[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi qəbuledilməzdir.

"Zamantv.az" xəbər verir ki, nazirliyin məlumatına görə, Azərbaycan Respublikasının ərazisində "Dağlıq Qarabağ" adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunub.

Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub.

Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Azərbaycanla hava əlaqəsini niyə kəsdi?
Zamantv.az - Ukraynada işğalçı Rusiya ordusunun ağır bombardmanları altında qalan azərbaycanlıların evakuasiyası əsas qayğılardan biri olduğu vaxtda Rusiyada yaşayan soydaşlarımız üçün də problemlər yarandı. Dünən Rusiyanın bütün aviaşirkətləri (“Aeroflot”, “Ural Arilines” və s.) əksər xarici ölkələrə uçuşları qeyri-müəyyən vaxta qədər dayandırdığını elan etdi. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətləri Azərbaycana uçmayacaq.

Bu xəbərdən az sonra Azərbaycan Hava Yolları” (AZAL) QSC bəyan edib ki, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri martın 6-da saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır. “Vəziyyət, həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar”, – AZAL-ın açıqlamasında qeyd olunur.

Moskvada ticarətlə məşğul olan İsmayıl Həsənov Pressklub.az-a bildirib ki, uçuşların dayandırılması azərbaycanlılar üçün gözlənilməz pis xəbərdi. Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkədə ciddi problemlər yaradıb, ticarət dayanmaq üzrədir, rubl kəskin ucuzlaşıb. Nəticədə bir çox azərbaycanlılar ölkəyə qayıtmağa başlayıb: “Mənim martın 14-ə biletim vardı, aviaşirkət elan edib ki, uçuş olmayacaq. Bilmirik necə olacaq, çox narahatıq. Biletlərin geri qaytarılması, yaxud uçuş olacağı tarixə dəyişdirilməsi barədə məlumatsızıq. Quru yolla Azərbaycana qayıtmaq da imkansızdır, çünki pandemiyaya görə quru sərhədləri bağlıdır”.

İ.Həsənov əlavə edir ki, hazırda Rusiyada çalışan soydaşlarımız pərişan durumdadırlar: “Əksər xarici firmalar ölkəni tərk edir, iş yerləri sürətlə bağlanır, bazarlara xaricdən mal gəlmir. Kəskin inflyasiya var, rubl dəyərdən düşür, burada pul qazanmağın mənası qalmır. Hamı çıxıb getməyə çalışır”. Yaranmış durumu Pressklub.az-a şərh politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya müxtəlif ölkələrlə hava əlaqəsini kəsib, o cümlədən Azərbaycana uçuşlar dayandırılıb:

“Rusiyadan kütləvi çıxış var, çox güman, Putin bu axının qarşını kəsmək istəyir. Amma bununla bu ölkədə yaşayan azərbaycanlılara ikiqat problemlər yaradır. Birinci, soydaşlarımız buradaki ailələrinə pul göndərməkdə çətinlik çəkəcəklər. Çünki Mərkəzi Bank intervensiyalara qeyri-rəsmi qadağa qoymaqla bərabər, ölkədən pul çıxışını məhdudlaşdırır. İkincisi, Novruz Bayramı ərəfəsində soydaşlarımız öz doğmalarına baş çəkə bilməyəcəklər, sıxıntı çəkəcəklər. Bunu dolayı yolla Azərbaycana təzyiq kimi qiymətləndirirəm. Necə ola bilər, Ermənistana uçuşlar var, Rusiya hakimiyyət orqanları vətəndaşlarına bu ölkəyə turist kimi səyahət etməyi tövsiyə edirlər. Deməli, Azərbaycana fərqli münasibətdə siyasi təzyiq elementləri axtarmaq lazımdır”.

İqtisadçı Toğrul Maşallı isə deyir ki, Azərbaycan hökuməti məsələyə praqmatik yanaşmalıdır. “Bəllidir ki, bizim iqtisadiyyatımız o qədər də böyük deyil və tərəflərə təsir etmək gücündə deyilik. Amma vəziyyətdən istifadə edə bilərik. İndi həm Ukraynadan, həm Rusiyadan kifayət qədər çox insan qaçır. Əgər Ukraynada insanlar müharibənin fəsadlarından qaçırlarsa, Rusiyada səbəblər bir qədər başqadır. Bu həm müharibənin dəstəklənməməsi və bu səbəbdən repressiyalar qorxusudur, həm də indiki sanksiyalar altında işləmək üçün şəraitin olmamasıdır”, – iqtisadçı vurğulayıb.

T.Maşallı qeyd edir ki, hazırda Rusiyada Avropaya vizası olanlar qatar vasitəsilə Finlandiyaya üz tuturlar, vizası olmayanlar isə Ermənistana Türkiyəyə, Serbiyaya uçurlar. Məsələn, gün ərzində İrəvana reyslərin sayı 13-14-dən 37-40-a kimi artıb. Yeri gəlmişkən, İrəvana uçanların da böyük hissəsi oranı tranzit kimi istifadə edərək, ya Gürcüstana, ya da Türkiyəyə keçirlər:

“Amma Azərbaycan bundan kənarda qalıb. Düzdür, Azərbaycana da uçan var idi, amma bura gələnlərin böyük hissəsi Bakını tranzit yeri kimi istifadə edirdi. Ümumən onların sayı Gürcüstan ilə müqayisədə qat-qat az idi. Fikrimcə, hökumətimiz praqmatik olsa, ölkədə həm rusiyalıların, həm ukraynalıların gəlməsi üçün şərait yaradardı. Misal üçün, Rusiyadan qaçanlar arasında “kreativ sinfin” nümayəndələri çoxdur. Onlar arasında isə İT-sahəsində çalışan mütəxəssislərin payı yüksəkdir. Bakıda onlar üçün müəyyən qədər rahat şərait var. Çünki rus dili cəhətindən, uşaqlar üçün məktəb, ünsiyyət imkanı və s. Vəziyyətdən istifadə edərək, onları Azərbaycana dəvət edib, şərait yaratmaq olardı. Bəllidir ki, İT-işçiləri üçün burada kifayət qədər çox iş yoxdur. Amma bu bazarda çalışanların böyük hissəsi “remote” (yəni uzaqdan) işləyir. Gürcüstana getmələrin də əsas səbəbi orada rahatlıqla uzaqdan işləmək imkanıdır. Oraya nə viza, nə də qalmaq üçün xüsusi sənəd lazım deyil. Eyni zamanda, bankda çox rahatlıqla hesab açmaq imkanı da var. Amma Azərbaycanda bu yoxdur”.

İqtisadçı deyir ki, Azərbaycana gəldikləri halda, burada həm müvafiq bazarda qiymətlərin aşağı düşməsinə səbəb olacaq, həm də xaricdən kifayət qədər vəsait də cəlb edəcəklər: “Hələ bunun dolayı təsirləri barədə demirəm. Eyni məsələ mədəniyyət, müxtəlif xidmət sektorlarına da aiddir. Bu insanların böyük hissəsi Rusiyadan qaçır. Biz də, ölkə olaraq, bundan istifadə edib, qeyri-neft sektoruna töhfə verə bilərik. Ya da ən azı turist kimi də cəlb etmək olar. Amma deyəsən, “balanslı xarici siyasət” naminə Azərbaycan bu vəziyyətdən istifadə etməyəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Belarusun Baş Qərargah rəisi döyüşdən imtina edərək istefa verdi
Belarus Baş Qərargah rəisi Viktor Quleviç istefa verib.

"Zamantv.az" xarici KİV-ə istinadən xəbər verir ki, onun tabeliyində olanların Ukraynadakı müharibədə iştirakdan imtina etdiyini bildirərək istefa verdiyi bildirilir.

Quleviçin ifadəsinin martın 4-nə aid olduğu iddia edilir. Bu barədə müvafiq sənəd yayılıb.
Belarusun Baş Qərargah rəisi döyüşdən imtina edərək istefa verdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaman Ukraynanın xeyrinə işləyir və hər gün Putinin məğlubiyyətini yaxınlaşdırır - İNCƏLƏMƏ...
Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasının 10-cu günü geridə qaldı. Hərbi cəhətdən blitskrieg uğursuz oldu və bunun bir sıra hərbi-strateji və hərbi-siyasi nəticələri yarandı.

Birincidən başlayaq

Sürətli cəbhə hücumunun uğursuzluğu səbəbindən uzunmüddətli amillər öz təsirini göstərməyə başladı. Əvvəla, məlum oldu ki, qələbə üçün həddindən artıq təriflənmiş “kalibrlər” və “İsgəndər”lər azlıq edir. Türkiyə boğazları rus döyüş gəmiləri üçün bağladı və dənizdəki “kalibrlər” də onlarla birlikdə Qara dənizə girə bilmədi. Quru qoşunları artıq bütün atəşə vasitələrini xərcləyib, zavodlardan yeni tədarüklərə isə ümid yoxdur.

İkincisi

Hiss edilən silah çatışmazlığı yaranıb, ona görə ki, Rusiya ordusu ya onları itirdi, ya da qənimət şəklində ukraynalılara qismət oldu. Tula zavodu və Rotenberqin digər müəssisələri silah çatışmazlığını aradan qaldırmaq üçün verilən sifarişləri yerinə yetirə bilmir. Eyni şey sursat və mərmilərə də aiddir. Onlarla da vəziyyət çox pisdir, çünki xammal yoxdur. Əvvəllər tədarüklər əsasən Sloveniya, Finlandiya və Almaniyadan həyata keçirilirdi. Onlar indi bloklanıb. Fabirklərdən yalnız üç-dörd aydan sonra silah almaq realdır.

Üçüncüsü

Rus qouşunları istər-istəməz logistik cəhənnəmə daxil olub. İrəliləyən rus qoşunlarının təchizat xətləri uzanır və davamlı hücumlara və atəşə məruz qalır. Dəmir yolu nəqliyyatından istifadə yalnız bəzən və yalnız müəyyən istiqamətlərdə mümkündür. Eyni zamanda yanacaq olan 60 dəmir yolu çəni Ukrayna PUA-ları tərəfindən məhv edilib. Ona görə də təchizatı təmin etmək yükü nəqliyyat vasitələrinin üzərinə düşür. Kolonlar on kilometrlərlə uzanır və Ukrayna artilleriyası və “Bayraktar”ları tərəfindən asanlıqla atəşə tutulur.

Nəticədə, yanacaq çatışmazlığı səbəbindən avanqard birləşmələr dayanır, piyada döyüş maşınları, tanklar və zirehli transportyorlar çölə atılır, ekipajları ən azı bir az yemək axtarmaq üçün tarlaları və kəndləri dolaşırlar. Onu tapmasalar, təslim olurlar - harada ki, qidalanır və isinirlər, hətta valideynlərinə və qohumlarına özləri haqqında məlumat vermək üçün evə zəng etməyə də icazə verilir.

Beləcə

Növbəti qara xəbər artıq rublun və qiymətli kağızların çökməsinə səbəb olan böyük sanksiyalardır. Artıq bir müddətdir ki, bu maliyyə-iqtisadi amil siyasi xarakter alıb. Təbliğat üçün ağzını doldurmaq və federal kanallarda nağıl danışmaq olar – amma bütün bunlar Rusiya üçün indilik keçərlidir. Halbuki amma əhali rublun 45-50% devalvasiyasının nə ilə nəticələnəcəyini yaxşı bilir.

Rusiya vətəndaşları arasında keçirilən sorğunun nəticələri maraqlıdır. Onların Ukraynada insan tələfatı və dağıntılar heç veclərinə də deyil. Rusiya ordusunun əsgər və zabitləri arasında itkilərin artmasına münasibət də demək olar ki, oxşardır, bu da onları çox narahat etmir.

Onlara həqiqətən təsir edən iqtisadi və maliyyə çöküşünün perspektivləri, qiymət artımı ilə bağlı çətinliklər, ərzaq qıtlığı, həyat şəraitinin və yaşayış şəraitinin pisləşməsidir. Hər gün keçdikcə daha aydın olur ki, hərbi qələbəyə nail olmaq mümkün deyil. Ukrayna təslim olmaq niyyətində deyil və üstəlik, demilitarizasiya, denazifikasiya və neytral statusla bağlı Rusiyanın ultimatumunun bütün şərtlərini rədd edir.

Bu zaman isə siyasi və diplomatik fəaliyyət işə başlayır, həmişə olduğu kimi, açıq və gizli şəkildə.

Hətta Ukrayna ilə müharibənin tərənnümü təbliğatının polifoniyası fonunda da bir qədər fərqli motivlər səslənməyə başlayır. Prezident Vladimir Putinin iqtisadi müşaviri Andrey Belousov deyib ki, “sanksiyalar əbədi deyil və biz onların ləğvinə həqiqətən ümid edirik”. Qeyd edək ki, Putin öz müşavirini dinləyir və Belousov bu sözləri elə-belə deməzdi. Daha sonra Putinin özünün dilindən çıxdı ki, Rusiya heç kimi təhdid etmir, münasibətləri normallaşdırmaq lazımdır.

Bir tərəfdən, bu cür siqnalları heç olmasa hansısa danışıqlara başlamaq istəyi kimi də qiymətləndirmək olar. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşə hazır olmasından danışıb.

Digər tərəfdən, Moskva yenidən ultimatum və təhdid dili ilə danışmağa başladı. “Rossiya 24” telekanalında çıxış edən Putin deyib ki, “Bugünkü Kiyev rəhbərliyi başa düşməlidir ki, onlar eyni ruhda davam etsələr, Ukrayna dövlətçiliyinin gələcəyini sual altına qoyurlar və bu, baş verərsə, baş verənlər tamamilə onların vicdanına yazılacaq”. Başqa sözlə, yenə ultimatumlar.

Sanksiyaların təsiri iki-üç həftə ərzində tam hiss olunacaq və qartopu kimi böyüməyə davam edəcək. İT sektorunda bir mütəxəssisin dediyi kimi, biz çötkələrə, arifmometrlərə və yazı makinalarına keçməyə hazırlaşmalıyıq. İT nəhəngləri “Microsoft” və “Oracle” Rusiyanı tərk etdi. Birinci firma, kompüterlərində “Windows” sistemi quraşdırılmış hər kəsə, ikincisi isə verilənlər məlumat bazası olan hər kəsə məlumdur. Biz təfərrüata girməyəcəyik, lakin bu proqram təminatı olmadan, həqiqətən, iyirminci əsrin əvvəllərinin alətlərinə keçməli olacaqsınız.

Və bu, iqtisadi amil deyil, siyasi amildir. Burada açıq diplomatiyadan gizliyə keçirik.

Rusiyalı oliqarx Əlişir Usmanov Böyük Britaniyanın çox sərt sanksiyaları altındadır. Elə alınmışdı ki, onun həyat yoldaşı İrina Viner-Usmanova Alina Kabayevanı məşq etdirirdi və onun vasitəsilə Usmanovlar ailəsi Putinə yaxınlaşdı.

Görünür, Usmanov Ukraynaya qarşıdan gələn işğaldan xəbərdar idi, çünki hələ yanvar ayında London və Surrey qraflığındakı malikanələrini satmağa çalışmışdı. Bu alınmadı və indi onun İngiltərədəki bütün əmlakı dondurulub. “La Repubblica” qəzetinin məlumatına görə, İtaliya hakimiyyəti Usmanovun Sardiniyadakı villasını, alman hakimiyyəti isə Hamburqda onun 600 milyon dollar dəyərində olan 156 metrlik “Dilbar” yaxtasını həbs edib.

Və birdən Rusiya mediası sevinclə hayqırdı ki, Usmanov ABŞ-da baş lisenziya alıb və ondan bütün sanksiyalar götürülüb. Bütün bunlar onun firmalarının lobbiçiliyi və korrupsiya sayəsindədir və buna görə də biz bütün sanksiyalardan yan keçə biləcəyik.

Əslində, heç də belə deyil. Lisenziya bütün əməliyyatlara icazə verir və Usmanova məxsus 50% və daha çox təşkilatların əmlakını blokdan çıxarır. Bu, yalnız iki şərt yerinə yetirildikdə mümkündür:

Birincisi, şirkətlərin fəaliyyəti Ukraynaya qarşı yönələ bilməz; İkincisi, yalnız bu şirkətlərin hesablarından debetə icazə verilir. Yəni pul götürə və ya başqa hesablara köçürə bilərsiniz, ancaq qazanc əldə edə bilməzsiniz. Belə ki, bu firma və təşkilatların işi faktiki olaraq iflic vəziyyətinə düşüb və onlar Maliyyə Nazirliyinin ən ciddi nəzarəti altındadır.

Baş lisenziya Usmanova ona görə verilib ki, o, Putinə yaxındır və amerikalıların dediyi kimi, “back channel” - Rusiya Prezidentinə birbaşa çıxışa malikdir. Beləliklə, bu, ictimai olmayan danışıqlar aparmaq imkanıdır və bunun üçün Usmanova müəyyən imkanlar verilib.

Pekin də müəyyən hərəkətlərə başlayıb. Çin ilk dəfə olaraq Ukraynada baş verənlərdən dərin narahatlığını rəsmən ifadə edib. Xüsusən də Zaporojye AES ətrafında baş verənlərə görə. Xarakterik odur ki, bəyanatda Rusiyanın öz təhlükəsizliyi ilə bağlı haqlı narahatlığına dair əvvəlki heç bir istinad yoxdur. Beləliklə, Moskvaya bilavasitə başa salırlar ki, artıq işğalla bütün bu rüsvayçılığa son qoymağın vaxtı çatıb və bir növ hərbi mərhələdən diplomatik mərhələyə keçməyin vaxtı çatıb.

Putin özünü həm hərbi, həm də iqtisadi baxmdan çıxılmaz vəziyyətə salıb. Onun üçün yaxşı həll yolları və məqbul çıxışlar yoxdur. Çox güman ki, yaranan əməliyyat fasiləsindən sonra biz son hücum üçün qüvvələr və vasitələri aşağıdakı istiqamətlərdə - Kiyev, Xarkov, Mariupol və Odessa ilə Nikolayevə cəmləşdirmək cəhdini gözləməliyik. Ukrayna ordusu buna hazırlaşır və artıq əks-hücum addımları ilə Xarkov və Çerniqov yaxınlığında mövqelərini möhkəmləndirir.

Kiyev çox sakitdir və humanitar dəhlizlərin yaradılması və fəaliyyətinin müzakirəsi istisna olmaqla, heç bir danışıqlara razılaşmağa tələsmir. Moskva əsəbidir və danışıqları pozur.

Qarşıda dönüşün əlamətləri var, ona görə də Ukrayna rəhbərliyi öz mövqeyinə arxayındır və Moskvanın ultimatumlarını müzakirə etmək niyyətində deyil. Zaman Ukraynaya işləyir və hər gün Putinin məğlubiyyətini yaxınlaşdırır.

Müəllif: Yuri Rayxel //AYNA//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanılıb - FOTO
Zamantv.az - Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazəsiz daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxsləri müəyyən edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhər sakini F.Məmmədovun idarə etdiyi “Mersedes” markalı yük maşını Böyük Tağlar kəndi ərazisində saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman daha 2 nəfər də aşkar edilib. Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Q.Məmmədov və T.Süleymanov olduğu müəyyən olunub. Eləcə də avtomobildən dəmir borular, metal tullantıları və s. aşkar edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədov və Q.Məmmədov 10 gün müddətinə inzibati qaydada həbs, T.Süleymanov isə cərimə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq" - Ukraynanın müdafiə naziri
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov xalqa müraciət edib.

Zamantv.az “Report”a istinadla xəbər verir ki, müraciətdə rusların əsas hücum istiqamətlərinin Kiyev, Xarkov, Çerniqov və Nikolayev şəhərləri olduğu bildirilib

“Biz sayıqlığı itirmirik. Ruslara sərt cavablar veririk. Hökumət humanitar dəhlizləri təmin etmək üçün mümkün hər şeyi edir. Amma bu, asan məsələ deyil. Çünki ruslar verdikləri sözə əməl etmirlər. Onlar yaşayış məntəqələrini hədəf alır, mülki şəxsləri atəşə tuturlar. Ukrayna xalqının öz vətəni uğrunda vuruşduğunu bütün dünya görür. Silah və sursat tədarükü ilə bağlı məlumat verməyəcəyəm. Amma bilin ki, ciddi irəliləyiş var”, - deyə o qeyd edib.

O.Reznikov vurğulayıb ki, xalq böyük şücaət göstərir: “Bizim ruslar qarşısında ən böyük üstünlüyümüz cəmiyyətimizin həmrəyliyidir. Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq. Xerson, Kaxovka, Melitopol, Berdyansk və Heniçeskdə baş verənlər göstərdi ki, rusların gecikmədən ölkəmizdən çıxması daha yaxşı olar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xarkovda azərbaycanlı tələbə bacılar itkin düşüb
Azərbaycanlı tələbə bacılar Ukraynanın Xarkov şəhərində itkin düşüblər.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yaxınları Sadıqova Aysu Natiq qızı və Sadıqova Səma Natiq qızından xəbər tuta bilmirlər.

Ukraynanın Xarkov şəhərində yaşayan, onlardan məlumatı olan azərbaycanlılardan aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş edilib.

Valideyninin əlaqə nömrəsi: +380 98 915 0523.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
UAR baş katibi: “Sumı şəhərində 100-dən artıq soydaşımız təxliyə gözləyir”
“Kiyevin 5 kilometr yaxınlığındakı İrpen şəhərində vəziyyət çox gərgindir. Ötən gecə Kiyevə raket zərbələri ilə genişmiqyaslı hücum gözlənilsə də, hələ sakitlikdir. Lakin artıq üç gündən artıqdır ki, şəhərə işıq və istilik verilmir, yemək və su təchizatı yoxdur”.

Bu barədə açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.

Ceyhun Məmmədov bildirib ki, təxliyə üçün müraciətlər çoxdur:

“Dünən Kiyevdən 55 soydaşımız İstanbula yola salınıb. Bundan əvvəl qrup şəklində 1 100 azərbaycanlının təxliyəsini həyata keçirmişik. Maşınla sərhədə gedənlər də var. Ona görə də bu gün Kiyevdən dəqiq nə qədər azərbaycanlının təxliyə olunduğunu demək çətindir. Zirzəmi və evlərdə çarəsiz qalanlara ərzaq yardımı etməyə çalışırıq. Bakı ilə danışırıq ki, əlavə qatar və ya avtobus ayrılmasına dəstək verilsin. Çünki artıq Ukraynanın bəzi şəhərləri ilə koordinasiyanı itirmişik”.

“Türkiyə tərəfi bu gün Sumı şəhərindən vətəndaşlarını avtobusla çıxarmaq istəyir. Bu, oradan son humanitar dəhliz ola bilər. Bir avtobusu (50 nəfərlik) 9500 avroya razılaşıblar. Bizim də orada 100-dən artıq soydaşımız qalıb. Amma maliyyə çətinliyi səbəbindən ola bilər ki, bu şansdan istifadə edə bilməyək.

Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının təsisçisi və idarə heyətinin üzvü Oleq Krapivinlə bərabər Kiyevdəyik. Paytaxtda fəaliyyət göstərmək imkanı olan son ana qədər Kiyevdən təxliyə və yardım məsələlərini koordinasiyası ilə məşğul olacağıq”.

Könül Cəfərli
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada humanitar dəhlizlər açılır
Rusiya yerli vaxtla saat 10:00-dan etibarən sükut rejimi elan edir, Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinə müraciəti ilə Ukraynaya humanitar dəhlizləri açır.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Kiyev, Xarkov, Sumı və Mariupol şəhərlərində fəlakətli humanitar vəziyyət və onun kəskinləşməsi nəzərə alınaraq, həmçinin Fransa prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinə şəxsi müraciəti əsasında Rusiya Silahlı Qüvvələri 2022-ci il martın 7-də saat 10:00-da (Bakı vaxtı ilə 11:00 - red.) sükut rejimi elan edir və humanitar dəhlizlər açılır”, - deyə bildirilir.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutuldu
Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutulub.

Zamantv.az Bu barədə Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Milli Polisinin Nikolayev şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saat 05:30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər “Qrad” atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb.

Azərbaycanlılar vaxtında evakuasiya edildiyindən ölən olmayıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO