[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə sakinləri dinləyən kimdir ki... - GİLEY


Gəncə şəhərində Nizami küçəsinin sakinləri yaşadıqları binanın qarşısında geyim mağazası tikildildiyinə görə narazılıq edirlər.

Belediyye.net-ə yazan sakinlər sözügedən "Oksi" geyim mağazasının iki binanın arasında tikildiyini, tikintinin onların evinə düşən günəş şüasının qarşısını kəsdiyini deyirlər.

Onlar binanın qarşısında tikilən obyektin sağlamlıqları üçün birbaşa təhlükə olduğunu düşünürlər.

Görünüşə görə geyim mağazası elə yerdə tikilib ki, bu hal binanın təhlükəsizlik qaydalarını da pozur.

Belə ki, tikili binada yanğın, yaxud hansısa fövqaladə hadisə olduğu halda sakinlərin təcili yardıma çatımlılığını məhdudlaşır. Yardıma gələcək xidmət avtomobillərinin yolunu kəsir.

Binanın sakinləri Gəncə şəhərinin icra başçısı Niyazi Bayramova məktubla müraciət etsələr də, ölçü götürülmür.

Sakinlər məsələnin həll olunacağı ümidi ilə ölkə başçısına da müraciət ünvanlayıblar.

Belediyye.net
Gəncədə sakinləri dinləyən kimdir ki... - GİLEY
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB


Bakı – Quba yolunda baş vermis qəza ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan bir nəfər ölüb, iki nəfər Kliniki Tibbi Mərkəzə göndərilib.

Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

19:55

Bakı – Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada Şabran sakini 1957-ci il təvəllüdlü A.Ələkbərov ölüb.

İki nəfər orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərilir.

19:44

Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-a bildirilib ki, üzü Şabran istiqamətinə 10-0F-572 nömrəli “Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “Chevrolete” markalı avtomobillə ötmə əməliyyatı apararkən toqquşub:

“Hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı bir nəfər həlak olub, 10-a yaxın sərnişin yüngül bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilir”.

19:34

Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, mikroavtobus aşıb, ölən və yaralananlar var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirliyin ləğv etdiyi tenderi yenə eyni şirkət uddu - İLGİNC


Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən bu ilin iyun ayının 23-də elan olunan tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi 14.07.2022-ci il tarixində açıqlanıb.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, 84 adda təsərrüfat məhsulunun alınması mqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Tural-FB” MMC (VÖEN- 1307245221) olub. “Tural-FB” MMC Şəki rayon Psixiatriya Xəstəxanasına satacağı 84 adda məhsul üçün 39 min 182 manat alacaqdı.

Lakin, tenderin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 03.08.2022-ci il tarixli 11/11-5/4502p saylı məktubuna əsasən etibarsız hesab olunub.

Bundan sonra Şəki rayon Psixiatriya Xəstəxanası 25.08.2022-ci il tarixində 84 adda məhsulun alınması üçün təkrar tender müsabiqəsi elan edib.
Qeyd edək ki, əvvəlki tender müsabiqəsilə müqayisə bu dəfə aşağıdakı məhsulların miqdarı artırılıb.
Nazirliyin ləğv etdiyi tenderi yenə eyni şirkət uddu - İLGİNC

İkinci dəfə keçirilən tender müsabiəsinin qalibi isə bu gün açıqlanıb və məlum olub ki, qalib şirkət yenə də “Tural-FB” MMC olub. Amma, birinci tenderdən fərqli olaraq “Tural-FB” MMC-yə 84 adda məhsul üçün 48 min 494 manat 70 qəpik ödəniləcək. Açıqlanan siyahıda adı keçən məhsulların miqdarı artırıldığı üçün “Tural-FB” MMC-yəəlavə olaraq 9 min 312 manat 70 qəpik ödəniləcək.
Onu da bildirək ki, “Tural-FB” MMC 06.05.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şəki rayonunun Kiş kəndində yerləşir. Qanuni təmsilçisi Bəşirli Orxan Qorxmaz oğludur.
“Tural-FB” MMC iyul ayında Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən 25 min manatlıq daha bir tender müsabiqəsinin qalibi olub. Xəstəxanaya dəftərxana malları satmaq istəyən şirkət bu dəfə də abadlıq işləri həyata keçirəcək.
Bu tenderdən bir ay əvvəl (iyun ayında) isə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirlən 61 min manatlıq tender müsabiqəsinin qalibi də “Tural-FB” MMC olub. Barəsində açıq internet resurslarında heç bir məlumat olmayan “Tural-FB” MMC 2022-ci il ərzində Şəki şəhərində respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərini təşkil edəcək. Əvvəlki illərdə də “Tural-FB” MMC Şəki şəhər İcra Hakimiyyətinin keçirdiyi yüzminlik tenderlərin qalibi olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Kərimov başına DƏSTƏ YIĞARAQ... - İDDİA


Azinfo.tv xəbər saytına Masalıı Regional Meşə Təsərrüfatı Mərkəzinin bir qrup işçilərinin verdiyi məlumata görə, Mərkəzə təyin ş olunmuş yeni direktor Nəsimi Nəsibov burada qruplaşma yaradıb və bəzi işçiləri hədələyir.
Hətta deyilənə görə, ərizələrini aldığı bəzi işçilərdən işdə qalmaları üçün 1 000 manat pul da istəyir və işçilərdən bir neçəsi bu məbləği verib də.
Keçirdiyi iclaslarda deyir ki, yuxarı qurumlarda mənim adamlarım var və heç kim mənə heç nə edə bilməz. Hər dəfə keçirdiyi iclaslarda Bakıda olan şirkətlərindən danışır və deyir, mən biznes adamıyam.
Yaxşı, meşədən xəbəri olmayan və ağacların cinsini tanımayan biznes adamının meşə təsərrüfatında nə işi var?

Mərkəzdə olan etibarlı mənbəmizin verdiyi məlumata görə, belə deyillər ki, İyul 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər nazirin müavini Vüqar Kərimov, Meşələrin İnkişafı Departamentinin Sabiq rəisi Ağaqardaş Qaraşov, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov və orada olan 4-cü şəxs Bakıdakı restoranların birində görüşüblər. Ağaqardaş orada Nəsimini Mərkəzə direktor təyin etdirmək üçün Nəsimidən 80 000 manat alıb Vüqar Kərimova verib. Hətta Vüqar Kərimov orda Nəsimiyə deyib ki, bilirsən bu yeri səndən başqa 5 nəfər istəyir və onların da 3-ü meşəçidir, amma Ağa səni mənə məsləhət görür. Nəsimiyə orda bu tapşırıq verilib ki, sən bu məbləği və artıqlaması ilə istirahət mərkəzlərinin müqavilə,. Masallıdakı sexlərə meşələrdən material satma və işçilərin ərizələrin alıb onlardan pul almaq ilə çəxardacaqsan.

P.S. Nəsimi 27 iyul 2022-ci ildə direktor təyin olunandan nazir Muxtar Babayev xaricdə olub. Onu Vüqar Kərimov təyin edib.

Qarşı tərəfi dinləməyə hazırıq //Azinfo.tv//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İntihara cəhd edən qazi ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən AÇIQLAMA


Vətən Müharibəsi əlili Rüstəmov Elnur Əlibaba oğlunun intihara cəhd etməsi ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən açıqlama verilib.

Açıqlamanı olduğu kimi təqdim edirik:

"Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, dalan 3, ev 9 ünvanında yaşayan 6 aprel 1988-ci il təvəllüdlü, III dərəcəli Vətən Müharibəsi əlili Rüstəmov Elnur Əlibaba oğlu 12.09.2022-ci il tarixində Buzovna Bələdiyyəsinin inzibati binasının qarşısında üzərinə benzin tökərək intihara cəhd etmişdir.
Dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası cəlb olunmuş, ilkin tibbi xidmət göstərilərək 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişdir. Xəstəxanadan alınmış məlumata əsasən E.Rüstəmovun vəziyyəti orta ağırdır.
Məlumat üçün bildiririk ki, Elnur Əlibaba oğlu Rüstəmov 21.07.2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində olmuş və RİH başçısı tərəfindən qəbul edilmişdir. Qəbul zamanı E.Rüstəmovun şikayəti əsasən əlillik pensiyasını, sığorta ödənişini indiyə kimi ala bilməməsindən və yaşadığı evin həyətyanı sahəsində sanitar qovşağının tikilməsinə köməklik göstərilməsindən ibarət olmuşdur.
RİH tərəfindən sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlanılmışdır. ƏƏSMN tərəfindən E.Rüstəmovun şikayəti araşdırılmış və qurumun rəsmiləri tərəfindən təqdim olunmuş məlumata əsasən vətəndaşa qanunvericilikdə nəzərdə tutulmuş təqaüd və müavinətin təyin olunaraq ödənilməsinin təmin olunduğu bildirilmişdir.
Bundan əlavə, qazinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar RİH tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən tələb olunan sənədlərin toplanılmasına köməklik göstərilmiş və vətəndaş Rüstəmov Elnur Əlibaba oğlu Xəzər Rayon İcra Hakimiyyətinin 170 nömrəli, 29.07.2022-ci il tarixli Sərəncamına əsasən 2 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə III dərəcəli Vətən müharibəsi əlili kimi güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmiş və mənzil uçot sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edilmişdir.
Həmçinin, RİH tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunan E.Rüstəmovun müraciəti əsasında yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində sanitar qovşağı inşa edilmişdir.
Eyni zamanda Xəzər Rayon İcra Hakimiyyətinin və Buzovna bələdiyyəsinin məsul əməkdaşları tərəfindən vətəndaş Rüstəmov Elnur Əlibaba oğlunun yaşadığı evə dəfələrlə ziyarətlər olunmuş, ərzaq və maddi yardım edilmişdir.
Əlavə olaraq bildiririk ki, Elnur Əlibaba oğlu Rüstəmov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair 09.05.2022-ci il tarixli məlumatında “şəxsiyyətin digər davamlı dəyişiklikləri, şəxsiyyətin emosional davamsız pozğunluğu” diaqnozu ilə III dərəcəli əlillik təyin edilmişdir.
Hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicəsi davam etdirilən Elnur Rüstəmova dəstək tədbirləri bundan sonra da davam etdiriləcək".


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirliyin yüksək vəzifəli şəxsinin ölkədən çıxışına QADAĞA QOYULUR


Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktorunun ölkədən çıxışına qadağa qoyulur.

32gun.az-ın əldə etdiyi məlumata görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Abbasov Fəda Əli oğlu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında

Bakı Kommersiya Məhkəməsinə müraciət edilib. İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Fəda Abbasov Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin qanuni təmsilçisi və direktorudur.

MMC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 169 min 406 manat 27 qəpik borcu var.

Xatırladaq ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.

32gun.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“MİSLİ” və “POZ, QAZAN” qumarı da fiaskoya uğradı - Ekspert danışır


Son aylar “Misli” və “Poz, qazan” lotereyalarına maraq kəskin şəkildə azalıb. Bunu adi müşahidələr də təsdiqləyir. Əvvəllər köşklərin qarşısında izdiham, növbələr olardı, indisə tək-tük, adda-budda şəxs həmin mərc oyununda şansını yoxlayır.

Bu da ondan irəli gəlir ki, “Azərlotereya” ASC tərəfindən təşkil edilən mərc oyunları, əslində qumar heç də insanların etimadını qazanmadı. Hər dəfə aldığı kupon boşa çıxan, uduzan, pulu gedən adamlar anlamağa başladılar ki, şirnikləndirici mahiyyət daşıyan “Poz, qazan” qumarı fırıldaqdır, aldatmaqdır, cibə girməkdir.

Əgər kupon alanlar arasında hər 10 nəfərdən heç olmasa 4 nəfəri qalib gəlsəydi, bəlkə inam yaranardı, oynayanların sayı sürətlə artardı. Amma 10 kupondan elə 10-da qumar təşkil edən qalib gəlirsə, uzaqbaşı 1 nəfər uzağı qoyduğu pulu çıxarırsa, o halda niyə yenidən bu qumara baş qoşsunlar ki?! O baxımdan “Azərlotereya”nın layihəsi batmaqdadır və küçələrdə təşkil edilən bu mərc oyunlarına daha üz tutanlar yoxdur.

Sosioloq Elçin Bayramlının TİA.Az-a bildirdiyinə görə, artıq insanların çoxu başa düşdü ki, bundan heç bir xeyir yoxdur və bu oyunlardan nadir hallarda nəsə qazanmaq olar. Onun sözlərinə görə, əhalinin lotereyalara olan inamı getdikcə azalacaq, lakin yeni, fərqli, şirnikləşdirici lotereyalar yaradacaqlar:

“Lotereya bumunun yaranması üçün adətən iki səbəb olur: birincisi, əhalinin sosial vəziyyəti ağırlaşanda insanlar çıxış yolunu bunda görürlər, ikincisi, lotereyalara əvvəlcədən buraxılan uduşları qazananda insanlar arasında bu məlumat tez yayılır və maraq yaranır.

Belə ki, ilk başda uduşlar çox buraxılır, lotereyalar kütləviləşəndən sonra isə uduşlar azalır. Artıq insanların çoxu başa düşdü ki, bundan heç bir xeyir yoxdur, nadir hallarda nəsə qazanmaq olar. Çünki bir nəfərin udması üçün neçə min nəfər uduzmalıdır”.

Sosioloq hesab edir ki, lotereya bundan artıq irəli gedə bilməzdi: “Ona görə də proses getdikcə zəifləyəcək. Bunun qarşısını almaq üçün isə yeni, fərqli, şirnikləşdirici lotereyalar yaradacaqlar ki, insanların son qəpiklərini də əllərindən alsınlar.

Ümumiyyətlə, lotereya açıq-aşkar qumardır. Faktiki olaraq yığılan pulun hələ rəsmi deyilən məlumatlarda cəmi 50 faizinin uduşa buraxıldığı göstərilir. Lotereyalar neçə insanın bədbəxtliyinə səbəb oldu, buna görə ailələr dağıldı. Bu məsələlərə olduqca ciddi yanaşılmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cinayətkar dəstənin “xaç ataları” azadlıqdadır - MTN işi


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzadMedia.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Zaur Əliyev bildirib ki, bu mütəşəkkil cinayətkar dəstənin “xaç ataları” bu gün azadlıqdadırlar:

“Bu gün də yaratdıqları cinayətkar dəstəyə havadarlıq edirlər. Bunlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, keçmiş baş prokuror Zakir Qaralov, onun müavini olmuş Rüstəm Usubovdur. Mövlam Şıxəliyev bu “xaç ata”larının yaratdıqları mütəşəkkil cinayətkar dəstənin sadəcə MTN-də baş briqadiri olub. O da öz növbəsində bu gün məhkəmə qarşısında olan və olmayan dəstə üzvlərinə rəhbərlik, nəzarət edən vəzifəli şəxs olub".

Zaur Əliyevin sözlərinə görə, Baş Prokurorluğun bu iş üzrə 7 il istintaq aparması bir məqsədə xidmət edib:

“MTN-də bu iş üzrə zərərçəkənlərə qarşı baş verən cinayətlər Eldar Mahmudovun ümumi rəhbərliyi, baş prokuror Zakir Qaralovun rəhbərliyi, onun 1-ci müavini, istintaqa nəzarət edən Rüstəm Usubovun nəzarəti altında törədilib. O zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyev və bu gün onunla məhkəmə qarşısına çıxarılanlar sıravi icraçılar olub.

Bu vəzifədən sui-istifadə-korrupsiya mexanizmi 10 ilə yaxın fasiləsiz işləyib. Baş prokuror Zakir Qaralovun rəhbərliyi, Rüstəm Usubovun nəzarəti altında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi 7 il iş üzrə istintaq aparması, vaxt uzatmaqdan başqa bir şey olmayıb.

Ortaya qoyulan ittiham aktından belə anlaşır ki, guya bu cinayətləri Mövlam Şıxəliyev təkbaşına törədib.

Faktiki olaraq isə belə deyil. Mövlam Şıxəliyev uzağı 3 belə cinayət törədə bilərdi. Ona bu cinayətləri törətmək üçün göstərişlər verilib.

Məqsəd pul qoparmaq, varlanmaq olub. Mövlam Şıxəliyev bu “cinayətlər zəncirində” bir halqa olub. Ona göstərişlər verilib. Bəli, istəsəydi, qanunsuz göstərişi icra etməzdi. Amma edib və ona quldurluqdan pay düşüb”.

Növbəti proses sentyabrın 8-də davam edəcək.

Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən Mövlam Şixəliyevə prokuror 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qusarda narazılıq yaradan KİMDİR? - MÜRACİƏT


Qusar rayonunun Yuxarı Zeyxur, Ləcət və Kiriq kəndlərinin bir qrup sakininin "Təzadlar"ın redaksiyasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasova və Qusar Rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə ünvanlanmış şikayət məktubu daxil olub.

Şikayətçilər yazır:

"Hörmətli cənab Prezident!

Siz dəfələrlə bəyan etmisiniz ki, məmurların özbaşınalıqlarına son qoyulması üçün onların qanunsuz əməlləri barədə sizi məlumatlandıraq. Təəssüflə bildiririk ki, dəfələrlə etdiyimiz müraciət və şikayətlərimizə qeyd edəcəyimiz məmurlar qeyri-qanuni cavablar yazmaqla xalqı dövlətdən narazı salmağa çalışırlar.

Şikayətimizə adlarını əlavə etdiyimiz məmurların cavab məktublarının məzmunu ilə tanış olsanız, bir daha yazdığımızın təkzibolunmaz sübutlar olduğuna əmin olacaqsınız.

Nəzərinizə çatdırırıq ki, Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zoya Eldarovanın yazdığı cavab məktubları üç kəndin camaatının haqlı narazılığına səbəb olan, eləcə də həqiqəti əks etdirməyən cavablardır.

Bildiririk ki, həmin cavab məktublarından birində qeyd etdiyi "sahibkar"ı heç kəs tanımır, onun yerinə dəllallıq edən Zeyxur kənd sakini İsrafilov Seyfulla Uğur oğlunun Qusar Rayon İcra Hakimiyyətinə verdiyi izahat həqiqəti əks etdirməyən, yalan və böhtan xarakterli izahatdır.

Bir daha nəzərinizə çatdıtmaq istəyirik ki, sözügedən üç kəndin camaatının hələ sovet dövründən istifadəsində olan arx otuz ildən çoxdur ki, istifadədə olub.

Bizim tanımadığımız məmur Hüseynov Vüqar Oktay oğlu peyda olana kimi həmin arxdan hər üç kəndin camaatı istifadə edib və torpaqlarımızı suvarmışıq".

Şikayətçilər təəssüflə qeyd edirlər ki, əsassız cavablar yazmaqda davam edən Zoya Eldarova və Qusar Rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyi Vüqar Hüseynovun qanunsuz əməllərini müdafiə etməklə onları, yəni üç kəndin camatını qanunsuz olaraq suvarmadan məhrum edib.

Kənd sakinlərinin sözlərinə görə, alternativ arx çəkiləcəyi bəhanəsi ilə onları aldatmaqla məşğuldurlar:

"Hörmətli cənab Prezident!

Sizdən bir daha xahiş edir ki, su ilə bağlı problemin həlli üçün aidiyyəti qurum rəhbərlərinə göstəriş verəsiniz. Çünki bağlarımız quruyur. Kənd təsərrüfatımız məhv olur. Nəticədə, biz ac qalacağıq".

***

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zoya Eldarovanın üç kəndin camaatının narazılığına səbəb olan Qusar rayonunun Kiriq kənd sakini Dustiyev Vaqif Cumart oğluna və digərlərinə göndərdiyi cavab məktubunda isə bildirilir: "Sizə məxsus torpaq sahələrini suvarma suyu ilə təmin edən təsərrüfatdaxili arxın bərpa edilməsinə köməklik göstərilməsi barədə Qusar Rayon İcra Hakimiyyətinə təkrar göndərilmiş müraciətinizə tərəfimizdən baxılmışdır.

Bir daha nəzərinizə çatdırırıq ki, sakinlər tərəfindən sahibkarlara satılmış torpaq sahəsində şum sürülməsi və taxıl səpini işlərinin aparılması ilə əlaqədar həmin ərazidə mövcud olmuş təsərrüfatdaxili arx sıradan çıxmışdır. Mövcud problemin həlli və vətəndaşlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Qusar Suvarma Sistemləri İdarəsi tərəfindən Yuxarı Zeyxur kanalından qidalanan Ləcət arxından sözügedən əraziyə alternativ su mənbəyi çəkilmişdir.

Sahibkarlara məxsus torpaq sahəsində əkin biçildikdən sonra təsərrüfatdaxili arxın bərpa olunacağı barədə müraciətinizə cavab olaraq bildiririk ki, məsələ ilə əlaqədar təsərrüfatdaxili arxın keçdiyi torpaq sahələrini satın almış Hüseynov Vüqar Oktay oğlu tərəfindən etibarnamə əsasında səlahiyyətləri etibar edilən İsrafilov Seyfulla Uğur oğlunun izahatı alınmışdır. O, ilk əvvəl taxıl biçini yekunlaşdıqdan sonra mövcud olmuş arxın bərpa olunmasına etiraz etmədiyini bildirsə də, sonradan sözügedən təsərrüfatdaxili arxın xəritədə mövcud olmadığını və vətəndaşların özləri tərəfindən çəkildiyini, gələcəkdə həmin ərazidə intensiv bağın salınmasının nəzərdə tutulduğunu və həmin arxın bərpa olunmasının torpaq itkisinə səbəb olacağını və intensiv bağın salınmasına maneçilik törədəcəyini, yeni çəkilmiş alternativ su arxının ətraf əraziləri suvarma suyu ilə təmin etdiyini əsas gətirərək təsərrüfatdaxili arxın bərpa olunmasına razılıq vermədiyini bildirmişdir.

Yuxarıda qeyd olunanları və yeni çəkilmiş su arxının həmin əraziləri suvarma suyu ilə təmin etdiyini nəzərə alaraq birdiririk ki, mövcud olmuş köhnə təsərrüfatdaxili arxın bərpa edilməsi mümkün deyil".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboyda dəhşətli qəza – 1 ölü, 3 yaralı


Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1 qadın ölüb, 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO