[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada azərbaycanlı əsgər HƏLAK OLDU
Ukraynada daha 1 azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.

"Zamantv.az" xəbər verir ki, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Eyyubov Elnur Asəf oğlu snayperdən baş nayihəsinə açılan atəş nəticəsində həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Əliyev Raqif Vaqif oğlu isə ağır yaralanıb.

Onların hər ikisi Ukrayna vətəndaşlarıdır.

Həlak olan azərbaycanlı yaralı həmyerlisinin qucağında keçinib. Yaralı həmvətənlimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.(report.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Rusiyaya qarşı yeni sanksiyalar paketi gözləyirik" - Zelenski
"Rusiya son illərin ən böyük itkisini yaşayır".

"Zamantv.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.

"Biz bütün gücümüzü müdafiəyə sərf etməliyik. Bu, vətən, millət və müstəqillik müharibəsidir. Ukrayna hərbçiləri Mariupoldakı humanitar dəhliz üçün atəşkəsə riayət edir. Rusiyadan da eyni davranışı gözləyirik. Avropa İttifaqına üzvlük üçün Avropa Komissiyası ilə çalışırıq. Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar paketi gözləyirik", - dövlət başçısı bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayden-Ərdoğan danışığının pərdəarxası və yeni dünya reallığının dərki - GƏLİŞMƏ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub. Qeyd edək ki, bu, Baydenin prezident seçilməsindən sonra Ərdoğanla ilk təmasıdır. Bir neçə dəfə onların arasında görüş keçiriləcəyi barədə məlumatlar yayılsa da, öz təsdiqini tapmayıb.

Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya Sammiti”nə Türkiyənin dəvət olunmaması, ona qarşı təzyiqlər Ağ Evin Ərdoğana mənfi münasibəti kimi qiymətləndirilir. Analitiklərin qənaətinə görə, Ərdoğanın müstəqil siyasət yürütməsi, Rusiya və digər dövlətlərlə normal münasibətləri Qərbi qıcıqlıdır.

Zamantv.az -ın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü Bəhruz Məhərrəmov AYNA-ya açıqlamasında deyib ki, Türkiyənin beynəlxalq müstəvidə yüksələn nüfuzu ABŞ-ı narahat edir və onlar bunu dilə gətirməkdən belə çəkinmirdi: “Türkiyənin artan nüfuzu, , NATO daxilində əlahiddə hərbi gücə və müstəqil müdafiə sənayesi nəhənginə çevrilməsi böyük güclər, xüsusən, ABŞ tərəfindən sakit qarşılanmırdı və Vaşinqton bunu açıq dilə gətirməkdən belə, çəkinmirdi. Türk-müsəlman amilinə özünəməxsus və xoş olmayan münasibəti ilə seçilən Demokratların hakimiyyəti dövründə isə Tükriyə-Amerika münasibətləri daha kəskin xarakter aldı”.

“Lakin, Ərdoğanın zamanında formalaşdıra bildiyi alternativlər, o cümlədən iqtisadi müstəqilliyin bərqərar olması, güclü müdafiə sənayesinin, xüsusən insansız texnologiyalar hesabına bölgə səmasının hərbi liderinə çevrilməsi Ankaraya nəinki davam gətirməyə imkan verdi, hətta, bu təzyiqlərlə mübarizədə Türkiyə əsaslı gücə çevrildi”, - deyə deputat bildirib.

Onun fikrincə, ilkin dövrlərdə Vaşinqton bununla barışmaq istəməsə də, artıq realllığı qəbul etmək məcburiyyətindədir: “Kəskin antitürk mövqeyi ilə seçilən Bayden administrasiyası artıq Anlara ilə münasibətlərin bərpası üçün bütün mümkün fürsətləri axtarmağa və imkanları dəyərləndirməyə başlayıb. Hesab edirəm ki, bu günlərdə İsrailin dövlət başçısının Türkiyəyə səfəri və Ankara ilə Təl-Əviv arasındakı münasibətlərin normallaşması yolunda hərəkətliliyə də məhz bu vahid prosesin tərkib hissəsi kimi baxılmalıdır. Proseslərin sonrakı məcrasına gəlincə, bundan sonrakı dövr ərzində Türkiyə mövcud tempi qoruyarsa - hansı ki, qoruyacağı da şübhə doğurmur - yeni dünya düzənində tamamilə fərqli mənzərənin və Ankaranın fərqli və indikindən daha ciddi çəkiyə malik mövqeyə yüksələcəyinin şahidi olacağıq”.

Məhərrəmov bu məsələdə Azərbaycanın da rolunun əhəmiyyətli olduğunu söyləyib: “Əlbəttə, burada Azərbaycanın da əhəmiyyətini unutmaq olmaz. Cənubi Qafqaz kimi çətin və mürəkkəb geosiyasi məkanda Azərbaycanın diqtə etməsi Türkiyənin gücünə güc qatır. O cümlədən, cənab İlham Əliyevin Azərbaycanı Rusiya ilə Türkiyə, eləcə də keçmiş Sovetlər Birliyi üzvləri ilə Türkiyə arasında əlaqələrin inkişafını təmin edən həlledici vasitəçi-gücə çevirməsi Ankaranın regionda mövqeyinin təməlində dayanan amillərdən biridir”.

Politoloq Rasim Ağayev AYNA-ya şərhində qeyd edib ki, Türkiyə dünyanın önəmli dövlətlərindən biridir və bu, Ukrayna böhranı zamanı bir daha öz təsdiqini tapdı: “Məlumdur ki, Türkiyə NATO üzvləri arasında hərbi gücünə görə ikinci yerdə dayanır. İqtisadiyyatı, istehsalatı baxımından da Türkiyə kifayət qədər güclü ölkədir. Bu baxımdan Türkiyədən küsmək, incimək olar, lakin heç zaman onu kənarda qoymaq mümkün deyil”.

“Təsəvvür edin ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Türkiyə və Azərbaycandan başqa üçüncü bir dövlət tapılmadı ki, bu prosesdə neytral mövqe nümayiş etdirə bilsin. Zelenski Putinlə görüş üçün iki neytral şəhərin adını çəkir. Bunlardan biri İstanbul, digəri isə Bakıdır. Eyni zamanda Putinin də hər iki qardaş dövlətin liderinə münasibəti loyaldır. Belə olduğu təqdirdə həm ABŞ, həm də Avropa maraqlıdır ki, Türkiyə ilə münasibətləri normallaşdırsın”, - deyə analitik vurğulayıb.

Həmsöhbətimiz hesab edir ki, ABŞ Rusiyaya təzyiqləri artırmaq üçün xarici siyasətinə ciddi korrektələr edəcək: “Amerikanın ticarət naziri Çinə xəbərdarlıq etdi ki, sanksiyaların əleyhinə fəaliyyət göstərsələr, bu halda onlara qarşı da sanksiyalar tətbiq edilə bilər. ABŞ Çini özünə əsas rəqib elan etsə də, hazırkı şəraitdə onunla da əməkdaşlığa hazırdır. Eyni sözləri Venesuela və İran haqqında da söyləmək olar. Türkiyə isə müstəqil dövlətdir və kifayət qədər imkanları var ki, Rusiya-Ukrayna münaqişəsində barışdırıcı tərəf olsun. Lakin nə Amerikanın, nə də Avropanın belə bir imkanı var. Çünki hər ikisi Rusiya ilə bütün körpüləri yandırıb və bu xüsuda Türkiyənin beynəlxalq miqyasda rolu artıb. Baş verənlər bir daha göstərdi ki, Türkiyə bu günə qədər çox düzgün siyasət yürüdüb və artıq uğurlu nəticələri ortadadır”.

“Rusiyanı tamamilə dağıtmaq mümkün deyil” qənaətində olan Ağayevin sözlərinə görə, sanksiyalar Rusiyanı, hərbi hücumlar isə Ukraynanı zəiflədəcək: “Bundan qazanan isə müəyyən qüvvələr olacaq. O qüvvələr ki, onlar üçün insanların həyatının, gələcəyinin heç bir əhəmiyyəti yoxdur. Əsas məqsədləri öz maraqlarını daha çox həyata keçirmək və dünyaya daha çox nəzarət etməkdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 "Azərbaycan və Ermənistan arasında görüşlər görüş naminə olmamalıdır" - Prezidentin köməkçisi
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşünün keçirilməsi təklif edilmişdi”.

Zamantv.az A PA-ya istinadla xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan belə görüşlərə həmişə hazırdır: “Amma bu görüşlər görüş naminə olmamalıdır, hədəflərə doğru olmalıdır”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarabağda xüsusi əməliyyat keçirilsə, Rusiya hərbçiləri öncədən xəbərdar ediləcək..." - GƏLİŞMƏ
Hazırkı hərbi gərginlik fevral ayında Qarabağdakı separatçı-terrorçu rejimin qanunsuz "parlamenti"nin beynəlxalq ictimaiyyətə Azərbaycana “təzyiq” etmək müraciəti ilə “İşğal olunmuş ərazilər haqqında” qanunu qəbul etməsinin nəticəsidir. Zamantv.az moderator.az-a istinadla xəbər verir ki, bu fikri analitik, “Turan” agentliyinin redaktoru Şahin Hacıyev "Kavkazskiy uzel" nəşrinə açıqlamasında söyləyib.

"Qarabağ mövzusu beynəlxalq gündəmdən yox olub. Hətta ATƏT-in Minsk qrupu da de-fakto fəaliyyətini dayandırıb. İndi gündəmdə olan məsələlər Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bərpası, iki ölkə arasında sərhədin delimitasiyası və sülh müqaviləsinin imzalanmasıdır. Ona görə də separatçılar yenidən diqqəti özlərinə cəlb etmək üçün mübarizə aparırlar. Bunun üçün onlar regionda sabitliyi pozmağa çalışırlar. “Siyasi təşəbbüslərlə” yanaşı, Qarabağ separatçıları bu yaxınlarda Rusiya sülhməramlılarının qoruması altında hərbi istehkamlar da yaratmağa başlayıblar. Bundan əlavə, onlar Rusiya sülhməramlılarının müşayiətinə rəğmən Azərbaycan nəqliyyat karvanının yolunu bağlayıblar”, - deyə analitik bildirib.

Bundan başqa, Hacıyevin fikrincə, Ukrayna hadisələri də Qarabağda vəziyyətin gərginləşməsinə təsir edib.

"Qarabağ ermənilərinin Moskvanın onları Abxaziya, Donbas və s. uyğun olaraq analoji tanıması ilə bağlı illüziyaları yaranıb. Ona görə də separatçılar son təxribatlarla hələ də mövcud olduqlarını, "müqavimət göstərdiklərini", "müstəqilliklərini müdafiə etdiklərini" göstərməyə çalışırlar. Bu, çox təhlükəli oyundur və Azərbaycan buna hələ də təmkinlə reaksiya verir. Lakin bütün bunlar davam edərsə, Azərbaycan tərəfinin cavabı sərt olacaq”, - Hacıyev belə deyib.

Azərbaycanın hansı addımları ata biləcəyi ilə bağlı suala isə analitik cavab tədbirlərinin çox fərqli ola biləcəyini deyib:

“Artıq atəşin aparıldığı mövqelər zərərsizləşdirilə bilər. Azərbaycan ordusu Ermənistan hərbçilərinin yerləşdiyi, ölkə qanunlarına əsasən qanunsuz silahlı birləşmələr olan bəzi ərazilərdə təmizləmə əməliyyatı keçirə bilər. Azərbaycan etibarlı nəqliyyat əlaqələrini təmin etmək üçün Qarabağın şimalından Kəlbəcər rayonuna gedən yolu da nəzarətə götürə bilər”.

Hacıyevin sözlərinə görə, Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda nəzərdə tutulduğu kimi, Qarabağın demilitarizasiyasını təmin etmədikləri üçün Azərbaycan ordusunun hərəkətlərinə cavab verə bilməyəcəklər.

“Sənəddə göstərilirdi ki, sülhməramlıların yeridilməsi ilə Ermənistan silahlı qüvvələri Qarabağı tərk etməlidir. Əgər Rusiya kontingenti bunu etməyibsə, o zaman Azərbaycan özü bu tapşırığı yerinə yetirə bilər”, - deyə Hacıyev vurğulayıb.

O, rus hərbçilərinin ermənilərin tərəfini tuta biləcəyinə də şübhə edir.

“Rusiya ordusunun bunu edəcəyi ehtimalı azdır. Çox güman ki, müdaxilə etməyəcəklər. Prinsipcə, indiyədək hərbi insidentlər zamanı onlar ciddi müdaxilə etməyiblər. Rusiya ordusunun hərbi əməliyyatlar keçirmək üçün beynəlxalq mandatı yoxdur. Onların Azərbaycan hərbçilərinə müqavimət göstərmək potensialı da yoxdur. Ümumiyyətlə, Ukraynanı işğalıyla məşğul olan Moskva heç bir hərbi əməliyyata sanksiya qoyması bir yana, müdaxilə də etməyəcək. Bu, bir tərəfin mövqeyini tutmaq, Ermənistan-Azərbaycan nizamlanması prosesində moderator rolunu itirmək və Rusiya Federasiyasının fəal iştirakı üçün daha bir beynəlxalq platformanı itirmək demək olardı”, - şərhçi bildirib.

Onun fikrincə, Azərbaycan Qarabağda xüsusi əməliyyat keçirsə, Rusiya hərbçilərinə əvvəlcədən xəbərdarlıq ediləcək və onlar mümkün hərbi əməliyyatlar zonalarını tərk edəcəklər, çünki onların vəzifəsi mülki əhalini qorumaqdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək
“Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsinin qəbulu ilə qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək.. Zamantv.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.

Həmçinin qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar “Qida təhlükəsizliyi haqqında” qanunda yer alıb. İstehlakçıların qavrama və informasiya ehtiyaclarının fərqliliyi nəzərə alınaraq hazırlanan müddəalar qida məhsulları haqqında məlumatların düzgün təqdim edilməsi yolu ilə istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.

Qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək
“Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsinin qəbulu ilə qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək.. Zamantv.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.

Həmçinin qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar “Qida təhlükəsizliyi haqqında” qanunda yer alıb. İstehlakçıların qavrama və informasiya ehtiyaclarının fərqliliyi nəzərə alınaraq hazırlanan müddəalar qida məhsulları haqqında məlumatların düzgün təqdim edilməsi yolu ilə istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.

Qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ermənistanın bu beş təklifi qəbul etməsi ən əvvəl onun özü üçün vacibdir...”
“Son hadisələr, bölgənin ümumiyyətlə yeni formatda şəkillənməsi əlbəttə ki, Ukrayna-Rusiya qarşıdurmasının bitməsindən sonra reallaşacaq. Təbii ki, bölgədə iqtisadi cəhətdən yeni bir mənzərə formalaşacaq. O cümlədən də siyasi cəhətdən də istəklər və arzular konkret reallıqla əhatə olunacaq. Bunun nə olacağı barədə danışmaq düşünürəm ki, gecdir” Zamantv.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı, telejurnalist Orxan Fikrətoğlu deyib. O.Fikrətoğlu Azərbaycanın Ermənistana münasibətlərin normallaşmasıyla bağlı 5 maddədən ibarət göndərdiyi təklifin qarşı tərəf üçün faydalı ola biləcəyini deyib:

“Burda Avropa, Amerika, Çin və bu hərbi qarşıdurmanın iştirakçıları sona qədər düşünürəm ki, müəyyənləşməyiblər. Bilavasitə həmin bu hadisələr əlbəttə, Dağlıq Qarabağ probleminə də təsir edir. Şübhəsiz ki, son günlər Ermənistan tərəfindən, xüsusilə rus sülhməramlıların yerləşdiyi nöqtələrdən Azərbaycan tərəfinə atəş açılması bilavasitə siyasi tələblərlə bağlıdır. O siyasi tələblər Paşinyanın Fransaya gedib Makronla görüşməsi, Türkiyəyə getməməsi, ondan sonra Avropa Parlamentinin Azərbaycana qarşı abidələrin dağıdılmasıyla bağlı qərar qəbul etməsi, Rusiya sülhməramlıların rəhbəri general Volkovun bilavasitə Laçın dəhlizindən və digər ərazilərdən Qarabağa keçirilən silahlara göz yumması düşünürəm ki, hər tərəfdən bizə də, ümumiyyətlə bölgədə olan digər qüvvələrə də seçimini et təzyiqidir.

Bu zəmində Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinə beş təkliflə yanaşması düşünürəm ki, ən konstruktiv yanaşmadır. Təbii ki, burda Ermənistan qərar verə bilən ölkə deyil. Amma Azərbaycan tərəfinin konstruktiv yanaşması və Ermənistana bu təklifləri etməsi Ermistanın düzgün qərar verəcəyi şəraitdə düşünürəm ki, bölgədə dayanıqlı sülhün əldə olunmasına səbəb ola biləcək reallıqdır. Ermənistan dövləti müstəqil qərar verə bilsə və Azərbaycanla artıq danışılmış bəzi məsələlərdə ortaq məxrəcə gələ bilsə, onların özlərinə, iqtisadiyyatlarına, mövqelərinə və həm də Azərbaycan üçün daha əlverişli mühit yarana bilər. Azərbaycanın əlbəttə ki, Türkiyəylə imzaladığı Şuşa bəyannaməsi fonunda Azərbaycan Prezidentinin Türkiyəyə səfəri və xüsusilə Bayden-Ərdoğan görüşündən sonra baş verən real mənzərə birmənalı olaraq Azərbaycanın müstəqil siyasət yürütməsinin təzahürüdür. Azərbaycan öz yaxın müttəfiqi Türkiyəylə strateji hədəflər həyata keçirməyə çalışır və bunu da edəcək. Eyni zamanda, Azərbaycan bölgədə müttəfiq olduğu dövlətlərlə də əvvəlki münasibətlərini qorumağa çalışacaq. Ermənistanın bu beş təklifi qəbul etməsi ən əvvəl onun özü üçün vacibdir”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət təklif göndərildiyini bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş Prokurorluqdan XƏBƏRDARLIQ: Ordu ilə bağlı süni ajiotaj yaradanlar...
Son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır.
Zamantv.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat yayıb.

Süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyevdə kişi Rumıniyaya qaçmaq üçün görün nə etdi?
Ukraynanın Rumıniya ilə sərhədini qanunsuz keçməyə cəhd edən qadın geyimində olan Kiyev sakini saxlanılıb.
Zamantv.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Paytaxt sakini "Porubnoe" keçid məntəqəsində özünü qadın kimi təqdim edərək sərhədi qanunsuz keçməyə cəhd edib. Kişi azyaşlı uşağını götürərək sərhəd nəzarətinə arvadının pasportunu təqdim edib. Lakin Çernovtsi dəstəsinin sərhəd nəzarəti müfəttişi 30 yaşlı kişinin belə planını dərhal ifşa edib. Makiyaj və parik də Kiyev sakininə kömək etməyib”, - məlumatda qeyd edilir.
Kiyevdə kişi Rumıniyaya qaçmaq üçün görün nə etdi?
Məlum olub ki, bu yolla Ukrayna vətəndaşı orduya çağırılmaqdan yayınmağa çalışıb.

İndi həmin şəxs qanun çərçivəsində cavab verməli olacaq. Çünki sərhədçilər polisə xəbər göndərib, həm də həmin şəxsi sərhədi qanunsuz keçməyə cəhd etdiyinə görə inzibati məsuliyyətə cəlb ediblər.

Ukraynadan qaçmağa cəhd edən daha 11 isə Vinnitsa vilayətində Mogilev-Podolski sərhədçiləri tərəfindən saxlanılıb. Ukraynanın müxtəlif bölgələrindən gələn ukraynalılar Moldovaya Dnestr çayının o tayındakı keçid məntəqələrindən gizli getməyi planlaşdırıblar.
Kiyevdə kişi Rumıniyaya qaçmaq üçün görün nə etdi?
Qanunu pozanların hamısı inzibati qaydada saxlanılıb. Onlar da növbəti qanuni qərarların verilməsi üçün polisə təhvil veriləcək.

Xatırladaq ki, 18-60 yaş arası ukraynalı kişilərin hərbi vəziyyətə görə ölkədən çıxması qadağan edilib.

18 yaşına çatmamış üç uşağı olan kişilər, hərbi xidmətə yararsız və hərbi-həkim komissiyasından müvafiq sənədləri olanlar və sağlamlıq imkanları məhdud şəxslərə qulluq edən şəxslər istisna olunur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO