[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Daily Mail”: Putin beyin pozğunluğundan əziyyət çəkir
Britaniyanın “Daily Mail” nəşri Rusiya prezidenti Vladimir Putinin ciddi psixi problemlərə malik olduğunu yazıb.

Qeyd olunub ki, müvafiq məlumatları ABŞ kəşfiyyatı yayıb.

Nəşr bildirib ki, dövlət başçısı xərçəngin steroidlərlə müalicəsindən sonra meydana çıxan demensiya, Parkinson xəstəliyi və “steroid qəzəbi” nəticəsində yaranan beyin pozğunluğundan əziyyət çəkir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistlərin İrpenə girişi qadağan edildi
Bu gündən etibarən Kiyev vilayətinin İrpen şəhəri jurnalistlərə girişi qadağan edib.

Bu barədə şəhərin meri Aleksandr Markuşin bildirib.

Qeyd olunub ki, şəhər hakimiyyəti amerikalı jurnalistin rusiyalı hərbçilər tərəfindən öldürülməsindən və daha bir fotomüxbirin yaralanmasından sonra belə tədbirlərə əl atıb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Reper Ukraynanın işğalına görə Rusiya vətəndaşlığından imtina edib
Rusiyalı reper Face (əsl adı - İvan Dremin) Rusiyanı tərk etdiyini, bir daha bu ölkəyə gəlməyəcəyini və orada konsert verməyəcəyini açıqlayıb.

"Zamantv.az" Bizimyol.info-ya istinadən xəbər verir ki, o, bu barədə "İnstaqram" hesabında məlumat verib.

Musiqiçi Ukraynadakı müharibəni kəskin pisləyərək deyib: “Bütün müharibəni Berlinə qədər gedib-çıxmış, Suvorov ordeni ilə təltif edilmiş babam yaratdığınız bu vəziyyəti görsəydi, bilsəydi ki, 75 ildən sonra siz qürurla özünü Avropanın xilaskarı hesab edəcək, ərazi baxımından bizdən 28,5 dəfə kiçik olan qardaş ölkəyə səhər tezdən xəyanətkarcasına hücum edəcəksiniz, o, bu vətən uğrunda vuruşmazdı. Bundansa, o, özünü güllələməyə üstünlük verərdi", - deyə reper qeyd edib.

Ölkəni tərk etməsi ilə bağlı reper yazıb: “Mən bundan sonra, praktiki olaraq bir rus sənətçisi deyiləm, həm də artıq Rusiya vətəndaşı deyiləm.

Çünki mən və mənim əzizlərim sağ qaldıq, öz evindən, öz torpağından, sənin dövlətin sağ qalıb. Mənim bu saniyədən etibarən rus kimi tanınmaqdan qəti imtina edirəm. Çünki bizimkilər sağ qadır və yağlı sendviç üçün kifayət qədər pul olduğu müddətcə heç bir şeyə vecinə deyil. Mən belə xalqın nümayəndəsi ola bilmərəm. Mənim xalqım bu deyil".

İvan Dremin də Ukrayna xalqından bağışlanma istəyib və Rusiya hakimiyyətini şəhərlərin dağıdılmasını dayandırmağa çağırıb.

“Birincisi: mən dövlətimizi və ordumuzu ağlı başına gəlməyə, qardaş xalqın ərazisində şəhərlərin, yaşayış məntəqələrinin dağıdılmasına son qoymağa çağırıram.

İkincisi: Ölkəmizin sizə çəkdirdiyi əziyyətə görə bütün Ukrayna xalqından üzr istəyirəm. Dövlətimizin, özümün və xalqımızın adından üzr istəyirəm”, - o yazıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada azərbaycanlı əsgər HƏLAK OLDU
Ukraynada daha 1 azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.

"Zamantv.az" xəbər verir ki, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Eyyubov Elnur Asəf oğlu snayperdən baş nayihəsinə açılan atəş nəticəsində həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Əliyev Raqif Vaqif oğlu isə ağır yaralanıb.

Onların hər ikisi Ukrayna vətəndaşlarıdır.

Həlak olan azərbaycanlı yaralı həmyerlisinin qucağında keçinib. Yaralı həmvətənlimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.(report.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Rusiyaya qarşı yeni sanksiyalar paketi gözləyirik" - Zelenski
"Rusiya son illərin ən böyük itkisini yaşayır".

"Zamantv.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.

"Biz bütün gücümüzü müdafiəyə sərf etməliyik. Bu, vətən, millət və müstəqillik müharibəsidir. Ukrayna hərbçiləri Mariupoldakı humanitar dəhliz üçün atəşkəsə riayət edir. Rusiyadan da eyni davranışı gözləyirik. Avropa İttifaqına üzvlük üçün Avropa Komissiyası ilə çalışırıq. Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar paketi gözləyirik", - dövlət başçısı bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayden-Ərdoğan danışığının pərdəarxası və yeni dünya reallığının dərki - GƏLİŞMƏ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub. Qeyd edək ki, bu, Baydenin prezident seçilməsindən sonra Ərdoğanla ilk təmasıdır. Bir neçə dəfə onların arasında görüş keçiriləcəyi barədə məlumatlar yayılsa da, öz təsdiqini tapmayıb.

Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya Sammiti”nə Türkiyənin dəvət olunmaması, ona qarşı təzyiqlər Ağ Evin Ərdoğana mənfi münasibəti kimi qiymətləndirilir. Analitiklərin qənaətinə görə, Ərdoğanın müstəqil siyasət yürütməsi, Rusiya və digər dövlətlərlə normal münasibətləri Qərbi qıcıqlıdır.

Zamantv.az -ın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü Bəhruz Məhərrəmov AYNA-ya açıqlamasında deyib ki, Türkiyənin beynəlxalq müstəvidə yüksələn nüfuzu ABŞ-ı narahat edir və onlar bunu dilə gətirməkdən belə çəkinmirdi: “Türkiyənin artan nüfuzu, , NATO daxilində əlahiddə hərbi gücə və müstəqil müdafiə sənayesi nəhənginə çevrilməsi böyük güclər, xüsusən, ABŞ tərəfindən sakit qarşılanmırdı və Vaşinqton bunu açıq dilə gətirməkdən belə, çəkinmirdi. Türk-müsəlman amilinə özünəməxsus və xoş olmayan münasibəti ilə seçilən Demokratların hakimiyyəti dövründə isə Tükriyə-Amerika münasibətləri daha kəskin xarakter aldı”.

“Lakin, Ərdoğanın zamanında formalaşdıra bildiyi alternativlər, o cümlədən iqtisadi müstəqilliyin bərqərar olması, güclü müdafiə sənayesinin, xüsusən insansız texnologiyalar hesabına bölgə səmasının hərbi liderinə çevrilməsi Ankaraya nəinki davam gətirməyə imkan verdi, hətta, bu təzyiqlərlə mübarizədə Türkiyə əsaslı gücə çevrildi”, - deyə deputat bildirib.

Onun fikrincə, ilkin dövrlərdə Vaşinqton bununla barışmaq istəməsə də, artıq realllığı qəbul etmək məcburiyyətindədir: “Kəskin antitürk mövqeyi ilə seçilən Bayden administrasiyası artıq Anlara ilə münasibətlərin bərpası üçün bütün mümkün fürsətləri axtarmağa və imkanları dəyərləndirməyə başlayıb. Hesab edirəm ki, bu günlərdə İsrailin dövlət başçısının Türkiyəyə səfəri və Ankara ilə Təl-Əviv arasındakı münasibətlərin normallaşması yolunda hərəkətliliyə də məhz bu vahid prosesin tərkib hissəsi kimi baxılmalıdır. Proseslərin sonrakı məcrasına gəlincə, bundan sonrakı dövr ərzində Türkiyə mövcud tempi qoruyarsa - hansı ki, qoruyacağı da şübhə doğurmur - yeni dünya düzənində tamamilə fərqli mənzərənin və Ankaranın fərqli və indikindən daha ciddi çəkiyə malik mövqeyə yüksələcəyinin şahidi olacağıq”.

Məhərrəmov bu məsələdə Azərbaycanın da rolunun əhəmiyyətli olduğunu söyləyib: “Əlbəttə, burada Azərbaycanın da əhəmiyyətini unutmaq olmaz. Cənubi Qafqaz kimi çətin və mürəkkəb geosiyasi məkanda Azərbaycanın diqtə etməsi Türkiyənin gücünə güc qatır. O cümlədən, cənab İlham Əliyevin Azərbaycanı Rusiya ilə Türkiyə, eləcə də keçmiş Sovetlər Birliyi üzvləri ilə Türkiyə arasında əlaqələrin inkişafını təmin edən həlledici vasitəçi-gücə çevirməsi Ankaranın regionda mövqeyinin təməlində dayanan amillərdən biridir”.

Politoloq Rasim Ağayev AYNA-ya şərhində qeyd edib ki, Türkiyə dünyanın önəmli dövlətlərindən biridir və bu, Ukrayna böhranı zamanı bir daha öz təsdiqini tapdı: “Məlumdur ki, Türkiyə NATO üzvləri arasında hərbi gücünə görə ikinci yerdə dayanır. İqtisadiyyatı, istehsalatı baxımından da Türkiyə kifayət qədər güclü ölkədir. Bu baxımdan Türkiyədən küsmək, incimək olar, lakin heç zaman onu kənarda qoymaq mümkün deyil”.

“Təsəvvür edin ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Türkiyə və Azərbaycandan başqa üçüncü bir dövlət tapılmadı ki, bu prosesdə neytral mövqe nümayiş etdirə bilsin. Zelenski Putinlə görüş üçün iki neytral şəhərin adını çəkir. Bunlardan biri İstanbul, digəri isə Bakıdır. Eyni zamanda Putinin də hər iki qardaş dövlətin liderinə münasibəti loyaldır. Belə olduğu təqdirdə həm ABŞ, həm də Avropa maraqlıdır ki, Türkiyə ilə münasibətləri normallaşdırsın”, - deyə analitik vurğulayıb.

Həmsöhbətimiz hesab edir ki, ABŞ Rusiyaya təzyiqləri artırmaq üçün xarici siyasətinə ciddi korrektələr edəcək: “Amerikanın ticarət naziri Çinə xəbərdarlıq etdi ki, sanksiyaların əleyhinə fəaliyyət göstərsələr, bu halda onlara qarşı da sanksiyalar tətbiq edilə bilər. ABŞ Çini özünə əsas rəqib elan etsə də, hazırkı şəraitdə onunla da əməkdaşlığa hazırdır. Eyni sözləri Venesuela və İran haqqında da söyləmək olar. Türkiyə isə müstəqil dövlətdir və kifayət qədər imkanları var ki, Rusiya-Ukrayna münaqişəsində barışdırıcı tərəf olsun. Lakin nə Amerikanın, nə də Avropanın belə bir imkanı var. Çünki hər ikisi Rusiya ilə bütün körpüləri yandırıb və bu xüsuda Türkiyənin beynəlxalq miqyasda rolu artıb. Baş verənlər bir daha göstərdi ki, Türkiyə bu günə qədər çox düzgün siyasət yürüdüb və artıq uğurlu nəticələri ortadadır”.

“Rusiyanı tamamilə dağıtmaq mümkün deyil” qənaətində olan Ağayevin sözlərinə görə, sanksiyalar Rusiyanı, hərbi hücumlar isə Ukraynanı zəiflədəcək: “Bundan qazanan isə müəyyən qüvvələr olacaq. O qüvvələr ki, onlar üçün insanların həyatının, gələcəyinin heç bir əhəmiyyəti yoxdur. Əsas məqsədləri öz maraqlarını daha çox həyata keçirmək və dünyaya daha çox nəzarət etməkdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 "Azərbaycan və Ermənistan arasında görüşlər görüş naminə olmamalıdır" - Prezidentin köməkçisi
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşünün keçirilməsi təklif edilmişdi”.

Zamantv.az A PA-ya istinadla xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan belə görüşlərə həmişə hazırdır: “Amma bu görüşlər görüş naminə olmamalıdır, hədəflərə doğru olmalıdır”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarabağda xüsusi əməliyyat keçirilsə, Rusiya hərbçiləri öncədən xəbərdar ediləcək..." - GƏLİŞMƏ
Hazırkı hərbi gərginlik fevral ayında Qarabağdakı separatçı-terrorçu rejimin qanunsuz "parlamenti"nin beynəlxalq ictimaiyyətə Azərbaycana “təzyiq” etmək müraciəti ilə “İşğal olunmuş ərazilər haqqında” qanunu qəbul etməsinin nəticəsidir. Zamantv.az moderator.az-a istinadla xəbər verir ki, bu fikri analitik, “Turan” agentliyinin redaktoru Şahin Hacıyev "Kavkazskiy uzel" nəşrinə açıqlamasında söyləyib.

"Qarabağ mövzusu beynəlxalq gündəmdən yox olub. Hətta ATƏT-in Minsk qrupu da de-fakto fəaliyyətini dayandırıb. İndi gündəmdə olan məsələlər Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bərpası, iki ölkə arasında sərhədin delimitasiyası və sülh müqaviləsinin imzalanmasıdır. Ona görə də separatçılar yenidən diqqəti özlərinə cəlb etmək üçün mübarizə aparırlar. Bunun üçün onlar regionda sabitliyi pozmağa çalışırlar. “Siyasi təşəbbüslərlə” yanaşı, Qarabağ separatçıları bu yaxınlarda Rusiya sülhməramlılarının qoruması altında hərbi istehkamlar da yaratmağa başlayıblar. Bundan əlavə, onlar Rusiya sülhməramlılarının müşayiətinə rəğmən Azərbaycan nəqliyyat karvanının yolunu bağlayıblar”, - deyə analitik bildirib.

Bundan başqa, Hacıyevin fikrincə, Ukrayna hadisələri də Qarabağda vəziyyətin gərginləşməsinə təsir edib.

"Qarabağ ermənilərinin Moskvanın onları Abxaziya, Donbas və s. uyğun olaraq analoji tanıması ilə bağlı illüziyaları yaranıb. Ona görə də separatçılar son təxribatlarla hələ də mövcud olduqlarını, "müqavimət göstərdiklərini", "müstəqilliklərini müdafiə etdiklərini" göstərməyə çalışırlar. Bu, çox təhlükəli oyundur və Azərbaycan buna hələ də təmkinlə reaksiya verir. Lakin bütün bunlar davam edərsə, Azərbaycan tərəfinin cavabı sərt olacaq”, - Hacıyev belə deyib.

Azərbaycanın hansı addımları ata biləcəyi ilə bağlı suala isə analitik cavab tədbirlərinin çox fərqli ola biləcəyini deyib:

“Artıq atəşin aparıldığı mövqelər zərərsizləşdirilə bilər. Azərbaycan ordusu Ermənistan hərbçilərinin yerləşdiyi, ölkə qanunlarına əsasən qanunsuz silahlı birləşmələr olan bəzi ərazilərdə təmizləmə əməliyyatı keçirə bilər. Azərbaycan etibarlı nəqliyyat əlaqələrini təmin etmək üçün Qarabağın şimalından Kəlbəcər rayonuna gedən yolu da nəzarətə götürə bilər”.

Hacıyevin sözlərinə görə, Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda nəzərdə tutulduğu kimi, Qarabağın demilitarizasiyasını təmin etmədikləri üçün Azərbaycan ordusunun hərəkətlərinə cavab verə bilməyəcəklər.

“Sənəddə göstərilirdi ki, sülhməramlıların yeridilməsi ilə Ermənistan silahlı qüvvələri Qarabağı tərk etməlidir. Əgər Rusiya kontingenti bunu etməyibsə, o zaman Azərbaycan özü bu tapşırığı yerinə yetirə bilər”, - deyə Hacıyev vurğulayıb.

O, rus hərbçilərinin ermənilərin tərəfini tuta biləcəyinə də şübhə edir.

“Rusiya ordusunun bunu edəcəyi ehtimalı azdır. Çox güman ki, müdaxilə etməyəcəklər. Prinsipcə, indiyədək hərbi insidentlər zamanı onlar ciddi müdaxilə etməyiblər. Rusiya ordusunun hərbi əməliyyatlar keçirmək üçün beynəlxalq mandatı yoxdur. Onların Azərbaycan hərbçilərinə müqavimət göstərmək potensialı da yoxdur. Ümumiyyətlə, Ukraynanı işğalıyla məşğul olan Moskva heç bir hərbi əməliyyata sanksiya qoyması bir yana, müdaxilə də etməyəcək. Bu, bir tərəfin mövqeyini tutmaq, Ermənistan-Azərbaycan nizamlanması prosesində moderator rolunu itirmək və Rusiya Federasiyasının fəal iştirakı üçün daha bir beynəlxalq platformanı itirmək demək olardı”, - şərhçi bildirib.

Onun fikrincə, Azərbaycan Qarabağda xüsusi əməliyyat keçirsə, Rusiya hərbçilərinə əvvəlcədən xəbərdarlıq ediləcək və onlar mümkün hərbi əməliyyatlar zonalarını tərk edəcəklər, çünki onların vəzifəsi mülki əhalini qorumaqdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək
“Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsinin qəbulu ilə qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək.. Zamantv.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.

Həmçinin qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar “Qida təhlükəsizliyi haqqında” qanunda yer alıb. İstehlakçıların qavrama və informasiya ehtiyaclarının fərqliliyi nəzərə alınaraq hazırlanan müddəalar qida məhsulları haqqında məlumatların düzgün təqdim edilməsi yolu ilə istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.

Qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək
“Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsinin qəbulu ilə qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək.. Zamantv.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.

Həmçinin qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar “Qida təhlükəsizliyi haqqında” qanunda yer alıb. İstehlakçıların qavrama və informasiya ehtiyaclarının fərqliliyi nəzərə alınaraq hazırlanan müddəalar qida məhsulları haqqında məlumatların düzgün təqdim edilməsi yolu ilə istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.

Qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO