Bakıda intihara cəhd hadisəsi olub.
Zamantv.az-ın məlumatına görə, hadisə mayın 6-ı saat 12 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb. 29 yaşlı , iki uşaq anası G. V yaşadığı binanın 13-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Lakin bu an binanın komendantı ona mane olaraq, intiharın qarşısını alıb.
Onun hansı səbəbdən belə bir addım atması hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Zamantv.az