[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyalı “ana” on aylıq oğlunu aclıqdan öldürərək cəsədini çamadanda gizlətdi
Kaluqa vilayətinin Obninsk sakini 10 aylıq oğlunu öldürməkdə şübhəli bilinib. İstintaqın məlumatına görə, 22 yaşlı ana uşağı acından öldürüb və məsuliyyətdən qorxaraq meyiti çamadanda gizlədib.

Cəsədi qadının qohumu bir aydan sonra tapıb.

Gənc qadın hazırda həbsdədir.

Uşaq 2021-ci ilin aprelində dünyaya gəlib. Ondan əvvəl qadının artıq iki övladı olub. Lakin onlar ananın könüllü razılığı ilə başqa şəxslər tərəfindən övladlığa götürülüb.

Mənbə: 360tv.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçaydan Lənkərana toya gedənlər qəzaya düşdü, ölən və yaralı var
Lənkəran rayonunda ağır yol qəzası baş verib.

Zamantv.az Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayonu sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.

E.Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. C.Salahlı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində sürətin düzgün seçilmədiyi göstərilir. Faktla bağlı araşdırma aparılır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır
Tovuz rayonunda zəhərlənmə faktı qeydə alınıb.

Zamantv.az Tovuz şəhərində qeydə alınıb. Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü A.Namazova zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə alan qadının sirkə turşusundan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Çindən hərbi texnika istəyir
Rusiya Ukraynaya müdaxiləni dəstəkləmək üçün Çindən hərbi texnika istəyib.

Bu barədə "Financial Times" xəbər yayıb.

Vəziyyətlə tanış olan rəsmilərin sözlərinə görə, ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Çinə sərt şəkildə xəbərdarlıq edəcək ki, Rusiyanın işğal siyasətini dəstəkləmək və ya ona Qərb sanksiyalarından yayınmağa kömək etmək üçün hər hansı cəhdin cavabı olacaq.

Ağ ev qorxur ki, bu addım Pekin və Moskva arasında daha güclü əlaqələrin əlamətidir və Çinin müsbət cavabı Qərbin Ukraynaya yardım səylərini sarsıda bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda mənzildə meyit aşkarlanıb
Bakının Yasamal rayonunda meyit aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Musayev Arif Sadıx oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda avtomobil üç maşına dəyərək aşıb
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

“Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək yol kənarında dayanan “Volkswagen” , “Mercedes” və “GMC” markalı maşınlara çırpılıb. Zərbənin gücündən idarəetmədən çıxan “Kia” aşıb. Daha sonra qəzaya səbəb olan avtomobilin sürücüsü maşından çıxaraq ərazidən uzaqlaşıb. Hadisə yerinə hüquq mühafizə orqanın əməkdaşları cəlb edilib.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Bakıda avtomobil üç maşına dəyərək aşıb Bakıda avtomobil üç maşına dəyərək aşıb Bakıda avtomobil üç maşına dəyərək aşıb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 965 Virtual karabakhyuxarı Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatına yekun vurulub.

Azərbaycanın sərbəst güləş üzrə milli komandası tarixi nailiyyətə imza atıb. Yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan komanda 7 medal qazanıb.

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.

Beləliklə, 10 çəkidən 9-da yer alan yığma 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub. Türkiyə (151 xal) ikinci, Gürcüstan (149 xal) isə üçüncü yeri tutub.

Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millisinin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Daily Mail”: Putin beyin pozğunluğundan əziyyət çəkir
Britaniyanın “Daily Mail” nəşri Rusiya prezidenti Vladimir Putinin ciddi psixi problemlərə malik olduğunu yazıb.

Qeyd olunub ki, müvafiq məlumatları ABŞ kəşfiyyatı yayıb.

Nəşr bildirib ki, dövlət başçısı xərçəngin steroidlərlə müalicəsindən sonra meydana çıxan demensiya, Parkinson xəstəliyi və “steroid qəzəbi” nəticəsində yaranan beyin pozğunluğundan əziyyət çəkir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistlərin İrpenə girişi qadağan edildi
Bu gündən etibarən Kiyev vilayətinin İrpen şəhəri jurnalistlərə girişi qadağan edib.

Bu barədə şəhərin meri Aleksandr Markuşin bildirib.

Qeyd olunub ki, şəhər hakimiyyəti amerikalı jurnalistin rusiyalı hərbçilər tərəfindən öldürülməsindən və daha bir fotomüxbirin yaralanmasından sonra belə tədbirlərə əl atıb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Reper Ukraynanın işğalına görə Rusiya vətəndaşlığından imtina edib
Rusiyalı reper Face (əsl adı - İvan Dremin) Rusiyanı tərk etdiyini, bir daha bu ölkəyə gəlməyəcəyini və orada konsert verməyəcəyini açıqlayıb.

"Zamantv.az" Bizimyol.info-ya istinadən xəbər verir ki, o, bu barədə "İnstaqram" hesabında məlumat verib.

Musiqiçi Ukraynadakı müharibəni kəskin pisləyərək deyib: “Bütün müharibəni Berlinə qədər gedib-çıxmış, Suvorov ordeni ilə təltif edilmiş babam yaratdığınız bu vəziyyəti görsəydi, bilsəydi ki, 75 ildən sonra siz qürurla özünü Avropanın xilaskarı hesab edəcək, ərazi baxımından bizdən 28,5 dəfə kiçik olan qardaş ölkəyə səhər tezdən xəyanətkarcasına hücum edəcəksiniz, o, bu vətən uğrunda vuruşmazdı. Bundansa, o, özünü güllələməyə üstünlük verərdi", - deyə reper qeyd edib.

Ölkəni tərk etməsi ilə bağlı reper yazıb: “Mən bundan sonra, praktiki olaraq bir rus sənətçisi deyiləm, həm də artıq Rusiya vətəndaşı deyiləm.

Çünki mən və mənim əzizlərim sağ qaldıq, öz evindən, öz torpağından, sənin dövlətin sağ qalıb. Mənim bu saniyədən etibarən rus kimi tanınmaqdan qəti imtina edirəm. Çünki bizimkilər sağ qadır və yağlı sendviç üçün kifayət qədər pul olduğu müddətcə heç bir şeyə vecinə deyil. Mən belə xalqın nümayəndəsi ola bilmərəm. Mənim xalqım bu deyil".

İvan Dremin də Ukrayna xalqından bağışlanma istəyib və Rusiya hakimiyyətini şəhərlərin dağıdılmasını dayandırmağa çağırıb.

“Birincisi: mən dövlətimizi və ordumuzu ağlı başına gəlməyə, qardaş xalqın ərazisində şəhərlərin, yaşayış məntəqələrinin dağıdılmasına son qoymağa çağırıram.

İkincisi: Ölkəmizin sizə çəkdirdiyi əziyyətə görə bütün Ukrayna xalqından üzr istəyirəm. Dövlətimizin, özümün və xalqımızın adından üzr istəyirəm”, - o yazıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO