[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Süni qiymət artımı davam edir: - Tibbi maskanın qiyməti bahalaşıb
Paytaxt ərazisində yerləşən köşklərdə insanların kütləvi istifadə elədiyi cərrahi maskaların qiyməti qalxıb. Zamantv.az cebhe.info-ya istinadən xəbər verir ki, əvvəllər 20-30 qəpiyə satılan maskalar indi 40 qəpiyə təklif olunur.

Paytaxtın Beynəlxalq Avtovağzal kompleksi, "20 Yanvar" və "İnşaatçılar" metrostansiyası yaxınlığında yerləşən köşklərdə yeni qiymətləri əks etdirən lövhələr də görmək mümkündür.

Xatırladaq ki, 2020-ci ilin yaz və yay aylarında Azərbaycanda bu maskaların pərakəndə satış qiyməti 30 qəpik təşkil edib.

Hazırda isə sözügedən maska apteklərdə 20 qəpiyə satılır.

Bildirək ki, pandemiya davam edir. Hazırda ölkəmizdə qapalı məkanlarda və ictimai yerlərdə tibbi maskadan istifadə məcburidir. Tibbi maskadan istifadə etməməyə görə, fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaşar Nurinin xanımından nazirə sərt ittiham: - “Nə vaxt zəng edirəmsə...“
Dünyadan köçmüş sənətçilərin ailələri tez-tez sosial vəziyyətləri ilə bağlı gileylənirlər.

Zamantv.az Xüsusilə mərhum aktyorların ailələri maddi çətinlik yaşadıqlarını bildirərək mədəniyyət qurumlarının onlarla maraqlanmadığını iddia edirlər. Yenisabah.az-a danışan mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva dövlətin mədəniyyət siyasətini həyata keçirən qurumlarının sənətçilərin ailələrinin vəziyyəti ilə yaxından maraqlanmalı olduğunu deyib:

“Hesab edirəm ki, bu sahədəki problemlərlə birbaşa mədəniyyətlə bağlı olan qurumlar məşğul olmalıdır: Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Teatr Cəmiyyəti. Məsələn, mən Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət etmişəm, Anar Kərimovun qəbuluna düşmək istəmişəm. Zəng edirəm, deyirlər, indi burda yoxdur, filan nömrə ilə əlaqə saxlayın, biz çatdırarıq və s. Özlərini elə aparırlar ki, sanki sənəti bunlar yaradıb. Əgər sənətkarlar olmasaydı siz orada nə ilə məşğul olardınız? Sənətkar ailəsinə diqqət lazımdır, istər sağlığında, istərsə də ölümündən sonra!”.

R.Nuriyeva Yaşar Nurinin ölümündən sonra Mədənbiyyət Nazirliyinə gedə bilmədiyini deyib:

“2012-ci ildən bəri nazirliyə ayağımı basa bilmirəm. Telefonla dərdimi necə deyə bilərəm? Mən də yerdən turp kimi çıxmamışam ki, o boyda sənətkarın həyat yoldaşıyam, qapını açıb içəri dəvət olunmağı haqq edirəm. İstəyirəm gedim mənə zəng vuran, tanıdığım, çətin vəziyyətdə olan aktyor ailələrinin durumu barədə onlara məlumat verim. Niyə bunları deməməliyəm? Bir dəfə zəng vurun maraqlanın, görün hansı vəziyyətdə yaşayırlar...”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Maşınlar məscidə girib-çıxanlara maneə yaradır
Bakıda avtomobillər məscidə giriş-çıxışa mane oldu. DİA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, söhbət Bakıda fəaliyyət göstərən Kərbəlayi Abdullah Məscidindən gedir. Belə ki, məscidin ətrafında avtomobili park edən şəxslər ibadət etmək üçün məscidə gələnlər üçün yol saxlamayıb. Bu isə ibadət əhli tərəfindən birmənalı qarşılanmayıb.

Görünən mənzərə sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi müzakirələrə səbəb olub:
Maşınlar məscidə girib-çıxanlara maneə yaradır
Maşınlar məscidə girib-çıxanlara maneə yaradır
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hökumətin ərzaq təminatı sahəsində “qırmızı xətt”ləri açıqlanıb - Diqqət!
Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqlarla bağlı baza prinsipləri açıqlanıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, baza prinsiplərində iki qırmızı xətt müəyyənləşdirilib.

Bunlardan birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Görünür, kimlərsə vətəndaşların hisslərindən istifadə etməyə çalışır" - deputat
"Hərbi forma Azərbaycan xalqı üçün böyük məna ifadə edir. Əyində hərbi forma daşımaq məsuliyyət tələb edir. Bu məsuliyyəti hər kəs tam dərk etməli və tələbləri də yerinə yetirməlidir". Zamantv.az sonxeber.az-a istinadən xəbər verir ki, bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, hərbi formadan sui-istifadə etmək yolverilməzdir:

"Görünür, kimlərsə vətəndaşların hisslərindən istifadə etməyə çalışır, qanunun tələblərindən kənar imtiyazlar əldə etmək istəyərək addım atırlar. Məsələ ilə bağlı çox ciddi tədbirlər görülür və görülməlidir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra hakimiyyətləri və məhkəmələrdə islahatlar vacibdir - ÇAĞIRIŞ
“Azərbaycanda bütün sahələrdə dəyişikliklər, o cümlədən struktur və kadr islahatları 2022-ci ildə də davam edəcək”. Zamantv.az xəbər verir ki, bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib. O xatırladıb ki, prezident İlham Əliyev bir müddət öncə yerli televiziya kanallarına müsahibəsində də islahatlarla bağlı mesajlar səsləndirib:

“İslahat aparılmadan heç bir inkişafdan söhbət gedə bilməz. Son iki ildə pandemiyanın da təsiri ilə ümumi vəziyyətin çətin olmasına baxmayaraq, Azərbaycanda islahatlar nəticəsində qeyri-neft sektorunda, ümumdaxili məhsulun həcmində, iqtisadi göstəricilərdə artım müşahidə olundu. Bu göstərir ki, həyat inkişaf etdikcə, islahat da vacibliyini saxlayır.

Prezident 2022-ci il islahatlarına icra orqanlarında dəyişikliklərlə başladı. Yeni səhiyyə naziri təyin edildi. İki rayonun İcra hakimiyyətində dəyişiklik olundu. Bu kadr islahatları və paralel olaraq digər sahələrdə də yeniliklər davam edəcək. Əsas məsələ odur ki, islahatlar ölkənin sosial-iqtisadi durumunun yüksəlməsinə, insanların həyat şəraitinin yaxşılaşmasına səbəb olsun və Azərbaycanın müstəqilliyinin qorunmasına zəmin yaratsın. Son zamanlar regionda, Qazaxıstanda, o cümlədən dünyada baş verən hadisələr də göstərir ki, Azərbaycanda həyata keçirilən islahatlar həm də dövlətçiliyimizin qorunub saxlanmasına xidmət edir. Ölkə başçısı bütün bunları nəzərə alaraq, islahatları birdən-birə deyil, mərhələlərlə aparır ki, heç bir problem yaranmasın”.

Vahid Əhmədov düşünür ki, Azərbaycanda İcra hakimiyyəti orqanları ilə bağlı strukturun təkmilləşdirilməsinə böyük ehtiyac var:

“Ölkə başçısı işğaldan azad olunmuş Qarabağ ərazisində xüsusi nümayəndə təyin etdi, onun Aparatı var və çox yaxşı işləyir. Bundan çıxış edərək, İcra hakimiyyətləri ilə bağlı da struktur dəyişikliklərinə ehtiyac olduğunu deyə bilərik. Biz ilk olaraq çalışmalıyıq ki, bələdiyyələrin statusu möhkəmlənsin, onlara əlavə səlahiyyətlər verilsin. Bələdiyyələr daha çox sosial layihələr həyata keçirsinlər, insanlarla təmasda olsunlar. Düşünürəm ki, bütün bunlar ölkə başçısının səlahiyyətində olan məsələlərdir”.

Məhkəmə islahatlarının aparılamasına da toxunan deputat söyləyib ki, bu sahədə addımlara ilk olaraq kadrlarla başlamaq lazımdır:

“Son zamanlar Məhkəmə-Hüquq Şurası tərəfindən cavan kadrlar gətirilir, ciddi addımlar atılır, amma hesab edirəm ki, məhkəmələrlə bağlı daha çevik və dəqiq islahatlar lazımdır. Ölkə başçısı məhkəmə sistemində əməkhaqlarının artırılmasına dair sərəncam da imzaladı ki, burada sui-istifadə halları olmasın. Fikrimcə, məhkəmələrdə islahatların davamına ehtiyac var”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qırğızıstan yenə Qazaxıstana nota verib - SƏBƏB
Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstana nota verib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, nota ölkə vətəndaşı Çolponbek Sıdıkovun Qazaxıstanda iğtişaşlar zamanı döyülməsinə görə verilib.

Qırğızıstan tərəfi notada yanvarın 9-da Almatı-Bişkeş yolunda saxlanılan Sıdıkovun qazaxıstanlı asayiş keşikçiləri tərəfindən döyüldüyü, nəticədə hər iki ayağının və qabırğalarının qırıldığını qeyd edib.


O, Almatı xəstəxanalarından birində tapılaraq ötən gün Qırğızıstana qaytarılıb.

Qeyd edək ki, bundan başqa, Qırğızıstan bu ay ərzində Qazaxıstana iki dəfə nota verib.
0
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri yumşaldılıb
Zamantv.az : - Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Qanunla “İşsizlikdən sığorta haqqında” Qanuna edilmiş dəyişiklik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə daha bir dəstəkdir. Yeni dəyişikliklə işsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 36 aydan 30 aya endirilib.

Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib.

Yəni, sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq.

Qeyd edək ki, işsizlikdən sığorta ödənişi 3 halda ödənilir - İşəgötürən ləğv edildikdə; Ştat ixtisar edildikdə; Müddətli əmək müqaviləsinin müddəti bitdikdə. İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxlanılması üçün ilk olaraq “Məşğulluq” altsistemində (DOST Mərkəzlərinə və ya ərazi məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur.

Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir.

Sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir.

Qeyd edək ki, 2020-ci ildə də qanunvericiliyə dəyişiklik edilərək, işsizlikdən sığorta ödənişi müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərə də şamil olunub.

Son bir ildə 3,7 min nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mülayim cənub-qərb küləyi əsəcək
Zamantv.az : - Yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 5-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 6-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-18° şaxta, gündüz 0-5° isti olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda general-leytenant vəzifəsindən kənarlaşdırıldı - SƏBƏB
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

"Zamantv.az" qaynarinfo-ya istinadən xəbər verir ki, nazir müavinin bir müddətdir səhhətində ciddi problemlər yaranıb.

Nazim Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi barədə redaksiyamıza məlumat daxil olsa da, hazırda informasiyanı dəqiqləşdirməyə çalışdığımız üçün yayımlamağı məqbul hesab etmirik.

Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən Fövqəladə Hallar nazirinin müavini vəzifəsini tutur.

Onun oğlu Mustafa Məmmədov da uzun müddət Dövlət Gömrük Komitəsində, daha sonra FHN-də bir sıra vəzifələrdə çalışıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın mövqeyini öyrənməyə çalışdıq. Bir neçə gün ərzində etdiyimiz bütün cəhdlər nəticəsiz qaldı.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO