[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oqtay Əsədovun milyardlıq varidatı, əmlak sevgisi, xalqdan oğurlanan ÇİRKLİ PULLAR...


Ötən il, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində deputat seçilən və o gündən kölgəyə çəkilən parlamentin sabiq spikeri Oqtay Əsədovun da gözü deyəsən qapıdadır. Hər an istintaqa çağırılacağının səksəkəsini yaşayır. İri ranqlı korrupsionerlərin “içəri” göndərilməsi onu da təşvişə salıb.

Eks-spikerin təşvişi üçün çox ciddi əsaslar var. Ötən illərin mətbuatını vərəqləmək, sosial mediada yazılanlara baxmaq onun ölçüyəgəlməz biznes imperiyasının ayrı-ayrı fraqmentlərini görməyə kifayət edir. 14 il parlamentin sədri postunu tutmuş Oqtay Əsədovun bu müddət ərzində adı qarışmadığı korrupsiya əməli qalmadı. Onun deputatlarla bağlı məlumatları “dövlət içində dövlət” qurmuş Eldar Mahmudova ötürməsi də aşkar-gizli fəaliyyətinin pik nöqtəsi idi. Bəs bunu o, niyə, nəyin qarşılığında edirdi?

Mal-mülk, sərvət toplamasına “yaşıl işıq” müqabilində etməsi şübhə doğurmurdu. Kənardan belə görünürdü ki, spikerin pul hərisliyi sonsuzdur. Çox təəssüf ki, sonradan üzə çıxanlar da bu təəssüratı təsdiqləmiş oldu. Tutduğu posta rəğmən, Oqtay Əsədovun Eldar Mahmudovun qapısına getməsi illərlə deyilənlərə möhür vurmuşdu. İllərdir Oqtay Əsədov xalqdan oğurlanan pulların sərməstliyini yaşamaqdadır.

Spikerdən deputat pilləsinə enəndən sonra Milli Məclisin iclaslarına da qatılmağı özünə rəva bilmir. Sulutəpədəki imarətində oturub Türkiyədən Rusiyaya, Rusiyadan Böyük Britaniyaya uzanan böyük biznesini idarə edir. Əslində Oqtay Əsədovun korrupsiya içində itib-batdığını görmək üçün çox da uzağa getmək lazım deyil. Bu gün onun sığındığı imarətinin nataraz ölçülərinə diqqət edib, fotolarına baxmaq yetərlidir. Bütün məmur-oliqarxlara xas dəbdəbə sevgisi Oqtay Əsədovdan da yan keçməyib.

Onun imarəti 3-4 hektarlıq sahədə inşa olunub. Hələ spiker olarkən imarətinin peyk görüntüləri yayılmışdı. “Bura Oqtay Əsədovun imarətidir” açıqlaması olmasaydı, görüntüləri görənlər düşünərdilər ki, ərəb şeyxlərindən birinin cah-calalına tamaşa edirlər. Ərazidə 2 günbəzli, dəbdəbə içində itib-batan imarət, çay evi, iri hovuz, yaxınlarının villaları, özəl fitnes və bilyard salonları var.

Belə imarətlərdən biri də Bakının Şüvəlan kəndi ərazisindədir. Az qala, dənizin içinə girmiş həmin imarətində olduğu kimi burada da iri tennis kortu diqqət çəkir. Oqtay Əsədov Tennis Federasiyasının prezidentidir deyə, elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir. Odur ki, saysız-hesabsız imarət və villalarının hündür hasarları içində tennis kortları da mütləq şəkildə inşa olunur. Şüvəlandakı 2 hektardan artıq ərazini əhatə edən dəbdəbəli imarətin ərazisində də xaricdən gətirtdiyi mütəxəssislər tərəfindən biri açıq, digəri qapalı olan 2 tennis kortu və futbol meydançası quraşdırılıb.
Oqtay Əsədovun milyardlıq varidatı, əmlak sevgisi, xalqdan oğurlanan ÇİRKLİ PULLAR...
Oqtay Əsədovun milyardlıq varidatı, əmlak sevgisi, xalqdan oğurlanan ÇİRKLİ PULLAR...

Spiker postunu itirməkdə olduğu müddətdə məlum olmuşdu ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Nyu-Yorkun Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1 milyon 825 min dollara 2 otaqlı mənzil almağa razılaşıbmış. Son anda isə bu razılaşma pozulmuşdu. Bununla belə Əsədovlar ölkə xaricində bahalı mülk almaq sevdasından vaz keçməyiblər.

Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq mülkü var. O bölgədə ki, orda ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop-divaları yaşayır. Həmin mülklə bağlı yayılmış sənədlərdə bildirilirdi ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Bu, o deməkdir ki, penthauzu Mehman Qocayevə bağışlayıblar. Londonda, milyarderlər məhləsində evi adama ad günü hədiyyəsi olaraq bağışlayıblar. Hədiyyəni alan isə Zemfira Əsədovadır - Qocayevin qaynanası. Penthauzu Mehman Qocayevə doğum günündə o bağışlayıb. Bakıda uşaq bağçasının müdirəsi işləyən Zemfira Əsədovanın maaşı, əlbəttə ki, penthauz əldə etməyə yetər, sadəcə maketini ala bilər. Əsədovların kürəkəni çox bahalı, yüksək sürətli avtomobillərə meyillidir. Onu adətən 12 silindrli, 200 min avro dəyəri olan AUDI A8L WW12 -də gəzən görürlər.

Bağça müdirəsinin Moskvanın Bakı küçəsindəki striptiz klub sahibəsi olması da korrupsiya əlaqələrinə susqun şahiddir. Oqtay Əsədov hələ spiker olduğu günlərdə Moskvada, Bakı küçəsində, 29 ünvanında yerləşən obyektdə xüsusi əməliyyat keçirilib. Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşları bu ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz kluba qonşuların şikayəti əsasında getmişdi. Orada narkotik maddələrin satışı ilə bağlı əməliyyat baş tutmuşdu.
Oqtay Əsədovun milyardlıq varidatı, əmlak sevgisi, xalqdan oğurlanan ÇİRKLİ PULLAR...

Bəli, spikerin ailəsinə məxsusluğu sənədlərlə təsdiq edilən barda antinarkotik əməliyyatı gerçəkləşmişdi. Sənədlərdən görünürdü ki, “Kapriz" striptiz klub Oqtay Əsədovun həyat yoldaşı Zemfira Adil qızı Əsədovanın adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum” Qrup Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. “Arizarum” Qrup MMC 10 min rubl Nizamnamə kapitalı ilə qeydə alınıb. O dövrdə “Kapriz” striptiz klubunun real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları qiymətləndirilirdi.
Oqtay Əsədovun milyardlıq varidatı, əmlak sevgisi, xalqdan oğurlanan ÇİRKLİ PULLAR...

Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da ( “Zəfər Palas”) yerləşir. “Triumf Palas” Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir. Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada 2 lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər.

Məsələ burasındadır ki, bu kompleksdə mənzillərin sayı mərtəbə yüksəkliyinə görə dəyişir. Nə qədər hündürdürsə, o qədər bahadır. Zemfira Əsədovanın aldığı mənzillərdən biri “Triumf Palas”ın 12-ci (65 nömrəli mənzil), o biri isə 37-ci mərtəbəsində (372 nömrəli mənzil) yerləşir. Əsədovların binadakı qonşuları da məşhur simalardır. Məşhur rus aktyoru Oleq Tabakov (öldüyü 2018-ci ilə qədər), müğənnilər MakSim, Dima Bilan, top ulduz Lolita və digərləri Əsədovlarla qonşudurlar.

Əsədovların ixtiyarında olan 65 saylı mənzilin pəncərələri üzü Kremlədir, pəncərələr döşəmədən tavana qədərdir, çox otaqlıdır, 250 kvadrat metr sahəsi var. Mənzildə fitnes və kitabxana, spa-otaq, hətta kinoteatr belə var. Oqtay Əsədovun Bakı ətrafındakı bütün imarətlərində də kinoteatr mütləq və mütləq nəzərə alınır. Mənzildə böyük salonun bir divarı boyu dünyanın məşhur şərab markalarından olan “Petrus” nümunələrindən ibarət kolleksiya düzülüb. Mənzildəki mebel təchizatına təxminən 1,2 milyon dollar xərclənib. Mənzil barokko üslubunda işlənib, cilalanıb! Əsədovlar Rusiyada taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz klublar və saunalar, restoranlara sahibdirlər.

Bəs bunca varidat sahibini narkotik satışı kimi çirkin, lakin gəlirli sahəyə meyilləndirən nədir?

Oqtay Əsədovun xalqdan oğurladığı çirkli pulları xaricdə, lap elə Rusiyada inşaat, ticarət, xidmət kimi nisbətən daha təmiz sahələrə yatırmaq imkanına malik olmasına rəğmən, niyə narkotik alverinə baş vurmasının səbəbi bilinmir. Bu gün də bu məsələ açıqdır. Əsədovlara bağlı “Kapriz”də kokain kimi “kübar” narkotikin satışının təşkili həm də Əsədovun daxili aləmindən, hərisliyinin sərhədsizliyindən xəbər verirdi.

Spiker olarkən adı deputat mandatı qarşılığında Rəfael Cəbrayılovdan 3 milyon pul alması iddiasından tutmuş Türkiyədə ekzotik quş biznesinə qədər gedib qarışmışdı. Oqtay Əsədovun ailə üzvləri xalqdan oğurladığı milyonları hesabına Türkiyədə quşların və heyvanların satışı ilə məşğul olan bir necə böyük ferma açıb. 12 hektarlıq ərazini tutan fermada bahalı ekzotik quşlar bəslənir ki, onların bir başının qiyməti 900-1000 dollar arasında dəyişir. Məsələn, təklif edilən Miro, Türk taklası quşlarının birinin qiyməti təxminən 900 dollardır. İstanbuldakı quşxanada minə yaxın belə qiymətli quş bəslənir. Satışa çıxarılan quşlarla yanaşı, digər ev heyvanları da var.

Bu söhbət ortaya çıxarkən Türkiyədə yaşayan məmurlardan biri demişdi ki, Əsədovlar ekzotik quş və heyvanları endirimli qiymətlərlə Türkiyə Böyük Millət Məclisinin üzvlərinə təklif ediblər. Onun sözlərinə görə, Oqtay Əsədovun qohumu orda bir neçə şəxslə görüşərək, onlara yaxşı qiymətə ekzotik məhsullar təklif edib. Eks-spikerin Türkiyədə çox sayda biznes obyektlərinin olduğu da yeni xəbər deyil. Onun xalqdan oğurladığı pullar Antalyadan tutmuş Bodruma qədər, Nişantaşıdakı ofislərə, Orta Köydəki evlərə və obyektlərə qədər səpələnib.

Xalqdan illərlə milyardlar oğrulayıblar, xalqın pulunu yeyiblər, bu gün adamların əllərində talançılıqla əldə etdikəri böyük pullar var. Hansıların ki, alınması zamanıdır. Bunun üçün Səlim Müslümov kimi “içəri”yə yola salınmaları şərtdir. Öz xoşlarına xalqdan oğurladıqlarını xalqa qaytaran deyillər. Bu düstur həm də eks-spiker üçün keçərlidir...musavat.com


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyəli bloqer İrəvanda “bozqurd” işarəsi göstərib - Video


Berkay Türkmen adlı türkiyəli bloqerin İrəvandan paylaşdığı videolar Ermənistanda səs-küyə səbəb olub.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, sözügedən bloqer İrəvandakı qondarma “erməni soyqırımı” abidəsinin qarşısında “bozqurd” işarəsi göstərib və bunu lentə alıb.

Bununla yanaşı, digər bir videoda Berkay Türkmenin İrəvan küçələrində üzərində Türkiyə bayrağı olan geyimdə gəzdiyini görmək mümkün olub.

Sözügedən bu görüntülər Ermənistanda geniş müzakirələrə səbəb olub, bundan narahat olan ermənilər həmin bloqerin tapılması ilə bağlı şərhlər yazıblar.



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya İsrail Yəhudi Agentliyinin ölkədəki nümayəndəliyinin ləğvini tələb etdi


Rusiya Ədliyyə Nazirliyi İsrail Yəhudi Agentliyinin ölkədəki nümayəndəliyinin ləğvi üçün məhkəməyə müraciət edib.

Bu haqda Moskvanın Basmannı vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mövzu ilə bağlı ilkin baxış iclası iyulun 28-də keçiriləcək.

“JAFI” 1929-cu ildə dünya yəhudilərini İsraillə birləşdirmək məqsədi ilə yaradılıb. Sözügedən agentlik həm də yəhudilərin Fələstin torpaqlarına köçürülməsi üçün fəaliyyətlər həyata keçirməklə tanınır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov “Həsən ağanın qohumu”dur?


Qızılhacılı qəsəbəsinin sosial problemlərinə niyə biganə yanaşılır?

Goranboy rayon Qəzılhacılı qəsəbəsinin sakini, 1948 -ci ildə anadan olmuş, 2 -ci qrup əlil (320418 saylı vəsiqə) Musayev Eldar Cabbar oğlu 300 – dən çox ailənin yaşadığı ərazidə süni surətdə yaradılan su qıtlığından şikayətçidir. Eldar Musayev bildirir ki, qəsəbə sakinləri içməli suyun 6 kub metrinə 25 manat ödəyib alırlar. Qızılhacılı qəsəbəsinə içməli su xətti 2000-ci ildə çəkilsə də borulara su buraxılmır. Qəsəbə sakinləri payıbəlli torpaq sahələrində min bir əziyyətlə pambıq əkib – becərirlər. Lakin su qıtlığından pambıq sahələri yanır. İsti yay aylarında bilərəkdən su borularını təmir edirlər. Təmir işlərini qış və yaz fəsllərində niyə görmürlər?

Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kimsəni saymır. Meliorasiya və Su Təsərrüfatı ASC -nin sədri Zaur Mikayılova edilən şikayətlərin də heç bir səmərəsi yoxdur. Qəsəbədə yaranmış su problemi və digər əyintilərlə bağlı dəfələrlə Prezident İlham Əliyevə ərizə və şikayətlər göndərmişik. Lakin qəsəbə sakinlərinin şikayətlərinə baxılması barəsində şikayət olunan məmurlara həvalə olunur. Özbaşınalıq, dərəbəylik baş alıb gedir.
Eldar Musayev bildirir ki, Goranboy rayon İHB – sı Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsində yaranmış ağır sosial duruma görə bilavasitə məsuliyyət daşıyır. 13 may 2020 – ildə mən və qəsəbə sakini Verdiyev Arzu Vəli oğlu rayon İH -nə gedib qəsəbədəki su və digər sosial problemlər barəsində şikayətimizi bildirmək üçün onun qəbuluna yazıldıq. Lakin Məhərrəm Quliyevin o zamankı 1 – ci müavini Ceyhun Həsənov və digər 2 şəxs bizi 1 -ci mərtəbədə bir otağa salıb kötəklədilər. Sonra da asayişi pozmaq adı ilə məni 70 manat cərimə etdilər, Arzu Verdiyevə isə 10 sutka inzibati cəza verildi. Məhərrəm Quliyev və ətrafı bir neçə ildir ki, şikayətlərimizin ali dövlət orqanları tərəfindən araşdırılmasına imkan vermir. Zorakılıqdan da çəkinmirlər. Qəsəbə sakinlərinin çoxu şərdən – böhtandan qorxub səslərini çıxartmırlar.
Eldar Musayev daha sonra onların yaşadıqları ərazidə 4 artezian quyusunun olduğunu bildirir. Lakin 06/983 saylı artezian quyusunun zəif işlədiyini, 351 saylı artezian quyusunun isə kabellərinin 1 aydan çoxdur ki, kəsilib oğurlandığını diqqətə çatdırır. Onun fikrincə, Goranboy rayon İH – nin və Qızılhacılı qəsəbəsinin məmurları, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov qəsdən su qıtlığı yaradıb, qazanc bazarı açıblar. Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov hər yerdə deyir ki, Meliorasiya və Su Təsərrüfatı ASC – nin sədri Zaur Mikayılovun da, İHB -sı Məhərrəm Quliyevin də həmin “bazar”dan xəbəri var və onların da özlərinə məxsus payları var. Qızılhacılı qəsəbəsinin sakinləri isə əkdikləri pambıq sahələrini suvarmaq üçün ilan kimi dəridən – qabıqdan çıxırlar. Zəhmətləri batır. İlqar Musayev soruşur ki, şikayətimizi kimə deyək, dərdimizə çarə qılınsın?!
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Turantv.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq məmur Sərxan Babayevin Türkiyədəki 24 MİLYONLUQ YATIRIMI


“DET.AL Alüminium” MMC-nin sabiq baş direktorunun Siyahdeniz Turizm İnşaat Sanayi ve Ticaret Anonim adlı şirkətinin nizamnamə kapitalı 24 milyon 300 min TL təşkil edir. Son illər Türkiyədə Azərbaycanlı iş adamları tərəfindən yaradılan şirkətlərin sayı çoxlamaqdadır.

Bir müddət öncə Azfakt.com Türkiyə mətbuatına istinadən xəbər yaymışdı ki, ötən ilin yanvar ayında azərbaycanlı iş adamı Sərxan Babayevİstanbulun Şişli rayonunda nizamnamə kapitalı 24 milyon 300 min TL olan (5 milyon səkkiz yüz doxsan min manat) Siyahdeniz Turizm İnşaat Sanayi Ve Ticaret Anonim adlı şirkət yaradıb.

Sərxan Babayev Türkiyədə həmdə "Alva Donna” Şirkətlər Qrupunun və Antalya şəhərindəki məşhur “Shemall” ticarət mərkəzinin rəhbəri kimi tanınır.

Qeyd edək ki, Masallı rayonunun Mahmudavar kəndindən olan Sərxan Babayev 2019-cu ilə qədər ölkənin ən böyük metallurgiya kompleksi olan "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsində işləyib.
Sabiq məmur Sərxan Babayevin Türkiyədəki 24 MİLYONLUQ YATIRIMI
Sabiq məmur Sərxan Babayevin Türkiyədəki 24 MİLYONLUQ YATIRIMI

Sərxan Babayev “DET-AL Alüminium” MMC-nin baş direktoru işlədiyi vaxt 2016-cı ildə Türkiyəyədə rus iş adamı kimi peyda olaraq Seyran Həsənov adlı şəxslə "Alva Donna” Şirkətlər Qrupunun səhmdarı olub. 2019-cu ildə isə "Alva Donna” Şirkətlər Qrupunun səhmləri Dubayda qeydiyyatda olan “Vertex İnverstments Limited” şirkətinə satılıb. Bundan sonra “Alva Donna” Şirkətlər Qrupu İdarə Heyətinin sədri vəzifəsinə Sərxan Babayev təyin edilib.

Bununla belə, 2019-cu ildən bu yana mətbuatda Sərxan Babayevlə bağlı hər hansı bir xəbərə rast gəlmək olmur. Bu isə Sərxan Babayevin “DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsini tərk edərək, Türkiyədə “Alva Donna” Şirkətlər Qrupunun rəhbərliyinə keçməsi ilə üst-üstə düşür.

Bildirək ki, ölkə mətbuatında Sərxan Babayevin adı yüksək vəzifəli məmurlardan birinin ən yaxın adamı kimi keçir. Onun vaxtı ilə “DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsinə məhz həmin məmur tərəfindən gətirildiyi iddia edilir.Azfakt.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqanda NƏ BAŞ VERİR? - İLGİNC


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanan müraciət Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminat şöbəsi tərəfindən araşdırılıb.
Beyləqanda NƏ BAŞ VERİR? - İLGİNC

RealMedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfinədn aparılmış araşdırmalar zamanı icra başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslərin əməllərində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını küllü miqdarda təkirarən talama və vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmaqla törədilməsi cinayətlərinin tərkib əlamətlərini işarə edən kifayət qədər dəlillərin olmasını nəzərə alaraq, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün materiallar Baş İdarənin İstintaq idarəsinə göndərilmişdir.
Beyləqanda NƏ BAŞ VERİR? - İLGİNC

QEYD: Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Beyləqan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ciddi araşdırmalar aparılması barədə yazmışdıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Polis Lənkəran İcra Hakimiyyətinin iki vəzifəlisini SAXLADI - Qaraşovun gəlhagəlidir...


Lənkəran Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi ötən gün rayon polis şöbəsi tərəfindən saxlanılıb.

Bizim.Media-ya daxil olan məlumata görə Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun xalası oğlu, həm də sürücüsü Anar Məmmədov sərxoş halda avtoşluq edərkən saxlanılıb. İddialara görə sürücü Anar Məmmədovun avtomobili cərimə meydançasına aparılıb.

Məsələni dəqiqləşdirmək üçün DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevlə əlaqə saxladıq.

DİN rəsmisi Bizim.Media-ya açıqlamasında sürücü Anar Məmmədovun içkili halda avtomobil idarə etdiyinə görə saxlanıldığını təsdiqləyib:

“Anar Məmmədov içkili halda öz şəxsi avtomobilini idarə edib. Saxlanılan zaman sürücünün yanında sərnişin qismində Emin Quliyev də olub. Qanuni qaydada Anar Məmmədova protokol tətbiq olunub və barəsində məsuliyyət nəzərdə tutulub”.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Karantin rejimi ilə bağlı qaydalarda dəyişiklik gözlənilir" - AÇIQLAMA


COVID-19 pandemiyası ilə vəziyyətin əvvəlki dövrlərdəki kimi ağır olması real deyil. Pandemiya öz qürubuna yaxınlaşmaqdadır və proses yavaş-yavaş sönəcək.

Bunu Teleqraf.com-a açıqlamasında həkim-professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, virusun Omikron ştammının yeni növlərinin yoluxma potensialı həddindən artıq yüksəkdir:

“Çünki virus yaşamaq üçün özünə yeni yer axtarır. Yoluxma potensialı yüksəlir, lakin öldürücülük qabiliyyəti aşağı düşür. Pandemiya bitməyib, karantin rejimi davam edir. Epidemioloji vəziyyətə görə müəyyən qərarlar verilə bilər. Qapalı mühitdə, rəsmi tədbirlərdə maska taxmaq, sosial məsafə gözlənilməsi, əllərin gigiyenası ilə bağlı qərarlar tam təbiidir. Bunlar adi tələb olunan şərtlərdir”.

Professor qeyd edib ki, kütləvi tədbirlərdə iştirakçı sayının azaldılması tələbi də gündəmə gələ bilər:

“Çünki mümkün qədər kütləvi tədbirlər, el adətlərinin minimal say çərçivədə keçirilməsi zərurəti yarana bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq belə qərarların verilməsi təbiidir. Əslində, müəyyən karantin qaydalarına əməl etmək zərurəti yarana bilər. Amma çox sərt karantin rejiminə qayıtmaq ehtimalı yoxdur".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azad olunmuş ərazilərdə daha 2 audit yoxlaması keçiriləcək


Hesablama Palatasının 2022-ci ilin İş Planında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərin istifadəsi üzrə 4 audit nəzərdə tutulub.

Bu, Palatanın 2022-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında qeyd olunub.


Bildirilib ki, hesabat dövründə onlardan 3-nün keçirilməsi ilə bağlı Kollegiya tərəfindən qərar qəbul edilib, ilk 6 ayda 2-si başa çatdırılıb.

Digər tədbirin 3-cü rübün sonunda başlanılması nəzərdə tutulur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Piyadanı öldürdü, maşını aşırıb qaçdı


Beyləqan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub və sonra avtomobili aşıraraq hadisə yerini tərk edib. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO