[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyənin Azərbaycandakı səfiri gecə klubundakı partlayışla bağlı paylaşım edib
“Bu gecə Bakıda baş vermiş partlayışla əlaqədar qardaşımız Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq, yaralılara tezliklə şəfa diləyirəm”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.
Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova dünyasını dəyişib. 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ali məhkəmənin hakimi marketdən pendir oğurladı
Kiçik bir oğurluq ali məhkəmənin hakiminin karyerasını bitirib.

Zamantv.az-ın 5minutes.rtl saytına istinadla xəbərinə görə, hadisə dekabrın son günlərində bvaş verib.

İsveç ali məhkəməsinin hakimi Stokholmdakı marketlərdən birində pendir və donuz əti oğurlamağa cəhd edərkən tutulub. Buna görə 67 yaşlı hakim 50 000 kron (təxminən 10 000 AZN) cərimə edilib.
Məsələ ictimailəşdikdən sonra hakim fevral ayında istefa verib. Bununla da onun İsveç Ali Məhkəməsindəki 20 illik karyerası başa çatıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada Rusiya ordusunun texnikasının məhv edilməsi GÖRÜNTÜLƏRİ
Mühasirəyə alınan Mariupolda Ukrayna silahlı qüvvələri Rusiya ordusuna qarşı inadla müqavimət göstərməkdə davam edir.

Zamantv.az bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanlığı Rusiya Federasiyasının məhv edilmiş hərbi texnikasının videosunu nümayiş etdirib.

Həmin videonu təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəbələdə meşə yanır
Qəbələ rayonu, Yenikənd meşəbəyliyinin ərazisində yanğın hadisəsi baş verib.

Bunu Zamantv.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsi üçün çalışırlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fermer əkin sahəsini meymunlardan qorumaq üçün "AYI" aldı
Hindistanın Telanqana ştatının Koheda kəndindən olan fermer əkin sahələrini meymunlardan qorumaq üçün dünyanın ən təhlükəli ayısının kostyumunu alıb.

Zamantv.az-ın xarici mediaya istinadla məlumatına görə, fermer Bhaskar Reddi əkin sahələrini meymunlardan və çöl donuzlarından qorumaq üçün unikal bir fikir ideya düşünüb.

O, Heydərabaddakı teatr geyimləri satıcısının yanına gedib və 10 000 rupiyə (130,65 dollar) tənbəl ayı kostyumu sifariş edib. Bir həftə sonra kostyum hazır olub.
Bundan sonra hindli ayı kostyumunda tarlada gəzməli və vəhşi heyvanları qorxutmalı olan bir adamı işə götürüb. Bunun üçün Reddi işçiyə gündə 500 rupi (7 dollara yaxın) ödəyir. Reddi qarğıdalı və müxtəlif tərəvəzlər becərdiyi 10 hektar əraziyə sahibdir.

İnnovativ ideyanın həyata keçirilməsindən sonra meymunlar yalnız bir dəfə fermerin tarlasına girməyə cəhd ediblər. Bəzən kostyumu kişinin oğlu geyinir. Orta boylu tənbəl ayı görən meymunlar Reddinin tarlasından uzaq durmağa çalışırlar.

İndi yerli fermerlər bu təcrübəni öyrənmək və heyvanları qorxutmaq üsulunun necə işlədiyini görmək üçün Reddinin yanına gəlirlər.

Bir çox sosial media istifadəçisi əyləncəli qazanc əldə etməyin bu yolunu tapıb.

Tənbəl ayılara Hindistan, Pakistan, Şri-Lanka, Banqladeş, Nepal və Butanda rast gəlinir. Hündürlüyü 90 santimetrə qədərdir. Əsasən qarışqalar və termitlərlə qidalanırlar. Boyları və çəkilərinın o qədər də böyük olmamasına baxmayaraq, onlar dünyanın ən təhlükəli ayılarından biri hesab olunurlar. Son 20 ildə bu ayıların hücumları nəticəsində yüzlərlə Hindistan sakini ölüb, minlərlə insan yaralanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avtomobil YANDI, sürücü özünü dərəyə ATDI - AZƏRBAYCANDA
Ağsu aşırımında yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili bu gün axşam saatlarında idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.

Ağaca çırpılan avtomobil zərbənin təsiri nəticəsində yaranan qısa qapanma zamanı yanmağa başlayıb.
Sürücü avtomobilin yoldan çıxdığı an özünü aşağı atıb, yüngül xəsarət alıb.

Hadisə yerinə Ağsu rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları və Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Avtomobil tamamilə yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlər alovu tam söndürüb və meşə zolağına keçməsinin qarşısını alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparıl
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna şəhərlərində QƏTLİAM: Küçələr meyitlə doludur - FOTOLENT
İrpendə ölən mülki vətəndaşların sayı 200 nəfəri ötüb, lakin bu, yekun rəqəm deyil.

Zamantv.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə şəhərin meri Aleksandr Markuşin məlumat verib
Ukrayna şəhərlərində QƏTLİAM: Küçələr meyitlə doludur - FOTOLENT
Onun sözlərinə görə, kommunal xidmətlər şəhəri dağıntılardan təmizləyir. Bu zaman küçələrin düz ortasında qalan ölülərin cəsədləri də yığılır və qeydə alınır.
"Hər gün sakinlərimizin cəsədlərini küçələrdən yığırıq. Dağıntılar altında ölənlərin də cəsədləri var, biz onları sökməyə başlayacağıq", - Markuşin bildirib.

Ukrayna şəhərlərində QƏTLİAM: Küçələr meyitlə doludur - FOTOLENT
Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri və Rusiya ilə danışıqlarda nümayəndə heyətinin üzvü Mixail Podolyak isə avropalı siyasətçilərin Moskvaya qarşı ehtiyatlı mövqeyini sərt tənqid edib.
Ukrayna şəhərlərində QƏTLİAM: Küçələr meyitlə doludur - FOTOLENT
Siyasətçi Buçada baş verənləri qətliam adlandırıb.

“Bizim avropalı tərəfdaşlarımızın fikrincə, əsas məsələ rusları təxribata çəkməməkdir... Əsas odur ki, ruslar inciməsinlər və istifadə etməsinlər..
Nə istifadə olunmayıb? Raketlər, aviabombalar, tanklar dinc əhalini qırmayıb? Yaşayış məntəqələri bombalanıb, həbs düşərgələrində olduğu kimi kütləvi edamlar edilib. Nəticədə dünya Buça, İrpen, Qostomeldə insanlığa qarşı tam təsvirolunmaz dəhşətlə üzləşib”, - Podolyak yazıb.
Artıq Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Kiyev vilayətinin Buça, Qostomel, İrpin və digər şəhər və kəndlərində baş verən hadisələrə münasibət bildirib. Diplomatların sözlərinə görə, onlar Rusiya ordusunun vəhşiliklərindən şoka düşüblər.

Ukrayna şəhərlərində QƏTLİAM: Küçələr meyitlə doludur - FOTOLENT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Güclü küləklə bağlı əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, bəzi yerlərdə xüsusilə şiddətlənəcəyi proqnozlaşdırılır.

Zamantv.az bildirir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Güclü küləyin baş verə biləcək yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına da ciddi riayət edilməlidir.

Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bir nəfər başqasının yerinə imtahana girmək istəyib - YAXALANDI
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.

Dövlət İmtahan Mərkəzindən Zamantv.az-a verilən məlumata görə, imtahanların idarə olunmasına 109 ümumi imtahan rəhbəri, 318 imtahan rəhbəri, 2498 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı və 109 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 26087 nəfərin iştirakı nəzərdə tutulurdu.
İmtahanlarda 48 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Aprelin 4-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Gələcək imtahan iştirakçılarının diqqətli olması və tələb olunan qaydalara riayət etməsi üçün bəzi məsələləri də qeyd etmək istərdik. Uzun illərin imtahan təcrübəsi göstərir ki, əvvəlki illərin məzunları üçün keçirilən imtahanlarda qaydalara riayət etməyən, nizam-intizamı pozmağa cəhd edən abituriyentlərin sayı daha çox olur. Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.

Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO