[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ceyms Hippi: “NATO müharibəyə müdaxilə edə bilər”
Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edəcəyi iddiası iki gündür dünya mediasının manşetlərindən düşmür.

Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi kimyəvi silahların qırmızı xətt olduğuna diqqət çəkərək, belə bir vəziyyətdə NATO-nun münasibətinin dəyişə biləcəyini iddia edib.

Bu barədə o, “BBC Radio 4”ün “Today” proqramında açıqlayıb. Onun sözlərinə görə, belə halda NATO-nun müharibəyə müdaxiləsi baş tuta bilər.

“Müharibədə iştirak etməyəcəyini təkid edən NATO münaqişəyə müdaxilə etməli olarsa, müharibədə bütün balansların dəyişməsi mümkündür”, - deyə o qeyd edib.

Mənbə: Hürriyet

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Boks millimiz Avropa çempionatına yola düşdü
22 yaşadək (U-22) boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında iştirak üçün Xorvatiyaya yollanıb.

Zamantv.az xəbər verir ki, yığma 13-23 mart tarixlərində Poreç şəhərində keçiriləcək qitə birinciliyində yeddi idmançı ilə təmsil olunacaq.

Millinin böyük məşqçisi Nəriman Abdullayev U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (-51 kq), Ruslan Qədirov (-54 kq), Maqsud Xasmetov (-57 kq), Cəlal Qurbanov (-63,5 kq), Nəbi İsgəndərov (-67 kq), Mirşərif Kazımzadə (-75 kq) və Murad Allahverdiyevə (-80 kq) şans verəcək. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.

Komandaya İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Yığma Bakıya martın 25-də qayıdacaq.

Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü sabah atılacaq.

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya qoşunları İvano-Frankovsk şəhərini atəşə tutdu
İvano-Frankovsk səhəri partlayışlarla açıb. Rusiya ordusu Ukraynaya genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri şəhərə ikinci dəfə hücum edib.

Qurbanlar və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, İvano-Frankovsk vilayəti Ukraynanın qərbində, Rumıniya ilə sərhəddə yerləşir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Son 1 ildə korrupsiya ittihamı ilə həbs olunan MƏMURLAR: Növbəti kim olacaq? - GƏLİŞMƏ
Nazirlər Kabinetinin 2021-ci il üçün olan hesabatında 73 vəzifəli şəxsin korrupsiya ittihamı ilə həbs olunduğu qeyd olunub. Zamantv.az xəbər verir ki, Bizim.Media-nın araşdırması nəticəsində onlardan bəzirlərinin yüksək vəzifəli məmurlar olduğu diqqətdən yayınmayıb.

Həmin şəxslərdən bəzilərini təqdim edirik:

1. Səlim Müslümov

Ötən ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov cəzaçəkmə müəssisəndə həyatına davam edir.

2. Əhməd Əhmədov

Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinir.

3. Məmməd Qəribov

Naxçıvan MR-in sabiq təhsil naziri Məmməd Qəribov da Əhməd Əhmədov kimi külli miqdarda mənimsəmə ittihamı ilə saxlanılıb. Lakin daxili işlər nazirindən fəqli olaraq Məmməd Qəribova şərti cəza verilib və o, azadlığa buraxılıb.

4. Vidadi Muradov

“Azərxalça” ASC-nin idarə heyətinin sabiq sədri Vidadi Muradov da ötən il həbs olunan məmurlar sırasındadır. Belə ki, qurum rəhbəri külli miqdarda mənimsəmə ittihamı ilə ötən ilin yanvarında azadlıqdan məhrum edilib. Lakin noyabrın 1-də müalicə üçün azadlığa buraxılan Muradov cəmi 4 gün sonra onkoloji xəstəlikdən dünyasını dəyişib. 3,5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinən Viradi Muradovun 30 milyon dəyərində əmlakına da həbs qoyulub.

5. Vüqar Səfərli

KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.

6. Rəfael Cəbrayılov

Ötən ilin mayında dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunan sabiq deputat ümumilikdə 2,6 milyon manat vəsaiti qanunsuz yolla ələ keçirməkdə şübhəli bilinir. Sabiq deputatın işi üzrə məhkəmə prosesi davam edir.

7. Rasim Quliyev

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev də ötən ilin dekabrında 3 il müddətinə azadlıqdan məhrum edilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsində cinayət işi açılan Rasim Quliyev vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə həbs olunub.

8. Ceyhun Cəfərov

2021-ci ilin oktyabrında 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da külli miqdarda mənimsəmə, rüşvət alma və təkrar rüşvət alma maddələri ilə təqsidləndirilib.

9. Qoca Səmədov

2021-ci ilin sentyabrında 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da külli miqdarda mənimsəmə, rüşvət alma və rüşvət vermə maddələri ilə təqsidləndirilib.

10. İsmayıl Vəliyev

Lənkəran Rayon İcra Hakimiyyətinin sabiq sədri İsmayıl Vəliyev də ötən il barəsində həbs qətimkan tədbiri seçilən məmurlar arasındadır. Belə ki, 10 il müddətinə azadlıqdan məhrum edilən sabiq məmur vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda təqsirli bilinib.
Qeyd edək ki, oxşar həbslər 2022-ci il ərzində də baş verib.

11. Eldar Həsənov

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.

12. Məharət Musatafayev

Gəncə şəhər Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində rüşvət alma, rüşvət vermə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq, bu ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib.

13. Zakir Soltanov

Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Zakir Soltanov külli miqdarda mənimsəmədə ittiham olunub və o, məhkəmə qərarı ilə 5,3 milyon manat vəsaiti zərərçəkmişə geri ödəyib.

14. Nizami Məmmədov

Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov və nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev də saxlanılanlar arasındadır.

Bundan əlavə, Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadə martın ilk günlərində vəzifəsindən azad edildikdən sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində yoxlamalar başladılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı yazıçı Putinin müdafiəsinə qalxdı - RƏZİLLİK..
Rusiyada fəaliyyət göstərən 500 yazıçı Ukraynada aparılan müharibəni dəstəkləyərək, bununla bağlı birgə müraciət yayıb. Zamantv.az gununsesi.info-ya istinadla xəbər verir ki. yazçıların müraciəti “Literaturnaya qazeta”da dərc olunub.

Rusiyalı yazıçılar prezident Vladimir Putini müdafiə edərək, hərbi əməliyyatların Ukraynadakı faşistlərə qarşı aparıldığını qeyd ediblər.

Müraciəti imzalayan yazıçılar Qərb dövlətlərini Ukraynanı Rusiyaya qarşı qızışdırmaqda ittiham ediblər.

“Ruslar müharibəyə başlamır. Ruslar adətən bitirirlər. Rusiyanın xüsusi hərbi əməliyyatı Avropada sülhün bərqərar olmasına yönəlib…
…biz yazıçılar rus ordusunun məcburi hərəkətlərinə acı, həm də ümidlə baxırıq. Biz Prezidentə ümidlə baxırıq…”,-deyə uzun müraciətdə vurğulanıb.
500 yazıçı arasında Rusiyada yaşayan və orada fəaliyyət göstərən müxtəlif millətlərin nümayəndəsi var. Siyahıda erməni yazıçılarla yanaşı, bir azərbaycanlı da var.

Bu, Knyaz Qoçaqdır (Qurbanov). O, Rusiya Yazıçılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Knyaz Qoçaq (Qurbanov) 1954-cü ildə Azərbaycanda – Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1977-ci ildən Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində məskunlaşıb.

Tümen Dövlət Universitetinin filologiya fakültəsini bitirib (1986).

Müxtəlif vəzifələrdə işləyib. Hazırda Sibirdəki Pıt-Yax şəhərində yaşayır. 1995-ci ildən həftəlik “Novaya Severnaya qazeta”da sosial problemlər şöbəsinin redaktoru kimi çalışır.

Azərbaycan və rus dillərində yazır, şeir və nəsr tərcüməsi edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya dərman bazarındakı problemlər Ermənistanı da "vurdu"
Rusiyada dərmanların qiymətinin qalxması zəncirvari reaksiya ilə Ermənistanda da dərman bazarında bahalaşmanın yaranmasına səbəb olur. Zamantv.az AzVision.az-a istinadla xəbər verir ki, Ermənistan Beynəlxalq Əczaçılıq İstehsalçıları Assosiasiyasının sədri Samvel Zakaryan yerli mediaya veridiyi açıqlamada yaxın vaxtlarda ölkədə bahalaşmanın olmasının qaçılmaz olacağını deyib.
Erməni mediası xatırladır ki, bir müddət öncə də Rusiya mətbuatında yerli əczaçılıq şirkətlərinin idxal xammalı əldə edə bilməyəcəyi ilə bağlı həyəcan təbili çalan fikirlər səsləndirilirdi. Qeyd edilir ki, Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları əczaçılıq sektoruna təsir etməsə də, Avropa bir həftə ərzində demək olar ki, zəruri məhsul və materialların tədarükünü dayandırdı və onların Rusiyaya Çin və Hindistandan idxalı logistik zəncirlərin pozulması səbəbindən çətinləşdi. Eyni zamanda, müxtəlif hesablamalara görə, Rusiya şirkətlərinin xammal ehtiyatları 3-6 aya kifayət edəcək.

Zakaryan deyir ki, bunun Ermənistanın dərman bazarına nə dərəcədə təsir edəcəyi bir neçə amildən asılıdır.

- Birincisi, bildiyimə görə, Ermənistanda yerli istehsalçılar dərmanları GMP (Good Manufacturing Practice -Yaxşı istehsal təcrübəsi-red.) standartına uyğun sertifikatlaşdırılmış xammal alırlar. Belə xammallar əsasən xaricdən gəlir və Rusiya bu standartı yerli istehsalçılar üçün tətbiq etmir, - Zakaryan deyib.

Onun sözlərinə görə, Rusiya istehsalçılarının istifadə etdiyi dərmanların çeşidi azaldılsa və ya onlar xammal çatışmazlığı səbəbindən öz məhsullarının qiymətini qaldırsalar bu, mütləq idxala da təsir edəcək.

- Dərmanların qiymətləri hələ də qeyri-sabitdir, onlar məzənnə dəyişikliyindən asılıdır. Rubl demək olar ki, iki dəfə ucuzlaşıb və xammalın alınması ilə bağlı problemlər var. Təbii ki, bu, Ermənistana dərman idxalına təsir edəcək, - Zakaryan bildirib.

“Erməni istehsalçıları hazırkı vəziyyətdən uğurla çıxa bilərmi?” sualına Zakaryan belə cavab verib ki, xammal Ermənistanda ərsəyə gəlmir, ona görə də erməni dərmanları beynəlxalq şirkətlərin məhsullarını əvəz edə bilməyəcək.

Xatırladaq ki, bir müddət öncə “Sputnik Armeniya” Ermənistanın dərman bazarında qiymət artımının yarandığını yazmışdı. Bu bahalaşma xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün nəzərdə tutulan dərmanlarda müşahidə edilirdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətən muharibəsi qazisinə  haqqsızlıq  
Zamantv.az : -Ölkə başçısı cənab İlham Əliyevin  rəhbərliyi ilə dövlətimiz tərəfindən Vətən müharibəsinin qazilərinə diqqət və qayğı  mütəmadi olaraq artsada  lakin  bəzi  əngəlliklər  nəticəsində onlar ücün nəzərdə   
tutulmuş    güzəşt və imtiyazlardan istifadə edə bilmirlər.   Sağlamlığını
itirmiş  qazilərimiz  əlillik dərəcəsi  almaq ücün  müraciət etsələrdə   
Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi tərəfindən onlar zamaninda  əlillik dərəcəsi ilə təmin olmurlar.
Lənkəran rayon   Liman şəhəri Natiq Ağayev kücəsi ev 2-də yaşayan Babayeva Sevincin həyat yoldaşı  Babayev
Firdovsi   Əlihüseyn oğlu 1-ci Qarabağ müharibəsinin iştirakcısıdır. Böyük övladı  15.08 .1996-cı il təvəllüdlü Babazadə Ələkbər Firdovsi oğlu isə Aprel  döyüşlərin  iştirakcısıdır. İkinci övladi 12.11.1997-ci il təvəllüdlü Babazadə Ələsgər Firdovsi oğlu Vətən müharibəsinin  gazisidir.
Ücüncü övladı    22.12.2000 -ci il təvəllüdlü    Babazadə Cavanşir Firdovsi  oğlu    da  Vətən muharibənin qazisidir. Hazirda xroniki ağciyər catışmamazlığından   əziyyət cəkir.
Sevinc Babayev bildirirki,    İkinci oğlüm Babazadə Ələsğər Firdovsi oğlu
44  günlük Vətən müharibəsində hərbi travma alıb ,nəticədə sağlamliğını itirmişdir. Mutəmadi olaraq müalicələr alır ,  səhhəti  ağır durumdadır .Ona   əlillik dərəcəsi     təyin olunması ücün  2021 -ci ilin sentyabr ayaında Lənkəran rayon Mərkəzi      Xəstəxanası tərəfindən        Tibbi Sosial Eksperitiziya Komissiysına    Forma   88 saylı   göndəriş      göndərilsədə            indiyədək oğluna  əlillik   dərəcəsi    təyin  olunmayıb.Sözü  gedən məsələ ilə  bağlı    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı qaynar xəttinə dəfələrə müraciət   etsədə də ona    heç bir rəsmi cavab verilməyib.     Özünə olan haqsızlıqla barışa bilməyən oğlu Ə .Babayev bir necə dəfə intihara  cəht etmə   məcburiyyətində qalib.Hal hazırda psixoloji durumu  yerndə deyil .  Maştağadakı 16 sayli Nevroloji Dispanserdə müalicə alır.Sevinc Babayeva əlavə olaraq bildirirki-
"Oğlumun əlilliyi ılə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsəm də hec bir köməklik göstərilməyib. Oğluma göstərilən öğey münasibətin izahını da tapa bilmirəm ."
  Qanunvericiyə əsasən    vətəndaşların   ərizə və müraciətlərinə baxılması və cavablandırılmasi müddəti 15 iş gunundən 30 iş  günunədəkdir .Amma Əıəsgər Babazadənin əlillik dərəcəsi almadı iıə bağlı müraciətindən 7aydan cox bir müddət kecir hələ də cavab yoxdur . Əmək və Əhalinin Sosial Müdafiəsi     Nazirliyi isə    vətəndaslarin sosial  müdafiəsinin təminatçısıdır.   Mövcud vəziyyətdə  maddi durumu acınacaqlı olub,sağlamlığını Vətən yolunda   qurban verən  Ələsğər Babazadənin   günahi nədir ki, ona əlillik dərəcəsi təyin olunmayıb??? Halbu ki,Ələsgər Babazadənin həm atası həm də
qardaşlları Vətən  qarşısındaki borclarını layiqincə yerinə yetiriblər  . Hal hazırda əlillik dərəcəsini  ala bilməyən qazilərimizin sayı yetərincədir. Qazilərimizə olunan bu biganəlik və unutqanlıq cəmiyyətimizin üçün bir faciədir.
Ölümün ağüşüna   atılıb    , dünya hərb tarixinə şanlı səhifələr  acan       qazılərimiz  bizim canlı tariximizdir.  Gənclərimizi   vətənpərvərliyə aparan yol  hər bir şəhidimizin   ,hər bir qazimizin  kecdiyi  döyüş yolundan başlayir.  Bizim borcumuzdurki,   onlara diqqət ,qayğı göstərib   onları layiqincə   cəmiyyətə tanıdaq. Hazirda  isə  qazilıərimizə göstərilən diqqət və qayğı göz qabağındadır  .    Görəsən qazilərimizə olan biganəlik hardan qaynaglanır??? Bu nə vaxtadək davam edəcək?
Səbəb nədir???
Bu məqamda rəhmətlik şairin misraları yada düşür:-
"Daş qəlbli insanları  neyləyərdin, ilahi?!
Bizdə bu soyuqqanları neyləyərdin,ilahi?!" 

Fatma  Quluzadə
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ əlilinin pulunu vermədilər: kafeyə salıb döydülər
Sabirabad rayonunda Birinci Qarabağ müharibəsi əlilinin döyülməsi ilə bağlı iddialar yayılıb.

Zamantv.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. İddialara görə, rayonun “Bakı dairəsi” adlanan ərazisində sabirabadlı iş adamlarından birinə məxsus kafedə aşpaz işləyən Qalaqayın kənd sakini R. Əliyev maaşını ala bilmədiyini bildirib. Onun sözlərinə görə, gündəlik 20 manata çalışsa da, 4 aydır ona maaş verilmir. Şikayətçi onu da bildirib ki, ona maaş vermək əvəzinə hətta kafeyə apararaq döyüblər.

Faktla bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu işlə bağlı araşdırmalar aparılır
“Sabirabad rayonu Qalaqayın kənd sakini R.Əliyev mart ayının 8-də DİN-in "102" xidmətinə, daha sonra isə Sabirabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, rayon ərazisində yerləşən kafelərin birində aşpaz işlədiyini, kafenin icarədarından əmək haqqını istəyən zaman isə onun pulunun verilmədiyini və sifət nahiyəsinə xəsarət yetirildiyi bildirilib.

Daxil olmuş müraciətlə bağlı rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırmalara başlanılıb, şikayətçinin aldığı xəsarətlərlə bağlı Məhkəmə Tibbi Ekspertiza təyin olunub.

Araşdırmaların və ekspertizanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda anasını və bacısını öldürən şəxs Rusiyada tutuldu
Bakıda qətl törədən şəxs Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

Baş Prokurorluqdan Zamantv.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Murad Niftizadənin ekstradisiyası haqqında qərar qəbul edilib.

Sabunçu rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Murad Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib
Murad Niftizadə Rusiya Federasiyasının ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub, 2022-ci il martın 10-da Rusiyadan Azərbaycana gətirilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO