[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avtomobil səkiyə dəyərək aşdı
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, hadisə İlqar Cümşüdov və Cavad xan küçələrinin kəsişməsində qeydə alınıb.
“Daewoo” markalı avtomobilin sürücüsü küçələrin kəsişməsində sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın səkiyə çırpılaraq aşıb. Qəza zamanı sürücü bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əlbəyaxa davada bir nəfər bıçaqlandı
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, hadisə Binəqədi şossesi 53 ünvanında Bakı Poladtökmə Zavodunun qarşısında qeydə alınıb.

1979-cu il təvəllüdlü Talışov Cavid Dursunəli oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, qarın boşluğunun sol tərəfinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağll Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda AĞIR QƏZA - 2 ÖLÜ - YENİLƏNİB
Şəmkirdə baş verən qəzanın təfərrüatları məlum olub.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, rayon sakini T.Cəfərovun idarə etdiyi “Schacman” markalı yük avtomobili hərəkətdə olarkən əyləc sistemi sıradan çıxıb və o qarşıda gedən digər yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər 2 avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 2 nəfər ölüb. Hadisəyə səbəb kimi Cəfərovun idarə etdiyi avtomobilin əyləcinin imtina etməsi göstərilir.
Şəmkirdə ağır yol qəzası baş verib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan iki yük maşını toqquşub.

Qəza zamanı 1984-cü il təvəllüdlü Asif Əliyev və Möhübbət Kazımov ölüb. 1990-cı il təvəllüdlü Tural Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bayram günləri 12 nəfər İNTİHAR ETDİ: sabiq məmur, məktəbli...
Azərbaycanda Ramazan bayramı günlərində bir neçə intihar hadisəsi olub.

Zamantv.az-ın məlumatına görə, hadisələrdən biri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb.

Rayonun Dərəkənd kənd sakini 18 yaşlı Rüfət Əmoyev yaşadığı evdə özünü asıb.
Bundan başqa, Şabran sakini, 40 yaşlı İntiqam Azayev yaşadığı yataqxanada, Tovuz sakini, 26 yaşlı Ülvi Məhərrəmov yaşadığı evdə, Zaqatalanın Göyəm kənd sakini, 37 yaşlı Sərxan Mustafayev qardaşının evində, Bakının Xətai rayonunda 35 yaşlı Seymur Əliyev yaşadığı evin həyətində, Cəlilabad sakini, 30 yaşlı Qamət Qasımov yaşadığı evdə, Goranboy rayonu Borsunlu kənd sakini, 46 yaşlı Rəsmiyyə Qurbanova yaşadığı evdə, Qəbələ rayonunun Nic qəsəbəsində 57 yaşlı Nəbi Hacıyev yaşadığı evin həyətindəki fındıq bağında, Sabunçu rayonu, Ramana qəsəbə sakini, 42 yaşlı Fuad İbrahimov yarımtikilidə, Abşeron rayonu Güzdək qəsəbə sakini 51 yaşlı Eldar Məmmədov isə yaşadığı evin damında özlərini asaraq intihar ediblər. Sonuncu arvadını bıçaqlayandan sonra canına qəsd edib.

Bayram günü Zaqatalada daha bir intihar hadisəsi baş verib. Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq rəhbəri Mehdi Seyidov yaşadığı evin həyətində ağacdan özünü asıb.

Ötən gün həmçinin Bakının Xətai rayonunda da ikinci intihar hadisəsi qeydə alınıb. 11-ci sinif şagirdi olan Xumar Babayeva yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq, intihar edib. Bu zaman binanın həyətində onu tutmağa çalışan kişi isə ağır yaralanıb.

Bütün faktlarla bağlı aidiyyəti üzrə rayon Prokurorluqlarında araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda şirkətin həyətində MEYİT TAPILDI
Azərbaycanda şirkətdə meyit tapılıb.

Zamantv.az-ın məlumatına görə, hadisə Kürdəmir rayonunda qeydə alınıb.

Rayon ərazisində fəaliyyət göstərən “Azbiyan” MMC-nin həyətində kişi meyiti aşkar edilib.
Araşdırma nəticəsində meyiti tapılan şəxsin elə həmin şirkətdə işləyən 50 yaşlı Vidadi Nəsirov olması müəyyən edilib.

Meyitə ilkin baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Lakin buna baxmayaraq, meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə təhvil verilib.

Onun ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra müəyyən olacaq.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda köməksiz qalan ahıl qadının MEYİTİ TAPILDI
Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, paytaxtın Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasetmə xidmətinin əməkdaşları mənzilin giriş qapısını açıb və orada aşkarlanan 81 yaşlı Məmmədova Səmayə Bədrəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaydaları pozan Vətən müharibəsi qazisi məsuliyyətə cəlb olundu
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

“Saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də analoji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub. Bundan başqa, onların arasında Vətən müharibəsi qazilərinin olması isə təəssüf doğuran haldır”, - polisdən bildirilib.
Qaydaları pozan Vətən müharibəsi qazisi məsuliyyətə cəlb olunduQaydaları pozan Vətən müharibəsi qazisi məsuliyyətə cəlb olunduQaydaları pozan Vətən müharibəsi qazisi məsuliyyətə cəlb olundu

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəzərin Azərbaycan sektorunda gəmi minaları tapıldı - RƏSMİ + FOTO
“UMID BABEK OPERATING COMPANY” əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dənizin keçmiş SSRİ dövründə tral gəmilər birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı aşkarlanmış obyektlərin keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılmış 6 ədəd böyük gəmi minası (КБ-1) olması müəyyən edilib.

Aşkarlanmış minaların cari il mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb.

Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb. Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir.
Xəzərin Azərbaycan sektorunda gəmi minaları tapıldı - RƏSMİ + FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
38 yaşlı kişi yaşadığı evdə dəm qazından ZƏHƏRLƏNDİ
Gəncə sakini dəm qazından zəhərlənib.

Zamantv.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü S.Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxnaya yerləşdirilib.
Dərhal xəstəyə tibbi yardım göstərilib,vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 38 yaşlı kişi yaşadığı evdə dəm qazından zəhərlənib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda məktəbli buna görə intihar edib - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Daxili İşlər Nazirliyi Bakıda baş verən dəhşətli intihar hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. O, eyvanın altında dayanan, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.
Bakıda özünü binadan atan məktəblinin kimliyi məlum olub.

Zamantv.az sosial şəbəkələrə istinadən xəbər verir ki, binadan özünü atan 2005-ci il təvəllüdlü Xumar Babayevadır.

O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.
Zamantv.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, orta məktəbdə oxuyan qız özünü yaşadığı binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO