[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Yaponiya, Avstraliya və Yeni Zelandiya Ukraynaya qarşı başlatdığı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

"Zamantv.az" "Reuters"ə istinadən xəbər verir ki, Yaponiya müdafiə sektoru rəsmiləri və dövlət silah ixracatçısı Rosoboronexport da daxil olmaqla 15 rus fiziki və doqquz qurumuna sanksiya tətbiq edəcək.

Aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyalara əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, oliqarx Süleyman Kərimov və Rusiya Federasiyasının müdafiə nazirinin səkkiz müavini daxildir. Şirkətlər arasında "Rosoboroneksport", "Rusiya Helikopterləri", "Birləşmiş Aviasiya Korporasiyası", "Uralvaqonzavod" və digər şirkətlərə qarşı sanksiyalar tətbiq edilib.

Ümumilikdə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Yaponiya Rusiyada 76 nəfərə, 7 banka və 12 digər təşkilata qarşı sanksiya tətbiq edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında martın 18-i səhərdən 19-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.

"Zamantv.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Makron: “Fransa Avropada müharibəyə hazırlaşmalıdır”
Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə Avropa qitəsinə qayıda biləcək yüksək intensivlikli müharibəyə hazır olmalıdır.

O, seçki kampaniyası zamanı bəyan edib ki, Fransanın 2025-ci ildə müdafiə büdcəsi 50 milyard avro olacaq (hazırda 40 milyard avrodan çoxdur).

Prezident qeyd edib ki, Fransa kosmosda və kiberməkanda yeni növ münaqişələr fonunda çevik olmalıdır.

Həmçinin, Makron əlavə edib ki, o, qabaqcıl texnologiyaya investisiya qoymaq və qitəyə qayıda biləcək yüksək intensivlikli müharibəyə hazır olmaq üçün investisiyaları artırmaq istəyir.

Bununla yanaşı, Fransa lideri silahlı qüvvələrdə ehtiyatda olan əsgərlərin, eləcə də polis və jandarmların sayının artırıldığını deyib.

Mənbə: liberation.fr
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda borcu olan kişinin başına OYUN AÇDILAR
Bakıda kişidən hədə-qorxu ilə pul tələb olunub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, martın 9-da 3 nəfər Bakı şəhər sakini Ə.Cəlilovu döyəcəkləri ilə hədələyib 1200 manat borcunu ödəmək üçün mobil telefonunu 1500 manata satdıraraq pulunu götürüblər.

Bu barədə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakinləri F.Tağıyev, S.Tağıyev və M.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Batan gəmidən 28 nəfər xilas edildi
İran Fars Körfəzində batan Birləşmiş Ərəb Əmirliyinə məxsus gəminin ekipajından 28 nəfəri xilas edib.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, batan gəmidə 30 ekipaj üzvü olub. 28 nəfər xilas olunaraq Buşəhr şəhərinə gətirilib.

Qəzada 1 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.
Qeyd olunub ki, fırtına səbəbindən itkin düşən gəmiçinin axtarışları müvəqqəti dayandırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İstanbulda dərslər dayandırıldı - SƏBƏB
İstanbulda gözlənilən güclü qar səbəbi ilə məktəb, universitet və digər təhsil ocaqlarında tətil elan olunub.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, müvafiq qərar İstanbul valisi tərəfindən qəbul edilib.

Bütün təhsil ocaqlarında dərslər martın 21-dək təxirə salınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rayon sakinin mağazası yandırıldı, nazirə müraciət etdi
Kürdəmirin bəzi kəndlərində quldurluq və soyğunçuluq hadisələri ilə bağlı məlumat yayılıb.
Zamantv.az xəbər verir ki, bu barədə rayon sakinlərindən biri özünü "Facebook" sosial şəbəkə hesabında bildirib.

O , son zamanlar rayonun kəndlərində quldur və soyğunçuların peyda olduğunu vurğulayaraq, törədilən cinayətlərin artdığını bildirib. Rayon sakini bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.
Paylaşımla bağlı Daxili İşlər Nazirliyi mətbuat xidməti ilə əlaqə saxladıq. DİN mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirdi ki, rayon ərazisində mağazanın yandırılması faktı ilə bağlı polisə müraciət edilib:

"Kürdəmir rayonu Qaramahmudlu kənd sakini A.Niftəliyev mart ayının 16-da DİN-in "102" xidmətinə, daha sonra isə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazanın yandırılması barədə məlumat verib.
Məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib və ilkin araşdırmalar başlanılıb.

Hazırda faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir".

Qeyd edək ki, sosial şəbəkədəki sözügedən məlumatın məhz mağazası yandırıldığı deyilən şəxs tərəfindən paylaşıldığı iddia olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu jurnalistlərə zirehli gödəkçə verəcək
UNESCO Ukraynada fəaliyyət göstərən jurnalistlərə zirehli gödəkçə və dəbilqə verəcək.

Zamantv.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bunu qurumun baş katibi Odre Ozule bildirib.

“Jurnalistlər hər gün həyatlarını təhlükəyə ataraq Ukraynadakı müharibə reallıqlarını dünyaya çatdırırlar. Minlərlə media işçisi Ukraynada heç bir fərdi mühafizə vasitəsi olmadan çalışır” deyə, Ozule qeyd edib.
Qurum ilk mərhələdə 125 jurnalisti gödəkçə və dəbilqə ilə təmin etmək istəyir.

Qeyd edək ki, Ukraynada mart ayında peşə fəaliyyətini yerinə yetirərkən 5 jurnalist öldürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Ukraynanın silah-sursat anbarlarını vurdu
Rusiyanın "Su-25" bombardmançı təyyarələri Ukrayna Silahlı Qüvvələrinin silah-sursatl anbarlarını məhv edib.

Zamantv.az-ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çerniqov vilayətində edilən bombardman nəticəsində Ukrayna ordusunun 20-yə qədər silah və hərbi texnikası məhv edilib.
Rusiya hərbi təyyarələri həmçinin martın 16-da Ukraynada "S-300" hava hücumundan müdafiə diviziyasını məhv edib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkovun sözlərinə görə, bir gündə operativ-taktiki, ordu və pilotsuz uçuş aparatları 46 hərbi obyekti vurub:

“Onların arasında 11 zenit-raket kompleksi, o cümlədən S-300 diviziyası, 1 reaktiv yaylım atəşi qurğusu, 3 komanda məntəqəsi, 1 elektron döyüş stansiyası, 7 silah-sursat anbarı və 18 hərbi texnikanın toplandığı yer var”.

Bundan əvvəl Konaşenkov bildirib ki, Ukraynanın hərbi infrastrukturuna yüksək dəqiqlikli uzaqmənzilli silah zərbələri nəticəsində Vinnitsadakı rabitə, kəşfiyyat, retranslyasiya və kommutasiya bölmələri sıradan çıxıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO