiniyəm. Neçə illər kənd məktəbində müəllim işləmişəm və eyni zamanda kiçik maldarlıq təsərrüfatı ilə məşğul olmuşam. İki dəfə ailə həyatı qurmuşam, doqquz övladım var.

Övladım Əhmədov İbrahim Talıb oğlu rayonda olan narkotacirlərin toruna düşərək 2014-cü ildə MTN (DTX) tərəfindən həbs edilib. O, mülki həyatda olan vaxtlarda olduqca zəhmətkeş, ailəcanlı, dürüst bir övlad idi. O, mənim kiçik təsərrüfatımda olan mal-qaraya çobanlıq edirdi. Həqiqi hərbi xidmət dövründə sürücü vəzifəsində xidmət aparmış və komandirləri tərəfindən nümunəvi əsgər kimi təltifə layiq görülmüşdür. Anası isə hələ o, uşaq yaşlarında ikən vəfat etmişdir. Mən isə ona həm ata, həm də ana əvəzi olmağa çalışmışam. Ümumiyyətlə isə övladlarımı kasıbçıqla böyütmüşəm.
Məhbus atası Prezidentdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT

Az öncə qeyd etdiyim kimi övladım İbrahim 2014-cü ildə həbs olundu və 15 il 6 ay (on beş il altı ay) müddətinə azadlıqdan məhrum edildi.

Hörmətli cənab Prezident! Sizi məlum etmək istəyirəm ki, hazırda maddi durumumuz olduqca aşağı səviyyədədir. Kasıbçılıq ücbatından Penitersiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən övladım Əhmədov İbrahim Talıb oğlunu ziyarət etməyə gedə bilmirəm. Əlbətdə məhkumlar dövlətin himayəsindədir. Lakin, bəzən elə olur ki, yetim balam İbrahim məndən pul istəyir, mən isə onun istəyini yerinə yetirə bilmədiyim üçün param-parça oluram. Həmçinin səhətində problem vardır. Bəzən dövlət tərəfindən edilən müalicələrdən əlavə özümüz bahalı dərman pereparatları alıb göndərməli oluruq.

O, cavan olmasına baxmayaraq həqiqətən də çox baracarıqlıdır. Cəza çəkdiyi müəssisədə kiçik ətir biznesi ilə məşğul olması mümkündür. Bunun üçün isə Sizin köməkliyinizə ehtiyacım var.
Sizdən çox xahiş edirəm, gözü yolda qalan övladım İbrahimin müəssisə daxilində "qramla ətirlər biznesi" ilə məşğul olub, öz maddi ehtiyaclarını qarşılaya bilməsi üçün tapşırıq verəsiniz.

Bizə edəcəyiniz belə bir böyük yaxşılığa görə Sizə öncədən öz minnətdarlığımızı bildiririk. Uca Allah Sizi qorusun!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Böyük Britaniyadan Rusiyaya xəbərdarlıq
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Rusiyanı Ukraynaya hərbi müdaxiləyə qarşı xəbərdar edib.

Zamantv.az xəbər verir ki, Avstraliyada səfəri zamanı çıxış edən nazir Rusiya prezidenti Vladimir Putini "böyük strateji səhvə yol verməməyə" və iddia olunan təcavüz planlarından əl çəkməyə çağırıb.

Trussun fikrincə, işğal onu göstərəcək ki, Kreml “tarixdən dərs almayıb”. Nazirə görə, irimiqyaslı hərbi əməliyyatlar çoxlu sayda insanın, o cümlədən Rusiya hərbçilərinin də itkisinə səbəb olacaq. Bu kontekstdə o, Sovet İttifaqının Əfqanıstanda, Rusiyanın da Çeçenistanda apardığı müharibələri xatırladıb.

Truss həmçinin Rusiyanın özünün Ukraynanın ərazi bütövlüyünü qorumaq öhdəliyi götürdüyü 1994-cü il Budapeşt Memorandumunu yada salıb.

Britaniyalı nazirin sözlərinə görə, Rusiyanın işğalı halında Qərb Rusiyaya qarşı “çox ciddi sanksiyalar” tətbiq edəcək. Bundan əlavə, Britaniya Ukraynanı silahla təmin edir - bu yaxınlarda, xüsusən də, Moskvada tənqidlərə səbəb olan tank əleyhinə silahların tədarükü elan edilib.

Truss öz çıxışında həm Putini, həm də Çin lideri Si Tsinpini kəskin tənqid edib. O, Rusiya və Çini Belarus, Şimali Koreya və Myanma kimi ölkələrin rəhbərliyinə dəstək verən “diktatura ixrac edən qlobal təcavüzkarlar” adlandırıb.

Britaniyalı nazirin sözlərinə görə, qlobal təcavüzkarlar hazırda İkinci Dünya Müharibəsindən sonra ən güclülərdir. Onlara ancaq dünya demokratik dövlətlərinin birliyi – “azad dünya” müqavimət göstərə bilər.

Onun fikrincə, Qərb ölkələri Avstraliya, İsrail, Hindistan, Yaponiya və İndoneziya kimi dövlətlərlə əməkdaşlıq etməlidir. Britaniyalı nazir deyib ki, Qərb də Avstraliyanın Çinlə ticarət asılılığını necə azaltdığı kimi Rusiyadan iqtisadi asılılığını azaltmaq barədə düşünməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İbrahim Rəisi Moskvadan niyə əliboş dönüb? - İNCƏLƏMƏ...
İran prezidenti İbrahim Rəisi Moskvaya gələrək rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb. Zamantv.az reyting.az-a istinadən xəbər verir ki, “Al-Monitor” bu barədə təhlilində yazır ki, İran prezidenti görüşdə deyib: "Biz Rusiya ilə münasibətlərimizin güclü və hərtərəfli olmasını istəyirik. Bu əlaqələr qısamüddətli və ya mövqeli deyil, daimi və strateji xarakter daşıyacaq".

ABŞ nəşri daha sonra qeyd edir:

“İran prezidenti rusiyalı həmkarına Tehranın Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmasını asanlaşdırdığına görə təşəkkür edib”.

İran lideri, həmçinin “İran və Rusiya arasında Suriyada terrorla mübarizədə çox yaxşı əməkdaşlıq təcrübəsi olduğunu” qeyd edib.

“Bu təcrübə onun genişləndirilməsi və digər sahələrdə istifadəsi üçün ilkin şərtlər yarada bilər. Mövcud şəraitdə iqtisadiyyat, siyasət, mədəniyyət, elm, texnologiya, müdafiə və hərbi sahələr, o cümlədən təhlükəsizlik və kosmos sahələrində əməkdaşlığı inkişaf etdirmək mümkündür”.

Öz növbəsində Putin, digər məsələlərlə yanaşı, Əfqanıstandakı vəziyyəti də qeyd edib:

“İndi, əlbəttə ki, həm siz, həm də biz Əfqanıstanda yaranan vəziyyətdən narahatıq. Mən sizinlə bütün bu məsələləri müzakirə etmək, bu problemlə bağlı mövqeyinizi bilmək istərdim”.

İran prezidentinin Rusiyaya səfəri öncəsi gözləntilərin və bəzi bəyanatların əksinə olaraq, Rəisinin səfəri böyük irəliləyiş əldə edə bilmədi və çətin ki, iki ölkə arasında münasibətləri yeni keyfiyyət müstəvisinə çıxarsın. Hər iki tərəf xüsusilə ticari-iqtisadi əlaqələri gücləndirməyə çalışır, baxmayaraq ki, qarşılıqlı fəaliyyətin hərbi-siyasi ölçüsünün inkişafına əlavə təkan verilə bilər.

İran keçən ay Rusiya ilə strateji əməkdaşlıq haqqında 20 illik sazişi yekunlaşdırmağa yaxın olduğunu açıqlasa da, hələlik görünən odur ki, tərəflər onun şərtləri ilə bağlı razılığa gələ bilməyiblər. İran prezidenti sazişin yeni layihəsini Moskvaya gətirib və Putinə baxılmaq üçün təqdim edib. Əgər bu variant son nəticədə rədd edilərsə, bu, bütün dost ölkələrlə uzunmüddətli əməkdaşlıq müqavilələri bağlamağa çalışan Tehran üçün yeni məyusluq ola bilər.

“Biz rusiyalı həmkarlarımıza iki ölkə arasında ən azı 20 illik perspektivləri müəyyən edə biləcək strateji əməkdaşlığa dair sənədi təhvil verdik”, - deyən İran prezidentinin sözlərinə görə, “[İran və Rusiya arasında] ticarət-iqtisadi əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurmur... Biz ticarət-iqtisadi əməkdaşlığımızın səviyyəsini bir neçə dəfə artıra bilərik”.

Bu razılaşma uzunmüddətli durğunluq mərhələsi ilə üzləşmiş Rusiya-İran ticarət-iqtisadi münasibətlərini canlandıra bilər. 2021-ci ildə ölkələr arasında ticarətin "rekord" həcmi - 3,3 milyard dollar - böyük uğur hesab edilməməlidir. Müqayisə üçün qeyd edək ki, Rusiya ilə Türkiyə arasında ticarət hər il təxminən 22-25 milyard dollar təşkil edir.

Bundan əlavə, Tehran Rusiyanın dövlətə məxsus “Rosatom” şirkəti tərəfindən yaradılan Buşehr AES-in tikintisinə görə hələ də borclarını ödəməyib. Amerika sanksiyaları həm də ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafına mane olur. Digər dövlət qurumu olan Rusiya Dəmir Yolları ABŞ-ın sanksiyaları ilə bağlı qorxular səbəbilə 2020-ci ilin aprelində İrandakı layihələrinin icrasını dayandırıb. Öz növbəsində, bu qərar Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması üzrə Rusiya-İran təşəbbüsü çərçivəsində digər proqramların həyata keçirilməsinə mənfi təsir göstərir.

Həmçinin, Rəisinin Moskvaya səfəri zamanı hərbi-texniki əməkdaşlıq haqqında sazişin bağlanması ilə bağlı şayiələr yayılıb ki, bu saziş İranın Rusiyadan ümumilikdə 10 milyard dollarlıq hərbi texnika, o cümlədən “S-400” hava hücumundan müdafiə sistemləri və “Su-35” qırıcıları almaq imkanını nəzərdə tuturdu.

Lakin bu o demək deyil ki, belə bir razılaşma yaxın gələcəkdə meydana çıxmayacaq. Adının çəkilməməsi şərti ilə “Al-Monitor”a danışan rusiyalı hərbi analitik deyib ki, Rusiya silahlarının İrana tədarükü üzrə müqavilələrin faktiki məbləği 2 milyard dolları bir qədər keçə bilər ki, bu da Moskvanın Tehrana kredit olaraq verməyə hazır olduğu məbləğdir.

Rəisinin Moskvaya səfərinin daha böyük əks-səda doğuracaq hərbi-siyasi aksiyalardan biri də Rusiya, Çin və İran arasında Hind okeanında planlaşdırılan birgə hərbi dəniz təlimləridir. Qarşıdan gələn təlimlərin elanı iki ölkə lideri arasında aparılan danışıqlar fonunda verilib.

Qeyd edək ki, İran prezidentinin gəlişindən bir gün əvvəl Sakit Okean Donanmasının “Varyaq” raket kreyseri, “Admiral Tributs” böyük sualtı qayıq əleyhinə gəmisi və iri dəniz tankeri “Boris Butoma”dan ibarət gəmilər dəstəsi İranın Çahbahar limanının yol kənarında lövbər salıb.

Bundan əlavə, İranın silahlandırdığı Yəmən husi üsyançıları səfər ərəfəsində Əbu-Dabidəki neft infrastruktur obyektlərinə hücumun məsuliyyətini öz üzərlərinə götürüblər. Tehranın razılığı olmadan belə bir hərəkət mümkün olmazdı. Bu kimi hadisələr Fars körfəzində ümumi təhlükəsizlik sisteminin formalaşdırılması və müvafiq konfransın çağırılması ilə bağlı Rusiyanın təşəbbüslərini daha aktual edir.

“İranlıları və ərəbləri bir araya gətirəcək, İranın müzakirə mövzusu olmayacağı və hər bir tərəfin öz narahatlıqlarını masaya qoyacağı konfrans. Raketlər təkcə İranda deyil. Ərəblər də raket istehsalını inkişaf etdirirlər. Bu və ya digər şəkildə digər ölkələr arasında fikir ayrılığına səbəb olan Yəmən, Suriya, İraq və bir çox başqa qaynar nöqtələrlə bağlı narahatlıqlar konfransda müzakirə olunmalıdır. Bu, bizim konsepsiyamızdır”, - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rəisinin Rusiyaya səfəri ərəfəsində bildirib.

Putin və Rəisi İranın nüvə proqramı ilə bağlı problemləri də müzakirə ediblər.

Xüsusilə, Putinin dediyi kimi, rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan İranın nüvə proqramı üzrə 2015-ci ildə imzalanmış sazişin bərpası ilə bağlı rəsmi Tehranın mövqeyini bilməsi Moskva üçün vacibdir.

Putin Rusiya-İran danışıqlarında deyib:

“Əlbəttə, JCPOA ilə bağlı sizin mövqeyinizi bilmək mənim üçün çox vacibdir”.

Tehran yəqin ki, bu məsələdə Moskvadan daha çox dəstək almaq istəyir, lakin hələlik Rusiyanın yanaşması kifayət qədər balanslı görünür.

Lavrovun şərhlərinə görə, İranın nüvə proqramı ilə bağlı dialoqda “real irəliləyiş” var - xüsusən də, İran və ABŞ-ın hər iki dövlətin “xüsusi narahatlıqlarını” tanımaq və onların “məsləhətlə necə həll oluna biləcəyini” anlamaq istəyi.

“Ümid edirik ki, razılıq əldə olunacaq. Bunun üçün İran tərəfinin mümkün qədər realist olması və [Beynəlxalq Atom Enerjisi Agentliyi ilə] əməkdaşlıq etməsi və bu danışıqlar prosesinin Qərb iştirakçılarının vaxtaşırı İrana qarşı tənqidi fikirlər səsləndirərək, psixoloji gərginlik yaratmağa çalışmaması vacibdir. KİV-də bununla bağlı tələblər irəli sürülür”, - Lavrov bildirib.

TASS-ın İrandakı müxbiri və Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Nikita Smaqin “Al-Monitor”a deyib: “İki ölkə arasında Suriyada davam edən uğurlu qarşılıqlı əlaqəni unutmaq olmaz. Yaxın Şərqdə Tehran və Moskva bir-birinə sığmayan qüvvələrdir və bu əməkdaşlığın günləri sayılmaqdadır. Bütövlükdə tərəflər maraqların üst-üstə düşməsi üzərində cəmləşmək və sistemli şəkildə əməkdaşlığı qurmaq mümkün olduqda yanaşmaya gəliblər. Burada sıçrayışlı həllər nadirdir, lakin asta və əziyyətli iş yeni nəticələr əldə etməyə imkan verir. Rəisinin Rusiyaya budəfəki səfərinə də məhz bu mənada baxmaq lazımdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğuzun icra başçısının bu kənddən xəbəri varmı? - Sakinlər ÇARƏSİZ DURUMDA
Oğuzun Baş Daşağıl kəndi Azərbaycanın turizm imkanları geniş olan məkanlarından biri olsa da, problemləri də bitmir.

Yayı cənnət, qışı isə olduqca şiddətli soyuq, şaxtalı, daim qarlı kəndin ən başlıca problemlərindən biri də mavi qaz problemidir.

Təəssüflər olsun ki, qonşu ölkələrə mavi yanacaq satan Azərbaycanın bir çox bölgələri kimi Oğuz da diqqətdən kənarda qalıb, elə Baş Daşağıl kəndi buna əyani sübutdur. Amma burada əsas problemlərdən biri də yerli məmurların kəndə və onun mövcud durumuna biganə münasibətidir. Zamantv.az -ın məlumatına görə, sakinlər "Arqument.az"a deyirlər ki, bu problemlə bağlı dəfələrlə müraciət etsələr də, heç nəticə yoxdur.

Oğuz Rayon İcra Hakimiyyəti isə sakinləri taleyin ümidinə buraxıb. Belə ki, kənd sakinlərinin qaz problemi ilə bağlı etdiyi şikayət və müraciətlər hiddətlə qarşılanır.

Kəndin təbiəti yayda hamının diqqətini özünə çəksə də, kimlərsə bu kəndə, sadəcə, gəlir mənbəyi kimi sahib çıxmağa çalışır. Amma problemlərini dilə gətirənləri əllərinin arxası ilə geri çevirir, sakinlərin çəkdiyi əziyyəti görməzdən gəlirlər.

"Avazları yaxşı gəlir, oxuduqları "Quran" olsa..."

Sakinlər rayonun deputatı Aqiyə Naxçıvanlıya da dəfələrlə müraciət ediblər, hətta kənd sakinləri ilə görüşündə də bunu dilə gətiriblər.

Bir müddət bundan öncə isə yazılı şəkildə müraciət ediblər.

Deputat lazımi tədbirlərin görüləcəyinə dair söz verib, amma, sadəcə, söz verib və vədi elə söz olaraq da qalıb...

Bir neçə dəfə problemlə daha yaxından tanış olması üçün onu kəndə də dəvət ediblər, amma gəlməyib.

Cavabsız məktublar...

Çarəsiz sakinlər SOCAR-a, Prezident Adminstrasiyasına, Birinci vitse-prezidentə müraciət ediblər, amma deyirlər ki, şikayətləri həmin qurumlara çatmayıb.

Onların sözlərinə görə, müvafiq urumlara göndərilən saysız-hesabsız məktublar hələ də cavabsızdır.

200-ə yaxın ailə, 1300-ə qədər sakin 3 ildən çoxdur ki, qaz probleminin həllini ümidlə gözləyir. Amma belə görünür ki, daha çox gözləməli olacaqlar.

Daşağıllıların problemləri təkcə bununla bitmir.

Sakinlər deyirlər ki, kəndin məktəb problemi mövcuddur. Belə ki, məktəb binasının kiçikliyi, texniki vəsaitlərdən rahat istifadə edə bilmək üçün imkanların azlığı məktəbin və daha doğrusu, kəndlilərin başlıca problemidir.

Baş Daşağılın bütün problemlərinin həlli daşdan keçir. Daşağıl - sanki bu ad elə kəndin qismətinə yazılıb və problemləri ilə düz mütənasibdir...

Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda gizlənən separatçı-cinayətkarları Bakıya necə gətirməli - AKTUAL
Qarabağda Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənən separatçı tullantıları cəzasız qaldıqca özlərini daha həyasız aparırlar. Belə ki, bu günlərdə mifik qurumun mifik “xarici işlər naziri” David Babayan və komik “dövlət naziri” Artak Beqlaryan Minsk Qrupu və fransalı prezidentliyə namizəd Valeri Pekres haqda sərt açıqlama verən Azərbaycan Prezidentini təhqir ediblər.

Beqlaryan üstəlik, xam xəyallara dalaraq sayıqlayıb ki, “artsax” gec-tez müstəqil dövlət kimi tanınacaq. O, “peşəkar ordu”dan da dəm vurub, lakin hələlik “artsax ordusu”na çağırışların davam edəcəyini söyləyib. Separatçı başı Araik Arutunyan isə geydirmə “artsaxın özünü müdafiə naziri” Kamo Vardanyana “general-leytenant” rütbəsi verilməsi haqda saxta “sərəncam” imzalayıb.

Bəs Azərbaycan dövləti və onun başçısının ünvanına belə hədyanlar söyləməyə davam edən, qanunsuz “sərəncamlar” imzalayan bu cinayətkarları tutub necə Bakıya gətirməli? Bunun bir sonu olacaqmı? Bəlkə sülhməramlıların yeni komandanına və ya Rusiya rəhbərliyinə müraciət etmək lazımdır: Bunun faydası olarmı? Yaxud bəlkə zərgər dəqiqliyi ilə bir antiterror əməliyyatı keçirməyin vaxtı çatıb? Ümumiyyətlə, nə etməli? Çünki bu ünsürlər getdikcə daha da azğınlaşırlar. Əlavə edək ki, onların hər üçünü Azərbaycan beynəlxalq axtarışa verib. 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndinə əsasən isə qanunsuz silahlı dəstələr Rusiya sülhməramlıları ərazidə yerləşən kimi çıxarılmalı idi. Bəs, məsələnin həll yolu nədir?

DİA.AZ xəbər verir ki, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”ın suallarına cavabında bunları söylədi: “Separatçı qurum və onların tör-töküntüləri də başa düşürlər ki, ən çoxu kimlərinsə əlində vasitə və oyuncaq ola bilərlər. Çünki hazırda onların statusu quldur dəstəsindən və ya terror təşkilatlarından heç nə ilə fərqlənmir. Sual oluna bilər ki, onlar hansı vəsaitlə ordu saxlayırlar, idarəçi aparata malikdirlər, hansı sənaye potensialları var? Yaxud nə vaxta qədər öz havadarlarının maddi dəstəyi ilə yaşayacaqlar və ya daha doğrusu mövcud olacaqlar? Fransalı prezidentliyə namizəd Valeri Perkes və digərlərinin qanunsuz, daha doğrusu, qaçaq yolla gələrək, bir ovuc tör-töküntü ilə görüşməsi bunları hələ də hansısa xam xəyallarla yaşamağa ürəkləndirir. ”Peşəkar ordu" adı ilə regiona yenə də terror dəstələrini gətirməyə yönəlik meyllər artıb. Son vaxtlar Ermənistan da onlardan üz döndərib, diaspora ümumiyyətlə, az miqdarda maddi dəstək göstərsə də, heç bir perspektivə inanmır".

A.Nağıyevin sözlərinə görə, bu quldurlar hələ ki, sülhməramlı missiyanın arxasında gizlənərək müxtəlif ləyaqətsiz, şərəfsiz bəyanatlar səsləndirilər: “Bilirlər ki, ən yaxşı halda onların vasitəsilə qaça biləcəklər. Artıq yerli əhali də başa düşür ki, sonluq o qədər də uzaqda deyil: ya gizli yolla qaçmaq, ya da bir-bir məhv edilmək, eyni zamanda beynəlxalq hüquq müstəvisində mühakimə olmaq onların qisməti, son dayanacaqlarıdır. Məlumdur ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən Araik Arutunyana qarşı Cinayət Məcəlləsinin 15 maddəsi ilə cinayət işi qaldırılıb və axtarışdadır. Bu maddələrin ən ağır maddələr olduğunu o, özü də başa düşür və sonluğun çox acınacaqlı olacağını dərk edir. Sadəcə olaraq həm özü, həm də komandası bu gün Fransa və digər havadarların çətir altında gizlənirlər”.

Deputatın sözlərinə görə, tərəfimizdən istər antiterror, istərsə də digər əməliyyatların keçirilməsi mümkündür ki, bu cinayətkarların sonuna çıxaq: “Lakin hazırda əsas məsələ sərhədlərin tam bağlanması, yəni delimitasiya və demarkasiya prosesləri, Ermənistanı sülh sazişini imzalamağa məcbur etmək və ərazi bütövlüyümüzün tanınması, təbii ki, böyük qayıdışı həyata keçirməkdir. Zənnimcə, bu məsələlərin həlli Arutinyan və digərlərinin sonu deməkdir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, istənilən dövlət üçün nəzarət edə bilmədiyi ərazilərdə onun əleyhinə yönəlmiş hərəkətlərin, o cümlədən cinayətlərin qarşısını sivil yolla ala bilməsi adətən qeyri-mümkün olur: “Xankəndindəki separatçı rejimin 30 ildən çox mövcudluğu Azərbaycana qarşı ən böyük dövləti cinayətdir və onun liderlərinin zaman-zaman söylədiklərinə, verdikləri bəyanatlarına hüquq müstəvisində qarşılıq vermək imkan xaricindədir. Hətta, İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra nəinki rejim liderlərinin, Azərbaycan hərbiçilərinin postuna qumbara atan Norayr Mirzoyanın belə, Rusiya sülhməramlıları tərəfindən bizə təhvil verilməməsi bir daha sübut etdi ki, Rusiya dövləti öz nəzarətində saxladığı məlum ərazilərdəki cinayət törədənləri bizə verməyəcək. Azərbaycanın bu cinayətkarları beynəlxalq axtarışa verməsi formal xarakter daşıyır. Moskvanı ”su yolu"na döndərən bu cinayətkarlara qarşı bizim axtarış tədbirlərimiz nəzərə alınırmı? Yox. Sabah Araik Arutunyan Valeri Pekresin dəvətilə Parisə də getsə, eyni münasibəti görəcəyik".

İ.İsmayıl qeyd etdi ki, mövcud situasiyada vəziyyətdən iki çıxış yolu var: “Birincisi, Azərbaycan Xankəndi və ətrafına dövlət nəzarətini bərpa etmək üçün 10 noyabr üçtərəfli razılaşmasına əsasən, elə siyasət yürütməlidir ki, birinci beşillik müddət bitən kimi Xankəndində Azərbaycan bayrağını ucalda bilsin. Amma müharibədən sonra aparılan siyasət və mövcud vəziyyət göstərir ki, Rusiya Qarabağa qeyri-müəyyən müddətə gəldiyini de-fakto nümayiş etdirir. İkinci variant əməliyyat tədbiridir. Azərbaycan separatçı rejimin liderlərinin terrorçuluğunu sübut edən - bunun üçün kifayət qədər sübutlar mövcuddur - faktları bir daha elan edib, həmin şəxslərin harada olmağından asılı olmayaraq, zərərsizləşdirəcəyini bildirməlidir”.

Təhlükəsizlik eksperti konkret misallar da çəkdi: “Çeçenistanla müharibə bitəndən sonra Rusiya Federasiyasının qanunvericiliyinə belə bir maddə əlavə edildi ki, Rusiya əleyhinə terror törətmiş şəxslərin dünyanın harasında olmağından asılı olmayaraq, fiziki cəhətdən məhv edilməsi və ya digər yollarla zərərsizləşdirilməsinə icazə verilir. Çeçen liderlərin xarici ölkələrdə Rusiya tərəfindən öldürülməsi faktdır. Başqa bir misal: İsrail dövləti neçə illər keçməsinə baxmayaraq, İkinci Dünya müharibəsi zamanı yəhudilərin soyqırımında iştirak etmiş faşistlərin yerini xarici ölkədə müəyyənləşdirəndə həmin şəxs yaşadığı dövlət tərəfindən təhvil verilmədiyi halda belə, əməliyyat yolu ilə cinayətkarı İsrailə gətirib mühakimə ediblər. 1960-cı ildə MOSSAD hərbi cinayətkar Adolf Eyhmanı Argentinadan əməliyyat yolu ilə İsrailə gətirə bilmişdi”.

İ.İsmayıl qeyd etdi ki, Azərbaycan təhlükəsizlik qüvvələrinin bu tip əməliyyatları Xankəndində, o cümlədən başqa ölkənin ərazisində həyata keçirməsi tamamilə mümkündür: “Xankəndi probleminin həlli danışıqlar yolu ilə baş tutmadığı halda, bu tip əməliyyatların keçirilməsi zərurət olacaq və bir uğurlu əməliyyat profilaktik xarakter daşıyacaq”.

Politoloq İlyas Hüseynov isə bildirdi ki, əli dinc və günahsız azərbaycanlıların qanına batmış cinayətkarlar mütləq məhkəmə qarşısında cavab verməlidirlər: “Gəncə, Bərdə və Tərtər terrorunda fəaliyyəti qeydə alınan hər kəs qanunun aliliyinə tabe olmalıdır. Lakin Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının kölgəsində gizlənən separatçılar cəzasızlıqlarından istifadə edərək daha da ruhlanırlar. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın 4-cü bəndinə görə, Azərbaycan ərazisinə yerləşdirilən Rusiya sülhməramlıları ilə paralel olaraq Ermənistan silahlı qüvvələrinin bölmələri də Azərbaycan ərazisini tərk etməlidir. Əslində 4-cü bəndin tam şəkildə icra olunması regionda sülhün, təhlükəsizliyin və sabitliyin qarantı olmalı idi. Lakin hələ də 4-cü bəndin ikinci hissəsi icra olunmur. Buna görə də David Babayan, Artak Beqlaryan, Araik Arutunyan, Kamo Vardanyan kimilər cəzasızlıq şəraitində qanunsuz əməllərinə davam edirlər və mifik xəyallar qururlar”.

İ.Hüseynov qeyd etdi ki, fransalı prezidentliyə namizəd Valeri Pekresin onları ziyarət etməsi də onları lap ürəkləndirib: “Lakin onların tutulması ilə bağlı işlər davam etdirilməli, Rusiya sülhməramlılarının yeni komandanı ilə təmaslar kontekstində onların Bakıya gətirilməsi təşkil olunmalıdır. Rusiya rəhbərliyi ilə keçirilən danışıqlarla məsələnin kökündən həllini tələb etmək lazımdır. Çünki bu cür qanunsuz əməllər həm də gərginliyin artırılmasına xidmət edir. Vaxtilə Ermənistan rəhbərliyinin Azərbaycan ərazisinə qeyri-qanuni səfərləri, Cıdır düzündə yallı getməsi və saxta inauqurasiya mərasiminə qatılması Vətən müharibəsi ilə nəticələndi”.

Politoloq əlavə etdi ki, bu gün regionda yeni geosiyasi reallıqlar yaranıb: “Azərbaycanın qanunlarına tabe olmayan və beynəlxalq axtarışda olan şəxslərin məsuliyyətə cəlb olunmaması da eskalasiya risklərini çoxaldır. Regionda təhlükəsizliyin təmin olunmasına məsul olan Rusiya sülhməramlıları da bu amilə ciddi fikir verməlidirlər”.

Bu arada həm Fransadakı anti-Azərbaycan mövqeyin yenidən baş qaldırması, həm də Rusiya tərəfin qeyri-müəyyən davranışları, sülhməramlıların silahlı erməniləri görməzdən gəlməsi, həmçinin Xankəndi, Xocavənd, Ağdərə ərazisində, o cümlədən Laçında məskunlaşmış 28 min ermənini himayə etməsi separatçı-terrorçu qüvvələrin də yenidən revanşa cəhd etməsinə stimul yaratmaqdadır. Amma bu qüvvələr Azərbaycanın Qarabağın əsas hissəsini işğaldan azad etməsinə mane ola bilmədikləri kimi, heç şübhəsiz erməni canilərin cəzalandırılmasının da qarşısını kəsə bilməyəcəklər. Necə ki, dövlət başçımız son müsahibələrinin birində Laçın dəhlizinə nəzarətlə bağlı kifayət qədər ciddi mesajlar vermiş oldu. Bu həm də qarşı tərəfə düşünmək üçün sonuncu xəbərdarlıq sayıla bilər...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda maşın qaçıran şəxs aeroportda tutulub
Bakıda avtomobil oğurlayan şəxs Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Capar.info Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən . Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə yanvarın 21-də saat 23 radələrində M. Həsənov küçəsindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S. Abbasov qısa müddətdə Beynəlxalq Hava Limanı ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOCAR Ermənistanda zavod SATIN ALIR? - AÇIQLAMA
"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ermənistanın hansısa vilayətindəki bitum sexinə ehtiyacı və ümumiyyətlə bu ölkədə marağı yoxdur” Zamantv.az xəbər verir ki, bunu "Report"a açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O, bu barədə SOCAR-ın Ermənistanın Ararat rayonunun Surenavan kəndindəki Ermənistan-Rusiya birgə müəssisəsi - bitum zavodunu almaq istəməsi barədə erməni mətbuatının yazdıqlarına münasibət bildirərkən danışıb.

"Bu cür absurd iddialar SOCAR-ın miqyası ilə uzlaşmır. SOCAR - Azərbaycanın qlobal brendidir, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstanda ən böyük vergi ödəyicisi, Avropada əməliyyatları olan bir şirkət, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrin aparıcı gücüdür", - deyə İ.Əhmədov qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistanın “Qraparak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, SOCAR Ermənistanda bitum zavodunu almaq istəyir. Qəzat iddia edib ki, bu məsələ ilə bağlı Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olan şirkət Gürcüstanın vasitəçiliyi ilə danışıqlar aparır.

Erməni nəşri bildirir ki, Araratdakı zavod 2006-cı ildən işə düşüb, Ermənistandakı “məxməri inqilab”dan il yarım sonra isə fəaliyyətini dayandırıb. Yeni hökumət yol tikintisi zamanı əsasən İrandan xammal alıb və bitum zavodunun məhsullarına ehtiyac olmayıb. Hazırda burada cəmi bir neçə işçi qalıb, müəssisənin telefon nömrələrinə isə cavab verilmir. Buna görə də nəşr bu məsələ ilə bağlı rəsmi şərh ala bilməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya və Ukrayna Türkiyənin vasitəçilik təklifini müsbət qarşılayıb - Ekspert danışır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna rəhbərlərinin üzbəüz görüşünü təşkil etməyə hazır olduqlarını bildirib. Bir neçə gün öncə tərəflərə vasitəçilik təklif edən Türkiyə lideri vurğulayıb ki, müharibə mühiti, psixoloji vəziyyət Ankaranı məyus edir. Ərdoğan vurğulayıb ki, Türkiyə hər iki tərəflə yaxşı münasibətdə olan bir ölkədir. Prezident bəyan edib ki, regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmaslar davam etdirilir. Rusiya və Ukrayna Türkiyənin vasitəçilik təklifini müsbət qarşılayıb. Hər iki tərəf Ankaranın xoşməramlı təşəbbüsündən məmnunluq duyduqlarını deyiblər. Məlumata görə, Ankara hökuməti masa arxasına Rusiya və Ukrayna ilə yanaşı, ATƏT və Donbassdan olan nümayəndələri də əyləşdirmək niyyətindədir.
Zamantv.az-ın məlumatına görə, Türkiyənin vasitəçilik cəhdi ilə bağlı “Şərq”ə danışan politoloq Turab Rzayev deyib ki, Ankaranın təşəbbüsü qardaş ölkənin regionda artan gücünü və təsir dairəsini göstərir. Analitikə görə, Türkiyə əslində mümkün olmayanı edir: “Bundan əvvəl Fransa və Almaniya “Normandiya formatı”nda tərəflər arasında vasitəçilik edirdi. Belarus tərəflər arasında neytral bölgə kimi görüş məkanı seçilmişdi və bəzi görüşlər keçirilmişdi. Amma “Normandiya formatı” heç bir işə yaramadı. Ümumiyyəltə, Qərbin Ukrayna məsələsini yoluna qoyması mümkün görünmür. Türkiyə əvvəllər vasitəçilik təklif etsə də, Rusiya tərəfindən müsbət qarşılanmamışdı. İndi Moskvanın müsbət cavab verməsi Türkiyənin artan nüfuzunu göstərir. Həm də Rusiya və Ukraynanın Ankaraya ehtiyac duyduqlarını ortaya qoyur. Rusiya özü çıxılmaz vəziyyətdədir. Moskva Qərbə ultimatum verib ki, “NATO 1997-ci ildəki sərhədlərinə qayıtsın, əks halda Moskva hərbi vasitələrə əl atacaq”. Qərb geri addım atmazsa, Rusiya ya savaşa başlamalı, ya da verdiyi sözdən qaçmalıdır. Sözündən geri dönmək Rusiyanın nüfuzuna zərbə deməkdir. Müharibəyə girmək isə Rusiya üçün ciddi fəlakətdir. İndiki halda Rusiya üçün Türkiyənin vasitəçiliyi daha məqbuldur. Ukrayna da Qərbdən istədiyi dəstəyi ala bilmir. Avropa ölkələri daha çox Rusiya tərəfdən çıxış edirlər. O baxımdan Kiyev də Ankaranın təşəbbüsünü yüksək qiymətləndirir”.
Ekspertin fikrincə, Türkiyənin Ukrayna məsələsində aktivliyinin müəyyən səbəbləri var: “Türkiyə hər iki ölkə ilə normal münasibətlərə sahibdir. Ankara Moskva ilə hərbi əməkdaşlıq edir, S-400 raket komplekslərini alır. Həmçinin, Türkiyə-Rusiya arasında çox böyük ticarət dövriyyəsi var. Xüsusən, son dönəmlər iki ölkə arasında sıx siyasi-iqtisadi münasibətlər formalaşıb. Tərəflər Suriya, Liviya, Aralıq dənizi və Cənubi Qafqazda ortaq maraqlar güdürlər, bir-biri ilə məsləhətləşirlər. Ukrayna da Türkiyənin ən yaxın strateji tərəfdaşlarından sayılır. İki ölkənin ortaq təyyarə motoru proyekti var. Türkiyə Krım mövzusunda xüsusi həssaslıq göstərir və bu məsələdə Kiyevin yanında olduğunu bəyan edir. Ən önəmlisi Ukraynanın müdafiə sahəsinə öz töhfəsini verir. Hazırda Ukrayna səmasının bir qismini Türkiyənin pilotsuz uçuş aparatları qoruyur”.
T.Rzayev qeyd edib ki, Türkiyə öz yaxınlığında müharibə istəmir: “Ankara hökuməti ABŞ-ın Qara dənizə həddindən artıq hərbi gəmi, sualtı vasitələr göndərməsinə qarşı çıxmışdı. Ərdoğan bunu “Qara dənizin barıt çəlləyinə çevrilməsi” kimi təqdim etmiş və öz narazılığını bildirmişdi. Eyni zamanda Rumıniya və Bolqarıstanda NATO qoşunlarının, Yunanıstana hərbi texnikaların cəmlənməsinə qarşı çıxmışdı. Türkiyə Amerikanın Qara dənizdə yeni cəbhə açmasının əleyhinədir. Ona görə də Ukrayna və Rusiya arasında vasitəçilik missiyası ilə çıxış edir. Ehtimal edilən görüşdə ATƏT-in olması Ukraynaya dəstək üçün vacibdir. Donbass nümayəndələrinin iştirakı isə Rusiyanın tələbidir. Görünür, Türkiyə və Ukrayna Rusiyanı danışıqlar masasına gətirmək üçün Donbass təmsilçilərinin görüşə qatılmasına razılıq veriblər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Zamantv.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO