[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qanunun aliliyi GƏNCƏ İCRA MƏMURlarının fəaliyyətlərinin əsas istiqamətləridir!”-Aybəniz Abdulova jurnalist
Bəli, bu gün Azərbaycanda demək olar ki, rüşvətsiz xidmət edən çox az sayda məmurlarımız var. Onda özüm-özümə sual verirəm… Bəs görəsən, yerə düşən iynəni tapmaq qədər çətindirmi, dövlətinə sadiq, millətinə sadiq, qanunlarına sadiq, xalqına sadiq bir icra məmur olsun?!

Ölkəmizin ən aktual problemlərindən biri icra məmurlarının fəaliyyətsizliyi ilə bağlıdır. Məhkəmənin çıxardığı qərarlar bir çox hallarda icra məmurları tərəfindən yerinə yetirilmir. Bəs görəsən, problemin yaranmasına hansı amillər səbəb ola bilir?

Çoxları deyir ki, Azərbaycanda məhkəmə sistemində və icraçılıq sahəsində ciddi problemlər var. Doğrudanmı, deyilənlər həqiqəti əks etdirir?

Biz bilirik ki, bütün Məhkəmə proseslərin ən çətin mərhələsi icra mərhələsidir. Vətəndaşlarımızı həmişə prosesin nəticəsi maraqlandırır. Bəli, Məhkəmə qərar qəbul edibsə, mütləq icraata başlanılmalıdır. Bəzən uzun əziyyətlərdən sonra məhkəmə qərar verir. Lakin, qərarın icrasına nail olmaq mümkün olmur. Bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Subyektiv amil bəzi dırnaqarası icra məmurlarının səhlənkarlığı, öz işinə məsuliyyətsiz yanaşması və şəxsi maraqlarını ön plana çəkərək rüşvət alması ilə sıx əlaqəlidir. Belə hallarla təəssüf ki, tez-tez qarşılaşırıq. Əlbəttə, problemlə bağlı obyektiv amillər də qeyd olunmalıdır.

Bəzən elə anlar olur ki, icra məmuru məhkəmə qərarının icrasını təmin edə bilmir. Yəni, icradan yayınma halları mümkün olur. Bu halda icranı ləngitmək, prosesi uzatmaq üçün müəyyən prosedurlar mövcuddur. Bu da qanunvericilikdə absurd bir normadır. Tutaq ki, hansısa məsələ ilə bağlı məhkəmənin qərarı qüvvəyə minib və icra məmuru həmin qərarı icra etməlidir. Bu zaman icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir. Qanun icazə verir ki, həmin icraata başlayan qərardan şikayət verilsin. Əgər vətəndaş işi uzatmaq istəyirsə, icra məmurunun qərarından şikayət verə bilər. Vətəndaş şikayət verdikdən sonra isə icra məmuru işi apara bilmir. Nəticədə, qərarlar icrasız qalır.

Media əməkdaşı olaraq araşdırmalarıma əsasən yaza bilərəm ki, icra məmurun işi heç də ona müraciət edən vətəndaşların problemini həll etməkdən ibarət deyil. Elə vətəndaş ola bilər ki, heç o doğru-dürüst müraciət etmək formasını nə şifahi, nə də yazılı qaydada bilmir, o zaman bu yöndə müəyyən problem yarana bilər.

Bu gün isə vətəndaşları normal qəbul edib, onların dərdini dinləyib, vətəndaşın problemini öz problemi bilib bu işə həvəslə, canla-başla yanaşan icra məmuru bugünki haqqında söhbət açacağım müsahiblərim kimi azlıq təşkil edir.

Bu yerdə yaxşı icra məmuruna yaxşı demək yerinə düşərdi. Bunu etiraf etmək isə hər bir vətəndaşın və eləcə də hər bir peşə sahibinin vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi vətəndaş olsun!

Hər bir icra məmuru ölkəsinin milli maraqlarına, vətəndaşların problemlərinin həllinə rüşvətsiz xidmət göstərəndə yaddaşımızda daha hörmətli, sevilən və unudulmaz olaraq qalır.

Mən bu gün bu iki müsbət cəhətləri özündə birləşdirən iki icra məmurundan söhbət açacam.
O məmurlar ki, ömrünü dövlətə sadiqliyə və zəhmətə kökləyib, işində, peşəsində yorulmaz rəhbər, Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Ələmdar Murquz oğlu İbrahimov və həmin idarənin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Cahid Cəfər oğlu Qasımovdur.

Beynimdə, yaddaşımda onlarla bağlı çox dərin düşüncələrim var ki, həmin düşüncələrimi fakt olaraq qələmə almalıyam.
Bunu xüsusi olaraq qeyd edim ki, yuxarıda adlarını sadaladığım hər iki məmuru uzun müddətdir tanıyıram. Dövlətimizə və Cənab Prezidentimizə hər zaman sadiq olduqlarına zərrə qədər şübhəm yoxdur.

Belə ki, problemləri ilə qəbullarına gələn hər bir kəsə, istər Gəncə şəhəri üzrə, istərsə də digər rayon və Bakı şəhər vətəndaşlarına yardımçı olmağı özlərinə borc bilən çox sadə bir vəzifə sahibləridir.
O, qədər məsuliyyətli və diqqətçildirlər ki, vəzifələrinin ağır və məsuliyyətli olmağına baxmayaraq, əllərindən gələn köməkliyi bir an belə əsirgəmirlər.

İlk növbədə onu deyim ki, çox hörmətli Ələmdar müəllim vətəndaşa və dövlətə təmənnasız xidmət etməkdən qürur duyur. O sadə, mədəni və çox vicdanlı dövlət məmuru olduğundan hələ də Gəncə şəhərinin İcra İdarəsində fədakarlıqla vəzifəsi üzrə çalışaraq öz xidməti borcunu vicdanla, şərəflə davam etdirir.

Cənab Cahid müəllim haqqında isə bunu qeyd edim ki, fəaliyyətinə başladığı ilk gündən bu günə kimi işinə layiqli və məsuliyyətli yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağı bacaran bir icra məmurudur.
Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit və sadiq adamdır.

Cahid Qasımovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, öz işinin icrasını görməklə yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.
O, dövlətini sevən, olduqca mədəni, çox enerjili heç vaxt yorulmadan çalışan, dövlətə və onun rəhbərinə sədəqətlə xidmət edən, gözəl perspektivi olan bir gəncdir.

Bəli, bu gün Ələmdar İbrahimov və Cahid Qasımov kimi hər bir dövlət icra məmuru təvazökar, işgüzar xidmət etməlidir. Gördüyü xidmətin müqabilində isə şəxsi maraq güdməməlidir.

İşin icrası qəbul edilmiş qərarlarla uzlaşmalıdır. Qəbul edilmiş qərarlar, atılan addımlar düzgün istiqamətdə olmalıdır. Ona görə də İcra məmurların fəaliyyətindən çox şey asılıdır. Hər bir icra məmuru vətəndaşına, dövlətinə təmənnasız xidmət etməlidir.
Vətəndaşların problemlərinə hər zaman dəstək olmalı, dövlətə daim sadiq qalmalı, dövlətimizin qanunlarına sədaqətlə, ləyaqətlə xidmət etməlidirlər. Bax, beləcə işlədiyi bölgələrdə, sahələrdə, kollektivdə hörmət qazanmağı bacarmalıdır.

Cahid müəllim də qarşıya qoyulan vəzifələrin icrasında ön cərgədə getməyi özünə nəinki vətəndaşlıq, peşə, başlıcası bunu vicdan borcu hesab edir.

Biz də xəbər portalı olaraq baş redaktorumuz başda olmaqla, redaksiya kollektivimiz adından Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri çox hörmətli Ələmdar Murquz oğlu İbrahimov və həmin idarənin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Cahid Qasımov Cəfər oğluna bu məsuliyyətli və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik. Arzu edirik ki, sizlər həmişə bu peşəni şərəflə, vicdanla daşıyasınız.

Məqaləmlə bağlı son sözləri bu cür bitirmək istəyirəm. Azərbaycanda daha effektiv xidmət, dövlətə sıx bağlılıq, dövlətə sadiqlik peşəsinə vicdanla, şərəflə xidmət edən Ələmdar müəllim və Cahid müəllim kimi heç bir rəis müavinin və icra məmurunun adına ləkə gətirə bilməz!

Əksinə, İcra idarəsi məhkəmə qərarlarını icra edən sistem olduğu üçün düşünürəm ki, Azərbaycanda bəzi məhkəmə sistemləri düzgün işləyərsə, işin icra məmuru tərəfindən icrası daha perspektivli ola bilər.

Əminəm ki, icra məmurları mənim yazdığım məqaləmdən sonra öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə icra məmurların fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq!

Aybəniz Abdulova,
Xüsusi müxbir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Rus xalqının bir seçimi var: ayağa qalxmaq və Putin rejimini devirmək” - Başqa yolu YOXDUR!
Rusiyanın Ukraynaya hücumu davam edir. ABŞ Prezidenti Co Bayden rus oliqarxlarının yaxtalarının, dəbdəbəli mənzillərinin, şəxsi təyyarələrinin tapılıb ələ keçiriləcəyini, Putinin məğlub olacağını və Rusiyanı zəiflətməklə tarixdə qalacağını, ABŞ-ın da Rusiya üçün hava məkanını bağladığını, Rusiya Mərkəzi Bankının rublu müdafiə etməsinə mane olmaqla, ölkəsinin Putinin 630 milyard dollarlıq müharibə fondunu devalvasiya etdiyini, Putinin Qərbə doğru hərəkət edəcəyi təqdirdə NATO-nun müttəfiqlərini müdafiə etmək niyyətində olduqlarını, Rusiya birjasının 40 faiz dəyər itirdiyini və bütün bunların tək günahkarının Putin olduğunu söyləyib. Bu arada Prezident Volodimir Zelenskinin müraciəti əsasında, Avropa Parlamentinin iclasında Ukraynaya Avropa İttifaqına (Aİ) namizəd üzv statusu verilib. Zamantv.az xəbər verir ki, AYNA baş verənlər ətrafında ABŞ-da yaşayan həmyerlimiz, politoloq Zaur Bayramlı ilə həmsöhbət olub.

- Hazırda dünya gündəmini məşğul edən əsas mövzu Rusiyanın Ukraynaya hücumudur. Sizcə, Kremlin bu addımının qaranlıq səbəbləri nələrdir?

- Məlumdur ki, dünya iki ildir gözəgörünməz düşmənlə - koronavirus pandemiyası ilə mübarizə aparır. Hələ bu virus yenicə yayılmağa başlayanda iddialar var idi ki, bundan sonra dünya sürətlə dəyişəcək. Görünən odur ki, bu iddiaların həqiqət yükü var və bir zamanlar çoxlarının xəyal belə, etmədiyi Rusiyanın çöküşü baş verməkdədir. Pandemiya başa çatmamış dünyanın Mokvanın təhdidi ilə üz-üzə qalması üzücü bir hadisədir. Təbii ki, baş verənlər Moskvanın imperiya hikkəsindən qaynaqlanır və Kreml öz ətrafında müstəqil, sözün həqiqi mənasında, suveren dövlətləri görmək istəmir. Postsovet məkanını Belarus kimi görmək niyətindədir və bütün siyasətini də buna uyğunlaşdırıb. Hər vəchlə çalışır ki, bu dövlətlər demokratik idarəçiliyə keçid etməsin.

Bu mənada Ukraynanın müstəqil siyasət yürütməsini pis başlanğıc kimi qiymətləndirirlər. Yanukoviçi istisna etsək, görərik ki, demokratik Ukraynanın indiyə qədərki bütün prezidentləri Rusiyanın bu iddialarına boyun əyməyib. Bu da öz növbəsində avtoritar Putini qəzəbləndirir və Ukraynaya qarşı son hücumlar da məhz bundan qaynaqlanır. Moskva dünyaya öz gücünü nümayiş etdirməyə çalışsa da, öz çirkin məqsədinə nail olmadı. Hesab edirəm ki, bu hadisələr Putini rəzil duruma salmaqla yanaşı, Rusiyanın uzun müddətlik imperiya siyasətindən əl çəkməsi ilə nəticələnəcək.

- Rusiyanın gələcək taleyi hazırda ciddi müzakirə mövzusudur. Kreml Şimali Koreya yolunu tutacaq, yoxsa öz məğlubiyyəti ilə barışacaq?

- Rusiyanın gələcək taleyi bu ölkənin vətəndaşlarının iradəsindən asılı olacaq. Rus xalqı küçələrə çıxıb Putin rejiminə etiraz etsə, israrlı anti-müharibə çağırışları səsləndirsə, o zaman Putin rejimi tarixin arxivinə yollanacaq. Hazırda Sankt-Peterburqda və digər şəhərlərdə etirazlar olsa da, kütləvi xarakter daşımır. Yəqin ki, qarşıdakı dövlərdə biz buna şahid olacağıq və artıq ilkin əlamətləri ortadadır. Yalnız bundan sonra Rusiyanın gələcəyi barədə nikbin proqnozlar səsləndirmək mümkündür. NATO-da olub-olmamasından asılı olmayaraq, Rusiya öz qonşuları ilə normal sülh şəraitində yaşamağı bacarmalıdır. Hazırkı məqamda isə Rusiyanın gələcəyi çox qaranlıq görünür. Bütün dünya Moskvaya təzyiqlər edir, hətta müttəfiqi Çin belə, onun arxasında dayanmır. Neytral mövqe ortaya qoymağa çalışır. Elə bir dövrə gəlib çatmışıq ki, artıq avtoritar rejimlər belə, Moskvanın yanında yer almaq istəmir. Bu gün bütün dünya Rusiyaya hava məkanını bağlayır, sarsıdıcı iqtisadi və maliyyə təzyiqləri edir, avtoritar rejimin rəhbərliyini təcrid edir. Təbii ki, bu, uzun müddət davam edə bilməz və yekunda Kreml məğlub olacaq.

- Bütün dünya Ukraynada baş verənlərə etiraz edir. ABŞ-da Rusiya əleyhinə mitinqlərin fəal təşkilatçılarından biri olaraq bu barədə nə deyə bilərsiniz?

- Güney və Qüzey Azərbaycandan olan soydaşlarımızla bərabər Vaşinqtonda Ukrayna səfirliyinin qarşısında dəstək aksiyasında fəal iştirak etdik. Azərbaycan və Ukrayna bayraqları ilə keçirdiyimiz bu aksiyaya Türkiyə və Qazaxıstandan olan fəallar da qoşuldular. Ukrayna səfirliyinin baş konsulu və rəhbər heyəti bizi qəbul etdi. Onlar aksiyadan dolayı bizə təşəkkür etdilər. Bu, o günə təsadüf edirdi ki, həmin gün Azərbaycan hökuməti 5 milyon dollar dəyərində olan humanitar yardımı Ukraynaya göndərmişdi. Bunu da xüsusi vurğuladılar və Azərbaycan hökumətinə və xalqına təşəkkür etdilər.

27 fevral tarixində isə Rusiya səfirliyinin önündə etiraz aksiyası keçirdik. Güneyli və qüzeyli soydaşlarımızla bərabər bu aksiyanın da təşkilində yaxından iştirak etdik. İki saat davam edən aksiyada ruslar da iştirak edirdilər. Boris Nemtsovun qətli həmin günə təsadüf etdiyindən onlar da Putinə etiraz edirdilər. Həm Ukraynaya dəstək nümayiş etdirdilər, həm də rus xalqının mövqeyini ifadə etdilər. Ağ Evin qarşısında baş tutan Rusiya əleyhinə mitinqdə də fəal iştirak etdik.

- Xocalı soyqırımının ildönümündə ABŞ-da izdihamlı aksiya keçirildi. Bu aksiya barədə danışardınız?

- İnsanlıq tarixinin ən böyük faciələrindən olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq Amerikada müxtəlif tədbirlər təşkil etdik. Amerika ictimaiyyətinin diqqətini bu soyqırıma cəlb etməyə çalışdıq. Ən böyük tədbir isə ABŞ Konqresinin qarşısında baş tutan Xocalıya ədalət mitinqi oldu. Bu aksiya “Nyu-York Azərbaycan” Assosiasiyasının təşəbbüsü ilə təşkil olundu və Vaşinqton, Virciniya azərbaycanlıları olaraq biz də bu mitinqdə fəal iştirak etdik. Həm də təşkilatçılardan idik. Mitinqdə müxtəlif ştatlarından olan soydaşlarımız iştirak edirdi və çox təsirli bir aksiya oldu. Aksiyanı bu baxımdan uğurlu hesb etmək olar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş verən bu qanlı olay dünyada insanlıq əleyhinə ən ağır cinayətlərdəndir. Təəssüf ki, dünya birliyi baş verənlərə göz yummaqda davam edir. Sözsüz ki, Xocalıya həsr olunmuş tədbirlərimiz bundan sonra da davam olacaq.

- Beynəlxalq birliyin Ukraynada baş verənlərə münasibətini adekvat saymaq olarmı? Bir çoxları belə hesab edirlər ki, ABŞ və Qərb təcili hərbi müdaxilə etməlidir?

- Açıq şəkildə söyləmək istəyirəm ki, ABŞ-ın Ukrayna və dünyanın demokratikləşməsi ilə bağlı siyasəti məni qane etmir. Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olan, xüsusən müxalif düşərgədə olan bəzi insanlarda belə təəssürat formalaşıb ki, ABŞ guya “xeyirxahlıq mücəssiməsidir”. Guya ki, harada bir insanın hüququ pozulursa, Amerika “Ağ atlı oğlan” olaraq dərhal baş verənlərə reaksiya verir. Bu, kökündən səhv yanaşmadır. Sözsüz ki, postsovet məkanında baş verənlərin əsas səbəbkarı Rusiya rejimidir. Amma bu məsələdə ABŞ və Qərbin də mənəvi-siyasi məsuliyyəti var. Vaxtında Ukrayna yalvarırdı ki, onu NATO-ya və Avropa İttifaqına üzv etsinlər. Bunu etsəydilər, Moskva heç zaman belə bir riskli qərar verib Ukraynanın ərazisinə soxulmazdı. Bu gün Ukraynada hər gün minlərlə günahsız insan qətlə yetirilir, lakin ABŞ və Qərbin fiziki dəstəyi yoxdur. Nə qədər gec deyil, NATO təcili olaraq Ukraynaya hərbi dəstək nümayiş etdirməlidir.

- Ukrayna Avropa İttifaqına namizəd üzv statusunda qəbul edildi. Ümumiyyətlə, İttifaqa üzvlük şərtləri nədir? Məsələn, Türkiyəni niyə qəbul etmirlər?

- Hesab edirəm ki, Ukraynanın bu müraciəti cavabsız qalmayacaq. Hətta bununla bağlı prosedurun sürətlənəcəyi, ən qısa müddətdə üzvlüyün rəsmiləşdiriləcəyi ehtimalı böyükdür. Qeyd etdiyim kimi, bu, çoxdan baş verməli idi və Avropa İttifaqı bu məsələdə gecikir. Türkiyəni bu quruma üzv qəbul etməmələrinə gəldikdə isə, burada əsas səbəb qısqanclıq və ayrıseçkilikdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da buna öz iradını bildirdi və kifayət qədər haqlıdır. 1959-cu ildən bəri Türkyə Avropa İttifaqına üzvlük üçün müraciətlər etsə də, hər vəchlə buna mane olurlar. Müxtəlif bəhanələr gətirirlər, qeyd etdikləri problemlər aradan qaldırılandan sonra yenə də qəbul etməkdən imtina edirlər. Bu gün Avropa əhalisinin sayı azalır, Türkiyənin əhali sayı isə artır. Türkiyə NATO-da ikinci ən böyük orduya sahibdir. Ciddi inkişaf yolu götürüb və görünür, bunlar onları narahat edir. Yəqin ki, yaxın gələcəkdə Türkiyə də bu quruma üzv olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin KTMT-ni də müharibəyə qatmaq istəyir
Vladimir Putin KTMT qoşunlarını Ukraynana gətirməyə hazırlaşır.

Zamantv.az Rusiya KİV-ə istinadla bildirir ki, prezident Putin KTMT-nin sülhməramlı fəaliyyəti haqqında sazişə "əlaqələndirici dövlət" anlayışının tətbiqi ilə bağlı düzəlişləri ratifikasiya üçün Dövlət Dumasına təqdim edib. Bu təqdimatın Ukrayna müharibəsi ilə əlaqəli olduğuna şübhə yoxdur və Kreml KTMT ölkələrini də Ukrayna ilə qanlı müharibəyə cəlb edəcək.

Xatırladaq ki, hazırda KTMT-nin dönəm sədrliyi Ermənistandadır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynaya bu qədər əcnəbi döyüşçü gəlir
16 min əcnəbi döyüşçü Ukraynaya gəlir.

Zamantv.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

“Ukrayna artıq əcnəbi könüllülərini qarşılamağa hazırdır. Onlar bizim ölkəyə gəlir. 16 min insan bizim azadlığımızı müdafiə edəcək”- o bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada rus generalı öldürüldü
Ukraynada rus generalı öldürülüb.

Zamantv.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, general-mayor Andrey Suxovetski 41-ci ordunun komandir müavini olub.

Onun hansı cəbhədə öldürüldüyü məlum deyil.
Sosial şəbəkələrdə general-mayorun döyüş yoldaşları onun öldüyünü təsdiqləyiblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev: “Qanunsuz tikililərə son qoyulmalıdır”
“Bakı şəhərinin bütövlükdə memarlıq ansamblı unikaldır. Həm coğrafi yerləşmə, həm Xəzər dənizinin kənarında yerləşməsi, eyni zamanda, qədim abidələr, tarixi abidələr, müasir memarlıq nümunələri Bakıda xüsusi bir aura yaradır”.

Zamantv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

“Əminəm, hər gələn qonaq görür ki, Bakıda qədimliklə müasirlik arasında vəhdət var. Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır. Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək”, - Prezident İlham Əliyev vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan əsilli ukraynalı deputat Rusiya və Belarus xalqına müraciət etdi
Azərbaycan əsilli ukraynalı siyasətçi, deputat Rusiya və Belarus xalqlarına müraciət edib.

Onun müraciəti sosial şəbəkələrdə yayılıb.

O, Rusiya lideri Vladimir Putinin “Ukraynanı neonasistlərdən təmizləmək” açıqlamasına münasibət bildirib.

“Demək istəyirəm ki, mən Məmmədov soyadlı, milliyətcə azərbaycanlı, deputatam. Siz burada neonasistləri harada görmüsünüz?”, - deyə o qeyd edib.

Deputat həmçinin Ukraynadan kiçikdən böyüyə hər kəsin torpaqları qorumağa hazır olduğunu vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna HHQ: “Rusiyanın üç təyyarəsi və iki helikopteri məhv edilib”
Çərşənbə günü, martın 2-də Ukrayna qüvvələri Rusiya Federasiyasının üç təyyarəsini və iki helikopterini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının “Facebook” hesabında məlumat verilib.

“Martın 2-də “Su-24m” və “Su-25” döyüş təyyarələrinin ekipajları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının hissələrinə havadan dəstək göstərərək, Kiyev, Sumı, Çerniqov və Xarkov vilayətlərində Rusiya hərbi texnikasının kolonlarını və canlı qüvvəsini məhv ediblər”, - deyə məlumatda qeyd olunur.

O cümlədən, gün ərzində zenit-raket bölmələrinin Rusiyaya məxsus üç təyyarəni və iki helikopteri məhv etdiyi bildirilir.

Bir gün əvvəl Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın iki “SU-35S” qırıcısını, martın 1-də isə 1 təyyarəsini, 1 helikopterini və bir neçə hərbi texnika kolonunu məhv edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 2-si saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan neftinin qiymətində illik rekord YENİLƏNDİ
Azərbaycan nefti 4 dollardan çox bahalaşıb.

Zamantv.az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 4,20 ABŞ dollar, yaxud 3,75 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 116,10 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO