[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ukrayna bu ölkələri unutmayacaq"
“Rusiyaya təbi qaz və neft embarqosu tətbiq olunmalıdır”.

Zamantv.az-ın xəbərinə görə, bunu Ukrayna xarici işlər naziri Dmıtro Kuleba bildirib.

L. Kuleba deyib ki, əks halda sanksiyalar Rusiyaya ciddi təsir etməyəcək: “Ukraynaya silah və humanitar yardım edən ölkələri unutmayacağıq. Xüsusən tanklara qarşı silahlara, raketlərə, atıcı silahlara daha çox ehtiyacımız var”.
Ukrayna XİN başçısı qeyd edib ki, əvvəllər ultimatumlarla danışan Rusiya məğlubiyyətlərlə üzləşəndən sonra indi sadəcə, yalnız danışmaq istədiyini bildirir: “Dünyadakı dostlarımızın yardımına görə minnətdarıq. Bu, təkcə bizim mübarizəmiz deyil”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub.

Zamantv.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı prezidentlər fevralın 22-də Moskvada keçirilən Rusiya-Azərbaycan sammiti çərçivəsində ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə və Azərbaycan prezidentlərinin Rusiya ilə danışıqlar təşkil etməyi təklif etdiyini bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğanla Zelenski telefonla danışdı: “TEZ BİR ZAMANDA…”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Zamantv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında Ukrayna ətrafındakı son vəziyyət müzakirə mövzusu olub.
Ərdoğan qeyd edib ki, tez bir zamanda atəşkəsin əldə edilməsi üçün səy göstərir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lvovda minlərlə insan Polşaya təxliyə edilmək üçün qatar gözləyir
Rusiya Ukraynaya hərbi əməliyyatlara başlayandan bir çox insan ölkəni tərk etmək qərarına gəlib.

Zamantv.az unian.net saytına istinadən xəbər verir ki, onlar sərhəd-keçid məntəqələrinə və qonşu Polşaya gedən qatarlara axın ediblər.

Lvovdakı dəmiryol vağzalında minlərlə insan Polşaya getmək üçün platformada qatar gözləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyevdə neft anbarı VURULDU -YENİLƏNİB
Kiyev səmasında görünən iki güclü partlayışın Vasilkov şəhərində baş verdiyini açıqlanıb.

Zamantv.az-ən Ukrayna mediasına istinadən xəbərinə görə, partlayışın baş verdiyi ərazi Kiyevin 30 kilometr cənubunda yerləşir.

Ukrayna mediasının məlumatına görə partlayış Rusiya ordusunun Vasilkovdakı neft anbarını vurması nəticəsində baş verib. Ərazidə yanğının hələ davam etdiyi bildirilir.
Kiyev səmasında güclü partlayış baş verib.

Zamantv.az-ın CNN-ə istinadən xəbərinə görə, partlayış Kiyevin cənub-qərbində şəhər mərkəzindən təxminən 20 kilometr məsafədə baş verib.

Hadisədən sonra göy üzünün bir neçə dəqiqə ərzində işıqlandığı bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tələbə dəm qazından zəhərlənərək öldü
Göyçay rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Zaqatala rayon sakini, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Soltanov Səxavət Nemət oğlu bu gün Göyçay şəhərində kirayə qaldığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Onun meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Odessada öldürülən soydaşlarımız bir ailənin üzvləridir-YENİLƏNİB

Odessada öldürülən azərbaycanlıların kimliyi məlum olub.

Zamantv.az-ın xəbərinə görə, maşın karvanının atəşə tutulması nəticəsində ölən İsmayılov Qabil, İsmayılov Nemət, İsmayılov Rəhimdir.

Öldürülənlər bir ailənin üzvləridir.
Odessada yaşayan və Azərbaycana qayıtmaq istəyən 3 azərbaycanlı öldürülüb.

Bu barədə Zamantv.az-a bu şəhərdə yaşayan həmyerlilərimiz məlumat veriblər. Məlumata görə, 5 nəfər də yaralanıb.

Onların hamısı əslən Kəlbəcərdəndilər.

Hadisə Мoldovayla sərhəddə Kuçurqan keçid məntəqəsi yaxınlığında baş verib. Onların diversantlar tərəfindən öldürüldüyü deyilir.
Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.

Odessada yaşayan soydaşlarımızın APA-nın Kiyevdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hadisə ötən gecə olub.

Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.

Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlıların növbəti qrupu gəlir
Ukraynadan Moldova sərhədinə keçən 160 nəfər azərbaycanlı martın 1-də Azərbaycanda olacaq.

Bu barədə APA-ya açıqlamasında Ukraynada işləyən azərbaycanlı Emin Xəlilov deyib.

O bildirib ki, hazırda sərhədi keçən azərbaycanlılar Azərbaycanın Moldova səfirliyindədirlər: “Biz 113 nəfər Ukraynada işləyən azərbaycanlılar və 20 nəfərə yaxın bizim əməkdaşların ailə üzvləri Ukrayna sərhədini keçib Moldovaya gəlmişik. Bizə Azərbaycanın Ukraynadakı səfirliyindən də kömək etdilər, burada yerləşməyimizə də səfirlik kömək göstərib. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bizi qəbul edib. Bizim Rumıniyaya keçməyimiz üçün də Azərbaycanın Moldovadakı səfirliyi lazımi addımları atır. Mart ayının 1-i Azərbaycana uçuşumuz gözlənilir”.
E. Xəlilov qeyd edib ki, onlar üçün 160 nəfər tutumlu təyyarə ayrılıb: “Həmin təyyarəyə əlavə 30 nəfər qadın və uşaq da götürüləcək. Bununla bağlı Səfir Qüdsi Osmanovla da danışdıq. Hazırda səfirlik tərəfindən bu məsələ ilə məşğul olurlar. Təyyarə tam dolu şəkildə Azərbaycana gələcək. Bizdən əlavə də də Moldovadakı səfirliyimizə Ukrayna sərhədini keçib gələn azərbaycanlılar var, onlara da səfirlik tərəfindən kömək göstərilir. Dəqiq say barədə tam məlumat yoxdur”.

E. Xəliov nəzərə çatdırıb ki, Ukraynada vaksin olunanlarla bağlı Moldova sərhədini keçəndə heç bir problem olmur:

“Vaksin olunmayanlardan isə təmənnasız test götürülür. Viza da tələb edilmir”.

XƏBƏR LENTİ

20:36

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

20:11

HƏMAS Təl-Əvivə raket zərbələri endirdi

19:03

Ermənistan Türkiyə ilə QAPILARINI AÇIR... - Hər şey hazırdır...

17:31

Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

16:19

10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir? - İLGİNC

13:15

Sabiq hakimlə bağlı ilginc iddia - Masazırda torpaqları necə zəbt edib?

12:38

Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi

09:40

Havalar soyuyur... QAZSA BAHA: NƏ ETMƏLİ? - LİMİT MƏNGƏNƏSİ...

09:10

"Hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir" - deputat

23:37

Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi - ŞOK AÇIQLAMA

22:30

Zelenski yenidən prezident ola bilməz - Zelenskaya

22:09

Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

20:30

Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...

20:07

Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü

15:41

Azərbaycanda mənzil dələduzluğunun qarşısını niyə almaq olmur?

14:59

Bu da sizin təriflədiyiniz UNEC... - NARAZILIQ VAR...

14:25

Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor TƏYİN EDİLİB - ƏMR

13:38

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı – Nə baş verib?

12:49

Direktor meşə ərazisində ağac deyil, taxıl əkir – Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?

12:17

Zeynəb Xanlarovanın nəvəsinə VƏZİFƏ VERİLDİ

11:17

Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR

10:44

“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...

10:10

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

09:42

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? -İLGİNC İDDİALAR...

09:03

Göygöl Rayon Mərkəzi Xəstəxanasının TENDER "ALIŞ-VERİŞİ" - FOTOLAR

08:36

“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ

08:06

Rusiyada LGBT hərəkatı qadağan edildi

07:42

Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."

23:18

“Məktəblər bağlana bilər?” sualına - Nazirdən cavab

18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

18:07

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

17:47

“SİPARK” MTK sakinləri süründürür - GİLEY

17:29

İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu

17:23

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT