[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski: "Təxribata uymayın, sonacan döyüşəcəyik"
Ukrayna prezidenti Vladimir Zelenskinin xalqa yeni müraciəti yayılıb.

Zamantv.az xəbər verir ki, görüntülər prezidentin sosial şəbəkə hesaında paylaşılıb. O, barəsində yayılan "fake" məlumata cavab verib. Zelenski xalqa müraciətində bildirib ki, heç bir təxribata uymayın və yalan xəbərlərə inanmayın:

"Silahı yerə qoymağa hazırlaşmırıq. Qələbəyə qədər döyüşürük. Biz silahı yerə qoymağı ancaq rusiyalı hərbçilərə təklif edə bilərik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müharibənin nəticəsi BAHALAŞMA - Yağ, şokolad, un, paltar yuyan maşınlar və...
“Ukrayna və Rusiyadan məhsul idxalında çətinliklər olacaq. BMT-nin proqnozu ondan ibarətdir ki, bütövlükdə ərzaq məhsullarının qiymətində növündən asılı olaraq Rusiya-Ukrayna müharibəsi səbəbindən 8 və 22 faiz intervalında qiymət artımı olacaq”.

Bunu Zamantv.az-a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir:

“Rusiya Azərbaycan idxalında və eyni zamanda qeyri-neft ixracatında əsas ticarət tərəfdaşıdır. Eyni zamanda Azərbaycanda Rusiyadan il ərzində 2,1 milyarda yaxın məhsullar idxal edirdi.
Rusiyadan ən çox idxal etdiyimiz məhsul buğda idi. İdxal olunan buğdanın 70 faizdən çoxu Rusiyadan gəlirdi. Baxmayaraq ki, biz Ukraynadan da buğda idxal edirdik, amma buğda idxalında Rusiya ilə daha böyük əməkdaşlığa sahibik.
Son zamanlar Rusiyanın tətbiq etdiyi qadağalardan sonra buğdanın da gətirilməsində müəyyən çətinliklərin olacağı gözlənilir. Amma Rusiya yaxın zamanlarda buğda ixracatının bərpa olunacağını bildirib”.
Onun sözlərinə görə, buğdaya olan tələbatın ödənməsində problem olmayacaq:
“Dünən Milli Məclisdə baş nazir qeyd etdi ki, Azərbaycanın ehtiyatları sayəsində buğdaya olan tələbatın ödənməsində problemlər yoxdur. Qeyd edim ki, ölkəmizə il ərzində 315 milyon dollarlıq buğda idxal olunur”.

Millət vəkili bildirib ki, Azərbaycan Rusiyadan günəbaxan yağı, marqarin, soya yağının da idxalını həyata keçirir:
“Rusiyadan bitki yağı ilə yanaşı Azərbaycana şabalıd və şabalıd məhsulları, bir sıra dərman preparatları, kartof və qeyri-ərzaq məhsulları da idxal olunur. Bundan başqa bizə Rusiyadan il ərzində 100 milyona yaxın gübrə gətirilirdi. Paltar yuyan maşınlar, televiziya qəbulediciləri də gətirilənlər arasındadır.”

İqtisadçı-ekspert vurğulayıb ki, biz Ukraynadan daha çox tütün, iri buynuzlu heyvan əti, quş əti, kərə yağı idxal edirik:
“Bundan başqa oradan dərman vasitələri, şokolad məhsulları, şəkərdən hazırlanan qənnadı məhsulları, diri iribuynuzlu heyvanlar, təzə meyvə, çörək və un məmulatları, marqarin və digər yağlar da Ukraynadan ölkəmizə gətirilirdi. Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi illik olaraq 8 milyon dollar ətrafında dəyişir”.

Vüqar Bayramovun sözlərinə görə, idxal inflyasiyası var və bu qaçınılmazdır:
“Qiymət artımın hansı səviyyədə olması isə birbaşa alternativ mənbələrdəki xərcdən və daxili mənbələrdən asılı olacaq. Amma reallıq bundan ibarətdir ki, Rusiya və Ukrayna müharibəsindən sonra idxal inflyasiyası səviyyəsində artımlar olacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda keçmiş məhkumlar kafedən samovar oğurladılar
Martın 1-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən 450 manat pul və 1860 manat dəyərində 2 ədəd televizor və samovar oğurlanıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - E.Səmədov və M.Mikayılov saxlanılıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada DƏHŞƏT: çörək növbəsində GÜLLƏLƏNDİLƏR
Ukraynanın Çerniqov şəhərində dəhşət yaşanıb.

Zamantv.az-ın yerli kanallara istinadən məlumatına görə, şəhərdəki mağazaların birinin qarşısında çörək növbəsinə dayanan insanları Rusiya hərbçiləri güllələyib.

Hadisə zamanı 10 nəfər həlak olub. Bundan başqa xeyli insan yaralanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda unun kisəsi 50 manata qalxıb? - Şirkətlər açıqladı
Sosial şəbəkələrdə unun topdan satış qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb. Zamantv.az qaynarinfo-ya istinadla xəbər verir ki, unun bir kisəsinin hazırda 50 manata satıldığı bildirilib.

Bayram öncəsi unun qiymətinin birdən–birə 15 manatdan çox qalxması ilə bağlı olan bu məlumat xalq arasında böyük narahatlığa yol açıb.

Məlumatın nə dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün Azərbaycanda un istehsalı və satışı ilə məşğul olan iri şirkətlərin bir neçəsi ilə əlaqə saxladıq.
"Karat Holdinq” MMC-dən Qaynarinfo-ya bildirilən məlumata görə, hazırda unun bir kisəsi 35 manat 90 qəpiyə satılır.

"Xırman” MMC-dən unun bir kisəsinin 36 manata satıldığını vurğulayıblar.

"Qarabağ un” MMC-dən hazırda satışın dayandığını bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan təhlükəli TRANZİTƏ ÇEVRİLİR? - GƏLİŞMƏ
Beynəlxalq nəşrlər Ukraynada müharibədən sonra cinayətkar dəstələrin, insan alveri ilə məşğul olanların müharibədən qaçan ukraynalı qadınları hədəf aldığına dair məlumatlar yayıb.
"Daily Mail" nəşrinin araşdırmasında bildirilir ki, Avropa İttifaqı rəsmiləri və Birləşmiş Millətlər Təşkilatı 7 milyona yaxın insanın Polşa, Moldova, Rumıniya, Slovakiya və Macarıstan kimi qonşu ölkələrə keçə biləcəyindən ehtiyat edir. Bu da "insan alverində narahatedici artım" yaradacaq.
Ehtimal olunur ki, qaçaqınların bəziləri seks işçisi, cinayət fəaliyyəti, məişət köləliyi və ya məcburi əməyə cəlb ediləcək. Artıq qadınların və gənc ailələrin sərhəddən qonşu ölkələrə "pulsuz" daşınma təklifini qəbul etmələri barədə məlumatlar var. Bu da onların cinayətkar dəstələrin əlinə keçməsi ehtimalını artırır.
"Daily Mail" əməkdaşları Polşa ilə sərhəddə əllərində lövhələr tutan kişilərdən ibarət qrupları görüblər. Onlar ukraynalı qaçqınlara Polşa şəhərlərinə, həmçinin Belçika və Almaniyaya pulsuz nəqliyyat təklif ediblər. Bunların çoxu həqiqətən dəstək xarakterli olsa da, onlardan bəzilərinin vəziyyətdən istifadə edərək qadınları alverçilərin əlinə keçirmək üçün dəstələr olduğuna dair şübhələr var.
Sputnik Azərbaycan Ukraynadan axının Azərbaycanda insan alverinə təsirini araşdırıb.

Sənədsiz ukraynalı qadınlar insan alveri qurbanına çevrilə bilər
Dia.az-ın məlumatına görə, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibələr zamanı evlərindən qaçqın düşən insanların insan alveri qurbanlarına çevrilmə riski artır. Ona görə də, ölkələrin təhlükəsizlik xidmətləri bu məsələni diqqətdə saxlayır. Onun sözlərinə görə, olimpiyada keçirilən ölkələrdə buna nəzarət etmək mümkün olsa da, müharibə dövründə bu məsələni tənzimləmək çətin olur:
"Ona görə ki, dağıntılar zamanı insanlar sənədlərini itirir, insan alverçiləri bu vəziyyətdən bəhrələnirlər. Ukraynadan ən çox daşınma hazırda Almaniyaya və Avropayadır. Xüsusilə sənədsiz, köməyə ehtiyacı olan insanların insan alverçilərinin əlinə düşmə ehtimalı böyükdür. Bütün bunların Azərbaycanda insan alveri ilə bağlı vəziyyətə təsiri yüksək deyil. Çünki, Azərbaycana sənədsiz insanların gətirilmə məsələsi mümkün deyil.
Avropada sərhəd açıq olduğundan bu risk var. Bizə gətirilməsi üçün mütləq aviaimkanlardan istifadə edilməlidir. Bu isə sənədsiz insanların Azərbaycana gətirilmə riskini aşağı salır. Sərhədin açıq olması isə quru yolla əlaqəsi olan ölkələrdə insan alverçilərinə Ukrayna vətəndaşlarını qurbana çevirmə imkanı verir".

Azərbaycan tranzit rolunu oynayacaq?
Bununla belə QHT sədri ölkəmizdən tranzit kimi istifadə edilməsini mümkün sayır: "Sənədi olan Ukraynalı vətəndaşların ölkəmizə gətirilmə ehtimalı ola bilər. Ola bilər ki, Türkiyəyə aparmaq üçün tranzit kimi Azərbaycandan istifadə etsinlər.
Ehtimal az olsa da, bu məsələdə tam sığortalanmamışıq. Ukraynalı qızlardan daha çox cinsi istismar məqsədilə yararlanma ehtimalı var".

Evlənmək adı ilə gətirib zorakılığa məruz qoyurlar
M.Zeynalova bildirir ki, xarici vətəndaşların, eləcə də Ukrayna vətəndaşlarının Azərbaycanda insan alverinə çevrilməsi faktları olub. Amma bu illər əvvələ təsadüf edib:
"Bu gün əsas risk ailə məişət zəmnində var. Evlənmək adı ilə Ukraynadan qızları Azərbaycana gətirib daha sonra zorakılığa məruz qoyma halları ola bilər. Belə faktlar ölkəmizdə qeydə alınıb. Sırf Ukrayna vətəndaşlarının Azərbaycanda cinsi məqsədlə insan alveri qurbanına çevrilməsinə son illər rast gəlinməyib. Belə hallar illər öncə qeydə alınıb".
Ölkəmizdə insan alveri qurbanları ilə bağlı vəziyyətə gəlincə, M.Zeynalova onlara İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sığınacağında hərtərəfli yardım göstərildiyini söyləyib:
"Bizə də insan alveri qurbanı kimi müraciət edənlər olub. Biz onları aidiyyatı dövlət qurumuna yönəldirik. İnsan Alverinə Qarşı Mübarizə İdarəsində fakt araşdırılır. Əgər alver predmeti kimi istifadə edilməyə dair dəlillər olarsa qanunauyğun tədbirlər görülür. Bəzi hallarda qurbanlar inteqrasiya üçün bizim sığınacağa göndərilir".

Pandemiya dövründə insan alveri azalıb
Birlik rəhbəri pandemiya dövründə insan alveri qurbanlarının sayının azaldığını söyləyib. Onun sözlərinə görə, insan alverçilərinə uzaq məsafəyə daşıma sərf eləmir. Onlar qurbanın cinsi istismarı üçün daha ucuz başa gələn, yaxın ölkələri seçirlər:
"Pandemiya dövründə əksər ölkələrlə quru sərhədlərin bağlanması insan alverçilərinin də əl-qolunu bağlayıb. Onlar əvvəlki kimi fəaliyyət göstərə bilmirlər".

Yenə marşrut Türkiyə və Dubaydır
M.Zeynalova son illər Azərbaycanda insan alveri qurbanlarının daha çox Türkiyə və Dubaya aparılaraq cinsi istismara məruz qaldığını bildirdi.
Onun sözlərinə görə, qurbanlar əsasən repreduktiv yaşda olanlar-18-35 yaşlı qadınlardır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya iqtisadiyyatında nə baş verir: Qorxulu perspektivlər... - GƏLİŞMƏ
Rusiyaya qarşı sanksiyalar öz işini görür və Qərbin yeni məhdudlaşdırıcı tədbirləri yoldadır. Beləliklə, ABŞ Rusiya ilə ticarətə tam embarqonu istisna etmir . Ancaq hətta artıq həyata keçirilən tədbirlər də Rusiya iqtisadiyyatına böyük ziyan vurur.
İlk “qurban” əsas dünya valyutaları qarşısında çökən rus rublu oldu. Rusiya Federasiyasının Mərkəzi Bankı rublu faktiki dəstəkləyə bilməz, çünki onun təxminən 300 milyard dollarlıq valyuta ehtiyatları sanksiyalara görə dondurulub. Eyni zamanda, hazırda Rusiyada dollar və avro almaq mümkün deyil. Bununla belə Mərkəzi Bank valyuta satışına qadağa qoymaqla inzibati qaydada rublun tam iflasını əngəlləməyə çalışır. Rusiyada birjalar hələ də bağlı saxlanır, çünki onlar işə düşən kimi, Rusiyanın qiymətli kağızlar bazarının fəlakəti tam gücü ilə görünə bilər. Amma inzibati tədbirlər sonsuz gücə sahib deyil - əgər Şimali Koreya deyilsənsə...

Bundan əlavə, Rusiya Federasiyasında istehlak qiymətləri də sürətlə artır. Rusiya mağazalarında satıcılar deyirlər ki, məişət texnikası və elektronikanın qiymət etiketlərini gündə bir neçə dəfə dəyişirlər. Populyar modellər hazırda ümumiyyətlə satılmır, qismən daha yüksək qiymətə satmaq üçün saxlayırlar. Dünya brendlərinin əksəriyyəti Rusiya bazarından çəkildiyini elan etdiyi üçün bir çox mağazalar, xüsusən də brend mağazalar bağlanıb.

Qənnadı məmulatları istehsalçıları satış qiymətlərinin artması ilə bağlı pərakəndə satıcıları xəbərdar ediblər. Bəzi şirniyyatlar 50 faizdən çox bahalaşıb. Mağazalarda şəkər tozu və qənd üçün uzun və dava-dalaşlı növbələr yaranıb. Hətta əsas ərzaq məhsulları, xüsusən də çörək bahalaşır, şəkər, duz, qarabaşaq və bəzi digər mallar isə əsasən əyalətlərdə bir çox mağazanın piştaxtalarından yoxa çıxıb, bir şəxsin ala biləcəyi malların sayına məhdudiyyət qoyulub. Əməliyyat monitorinqi göstərir ki, orta hesabla Rusiya supermarketlərində qiymətlər artıq 30 faiz artıb.

Əsl şok isə “McDonalds” restoranlarının bağlanması olub . Martın 13-də, hələ 1990-cı ildə SSRİ-də ilk “McDonalds” olan Moskvanın Puşkinskaya meydanındakı restoranın son günündə normal həyatla vida ab-havasında uzun növbə düzülüb. Amma dairə artıq qapandı Rusiya SSRİ-yə qayıtdı.

Üzdə görünməsə də, ən böyük zərbələrdən biri “Upwork” şəbəkəsinin Rusiya vətəndaşları üçün bağlanması oldu. Bu nəhəng şəbəkə öz xidmətlərini satmaq istəyənlərlə onların alıcılarını üz-üzə gətirir. Yüz minlərlə Rusiya vətəndaşı, xüsusən də İT mütəxəssislər, proqramçılar burada xarici ölkələrdən sifarişlər alırdılar, xidmət göstərib pul qazanırdılar. İndi yüz minlərlə frilanser iş yerini birdən-birə itirdi. Onların əksəriyyəti qonşu ölkələrə qaçırlar. Təbii ki, indi bu şəbəkəyə oradan qoşulacaqlar və vergiləri də həmin ölkələrin büdcələrinə ödəyəcəklər.

Əgər Rusiya tezliklə müharibəni dayandırıb xarici iqtisadi əlaqələrinə tarazlıq gətirməyə çalışmasa, burada hiperinflyasiya da qaçılmaz olacaq. Yəni qiymətlər səhər, günorta və axşam fərqli olacaq, başqa sözlə, inflyasiya günlər deyil, saatlar ərzində müşahidə olunacaq.

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya sözsüz ki, borclarını vaxtında ödəyəcək, lakin ödənilməli olan məbləğləri rublla ödəyəcək. Borc sahibləri isə rublun indiki halında ona sahib durmaq istəmirlər.

Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Bruks hesab edir ki, 2022-ci ildə Rusiyanın ÜDM-i 30 faiz azalacaq. 1990-cı illərdə Qərb Rusiyaya kömək etməyə hazır idisə, indi vəziyyət əksinədir - bütün sahələrdə Rusiyadan imtina edirlər. İstehlak şəbəkələri, texnologiya şirkətləri, müasir avtomobil istehsalçıları ölkədən üz döndərirlər.

"Rusiyanın bank sistemi kommunizmə hazırlaşır. Rusiya Federasiyası tarixində ən pis bank böhranı gündəmdədir",- deyə iqtisadçı Vitali Şapran sosial şəbəkə hesabında yazıb. O xatırladıb ki, müharibənin başlamasından bu yana Moskva birjası fond indekslərinin çökməsi səbəbindən ticarəti qeyri-müəyyən müddətə dayandırıb. Amma ticarətin dayandırılması problemin həlli deyil, yalnız onun gecikməsi və sonradan daha kəskin şəkildə ortaya çıxmasıdır: “Dünya təcrübəsinə görə, ÜDM-in 10 faizdən çox azalması adətən, bankların kredit portfelinin keyfiyyətinin kəskin şəkildə pisləşməsinə səbəb olur və kəskin bank böhranına gətirib çıxarır. Moskva Birjası açıldıqdan sonra Rusiya bankları, şübhəsiz ki, öləcək. 90-cı illərdəki kimi birbanklı sistem – “Sberkassa” ( “SSRİ Əmanət Bankı” – red.) olacaq. Amma bu əmanət bankı da kredit böhranından sağ çıxmaya bilər və o zaman Rusiya vətəndaşlarının əmanətlərinin bir hissəsi SSRİ-nin dağılması zamanı olduğu kimi sadəcə olaraq, buxarlanacaq”.

Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Xocalının bu kəndindən köçürülür - Ermənistan KİV
Qarabağın sülhməramlıların nəzarətində olan hissəsindəki Xocalı rayonunun Pirlər (Xramort) kəndinin əhalisi köçürülüb. Zamantv.az-ın məlumatına görə, yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə qondarma rejim nümayəndələri məlumat verib.

Məlumatda qeyd olunur ki, kənd əhalisinin bir hissəsi - uşaqlar, qocalar və yaşlılar kənddən çıxarılıb.

Qeyd edək ki, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə qanunsuz erməni silahlıları atəşkəsi pozmaqda davam edirlər.

Onlar Xocalı rayonunun Pirlər və Fərrux kəndləri istiqamətindən mövqelərimizi atəşə tuturlar.

Xatırladaq ki, ötən gün Xocalı rayonu Pirlər kəndi ərazisində səngər qazmağa cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinin bu cəhdinin qarşısı alınmışdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cənubi Qafqaz yeni savaş astanasında... - NƏ ETMƏLİ?
Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatlarının uzanması fonunda Qafqazda da vəziyyət gərginləşə bilər. “Yeni Müsavat”ın xəbərinə görə, buna səbəb Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya üzərində nəzarəti ələ almasına dair səslənən çağırışlardır.

AzadlıqRadiosunun Gürcüstan xidməti ölkənin 2008-ci ildə Rusiya ilə müharibədə itirdiyi torpaqları geri qaytarmaq çağırışları səsləndirildiyini yazır. Bugünlərdə sosial şəbəkələrdə yayılmış videoda dörd silahlı gürcünün rəsmi Tiflisi Ukraynadakı vəziyyətdən istifadə etməyə çağırdığı ortaya çıxıb. Sosial mediada yayılmış videonun Ukraynada çəkildiyi də görünür. Videodakıların biri deyir: “Bu gün Ukrayna qaynayır, biz gürcüstanlıların torpaqlarımızı qaytarması üçün nadir fürsət yaranıb”.

Gürcüstanın Cənubi Osetiya və Abxaziya separatçı bölgələri hazırda Rusiyanın nəzarətindədir. ABŞ kəşfiyyatı Rusiyanın Ukraynada istədiyinə hələlik nail olmadığını bildirir. Amma bunun Gürcüstan üçün fürsət olması elə də asan deyil. Beynəlxalq Böhran Qrupunun təhlilində bu xüsusda deyilir: “İstənilən belə addım separatçı regionlardakı Rusiya əsgərləri ilə açıq qarşıdurmaya aparar”. Hazırda Rusiyanın Abxaziya və Cənubi Osetiyada 8 minədək əsgəri olduğu bildirilir.

Gürcüstan 2008-ci ilin avqustunda Cənubi Osetiyanı yenidən nəzarətə almağa çalışıb. Bu bölgə 1990-cı illərdə Gürcüstana qarşı separatçı müharibəyə başlamışdı. Rusiya isə həm Cənubi Osetiya, həm də Abxaziyaya 2008-ci ildə qoşun yeritdi, 190 min nəfər məcburi köçkünə çevrildi. Moskva bu regionu “müstəqil” dövlətlər kimi tanıyır, hər ikisində də hərbi kontingent saxlayır.

ABŞ-ın və Qərbin Ukraynadan əvvəl sınaq meydanına çevirmək istədiyi ölkə Gürcüstan idi. 2008-ci il hadisələri də onların dəstəyi ilə gerçəkləşmişdi. Ola bilməzdi ki, Qərb elə indi Ukraynada olduğu kimi Gürcüstanın Rusiya ilə qarşıdurmada qalib çıxa bilməyəcəyini proqnozlaşdırmasın. Amma Tiflis separatçı bölgədə hərbi əməliyyata başladı və vaxtında müdaxilə olmasaydı, Rusiya ordusu Gürcüstan paytaxtınadək irəliləyəcəkdi. Maraqlıdır ki, Ukrayna müharibəsi başlayandan sonra Gürcüstan gözlənilmədən Avropa Birliyinə rəsmi üzvlüklə bağlı sənəd imzaladı. Əslində Qərbin Gürcüstan hakimiyyəti üzərində Saakaşvili dövründə olduğu kimi təsiri yoxdur. Amma yayılan məlumatlar Qafqaz, eləcə də Azərbaycan üçün təhlükəli ssenarilər, perspektiv vəd edir. Çünki bölgədə sabitlik olmayacaq, Gürcüstandan keçən neft kəmərlərinə təhlükə yarana, Qarabağda vəziyyət dəyişə bilər. Bəs azərbaycanlı ekspertlər nə düşünür, Gürcüstan Qərbin provokasiyasına gedə bilərmi? Dia.az-ın məlumatına görə, professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Qərb Gürcüstanı bu prosesə əsla təhrik etməz: “Eyni zamanda Gürcüstanı idarə edən oliqarx Bdzina İvanaşvili Rusiyanın adamıdır və Moskvanın əmrlərini icra edir. İnanmıram ki, bu qərarı versin və bölgədə müharibə alovlansın. Onun Rusiya bağlantısı müharibə ehtimalını istisna edir. Sadəcə, Gürcüstan öz torpaqlarını azad etmək üçün fürsəti dəyərləndirə bilər və gec-tez separatizmə son qoymalı, əlverişli şəraitdən istifadə etməlidir”. Politoloq əgər müharibə başlasa, Azərbaycan üçün müəyyən təhlükələr ola biləcəyini istisna etmir: “Əgər biz də eyni vaxtda Qarabağda separatçıları təmizləməyə başlasaq, regionda qarışıqlıq yarana bilər. Bu halda Qərbin proseslərə birbaşa müdaxiləsi gözləniləndir. Hadisələr Fransanın, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin işə qarışmasına səbəb olacaq. Bu da bizi qane etməyəcək. Elə sonuncu məsələni götürək, Avropa Parlamentinin əleyhimizə çıxarılan qətnaməsi göstərdi ki, Qərb Azərbaycana hansı münasibətdədir”.

Siyasi şərhçi Azad Məsiyevin fikrincə, Gürcüstanda “məxməri inqilab”la hakimiyyətə gələn qüvvələr həmin illərdə anti-Rusiya siyasəti aparırdı: “Saakaşvili dövründə Rusiya-Gürcüstan münasibətləri tam düşmənçilik səviyyəsinə çatdı. Gürcü xalqı bu gün də keçmiş prezidentin xarici siyasətdə səhvlərinin altını çəkir. Rəsmi Tiflisin o zamankı strategiyası NATO-ya üzvlüyə doğru idi və bu da təbii ki, Rusiyanın xoşuna gəlmirdi. Amerika isə Ukraynada yeni cəbhə açmaqla Rusiya əleyhinə koalisiyanı genişləndirmək istəyinə düşdü. Təbii ki, Amerika yaxın qonşularını Rusiyanın üzərinə qaldırmağa çalışır. Ancaq Ukrayna müharibəsi ilə əlaqədar Gürcüstan sanksiyalara qoşulmamaqla göstərdi ki, özünü qorumağa çaışır və ABŞ-ın bu koalisiyasına qatılmadı. İndiki vəziyyətdə Tiflisin neytral dayanması daha praqmatik siyasət olardı və zənnimcə, Gürcüstan bu mövqeyindən irəli getmək istəməyəcək”.

Siyasi şərhçi Ramiyə Məmmədova Gürcüstanın müharibə aparmaq immuniteti olmadığını düşünür: “Ukraynadan fərqli olaraq, Gürcüstan ordusunun uzunmüddətli tab gətirmək imkanları azdır. Hətta ABŞ hərbi yardımlar etsə belə, bölgənin qan çanağına çevrilməsindən başqa bir nəticə olmayacaq. Rusiyanın Cənubi Osetiya və Abxaziyanın yenidən Gürcüstana birləşdirilməsinə tamaşaçı qalacağını gözləmirəm. Yalnız nə zamansa Rusiya-Gürcüstan danışıqlarında müsbət irəliləyiş olarsa, Kremlin Tiflisə münasibəti dəyişərsə, Qarabağ müharibəsində neytral qaldığı kimi, bu məsələdə də Rusiya gözünü yuma bilər və onda Gürcüstan ordusu asanlıqla həmin ərazilərdə separatizmə son qoyar. Bugünkü reallıq isə deyilənləri mümkünsüz edir”.

Ekspertin sözlərinə görə, Gürcüstan Aİ-yə doğru gedir, Rusiya ilə bağlar qopub: “Sadəcə, Tiflis Kremli qıcıqlandırmamaq siyasəti yürüdür, o üzdən sanksiyalara qoşulmadı. Ümumilikdə bu ölkə avrointeqrasiya xəttindən dönən deyil, bu da Cənubi Osetiya və Abxaziyada Rusiyanın gücünün qalacağı deməkdir. Azərbaycana gəlincə, münaqişəni keçmişdə qoymuş bir ölkə kimi bizə Cənubi Qafqazda yeni kataklizmlər lazım deyil. Xüsusən Rusiya ordusunun digər qonşumuzla üz-üzə gələcəyini nəzərə alsaq, bizim üçün heç də yaxşı olmayacaq. Bakı müttəfiqlik bəyannaməsi imzaladığı Moskva ilə qarşı-qarşıya gəlmək istəməz, Gürcüstan isə dost ölkədir, bizim kimi separatizm bəlası yaşayır, onlara humanitar dəstəkdən artığını verə bilmərik. Lakin ABŞ və NATO-nun Ukraynadan sonra bu regionda Gürcüstanı da Rusiya ilə toqquşdurmaq istəyində olacağını gözləmirəm”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Rusiya Ukraynaya yeritdiyi Silahlı Qüvvələrinin 40 faizə qədərini itirib" - Ukrayna MN
“Ruslar Ukrayna Silahlı Qüvvələrini darmadağın etmək, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq və digər tapşırıqları yerinə yetirmək məqsədlərinə nail ola bilməyiblər”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin müharibənin 20-ci günü ilə bağlı operativ məlumatında vurğulanıb ki, Rusiya qoşunlarının Nikolayev istiamətində hücumunun qarşısı alınır.

“Qarşı tərəf orduya muzdlu döyüşçüləri cəlb edir. Belarus Silahlı Qüvvələrinin Şimal-Qərb Əməliyyat Komandanlığının 120-ci Əlahiddə Motoatıcı Briqadasının (MINSK) bölmələri Ukrayna ilə sərhəd rayonlara köçürülüb. Ruslar ciddi itki verirlər. Odur ki, beynəlxalq humanitar hüquq normalarını pozaraq, dinc əhali üçün təhlükə yaradırlar. Ruslar şimal istiqamətində əsas səylərini kəşfiyyat işlərinə yönəldiblər”, - qurumdan bildirilib.

Rəsmi informasiyaya görə, Rubijne, Severodonetsk, Lisıçansk yaşayış məntəqələri istiqamətlərində rusların cəhdləri uğirsuz olub: “Ən gərgin durum Mariupol ərazisindədir. Ukrayna Silahlı Qüvvələrinin səmərəli fəaliyyəti nəticəsində qarşı tərəfin 7 döyüş helikopteri məhv edilib. Rusiya Ukraynaya yeritdiyi Silahlı Qüvvələrinin 40 faizə qədərini itirib. Onlar ya məhv edilib, ya da döyüç qabiliyyətini tamamilə itirib”. //report//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO