[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda son sutkada koronavirusa yoluxma
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1029 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 6284 test aparılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada həlak olan dinc sakinlərin SAYI
Fevralın 24-də Rusiya hərbi müdaxiləsi başlayandan bəri Ukraynada 350-dən çox dinc sakin həlak olub, daha 707 nəfər yaralanıb.

Zamantv.az xarici KİV-ə istinadla bildirir ki, bu məlumatı BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının idarəsi təqdim edib.

Ölənlər arasında 28 uşağın olduğu da qeyd edilir.
Donetsk və Luqansk vilayətlərində 471 qurban qeydə alınıb (86 ölü və 385 yaralı). O cümlədən, 355-i Ukraynanın nəzarətində olan ərazilərdə, 116-sı işğal olunmuş ərazilərdədir.

• Ukraynanın digər bölgələrində 265 nəfər ölüb, 322 nəfər yaralanıb.

İnsan Haqları Bürosunun məlumatına görə, itkilərin əksəriyyətinə partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı raket hücumları, həmçinin raket və hava zərbələri səbəb olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan əsilli milyarder Ukraynadakı müharibənin əleyhinə çıxıb?  - İDDİA
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Rusiya prezidenti Vladimir Putinin ətrafı arasında parçalanmanın başladığını açıqlayıb.

Zamantv.az xarici mediaya istinadla bildirir ki, mərkəzin iddiasına görə, Kremlin gücünün əsasını təşkil edən Rusiya elitasına qarşı Qərbin sanksiyaları rus oliqarxlarının Rusiyanın rəhbərinə inamını sarsıdıb.

Məlumatda o da iddia edilir ki, ümumi kapitalı 90 milyard dollar olan altı oliqarx artıq Rusiyanın Ukraynaya təcavüzünə açıq şəkildə qarşı çıxıb. Müharibə başlayandan sonrakı həftə ərzində Rusiya milyarderlərinin sərvəti təxminən 40 milyard dollar azalıb.
İddiaya görə, “Novatek”in sahibi Leonid Mixelson, “Rusala”nın qurucusu Oleq Deripaska, “Lukoyl”un sahibi Vahid Ələkbəriv, “Alfa qrup”un rəhbəri mixail Fridman və onun tərəfdaşı Petr Aven müharibənin əleyhinə bəyanat veriblər.

Ancaq ən sərt şəkildə tanınmış bankir Oleq Tinkovun çıxış etdiyi iddia edilir.

"Bu, ağlasığmaz və qəbuledilməzdir! Dövlətlər pulu müharibəyə deyil, insanların müalicəsinə xərcləməlidir", - Tinkov bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada 32 uşaq həlak olub, daha 1,5 milyonu mühasirədə
Ukrayna və Rusiya arasında gedən müharibədə indiyə qədər 32 uşaq həyatını itirib.

Zamantv.az Ukrayna KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin uşaq hüquqları və reabilitasiyası üzrə müşaviri Darina Qerasimçuk açıqlama verib.

Gerasimçuk qeyd edib ki, 1.5 milyona yaxın uşaq döyüşlərin getdiyi ərazilərdə mühasirədə qalıb. Onların arasında xeyli kimsəsiz və əlil uşaq var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyevdəki azərbaycanlılara ÇAĞIRIŞ: pulsuz reys var -VİDEO -YENİLƏNİB
“Sabah saat 11:00-da Kiyevdən avtobusla İstanbul şəhərinə azərbaycanlıların təxliyəsi planlaşdırılır”.

Bunu Zamantv.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, Kiyev-İstanbul reysinin biletləri Kiyev azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının təsisçisi və İdarə heyətinin üzvü Oleq Krapivin tərəfindən ödəniləcək: "İlk növbədə uşaqlar, yaşlılar, xanımlar və ailəli olanlar yola salınacaqlar. İstanbuldan Bakıya getmək istəyənlər isə bunu öz hesablarına edə biləcəklər. Kiyevdən İstanbula təxliyə olunmaq istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar: +380 (98) 949 70 38”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistlər pusquya düşdülər: Ukraynadan dəhşətli görüntülər
Ukraynada müharibəni işıqlandırmağa çalışan jurnalistlər hücuma məruz qalıb.

Zamantv.az xəbər verir ki, “Sky News” xəbər agentliyinin jurnalistləri döyüş bölgəsində pusquya düşüblər.

Məlumata görə, onları aparan avtomobil güllələnib. Hadisə zamanı güllə operator Riçi Moklerə dəyib. Lakin o, zirehli gödəkcənin köməyi ilə sağ qalıb.
Daha sonra ərazidəki fabrikə sığınan jurnalistləri Ukrayna polisi xilas edib.

Həmin anların görüntülərini təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Füzuli Ələkbərovun 5 şirkəti ləğv olunur - ADLAR
"Improtex Group" MMC-yə daxil olan “İmair Aviakompaniyası” MMC, "İminteks-Tikinti Quraşdırma" MMC, "İmproteks-Prodakşn" kiçik müəssisəsi, "İmproteks-Kommers" kiçik müəssisəsi və "İmprotex Transexpress" MMC ləğv olunduğunu elan edib. Zamantv.az -ın məlumatına görə, “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ilk 3 şirkətin kreditorları tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Özbəki̇stan küçəsi, ev 23, son 2 şirkətin kreditorları isə Bakı şəhəri, Nizami rayonu, Mayakovski̇ küçəsi, ev 23 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ukrayna ilə danışıqların növbəti mərhələsi üçün Rusiyaya heç bir tarix təqdim edilməyib” - Lavrov
“Ukrayna ilə danışıqların növbəti mərhələsi üçün hələlik Rusiyaya heç bir tarix təqdim edilməyib”. Zamantv.az “Report”a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

Onun sözlərinə görə, rəsmi Moskva Ukrayna tərəfinin cavabını gözləyir.

Xatırladaq ki, artıq Rusiya və Ukrayna arasında danışıqların 2 mərhələsi keçirilib. İkinci görüşün nəticələrinə əsasən tərəflər mülki əhalinin təxliyəsi və döyüş meydançalarına dərman vasitələrinin çatdırılması üçün humanitar dəhlizlər yaratmağı razılaşdırııblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstan hərbi əməliyyata başlayır? - “Bu, Putini daha da...”
Günlərdir ki, Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilir.

Gürcüstan xalqı hakimiyyətdən Ukraynaya dəstək tələb edir. Mitinqlərdə iqtidarın istefası da tələb olunub.

Xatırladaq ki, ötən həftə Gürcüstanda Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləmək üçün minlərlə insan küçələrə axışmışdı. Hazırda Gürcüstanda yaşanan kütləvi etirazlarının hakimiyyət dəyişikliyinə gətirib çıxara biləcəyi də ehtimal olunur.

Bununla yanaşı, ölkə əhalisi arasında Cənubi Osetiya və Abxaziyanı Rusiyadan geri almaq üçün də fürsət olduğunu düşünən çox sayda insan var.

Ümumiyyətlə, son zamanlar Gürcüstandakı aksiyalar vəziyyətin dəyişməsilə nəticələnə bilərmi? Zamantv.az ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, gürcülərin Abxaziya və Cənubi Osetiyaya görə Rusiyaya qarşı ayaqlanması gözlənilmir:

“Açığı, Abxaziya və Cənubi Osetiya separatçılarına qarşı hansısa hərbi əməliyyatların olacağını düşünmürəm. Çünki həmin ərazilərdə rus qoşunları var və Rusiya onlarla həmsərhəd ölkədir. Yəni belə bir əməliyyat olacağı təqdirdə, Gürcüstanı çox arzuolunmaz vəziyyət gözləyə bilər. Ayrıca, bu məsələdə Qərb dünyasının da maraqlı olacağı inandırıcı deyil. Ümumiyyətlə, yeni bir cəhbənin açılması Rusiyanın daha da qəzəblənməsinə gətirib çıxaracaq. İndiki şəraitdə isə bu, nəzarətolunmaz bir vəziyyətin yaranmasına səbəb ola bilər. Üstəlik, Bidzina İvanişvilinin hakimiyyəti dönəmində rəsmi Moskvaya qarşı belə bir addımın atılması mümkün deyil. Nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın əlində İvanişviliyə qarşı çox ciddi korrupsiya faktlarını əks etdirən sənədlər var”.

Politoloq deyib ki, gürcü xalqının İvanişvili rejimindən qurtulmaq məqsədi olsaydı, özünü qurban verən Mixail Saakaşvilini müdafiə edərdilər:

“Lakin Saakaşvilinin lazım olan səviyyədə Gürcüstan cəmiyyəti tərəfindən müdafiə olunmadığı göründü. Deməli, gürcü xalqı taleyi ilə hələlik razılaşmaqdadır. Ona görə də Gürcüstan xalqının İvanişviliyə qarşı ayaqlanması və separatçı rejimlərə qarşı hər hansısa hərbi addımların atılması gözlənilmir. Hazırda baş verən proseslər isə sadəcə olaraq görüntü xarakterli və qısamüddətlidir. Düşünürəm ki, bir müddət sonra bütün aksiyalar səngiyəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çavuşoğlu BAKIDA
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.

Zamantv.az-ın xəbərinə görə, o, bu barədə "Tvitter"də bildirib.

Türkiyəli naziri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov qarşılayıb.
“Brüsseldə Ukraynaya həsr olunmuş NATO Xarici İşlər Nazirlərinin fövqəladə iclasından sonra əlaqələrimizi və regional hadisələri müzakirə etmək üçün can Azərbaycandayıq”, - deyə Türkiyə XİN başçısı qeyd edib.
Çavuşoğlu BAKIDA

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO