[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqanda NƏ BAŞ VERİR? - İLGİNC


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanan müraciət Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminat şöbəsi tərəfindən araşdırılıb.
Beyləqanda NƏ BAŞ VERİR? - İLGİNC

RealMedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfinədn aparılmış araşdırmalar zamanı icra başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslərin əməllərində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını küllü miqdarda təkirarən talama və vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmaqla törədilməsi cinayətlərinin tərkib əlamətlərini işarə edən kifayət qədər dəlillərin olmasını nəzərə alaraq, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün materiallar Baş İdarənin İstintaq idarəsinə göndərilmişdir.
Beyləqanda NƏ BAŞ VERİR? - İLGİNC

QEYD: Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Beyləqan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ciddi araşdırmalar aparılması barədə yazmışdıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Piyadanı öldürdü, maşını aşırıb qaçdı


Beyləqan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub və sonra avtomobili aşıraraq hadisə yerini tərk edib. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aprel döyüşlərinin iştirakçısı itkin düşüb
Masallı rayon sakini 5 gündür evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, 1996-cı il təvəllüdlü Famil Quliyev evdən çıxan zaman üzərində pul olmayıb:

“Aprel döyüşlərinin iştirakçısıdır. Beş gündür evdən çıxıb, qayıtmayıb. Ən son onu Bakı şəhərində görüblər, amma biz bilmirik ki, oğlum pulu olmadan ora necə gedib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan saytımıza bildirilib ki, həmin şəxsin yaşadığı ünvanı tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət olunub:

“Hazırda onun tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir”.

Qeyd edək ki, F.Quliyevin psixoloji problemləri var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Komendant onu belə xilas etdi - Bakıda 2 uşaqlı ana...
Bakıda intihara cəhd hadisəsi olub.

Zamantv.az-ın məlumatına görə, hadisə mayın 6-ı saat 12 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb. 29 yaşlı , iki uşaq anası G. V yaşadığı binanın 13-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Lakin bu an binanın komendantı ona mane olaraq, intiharın qarşısını alıb.

Onun hansı səbəbdən belə bir addım atması hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistə bıçaqlı hücumla bağlı cinayət işi AÇILDI
Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Onun diqqətinə çatdırılıb ki, fakt üzrə bütün zəruri tədbirlər icra olunur.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şübhələnirdilər haqlı çıxdılar, qadının üstündən heroin çıxdı -
Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şəlalə İsmayılova saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin aşkar edilərək götürülüb.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, Ş.İsmayılova barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Şübhələnirdilər haqlı çıxdılar, qadının üstündən heroin çıxdı -
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçında "Ural" aşdı, sürücü hadisə yerində öldü - TƏFƏRRÜAT
Zamantv.az Laçında avtomobil aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, mayın 6-da saat 17 radələrində Laçın rayonunun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Zamantv.az Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayon sakininə məxsus evdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Göygöl rayon sakinləri Fizuli Məmmədov və İntiqam Məmmədov qabaqcadan əlbir olaraq fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 6000 manat olan müxtəlif növ qızıl zinət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.
F. Məmmədov və İ. Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib faktla bağlı araşdırmalar davam etdirilir.
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeyib-içdikdən sonra dostunu güllələdi
Göyçay rayonunda silahlı insident baş verib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Göyçay çayının kənarındakı "DSR-in kafesi" adlanan yerdə baş verib.

Rayon sakinləri, 1961-ci il təvəllüdlü İntiqam Xıdırov və 1970-ci il təvəllüdlü Habil Babayev kafedə yeyib içdikdən sonra kafenin həyətinə çıxıblar. Məlumata görə sərxoş olan İntiqam Xıdırov özünə məxsus "Vinçester" markalı ov tüfəngini avtomobilindən götürüb və baxmaq üçün onu Habil Babayevə verib. O tüfəngə baxdıqdan sonra geri qaytarıb. İlkin ehtimala görə İntiqam Xıdırov ehtiyatsızlıq edərək tüfəngdən atəş açıb. Güllə yaxın məsafədən açıldığı üçün Habil Babayev ağız və çənə nahiyyəsindən ağır xəsarət alıb.
O, əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakı xəstəxanasına yola salınıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxs saxlanılıb, odlu silah götürülüb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO