[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda polis mayoru FACİƏVİşəkildə öldü
Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Zamantv.az .az-ın məlumatına görə, hadisə martın 2-i axşam saatların Yevlax şəhəri ərazisində baş verib. “Chevrolet Cruze” markalı avtomobil yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, 32 yaşlı Faiq Cəfərov ağır xəsarətlər alıb.
F. Cəfərov ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, F.Cəfərov polis mayorudur. O, Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışıb. Qəzanın işdən evə gedən zaman baş verdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bombalanan Kiyevdə evləndilər: Gül buketi əvəzinə... - FOTO
Müharibənin davam etdiyi Kiyev şəhərində polislə jurnalist evlənib.

Zamantv.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, Kiyev şəhər Patrul Polis İdarəsinin rəisi Yuri Zozulya və jurnalist Ancelina Karyakina nikaha giriblər.

Cütlüyün nikah şahidləri Patrul Polis İdarəsinin rəisi polkovnik Yevgeni Jukov olub.
Müharibə şəraitində gül dükanları bağlı olduğu üçün, gəlin gül buketi olaraq evdə dibçəkdə bitən orxideya çiçəyini götürüb.

Şəhər sakinləri onlara yemək və şampan verərək tarixi günü belə qeyd ediblər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda fevral ayında zəhərlənmədən ölənlərin SAYI
Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib.

Mərkəzin mətbuat xidmətindən Zamantv.az-a verilən məlumata görə, onlardan 118-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəbul olan xəstələrdən 55-i dərmandan, 14-ü sirkə turşusundan, 13-ü dəm qazından, 11-i etil spirtindən, 1-i göbələkdən zəhərlənib. Digərlərindən 10-u anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, 7-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 54-ü qadın, 50-si kişi, 14-ü uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 118 nəfərdən (3 qadın, 5 kişi) 8-nin həyatını xilas etmək mümkün olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropanın ən böyük Atom Elektrik Stansiyası TƏHLÜKƏDƏ -VİDEO
Avropanın ən böyük Atom Elektrik Stansiyası Enerqador təhlükədədir.

Zamantv.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşinko məlumat verib. Onun dediyinə görə, hazırda elektrik stansiyasının yanında döyüşlər gedir.

“Düzdür, onlar reaktorun beton təbəqəsini dağıda bilməyəcəklər. Amma transformatoru, turbinləri və digər qurğuları zədələyə bilərlər. Bu isə Çernobıl və Fukusima atom elektrik stansiyalarında baş verən qəza kimi böyük fəlakətlərə səbəb ola bilər”.
Geraşinkonın bildirdiyinə görə, həmin Atom Elektrik Stansiyasını Ukraynanın Milli Qvardiyasının döyüşçüləri qoruyur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlıların təxliyəsi davam edir: daha 100 NƏFƏR
100-dən artıq azərbaycanlı Odessadan təxliyə olunub.

Bu barədə Zamantv.az-a "Birlik" Odessa azərbaycanlıları Diaspora təşkilatının rəhbərlərindən biri olan Anar Natiqoğlu məlumat verib.

O bildirib ki, şəhərdən çıxarılan azərbaycanlılar Moldovaya yola salınıb.
Azərbaycanlıların təxliyəsi davam edir: daha 100 NƏFƏR

Azərbaycanlıların təxliyəsi davam edir: daha 100 NƏFƏR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna Rusiya ilə növbəti danışığa RAZILAŞDI
Rusiya ilə danışıqların ikinci raundu martın 2-də axşam baş tutacaq.

Zamantv.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Aleksey Arestoviç məlumat verib.

Cəbhədəki vəziyyətlə bağlı brifinq zamanı o, Belarus qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakının heç bir təsdiqinin olmadığını bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağlayan rusiyalı əsgərlər - FOTO
Rusiya və Ukrayna arasında müharibənin 7-ci günüdür. Şiddətli küçə döyüşlərinin getdiyi Xarkov şəhərində azı 21 nəfər həyatını itirib, 112 nəfər yaralanıb. Cəbhə xəttindən paylaşılan görüntülərdə mülki şəxslərin əsir götürdüyü Rusiya ordusuna məxsus zirehli texnikalar, tanklar diqqət çəkir. Ən çox isə silahlarını yerə atıb ağlayan rusiyalı əsgərlərin şəkilləri dünyada gündəm olub.

Zamantv.az həmin əsgərlərin şəkillərini təqdim edir:
Ağlayan rusiyalı əsgərlər - FOTO

Ağlayan rusiyalı əsgərlər - FOTO

Ağlayan rusiyalı əsgərlər - FOTO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hamıya kömək edə bilmirik, biz də zirzəmidəyik" - Diaspor nümayəndəsi
“Nə yalan danışım, heç də hamıya yardım göstərə bilmirik. Müharibədi və əlimiz nəyə çatır kömək göstərməyə çalışırıq”.

Bunu Zamantv.az-a Azərbaycanın Kiyevdəki diaspor nümayəndəsi Nasir Cəbiyev deyib. O bildirir ki, Kiyevdə ümumi vəziyyət gərgin olaraq qalır:

“Biz diaspora tərəfindən bacardığımız köməyi edirik. Nə yalan danışım, hamıya da yardım göstərə bilmirik. Müharibə dövrüdü və əlimiz çatan qədər kömək göstərməyə çalışırıq. Bu gün 1100 nəfər həmyerlimiz qatarla Kiyevdən yola düşdü. Onlar Moldovaya gedəcək, orada da səfirlik onları qarşılayacaq”.
Onun sözlərinə görə, Ukraynada yaşayan azərbaycanlıların hamısı qeydiyyatda deyil:

“Biz bütün məlumatları saytımızda vermişik. Çox insan zəng edir, biz onları qeydə alırıq. Ukraynada 600 min azərbaycanlı var və onların hamısı da bura gələndə qeydiyyata düşməyiblər. Ona görə də onlar özləri bizə müraciət etməlidir. Qeydiyyatda olanları zəng edib, çağırırıq”.

Nasir Cəbiyev qeyd edir ki, Kiyevdə vəziyyət Xarkovdan daha yaxşıdı:

“Bəli, şəhərin bəzi yerləri atəşə tutulur. Amma Kiyevdə Xarkovdakı kimi dəhşətli vəziyyət yoxdur. Biz özümüz də siqnal veriləndə zirzəmidə qalırıq. Hətta elə oldu ki, vağzalda olanda siqnal verildi, amma heç kim qaçmadı. Tək ümidimiz dua etmək oldu”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah bu ərazilərə qar yağacaq - PROQNOZ
Martın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Zamantv.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaricdə təhsil almış daha 62 nəfərin diplomu tanınmadı
Fevral ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Bu barədə "Zamantv.az"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, ötən ay üzrə 268 müraciətçinin 206-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 28, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 8 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 87, Ukraynadan 70, Türkiyə Respublikasından 57, Gürcüstandan 16, Amerika Birləşmiş Ştatları 5, digər ölkələrdən isə 33 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 27, tibb üzrə 20, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 10 nəfər müraciətçi qeydə alınıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO