[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Bakıda evdən 10 min manatdan çox PUL OĞURLANDI
Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 22-də Suraxanı rayonu ərazisindəki evlərin birindən 10.300 manat və sənədlər oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaradağdakı evləri qarət edən ağdamlı qadın tutuldu - VİDEO
Qaradağ rayon Polis İdarəsinə müraciət edən vətəndaş Ümid qəsəbəsindəki evindən 1000 manat pul və dəyəri 600 manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, eyni məzmunlu şikayətlərlə müraciət edən Ümid qəsəbəsində yaşayan daha 2 sakinin ərizəsi Polis İdarəsində qeydə alınıb. Onlar da evlərindən ümumilikdə 4000 manata yaxın qızıl-zinət əşyalarının oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Zeynəb Quliyeva saxlanılıb. O, izahatında etdiyi oğurluqları etiraf edib. Araşdırmalar zamanı onun Səbail rayonu Bayıl qəsəbəsində də bir evdən oğurluq etdiyi müəyyən edilib.
Faktlarla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Zeynəb Quliyeva barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyev meri: “Bu gecə vəziyyət çox mürəkkəb olacaq”
Heç bir şişirtməsiz deyirəm ki, Kiyevdə vəziyyət qorxuludur.

Zamantv.az-ın UNIAN-a istinadla xəbərinə görə, bunu Kiyev şəhərinin meri Vitali Kliçko sosial media hesabında yazıb.

Mer bildirib ki, bu gecə, səhərə yaxın vəziyyət çox mürəkkəb olacaq. Rusiya qüvvələri paytaxtın bir addımlığındadır. Ukrayna hərbçiləri şəhərdə diversiya qruplarını zərərsizləşdirir. Körpülərə xüsusi nəzarət olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əlibaba Məmmədov vəfat etdi
Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan Xalq artisti Əlibaba Məmmədov bu gün vəfat edib.


Zamantv.az-ın xəbərinə görə, bu barədə APA-ya Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi məlumat verib.


Əlibaba Məmmədov 1930-cu ildə anadan olub. 1953–1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978–1988 illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı ansamblını yaradıb.


Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV-nin Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar xanəndələrin repertuarlarına daxil edilib.


Allah rəhmət eləsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Biz buradayıq, Kiyevdəyik, Ukraynanı qoruyuruq” – Zelenski - VİDEO
Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılara növbəti videomüraciətini edib.

Zamantv.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, o qeyd edib ki, prezidentin ofisinin rəhbəri Andrey Yermak, ölkənin baş nazir Denis Şmıqal, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Kiyevdədirlər.

“Biz buradayıq, Kiyevdəyik. Biz Ukraynanı qoruyuruq”, - Zelenski vurğulayıb
O əlavə edib ki, bütün ukraynalılar öz ölkələrini müdafiə edirlər.
“Biz buradayıq, Kiyevdəyik, Ukraynanı qoruyuruq” – Zelenski - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dünya ukraynalı dənizçidən danışır: Özünü və körpünü partlatdı - FOTO
Ukraynalı dənizçi Vitali Skakun rus tanklarının irəliləməsini dayandırmaq üçün özünü və “Heniçeski” körpüsünü partladıb.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edək ki, rus tankları həmin körpü vasitəsi ilə hücum edirdilər. Vitalinin bu hərəkəti ilə hücumun qarşısı alınıb və Ukraynanın həmin mövqedəki qoşunları müdafiədə güclənib.
Dünya ukraynalı dənizçidən danışır: Özünü və körpünü partlatdı - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Britaniya kəşfiyyatı: Ukrayna əsas şəhərlərə nəzarəti özündə saxlayır
Ukrayna əsas şəhərlərə nəzarəti özündə saxlayır.

Zamantv.az-ın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin yenilənmiş məlumatında bu barədə bildirilib. Qeyd olunub ki, Rusiya gün ərzində məhdud inkişaf əldə edə bilib.

Kəşfiyyatın məlumatında o da qeyd olunub ki, Çerniqovu ələ keçirə bilməyən Rusiya zirehli qoşunları Kiyevə yönəlib. Kiyev istiqamətində sayı artan Rusiya qoşunlarının şəhər mərkəzindən 50 km uzaqlıqda olduğu bildirilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev BMT-nin tədbirində çıxış etdi
Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr keçirilib.

Zamantv.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxışı təqdim olunub.

Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı
-Cənab Sədr.

Cənab Baş katib.

Qoşulmama Hərəkatına üzv dövlətlər adından çıxış etməkdən şərəf duyuram.

Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Baş Assambleyasının sədri cənab Abdulla Şahidin COVID-19 pandemiyası ilə mübarizədə universal peyvəndlənməyə dair belə yüksək səviyyəli tematik müzakirələrin keçirilməsi təşəbbüsünü təqdir edir. Bu toplantı dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir.

Biz, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolunu vurğulayırıq. Bu mənada biz Ümumdünya Səhiyyə Təşkilatının aparıcı rolunu qeyd edirik.

Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür.

2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.

COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir.

COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Bu, həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur.

Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsi vacibdir. Buraya müxtəlif addımlarla yanaşı, səhiyyənin universal əlçatanlığı üçün fasiləsiz peyvəndlənmə proqramlarının davam etdirilməsi də daxil edilməlidir.

Biz, həmçinin COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayırıq və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edirik.

Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayırıq.

Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir. COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir.

Xanımlar və cənablar, Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Hərəkatımız post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək.

Hörmətli tədbir iştirakçıları, indi isə mən ölkəm adından çıxış etmək istərdim.

Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Biz peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlamışıq. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub.

COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir. Fürsətdən istifadə edərək, həmin təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdarlığımı bildirirəm.

Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik.

İndi biz post-COVID-19 dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində işləyirik.

Biz, həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdarıyıq. Bundan sonra da təşəbbüslərimizin tərəfinizdən dəstəklənəcəyinə ümid edirik.

Sonda sizə iclasın uğurlu, müzakirələrin məhsuldar olmasını arzu edirəm.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı-Quba yolunda 9 maşın bir-birinə çırpıldı - VİDEO - YENİLƏNİB
Bakı-Quba yolunda baş verən qəza zamanı sürücü xəsarət alıb.

Zamantv.az-ın məlumatına görə, bu gün səhər saatlarında Bakı-Quba yolunda "İsuzu" və "Kamaz" markalı iki yük avtomobili bir-birinə çırpılıb. Nəticədə "İsuzu"nun sürücüsü 36 yaşlı Ağayev Elnur Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əldə etdiyimiz məlumata görə, qeyd olunan yolda müşahidə olunan qatı dumana görə daha 7 avtomobil bir-birinə çırpılaraq qəza törədiblər. Həmin qəzada isə ölən və ya yaralanan olmayıb.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsi ötən gün hava şəraiti ilə bağlı sürücülərə müraciət edərək, ehtiyatlı olmaları və sürət həddini hava şəraitinə uyğun təyin etməyi tövsiyə edib.
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

Zamantv.az xəbər verir ki, qəza zamanı iki yük avtomobili bir-birinə çırpılıb. Məlumata görə, qəzaya səbəb qeyd olunan yolda qatı duman olmasıdır.

Qəza nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO