“Tərtər işi”: 18 nəfər vətənə xəyanət, 16 nəfər işgəncəyə görə həbs edilib - “Həmin hakimlər də məsuliyyətə cəlb olunmalıdır”

11:03 29.03.2022 162
“Tərtər işi”: 18 nəfər vətənə xəyanət, 16 nəfər işgəncəyə görə həbs edilib - “Həmin hakimlər də məsuliyyətə cəlb olunmalıdır”
“Tərtər hadisələri” ilə bağlı yenilənmiş istintaq davam edir. Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və s. vəzifə cinayətləri edən 16 nəfər həbs edilib.

Yenilənən istintaqla həbs olunanlara qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. Məlum olduğu kimi, ötən ilin dekabrında “Tərtər işi”nin araşdırılması ilə bağlı yeni istintaq qrupu yaradılıb. İşgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib.

Baş Prokurorluğun yaydığı son məlumatda bildirilir ki, 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarları ləğv edilərək məhkəmələrə apelyasiya protestləri verilib. 18 nəfər isə vətənə xəyanət ittihamı ilə həbsə alınıb. 16 nəfərin barəsində yekun məhkəmə qərarlarının ləğvi həmin qərarlara imza atmış hakimlərin məsuliyyət məsələsini də gündəmə gətirib. Yəni üzə çıxıb ki, qondarma ittiham aktları tərtib olunandan sonra məhkəmələr həmin ittiham aktları üzrə mahiyyəti üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmayıb, həqiqəti üzə çıxarmayıb, yalnız sifarişi təsdiqləyiblər. Sosial şəbəkələrdə işgəncələrə məruz qalanlar Hərbi Prokurorluğun yüksək vəzifəlilərinin birbaşa prosesdə iştirakından danışırlar. Dia.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, “Tərtər işi” ilə bağlı cəmiyyətdə olan müzakirələr, edilən müraciətlər əvvəl-axır bir reaksiya tələb edirdi. Nəticə etibarı ilə “Tərtər işi” yenidən istintaqa qaytarıldı və yeni istintaq qrupu yaradıldı: “Burada vətənə xəyanət faktlarını araşdırarkən yol verilmiş qanunsuz hərəkətlərə baxılmağa başlanıb. Bu zaman məlum olub ki, əslində xeyli zərərçəkən olub. 281 nəfər zərərçəkənin olduğu artıq rəsmi açıqlamada qeyd edilir. Proses davam edir. Hiss olunur ki, ”Tərtər işi" dayanmayacaq, gedəcək. Hazırda generallar yox, onlardan aşağı rütbəli olan zabitlər tutulub. O şəxslər ki, onlar haqqında məhkəmə qərarları olub, bəzilərinə şərti cəza verilibmiş, bəziləri haqda az keçdikdən sonra bəraət qərarı çıxarılıbmış. İndi həmin şəxslərin bəziləri yenidən istintaqa cəlb ediliblər və barələrində cinayət işi başlanıb. Onların cinayət işi indi sübuta yetirilsə, deməli, belə məlum olacaq ki, onlara bəraət hökmü çıxarmış hakimlər qanunsuzluq ediblər. Deməli, həmin hakimlər də məsuliyyətə cəlb olunmalıdır".

Hüquqşünas deyir ki, bu gün əmri vermiş şəxsləri deyil, əmri icra edənləri tutublar: “Bu cinayətlərin təşkilatçıları, əmri verənlər hələlik ortada yoxdur. Əslində isə əmri verənlər, təşkilatçılar da məsuliyyətə cəlb olunmalıdır. Çünki heç cür mümkün deyil ki, bu qədər genişmiqyaslı qanunsuzluqlar üçün həmin icraçılar özləri qərarlar verərlər. Bu adamların əməlləri, şübhəsiz, qanunsuzdur, bunlar öz yerində. Amma məsələ burasındadır ki, təşkilatçılar, icraçılara əmri verənlər kimlər olub? İstintaq bu istiqamətə yönəldilməlidir və təşkilatçılar, əmr verənlər məsuliyyətə cəlb olunmalıdır. İstintaq qrupunun yarandığı hələ iki aydır. Qanunla bundan sonra 1 il 4 ay bu istintaq dava edə və əlavə şəxslər də cinayət məsuliyyətinə cəlb oluna bilər. Azərbaycan cəmiyyəti gözləyir ki, istintaq bu işin təkcə icraçılarını deyil, həmçinin təşkilatçılarını, göstəriş verənlərini də müəyyənləşdirib məsuliyyətə cəlb etsin. Hər kəs bilir ki, bu işdə Müdafiə Nazirliyinin daha yüksək rütbəli şəxsləri iştirak ediblər. Mümkün deyil ki, aşağı ranqlı zabitlər, hərbçilər birbaşa özləri qərar verib, özləri icraçı olublar. Eyni zamanda istintaqı aparanların da məsuliyyət məsələsi var. Çünki bu hadisələrin istintaqını aparanlar kənarda qalıblar. Həbs olunan aşağı ranqlı zabitlər, şəxslər əvvəl-axır danışacaqlar ki, göstərişi yuxarıda filankəslər verib”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, “Tərtər işi”nin istintaqı ədalətli aparılmalıdır: “Xalq görməlidir ki, bu ölkədə qanunları pozan, özünü qanunlardan üstün tutan, əsgərlərimizə, zabitlərimizə düşməncəsinə davranan şəxslər kimliyindən asılı olmayaraq qanuni cəzalarını aldılar. Bu, çox vacib məsələdir. Ortada yüzlərlə insanın hüququnun dəhşətli dərəcədə pozulduğu barədə məlumatlar var. Xalq əmin olmalıdır ki, ”Tərtər işi"nin istintaqı ədalətli aparılır və törətdiyi cinayətin məsuliyyətindən kənarda qalanlar olmadı. Bu məsələ dövlətimiz üçün milli maraq məsələsinə çevrilib. Bu işdə əli olan, cinayətə yol verən bütün şəxslərin qanunun tələb etdiyi şəkildə cəzalandırılmasını milli və dövlət maraqlarımız tələb edir".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO